Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-247/2024 05.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs və onun vəkili X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli olmaqla himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 7, mənzil 37 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 151-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, zərərçəkmiş şəxsi öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla təkrarən hədələmiş, həmçinin zərərçəkmiş şəxsin sair asılılığından istifadə etiməklə onu cinsi əlaqəyə girməyə məcbur etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə ünvan 6 “Amor Vip” gözəllik salonun qarşısında əvvəllər qeyri rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs əvvəllər sonuncu ilə münasibətdə olduğu müddət ərzinidə dəfələrlə döyüb ona fiziki ağrılar yetirməklə qorxudub öz təsiri altında saxlamaqla cibindən çıxardığı bıçaqla öldürəcəyi ilə hədəliyib zərərçəkmiş şəxsin ünvanına səsləndirdiyi hədə ifadələrinin real şəraitdə həyata keçirilməsində Zərərçəkmiş şəxs inam yaradıb sonuncuya qarşı real əsaslara söykənən hədələr səsləndirməklə onu öldürmək və ağır xəsarət yetirməklə hədələmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin fevral ayında saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova kçüəsi 87 ünvanında yerləşən “Amor Vip” gözəllik salonun qarşısında əvvəllər qeyri rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs Cəlal qızını əvvəllər sonuncu ilə münasibətdə olduğu müddət ərzində dəfələrlə döyüb ona fiziki ağrılar yetirməklə qorxudub öz təsiri altında saxlamaqla cibindən çıxardığı bıçaqla öldürəcəyi ilə hədəliyib zərərçəkmiş şəxsin ünvanına səsləndirdiyi hədə ifadələrinin real şəraitdə həyata keçirilməsində Zərərçəkmiş şəxs inam yaradıb sonuncuya qarşı real əsaslara söykənən hədələr səsləndirməklə onu öldürmək və ağır xəsarət yetirməklə hədələmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında olan zaman onunla telefon vasitəsi ilə əlaqə saxlayıb 2021-ci ildən 2023-cü ilədək qeyri rəsmi nigah münasibətində olduqları müddət ərzində sonuncunun iradəsi əleyhinə əldə etdiyi çılpaq şəkilləri və rüsvayedici məlumatları zərərçəkmiş şəsin yaxın qohumlarına göndərəcəyi hədəsi ilə ondan sosial vəziyyəti ilə əlaqədar asılı olmuş Zərərçəkmiş şəxs onunla cinsi əlaqəyə girməyə məcbur etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 151-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134 və 151-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, belə ki, onunla uzun müddət ər ərvad münasibətlərində olmuşlar. Onunla aralarında heç bir zaman ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs qeyd etdikləri hamısı şər və böhtandır. Onun barəsində dedikləri yalandır. Onu da qeyd etmək istəyir ki, X5 B xəstəsi olmaqla NİMED klinikasında müalicə almışdır. Onun əhali ilə işləməsi qanunsuzdur. Onu ölümlə hədələməmiş və onu cinsi əlaqəyə girməyə məcbur eləməmişdir. Zərərçəkmiş şəxs onun mərhum anası barədə nalayiq ifadə işlətdiyinə görə o vaxtı ilə çəkib mobil telefonunda saxladığı intim şəkili (Zərərçəkmiş şəxs cinayət işinin materiallarında olan şəkilləri nəzərdə tutur) Wotsap proqramı vasitəsilə zərərçəkmişin bacısının ərinin istifadə etdiyi mobil telefonun nömrəsinə göndərmişdir. Bunu etməkdə məqsədinin Zərərçəkmiş şəxs acıq çıxmaq olmuşdur. İfadəsinin sonunda bütün bunları nəzərə alaraq cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. İfadəsinin dəqiqləşdirilməsi ilə əlaqədar ona verilmiş suala cavab olaraq bildirmişdir ki, onun Zərərçəkmiş şəxs ilə münasibətləri əvvəldən yaxşı olmuşdur, bir müddət ər arvad kimi yaşamışlar, sonradan o cinayət törətdiyinə görə cəzaçəkmə müəssisində cəza çəkmişdir, həmin müddət ərzində, Zərərçəkmiş şəxs dəfələrlə onunla əlaqə saxlamışdır, cəzasını çəkib qurtardıqdan sonra da onunla bir neçə dəfə görüşmüşdür, bu məqsədlə onun işlədiyi “Amor vip” gözəllik salonuna da getmişdir. Lakin görüşməkdə məqsədi Zərərçəkmiş şəxs cinsi əlaqəyə girməyə məcbur etmək olmamışdır, o, heç bir vaxt zərərçəkmiş şəxsi öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla hədələməmişdir. Zərərçəkmiş şəxsin bacısının ərinin mobil telefonuna Zərərçəkmiş şəxs çılpaq şəkilləri onun tərəfindən istifadəsində olmuş +7 905 ***-**-** nömrəli mobil nömrədən göndərdiyini, iş materiallarına əlavə edilmiş Wotsapp yazışmanın onun tərəfindən aparıldığını təsdiq etmişdir. Zərərçəkmiş şəxs onda olan çılpaq şəkillərini zərərçəkmiş şəxsin yaxın qohumlarına göndərməkdə məqsədinin Zərərçəkmiş şəxs onunla cinsi əlaqəyə girməyə məcbur etmək məqsədi ilə deyil, Zərərçəkmiş şəxs onun mərhum anası barədə işlətdiyi nalayiq sözlərə görə ondan qisas almaq, açıq çıxmaq olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində gösətirmişdir ki, Saladdin Əsgərov 87 ünvanında yerləşən “Amore Estetika” estetik mərkəzinin sahibkarıdır. 2013-cü ildən idarə etdiyi Volksvagen Jetta markalı avtomobillə Qaradağ rayonunda olan zaman yol patrul xidməti əməkdaşı qayda pozduğuna görə onu saxlamışdır, cərimə balları çox olduğundan sürücülük hüququ məhdulaşdırıla bilərmiş ki, bu zaman həmin adını sonradan Rəşid kimi bildiyi polis əməkdaşı ondan mobil nömrəsini istəmiş və ona köməklik edəcəyini demişdir. Buna görə də istifadəsində olan ***-***-**-** mobil nömrəni həmin şəxsə vermiş, bundan sonra həmin şəxslə aralarında münasibət yaranmışdır və telefonla danışmağa başlamışlar. 2014-cü ilin mart ayından həmin ilin iyun ayına kimi aralarında qeyri-rəsmi münasibətləri olmuşdur. Həmin ərəfədə tez-tez ona məxsus və ya özünə məxsus evdə görüşmüşlər. 2014-cü ilin iyul ayında Rəşid ailə qurduğundan və hər gün sərxoşluq həyatı yaşadığından ondan ayrılmışdır. Lakin həmin şəxs ondan ayrılmağına və uzqlaşdığına baxmayaraq oqnu narahat edir, ona hədələyici mesajlar yazaraq onu öldürəcəyini deyirmiş. Ona yazaraq və telefonla zəng edərək aralarında olan intim münasibətin şəkil və videoların olduğunu həmin video və şəkilləri onun iş yerində və tanıdığı şəxslərə yayacağını deyərək onu hədəliyir və onunla görüşməyə məcbur edirmiş. Lakin onun hədələrinə baxmayaraq onunla görüşməkdən və intim əlaqəyə girməkdən qaçırmış. Ondan imtina etdikdə onu öldürməklə hədəliyirmiş. Ondan çox qorxurmuş, belə ki, o içki içəndə nə etdiyini bilmir və qorxurmuş ki, ona nəsə edər. Onunla danışmaq belə istəmədiyindən 2015-ci ilin aprel ayında Rəşid sərxoş halda onun işlədiyi yerə gələrək onu zorla maşına mindirib Lökbatan tərəfə aparmış və öldürəcəyini demişdir. Qorxudan səsini çıxarmayaraq maşına əyləşmişdir ki, ona nəsə edər. Çöllük bir yerə gəlmişlər və onu maşından düşürtmüşdür. O, yenə də onunla olmağı, ondan ayrılmamağı deyirmiş. O da yenə də onunla birlikdə ola bilməyəcəyini dedikdə onun bədəninə xəsarətlər yetirmişdir. Bununla əlaqədar Səbail polisində cinayət işi başlanılmış və məhkəmənin hökmü ilə onun barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lakin o, cəzaçəkmə müəssisəsində olmasına baxmayaraq yenə də zəng edir, çıxdıqdan sonra onu öldürəcəyini, onunla münasibət saxlamadığı təqdirdə onu ailə və yaxın qohumları arasında rüsvay edəcəyini demişdir. Ondan qorxduğundan və bu məlumatların yayılmasına yol verilməməsi üçün asılı vəziyyətə salmışdır. Həmçinin onu bir neçə dəfə döydüyündən və ağır xəsarətlər yetirdiyindən qorxurmuş ki, bu səfər çölə çıxdıqda onu öldürər. Qorxduğu üçün onun dediklərini edir və ona nə istəyirsə edəcəyini deyirmiş. 2021-ci ilin aprel ayından o cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra yenidən ona hədə-qorxu gələrək, onu öldürəcəyini bildirərək, intim görüntülərini sosial şəbəkədə yayacağını bildirərək onunla yenidən görüşmək istədiyini, onunla intim əlaqəyə girməyi tələb etmişdir. Ondan necə xilas olacağını bilmirmiş. Həmin ərəfədə onu öz evinə çağırmışdır. Onunla evində intim əlaqədə olmağını tələb etmişdir ki, ona yox cavabı verdikdə onda olan intim görüntüləri tez bir zamanda instagram və tik-tok sosial şəbəkəsində yayaçağını və onun rüsvay olacağını demişdir. Vaxt qazanmaq və ondan yaxa qurtarmaq üçün onunla razılaşmış və evə gələcəyini demişdir. Onunla intim əlaqədə olmamaq üçün 10 qramlıq şprislə öz qanını çəkmiş və guya qadın xəstəliyində olduğunu bildirərək onunla əlaqədə ola bilməyəcəyini demişdir. O, isə bir ədəd fleş- kart göstərərək sağaldıqdan sonra onunla əlaqədə olmadığı təqdirdə həmin fleş-kartında olan onun intim görüntülərini yayacağını deyir, ondan sonra da olmayacağı təqdirdə onu öldürəcəyini demişdir. Bir neçə gün sonra evdə olan zaman Whatsapp proqramı vasitəsi ilə görüntülü zəng etmişdir. Onunla danışmaq istəmədiyindən ona zəng vurmamasını dedikdə o, yenidən onun istədiyini eləmədiyi təqdirdə onun intim şəkillərini yayacağıni demiş, qorxduğundan məcbur olub görüntülü zəngi açmışdır. Görüntülü danışan zaman, o öz intim orqanını göstərərək ondan əynində olan paltarları çıxarmağı tələb etmişdir. Ondan qorxduğu üçün paltarını çıxarmadan sinə nahiyəsini və intim orqanını ona göstərmişdir ki, ondan əl çəksin. Təxminən 3-4 dədiqə danışdıqdan sonra onun istədiyini elədiyini və artıq danışmaq istəmədiyini demişdir. Sonradan məlum olmuşdur ki, ona görüntülü danışan zaman öz intim orqanlarım ona göstərəndə o, həmin anlan ekran kaydı edərək həmin anları yaddaşda saxlamışdır ki, onu yenə də hədələsin. O, həftədə 3-4 dəfə yığaraq onu öldürəcəyini, “əgər mənim deyilsənsə heç kimin ola bilməzsən” sözünü demişdir. O, hətta mesaj yazaraq bildirmişdir ki, onun itirəcəyi heç bir şey yoxdur. Ona görə də tam inanırmış ki, onu öldürə bilər və ya bıçaqla xəsarət yetirə bilər. Hətta 2021-ci ilin noyabr ayın 9-da gecə saatlarında o, işdən çıxan zaman Rəşid onun qarşısını kəsərək bıçaq nümayiş elədtdirmiş və onu öldürəcəyini demişdir. Onunla getməyini tələb edirmiş. O, qorxduğundan tez qaçaraq oradan uzqaqlaşmışdır. O, bilmişdir ki, Rəşid onu öldürə bilər. Rəşid bıçağı cibində gizlədərək onun arxasıyca gəlirmiş. Həmin zaman o, qarşıda polis nəfərlərin olduğunu görmüş tez onlara yaxınlaşmışdır ki, ona nəsə etsə polislər yardım eləsin. O, polislərə yaxınlaşdığım görüb ondan uzaqlaşmışdır. Bundan başqa belə bir hadisə 2023-cü ilin fevral ayında baş vermişdir. Belə ki, 2023-cü ilin fevral ayında gecə saat 23 radələrində o, işdən çıxanda görmüşdür ki, Rəşid yenidən onun iş yerindədir. O, Rəşiddən uzaqlaşmaq istəmiş lakin Rəşid onun qarşısını kəsmiş və əlini cibinə salaraq cibində bıçaq olduğunu, səs çıxardığı təqdirdə oru öldürəcəyini deyib onunla birlikdə getməyini demişdir. O, nə edəcəyini bilməmiş və ondan sakitləşməyi xahiş eləmişdir. Lakin Rəşid ona cibindən bıçaq göstərərk onunla birlikdə getməyini tələb eləmişdir. O, çox qorxmuş və bir qədər səsini yüksəltmişdir ki, bəlkə ətrafda olan şəxslər ona köməklik edər. Bu zaman ətrafdan keçən şəxlsər onlara baxırlarmış, o, artıq fıkriləşmişdir ki, qışqırıb yardım istəsin. Rəşidi artıq onun qışqıracağını görüb onunla daha sonra söhbət edəcəyini deyib iti addımlarla oradan uzaqlaşmışdır. 2023-cü ilin 20 noyabr tarixnədək Təqsirləndirilən şəxs ona hədə qorxu gəlirmiş, onu öldürəcəyini, ona xəsarət yetirəcəyini deyirmiş. Onda olan intim görüntülərini yayacağını deyirmiş. Onunla görüşməyini və oteldə intim əlaqəyə girməyini tələb edirmiş. Onun bu hədələrindən yəni onun əlində onun intim şəkillərin olduğundan o, qorxurmuş ki, həmin şəkilləri kiməsə göstərər. Buna görə də onu tam özündən asılı vəziyyətə salmışdır. Rəşidin dediklərini eləmək istməsə də ondan asılı vəziyyətə düşdüyündən qorxduğundan edirmiş. Yuxarıda qeyd etdiyi kimi, Rəşidin dediklərini edir lakin cinsi əlaqəyə giıməmək üçün ona hər dəfə müxtəlif yalanlar deyirmiş. xx.xx.2023-cü ildə Rəşid yenidən ona otelə getməyi, onunla orada cinsli əlaqədə olmağını, getmədiyi və onunla cinsi əlaqədə olmadığı təqdirdə həmin şəkilləri onun yaxın qohumlarına göndərəcəyini deyirmiş. Rəşid onu artıq özündən tam asılı vəziyyətə salmışdır. Həmin zaman Rəşid onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəmə Whatsapp proqramı ilə +7-***-***-**-** saylı nömrəsi ilə yazırmış. O, artıq onun hədələrindən yorulduğundan, Rəşidə görüşməyəcəyini və artıq ondan əl çəkməsini qəti sürətdə bildirmişdir Rəşid isə yenidən ona otelə qəlməyini görüşməyəcəyi və onunla cinsi əlaqədə olmayacağı təqdirdə onun şəkil və videolarını qohumlarına göndərəcəyini bildirirmiş. O, Rəşidin nömrəsini bloka atmışdır. Təxminən bir saat sonra bacısı Şahid1 ona zəng edərək bir nəfər şəxsin onun həyat yoldaşı Rüstəmli Rüstəmin istifadəsində olan Whatsapp proqramına onun intim şəklini, yəni yarıçılpaq şəklimi göndərərək, altından bu cür sözlər yazmışdı: “Baldızına baxırsanmı S... nətər baxır yanıqlı. Bu gün altmış faiz tanıyır, iki gündən sonra 100 faiz tanıyacaq, Azərbaycanda iki gün vaxtı var. Ona denən məni yığsın, iki gün vaxtı var yoxsa hamıynan bir eliyəcəm” və həmin yazışmanı bacısı ekran kaydı edərək ona göndərmişdir. Ertəsi gün o həmin şəkli göndərərək ona “dedim biləsən bəlkə yeznəni utandığından deməyb. Vaxt gedir, səni hamıynan bir edəcəm, itirəcəyim heç nə qalmayıb. Onu sən etdin” deyərək mesaj yazmışdır. Əlacsız vəziyyətdə qalıb ondan nə istədiyini soruşmüş, o isə Tovuza gəlmiyi tələb etmişdir. Artıq bu şəkli yaydığına görə ondan asılı vəziyyətə düşdüyü üçün ona sabah gələcəyini demişdir. Onun əməlindən və ona nəsə edəcəyindən qorxaraq polis bölməsinə ərizə yazmışdır. Ertəsi gün o yenə də yazaraq Tovuz rayonunda yerləşən Ayan otelinə gəlməyi tələb etmişdir. Həmçinin Rəşid ondan şəxsiyyət vəsiqəsinin şəklini atmağım istəmiş, demişdir ki, onun vəsiqəsi ilə oteldən qeydiyyatdan keçəcək. Həmin gün saat təxminən 19 radələrində Bakıdan idarə etdiyi avtomobili ilə Tovuz rayonuna getmişdir. Tovuz rayonuna onun dediyi Ayan otelinə çatdıqda onun çöldə gözlədiyini görmüş, ona zəng edərək bir qədər gecikəcəyini demişdir. Çünki polisə məlumat verdiyindən dərhal bölməyə zəng edərək həmin şəxsin Tovuz rayonunda Ayan otelin qarşısında olduğunu demişdir. 2-3 saat sonra polis əməkdaşları onu saxlamışlar. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onun barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş fadəsindən görünür ki, Zərərçəkmiş şəxs Cəlal qızı onun bacısıdır. O, subay olmaqla hazırda digər bacısı ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Şəlalə gənc yaşında ərə gedib sonra da boşanmışdır. Ona məlumdur ki, Şəlalə 2013-cü ildə Təqsirləndirilən şəxs Mədət oğlu ilə tanış olmuş və 2014-cü ilin mart ayından onunla qeyri-rəsmi münasibətləri olmuşdur. Həmin ərəfədə Rəşid Şəlaləyə evlənmək təklif etsə də Şəlalənin ailəsi buna razı olmamışdır. Həmin ilin ortalarında isə Rəşid başqa qızla evləndiyindən Şəlalə onurla əlaqəni kəsmək istəmişdir. Lakin həmin şəxs ondan ayrılmağına və uzaqlaşmağına baxmayaraq onu narahat edir, hədələyici mesajlar yazırmış. O, mütamadi telefonla zəng edərək aralarında olan intim münasibətin şəkil və videoları olduğunu, həmin video və şəkilləri iş yerində və tanıdığı şəxslərə yayacağını deyərək hədəliyir və onunla görüşməyi məcbur edirmiş. 2015-ci ilin aprel ayında o, sərxoş halda Şəlaləni işlədiyi yerə gələrək zorla maşına mindirib Lökbatan tərəfə aparmış və ona xəsarətlər yetirmişdir. Bununla əlaqədar Səbail polisində cinayət işi başlanılmış və məhkəmənin hökmü ilə Rəşıdin barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lakin o cəzaçəkmə müəssisəsində olmasına baxmayaraq yenə də Şəlaləyə və onların evinə zəng edir, çıxdıqdan sonra onu öldürəcəyini, onunla münasibətini saxlamadığı təqdirdə rüsvay edəcəyini deyirmiş. xx.xx.2023-cü ildə isə həyat yoldaşı Rüstəmli Rüstəmin istifadəsində olan Whatsapp proqramı vasitəsi ilə Şəlalənin intim şəklini, yəni yarıçılpaq şəklimi göndərərək, altından bu cür sözlər yazmışdı: “Baldızına baxırsanmı S... nətər baxır yanıqlı. Bu gün altmış faiz tanıyır, iki gündən sonra 100 faiz tanıyacaq, Azərbaycanda iki gün vaxtı var. Ona denən məni yıqsın, iki gün vaxtı var yoxsa hamıynan bir eliyəcəm” və həmin yazışmanı Rüstəm onun mənim telefonuna o isə skrin edərək Şəlaləyə göndərmişdir. Ertəsi gün isə ona məlum olmuşdur ki, Şəlaləni hədələyərək Tovuz rayonunda yerləşən Ayan otelinə gəlməyini tələb etmiş, Şəlalə də həmin gün saat təxminən 1 radələrində Bakıdan idarə etdiyi avtomobil ilə Tovuz rayonuna getmiş və orada polis əməkdaşları onu tutmuşdur. Hesab edir ki, Rəşid Şəlaləni öldürmək məqsədi ilə Tovuz rayonuna çağırmışdı. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs Cəlal qızı onun bacısıdır. Həyat yoldaşı xarici ölkəyə ezam olunduğundan müvəqqəti olaraq ünvan 5 ünvanında Şəlalə ilə birlikdə yaşayır. Şəlalə gənc yaşlarında ərə gedib sonra da boşanmışdır. Ona məlum idi ki, Şəlalə 2013-cü ildə Təqsirləndirilən şəxs Mədət oğlu ilə tanış olmuş və 2014-cü ilin mart ayından onunla qeyrirəsmi münasibətləri olmuşdur. Həmin ərəfədə Rəşad Şəlaləyə evlənmək təklif etsə də Şəlalənin ailəsi buna razı olmamışdır. Həmin ilin ortalarında isə Rəşid başqa qızla evləndiyindən Şəlalə onunla əlaqəni kəsmək istəmişdir. Lakin həmin şəxs ondan ayrılmağına və uzqlaşmağma baxmayaraq onu narahat edir, hədələyici mesajlar yazırmış. O, mütamadi telefonla zəng edərək aralarında olan intim münasibətin şəkil və videoları olduğunu, həmin video və şəkilləri iş yerində və tanıdığı şəxslərə yayacağım deyərək hədəliyir və onunla görüşməyi məcbur edirmiş. 2015-ci ilin aprel ayında o, sərxoş halda Şəlaləni işlədiyi yerə gələrək zorla maşına mindirib Lökbatan tərəfə aparmış və ona xəsarətlər yetirmişdir. Bununla əlaqədar Səbail polisində cinayət işi başlanılmış və məhkəmənin hökmü ilə Rəşidın barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lakin o cəzaçəkmə müəssisəsində olmasına baxmayaraq yenə də Şəlaləyə və onların evinə zəng edir, çıxdıqdan sonra onu öldurəcəyini, münasibətini saxlamadığı təqdirdə rüsvay edəcəyini deyirmiş. xx.xx.2023-cü il tarixdə Şəlalə ona zəng edərək Rəşidin onun intim şəkillərini digər bacısı Pərvanənin həyat yoldaşma atmış və onunla görüşməyəcəyi təqdirdə bu şəkilləri tanıdğı bütün adamlara atacağnı demişdir. Ertəsi gün isə ona məlum olmuşdur ki, Şəlaləni hədələyərək Tovuz rayonunda yerləşən Ayan otelinə gəlməyini tələb etmiş, Şəlalə də həmin gün saat təxminən 19 radələrində Bakıdan idarə etdiyi avtomobil ilə Tovuz rayonuna getmiş və orada polis əməkdaşları Rəşidi tutmuşdur. Hesab edir ki, Rəşid Şəlaləni öldürmək məqsədi ilə Tovuz rayonuna çağırmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması barədə” 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 1). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 4 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Cəlal qızının müraciəti əsasında fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. (İ/V. 12-13). “Təqdim etmə və götürmə barədə” 22 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan “Samsung Galaxy A02” və “İphone 11 Pro” markalı mobil telefonları təqdim etmişdir. (İ/V. 22). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 22 noyabr 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdə, saat 21:50-də Azərbaycan Respublikasının CM-nin 151-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 32). “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (İ/V. 41). Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən üzərində aşkar edilmiş “Samsung” markalı mobil telefona baxış keçirilərək müəyyən edilmişdir ki, həmin mobil telefonun üzərində 050- ***-**-** saylı nömrə vardır. Həmin mobil telefonun “Whatsap” sosial mesencer bölümünə daxil olduqda həmin proqramın +7 905 *** ** ** saylı mobil nömrəsi ilə işlədiyini və həmin nömrədən zərərçəkmiş şəxs Şəlalə Quluyeva mesajlar göndərildiyi müəyyən edilmişdir. Bundna başqa şəkil bölümünə daxil olduqda Zərərçəkmiş şəxs məxsus intim şəkillər və onun qohumuna göndərilən şəkillər müəyyən edilmişdir. (İ/V. 54-65). 23 noyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha ifadəsində göstərdiklərini təsdiq etmiş, Təqsirləndirilən şəxs heç bir əsaslə dəlil gətiormədən Zərərçəkmiş şəxs göstərdiklərini inkar etmişdir. (İ/V. 66-71). “Cinayət əməlinin tövsif edilməsi haqqında” 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 151-ci maddəsindən, həmin Məcəllənin 134 və 151-ci maddələrinə tövsif edilmişdir. (İ/V. 76). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134 və 151-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ/V. 80). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-926/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 108-112). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134 və 151-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. (İ/V. 114). “Sənədə baxış keçirilməsi haqqında” 17 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxın qohumuna onun intim şəklini ataraq altından “Baldızına baxsanmı s..ə nətər yanıqlı. Bu gün altmış faiz tanıyır iki günsən sonra yüz faiz tanıyacaq Azərbaycanda iki gün vaxt var. Ona denən məni yığsın iki gün var yoxsa hamıynan bir eliyəcəm” sözləri yazılsmışdır. Digər A 4 kağızda isə “Dedim biləsən bəlkə yeznə utandığınan deməyib vaxt gedir. Səni hamıynan bir eliyəcəm. İtirəcəyim heçnə qalmayıb onu sən etdin. Tovuza gəl. Söhbət edərik” sözləri yazılmışdır. (İ/V. 132). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair” 2 fevral 2024-cü il tarixli qərardan görünür ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar ləğv edilərək toplanmış material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. İ/V. 175-176). “Baxış keçirilməsi haqqında” 4 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ölümlə hədələdiyi ünvan sonuncunun işlədiyi ünvan 6 “Amor VİP” gözəllik salonudur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onunla cinsi əlaqəyə girməsi üçün hədələdiyi ünvan isə sonuncunun yaşadığı ünvan 7nında yerləşən mənzildir. (İ/V. 206-210). Azərbaycan Respublikası DİN-n Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamədən görünür ki, Xəşəlov X4 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 309.2-ci maddəsi ilə 2 il şərti sınaq müddəti ilə 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişhdir. Bundan başqa o, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1, 221.2.2, 221.3, 228.4-cü maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə üzərində 5 il cəza saxlanılmış, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 7 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. (İ/V. 211-213). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-126/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1, 221.2.2, 221.3, 228.4-cü maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (İ/V. 214-230). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-231/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 7 ay 22 gün vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. (İ/V. 231-234). Məhkəmə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 87 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixoapatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də R,M.Xəşəlov ona ittiham olunun əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xasiyyətin psixiapatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik, özündən uydurmağa meyillik əlamətləri aşkar edilməmişdir. (İ/V. 236-238). Məhkəmə-Tibbi ekspertiza və patoloji anatomiya elmi-təcrübi və tədris birliyinin 12 fevral 2024-cü il tarixli 18 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi ekspertizasına əsasən, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyyəsində cinsi əlaqəyə mane törədəcək hər hansı patologiya, anamaliya aşkar edilməmişdir. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. (İ/V. 239-242). Məhkəmə-kompüter texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 5/51 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata tədim edilmiş, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd «Samsung Galaxy A02s» markalı, «**********26191, **********26196» imeı kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədim olunmuş «Samsung Galaxy A02s» markalı mobil smartfonun yaddaşında mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunaraq xarici yaddaş qurğusuna köçürülmüşdür. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs götürülmüş «İPhone 11 Pro» markalı «**********75533» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim olunmuş «İPhone 11 Pro» markalı smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şiffə ilə mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmamışdır. (İ/V. 259-263). 5/51 saylı rəyə əlavə edilmiş xarici yaddaş qurğusuna baxış keçirilmiş müəyyən edilmişdir ki, kontakt adlı bölümə daxil olduqda Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs bacısının ərinə məxsus olan mobil nömrəsinin ***-***-**-** saylı mobil nömrəsinin qeyd edilməsi və onun kontaktında həmin nömrənin “Rustem Peysər” kimi qeyd edildiyini, ona “Vhatsap” ani mesajlaşma proqramı ilə mesaj yazıldığı lakin daha sonra tərəfindən silindiyi müşahidə olunur. Foto bölümünə daxil olduqda Təqsirləndirilən şəxs mobil telefonunda çoxlu sayda pornoqrafik şəkillər, bundna başqa isə Zərərçəkmiş şəxs qızma məxsus intin şəkillərin olması müşahidə olunur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 50 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır, vizual olaraq uşaqlıq yolunda hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmam göstərən əlamətlər aşkar edilməmişdir. Zərərçəkmiş şəxs müayinəyə gəldiyi vaxt (xx.xx.2024-cü il) onda növbəti aybaşı tsikli davam etdiyi üçün hamiləliyin təyini məqsədəuyğun sayılmamışdır. X8 tərəfindən Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx.xx.2024-cü il tarili 18-1-7/2-130/2024 saylı arayışa əsasən, onda Lues, QİÇS və Hepatit xəstəliyi aşkar olunmamış, həmçinin bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. (İ/V. 265-268). Məhkəmə iclasında Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefon dair "xxxx" MMC-dan daxil olmuş DVD diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş **********29 nömrəli telefona aşağıdakı məzmunda SMS yazışmaları vardır. xx.xx.2022ci il saat 01:01:42-də “Bəlkədə öz kefindəsən mən qalmışam gic kimi” xx/xx/2022,17:06:32,**********61,**********29, Belkede menim bu mesajlm seni lap rus demiş razdrajat eleyir. Sadec. xx/xx/2023,11:26:21,**********61,**********29, “Gotur soz deyirem” xx/xx/2023,11:39:40,0**********61,**********29, “Sen ol narmal danlsacam” xx/xx/2023,12:00:57,**********61,**********29, “Minetsiz tel gotur soz deyecem” xx/xx/2023,12:08:50,**********61,**********29, “Derem birkeme gotur sonra bildiyni ele” xx/xx/2023,12:56:29,**********61,**********29, “Men seni o qeder istemisdim Allah menen o isteyi keşin seninde canin qutarsln menimde” xx/xx/2023,12:57:16,**********61,**********29, “Senol qurxudan yazanln savax gormesin” xx/xx/2023,00:41:34,**********61,**********29, “Salam bes menide basa dus sikayet eledin polise sonra turmeye sonrada 27 bolmeye yandlrdln yaxdln.” xx/xx/2023,21:41:08,**********61,**********29, “EE ay SELALE BİZİ ANCAX ÖLÜM AYRA BİLER..” xx/xx/2023,15:25:58,**********61,**********29, “Yüzfaiz dedin ki, he senin başln ücümmen sene yazanda ki meni” xx/xx/2023,15:25:59,**********61,**********29, “vaçapdan qara siyahadan clxart” xx/xx/2023,16:56:24,**********61,**********29, “Ac vacaplnl bir sekil gönderecem. xx/xx/2023,16:57:00,**********61,**********29, SONRA BAAGLA” xx/xx/2023,17:01:27,**********61,**********29, “öz seklimdi bax istesen sevinersen istesen kederlenersen” xx/xx/2023,17:44:59,**********61,**********29, “Tel götür adam döysenmi .menim heckimnen qprxum yoxdur bunlar biyablrcllx acmax isteyiler bilmelemeter elesinler.elerinde bayrax tutsunlar.” xx/xx/2023,20:19:00,**********61,**********29, “Hec vejemede deyil .indide zen ele denen ki residi skln at məənim itireceyim yoxdur hecne.birden deyersen icib yazlr yaman maraxnan sorusdun icib xeste.” “Sübutların qiymətləndirilməsi haqqında” 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, İş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, mobil telefona baxış protokolu, WhatsApp yazışmaları, WhatsApp vasitəsi ilə göndərilmiş şəkillər, Təqsirləndirilən şəxs götürülmüş «Samsung Galaxy A02s» markalı və «İPhone 11 Pro» markalı smartfonlar, məhkəmə-kompüter ekspertizasının xx.xx.2024-cü il tarixli, 5/51 saylı rəyi, həmçinin rəyə əlavə edilmiş xarici yaddaş usu və "xxxx" MMC-dan daxil olmuş 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs götürülmüş «Samsung Galaxy A02s» markalı və «İPhone 11 Pro» kalı mobil telefonlar saxlanılamsı üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (İ/V. 269-275). Elektron məhkəmə informasiya sistemində olal məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə ilkin olaraq Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 134-cü maddəsinin xx.xx.2021-ci il tarixli epizodu ilə bağlı ittihama dair qeyd edir ki, məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində (xx.xx.2021-ci il tarixli epizodla bağlı) nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən inkar edilsə də, bu fakt zərərçəkmiş şəxsin ifadəsi ilə, üzləşdirmə protokolu ilə, həmçinin cinayət işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş sözügedən epizod üzrə ittiham əsaslıdır və mötəbər sübutlarla öz təstiqini tapır. İlkin olaraq məhkəmə bildirir ki, cinayət işinin 191-179-cu səhifələrində olan Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən məlum olur ki, o polis bölməsinə müraciət edərək Təqsirləndirilən şəxs onu hədələyərək “BİÇAQLA” vuracağını yazılı şəkildə bildirmişdir. Cinayət işinin 193-cü səhifəsində olan xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Yasamal RPİ-nin PPXB-nin üç nəfər əməkdaşı xx.xx.2021-ci il tarixində saat 21:00 radələrində Ş.Qurbanov küçəsində bir nəfər qadının onlara yaxınlaşaraq “arxası ilə gələn kişi onu hədələdiyini bildirmişdir”. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli hükmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 127.2.3, 221.2.1, 221.2.2, 221.3 və 228.4-cü maddələri ilə ittiham verilmişdir və müvafiq hökm qəbul edilmişdir. Həmin hökmə əsasən Təqsirləndirilən şəxs 23 aprel 2016-cı il tarixində saat 21 radələrində idarə etdiyi avtomobillə alkoqol sərxoşluğu vəziyyətində tanışı Zərərçəkmiş şəxs Cəlal qızı ilə birlikdə Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 13 ünvanda yerləşən “Caspian Petrol” yanacaq doldurma məntəqəsinə daxil olub avtomobilinə yanacaq doldurduqdan sonra heç bir əsaslı səbəb olmadan aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onunla birlikdə getməyəcəyini bildirib avtomobildən düşdüyünü görərək arxasınca gedib ona yaxınlaşdıqda yanacaq doldurma məntəqəsinin işçilərinin onu sakitləşdirmələrinə əhəmiyyət verməyərək ictimai yerdə insanlar arasında bərqərar olmuş birgə yaşayış qaydalarını qərəzli surətdə pozulması, uzun müddət yanacaq doldurma məntəqəsinin iş fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlər etməklə onun qanunsuz davranışlarından qorunmaq məqsədi ilə yanacaq doldurma məntəqəsinin işçiləri ilə birlikdə məntəqənin istirahət otağına daxil olan Zərərçəkmiş şəxs arxasınca həmin otağa daxil olub onunla birlikdə getməməsi kimi cüzi səbəbi bəhanə edərək sakitləşdirilməsi üçün ona təqdim edilmiş su ilə dolu stəkanı sonuncunun başına çırpmaqla, Zərərçəkmiş şəxs alın nahiyyəsinin sol yarısında, qaşüstü nahiyyənin səthi və sol qaş qövsünün sayır qurtaracağı proyeksiyasında, qaşüstü nahiyyənin kəsilmiş yaraları, habelə həmin otaqda və otağın qarşısında Zərərçəkmiş şəxs çoxsaylı yumruq və təpik zərbələri vuraraq ona alın nahiyyəsinin mərkəzinin və sağ yarısının şişkinlik fonunda qançır, sol göz ətrafı nahiyyənin henmatoması, boyunun sol yan səthinin şişkinlik fonunda qançırı, sol bazunun orta yuxarı 1/3 bayır səthinin qançırı, sağ əlin İİİ barmağının distal falanqasının açıq, yerdəyişmiş sınığı ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş bədən xəsarətləri törətməklə xuliqanlıq hərəkətləri etmiş və Zərərçəkmiş şəxs az ağır zərər vurmuşdur. Həmin hökmə əsasən Təqsirləndirilən şəxs 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə iş üzrə yuxarıda sadalanan və mübahisə doğurmayan konkret mötəbər sübutlara əsaslanan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən cibindən çıxardığı bıçaqla öldürəcəyi ilə hədələyib zərərçəkmiş şəxsin ünvanına səsləndirdiyi hədə ifadələrinin real şəraitdə həyata keçirilməsində Zərərçəkmiş şəxs inam yaradıb sonuncuya qarşı real əsaslara söykənən hədələr səsləndirməklə onu öldürmək və ağır xəsarət yetirməklə hədələməsi öz təsdiqinini tapır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən qanuni quvvəsini almış məhkəmə hökmü ilə öz təsdiqini tapmış hallar konkret olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş Ş.Qurbanovaya qarşı əvvəllər cinayət törətməsi faktı hazırda Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda zərərçəkmiş şəxsin ifadələrinə bir sübut növü kimi həqiqilik, inandırıcılıq və obyektivliyi baxımından mötəbər və şübhəsiz yanaşmağa vadar edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində (xx.xx.2021-ci il tarixli epizodu ilə bağlı ittihama dair) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, az ağır cinayətin törədilməsindən isə yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 134-cü maddəsinə əsasən öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 134-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin ilk epizodu üzrə (xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə) cinayətlərin təsnifatı baxımından böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir və həmin əməl Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixində törədilmişdir. Bununla belə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan əlavə həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 134-cü maddəsinin ikinci epizodu ilə bağlı irəli sürülmüş ittihamla (yəni 2023cü ilin fevral ayında saat 23 radələrində baş vermiş hadisə ilə) bağlı qeyd edir ki, məhkəmə istintaqının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş həmin ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin sözügedən epizod üzrə cinayət əməlinin törədilməsi vaxtı qeyri müəyyəndir və cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən cinayətin törədilmə vaxtı müəyyən edilmədən ona ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirlənirlən şəxs tərəfindən sözügedən epizod üzrə cinayət əməlinin törədilməsi inkar edildiyindən və qeyri müəyyən vaxtda cinayətin törədildiyini təsdiq edən iş üzrə yeganə sübut zərərçəkmiş şəxsin ifadəsi olduğundan məhkəmə hesab edir ki, bu yeganə sübut təqsirləndirilən şəxsin həmin epizod üzrə təqsirli bilinməsi üçün kifayət hesab edilə bilməz, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin əməli törətməsini sübut edən əsaslı dəlillər iş materiallarına əlavə edilməmiş və yalnız zərərçəkmiş şəxsin ifadəsi əsas götürülməklə kifayətlənilmişdir.Halbuki zərərçəkmiş ona qarşı törədildiyini iddia etdiyi cinayətin törədilmə vaxtını belə qeyd edə bilməmişdir, ibtidai istintaq zamanı da bu hal müəyyən edilə bilinməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş üzrə şahid ifadələri (zərərçəkmişin bacılarının ifadələri) bu halda mötəbər sübut kimi qəbul edilə bilinməz. Belə ki, həmin şəxslər zərərçəkmiş şəxslərin yaxın qohumları olmaqla bərabər cinayət hadisənin baş verməsinin bilavasitə şahidi olmamışdırlar. Həmçinin ifadələrinə nəzər yetirdikdə məlum olur ki, onların ifadələri hazırkı epizod üzrə əlaqəli deyildir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş sözügedən epizodla bağlı ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsinin ikinci epizodu ilə bağlı irəli sürülmüş ittihamla (yəni 2023cü ilin fevral ayında saat 23 radələrində baş vermiş hadisə ilə) bağlı təqsirli bilinməsi üçün kifayət etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsinin (ikinci epizodla bağlı irəli sürülmüş ittiham üzrə - 2023-cü ilin fevral ayında saat 23 radələrində baş vermiş hadisə ilə bağlı) tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə bağlı irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, onun həmin maddədə nəzərdə tutulan cinayəti törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mobil telefon vasitəsi ilə aparılmış Wotsapp yazışmaları və fotoşəkillər, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin ifadəsindən görünür ki, o, təqsirləndirilən şəxslə bir müddət qeyri rəsmi nikah münasibətində olmuşlar, sonradan Təqsirləndirilən şəxs ona qarşı cinayət əməli törətdiyindən barəsində ittiham hökmü çixarılmışdır. Cəzaçəkmə müəssisəsində olmasına baxmayaraq yenə də zəng edir, çıxdıqdan sonra onu öldürəcəyini, onunla münasibət saxlamadığı təqdirdə onu ailə və yaxın qohumları arasında rüsvay edəcəyini demişdir. Ondan qorxduğundan və bu məlumatların yayılmasına yol verilməməsi üçün asılı vəziyyətə salmışdır. Həmçinin onu bir neçə dəfə döydüyündən və ağır xəsarətlər yetirdiyindən qorxurmuş ki, bu səfər çölə çıxdıqda onu öldürər. Qorxduğu üçün onun dediklərini edir və ona nə istəyirsə edəcəyini deyirmiş. Buna görə də onu tam özündən asılı vəziyyətə salmışdır. Rəşidin dediklərini eləmək istməsə də ondan asılı vəziyyətə düşdüyündən qorxduğundan edirmiş. Yuxarıda qeyd etdiyi kimi, Rəşidin dediklərini edir lakin cinsi əlaqəyə girməmək üçün ona hər dəfə müxtəlif yalanlar deyirmiş. 2021-ci ilin aprel ayından o cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra yenidən ona hədə-qorxu gələrək, onu öldürəcəyini bildirərək, intim görüntülərini sosial şəbəkədə yayacağını bildirərək onunla yenidən görüşmək istədiyini, onunla intim əlaqəyə girməyi tələb etmişdir. Ondan necə xilas olacağını bilmirmiş. Həmin ərəfədə onu öz evinə çağırmışdır. Onunla evində intim əlaqədə olmağını tələb etmişdir ki, ona yox cavabı verdikdə onda olan intim görüntüləri tez bir zamanda instagram və tik-tok sosial şəbəkəsində yayaçağını və onun rüsvay olacağını demişdir. Vaxt qazanmaq və ondan yaxa qurtarmaq üçün onunla razılaşmış və evə gələcəyini demişdir. Onunla intim əlaqədə olmamaq üçün 10 qramlıq şprislə öz qanını çəkmiş və guya qadın xəstəliyində olduğunu bildirərək onunla əlaqədə ola bilməyəcəyini demişdir. O, isə bir ədəd fleş- kart göstərərək sağaldıqdan sonra onunla əlaqədə olmadığı təqdirdə həmin fleş-kartında olan onun intim görüntülərini yayacağını deyir, ondan sonra da olmayacağı təqdirdə onu öldürəcəyini demişdir. Bir neçə gün sonra evdə olan zaman Whatsapp proqramı vasitəsi ilə görüntülü zəng etmişdir. Onunla danışmaq istəmədiyindən ona zəng vurmamasını dedikdə o, yenidən onun istədiyini eləmədiyi təqdirdə onun intim şəkillərini yayacağıni demiş, qorxduğundan məcbur olub görüntülü zəngi açmışdır. Görüntülü danışan zaman, o öz intim orqanını göstərərək ondan əynində olan paltarları çıxarmağı tələb etmişdir. Ondan qorxduğu üçün paltarını çıxarmadan sinə nahiyəsini və intim orqanını ona göstərmişdir ki, ondan əl çəksin. Təxminən 3-4 dədiqə danışdıqdan sonra onun istədiyini elədiyini və artıq danışmaq istəmədiyini demişdir. Sonradan məlum olmuşdur ki, ona görüntülü danışan zaman öz intim orqanlarım ona göstərəndə o, həmin anlan ekran kaydı edərək həmin anları yaddaşda saxlamışdır ki, onu yenə də hədələsin. O, həftədə 3-4 dəfə yığaraq onu öldürəcəyini, “əgər mənim deyilsənsə heç kimin ola bilməzsən” sözünü demişdir. O, hətta mesaj yazaraq bildirmişdir ki, onun itirəcəyi heç bir şey yoxdur.xx.xx.2023-cü ildə Rəşid yenidən ona otelə getməyi, onunla orada cinsli əlaqədə olmağını, getmədiyi və onunla cinsi əlaqədə olmadığı təqdirdə həmin şəkilləri onun yaxın qohumlarına göndərəcəyini deyirmiş. Rəşid onu artıq özündən tam asılı vəziyyətə salmışdır. Həmin zaman Rəşid onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəmə Whatsapp proqramı ilə +7-***-***-**-** saylı nömrəsi ilə yazırmış. O, artıq onun hədələrindən yorulduğundan, Rəşidə görüşməyəcəyini və artıq ondan əl çəkməsini qəti sürətdə bildirmişdir Rəşid isə yenidən ona otelə qəlməyini görüşməyəcəyi və onunla cinsi əlaqədə olmayacağı təqdirdə onun şəkil və videolarını qohumlarına göndərəcəyini bildirirmiş. O, Rəşidin nömrəsini bloka atmışdır. Təxminən bir saat sonra bacısı Şahid1 ona zəng edərək bir nəfər şəxsin onun həyat yoldaşı Rüstəmli Rüstəmin istifadəsində olan Whatsapp proqramına onun intim şəklini, yəni yarıçılpaq şəklimi göndərərək, altından bu cür sözlər yazmışdı: “Baldızına baxırsanmı S... nətər baxır yanıqlı. Bu gün altmış faiz tanıyır, iki gündən sonra 100 faiz tanıyacaq, Azərbaycanda iki gün vaxtı var. Ona denən məni yığsın, iki gün vaxtı var yoxsa hamıynan bir eliyəcəm” və həmin yazışmanı bacısı ekran kaydı edərək ona göndərmişdir. Ertəsi gün o həmin şəkli göndərərək ona “dedim biləsən bəlkə yeznəni utandığından deməyb. Vaxt gedir, səni hamıynan bir edəcəm, itirəcəyim heç nə qalmayıb. Onu sən etdin” deyərək mesaj yazmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən məzmunda sözlərin, ifadələrin mobil telefonda olan Whatsapp proqramı vasitəsilə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs yaxın qohumuna yazılması işin mübahisəsiz halıdır, bu hal ilk əvvəl Təqsirləndirilən şəxs tərəfindən ibtidai stintaq başlanılan zaman inkar edilsə də sonradan həmin yazışmanı qarşı tərəfə göndərdiyini etiraf etmişdir. Lakin təqsirləndirilən şəxs sözügedən məzmunda smslərin göndərilməsində məqsədinin Zərərçəkmiş şəxs cinsi əlaqəyə məcbur etməyə deyil sadəcə onun tərəfindən mərhum anası barədə səsləndirdiyi nalayıq ifadələrə cavab olaraq (özünün dediyi kimi qisas almaq üçün) yazdığını bildirmişdir. Lakin məhkəmə iş materiallarını və daxili inamını rəhbər tutraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs gətirdiyi dəlillər etibarli, inandırıcı və həqiqətə uyğun hesab edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmişlə intim münasibət zamanı onun iradəsi əleyhinə çılpaq şəkillərinin gizli çəkilməsi, belə məlumatların, şəkillərin özünə məxsus telefonunun yaddaşında olmasını qarşı tərəfə bildirməsi, bununla qarşı tərəfi özündən asılı vəziyyətə salınması, bir neçə dəfə yaranmış bu vəziyyətdən istifadə edərək intim münüsibətdə olmasına nail olması, daha sonradan qarşı tərəfdən rədd cavabı aldığı üçün Zərərçəkmiş şəxs yaxın qohumunun mobil telefonuna məlum şəkilin göndərilməsi və altından “Baldızına baxırsanmı S... nətər baxır yanıqlı. Bu gün altmış faiz tanıyır, iki gündən sonra 100 faiz tanıyacaq, Azərbaycanda iki gün vaxtı var. Ona denən məni yığsın, iki gün vaxtı var yoxsa hamıynan bir eliyəcəm” sölərinin yazılması halı onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs bütün bu hərəkətləri etməkdə məqsədi Zərərçəkmiş şəxs cinsi əlaqəyə məcbur etmək olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən həmin yazıların yazılmasında əsas məqsədi kimi göstərilmiş dəlillər yəni Zərərçəkmiş şəxs onun anası barədə bildirdikləri təhqiramiz ifadələrin qarşılığında belə hərəkt etməsi ilə bağlı dəlillərini məhkəmə əsaslı və inandırıcı hesab etmir, digər tərəfdən bu halın mövcud olmasını təsdiq edən heç bir sübut yoxdur. Digər tərəfdən məhkəmənin bu qənaətə gəlinməsində əsas səbəblərdən biri də iş materiallarında olan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yazmış olduğu “Baldızına baxırsanmı S... nətər baxır yanıqlı. Bu gün altmış faiz tanıyır, iki gündən sonra 100 faiz tanıyacaq, Azərbaycanda iki gün vaxtı var. Ona denən məni yığsın, iki gün vaxtı var yoxsa hamıynan bir eliyəcəm” smsin məzmunu və mahiyyətində gizlənən məqsədi olmuşdur. Həmin yazışmanın məzmunundan da görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla əlaqə qurmaq istəmir, yayınır lakin sonuncu çilpaq şəkili onun yaxın qohumuna göndərməklə ona mənəvi təzyiq göstərərək onunla görüşməyə məcbur edir, əks halda daha geniş miqyasda rüsvay edəcəyini, bunun üçün iki gün vaxtının olmasını israrlı şəkildə qarşı tərəfə bildirir. Bundan başqa məhkəmə Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə bağlı Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsaslılığı ilə bağlı tərəflər arasında olan yazışmaları özündə əks etdirən DVD-diskdə olan məlumatları nəzərə alınmasını zəruri hesab edir. Belə ki, cinayət işinin 245-258-ci səhifələrində olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs qarşı tərəfə “SELALE BİZİ ANCAX ÖLÜM AYRA BİLER”, “Ac vacapınlı bir sekil gönderecem öz seklindi bax istesen sevinersen istesen kederlenersen” Hec vejemede deyil indide zeng ele denen ki residi skln at “məənim itireceyim yoxdur hecne” məzmununda sözlər yazaraq göndərmişdir. Digər tərəfdən cinayət işinin 134-cü səhifəsində olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs qarşı tərəfə “dedim biləsən bəlkə yeznəni utandığından deməyb. Vaxt gedir, səni hamıynan bir edəcəm, itirəcəyim heç nə qalmayıb. Onu sən etdin” deyərək mesaj yazmışdır. Daha sonra isə “Səni hamıyla bir edəcəm itirəcəyim heçnə almayıb” sözlərini yazmış Zərərçəkmiş şəxs isə cavabında “Neynəməyimi istəyirsən” sözlərini yazmış Təqsirləndirilən şəxs isə cavabında “Tovuza gəl” yazmışdır. Məhkəmə istintaqı zamanı hər iki tərəf etiraf etmişlər ki, sonradan Zərərçəkmiş şəxs Tovuz rayonuna yollanmış, Ayan otelin qarşısında olan zaman əvvəlcədən xəbər verilmiş polis əməkdaşları onlar görüşən zaman Təqsirləndirilən şəxs saxlamışlar. Yuxarıda qeyd edilən iş üzrə əhəmiyyətli hallardan görünür ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsin iradəsi əleyhinə əldə etdiyi çılpaq şəkilləri və rüsvayedici məlumatları zərərçəkmiş şəsin yaxın qohumlarına göndərəcəyi hədəsi ilə ondan sosial vəziyyəti ilə əlaqədar asılı olmuş Zərərçəkmiş şəxs onunla cinsi əlaqəyə girməyə məcbur etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsinə əsasən əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə— bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, məhkəmənin qənaətinə görə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs əvvəllər də zərərçəkmiş şəxsə qarşı cinayət törətmiş, buna görə azadlıqdan məhrumetmə növundə cəza çəkməsinə baxmayaraq islah olunmamışdır və yenidən qəsdən cinayət törətmişdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs oğlundan 80 (səksən) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut qismində tanınaraq Yasamal RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A02S” və “İphone 11 Pro” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra sahibinin yaxın qohumlarına və ya səlahiyyətli nümayəndəsinə qaytarılmalı, eləcə də iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd “DVD” disk və 01 ədəd xarici yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil olaraq işlədiyi Vəkil Bürolarının hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-247/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçiləri ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini “xx.xx.2021-ci tarixli” epizod üzrə törətməkdə təqsirli bilinsin, AR Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmasın, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini “2023-cü ilin fevral ayı”epizodu üzrə isə onun təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsdan 80 (səksən) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut qismində tanınaraq Yasamal RPİ-nin saxlanc yeriondə saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A02S” və “İphone 11 Pro” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra sahibinin yaxın qohumlarına və ya səlahiyyətli nümayəndəsinə qaytarılsın. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd “DVD” disk və 01 ədəd xarici yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-247/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-247/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver