Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-248/2020 27.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Yasamal rayon Bələdiyyəsində vergi agenti vəzifəsində işləmiş, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs x xxxxxx 2019-cu il tarixdən Yasamal rayon Bələdiyyəsində vergi agenti vəzifəsinə qəbul edilməklə, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə x xxxx 2020-ci il tarixdə müxtəlif xəstəliklərdən əziyyət çəkən, Azərbaycan Respublikasının vətəndaşı olan anası X6 ölməsindən sonra cənazəsinin dəfn edilməsi üçün Yasamal rayon Bələdiyyəsinin balansında olmaqla Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsində yerləşən “1 saylı Dağüstü qəbiristanlığ”ında qəbir yeri ayrılmasında köməklik göstərilməsi üçün özünə müraciət edən Şahid1 qeyd edilən bələdiyyədə işləməsi ilə əlaqədar həmin qəbiristanlığın müdiriyyətində olan rəhbər vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək Natalya Petrovanın dəfni üçün qəbir yeri ayrılmasını təmin etmək imkanına malik olduğunu həmin qəbiristanlığın ərazisindəki görüşləri zamanı Şahid1 yalandan bildirib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 17.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerlərinin qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılmasının müəyyən edilməsinə baxmayaraq, Şahid1 həmin qəbir yerinin ayrılması üçün özünün yaxın münasibətdə olduğu qeyd edilən qəbiristanlığın müdiriyyətinin rəhbər vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin (vəzifələrinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi həmin hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, sonuncunun razılığını almaqla onunla sövdələşərək, ilkin olaraq həmin məbləğin 700 (yeddi yüz) manatını Şahid1 razılaşmalarına əsasən, həmin görüş zamanı alıb şəxsi ehtiyaclarına sərf edib, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin (vəzifələrinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi həmin hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmiş, habelə rüşvət qismində verməli olduğuna inandırdığı pulun qalan hissəsini, yəni 2.300 manat pulu x xxxx 2020-ci il tarixdə qeyd edilən qəbiristanlığın ərazisində Şahid1 aldıqdan sonra həmin pul vəsaiti üzərində istədiyi kimi sərəncam vermək və ya ondan istifadə etmək imkanı yaranmadan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının Binəqədi rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı cinayət başında yaxalandığından bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 3.000 (üç min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.3, 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evlidir, 3 azyaşlı övladı vardır. 2013-cü ildə Bakı şəhər İcra hakimiyyətinin nəzdində Əhaliyə Vətəndaşlıq Xidməti Trestinə işə qəbul olmuş, xx.xx.2019-cu il tarixdən Yasamal Bələdiyyəsi İcra aparatının vergi və ödənişlər şöbəsinə vergi agenti vəzifəsində işləmişdir. Yasamal Bələdiyyəsində müfəttiş olaraq vəzifəsi Yasamal Bələdiyyəsinin sədri – Şahid3 xx xxxxxx 2020-ci il tarixli əmri ilə təsdiq edilmiş “Yasamal Bələdiyyəsinin 1 saylı Dağüstü Qəbiristanlığında işləyən müfəttişin vəzifə Təlimatı” ilə müəyyən edilmiş qəbiristanlığın ərazisindəki qəbir yerlərinin, piyada səkilərinin və yolların səliqəli saxlanılmasını, qışda qardan təmizlənməsini, həmçinin buz bağlamış hərəkət hissələrinə qum səpilməsini təşkil etmək, qəbiristanlıqlarda yaşıllıqların mühafizəsini və onlara qulluq edilməsini təmin etmək, qəbiristanlığın sanitariya-gigiyena normalarına uyğun saxlanılmasını, o cümlədən qəbiristanlığın ərazisinin mütəmadi təmizlənməsini və zibillərin daşınmasını təşkil etmək, qəbiristanlıqda dəfnlərin dəqiq qeydiyyatının aparılması məqsədilə məlumatların kağız daşıyıcılarda toplanmasını təmin etmək, qəbiristanlığın ərazisində səyyar ticarətlə və dilənçilikdə məşğul olmağa, kimsəsiz şəxslərin gecələməsinə, sərxoş vəziyyətdə olan şəxslərin və ev heyvanlarının qəbiristanlığın ərazisinə daxil olmasına, habelə qəbiristanlığın ərazisindən otlaq sahəsi kimi istifadə edilməsinə yol verməmək, qəbiristanlığın sanitariya-gigiyena normalarına uyğun saxlanılmasını, o cümlədən qəbiristanlığın ərazisinin mütəmadi təmizlənməsini və zibillərin daşınmasını təşkil etməkdən ibarət olmuşdur. Ondan başqa 1 saylı Dağüstü qəbiristanlıqda 2 nəfər – Rahib və Elçin adlı müfəttişlər də fəaliyyət göstərmişlər. O, gün ərzində 1 saylı Dağüstü qəbiristanlığın ərazisində olmaqla müraciət edən şəxslərə dəfn yerlərinin ayrılması üçün müvafiq qaydaları, dəfn xidmətlərinin göstərilməsi üçün qaydaları izah etmişdir. 2020-ci ilin mart ayının əvvəllərində Andrey adlı əvvəllər tanımadığı şəxs “1 saylı Dağüstü qəbiristanlığ”a gələrək müraciət edib anasının səhhətinin yaxşı olmadığını, tez bir zamanda öləcəyini bildirmişdir. Anasının dəfn edilməsi üçün yer lazım olduğunu deyərək ona adını xatırlamadığı bir nəfər şəxsin adını çəkib tanışlıq vermişdir. O da öz növbəsində Andreyə 1 saylı Dağüstü qəbiristanlığın ərazisində dəfn üçün nəzərdə tutulmuş bir neçə torpaq sahələrini göstərib həmin torpaq sahələrinin qiymətlərinin 2.000-3.000 manat civarında olduğunu bildirmişdir. O, Andreyə ödəyəciyi pulun müqabilində torpağın ayrılmasından əlavə dəfn və hasarın çəkilməsi işlərinin görüləcəyini bildirmişdir. Andrey öz növbəsində onunla razılaşmış və onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini alaraq anasının rəhmətə gedəcəyi tarixdə onunla əlaqə saxlayacağını bildirmişdir. O da Andreylə razılaşmışdır. Həmin danışıqdan 3 ay sonra, yəni 2020-ci ilin iyun ayının sonlarında Andrey onun (xatırlamadığı nömrədən) istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsinə zəng edib anasının vəziyyətinin çox pis olduğunu, 1-2 günə öləcəyini bildirərək dəfn üçün yer lazım olduğunu demişdir. O öz növbəsində Andreylə mart ayında razılaşdığını xatırlayaraq sonuncunu 1 saylı Dağüstü qəbiristanlığına dəvət etmişdir. x xxxx 2020-ci il tarixdə Andrey 1 saylı Dağüstü qəbiristanlığında onunla görüşmüş, o Andreyə başqa torpaq sahəsini baha qiymətə satmaq üçün əvvəl göstərdiyi yerin artıq satıldığını bildirərək qəbiristanlığın ərazisində dəfn üçün başqa yerləri göstərmişdir. Bir neçə yer göstərdikdən sonra Andrey 3.000 manat dəyərində olan dəfn üçün nəzərdə tutulmuş torpaq sahəsini almağa razılaşmış və ilkin olaraq pulun müəyyən hissəsini yəni, 700 manatı beh şəklində ona vermiş, 2.300 manatı isə x xxxx 2020-ci il tarixdə ona verəcəyi barədə razılaşmışlar. O, Andreyin beh şəklində verdiyi 700 manat pulun müqabilində Andreyin anası üçün aldığı torpaq sahəsinin kənarına daşla hasar çəkdirmişdir, belə ki, 240 manat daşların alınmasına, 200 manat isə Asim adlı fəhləyə zəhmət haqqı vermişdir. Pulun yerdə qalan hissəsini isə digər xərclərə sərf etmişdir. O, bildirmişdir ki, Andreydən dəfn yerinin ayrılması müqabilində beh şəklində aldığı 700 (yeddi yüz) manat puldan hasarın çəkilməsi üçün zəhmət haqqı şəklində ustaya ödədiyi 200 manatdan başqa heç kimə pul verməmişdir. x xxxx 2020-ci il tarixdə Andrey, dəqiq xatırlamadığı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib pulun qalan hissəsini, yəni 2.300 manatın hazır olduğunu bildirmişdir, bir neçə saat sonra o, Andreylə 1 saylı Dağüstü qəbiristanlığında görüşmüşdür. O. Andreyə anasının dəfn edilməsi üçün ayrılmış qəbir yerini göstərmiş, Andrey də ona 3.000 manat puldan borclu qaldığı qalan hissəni yəni, 2.300 manat pulu təqdim etmişdir. O, Yasamal Bələdiyyəsinin İcra aparatının vergi və ödənişlər şöbəsində vergi agenti vəzifəsində işlədiyi, həmin ərazini yaxşı tanıdığı üçün Andreydə heç bir şübhənin qalmaması məqsədilə sonuncuya 1 saylı Dağüstü qəbiristanlıqda artıq 2 ildir ki, “starşıy” olduğunu bildirmişdir. Andrey də onun həmin vəzifədə işləməsini bildiyi üçün ona inanmışdır. Andrey, pulun qalan hissəsini yəni, 2.300 manatı ona təqdim etdikdən sonra həmin ərazidən uzaqlaşmış, bir neçə dəqiqə sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ona yaxınlaşıb etdiyi cinayət əməli barədə bildirərək müvafiq qaydada rəsmiləşdirmişlər. xx xxxx 2020-ci il tarixdə 1 saylı Dağüstü qəbiristanlıqda Andreylə söhbət edərkən İmran adlı şəxs də onunla birlikdə Andreylə söhbətlərdə iştirak etmişdir. Belə ki, o, İmranın 20 ildən çoxdur həmin qəbiristanlıqda fəhlə işlədiyini, Andreyə dəfn üçün yerlərin göstərilməsi zamanı İmran, onun yanında olduğu üçün Andreylə ümumi söhbət zəminində iştirak etdiyini qeyd etmişdir. O, Andreydən dəfn yerinin ayrılması müqabilində beh şəklində aldığı 700 manat puldan İmrana vermədiyini, nə də ki İmranla bu barədə əvvəlcədən razılaşmadıqlarını bildirmişdir. Bundan əlavə, o, qeyd etmişdir ki, İmranın oğlu həbsdə olduğu üçün o, İmrana arabir kömək üçün 20-30 manat pul vermişdir. Bundan başqa, o, ifadəsinə əlavə olaraq bildirmişdir ki, 2019-cu ilin avqust ayından etibarən Yasamal rayon Bələdiyyəsində, 1 saylı Dağüstü qəbiristanlığın müfəttişi vəzifəsində işlədiyi dövrdə Yasamal rayon Bələdiyyəsinin mülkiyyətinin idarə edilməsi şöbəsinin müdiri - Şahid4 tabe olmuşdur. Şahid4, demək olar ki, hər gün qəbiristanlığın ərazisinə gəlib müfəttişlərə tapşırıqlarını vermişdir, lakin o, dəfn yerinin ayrılmasına görə Andreydən alınmış pul barədə Şahid4 heç bir məlumat verməmiş, sonuncunun razılığını almamışdır. O, Yasamal rayon Bələdiyyəsinin sədri – Şahid3 bələdiyyədə işlədiyi dövrdə cəmi 1-2 dəfə gördüyünü, onun işinə Şahid3 nəzarət etmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, x xxxx 2020-ci il tarixdə 1 saylı Dağüstü qəbiristanlıqda Andreylə razılaşma əsasında sonuncudan dəfn yerinin ayrılması müqabilində 700 manat pulu aldıqdan sonra özünü sığortalamaq məqsədilə Andreyə tapşırmışdır ki, sonuncu öz qohumlarına həmin torpaq sahəsinin əvvəldən özünə məxsus olduğunu, həmin torpaq sahəsi üçün ödəniş etmədiyini desin. O, x xxxx 2020-ci il tarixdə 1 saylı Dağüstü qəbiristanlıqda Andreylə dəfn yerinin ayrılması üçün söhbət zamanı yanında 2 nəfər şəxsin olduğunu bildirərərək onlardan birinin İmran adlı şəxs olduğunu, digərinin isə adını xatırlamadığını qeyd etmişdir, belə ki həmin şəxsin arabir 1 saylı Dağüstü qəbiristanlıqda fəhləlik etdiyini göstərmişdir. 1 saylı Dağüstü qəbiristanlıqda dəfn yerlərinin ayrlıması üçün həmin ərazidə əvvəl dəfn edilmiş şəxsin yaxın qohumlarının müraciəti və sənədləri tələb edilir. Həmin sənədlər müraciət edən və ölən şəxsin şəxsiyyət vəsiqələri və ölüm haqqında şəhadətnamədir. O həmin sənədlərin Yasamal rayon Bələdiyyəsinə göndərildiyini, sənədlər Bələdiyyədə qeydiyyata alındıqdan sonra vətəndaşa rəsmi cavab verildiyini qeyd etmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni və himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, DVD disklərdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, o,1989-cu il tarixdə anası ilə birlikdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına, Bakı şəhərinə köçmüş və həmin vaxtdan Bayıl qəsəbəsində yaşamışdır. O, 1995-ci ildən 2007-ci ilədək Səbail rayon Hərbi Komissarlığında mühafizəçi, 2007-ci ildən müxtəlif restoranlarda çatdırılma xidmətində kuryer işləyir. Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayından tanımış, sonuncu ilə heç bir qohumluq münasibəti, ədavəti və düşmənçiliyi yoxdur. X13 uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkmişdir, 2020-ci ilin fevral ayının əvvəllərində anasının vəziyyəti daha da pisləşmiş, o, anasının artıq yaşamayacağını düşünərək dəfn edilməsi üçün yer axtarmaq qərarına gəlmişdir. Anası xristian dininə mənsub olduğu üçün sonuncunu Yasamal rayonunun ərazisində yerləşən və xrisitianların da dəfn edildiyi “Yasamal qəbiristanlığı”nda dəfn etmək fikrində olmuşdur. Bu məqsədlə qəbiristanlığın ərazisinə gedib orada yerləşən ofisə yaxınlaşmış, ofisdə olan şəxslərə Qəbiristanlığın xristianlar üçün nəzərdə tutulmuş ərazisində anasına qəbir yeri götürmək istədiyini bildirmişdir. Orada olan şəxslər onun istədiyi formada qəbir yerlərini satan əməkdaşın Zaur adlı şəxs olduğunu bildirərək Zaurun nömrəsini ona vermişlər. Yarım saat sonra o, Zaurla görüşüb sonuncuya anasının səhhətinin yaxşı olamdığını bildirib qəbir yeri almaq istədiyini bildirmişdir. Zaur öz növbəsində həmin ərazidə yerləşən qəbir yerlərinin Yasamal rayon Bələdiyyəsinə aid olduğunu, bələdiyyənin razılığı olmadan həmin ərazidən qəbir yerinin alınmasının mümkünsüz olduğunu vurğulamışdır. Daha sonra o, Zaura xristian dininə mənsubluğu barədə bildirmiş, Zaur isə dinindən asılı olmayaraq qəbir yerlərinin alınmasının razılaşdırılmış bir qaydada aparıldığını demişdir. O, həmin qaydalar barədə Zaurdan soruşduqda sonuncu ona, qəbir yerlərinin 1.500 manatdan başladığını, 3.500 manatadək qəbir yerlərinin olduğunu demişdir. O həmin qiymətlərin hansı səbəbdən fərqli olduğunu soruşduqda Zaur qəbir yerlərinin qiymətləri yola yaxın olması, həmçinin həmin yerə gedən yolun enli-ensiz olması ilə bağlı olduğunu bildirmişdir. O, seçdiyi qəbir yerini Zaur 2.500 (iki min beş yüz) manata ona satmağa razılaşmışdır, lakin həmin vaxt pulu olmadığı üçün yeri ala bilməmişdir. Zaurdan əlaqə nömrəsini almış və pulu topladıqdan sonra əlaqə saxlayacağını sonuncuya bildirmişdir. O, qəbir yeri almaq üçün 2020-ci ilin iyun ayının sonlarınadək 2.500 manat məbləğində pul vəsaitini toplamış və Zaurun verdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək artıq pul tapdığını və həmin qəbir yerini almaq istədiyini demişdir. Zaur həmin qəbir yerinin artıq satıldığını bildirərək başqa qəbir yerini ona təklif etmişdir. O, anasını dəfn etmək üçün qəbir yeri ala bilmədiyini, həmin qəbir yerinin ona pul müqabilində satıldığını görüb bu barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Müraciəti dinlənildikdən sonra ona hüquq və vəzifələri izah edilməklə xx xxxx 2020-ci il tarixdə 700 manat məbləğində nömrələnmiş pul əskinazları verilmişdir. O, imza ila təsdiq edərək həmin pul vəsaitini təhvil almış və Zaurla əlaqə saxlayaraq xx.xx.2020-ci il tarixdə görüşəcəklərinə razılaşmışdır. O, x xxxx 2020-ci il tarixdə Yasamal qəbiristanlığında Zaurla görüşmüşdür. Zaur ona başqa qəbir yerləri göstərərək qiymətinin 3.000 manat olduğunu söyləmişdir. O öz növbəsində Zaurun danışığından şübhələnmiş və sonuncudan alacağı qəbir yeri ilə bağlı gələcəkdə hər hansı bir münaqişənin ola biləcəyi barədə soruşmuşdur. Zaur öz növbəsində 18 ildir həmin ərazidə işlədiyini, həm bələdiyyə, həm də İcra hakimiyyətində tanıdığını vəzifəli şəxslərin olduğunu və bu işlərin razılaşdırılmış aparıldığını qeyd etmişdir. Pulun da vəzifəli şəxslərə çatacağını dolayısı ilə ona izah etmişdir. Lakin, pulun dəqiq olaraq kimə çatacağı barədə bir söz deməmişdir. O öz növbəsində pulun ya Yasamal rayon Bələdiyyəsi, ya da Yasamal rayon İcra hakimiyyətində işləyən hər hansı bir vəzifəli şəxsə çatacağını düşünmüşdür. Bu səbəbdən, o, Zaurla razılaşmaq üçün Zaurdan qiyməti biraz aşağı etməsini xahiş etsə də, Zaur qiymətlərin bahalaşdığını, hər gün daha da artacağını bildirmişdir. Buna görə də o, seçdiyi qəbir yerinə görə Zaura beh kimi 700 manat vermişdir. Həmin vaxt Zaurun yanında iki nəfər tanımadığı şəxslər olmuşdur və Zaur həmin şəxslərin ayrılmış qəbir yerini tikərək hasara alacaqlarını, həmçinin qəbiri qazacaqlarını bildirmişdir. Zaur ondan növbəti gün üçün 800 manatı veməyini, daha sonra isə pulun qalan hissəsini, yəni 1.500 manatı verib qəbir yerini götürə biləcəyini demişdir. Lakin növbəti gün o, Zaura zəng edərək pul tapa bilmədiyini, biraz vaxt verməsini xahiş etmişdir. Zaur isə növbəti günə qalsa, 800 manat deyil, 1.000 manat verməli olacağını, qiymətlərin bahalaşdığını söyləmiş, sonra isə pulun hamısını tələb etmişdir. O yenidən bu barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Ona hüquq və vəzifələri izah edilməklə Zaurun tələb etdiyi 2.300 manat məbləğində nömrələnmiş pul əskinazları verilmişdir. O, imza ila təsdiq edərək həmin pul vəsaitini təhvil almış və Zaurla əlaqə saxlayaraq xx.xx.2020-ci il tarixdə görüşəcəklərinə razılaşmışdır. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Yasamal qəbiristanlığında Zaurla görüşmüşdür. Zaur onun almaq istədiyi qəbir yerini göstərərək həmin ərazinin 2 nəfərlik olduğunu demişdir. O, Zaurun göstərdiyi yerə baxdıqda həmin yerin hasarlandığını görmüşdür. Bundan sonra, 2.300 manat məbləğində işarələnmiş pul əskinazlarını Zaura vermişdir. Zaur pulu təhvil aldıqdan sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanmışdır. Şahid1 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla görüşdüyü zaman sonuncu özünün xristian qəbiristanlğına cavabdeh olduğunu, 18 ildən artıq müddətdir ki, həmin yerdə işlədiyini, son 2 ildə “starşıy” olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ona, qəbir yeri satmaq səlahiyyətini təsdiq edən hər hansı bir sənəd təqdim etməmiş, həmçinin aldığı pul vəsaitinin müqabilində ona heç bir qəbz verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2004-cü ildən 2010-cu ilədək “Bakı şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti”ndə “Montin qəbiristanlığı” ərazisində qəbirqazan işləmişdir. 2010-cu ildə “Montin qəbiristanlığı” söküldüyü üçün o, işdən azad edilmiş, bundan sonra Bakı şəhəri ərazisində müxtəlif ərazilərdə yerləşən qəbiristanlıqlarda qəbir qazmağa, təmizlik işləri ilə məşğul olmağa başlamışdır. Hazırda Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlığında olan qəbirlərin ətrafında təmizlik işlərini görməklə məşğuldur. Belə ki, vətəndaşların müraciəti əsasında qəbiristanlıqdakı qəbirlərin ətrafında olan zibilləri yığıb otları təmizləməklə, qəbirin üstünü silməklə məşğuldur. Bu işlərin müqabilində xidmət göstərdiyi hər vətəndaşdan 5-10 manat pul almışdır. Şahid2 ifadəsində əlavə olaraq göstərmişdir ki, x xxxx 2020-ci il tarixdə 1 saylı Dağüstü qəbiristanlıqda vətəndaş Şahid1 anası üçün qəbir yerinin ayrılması müqabilində Təqsirləndirilən şəxs Andreydən 3000 manat pul istəməsi barədə olan söhbətdə o da iştirak etmiş, lakin, vətəndaşdan pul almamış, qəbir yerlərinin qiymətlərini Təqsirləndirilən şəxs müəyyən etmiş, qəbir yerinin ayrılması müqabilində vətəndaşdan alınmış puldan ona pul çatmamış, Təqsirləndirilən şəxsla əvvəlcədən hər hansı razılaşması olmamışdır. Təqsirləndirilən şəxs Yasamal Bələdiyyəsində müfəttiş vəzifəsində işlədiyi dövrdə heç kimlə münaqişəsi olmamış və Zaur işində çox məsuliyyətli olduğunu bildirmişdir. Şahid2 verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs “1 saylı Dağüstü qəbiristanlığı”nın ərazisində qəbir yerlərinin vətəndaşlara satışından əldə etdiyi pulu hansı qaydada, kimlər arasında bölməsi barədə dəqiq bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində göstərmişdir ki, o, Yasamal rayon Bələdiyyəsində İcra aparatının Humanitar şöbəsinin müdiri vəzifəsində işləyir. Yasamal Bələdiyyəsinin İcra aparatının Humanitar şöbəsinin müdiri olaraq vəzifələrinin rayon ərazisində bələdiyyənin humanitar və sosial müdafiə sahəsindəki fəaliyyətini icra etmək, illik iş planı çərçivəsində müvafiq dövlət qurumları və ictimai təşkilatlarla əhalinin sosial cəhətdən az təminatlı nümayəndələrinin müəyyənləşdirilməsi və onların qayğılarının aradan qaldırılmasını təşkil etmək, sosial problemlərlə bağlı vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər əsasında lazım olan maddi yardımlar barədə rəhbərliyə müvafiq komissiyalara təkliflər təqdim etmək və qəbul edilmiş qərarları həyata keçirmək, rayon ərazisində müxtəlif tədbirlərin həyata keçirilməsini təmin etmək, “1 saylı Dağüstü qəbiristanlığı”nda hər bir dəfnə dair məlumatları qeydiyyat jurnalında və elektron daşıyıcılarda aparılmasını təmin etməkdən ibartədir. O, vəzifəsinə uyğun olaraq rayon ərazisində qeyiyyatda olan şəxslərə dəfn yerlərinin ayrılması üçün daxil olmuş ərizələr rayon bələdiyyəsinin humanitar şöbəsinə daxil olduqdan sonra həmin ərizələri dərhal “Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlığında dəfn olunanların qeydiyyatı jurnalı”na qeyd edib bələdiyyənin İcra aparatının “Bələdiyyə Mülkiyyətinin idarə edilməsi şöbəsi”nin müdiri- Şahid4 təqdim edir. Rizvan Mahmodov həmin ərizənin üzərində “araşdırılsın və ödənişsiz təmin edilsin” məzmunlu dərkənar qeyd edir və həmin ərizəni ona təqdim edir. Bundan sonra o “1 saylı Dağüstü qəbiristanlığı”da hər bir dəfnə dair məlumatların qeydiyyat jurnalında və elektron daşıyıcılarda aparılmasını vəfat etmiş şəxsin şəxsiyyət vəsiqəsi, ölüm faktını təsdiq edən tibb müəssisəsinin həkim arayışı və dəfn edilən şəxsin qohumlarından birinin şəxsiyyət vəsiqəsini əlavə etməklə sənədlərin düzgünlüyünü yoxlayır. Daha sonra isə həmin sənədləri saxlanılması üçün arxivə təhvil verir. Bundan sonra o dəfn yerinin ayrılması üçün bələdiyyəyə ünvanlanmış ərizənin cavabını qəbiristanlıqda işləyən müfəttişə şifahi şəkildə verir, belə ki, qəbiristanlıqda işləyən müfəttişlə əlaqə saxlayıb vətəndaşın təqdim etdiyi sənədlərin düzgünlüyünü təsdiq edir və dəfn üçün sənədlərin hazır olduğunu müfəttişə bildirir. Bundan sonra dəfn yerinin ayrılması üçün Bələdiyyəyə ərizə ilə müraciət etmiş şəxsə qəbiristanlıqda işləyən müfəttiş tərəfindən şifahi şəkildə cavab verilir və müfəttiş dəfnin həyata keçirilməsi üçün ərizə ilə müraciət etmiş şəxsə dəfn üçün şərait yaradır. Şahid5 ifadəsində əlavə olaraq qeyd etmişdir ki, qəbir yerinin ayrılmasına görə dövlət rüsumu müəyyən edilməyib, ona görə qəbir yerlərinin ayrılması ödənişsiz həyata keçirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin avqust ayından Yasamal rayon Bələdiyyəsində müfəttiş vəzifəsində işləyir. Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “1 saylı Dağüstü qəbiristanlığı”na təhkim edilmişdir. Ondan başqa qəbiristanlıq ərazisində 2 nəfər müfəttiş vardır ki, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs, digəri isə Elçin Sultanovdur. Müfəttiş olaraq vəzifələrinin qəbiristanlıq ərazisində təmizliyin qorunub saxlanması, vətəndaşların müraciətlərinə baxmaq, yanğın təhlükəsizliyinin təmin edilməsi və sair işlərdir. Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsində yerləşən “1 saylı Dağüstü qəbiristanlığ”ın iş rejimi qəbiristanlıqda işləyən müfəttişin təlimatına uyğun həyata keçirilir. “1 saylı Dağüstü qəbiristanlığ”ında dəfn yerlərinin ayrılmasına icazə üçün əsas, vəfat etmiş şəxsin yaxın qohumlarından birinin orada əvvəllər dəfn edilməsi və dəfn olunmuş şəxsin qəbrinin yanında başqa şəxsin dəfn edilməsi üçün boş yerin olmasıdır. Əks halda “1 saylı Dağüstü qəbiristanlığ”ında dəfn yerlərinin ayrılması həyata keçirilmir. Dəfn yerlərinin ayrılmasına icazə vərəqəsini Yasamal Bələdiyyəsinin sədri tərəfindən imzalanaraq verilir, bundan sonra müfəttişlər tərəfindən həmin sənəd əsasında vətəndaşlara dəfn üçün şərait yaradılır. Qəbirstanlıqda ölmüş şəxs üçün yer ayrıldıqdan sonra həmin şəxsə dəfn xidmətlərinin göstərilməsi dedikdə “yerin qazılması, torpağın daşınması, qəbir tağının hörülməsi, üstünün əlhəd daşı ilə örtülməsi və betonlanması” işlərinin görülməsi nəzərdə tutulur. Sadalanan dəfn xidmətlərinin hamısı yəni, “yerin qazılması, torpağın daşınması, qəbir tağının hörülməsi, üstünün əlhəd daşı ilə örtülməsi və betonlanması” işləri birlikdə təxminən 100-150 manat ödəniş əsasında həyata keçirilir. “1 saylı Dağüstü qəbiristanlığ”da işləyən müfəttişlərin işinə nəzarəti Yasamal Bələdiyyəsi İcra aparatının Bələdiyyə Mülkiyyətinin idarə edilməsi şöbəsinin müdiri – Şahid4 tərəfindən həyata keçirilir və dəfn yerinin ayrılması üçün dövlət rüsumu nəzərdə tutulmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal rayon Bələdiyyəsində müfəttiş vəzifəsində işləyən Şahid8 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6lə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 4-5 ildir “1 saylı Dağüstü qəbiristanlığ”ında qəbir daşlarının təmiri ilə məşğuldur, belə ki, sifariş əsasında qəbirlərin üstündə qəbir daşlarının təmirini həyata keçirir. Təqsirləndirilən şəxs təxminən 4-5 aydır ki tanıyır. Belə ki, Təqsirləndirilən şəxs dəfn edilmiş tanımadığı şəxsin qəbir yerinin daşlarının təmirini yəni, qəbirin hasara alınmasını ona tapşırmış, həmin vaxtdan etibarən onun Zaurla münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs, qəbir yerlərinin təmir edilməsi yəni, qəbirlərin hasara alınması üçün ona, hər kvadrat metr sahəyə görə 5 manat pul vermişdir. Təqsirləndirilən şəxs özü vətəndaşlarla danışıb ödənişi onlardan almış, daha sonra onunla hər kvadrat metr sahənin hasarlanması üçün ona 5 manat pul vermişdir. Təqsirləndirilən şəxs “1 saylı Dağüstü qəbiristanlığı”nda müfəttiş işlədiyi dövr ərzində qəbiristanlığın ərazisinin təmiz saxlanması, həmin qəbiristanlığın ərazisində yaxın qohumlarının dəfn edilməsi üçün müraciət etmiş şəxslərin müraciətlərinə baxılması, bundan başqa həmin şəxslərə dəfn xidmətlərinin yəni, qəbir yerinin qazılması, qəbir yerinin içinin hörülməsi, cənazənin torpağa basdırılması kimi işlərin görülməsini təşkil etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2010-2015ci illər ərzində Suraxanı rayon Bələdiyyəsinin sədri, xx xxxxxx 2020-ci il tarixdən isə Yasamal rayon Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Bələdiyyə sədri olaraq vəzifələri Bələdiyyənin İcra aparatına rəhbərlik etmək, bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verməmək, bələdiyyə iclasının qərarlarını təmin etmək, vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə öz səlahiyyətləri çərçivəsində və qanunvericilik ilə müəyyən edilmiş qaydada baxmaqdan ibarətdir. xx.xx.2019-cu il tarixdən etibarən Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “1 saylı Dağüstü qəbiristanlıq” Yasamal Bələdiyyəsinin balansına keçirilmişdir. Həmin tarixdən etibarən qəbiristanlığın idarə edilməsi onun nəzarəti altında Yasamal Bələdiyyəsi İcra aparatının Bələdiyyə Mülkiyyətinin idarə edilməsi şöbəsinin müdiri Şahid4 tərəfindən həyata keçirilmişdir. Şahid4 vəzifə təlimatına uyğun olaraq adı çəkilən qəbiristanlıqda müfəttişlərin gündəlik iş fəaliyyətinə nəzarəti həyata keçirmiş və ona mövcud vəziyyət barədə məruzə etmişdir. Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “1 saylı Dağüstü qəbiristanlıq”da qəbir yerlərinin demək olar ki ayrılmadığını, orada əvvəllər dəfn edilmiş şəxslərin yaxın qohumları üçün dəfnə icazə verildiyini və bunun üçün hər hansı bir dövlət rüsumunun olmadığını bildirmişdir. Yasamal Bələdiyyəsinin vergi agenti vəzifəsində işləmiş Təqsirləndirilən şəxs qəbir yerinin ayrılması müqabilində vətəndaş Şahid1 3.000 manat pul almasından xəbərsiz olmuşdur. Yasamal rayon Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsinin yalnız hərrac və müsabiqə yolu ilə həyata keçirildiyini, lakin hazırda Yasamal Bələdiyyəsinin balansında boş torpaq sahəsi olmadığından hərrac və müsabiqənin keçirilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 Mehral oğlunun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, x xxxxxx 2020-ci il tarixdən Yasamal Bələdiyyəsi İcra aparatının Bələdiyyə Mülkiyyətinin idarə edilməsi şöbəsinin müdiri vəzifəsində işləyir. Bələdiyyə Mülkiyyətinin idarə edilməsi şöbəsinin müdiri olaraq vəzifələrinin Yasamal rayon ərazisində özbaşına aparılan tikinti işlərinin qarşısını almaqdan, bələdiyyə hesabına məhəllələrdə abadlıq işlərini aparmaqdan, ağacların budanması ilə bağlı sakinlərin ərizəsini qəbul edib Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verməkdən, Yasamal rayonu ərazisində yerləşən “1 saylı Dağüstü qəbiristanlığ”a nəzarəti həyata keçirməkdən və bu kimi digər bir sıra işlərdən ibarət olmuşdur. Qəbiristanlığa nəzarəti həyata keçirmək üçün hər gün saat 08:30-da qəbiristanlığın ərazisində qəbiristanlığın müfəttişlərini təlimatlandırmış, həmin ərazini gəzmiş, tapşırıqlarını verib 09:00-da Yasamal Bələdiyyəsinə getmişdir. Qəbiristanlıqda işləyən müfəttəttişlərin vəzifələri barədə bildirmişdir ki, müfəttiş ölmüş şəxsin yaxın qohumlarından şəxsin ölüm faktını təsdiq edən sənədi və ölmüş şəxsə qəbiristanlıqda dəfn yerinin ayrılması üçün yazılmış ilkin ərizəni qəbul edərək həmin sənədləri X1 və Sosial şöbəsinə göndərir. Sənədlər X1 və Sosial şöbəsində qeydiyyata alınıb ona təhvil verilir. O, həmin sənədlərlə tanış olduqdan sonra üzərində “araşdırılsın və ödənişsiz təmin edilsin” sözlərini qeyd edərək sənədləri X1 və Sosial şöbəsinə təhvil verir. Həmin sənədlər X1 və Sosial şöbəsi tərəfindən araşdırılır və nəticəsi barədə ərizə ilə müraciət etmiş şəxsə yalnız şifahi şəkildə cavab verilir. Vətəndaşın ərizəsi Bələdiyyəyə daxil olduqdan sonra onun cavablandırılması 1 saat ərzində baş verir. Daha sonra isə ölmüş şəxsin dəfn edilməsinə başlanılır. Bundan başqa o, bildirmişdir ki, qəbiristanlıqda ölmüş şəxsin dəfni üçün yer ayrıldıqdan sonra həmin şəxsə dəfn xidmətlərinin göstərilməsi dedikdə “yerin qazılması, torpağın daşınması, qəbir tağının hörülməsi, üstünün əlhəd daşı ilə örtülməsi və betonlanması” işlərinin nəzərdə tutulur, həmin xidmətlər 100-150 manat civarında həyata keçirilmişdir. “1 saylı Dağüstü qəbiristanlığ”ın vergi agenti vəzifəsində işləmiş Təqsirləndirilən şəxs vətəndaş Şahid1 qəbir yerinin ayrılması və dəfn üçün 3.000 manat məbləğində pul tələb edərək almasından xəbərsiz olmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsində yerləşən “1 saylı Dağüstü qəbiristanlığ”ın iş rejimi qəbiristanlıqda işləyən vergi müfəttişinin təlimatına uyğun həyata keçirilir. “1 saylı Dağüstü qəbiristanlığ”da müfəttiş vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tabeçiliyində işlədiyi dövrdə nəzarəti müfəttişin vəzifə təlimatı əsasında həyata keçirdiyini, qəbiristanlığın mövcud vəziyyəti, o cümlədən boş və tutulmuş qəbir yerləri barədə məlumatları Bələdiyyə sədrinə şifahi şəkildə arabir verdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 41-42-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 110-114-cü vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 4-5-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 5/480 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd A 06992800 nömrəli 200 Azərbaycan manatı nominallı, 11 ədəd A 89496436, A 96854982, A 50069301, A 91052849, A 49742709, A 59561649, A 93474655, A 70214676, B 11199318, B 12539969, C 43935611 nömrəli 100 Azərbaycan manatı nominallı, 20 ədəd A 60509344, A 78007046, A 18336529, A 87707762, A 96779906, A 78418526, A 34735116, A 85997623, A 43577771, B 15617771, B 01073071, B 38520946, B 12845643, B 01926895, B 26562183, B 39704469, B 12606602, B 08648610, B 17342593, B 16332171 nömrəli 50 Azərbaycan manatı nominallı pul əskinazları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinazlarının nümunələri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş 1 ədəd A 06992800 nömrəli 200 Azərbaycan manatı nominallı, 11 ədəd A 89496436, A 96854982, A 50069301, A 91052849, A 49742709, A 59561649, A 93474655, A 70214676, B 11199318, B 12539969, C 43935611 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinazlarının üzərində UB işıqda görünən “Rüşvət 2020” yazıları vardır. Cinayət işinin 2-ci cild 3-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 61 (altmış bir) manat 52 (əlli) iki qəpik manat təşkil etmişdir. Cinayət işinin 1-ci cild 232-236-cı vərəqələrində olan “xxxx” MMC-dən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilməsi haqqında x xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil telefon nömrəsindən Şahid1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə xx.xx.2020-ci il tarixdə saat 18:46:16-da 31 saniyə, 18:46:48-də 55 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:06:50-də 87 saniyə, xx.xx.2020-ci il tarixdə saat 09:38:35-də 20 saniyə, 10:46:28-də 17 saniyə, 10:51:42-də 25 saniyə, xx.xx.2020-ci il tarixdə saat 15:09:10-da 44 saniyə, 16:05:54-də 31 saniyə, xx.xx.2020-ci il tarixdə saat 10:22:42-də 49 saniyə, 13:51:00-da 65 saniyə, 15:36:44-də 13 saniyə, 15:54:59-da 11 saniyə, 15:59:07-də 6 saniyə danışıqlar aparılmışdır. Cinayət işinin 1-ci cild 223-225-ci vərəqələrində olan Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən ünvanlanmış xx xxxx 2020-ci il tarixli, DK- 228d-09/15 nömrəli cavab məktubu ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlıq xx.xx.2019-cu il tarixdən Yasamal rayon Bələdiyyəsinin balansına verilmişdir. Cinayət işinin 1-ci cild 241-244-cü vərəqələrində olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 1344/d nömrəli cavab məktubunda müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 522 saylı qərarı ilə Yasamal rayon ərazisində yerləşən 1 saylı Dağüstü Qəbiristanlığın idarəçiliyi xx.xx.2019-cu il tarixdən Yasamal Bələdiyyəsi tərəfindən təhvil götürülmüşdür. Cinayət işinin 1-ci cild 126-135-ci vərəqələrində olan Yasamal Bələdiyyəsindən daxil olmuş x xxxx 2020-ci il tarixli, 543 nömrəli məktubdan və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “1 saylı Dağüstü qəbiristanlığı”n ərazisi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxxxx 2017-ci il tarixli 960-VQD nömrəli Qanunun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2018-ci il tarixli 1789 saylı Fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il tarixli 522 saylı Qərarı ilə “Qəbiristanlıqların salınması və idarə olunması” haqqında qaydalar müəyyən edilmişdir. Qaydalara əsasən qəbiristanlıqların yerləşdiyi ərazilərin müvafiq Bələdiyyələrə 3 ay müddətində verilməsi nəzərə tutulmuşdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxxxx 2018-ci il tarixli, 522 saylı Qərarı ilə Yasamal rayon ərazisində yerləşən 1 saylı Dağüstü Qəbiristanlığın idarəçiliyi x xxxxxx 2019-cu il tarixdən Yasamal Bələdiyyəsi tərəfindən təhvil götürülmüşdür. Cinayət işinin 1-ci cild 252-253-cü vərəqələrində olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının aparatından daxil olmuş xx.xx.2020-ci il tarixli, 7-2037/17 nömrəli məktub ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 1 saylı Dağüstü qəbiristanlığında müdir vəzifəsində işləmişdir. Cinayət işinin 1-ci cild 127 və 129-cu vərəqələrində olan Yasamal Bələdiyyəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 541 nömrəli məktub və həmin məktuba əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, 42 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.2019-cu il tarixdə Əhaliyə Vətəndaşlıq Xidməti X2 keçirilmiş, xx.xx.2019-cu il tarixdən 42 nömrəli əmr ilə Yasamal Bələdiyyəsində İcra Aparatının vergi agenti vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cild 135-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs, x xxxxxx 2019-cu il tarixdən Yasamal Bələdiyyəsində müfəttiş vəzifəsində işləmişdir. Həmin tarixdən Dağüstü qəbiristanlığa müfəttiş təyin edilməklə təlimata uyğun olaraq vəfat etmiş şəxsin dəfninə nəzarət etmiş, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə operativ tədbirlər həyata keçirmişdir. Cinayət işinin 1-ci cild 128-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli “Yasamal Bələdiyyəsinin 1 saylı Dağüstü Qəbiristanlığında işləyən müfəttişin vəzifə Təlimatı” ilə müəyyən edilmişdir ki, qəbiristanlığın ərazisindəki qəbir yerlərinin, piyada səkilərinin və yolların səliqəli saxlanılmasını, qışda qardan təmizlənməsini, həmçinin buz bağlamış hərəkət hissələrinə qum səpilməsini təşkil etmək, qəbiristanlıqlarda yaşıllıqların mühafizəsini və onlara qulluq edilməsini təmin etmək, qəbiristanlığın sanitariya-gigiyena normalarına uyğun saxlanılmasını, o cümlədən qəbiristanlığın ərazisinin mütəmadi təmizlənməsini və zibillərin daşınmasını təşkil etmək, qəbiristanlıqda dəfnlərin dəqiq qeydiyyatının aparılması məqsədilə məlumatların kağız daşıyıcılarda toplanmasını təmin etmək, qəbiristanlığın ərazisində səyyar ticarətlə və dilənçilikdə məşğul olmağa, kimsəsiz şəxslərin gecələməsinə, sərxoş vəziyyətdə olan şəxslərin və ev heyvanlarının qəbiristanlığın ərazisinə daxil olmasına, habelə qəbiristanlığın ərazisindən otlaq sahəsi kimi istifadə edilməsinə yol verməmək, qəbiristanlığın sanitariya-gigiyena normalarına uyğun saxlanılmasını, o cümlədən qəbiristanlığın ərazisinin mütəmadi təmizlənməsini və zibillərin daşınmasını təşkil etmək müfəttişin vəzifələridir. Cinayət işinin 2-ci cild 57-85-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və sonuncuya məxsus «Hyundai Elantra» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən baxış keçirilərkən götürülmüş 1 ədəd mavi rəngli qeyd dəftəri və 1 ədəd göy rəngli bloknot, özünə məxsus 12 nömrəli iş vəsiqəsi, vətəndaşlara ünvanlanmış 3 ədəd məktub, məşqçi olmasına dair Azərbaycan Real Aykido Federasiyası tərəfindən ona verilmiş vəsiqə, xüsusi müxbir olmasına dair "102-ci qəzet" adlı ictimai siyasi hüquq qəzeti tərəfındən verilmiş vəsiqə, "X11"nda təhsil almasına dair tələbə bileti, içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə, 2 ədəd müvafiq olaraq "Kapital Bank" və "xxxx" ASC-lərə məxsus plastik kartlar, 1 ədəd "nokia" və 1 ədəd "XİAOMİ" markalı mobil telefonlar, avtomobilin içərisində Şahid6 məxsus şəxsiyyət, sürücülük və iş vəsiqələri, plastik bank kartları və digər sənədlər, müxtəlif qeydlər aparılmış 1 ədəd jurnal olan qara rəngli çanta Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmış, həmçinin xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına təqdim edilmiş 1 ədəd A 06992800 nömrəli 200 Azərbaycan manatı nominallı, 11 ədəd A 89496436, A 96854982, A 50069301, A 91052849, A 49742709, A 59561649, A 93474655, A 70214676, B 11199318, B 12539969, C 43935611 nömrəli 100 Azərbaycan manatı nominallı, 20 ədəd A 60509344, A 78007046, A 18336529, A 87707762, A 96779906, A 78418526, A 34735116, A 85997623, A 43577771, B 15617771, B 01073071, B 38520946, B 12845643, B 01926895, B 26562183, B 39704469, B 12606602, B 08648610, B 17342593, B 16332171 nömrəli 50 Azərbaycan manatı nominallı cəmi 2300 (iki min üç yüz) manat dəyərində əskinazlar təqsirləndirilən şəxsə işin materialları ilə tanış olarkən təqdim edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabından götürülmüş və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra yenidən depozit hesaba qaytarılmışdır. Cinayət işinin 2-ci cild 10-11-ci vərəqələrində olan maddi sübut kimi tanıma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 2300 manat pul, “İphone” markalı mobil telefon, 2 ədəd DVD və 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cild 30-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X5 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 131-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 541 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 1-ci cild 168-ci vərəqəsində olan Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 205-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat Şöbəsindən verilmiş xx xxxx 2020-ci il tarixli, 2464 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı (X10) və 3 uşaqdan (xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X8) ibarətdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntünün ilk saniyələrində vətəndaş Şahid1 Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “1 saylı Dağüstü qəbiristanlığ”a qara rəngli açıq darvazadan daxil olur, bir neçə saniyə sonra yəni, video görüntünün 00:40-cı saniyəsində “Zaur müəllim” deyə müraciət etdiyi Təqsirləndirilən şəxs ilə görüşüb birlikdə qəbiristanlığın içinə doğru hərəkət edirlər. Təqsirləndirilən şəxs yanında sonradan adı istintaqa məlum olan Şahid2 vardır. Görüntünün 00:45-02:02-ci saniyələrində Təqsirləndirilən şəxs, müxtəlif şəxslərlə mobil telefonla danışaraq qəbiristanlığın içinə doğru hərəkət edir, Şahid1 da Təqsirləndirilən şəxs dalınca gedir. 02:10-cu saniyədə Şahid1, Təqsirləndirilən şəxs bir neçə ay əvvəl Zaurun ona göstərdiyi qəbir yeri barədə soruşur, Təqsirləndirilən şəxs həmin yerin artıq başqa şəxsə verildiyini bildirir və başqa qəbir yerlərini göstərmək üçün qəbisitanlığın içinə doğru gedirlər. Görüntünün 02:43-cü saniyəsində Şahid2, 2 nəfərlik qəbir yerini Şahid1 göstərib həmin torpaq sahəsinin boş olduğunu deyir, 02:54-cü saniyədə Şahid1 Şahid2 həmin qəbir yerinin qiymətini soruşur, Şahid2 qəbir yerinin ayrılması üçün qiymətləri Zaur Məmmədovun bildiyini söyləyir və onlar Zaur Məmmədovun telefon danışığının yekunlaşmasını gözləyirlər. Görünütünün 03:35-ci saniyəsində Zaur Məmmədov telefon danışığını yekunlaşdırır və onlar qəbir yerlərinin satış qiyməti barədə danışırlar, ilk öncə Şahid2, həmin yerin hasarla birlikdə qiymətinin 3500 olduğunu bildirir. Şahid1 öz növbəsində bir müddət öncə Zaur Məmmədovla qəbir yerinin qiyməti barədə razılaşdıqlarını, Zaurun ona qəbir yeri üçün 2500 manat ödəməli olduğunu bildirir, Təqsirləndirilən şəxs Andreylə razılaşır. Görüntünün 03:57-04:02-ci saniyələrində Təqsirləndirilən şəxs, Şahid1la söhbət edərkən əvvəl razılaşdıqları 2500 manat ödənişin yalnız “dəfn və yer” üçün nəzərdə tutulduğunu dəfələrlə Şahid1 bildirir. Daha sonra Təqsirləndirilən şəxs, ödənişin ediləcəyi vaxtdan sonra 2 günə qəbir yerinin hazır olacağını Şahid1 vəd edir. Şahid1, Təqsirləndirilən şəxs satışda başqa qəbir yerlərinin olubolmaması barədə soruşur, görüntünün 04:35-ci saniyəsində Təqsirləndirilən şəxs cavabında satışda başqa qəbir yerlərinin də olduğunu, lakin həmin yerlərin 3 qəbir üçün nəzərdə tutulduğunu qeyd edir və yaxınlıqda görünən 3 nəfərlik boş yeri əli ilə işarə edərək Şahid1 göstərir. Daha sonra Təqsirləndirilən şəxs, 4 qəbir üçün nəzərdə tutulmuş yerləri Şahid1 göstərir. Həmin yerin qiymətinin 3500 manat olduğunu bildirirlər. Şahid1 qiymətin baha olduğunu dedikdə Təqsirləndirilən şəxs, həmin göstərdiyi torpaq üçün 3500 manat qiymətin çox olmadığını, “4 nəfərə yaxşı qiymət olduğunu”, həmçinin həmin torpaq sahəsinin böyük yerdə olduğunu qeyd edir. Daha sonra Təqsirləndirilən şəxs yenidən 2 nəfərlik yerləri Şahid1 göstərir. Şahid1, anasının cənazəsinin basdırılacağı torpaq sahəsini ödəniş edib aldıqdan sonra gələcəkdə başqa bir şəxsin gəlib həmin yerə girə biləcəyini, həmin yerlə bağlı hər hansı bir münaqişənin ola biləcəyi barədə Təqsirləndirilən şəxs soruşur, Təqsirləndirilən şəxs cavabında Şahid1 “heç kimin ora girə bilməyəcəyini, kiminsə həmin yerə girməsinin mümkünsüzlüyünü” izah edir. Daha sonra yaxınlıqdakı yeri əli ilə işarə edərək “ora indi kim girə bilər?” deyə Şahid1 sual verir. Görüntünün 06:55-ci saniyəsində Təqsirləndirilən şəxs yenidən telefonla danışaraq qəbisitanlığın içində hərəkət edir, Şahid1 da onun arxasınca gedir. Daha sonra Şahid2, 2 nəfərlik başqa yerin də olduğunu, lakin həmin yerin qiymətinin baha yəni, 3000 manat olduğunu qeyd edir və birlikdə həmin yerləri Şahid1 göstərməyə gedirlər. 09:25-ci saniyədə torpaq sahəsini Şahid1 göstərirlər, Andrey həmin yerin yaxşı olduğunu qeyd edir. Şahid2 həmin yerin 3000 min manata satıldığını qeyd edir, Şahid1 3000 manat məbləğin çox baha olduğunu bildirib qiymətin aşağı endirilməsini xahiş edir, Təqsirləndirilən şəxs həmin torpaq sahəsini işarə edərək bəzi yerlərə müdaxilə edə bilmədiklərini, bundan əlavə xərclərinin də çox olduğunu bildirərərk Şahid1la razılaşmır. Şahid1 həmin yer üçün ilkin olaraq 700 manat beh, sonrakı 2 gün ərzində isə pulun qalan hissəsini yəni, 2300 manatı verəcəyini bildirir. Bundan sonra Şahid1, Təqsirləndirilən şəxs ödəyəcəyi 3000 manat pulun müqabilində nə edəcəklərini soruşur, Zaur bildirir ki, 3000 manatın qarşılığında Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “1 saylı Dağüstü qəbiristanlığı”nda 2 nəfərlik qəbir yeri ayrılmasından əlavə dəfn üçün yerin qazılması və meyitin torpağa basdırılması işləri görüləcək, bundan başqa heç bir iş görülməyəcək. Şahid1la Təqsirləndirilən şəxs razılaşırlar, görüntünün 15:35-ci saniyəsində Şahid1 700 manat pulu sayaraq Təqsirləndirilən şəxs verir və ertəsi gün 800 manat əlavə verəcəyinə söz verir. 16:05-ci saniyədə Şahid1, Təqsirləndirilən şəxsla sağollaşıb həmin ərazidən uzaqlaşmaq istədikdə sonuncu, onu geri çağırıb tapşırır ki, dəfn üçün yerin ayrılması müqabilində pul ödədiyini heç kimə deməsin, soruşan olsa bildirsin ki, həmin yer əvvəldən onun özünə məxsus olub. Şahid1, 16:40-cı saniyədə qəbiristanlığı tərk edir. 17:39-cu saniyədə yenidən Təqsirləndirilən şəxs yanına geri dönüb ondan dəfn üçün avtomobil və tabutun da həmin məbləğə aid olub-olmadığını soruşur, Təqsirləndirilən şəxs dəfn üçün avtomobil və tabutun həmin məbləğə aid olmadığını deyir, avtomobil və tabut üçün əlavə olaraq Şahid2la danışıb ödəniş etməli olduğunu bildirir. Sonra “xx.xx.2020.mp4” adlı fayla 4 dəqiqə 34 saniyə davam edən video görüntünün olduğu müəyyən edildi. Görüntünün ilk saniyələrində Şahid1 Mixayloviç, mobil telefonla danışıb Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “1 saylı Dağüstü qəbiristanlığ”a qara rəngli açıq darvazadan daxil olur. Bir qədər içəri daxil olduqdan sonra uzaqdan Təqsirləndirilən şəxs görünür və o qəbiristanlığın içinə, dəfn yerlərinə doğru gedir. Andrer Petrov, Təqsirləndirilən şəxs arxasınca həmin istiqamətdə hərəkət edir. Bir qədər qəbiristanlığın içinə doğru hərəkət etdikdən sonra görüntünün 01:00-cı dəqiqəsində Təqsirləndirilən şəxs, Şahid1 qəbir yerini göstərir, Şahid1 qəbirin yerinə baxıb razılığını ifadə etdikdən sonra həmin qəbir yerinin nə vaxt qazılacağını Təqsirləndirilən şəxs soruşur. Təqsirləndirilən şəxs bildirir ki, Şahid1 nə vaxt ona zəng edib dəfnə gəldiklərini desə, 2-3 saat ərzində qəbir qazılacaq. Şahid1, Təqsirləndirilən şəxsla razılaşır və ona pulun qalan hissəsini ödəməmişdən qabaq gələcəkdə qəbir yeri ilə bağlı hər hansı bir münaqişənin olubolmayacağını soruşur. Təqsirləndirilən şəxs, bildirir ki, artıq 18 ildir qəbiristanlığın ərazisində işləyir, bundan əlavə Təqsirləndirilən şəxs, 2 ildir ki, qəbisitanlıqda “starşıy” olduğunu, bu səbəbdən heç bir münaqişənin olmayacağını bildirir. Şahid1 onunla razılaşır və görüntünün 02:40-cı saniyəsində Təqsirləndirilən şəxs qarşısında pulları saymağa başlayır. Görünütünün 03:13-cü saniyəsində Təqsirləndirilən şəxs Şahid1la birlikdə pulları sayır. 04:02-ci saniyədə Şahid1, 2300 (iki min üz yüz) manat pulu Təqsirləndirilən şəxs təhvil verir. 04:15-ci saniyədə Şahid1, Təqsirləndirilən şəxsla sağollaşır, 04:30-cu saniyədə qəbisirtanlığı tərk edir və görüntü sona çatır. Cinayət işinin materiallarında olan digər DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, x xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirilmişdir. Görüntüdə Təqsirləndirilən şəxs, “1 saylı Dağüstü qəbiristanlığı”n ərazisində torpaq sahəsinin ayrılması müqabilində vətəndaşdan aldığı 1 ədəd 200 manatlıq, 11 ədəd 100 manatlıq və 20 ədəd 50 manatlıq olmaqla cəmi 2300 (iki min üz yüz) manat pulu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv Tədbirlər və Təhqiqat İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, daha sonra 150 (yüz əlli) manat və 355 (üç yüz əlli beş) manat pulu da özünün olduğunu qeyd etməklə sonuncuya təqdim edir. x xxxx 2020-ci il tarixdə, saat 16:20-də baxış istintaq hərəkəti başa çatmışdır. “00077.mp4” adlı fayla daxil olduqda 11 dəqiqə 10 saniyə müddətində davam edən video görüntü vardır. Həmin video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, x xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan “Hyundai Elantra” markalı, 10-KZ- 313 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən 1 ədəd mavi rəngli qeyd dəftəri, 1 ədəd tünd göy rəngli blaknot, Təqsirləndirilən şəxs 12 nömrəli iş vəsiqəsi, vətəndaşlara ünvanlanmış 3 ədəd məktub, məşqçi olmasına dair Azərbaycan Real Aykido Federasiyası tərəfindən ona verilmiş vəsiqə, xüsusi müxbir olmasına dair “102-ci qəzet” adlı ictimai siyasi hüquq qəzeti tərəfindən verilmiş vəsiqə, “X11”nda təhsil almasına dair tələbə bileti, içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə, 2 ədəd müvafiq olaraq “Kapital Bank” və “xxxx” ASC-lərə məxsus plastik kartlar və 355 manat pul olan pul qabı, 1 ədəd “Nokia” və 1 ədəd “Xiaomi” markalı mobil telefonlar, avtomobilin günlük üçün nəzərdə tutulmuş hissəsindən 200 (iki yüz) manat pul, həmçinin içərisində Şahid6 məxsus şəxsiyyət, sürücülük və iş vəsiqələri, plastik bank kartları və digər sənədlər, müxtəlif qeydlər aparılmış 1 ədəd jurnal olan qara rəngli çanta aşkar edilmişdir. “00078.MTS” fayla daxil olduqda 00:38 saniyəlik video görüntüdə x xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində olan əşyalara və ona məxsus **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış istintaq hərəkətinin saat 16:35-də başa çatdığı, həmçinin iş üçün əhəmiyyətli olan əşyaların qanunamüvafiq qaydada qablaşdırılmaqla götürüldüyü görünür. “00079.MTS” adlı fayla daxil olduqda 01:45 dəqiqə müddətində video görüntüyə baxış zamanı x xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs vətəndaşdan “1 saylı Dağüstü qəbiristanlığı”nın ərazisində dəfn üçün torpaq sahəsinin ayrılması müqabilində aldığı ümumilikdə 2300 manat olmaqla, 1 ədəd 200 manatlıq, 11 ədəd 100 manatıq və 20 ədəd 50 manatlıq əskinazlar ultrabənövşəyi şüalar altında xüsusi cihaz vasitəsilə işıqlandırılarkən üzərlərində limuniset qələmlə “Rüşvət 2020” sözlərinin yazıldığı müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan video görüntülərlə, digər iş materialları ilə öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmə, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmə, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmə cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir... Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqla vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-in 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-in 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş şəxs qismində tanınması istisna olunur, CMin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum edilməməsini, barəsində verilmiş müsbət xasiyyətnamələri və himayəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası, həmin Məcəllənin 32.4, 312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə əlavə cəzası təyin edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməli, sonuncunun xx xxxx 2020-ci il tarixdən hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2ci maddəsində göstərilmişdir ki, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1.060 (bir min altmış) manat pul vəsaitinin 700 (yeddi yüz) manat məbləğində olan hissəsi məcburi qaydada və əvəzsiz olaraq ondan tutularaq dövlət nəfinə keçirilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə və sonuncuya məxsus «Hyundai Elantra» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən baxış keçirilərkən götürülmüş 1 ədəd mavi rəngli qeyd dəftəri və 1 ədəd göy rəngli bloknot, özünə məxus 12 nömrəli iş vəsiqəsi, vətəndaşlara ünvanlanmış 3 ədəd məktub, məşqçi olmasına dair Azərbaycan Real Aykido Federasiyası tərəfindən ona verilmiş vəsiqə, xüsusi müxbir olmasına dair "102-ci qəzet" adlı ictimai siyasi hüquq qəzeti tərəfındən verilmiş vəsiqə, "X11"nda təhsil almasına dair tələbə bileti, içərisində özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə, 2 ədəd müvafiq olaraq "Kapital Bank" və "xxxx" ASC-lərə məxsus plastik kartlar, 1 ədəd "nokia" və 1 ədəd "XİAOMİ" markalı mobil telefonlar, avtomobilin içərisində Şahid6 məxsus şəxsiyyət, sürücülük və iş vəsiqələri, plastik bank kartları və digər sənədlər, müxtəlif qeydlər aparılmış 1 ədəd jurnal olan qara rəngli çanta Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmaşı nəzərə alınmalı, digər maddi sübut olan 2 ədəd DVD və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin 01 (bir) ədəd “İphone” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 61 (altmış bir) manat 52 (əlli) iki qəpik manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (il) 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixədək, yəni 04 (dörd) ay 24 (iyirmi dörd) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 02 (iki) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin Təqsirləndirilən şəxs üzərinə Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1.060 (bir min altmış) manat pul vəsaitinin 700 (yeddi yüz) manat məbləğində olan hissəsi məcburi qaydada və əvəzsiz olaraq ondan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə və sonuncuya məxsus «Hyundai Elantra» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən baxış keçirilərkən götürülmüş 1 ədəd mavi rəngli qeyd dəftəri və 1 ədəd göy rəngli bloknot, özünə məxus 12 nömrəli iş vəsiqəsi, vətəndaşlara ünvanlanmış 3 ədəd məktub, məşqçi olmasına dair Azərbaycan Real Aykido Federasiyası tərəfindən ona verilmiş vəsiqə, xüsusi müxbir olmasına dair "102-ci qəzet" adlı ictimai siyasi hüquq qəzeti tərəfındən verilmiş vəsiqə, "X11"nda təhsil almasına dair tələbə bileti, içərisində özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə, 2 ədəd müvafiq olaraq "Kapital Bank" və "xxxx" ASC-lərə məxsus plastik kartlar, 1 ədəd "nokia" və 1 ədəd "XİAOMİ" markalı mobil telefonlar, avtomobilin içərisində Şahid6 məxsus şəxsiyyət, sürücülük və iş vəsiqələri, plastik bank kartları və digər sənədlər, müxtəlif qeydlər aparılmış 1 ədəd jurnal olan qara rəngli çanta Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılması nəzərə alınsın, həmçinin 01 (bir) ədəd “İphone” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD və 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 61 (altmış bir) manat 52 (əlli) iki qəpik manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-248/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-248/2020
27.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver