Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-248/2022 02.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat: 11:25 Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X2 və “De Fendo” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, 14 avqust 1999-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Qaraçuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2nvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan təsbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 267.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkətinin digər iştirakçısı kimi yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, 19 avqust 2021-ci il tarixdə, saat 16 radələrində özünə məxsus idarə etdiyi mühərriklə hərəkətə gətirilən və mühərrikin iş həcmi 49 kub santımetr olan, “Tufan M50” markalı mopedlə yol hərəkətinin digər iştirakçısı kimi Bakı şəhəri Yasamal rayonu Füzuli küçəsi ilə Bakı şəhəri Yasamal rayonu Şıxəli Qurbanov küçəsinin kəsişməsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, bu tələblərə əməl etməyərək Bakı şəhəri Yasamal rayonu ünvan 3 ünvanında yerləşən “EMMİ” ətriyyat dükanının qarşısında öz hərəkəti istiqamətində yolun sağ tərəfindən sol tərəfinə keçməkdə olan piyada X9 mopedin qabaq hissəsi ilə vurub sonuncuya sol alın-gicgah nahiyyəsinin, sol yanağın, sol çiyin qurşağının, sol saidin, sağ əlin ovuc səthinin, sağ diz oynağının və qarının sıyrıqları, sol qaşüstü və sol budun əzilmiş yaraları, qaraciyərin və nazik bağırsaq müsariqəsinin cırılmaları kimi ölümlə birbaşa səbəbli əlaqəli olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlər yetirməklə yol hərəkətinin digər iştirakçısı kimi yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X8 ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o əmək müqaviləsi əsasında “Wolt” firmasında özünə məxsus 49 kub santimetr olan, “Tufan M50” markalı motosikllə kuryer işləmişdir. 19 avqust 2021-ci il tarixdə saat 16 radələrində o, idarə etdiyi motosikllə Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyası yaxınlığında olduğu vaxt, şirkət tərəfindən onun telefonunda yerləşən proqrama bildiriş gəlmişdir ki, o, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində yerləşən “Neptun” supermarketdən və Nəsimi rayonu, Mirzağa Əliyev 251 ünvanında yerləşən “X22” mağazasından sifarişlər götürüb Nəsimi rayonu ərazisində yerləşən ünvanlara çatdırsın. Bundan sonra o, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Statistika Komitəsinin inzibati binası ilə üzbəüz məhəllə arası yolda yerləşən ünvana getmək üçün saat 16:15-də Bakı şəhəri, Nəsimi rayonu, ünvan 7 ünvan istiqamətində yolun sol hərəkət zolağı ilə hərəkət etməyə başlamışdır. Füzuli küçəsi ilə Şixəli Qurbanov küçəsinin kəsişməsinə az bir məsafə qalmış, ondan arxada hərəkət edən avtomobilin səs siqnalını istifadə etməsini eşitmiş, o, bu vaxt motosiklın güzgüsündən arxaya baxmaq istəyərkən, diqqətsizlik göstərib yolu keçən piyadanı 2-3 metr məsafədən görmüşdür, özünü itirmiş və bu səbəbdən motosiklın əyləc sistemindən istifadə edə bilməmiş, nəticədə piyadanı motosiklın qabaq hissəsi ilə vurmuşdur. Zərbədən sonra o, idarə etdiyi motosikldan yerə yıxılmışdır. Bundan dərhal sonra o, ayağa qalxıb görmüşdür ki, piyada yerdə uzanmış vəziyyətdədir və o, piyadanın vəziyyətinin ağır olmasını görüb birinci növbədə X21 stansiyasına zəng vurmuş, hadisə barədə məlumat vermişdir. Bir az sonra X21 maşını hadisə yerinə gəlmiş, həkim piyadaya ilkin tibbi yardım göstərmiş, sonra isə piyadanı X21 maşınına mindirib 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. O, özü hadisə yerində qalmış, polis əməkdaşlarını gözləmişdir. Polis idarəsində olduğu vaxt ona məlum olmuşdur ki, vurduğu piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Yekun olaraq o əməlindən peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət hadisəsi törətdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X5 ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, mərhum X13 onun atasıdır. 19.08.2021-ci il tarixdə saat 19 radələrində evə gələn zaman ailə üzlərindən atasının harada olmasını soruşmuş, onlar isə ona bildirmişlər ki, atası Qış parkına getmişdir. Təxminən saat 21:00-a kimi atasının evə qayıtmasını gözləmiş, lakin atası evə gəlməmişdir. O və ailə üzvləri narahat olmağa başlamışlar, o, bacısının evinə də zəng vurmuş, fikirləşmişdir ki, bəlkə onlara getmişdir, lakin bacısı İlhamə ona bildirmişdir ki, atası onlara getməmişdir. Bundan sonra o, şəhəri axtarmağa başlamış, küçədə və Qış parkında olan şəxslərdən atasını görüb görmədiklərini soruşmuş, lakin atasını tapa bilməmişdir. 20.08.2021-ci il tarixdə səhər saatlarında ona Yasamal RPİ-dən məlumat vermişlər ki, atası Telman 19.08.2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsində yolu keçərkən, motosiklin sürücüsü tərəfindən vurulmuş və aldığı xəsarətlərdən Sabunçu rayonu 3 saylı klinik xəstəxanasında vəfat etmiş və onun meyiti müayinə olunmaqdan ötrü Yasamal rayon tibbi ekspertizasına aparılmışdır. O, Yasamal rayon MTE və PA şöbəsinə getmiş, orada həkimlər artıq atasını müayinə etdiklərini bildirmişlər, sonra atasının meyitini ona təqdim etmişlər. O da atası Telmanın meyitini həmin tarixdə yaşadığı evinə gətirmiş, sonra isə həmin tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən qəbirstanlığında dəfn olunmuşdur. Son olaraq təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim edərək, təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs onun nəvəsidir. Fərid özünə məxsus motosikllə əmək müqaviləsi əsasında «Wolt» firmasında kuryer işləyir. 19 avqust 2021-ci il tarixdə saat 16 radələrində o, yaşadığı evində olan zaman qızı, Səyyarənin mobil telefonuna Fəridin dostu Elçin zəng vurmuş və demişdir ki, Fərid Yasamal rayonu 5 mərtəbə tərəfdə idarə etdiyi mopedlə yolu keçən piyadanı vurub xəsarət yetirib, sonra hadisə yerinə Fərid X21 maşınını çağırmış, piyadanı X21 maşını ilə Sabunçu rayonu 3 saylı klinik xəstəxanasına, Fəridi isə Polis İdarəsinə aparmışlar. Sonradan o, qızı Səyyarə ilə hadisə yerinə getmişlər, orada Fəridin motosiklini evakuatorla apardıqlarını görmüşlər, həmçinin Fəridi də orada görmüşlər. Sonradan bilmişdir ki, nəvəsi Fəridin törətdiyi hadisə nəticəsində X13 vəfat etmişdir. Bundan sonra mərhumun oğlu ilə görüşmüşlər, ona vurulmuş ziyanı tam ödəmişlər və yas mərasimində iştirak etmişlər. Sonradan mərhum X7 polisə müraciət edərək, Fəriddən heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 19 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19.08.2021-ci il tarixdə saat 16 radələrində idarə etdiyi “Tufan M50” markalı mopedlə Yasamal rayonu, Füzuli küçəsi ilə öz hərəkət istiqamətində yolun soldan birinci zolağı ilə Ş.Qurbanov küçəsi ilə hərəkətdə olarkən mopedin sürücüsü ilə arxaya baxıb diqqətsizlik etdiyindən yolu sağdan sola keçən piyadanı görməmiş və öz hərəkət zolağının üzərində piyadanı vurmuşdur. Baxışda işirak edən sürücü Təqsirləndirilən şəxs piyadanı vurduğu nöqtəni göstərdikdən sonra ölçmə zamanı müəyyən edildi ki, piyadanın vurulduğu nöqtə yolun sol kənarından 2.1 metr (210 sm) asfaltın içərisinə doğru olan nöqtədə yerləşir. Hadisə yerinə yaxınlaşdıqda təhlükəsizlik şəhər kamerasının TŞ-3-163 və TŞ-3-164 saylı video kameraları olduğundan, həmin kameraların görüntüləri götürülüb cinayət işinə əlavə edilmişdir. (i.v. 6-19) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 19.08.2021-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 2/11320 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:25-də ayıq vəziyyətdə olmuşdur. (i.v. 20) 11.02.2021-ci il tarixli alqı-satqı müaviləsindən görünür ki, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə X14 "xxxx" MMC tərəfindən mühərrik həcmi 49 kub/sm olan boz rəngli Tufan M50 markalı nəqliyyat vasitəsi satılması qeyd olunmuşdur. (i.v. 40-41) Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 09 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, X11 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (i.v. 57-58) “Baxış keçirilməsi haqqında” 15 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə baş verən ərazidə yerləşən TŞ-3-164 və TŞ-3-163 saylı müşahidə kameralarının 19.08.2021-ci il tarixdə saat 16:15-dən saat 16:30-dək olan müddət ərzində qeydə alınmış video görüntülərin götürülməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinə sorğu verilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 03.09.2021-ci il tarixli, 003-11876-1221 saylı sorğuya cavab məktubu ilə istintaqa təqdim edilmiş içərisində baş vermiş yol nəqliyyat hadisəsinin görüntüsü olan bir ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, üzərində «TŞ3-163(1) (Nəsimi və Yasamal ərazisi 2021-08-19_16h15min00s000ms.mp4» sözləri yazılmış 19.08.2021-ci il tarixdə saat 16:17:04-də artıq hadisənin baş verməsi, hadisə yerində avtomobillərin dayanması görünür. Digər ikinci fayla, üzərində «TŞ3-163(2) (Nəsimi və Yasamal ərazisi 2021-08- 19_16h15min00s000ms.mp4» sözləri yazılmış, içərisində video görüntü olan fayla baxış keçirilirkən müəyyən edilmişdir ki, 19.08.2021-ci il tarixdə saat 16:16:22-də piyada yolun sağ kənarından asta yerişlə yolun sol kənarına doğru hərəkət etməsi, 19.08.2021-ci il tarixdə saat 16:16:24-də Təqsirləndirilən şəxs idarə etdiyi mopedlə Bakı şəhəri Yasamal rayonu Fizuli küçəsi ilə Ş.Qurbanovun kəsişməsi istiqamətində, yolun sol birinci hərəkət zolağı ilə hadisə yerinə təxminən 100 metr qalmış hərəkət etməsi, 19.08.2021-ci il tarixdə saat 16:16:27-də piyadanın da yolun sol kənarına doğru hərəkət edərkən, avtomobil yolunun soldan ikinci zolağının kənarına doğru hərəkət etməsi və dayanması, sonra isə mopedin gəldiyini görüb qaçışla yolun sol kənarına doğru hərəkət etməsi, Təqsirləndirilən şəxs qarşısında heç bir görünüş maneəsi olmadan 19.08.2021-ci il tarixdə saat 16:16:28də piyadanı yolun sol birinci hərəkət zolağında vurması və birlikdə yıxılmaları görünür. Digər üçüncü fayla, üzərində «TŞ3-163(3) (Nəsimi və Yasamal ərazisi 2021–08-19 _ 16h15min 00s000ms.mp4» sözləri yazılmış, içərisində video görüntü olan fayla baxış keçirilirkən müəyyən edilmişdir ki, 19.08.2021-ci il tarixdə saat 16:16:23-də Təqsirləndirilən şəxs idarə etdiyi mopedlə Fizuli küçəsi ilə Ş.Qurbanov küçəsinin kəsişməsi istiqamətində hərəkət etməsi görünür. Digər dördüncü fayla, üzərində «TŞ3-164 (1) (Yasamal ərazisi 2021-08-19_16h15min00s000ms.mp4» sözləri yazılmış, içərisində video görüntü olan fayla baxış keçirilirkən müəyyən edilmişdir ki, 19.08.2021-ci il tarixdə saat 16:16:31-də Təqsirləndirilən şəxs idarə etdiyi mopedlə Fizuli küçəsində piyadanı vurduqdan sonra, mopedlə birlikdə asfaltın üzərində sürüşməsi görünür. Digər beşinci fayla, üzərində «TŞ3- 164 (2) (Yasamal ərazisi 2021-08-19_16h15min00s000ms.mp4» sözləri yazılmış, içərisində video görüntü olan fayla baxış keçirilirkən müəyyən edilmişdir ki, 19.08.2021-ci il tarixdə saat 16:16:27-də Təqsirləndirilən şəxs idarə etdiyi mopedlə Fizuli küçəsi ilə yolun sol hərəkət zolağı ilə Ş.Qurbanov küçəsinin kəsişməsi istiqamətində hərəkət etməsi görünür. Digər altıncı fayla, üzərində «TŞ3-164 (3) (Yasamal ərazisi 2021-08- 19_16h15min00s000ms.mp4» sözləri yazılmış, içərisində video görüntü olan fayla baxış keçirilirkən müəyyən edilmişdir ki, 19.08.2021-ci il tarixdə saat 16:16:30-da Təqsirləndirilən şəxs idarə etdiyi mopedlə Fizuli küçəsi ilə yolun sol hərəkət zolağı ilə Ş.Qurbanov küçəsinin kəsişməsi istiqamətində hərəkət edərkən, piyadanı vurması, sonra isə Təqsirləndirilən şəxs mopedlə birlikdə asfalt örtüyün üzərinə yıxılması və sürüşməsi, həmçinin piyadanın da hadisədən sonra asfalt örtünüyün üzərində yıxılmış vəziyyətdə sürüşməsi və bədən üzvlərinin yolun sol kənarında olan bardyora dəyməsi görünür. Beləliklə, götürülmüş video görüntülərə ümumi baxışdan belə bir nəticəyə gəlmək olar ki, Təqsirləndirilən şəxs idarə etdiyi mopedlə sürətlə Bakı şəhəri Yasamal rayonu Fizuli küçəsi ilə Ş.Qurbanov küçəsinin kəsişməsi istiqamətində sürətlə hərəkət edir, hərəkət edərkən təxminən 100-150 metr qabaqda piyadanın yolu sağdan sola hərəkət edərək keçməsi görünür, piyada yolun ortasınadək adi yerişlə, yolun yarısından sonra asta qaçışla yolu keçmək istəyərkən, yolun sol kənarına çatmağa az qalmış mopedlə vurulur. Mopedin sürücüsü Təqsirləndirilən şəxs hadisə vaxtı sanki piyadanı görmürmüş kimi hərəkətdə olmuş və piyadanı vuranadək hadisəni qarşısını almağa heç bir tədbir görməmişdir. Baxışda iştirak edən sürücü Təqsirləndirilən şəxs bildirdi ki, həqiqətən hadisə vaxtı arxadan naməlum avtomobilin siqnal səsini eşidib mapedin ön yan güzgüsündən arxaya baxdığı üçün diqqətsizlik etmiş, yalnız piyadanı vuranda, onu görmüşdür. (i.v. 66-67) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X20 20 avqust 2021-ci il tarixli, 96 saylı ekspert rəyindən görünür ki, 1939-cu il təvəllüdlü vət. X8 meyitinin məhkəmə-tıbbı ekspertizasına və onun adına tərtib olunmuş tibbi sənəddə qeyd olunanlara əsasən, qərarın təsviri hissəsində hadisə haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun aşağıdakı nəticəyə gəlirəm:
1. 3 saylı Şəhər Klinik Xəstəxanasınnın 19.08.2021-ci il tarixdə tərtib etdiyi c 4196 saylı xəstəlik tarixinin əslində qeyd edilir ki, naməlum kişi 19.08.2021-ci il tarixdə saat 17:30-da “Travmatik travma. Qapalı kəllə beyin travması. Baş beyinin əzilməsi. Döş qəfəsinin və qarının küt travması. Ağciyərlərin kontuziyası Qaraciyərin cırılması Nazik bağırsaq müsarıqəsinin cırılmış yaraları. Daxili qanaxma. Peritonarxası hematoma Travmatik şok İV dərəcə.Hemorragik şok İV dərəcə” diaqnozu ilə xəstəxanaya daxıl olmuşdur Aparılan reanimasion tədbirlərə baxmayaraq 19.08.2021-ci il tarixdə saat 18:20da xəstəxanada vəfat etmişdir.
2. X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: sol alın-gicgah nahiyəsinin, sol yanağın, sol çiyin qurşağının, sol səidinin, sağ əlin ovuc səthinin, sağ diz oynağının və qarının sıyrıqları. sol qaşüstü və sol budun əzilmiş yaraları, qaraciyərin və nazik bağırsaq musarıqəsının cırılmaları.
3. Göstərilən xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən yol nəqliyyat qəzası nəticəsində törənə bilərdi törənmə müddəti xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 19.08.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, ümumilikdə ölümə səbəb olmuş sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir.
4. X1 ölümünə səbəb -yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş zədə şoku olmuşdur. Ölüm 3 saylı Şəhər Klinik Xəstəxanasında 19.08 2021-ci il tarixdə saat 18:20-də baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir.
5. X1 meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. (i.v. 74-78) “İfadənin yerində yoxlanması haqqında” 01 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus “Tufan M50” markalı mopedlə 19 avqust 2021-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri Yasamal rayonu Füzuli küçəsi ilə Bakı şəhəri Yasamal rayonu Şıxəli Qurbanov küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olarkən, onunla eyni istiqamətdə hərəkətdə olan naməlum avtomobilin verdiyi siqnal səsini eşidib mopedin ön güzgüsündən arxaya baxaraq diqqətsizlik etməsi nəticəsində, həmin vaxt yolun sağından soluna keçən piyada, 01.01.1939-cu il təvəllüdlü X9 yolun sol kənarına çatmağa 2,1 metr məsafə qalmış vurmasını və qeyd olunan şəxsin ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətməsini bir daha təsdiq etmişdir. (i.v. 79-88) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/2669 saylı, 11 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, Tufan M50 markalı mopedin sürücüsü X12 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 94-97) AZ-İİ № 229694 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 19.08.2021ci il tarixdə Bakı şəhərində bir neçə qarın boşluğu orqanının travmasından ölmüşdür və ölüm faktı 02 noyabr 2021-ci ildə 2164 sayla qeydə alınmışdır. (i.v. 152) “Sübutların qiymətləndirilməsi haqqında” 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 03.09.2021-ci il tarixli, 003-11876-1221 saylı məktubu ilə istintaqa təqdim edilmiş içərisində baş vermiş yol nəqliyyat hadisəsinin görüntüsü olan bir ədəd CD disk maddi maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törədərkən idarə etdiyi mühərriklə hərəkətə gətirilən və mühərrikin iş həcmi 49 kub santimetr olan, “Tufan M50” markalı moped maddi sübut qismində tanınmış və məhkəmənin yekun qərarınadək Təqsirləndirilən şəxs təhvil verilmişdir. (i.v. 156-164) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in: 267.1-ci maddəsinə əsasən sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 267.2-ci maddəsinə əsasən Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 267.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Qətimkan tədbiri seçilməsi haqqında” 15 aprel 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seşilmişdir. (i.v. 148-150) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 15.04.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (i.v. 153) X11 tərəfindən verilmiş 27 may 2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 267.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs atası X8 ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisi kimi ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Onunla barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan MV 040897 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs atası X17 müharibə veteranıdır, İİ qrup əlildir, əlilliyi Azərbaycan Respublikasının müdafiəsi zamanı yaranmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil- Kommunal İstismarı Sahəsinin 02.06.2022-ci il tarixli 024271 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında passport qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil- Kommunal İstismarı Sahəsinin Təqsirləndirilən şəxs verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yaşadığı müddət ərzində qonşlar tərəfindən sakit, əxlaqlı həyat tərzi ilə ictimai qaydaları pozmaması ilə hörmət qazanmışdır. O bu ünvanda ailəsi ilə birgə yaşayır. Yaşadığı müddət ərzində ərazidə yerləşən 20 saylı Mənzil Kommunal İstismar Sahəsinə barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Qonşular arasında müsbət xarakterizə olunur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Respublika Xəstəxanasının 19.05.2022-ci il tarixli kompüter tomoqrafiyasının nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs arxa kəllə çuxurunda araxn oidal kista izlənilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş səxsin hüquqi varisinə dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 267.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq (CM-58.3), habelə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Tufan M50” markalı mopedin Təqsirləndirilən şəxs, qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; İş üzrə mülki iddia yoxdur, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 267.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Maddi sübut “Tufan M50” markalı moped Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Maddi sübut bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Rauf Daşdəmirov