Məhkəmə qərarları › İş №1(004)-248/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-248/2023

03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-248/2023 03.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri Mərkəz vəkil bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi2 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1990-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamaqla, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1975-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, ev 6, mənzil 3-də qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə hərbçi kimi işə düzəlmək istəyən Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldatmaqla sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdən birinə gizir rütbəsi ilə xidmətə qəbul olunmasına köməklik göstərməsi üçün onlara müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətlərə malik olmadıqları halda yalandan sonuncuya işə düzəldəcəklərini vəd verib əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 02 sentyabr 2018-ci il tarixdə saat təxminən 15:00 radələrində Bakı şəhəri,Yasamal rayonu,«Alatava» yaşayış massivində yerləşən çayxanada 6000 (altı min) manat, 10 sentyabr 2018-ci il tarixdə, saat təxminən 18:00 radələrində Bakı şəhəri,Yasamal rayonu,20 Yanvar dairəsi yaxınlığında 1000 (min) manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs məxsus 7000 (yeddi min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə hərbçi kimi işə düzəlmək istəyən Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldatmaqla sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdən birinə gizir rütbəsi ilə xidmətə qəbul olunmasına köməklik göstərməsi üçün onlara müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətlərə malik olmadıqları halda yalandan sonuncuya işə düzəldəcəklərini vəd verib əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 02 sentyabr 2018-ci il tarixdə saat təxminən 15:00 radələrində Bakı şəhəri,Yasamal rayonu, «Alatava» yaşayış massivində yerləşən çayxanada 6000 (altı min) manat, 10 sentyabr 2018-ci il tarixdə, saat təxminən 18:00 radələrində Bakı şəhəri,Yasamal rayonu, 20 Yanvar dairəsi yaxınlığında 1000 (min) manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs məxsus 7000 (yeddi min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.1990-cı il tarixdə Beyləqan rayonunda anadan olmuşdur. 2011-ci il tarixdən 2014-cü il tarixədək N nömrəli hərbi hissədə gizir rütbəsində xidmət etmiş, 2014-cü il tarixdən 2016-cı il tarixədək N nömrəli hərbi hissədə gizir rütbəsində xidmətini davam etdirmişdir. xx.xx.2016-cı il tarixdə Hərbi Xidmət keçmə haqqında əsasnamənin 156 cı maddəsinin "e" bəndinə əsasən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılaraq ordu sıralarından təxris olunmuşdur. 2018-ci ilin fevral ayının 5-də o, hərbi formasını geyinib silahlı qüvvələrin təlim tədris mərkəzinin qarşısına getmişdir. Orada olduğu müddətdə görmüşdür ki, bir nəfər 27-28 yaşlarında olan xanım və bir nəfər də təxminən 60-65 yaşlarında olan kişi Silahlı Qüvvələrin TTM-nin qarşısında soruşmuşlar ki, «gizir olmaq üçün nə sənədlər lazımdır». Onlar yaxınlaşmış və qəbul prosesi barədə soruşmuşlar, söhbət əsasında bildirmişdir ki, həmin qızın adı Leyladır, kişinin adı isə Müslümdür. Orada Leylanın mobil telefon nömrəsini götürmüş və onlara bildirmişdir ki, «sizin burda qalmağınızın heç bir mənası yoxdur, siz gedin, mən sizə gizir olmaq üçün lazım olan sənədlərin siyahısını göndərərəm, siz də sənədləri yığıb gələrsiniz», həmçinin söhbət əsnasında onlar ona Leylanın Müdafiə Nazirliyində istənilən hərbi hissələrin birində gizir olmaq istədiyini də demişlər. O, orada öz adını, soyadını və atasının adını da onlara demişdir. Sonra o, Müslümlə bir neçə dəfə şəhərin müxtəlif yerlərində görüşmüş, Leyla ilə də mütamadi olaraq danışmışdır ki, «sənədlər düzəldi ya yox?». xx.xx.2018-ci il tarixdə o Koroğlu metrostansiyasının yaxınlığında Müslüm və Leyla ilə görüşmüş, həmin vaxt onların yanında Süleyman adlı daha bir şəxs var idi. O, Koroğlu metrostansiyasının yaxınlığında onlara bildirmişdir ki, «mənim bir tanışım var Leylanı 3500 manat qarşılığında Müdafiə Nazirliyinin hərbi hissələrinin birində gizir kimi işə düzəldə bilər». Daha sonra isə onlara bildirmişdir ki, «xx.xx.2018-ci il tarixdə gizir hazırlığı kursuna sənəd yığımı başlayacaq». Onlar da onunla razılaşmışlar. Sonra xx.xx.2018-ci il tarixdə Şamaxinka adlanan ərazidə olan Alov zavodun yanından Alatavaya dönən yerdə sağda olan çayxanada yenə də Müslüm ilə görüşmüşlər və həmin vaxt onun yanında Leylanı gizir kimi işə düzəltməli olan İxtiyar adlı tanışı da var idi. Həmin çayxanada o, İxtiyarı onlarla tanış etmiş və bildirmişdir ki, «İxtiyar Leylanı gizir kimi işə düzəldəcək». Onlar isə demişlər ki, «bizim ücün heç bir fərqi yoxdur, kim düzəldir-düzəltsin təki iş düzəlsin», orada İxtiyar hətta Leylaya demişdir ki, «mən sənə dərs deyəcəm». Sonra onlar oradan çıxıb getmişlər. Onlar gedəndə İxtiyar ona demişdir ki, «3500 manata bu iş düzələsi deyil, bu işin düzəlməsi üçün 6000 manat pul lazımdır». xx.xx.2018-ci il tarixdə Leyla ilə mobil telefonla danışaraq 3500 manata işin düzəlmədiyini, 6000 manata düzələ biləcəyini demişdir. Bir qədər sonra Leyla ona zəng edərək razı olduğunu və 6000 manat verəcəyini demişdir. Daha sonra isə xx.xx.2018-ci il tarixdə yenə də o, Müslüm və Leyla ilə «Alatava»da olan çayxanada görüşmüşlər. Taksi sürcüsü Süleyman da oraya onlarla bir yerdə gəlmişdir. Orada Müslüm 6000 manat məbləğində pulu cibindən çıxaırıb ona vermiş, həmçinin Leylanın sənədlərini də ona vermişdir. O, pulu sayandan sonra düz olduğunu demiş və həmin pulu İxtiyara verəcəyini deyərək oradan aralanaraq getmişdir. Bu hadisədən bir neçə gün sonra ona 1000 manat pul lazım olduğu üçün həmin pulu Leyladan istəyə biləcəyini fikirləşdiyindən, Leylaya zəng edərək ehtiyacı olduğundan ona 1000 manat pul verməsini xahiş etmişdir. Leyla əvvəlcə pulu vermək istəməmişdir. O çox israr etdikdən sonra Leyla onunla razılaşmış və o, xx.xx.2018-ci il tarixdə 20 yanvar metrostansiyasının yaxınlığında onlarla görüşmüş,həmin vaxt oraya qara rəngdə mercedes markalı avtomobillə gəlmişlər, o onların maşınına əyləşmiş, Müslüm və Leyla da orada olmuşdur. Müslüm cibindən 1000 manat pulu çıxarıb ona vermiş,o da pulu aldıqdan sonra oradan aralanmışdır. xx.xx.2018-ci il tarixdə Müslüm ona zəng edərək onunla və İxtiyarla görüşmək istədiyini bildirmişdir. O da bu barədə İxtiyara demişdir. Onlar həmin gün yenə də Alatavada olan çayxanada Müslümlə görüşmüşlər. İxtiyar da orada olmuşdur. Orada artıq Müslüm onlara demişdir ki, «bu iş alınmırsa mənim sizə verdiyim pulu qaytarın». İxtiyar Müslümə demişdir ki, «pulu Silahlı Qüvvələrin TTM-də işləyən bir şəxsə vermiş və xx.xx.2018-ci il tarixdə həmin pulu sizə qaytaracağam». Müslüm də razılaşmış,hətta orada İxtiyar Müslümə demişdir ki, «saat 17:00-18:00 arası məni bu çayxanada gözlə gəlib burda pulu sənə qaytaracağam». xx.xx.2018-ci il tarixdə Müslüm ona zəng edərək bildirmişdir ki, «İxtiyar gəlib çıxmayıb mən də onu gözləyirəm».O da İxtiyara zəng etmiş, İxtiyar ona bildirmişdir ki, «az qalmışam çatıram». Həmin gün axşam tərəfi Müslüm ona zəng edərək İxtiyarın onun telefonunu açmadığını demişdir. O, İxtiyara nə qədər zəng etsə də, İxtiyar onun da telefonunu açmamışdır. Bu hadisədən sonra o, İxtiyara dəfələrlə zəng edərək Müslümün pulunu qaytarmasını desə də, İxtiyar isə hər dəfə ona qaytaracağını söz vermiş, lakin bu günə kimi pulu qaytarmamışdır. O, Müslüm adlı şəxsdən xx.xx.2018-ci il tarixdə Alatavada olan çayxanada 6000 manat pul almış,həmin pulu Leylanı gizir kimi işə düzəltmək üçün almış və həmin məbləği olduğu kimi İxtiyara vermişdir. İxtiyar da ona demişdir ki, «Leylanı işə düzəldəcək». xx.xx.2018-ci il tarixdə isə 20 yanvar metrostansiyasının yaxınlığında Müslümdən daha 1000 manat pul almış, həmin pulu özü üçün almış, özünə lazım olduğu üçün öz ehtiyacları üçün xərcləmişdir. İxtiyar həmin puldan ona heç bir məbləğ verməyib, nəsə verəcəyini də vəd etməyib. O, İxtiyarı 2018-ci ilin əvvəllərində təsadüf nəticəsində tanımışdır. O, hərbi qulluqçu deyil. O, Müslüm adlı şəxslə 3 dəfə hərbi forma geyinərək müxtəlif yerlərdə görüşmüşdür. O, hərbi forma geyinib Müslüm adlı şəxslə ona görə görüşmüşdür ki, onlar onun hərbi qulluqçu olduğuna tam inansınlar və onunla iş görməkdən çəkinməsinlər. Törətdiyi əməli səmimi etiraf etməsini, peşman olmasını nəzərə alaraq, vurulmuş ziyanı bir qisminin ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirsiz bilərək göstərdi ki, Şahid2 tanışı Fuad adlı şəxs tərəfindən tanımışdır. Fuad məndən onun işində köməklik etməsini xahiş etmişdi, lakin həmin vaxt ona köməklik edə bilməmişdir. Bu məsələdən sonra Məhəbbət və onun qohumu kimi Möhübbət adlı şəxsi tanımışdır, Möhübbəti 1 dəfə görmüşdür. xx.xx.2018-ci il tarixdə Möhübbət və onun tanışları Müslüm və Leyla adlı şəxsləri Yasamal rayonu, Alatava qəsəbəsində olan çayxanada görmüşdür. O həmin çayxanada olarkən Möhübbət ona yaxınlaşaraq Leyla adlı şəxsin topladığı sənədlərə baxmağını xahiş etmiş, o isə sənədlərə baxaraq düz olduğunu bildirmişdir. Bundan sonra, nə həmin şəxsləri, nə də Möhübbəti görməmişdir. Möhübbət məsuliyyətdən yaxa qutarmaq üçün pulu ona verdiyini bildirsə də, onun həmin puldan xəbəri olmamışdır. Cinayət hadisəsi ilə əlaqəsi olmadığından barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özü hərbi hissələrin birində gizir vəzifəsində işləmək istədiyindən 2018ci ilin yanvar ayının sonlarında Müdafıə Nazirliyində gizir işləmək üçün sənəd qəbulunun elan edilməsini eşitdikdə xx.xx.2018-ci il tarixdə dayısı Müslümlə onun dostu Süleymanın idarə etdiyi avtomobildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (SQ-in TTM) getmişlər. Onlar orada olarkən ona gizir rütbəsində olan cavan oğlan yaxınlaşıb nə üçün gəldikləri ilə maraqlanmış, daha sonra orada dayanmaqlarının faydasız olduğunu bildirərək gizir kurslarına qəbul üçün hansı sənədlərin toplanmasının lazım olduğu ilə maraqlanıb sənədlərin siyahısını göndərəcəyini, sənədlər toplandıqdan sonra oraya gəlmələrini təklif etmişdir. Həmin şəxslə tanış olduqda onun Təqsirləndirilən şəxs1 olması onlara məlum olmuş və Möhübbət sənədlərin siyahısını göndərməsi üçün onun telefon nömrəsini almışdır. Bundan sonra o və dayısı Müslüm dəfələrlə onun işi ilə əlaqədar Möhübbətlə görüşərək telefonla danışmış və Möhübbətlə onun arasında mehriban münasibətlər yaranmışdır. Bir neçə aydan sonra, yəni xx.xx.2018-ci il tarixdə o, dayısı Müslüm və Süleyman Möhübbətlə «Koroğlu» metro stansiyasının yaxınlığında görüşdükdə Möhübbət onun işini düzəltmək üçün tanış adam tapdığını, 3500 manat müqabilində həmin şəxsin bu işi düzəldə biləcəyini, həmçinin xx.xx.2018-ci il tarixdə gizirlərin hazırlıq kursuna yığımın başlanılacağını bildirmişdir. Buna görə də Möhübbətlə əvvəlcədən razılaşmalarına əsasən xx.xx.2018-ci il tarixdə «Alatava»da yerləşən çayxanada o, dayısı Müslüm və Süleyman Möhübbətlə görüşdükdə onun yanında bir nəfər mülki geyimli şəxs də olmuşdur. Möhübbət onları İxtiyar adlı həmin şəxslə tanış etdikdə onun işini həmin şəxsin düzəldəcəyini bildirmişdir. Hətta söhbət zamanı İxtiyar ona müraciət edərək özü, TTM-də baş müəllim işləməsini bildirərək onu problemsiz qəbul etdirəcəyini və kursa qəbul olduqdan sonra ona dərs deyəcəyini də söyləmişdir. Həmin görüşdən bir neçə saat sonra Möhübbət onunla telefon vasitəsi ilə danışdıqda İxtiyarın məsələni 3500 manata deyil, 6000 manata düzəldəcəyini söyləmişdir. Onlar bu şərtlə də razılaşdıqdan sonra Möhübbətlə əvvəlcədən razılaşdıqları kimi xx.xx.2018-ci il tarixdə «Alatava» dakı həmin çayxanada Möhübbətlə görüşərək dayısı Müslüm Möhübbətin təklif etdiyi məbləği, yəni 6000 manatı, həmçinin onun sənədlərinin notariusda təsdiq edilmiş surətlərini onun və Süleymanın iştirakı ilə oradaca Möhübbətə vermişdir. Möhübbət pulu sayıb götürdükdən sonra həmin pulu İxtiyara verəcəyini söyləyib onlardan ayrılmışdır. Bir neçə gündən sonra Möhübbət ona zəng edərək təcili olaraq ona 1000 manat məbləğində pul lazım olduğunu söylədikdə, onlar Möhübbətə 1000 manatı da vermək qərarına gəlmişlər. Buna görə o, evlərindən 1000 manat pulu gətirərək dayısı Müslümə vermiş və Müslüm onunla birgə xx.xx.2018-ci il tarixdə «20 yanvar» dairəsinə getmiş və orada Möhübbətlə görüşdükdə Möhübbət avtomobilə əyləşərək 1000 manat pulu Müslümdən alaraq onlardan aralanmışdır. xx.xx.2018-ci il tarixdə dayısı Müslüm məsələnin nə yerdə olması ilə İxtiyara zəng edib maraqlandıqda İxtiyarın təklifi ilə «Alatava»dakı çayxanada İxtiyarla görüşmüş və İxtiyar Müslümə onun adının artıq SQ-in TTM-dəki siyahasında olduğunu,qısa müddət ərzində işin həll olunacağını bildirmişdir. xx.xx.2018-ci il tarixdə dayısı yenə də İxtiyarla görüşdükdə İxtiyar yenə də onun işinin düzələcəyinə onu əmin etmişdir. xx.xx.2018-ci il tarixdə onlar özləri onun adının siyahıda olub-olmamasını öyrənmələri üçün SQ-nin TTM-ə getdikdə adının siyahıda olmadığını, xx.xx.2018-ci il tarixdə isə artıq imtahanların başlanılacağını öyrənmişlər. Bundan sonra onlar aldanıldıqlarını bilmişlər və dəfələrlə İxtiyara zənglər etdikdən sonra nəhayət, xx.xx.2018-ci il tarixdə «Alatava»dakı çayxanada İxtiyar və Möhübbətlə görüşmüşlər. Orada dayısı Müslüm onların hər ikisinə işi həll edə bilmirlərsə onlara verdikləri pulu geri qaytarmalarını tələb etdikdə İxtiyar Möhübbət vasitəsilə ona çatmış 6000 manat pulu guya SQ-nin TTM-də işləyən vəzifəli şəxsə verdiyini və xx.xx.2018-ci il tarixdə pulları ondan götürərək qaytaracağını vəd etdimişdir. Dayısı Müslümün ona söylədiyinə görə İxtiyarla razılaşaraq xx.xx.2018-ci il tarixdə hansı saatda həmin çayxanaya gəlməyini soruşduqda, İxtiyar saat 17:00-18:00 aralığında çayxanaya gəlib pulları qaytaracağını vəd etmişdir.X5 sözlərinə inanıb onun vəd etdiyi vaxtda həmin çayxanaya gedib orada gözlədikdə nə İxtiyar, nə də Möhübbət oraya gəlməmişlər. Dayısı Müslüm dəfələrlə çayxanadan İxtiyara zənglər etdikdə İxtiyar zənglərə cavab verməmiş, Möhübbətə zəng etdikdə isə o,rayonda olduğunu, İxtiyarın isə mütləq oraya gələcəyini bildirmişdir. Daha sonra saat 19:30 radələrində İxtiyar dayısı Müslümə zəng edərək tıxacda olduğunu söyləyib orada gözləməyini xahiş etmişdir. Dayısı Müslüm xeyli müddət çayxanada İxtiyarı gözlədikdə və o gəlmədikdə İxtiyara zənglər etməyə başlamış, lakin İxtiyar telefonu söndürdüyündən ona zəng çatmamışdır. Sonralar da İxtiyar zənglərinə cavab verməmiş, Möhübbətə zəng etdikdə isə Möhübbət pulun hamısını İxtiyara verdiyini bildirmişdir.Möhübbət daima onlarla hərbi geyimdə görüşmüş, sonradan onların müraciəti Müdafiə Nazirliyində araşdırıldıqda Möhübbətin işdən qovulmasına baxmayaraq qanunsuz olaraq hərbi geyim geyinməsi məlum olmuşdur. Möhübbət ümumilikdə 7000 manat pulunu İxtiyarla birləşərək ələ keçirmişdir. Belə ki, Möhübbət İxtiyarla birgə onun işə düzəlməyinə kömək etdiyi üçün ondan1000 manatı borca istəmişdir. O da bu barədə dayısı Müslümlə məsləhətləşmiş və Möhübbətə 1000 manatı vermişdir. Lakin sonradan işi düzəlmədiyi üçün o, Möhübbətdən 6000 manatını və əlavə verdiyi 1000 manatını geri tələb etmiş, lakin Möhübbət pulunu qaytarmayaraq 6000 manatı İxtiyara verdiyini, 1000 manatı isə onun işi ilə əlaqədar yollarda xərclədiyini bildirdikdə o başa düşmüşdür ki, Möhübbət onu aldadaraq 1000 manatını da ələ keçirib. Bununla da Möhübbət və İxtiyar onu işə düzəlməyinə kömək etmək adı ilə aldadaraq 7000 manat pulunu ələ keçirmişlər. Möhübbət ümumilikdə onun 7000 manat pulunu İxtiyarla birləşərək ələ keçirmişlər. O, 6000 manatı işə düzəlmək üçün vermiş, 1000 manatı isə işin düzələcəyi müqabilində Möhübbətə verəcəyini bildirmiş, Möhübbət isə işə düzəlməmişdən qabaq bəhanə gətirərək pulu ondan almışdır. Hazırda dəymiş ziyan ona qismən ödənilmişdir, təqsirləndirilən şəxslərdən dəymiş ziyanı tələb edir, ziyan ödənilərsə hər hansı tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bacısı qızı Zərərçəkmiş şəxs hərbi hissələrin birində gizir vəzifəsində işləmək istədiyindən 2018-ci ilin yanvar ayının sonlarında Müdafiə Nazirliyində gizir işləmək üçün sənəd qəbulunun elan edilməsini eşitdikdə xx.xx.2018-ci il tarixdə dostu Süleymanın idarə etdiyi avtomobildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (SQ-in TTM) getmişlər. Onlar orada olarkən Leylaya gizir rütbəsində olan cavan oğlan yaxınlaşıb nə üçün gəldikləri ilə maraqlanmış, daha sonra orada dayanmağın faydasız olduğunu bildirərək gizir kurslarına qəbul üçün hansı sənədlərin toplanmasının lazım olduğu ilə maraqlanıb sənədlərin siyahısını Leylaya göndərəcəyini, sənədlər toplandıqdan sonra oraya gəlmələrini təklif etmişdir. Həmin şəxslə tanış olduqda onun Təqsirləndirilən şəxs1 olması onlara məlum olmuş və Möhübbət sənədlərin siyahısını göndərməsi üçün Leylanın telefon nömrəsini ondan almışdır. Bundan sonra o dəfələrlə Leylanın işi ilə əlaqədar Möhübbətlə görüşmüş və telefonla danışmışdır. Bir neçə aydan sonra, yəni xx.xx.2018-ci il tarixdə o, Leyla və Süleyman Möhübbətlə «Koroğlu» metro stansiyasının yaxınlığında görüşdükdə Möhübbət Leylanın işini düzəltmək üçün tanış adam tapdığını, 3500 manat müqabilində həmin şəxsin bu işi düzəldə biləcəyini, həmçinin xx.xx.2018-ci il tarixdə gizirlərin hazırlıq kursuna yığımın başlanılacağını bildirmişdir. Buna görə də Möhübbətlə əvvəlcədən razılqlarına əsasən xx.xx.2018ci il tarixdə «Alatava»da yerləşən çayxanada o, Leyla və Süleyman Möhübbətlə görüşdükdə Möhübbətin yanında bir nəfər mülki geyimli şəxs də olmuşdur.Möhübbət onları İxtiyar adlı həmin şəxslə tanış etdikdə Leylanın işini həmin şəxsin düzəldəcəyini bildirmişdir. Hətta söhbət zamanı İxtiyar Leylaya müraciət edərək özünün TTM-də baş müəllim işləməsini, onun gizir kurslarına qəbul etdirəcəyində problem olmayacağını,kursa qəbul olduqdan sonra ona dərs deyəcəyini də söyləmişdir. Həmin görüşdən bir neçə saat sonra Möhübbət Leyla ilə telefon vasitəsilə danışdıqda İxtiyarın məsələni 3500 manata deyil, 6000 manata düzəldəcəyini söyləmişdir. Onlar bu şərtlə də razılaşdıqdan sonra Möhübbətlə əvvəlcədən razılaşdıqları kimi xx.xx.2018-ci il tarixdə «Alatava»dakı həmin çayxanada Möhübbətlə görüşmüşlər. O, Möhübbətin təklif etdiyi məbləği, yəni 6000 manatı və Leylanın sənədlərinin notariusda təsdiq edilmiş surətlərini oradaca Leyla və Süleymanın iştirakı ilə Möhübbətə vermişdir. Möhübbət pulu sayıb götürdükdən sonra pulu həmin gün İxtiyara verəcəyini söyləyib onlardan ayrılmışdır. Bir neçə gündən sonra Möhübbət Leylaya zəng edərək təcili olaraq ona 1000 manat məbləğində pul lazım olduğunu söylədikdə,onlar Möhübbətə 1000 manatı vermək qərarına gəlmişlər. Buna görə Leyla öz evlərindən 1000 manat pulu gətirərək ona vermiş və o, Leylanın iştirakı ilə xx.xx.2018-ci il tarixdə «20 yanvar» dairəsinə getmiş və orada Möhübbətlə görüşdükdə Möhübbət avtomobilə əyləşərək istədiyi 1000 manat pulu ondan alaraq onlardan aralanmışdır. xx.xx.2018-ci il tarixdə o məsələnin nə yerdə olması ilə İxtiyara zəng edib maraqlandıqda İxtiyarın təklifi ilə «Alatava»dakı çayxanada İxtiyarla görüşmüş və İxtiyar ona Leylanın adının artıq SQ-in TTM-dəki siyahıda olduğunu, qısa müddət ərzində işin həll olunacağını bildirmişdir. xx.xx.2018-ci il tarixdə o yenə də İxtiyarla görüşdükdə İxtiyar yenə də Leylanın işinin düzələcəyinə onu əmin etmişdir. xx.xx.2018-ci il tarixdə onlar özləri Leylanın adının siyahıda olub-olmamasını öyrənmələri üçün SQ-nin TTM-ə getdikdə Leylanın adının siyahıda olmadığını, xx.xx.2018-ci il tarixdə isə artıq imtahanların başlanılacağını öyrənmişlər. Bundan sonra onlar aldanıldıqlarını bilmişlər və dəfələrlə İxtiyara zənglər etdikdən sonra nəhayət xx.xx.2018-ci il tarixdə «Alatava»dakı çayxanada İxtiyar və Möhübbətlə görüşmüşlər. Orada o, onların hər ikisinə işi həll edə bilmirlərsə onlara verdiyi pulları geri qaytarmalarını tələb etdikdə, İxtiyar Möhübbət vasitəsilə ona çatmış 6000 manat pulu guya SQ-nin TTM-də işləyən vəzifəli şəxsə verdiyini və xx.xx.2018-ci il tarixdə pulları ondan götürərək qaytaracağını vəd etmişdir. O, İxtiyarla razılaşaraq xx.xx.2018-ci il tarixdə hansı saatda həmin çayxanaya gəlmələrini soruşduqda, İxtiyar saat 17:00- 18:00 aralığında çayxanaya gəlib pulları qaytaracağını vəd etmişdir. O, İxtiyarın sözlərinə inanıb onun vəd etdiyi vaxtda həmin çayxanaya gedib orada gözlədikdə nə İxtiyar, nə də Möhübbət oraya gəlməmişlər. O, dəfələrlə çayxanadan İxtiyara zənglər etdikdə İxtiyar zənglərə cavab verməmiş, Möhübbətə zəng etdikdə isə o, rayonda olduğunu, İxtiyarın isə mütləq oraya gələcəyini bildirmişdir. Daha sonra saat 19:30 radələrində İxtiyar ona zəng edərək tıxacda olduğunu söyləyib orada gözləməyini xahiş etmişdir. O xeyli müddət çayxanada İxtiyarı gözlədikdə və İxtiyar gəlmədikdə o, İxtiyara zənglər etməyə başlamış, lakin İxtiyar telefonu söndürdüyündən ona zəng çatmamışdır. Son vaxtlaradək İxtiyar zənglərə cavab verməmiş, Möhübbətə zəng etdikdə isə Möhübbət pulun hamısını İxtiyara verdiyini, özünə bir manat belə çatmamasını, pulları İxtiyardan alıb onlara qaytaracağını vəd etmişdir. Möhübbət daima onlarla hərbi geyimdə görüşmüş, sonradan onların müraciətləri Müdafiə Nazirliyində araşdırıldıqda Möhübbətin işdən qovulmasına baxmayaraq qanunsuz olaraq hərbi geyim geyinməsi məlum olmuşdur. Bu da bir daha onun onlara qarşı dələduzluq niyyətində olmasını sübut etmişdir. İxtiyarla ilk tanışlıqlarında ona məlum olmuşdur ki, Möhübbət onlardan götürdüyü 6000 manatın hamısını olmasa da bir hissəsini İxtiyara vermişdir. Çünki artıq İxtiyarla üçüncü görüşlərində İxtiyar onlardan Möhübbətə nə qədər pul verdiklərini soruşmuş, onlar Möhübbətə 6000 manat verdiklərini bildirdikdən sonra Möhübbətin onu aldatmamasına əmin olaraq Leylanın işini özünün həll edəcəyini bildirmişdir. İxtiyarın ifadəsində göstərdiyi kimi guya sənədlərlə tanış olduqdan sonra işi düzəldə biləcək adam tapmasına vəd etməsi, ikinci görüşdə isə guya adam tapa bilməməsi barədə yazdıqları tam yalandır. Elə ilk görüşlərində İxtiyar Leylanın gizir kursuna qəbul olunmasında heç bir problemin olmayacağını, özü orada baş müəllim işlədiyindən məsələni özünün həll edəcəyini bildirmişdir. Möhübbət ümumilikdə bacısı qızı Zərərçəkmiş şəxs 7000 manat pulunu İxtiyarla birləşərək ələ keçirmişdir. Belə ki, Möhübbət İxtiyarla birgə Leylanın işə düzəlməyinə kömək etdiyi üçün ondan 1000 manatı borca istəmişdir. Leyla da bu barədə onunla məsləhətləşmiş və Möhübbətə 1000 manatı vermişdir. Lakin sonradan Leylanın işi düzəlmədiyi üçün Leyla, Möhübbətdən 6000 manatını və əlavə verdiyi 1000 manatını geri tələb etmiş, lakin Möhübbət Leylanın pulunu qaytarmayaraq 6000 manatı İxtiyara verdiyini, 1000 manatı isə Leylanın işi ilə əlaqədar yollarda xərclədiyini bildirdikdə onlar başa düşmüşlər ki, Möhübbət Leylanı aldadaraq 1000 manatını da ələ keçirib. Bununla da Möhübbət və İxtiyar Leylanın işə düzəlməyinə kömək etmək adı ilə aldadaraq 7000 manat pulunu ələ keçiriblər. 7000 manat bacısı qızı Zərərçəkmiş şəxsdır. Onlar 7000 manat pulun hamısını Leylanın işə düzəlməsi üçün vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təxminən 13 il Hərbi Dəniz Qüvvələrində miçman vəzifəsində işləmiş, 2017-ci ilin mart ayında ailə vəziyyəti ilə əlaqədar öz xahişi ilə ehtiyata buraxılmışdır. 2018-ci ilin əvvəllərində özünə mülki iş tapa bilmədiyindən yenidən köhnə vəzifəsinə bərpa olunmağı barədə vasitələr axtardıqda qardaşı Möhübbətlə bir hərbi hissədə qulluq etmiş, Müdafiə Nazirliyinin Şəxsi Heyətlə İş üzrə İdarəsində kapitan rütbəsində xidmət etmiş,Vətən müharibəsində şəhidh olmuş X1 iştirakı ilə görüşmüş və Asiman sənədləri ilə tanış olduqdan sonra 4000 manat pulun müqabilində onu köhnə işinə bərpa etdirəcəyini vəd etmişdir. O, Asimana həmin məbləğə gücünün çatmayacağını, yalnız 3000 manat düzəldə biləcəyimi bildirdikdə Asiman onunla razılaşmış, lakin 1500 manat pulu əvvəlcədən ödəməyini təklif etmişdir. Təxminən 3 gündən sonra, yəni 2018-ci ilin fevral ayının sonlarında o, qardaşı Möhübbətlə birgə Asimanla yenidən onun işlədiyi idarənin yaxınlığında görüşüb Asimana 1500 manat pulu, həmçinin şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, diplomunun və oxuduğum gizir kurslarının sertifikatlarının surətlərini verdikdə Asiman uzağı bir ay ərzində işinin həll ediləcəyini vəd edərək onlardan ayrılmışdır. Asimanın vəd etdiyi müddətə bir neçə gün qalmış, o, Asimanın ona telefonla verdiyi vədlərə inanmayaraq onunla görüşüb işinin hansı vəziyyətdə olmasını soruşduqda, Asiman guya onun işini həll edən Təqsirləndirilən şəxs2 adlı şəxsə zəng etdiyini və onunla qardaşı Möhübbəti «Şamaxinka» adlanan yerdə yerləşən çayxanada İxtiyarla tanış etdiyini bildirmişdir. İxtiyar onlarla söhbətində işinin yaxın günlərdə həll ediləcəyini vəd etmiş və onlar İxtiyarın telefon nömrəsini götürərək ayrılmışlar. İxtiyarın vəd etdiyi müddət bitdikdə və o, İxtiyara zəng etdikdə İxtiyar onu yenə də ilk dəfə görüşdükləri yerə çağırmış və bu dəfə İxtiyarın yanında başqa bir cavan oğlanı da görmüşdür. İxtiyar onunla söhbətində uzağı 15 gün ərzində işə bərpa olunmağı barədə əmrinin veriləcəyini vəd edib ondan möhlət istədikdə o yenə də onunla razılaşmışdır. Söhbət zamanı İxtiyar tualetə getməsi üçün onlardan aralandıqda onun yanında olan cavan oğlanın kim olmasını soruşduqda, o da İxtiyar vasitəsi ilə zabit işinə düzələcəyini söyləmişdir. Lakin İxtiyarın vəd etdiyi müddət də bitdikdə və o yenidən ona zəng edib İxtiyarla həmişə görüşdükləri yerdə görüşdükdə bu dəfə də həmin cavan oğlanı İxtiyarın yanında görmüşdür. İxtiyar yenə də ona müxtəlif bəhanələr söyləyib möhlət istədikdə və söhbət zamanı tualetə getməsi adı ilə onlardan aralandıqda o həmin cavan oğlandan onun da İxtiyara 6300 manat verməsini və işinin yubanmasını öyrənmişdir. Bundan sonra o pulu İxtiyara vermədiyi üçün Asimanla görüşüb işinin düzəlməyəcəyini bildirərək pullarını ondan geri tələb etməyə başlamış və Asiman gec də olsa hissə-hissə ona verdiyi 1500 manat pulu ona ödəmişdir. Onda olan məlumata görə onun işinin düzəlməsinə inandıqları dövrlərdə qardaşı Möhübbət onun işi ilə əlaqədar Asimanın iş yerinə gəldikdə Müslüm adlı şəxslə tanış olmuş və ona yaxşılıq etmək məqsədilə Müslümü İxtiyar adlı şəxslə tanış etmişdir. Möhübbətdən eşitdiyinə görə İxtiyar sonda Müslümü də aldadaraq ondan 6000 manat alıb Müslümün bacısı qızının işini düzəltməyərək pulları mənimsəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. O, həqiqətən də Müslüm və Leyla adlı şəxslərin Möhübbət adlı şəxsə Leylanın işə düzəltməsi ilə əlaqədar olaraq 6000 manat pul alması barədə eşitmişdir. Hətta bir neçə dəfə Müslüm və Leyla adlı şəxsləri 20 yanvara və «Alatava»ya aparıb gətirmişdir. O orada çayxanın qarşısında gözləmişdir. Yalnız bir dəfə çayxanadan çıxanda Müslüm və Leyla adlı şəxsləri Möhübbətin yola saldığını görmüş və başqa kimsəni görməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs1 etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 Məhəmmədli oğlu məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü təqsirli bilməsə də, məhkəmə bu ifadələrə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Məhəmmədli oğlu ifadəsində Təqsirləndirilən şəxs1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanımadığını bildirsə də, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs irəli sürdüyü faktları təsdiq etməklə öz ifadəsini təkzib etmişdir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən şahidlərin və zərər çəkmiş şəxsin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini, Təqsirləndirilən şəxs2 isə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Təqsirləndirilən şəxs2 münasibətdə cəza təyini zamanı isə məhkəmə qeyd edir ki, iş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-29/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 04 iyun 2019-cu il tarixdən 06 iyun 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət və 06 iyun 2019-cu il tarixdən 07 iyun 2019-cu il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilmişdir. Həmin hökmdə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Salyan Rayon Məhkəməsinin 7(023)-754/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 il 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 5 saylı X4 faktiki cəza çəkən Təqsirləndirilən şəxs2 “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395- VİQR nömrəli Qərarın 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılmışdır. Bununla da 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ay azaldıldıqdan sonra yerdə qalan 2 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla, çəkib qurtarmışdır. Bununla da Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməlləri 2018-ci ilin sentyabr ayında törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 hazırkı cinayəti əvvəlki hökm olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl, həmin hökm qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməllərini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Qeyd edilənləri Təqsirləndirilən şəxs2 şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır, məhkəmə hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də Təqsirləndirilən şəxs2 daha ciddi cəza təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 1700 manat, məhkəmə istintaqı zamanı isə 3300 manat olmaqla, ümumilikdə 5000 manat məbləğində ziyanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödəmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Məhəmmədli oğlunun xx.xx.2010-cu il təvəllüdlü X2 adlı himayəsində bir azyaşlı uşağı var. Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Məhəmmədli oğlunun himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslərdə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə saat 01:20-də tutulmuş, xx.xx.2022-ci il tarixdə həbs qətmkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən prokuror tərəfindən imtina edilmiş və barəsində başqa yerə getməmək haqqında qətmkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 24 saatdan çox, yəni 2 gün həbsdə olmuşdur. Daha sonra, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 4(004)-141/2023 saylı qərarı ilə barəsində həbs qətmkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablanmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(004)-248/2023 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində olan “həbs” qismində qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur, hökm çıxarıldığı hazırkı vaxtadək ev dustaqlığındadır. Beləliklə, Təqsirləndirilən şəxs1 ümumilikdə 04 ay 22 gün həbsdə və ev dustaqlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-71/2023 saylı qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 4(103)-167/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və məhkəmə iclas zalından azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 ibtidai istintaq müddətində 1 ay 3 gün müddətində həbsdə saxlanılmışdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 il 11 ay 27 gün gün müddətinə azadlıqdan məhrumetmə cəzasının, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının tətbiq edilərək 6 ay hissəsi azaldıldıqdan sonra qalan 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 il 07 ay (iki il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 6 ay hissəsi azaldıldıqdan sonra real olaraq çəkdiyi 02 il 05 ay 27 gün hissəsi CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən qəti cəza müddətinə hesablanan hissəsi və CM-nin 69.3-cü maddəsinə əsasən hazırkı cinayət işi üzrə həbsdə saxlanıldığı 01 ay 03 gün müddətlərin cəmi olan 02 il 07 ay müddət ona təyin olunmuş cəza müddətini əhatə etdiyindən, Təqsirləndirilən şəxs2 cəzasını faktiki çəkmiş hesab edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay 22 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 08 ay 16 gün (bir il səkkiz ay on altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin və o, ev dustaqlığından dərhal azad edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri Mərkəz vəkil bürosunun vəkili Müdafiəçi3 Akif qızına ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Mərkəz vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar