Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-249/2020 19.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Babayev Rəşad Mahir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Ermənistan Respublikası Mehri rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2, mənzil 50 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində Zərərçəkmiş şəxs məxsus səhifəyə nalayiq sözlər yazıb onunla münaqişə yaratdıqdan sonra aralarında yaranmış narazılığa aydınlıq gətirmək məqsədi ilə sonuncunu xx xxxx 2020-ci il tarixdə saat 22:30-da ictimai yer hesab olunan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 5 A ünvanın qarşısına dəvət edib orada onunla görüşmüş, həmin vaxt güya Zərərçəkmiş şəxs onun ünvanına İnstagram sosial şəbəkəsində təhqiramiz sözlər yazmasını bəhanə edib münaqişə yaradaraq ucadan səs-küy salıb sonuncuya qarşı nalayiq ifadələr işlətməklə cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq həmin vaxt orada olan Şahid1, Şahid2, eləcə də şəxsiyyəti istintaqa məlum olmayan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs qəsdən vurub sonucuya burun belin sıyrığı, sol budun hematoması kimi zərərçəkmiş şəxsin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatdadır və faktiki ünvan 5 mənzil 50-də ünvanında ailəsi ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində o, yaşadığı ünvan 5 mənzil 50-də ünvanında olan zaman istifadə etdiyi mobil telefonunun İnstaqram səhifəsinə tanımadığı şəxs tərəfindən ünvanına qarşı nəlayıq söyüş mesajları göndərilmişdir. Bundan sonra o, həmin şəxsin İnstaqram səhifəsinə kim olduğunu və onu tanımadığı halda nəlayıq söyüşlər etdiyi üçün həmin şəxsin öz söyüşlərini mesaj vasitəsi ilə cavab olaraq ona göndərmişdir. Bundan sonra həmin qadın onunla daha da nəlayıq söyüşlərlə təhqir edərək və onun onunla görüşməyini təklif etmiş, o, isə ona rədd cavabı vermişdir. Lakin buna baxmayaraq həmin qadın tərəfindən ona dəfələrlə zəng edərək onun onunla təcili olaraq Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti 5A saylı ünvanın qarşısına görüşməyini təklif etmişdir. O, isə həmin qadının kim olduğunu və onu tanımadığı halda ünvanına qarşı nəlayıq söyüşlər etdiyini müəyyən etmək üçün, elə həmin günü saat təxminən 22 radələrində o, rəfiqəsi Müjganla birlikdə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən «Ultra Med» klinkasında qadın üçün lazımi olan lazer etdirmək üçün həmin kilinikada olarkən, oradan onunla birlikdə Bakı şəhri Yasamal rayonu Nəriman Nərimanov prospekti 5A saylı ünvanın qarşısına gəlmişlər.Bu zaman orada ilk dəfə gördüyü adını sonradan bildiyi Günay və onun yanında olan Günel adlı qadınla görüşmüş, görüş zamanı Günay ona yaxınlaşaraq, səbəbini izah etmədən onun ünvanına və ailəsinə qarşı nəlayıq söyüşlərlə təhqir etmişdir. Bundan sonra o, isə onun bu söyüşlərinə dözməyib və əsəbləşərək əli ilə onun sifət nahiyəsinə bir dəfə vurmuş, bundan sonra onları Müjgan və Günel ayırmışlar. Həmin hadisə yerinə küçədən keçən tanımadığı şəxslər, həmin hadisənin qarşısında hərəkətdə olan avtomobillərin sürücüləri kənarda dayanıb tamaşa etmişlər. Lakin buna baxmayaraq Günay yenidən onun ünvanına qarşı nəlayıq söyüşlərlə təhqir etdikdə, həmin hadisə yerinin yaxınlığında xidmət aparan polis əməkdaşları ona yaxınlaşdılar və baş vermiş hadisə ilə tanış olduqdan sonra onları yaxınlıqda olan Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişlər. Həmin polis bölməsində o, Günay barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Oradan cıxıb evə gəlmiş, lakin buna baxmayraq həmin hadisədən bu günə kimi Günay tərəfindən onun mobil telefonun İnstaqram səhifəsinə nəlayıq söyüş mesajları göndərmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, qadın olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında qeydiyyatdadır və faktiki ünvan 9-də ünvanında anası X3 ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 20:00 radələrində o, Bakı şəhəri Səbail rayon ərazisində olan zaman ona məxsus istifadə ediyi «İphone 11 pro» markalı mobil telefona İnstaqram səhifəsinə cox sayda dostluq mesajları və zəngləri gəlmiş, bu zaman o, mobil telefona baxdıqda ona məlum olmayan və tanımadığı İnstaqram səhifəsindən onun ünvanına qarşı nəlayıq söyüş ifadələri qeyd edilmişdir. Bundan sonra o, həmin tanımadığı şəxsin İnstaqram səhifəsinə, onu tanımadığı halda bu nəlayıq söyüşlərinə görə cavab verməli olacağını mesaj vasitəsi ilə qeyd edərək göndərmişdir. Təxminən 2-3 dəqiqədən sonra həmin İnstaqram səhifəsinin sahibi ona yenidən ünvanına qarşı nəlayıq söyüş mesajları göndərmişdir. O, isə həmin şəxsin kim olduğunu soruşmuş, həmin şəxs onun telefonununa mesaj yazaraq, onun kim olduğunu bilmək istəyirsə görüşmüəyəni bildirmişdir. O, isə həmin şəxsin kim olduğunu bilmək üçün onunla onun təklifi ilə elə həmin günü yəni xx xxxx 2020-ci il tarixdə təxminən saat 22:30 radələrində Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti 5 saylı ünvanın qarşısında onun rəfiqəsi Günellə birlikdə həmin qadınla onun yanında olan rəfiqəsi əvvəllər onun tanıdığı Müjgan adlı qadınla görüşdülər. Orada ona məlum olmuşdur ki, həmin qadın Təqsirləndirilən şəxsdır, bu zaman o, Elnarəyə onun ünvanına qarşı nəlayıq söyüşlərinin söyməsinin səbəbini izah etməsini soruşmuşdur. Bu zaman Elnarə səbəbini izah etmədən uca səslə onu yenidən ünvanına qarşı nalayıq küçə söyüşlərlə təhqir etmiş, bundan sonra onun yanında olan Müjgan ona irad tutaraq bildirmişdir ki, burada onun ünvanına qarşı nəlayıq söyüşlər söyməsin, lakin Elnarə Müjganın iradlarına məhəl qoymayaraq ona qarşı nəlayıq söyüşlərini davam etdirmişdir. Bu zaman o Elnarənin söyüşlərini cavab olaraq özünə qaytararkən, Elnarə onun üstünə hüçüm edərək ilk növbədə ayağı ilə onun sol ayağının bud nahiyəsinə bir dəfə bərk zərbə ilə vurmuşdur. Bundan sonra onun yanında olan rəfiqəsi Günel və Müjgan onu Elnarənin əlindən alaraq ayırmışlar. Lakin buna baxmayaraq Elnarə onun ünvanına qarşı nəlayıq küçə söyüşləri ilə söyüb təhqir etməyə başlamış, o, isə onun ona qarşı söyüşlərini özünə qaytardıqda, yenidən Elnarə onun üstünə hüçüm edərək əli ilə onun burun nahiyəsinə bir dəfə bərk zərbə ilə vurmuş, bu zaman onun burnundan qan axmışdır. Bundan sonra Elnarə isə onun burnundan qan axtığını görüb getməyə calışmışdır. Baş vermiş hadisə zamanı küçədən keçən tanımadığı şəxslər və həmin hadisə yerinin qarşısında yerləşən avtomobillərin cox sayda hərəkətdə olan avtomobillərin sürücüləri avtomobillərini saxlayıb hadisənin şahidləri olmuşlar. Lakin həmin vaxtı ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşdılar və o, həmin polis əməkdaşlarına baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onları yaxınlıqda olan Yasamal RPİ-nin 26-cı PB-də dəvət etmişlər. Elə həmin günü o, polis bölməsində Elnarə barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin yay aylarında Zərərçəkmiş şəxs Bakı şəhərində olan qadın salonların birində tanımış və həmin vaxtdan onu tanıyır, onun onunla yaxın münasibəti olmayıb. Təqsirləndirilən şəxs qıznı isə 2019-cu ilin payız aylarında tanışlarının birinin ad günündə tanış olmuş, onun onunla bir tanış kimi münasibəti vardır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 22:00 radələrində o, və Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri Xətai rayon Əhmədli qəsəbəsində yerləşən «Ultra Med» Klinikasına qadın üçün lazimi olan lazer etdirmək üçün gəlmişlər. Həmin vaxtı Günay istifadə etdiyi mobil telefonu ilə Elnarənin istifadə etdiyi mobil telefonunun İnstaqram səhifələrində bir-birilərinin ünvanlarına qarşı nəlayıq söyüşlərlə söyüb təhqir etmişlər, bundan sonra Elnarə və Günay bir-birilərinin təklifi ilə Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti 5 saylı ünvanın qarşısında Günayla görüşməyini bildirmişdir. Bundan sonra Elnarə ondan onunla birlikdə Günayın dediyi ünvana getməklərini xahiş etmişdir. O, isə ona heç bir etiraz etməyərək onunla birlikdə həmin göstərilən ünvana gəlmiş, orada Günay və onun tanışı olan Günel adlı qadınla birlikdə gəldiynin görmüşdür. Bundan sonra Günay Elnarəyə irad tutaraq onun mobil telefonuun İnstaqram səhifəsindən onun haqqında məlumatlar yaymışdır. Elnarə isə Günaya o, onun nə səbəbə görə İnstaqram səhifəsinə daxil olduğunu bildirmişdir. Bu zəmində onların arasında mübahisələri baş vermiş, mübahisə zamanı Günay və Elnarə bir-birilərinin ünvanlarına qarşı nəlayıq küçə söyüşlərilə söyüb təhqir etmişlər. Bundan sonra Elnarə Günayın bu söyüşlərindən əsəbləşərək əli ilə onun sifət nahiyəsinə bir dəfə vurmuş, o, onların arasına keçərək Elnarəni uzaqlaşdırmaq məqsədi ilə onu avtomobilə əyləşdirmişdir. Bundan sonra o, Günaya, əgər onun bu barədə şikayəti varsa həmin hadisə ilə bağlı polisə şikayət etməsini, burada hər hansı bir hadisə törətməmələrini və onlara ayıb olduğunu bildirmişdir. Onların bu nəlayıq küçə söyüşlərinə görə küçədən keçən tanımadığı şəxslər, hadisənin qarşısında hərəkətdə olan avtomobillərin sürücüləri baş vermiş hadisənin şahidləri olmuşlur. Bu zaman Günay avtomobilin qarşısına keçərək, onları buradan buraxmayacağını bildirmişdir. Təxminən üstündən 2-3 dəqiqə keçdikdən sonra həmin ərazidə xidmət aparan polis əməkdaşları hadisə yerinə gəlmiş, baş vermiş hadisə ilə tanış olduqdan sonra Elnarəni və Günayı polis əməkdaşları tərəfindən Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişlər. Polis bölməsində Günay və Elnarə bir-birilərinə qarşı şikayət ərizələri ilə müraciət etmişlər. Bundan sonra o, oradan cıxıb evə gəlmişdir. Həmin hadisə təxminən 20-30 dəqiqə davam etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2016-cü il tarixdə Zərərçəkmiş şəxs ilə tanış olmuş və həmin vaxtdan bu günə kimi onunla rəfiqəlik edir. Təqsirləndirilən şəxs isə tanımır, onun onunla heç bir əlaqəsi və münasibəti yoxdur. Onun əsil adı Gövhərxanımdır, el arasında onu Günel kimi tanıyırlar və həmin adla çağırılar. xx xxxx 2020-ci il tarixdə təxminən saat 22:00 radələrində o, rəfiqəsi Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri Yasamal rayon ərazisində yerləşən 5 mətəbə adlanan yerdə olan zaman, onun istifadəsində olan mobil telefonun İnstaqram səhifəsinə tanımadığı şəxs tərəfindən onun ünvanına qarşı nəlayıq söyüş mesajları göndərilmişdir. Bu zaman Günay ona, onun onunla birlikdə onun ünvanına qarşı nəlayıq söyüşləri ilə təhqir edən şəxslə, həmin şəxsin təklifi ilə Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti 5 saylı ünvanın qarşısına getməyini və orada həmin şəxslə görüşməyini bildirmişdir. O, isə ona heç bir etiraz etməyərək Günay ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti 5 a saylı ünvanın qarşısına gəlmişlər. Bu zaman orada sonradan adını bildiyi Elnarə adlı qadın və onun yanında olan əvvəllər tanıdığı Müjgan adlı qadınla görüşmüş, görüş zamanı Elnarə nəlayıq söyüşlərin səbəbini izah etmədən Günayə yaxınlaşaraq uca səslə onun ünvanına qarşı nəlayıq küçə söyüşləri ilə təhqir etmişdir. Bundan sonra Elnarənin bu hərəkətlərinə görə küçədən keçən tanımadığı şəxslər və hadisə yerinin qarşısında hərəkətdə olan avtomobillərin sürücüləri hadisənin şahidləri olmuşlar. Bundan sonra Günay onun nəlayıq söyüşlərini ona qaytararkən, Elnarə bundan əsəbləşərək onun üstünə hüçüm edib ayağı ilə onun sol ayağına bir dəfə zərbə vurmuşdur. Bundan sonra o, və Müjgan onları ayırmış, lakin bununla sakitləşməyən Elnarə yenidən Günayı söyüb təhqir edərək onun üstünə hüçüm edib əli ilə onun burun nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bu zaman Günayın burnundan qan acılmış, bunu görən Elnarə oradan uzaqlaşmaq istəyərkən, həmin ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra baş vermiş hadisə ilə tanış olmuşlar. Bundan sonra həmin polis əməkdaşları Günayı və Elnarəni yaxınlıqda olan Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişlər. Həmin polis bölməsində Günay və Elnarə bir-birilərinə qarşı şikayət ərizələri ilə müraciət etmişlər. O, isə oradan cıxıb evə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin Post Patrul Xidmətinin bölüyünün polis nəfəri, polis serjantı Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal RPİ-nin Post Patrul Xidmətinin bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 22:30 radələrində o, Bakı şəhəri Yasamal rayon Nəriman Nərimanov prospekti 5 a saylı ünvanında xidmət aparan zaman, həmin vaxtı ərazidə xidmət aparan polis nəfərlərinin xidmətlərinə nəzarət edən Şahid3 gəlmiş, yaxınlıqda iki nəfər qadınların uca səslərlə bir-birilərinə qarşı nəlayıq söyüşlərlə təhqir etdiklərini eşitmişlər. Bundan sonra onlar həmin qadınlara yaxınlaşarkən, həmin hadisə yerində dörd nəfər qadınların olmasını görmüş, bundan sonra küçədən keçən tanımadıqları şəxslər, hadisənin qarşısında hərəkətdə olan avtomobillərin sürücələrinin toplaşdığını görüb, bundan sonra özlərini təqdim edərək onları sakitləşdirmişlər. Hadisə yerində onlara məlum olmuşdur ki, həmin qadınlar Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsdır, həmin hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək ona bədən xəsarəti yetirmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs ağzı qanamış vəziyyətdə olmuşdur. Lakin buna baxmayaraq hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs üvanına qarşı yenidən nəlayıq küçə söyşləri ilə söyüb təhqir etmişdir. Bundan sonra onlar Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs xidmət apardığları ərazinin yaxınlığında olan Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişlər. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs barələrində müvafiq tədbir görülməsi barədə bölmənin rəisinə raportla məzurə etdikdən sonra, onları polis bölməsinin növbətçi hissəsinə təhvil vermişlər. Bundan sonra onlar inzibati ərazi üzrə xidmətlərini davam etdirmişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Yasamal RPİ-nin Post Patrul Xidmətinin bölüyününün komandiri, polis baş serjantı Şahid3 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdiyi halları və faktları tam təsdiq etmişdir. Cinayət işinin 154-155-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 19-20-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 məhkəmə tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 534 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-burun sıyrığı, sol budun hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Cinayət işinin 61-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X1 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, özünün məhkəmə baxışı zamanı verdyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, gadın olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2ə və məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili F.H.Yuysubova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2ə ibtidai istintaq dövründə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi3 isə məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» və «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 ibtidai istintaq dövründə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına, həmçinin «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat isə Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-249/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-249/2020
19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver