Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-249/2021 21.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X8 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi 5-də qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, ev 15, mənzil 21-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazandıqdan sonra, onu Azərbaycan Respublikası Prezident Administrasiyasında işləyən yüksək vəzifəli tanışları vasitəsi ilə, həmin yerdə mühim vəzifəyə düzəldəcəyi barədə vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə Zərərçəkmiş şəxs aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 09 may 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 85 ünvanında yerləşən tütün məmulatlarının satışı mağazasında sonuncunun 10.000 manat pulunu, bundan sonra 11 may 2020-ci il tarixdə saat 10:30 radələrində eyni məqsədlə, həmin yerdə 25.000 manat pulunu, ümumilikdə 35.000 (otuz beş min) manat pulunu ələ keçirmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq elmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2006-cı ildə X6 ilə ailə həyatı qurmuş, bu nigahdan 2006-cı ilin oktyabr ayının 13-də Murad, 2009-cu ilin aprel ayının 17-də Fərid adlı övladları dünyaya gəlmişdir. Hal-hazırda heç verdə işləmir. Sonuncu iş yeri "xxxx" MMC-də olmuşdur. Həmin müəssisədə təchizatçı işləmişdir. Lakin 2015-ci ildə həmin müəssisə bağlandığından işsiz qalmış, həmin müddətdən sonra heç bir yerdə işləməmişdir. Zərərçəkmiş şəxs təxminən 2015-ci ildən etibarən tanıyır. Ayaz bütün məlumatları satılan mağaza işlədir. Onunla birlikdə həmin mağazada şəriki X7 da çalışır. Özü “Vape” adlanan elektron siqaretlərdən istifadə eldiyi üçün tez-tez Ayazın işlətdiyi mağazaya gedib vp ondan tütün məhsulları almışdır. Beləliklə Ayazla, həmçinin Orxanla münasibətləri tanışlığa, daha sonra isə dostluğa çevrilmişdir. Ayazla yaxın münasibəti yarandığından Ayaza şəhərdə müxtəlif yerlərdə, o cümlədən müxtəlif dövlət və qeyrihökumət qurumlarında tanışları olduğunu yalandan demişdir. Ancaq Ayazın yalnız mağazada işlədiyini bilmişdir. 2020-ci ilin may ayının əvvəllərində bir yerdə olduqları zaman Ayaz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini. 2020-ci ilin may ayında işlədiyi qurumda ixtisarlar olduğu üçün oradan işdən çıxarıldığını demişdir. Ayaz müxtəlif təşkilatlarda, o cümlədən dövlət qurum və idarələrində tanışlarının olduğunu bildiyi üçün yenidən dövlət işinə düzəlmək istədiyini, bununla bağlı ona hər hansı köməklik edə bilməyi soruşmuşdur. Ona müxtəlif tanışlarının olduğunu və onlardan maraqlanıb Ayaza məlumat verəcəyini demişdir. Bu söhbətin üzərindən bir neçə gün keçmiş Ayazla əlaqə saxlayıb onun işlətdiyi “Elmlər Akademiyası” metroslansiyanın yaxınlığında yerləşən mağazada görüşmüşdür. Ona pulunu ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında yüksək vəzifədə işləyən tanışının olduğunu, həmin şəxsin vasitəsi ilə onu mütəxəssis kimi işə düzəldə biləcəyini yalandan demiş, həmin şəxslə danışdığını, onu bu işi düzəldə biləcəyini demişdir. Ayaz razı olduğunu, bu işin düzəlməyinə köməklik etməyini bildirmişdir. Ayaza həmin tanışı ilə danışdığını və bu işin düzəlməsi üçün 35.000 manat pul lazım olduğunu demişdir. Ayaz demişdir ki, 35.000 manat pulun verilməsi müqabilində onu tanışının işlədiyi şöbəyə mütəxəssis vəzifəsinə düzəldəcəkdir. Ayaz onunla razılaşmışdır. Ayaz bu barədə atasına da deyəcəyini və səhəri gün pulu ona çatdıracağını demişdir. Növbəti gün. yəni 09 may 2020-ci il tarixdə təqribən günorta vaxtlarında Ayazla görüşmək üçün Ayazın işlətdiyi “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında olan mağazaya gəlmişdir. Həmin vaxt Orxan da orada olmuşdur. Ayaz həmin günü, yəni 09 may 2020-ci il tarixdə ona 10.000 manat verəcəyini. 25.000 manat məbləğində pulu isə növbəti gün verəcəyini demişdir. Ancaq bildirmişdir ki. həmin məbləğləri almağı ilə bağlı qəbz yazmalıdır. Həmin qəbzdə qeyd edilən pulları qaytarmay acağı təqdirdə məsuliyyət daşıyacağını bildirməlidir. O. onu inandırmaq üçün heç bir problem olmadığını bildirmiş və Ayazın dediyi qəbzi yazmışdır. Daha sonra 09 may 2020-ci il tarixdə Ayazın işlətdiyi mağazada onun şəriki Orxaqın yanında Ayaz sayaraq pulu ona vermiş və sayaraq 10.000 manat olduğunu demiş və pulu götürmüşdür. Bu zaman Ayaz və Orxandan başqa mağazada kənar şəxs olmamışdır. Ayaz, bildirmişdir ki. həmin məbləğin qalanını iki gün sonra, yəni 11 may 2020-ci il tarixdə verəcəkdir. Növbəti gün. 11 may 2020-ci il tarixdə Ayazla əlaqə saxlayıb pulu götürmək üçün mağazaya gəldiyini demişdir. Ayaz gəlməyini, pulun hazır olduğunu və onu mağazada gözlədiyini bildirmişdir. Bundan sonra mağazaya gəlmiş, 11 may 2020-ci il tarixdə Ayazın işlətdiyi marketdə şəriki Orxanın yanında ondan qalan 25.000 manat məbləğində pulu almışdır. Bununla danışdıqları 35.000 manat məbləğində pulun hamısını Ayazdan almışdır. Ayaz ondan işin nə vaxta düzələcəyini soruşmuş, ona epidemiyanı nəzərə almaqla təqribən 1 aya əmrinin çııxacağını demişdir. Bundan sonra Ayazla onun işlədiyi mağazaya gedərək və ya telefon vasitəsilə əlaqə saxlayıb görüşmüşlər. Mən görüşərkən və ya telefonda danışarkən Ayaza işinin düzələcəyini, sənədlərinin artıq kadrlar şöbəsinə verildiyini, düzələcəyi vəzifə məsul vəzifə olduğunu üçün telefonda artıq-əksik danışmamasını bildirmişdir. Söhbət əsnasında ona bildirmişdir ki. ona xəbər verəcəkləri zaman kostyumda olmaqla, qalstuk taxmaqla onu qəbul edəcəklər. Ondan xəbər gözləsin. Nəhayət ona 2020-ci ilin iyul ayının l-də qəbulda olacağını demişdir. Ancaq həmin tarix yetişdikdə ona müxtəlif bəhanələr deməklə alınmadığını, qəbulun başqa vaxta qaldığını bildirmişdir. Bu minvalla 2020-ci ilin iyul avından 2020-ci ilin sonlarına qədər müxtəlif bəhanələrlə-qəbulun təxirə salındığını, epidemiya ilə bağlı işə qəbulların dayandırıldığını və s. kimi sözləri deməklə Ayazı aldatmışdır. Avazdan aldığı pulları isə şəxsi ehtiyaclarına xərcləmiş, qalan hissəsi ilə isə borclarını bağlamışdır. Nəhayət 2021-ci ilin əvvəllərində Ayaz onunla əlaqə saxlayıb görüşmüş, ya işi düzəltməyini, yaxud da pulu qaytarmağını bildirmişdir. Ayaza işin alınmadığını və onun pulunu qaytaracağını demişdir. Ayaz onunla razılaşmış, pulunun qaytarılmasını ondan istəmişdir. Avaza hər dəfə pulunu qaytaracağı ilə bağlı vədlər verərək onu aldatmışdır. İllər dəfə də söz verdiyi vaxt yetişdikdə ondan yenidən vaxt istəmişdir. Bu minvalla 3 ay ərzində Ayazı aldatmış pulunu qaytarmamışdır. Ayazın pulunun qaytarılması ilə bağlı hər-hansı bir iş görməmişdir. Sadəcə olaraq Ayazdan əlavə olaraq vaxt istəmiş, pulun qaytarılması üçün ondan vaxt istəmişdir. Nəhayət 2021-ci ilin mart ayında onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edilmişdir. 2020-ci ilin 9 may və 11 may tarixlərində hissə-hissə olmaqla ümumilikdə 35.000 manat məbləğində pulu Avaz Məmmədovdan onun işlətdiyi “Elmlər Akadademiyası” metrostansiyasının yaxınlığında olan mağazada şəriki Orxanın yanında pul almışdır. Pulu alarkən qaytarmaq niyyəti və ya ona vəd etdiyi işi görmək niyyəti olmamışdır. Sadəcə olaraq Ayazı aldadıb və onun etibarından sui-istifadə edib onun 35.000 manat məbləğində pulunu ələ keçirmiş və şəxsi ehtiyacları üçün sərf etmişdir. 09 may 2020-ci il tarixdə 10.000 manat, 10 may 2020-ci il tarixdə 25.000 manat olmaqla, ümumilikdə 35.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs onu Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında işə düzəldəcəyini yalandan vəd verib Ayazın işləddiyi mağazada almışdır. Pulu alarkən məqsədi vəd etdiyi işi görmək və ya pulu qaytarmaq deyil. Ayazı aldadıb onun pulunu ələ keçirmək olmuşdur. Törətdiyi əməldən çox peşmandır. Zərərçəkmiş şəxs ona heç bir borcu olmamışdır. Həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bir hissəsini də borclarını qaytarmaq üçün istifadə etmişdir. Həmin hadisənin üzərində təqribən 10 aydan bir qədər çox müddət keçmişdir. Hazırda işsizdir və həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Ayazdan aldığı pulları qaytarmaq fikri olmamışdır. Sadəcə olaraq həmin pulu Ayazı aldadıb almış və öz ehtiyaclarına görə xərcləmişdir. İndiyə kimi 500 manat və 1000 manat olmaqla cəmi 1500 manat pulunu qaytarmışdır. Ayaza yazdığı qəbzi o, öz xətti ilə şəxsən özü yazmışdır. Həmin qəbzi yazmasaydı Ayaz pulu ona verməyəcəkdi. Həm Ayazda inam yaratmaq üçün, həm də pulu qaytarmayacağı üçün həmin qəbzi yazmışdır. Ayazdan aldığı pulları ödəməyə çalışır. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, evli olmasını, 2 azyaşlı uşağının olmasını, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2015-ci ildən etibarən tanıyır. Şahid1 ilə şərikli olaraq tütün məlumatları satılan mağaza işlədir. Mağaza hadisə baş verdiyi zaman Yasamal rayonu Hüseyn Cavid prospekti 85 ünvanında yerləşirdi. Həmin mağazanı icarəyə işlətmişlər. Mağaza “Vape” adlanmışdır, Fuad elektron siqaretlərdən istifadə etdiyi üçün tez-tez mağazaya gəlib getmişdir. Beləliklə onunla şəriki Orxanın Fuadla münasibətləri tanışlığa çevrilmişdir. Fuadla yaxın münasibəti yarandığından Fuad ona şəhərdə müxtəlif yerlərdə, o cümlədən müxtəlif dövlət və qeyri-hökumət qurumlarında tanışları olduğunu demişdir. Hətta bir neçə dəfə söhbət əsnasında Fuad Azərbaycan Respublikasının Prezident Administrasiyasına onu işə düzəldə biləcəyini demişdi. 2020-ci ilin may ayının əvvəllərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki işindən azad olunmuşdur Orada sosial sığorta sektorunda məsləhətçi işləmişdir. 2020-ci ilin may ayında işlədiyi qurumda ixtisarlar olduğu üçün işdən çıxarılmışdır. Təbii ki. işilə yanaşı özünə münasib iş axtarırmışdır. Fuad bir neçə dəfə bu barədə dediyindən Fuada işdən çıxdığını demişdir. Fuad onu Prezident Administrasiyasına düzəldəcəyini demişdir. Bu söhbətin üzərindən bir neçə gün keçmiş Fuad onunla əlaqə saxlayıb onun işlətdiyi “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yerləşən mağazada onunla görüşmüş, ona Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında şöbə müdüri tanışı olduğunu və həmin şəxslə danışaraq onu həmin şöbəyə düzəldə biləcəyini demişdir. İlk əvvəl bu barədə tərəddüd etdiyi üçün atası Şahid2 ilə bu barədə məsləhətləşmişdir. Atası da həmin şəxsin onu aldada biləcəyini, bu ehtimalı aradan qaldırmaq üçün ona qəbz yazdırmağını bildirmişdir. Bundan sonra Fuada razı olduğunu və bu işin düzəlməyində ona köməklik etməsini bildirmişdir. Fuad həmin tanışı ilə danışdığını və bu işin düzəlməsi üçün 35.000 manat pul lazım olduğunu demişdir. Fuadla razılaşmışdır. Bu barədə atasına yenidən dedikdən sonra pulu verə biləcəyini demişdir. Növbəli gün, yəni 09 may 2020-ci il tarixdə təxminən günorta vaxtlarında Fuad onunla görüşmək üçün işlətdiyi “Elmlər Akademiyası’' metrostansiyasının yaxınlığında olan mağazaya gəlmiş, həmin vaxt şəriki Orxan da mağazada olmuşdur. Həmin gün, yəni 09 may 2020-ci il tarixdə saat təxminən 11 radələrində Fuada 10.000 manat verəcəyini, 25.000 manat məbləğində pulu isə növbəti gün verəcəyini demişdir. Ancaq bildirmişdir ki, Fuadın həmin məbləğləri almağı ilə bağlı qəbz yazmalıdır və həmin qəbzdə qeyd edilən pulları qaytarmayacağı təqdirdə məsuliyyət daşıyacağını bildirməlidir. Fuad da heç bir problem olmadığını bildirmiş, tələb etdiyi qəbzi yazmışdır. Daha sonra 09 may 2020-ci il tarixdə saat təxminən 11 radələrində işlətdiyi mağazada şəriki Orxanın şahidliyi ilə sayaraq 10000 manat pulu Fuada vermiş, Fuad sayaraq 10.000 manat olduğunu təsdiq etmiş və pulu götürmüşdür. Bu zaman o, Fuad və şəriki Orxandan başqa mağazada kənar şəxs olmamışdır. Həmin məbləğin qalanını, yəni razılşadıqları 25000 manat pulu 2 gün sonra, yəni il may 2020-ci il tarixdə verəcəyini bildirmişdir. Həmin qəbzi aparıb axşam atasına da göstərmişdir. Atası da bundan sonra Fuada inanmışdır. Bir gün sonra 11 may 2020-ci il tarixdə Fuad onunla əlaqə saxlayıb pulu götürmək üçün mağazaya gəlmək istədiyini demişdir. Onu mağazada gözlədiyini bildirmişdir. Saat təxminən 10 radələrində Fuad mağazaya gəlmiş, 11 may 2020-ci il tarixdə saat 10:30 radələrində işlətdiyi mağazada şəriki Orxanın yanında Fuada qalan 25.000 manat məbləğində pulu vermişdir. Bununla danışdıqları 35.000 manat məbləğində pulun hamısını Fuada vermişdir. Fuaddan işin nə vaxta düzələcəyini soruşmuş, Fuad da epidemiyanı da nəzərə almaqla təqribən 1 aya əmrinin çııxacağını demişdir. Bundan sonra Fuad onunla işlədiyi mağazaya gələrək və ya telefon vasitəsilə əlaqə saxlayıb görüşmüşdür. Bu arada Fuada şəxsiyyət vəsiqəsi, hərbi bileti və əmək kitabçasının kserosurətlərini vermişdir. Fuad işin düzələcəyini, sənədlərin artıq kadrlar şöbəsinə verildiyini, düzələcəyi vəzifə məsul vəzifə olduğu üçün telefonda artıq-əksik danışmamağını bildirmişdir. Nəhayət Fuad 2020-ci ilin iyul ayının 1-də qəbulda olacağını demişdir. Fuadın söz verdiyi tarix də yetişdikdə müxtəlif bəhanələr deməklə alınmadığını, qəbulun başqa vaxta qaldığını bildirmişdir. Bu minvalla 2020-ci ilin yazın sonundan 2020-ci ilin avqust ayına qədər Fuad müxtəlif bəhanələrlə qəbulun təxirə salındığını, mövcud epidemiya ilə bağlı işə qəbulların təxirə salındığını, dayandırıldığını və s. kimi sözləri deməklə onu aldatmışdır. Nəhayət 2020-ci ilin avqust ayında Fuadla əlaqə saxlayıb görüşmüş, Fuaddan ya işi düzəltməyini, yaxud pulu qaytarmağını tələb etmişdir. Fuad işin alınmadığını, pulunu qaytaracağını deyərək söz vermişdir. Onunla razılaşmış, pulunun qaytarılmasını istəmişdir. Fuad hər dəfə pulumu qaytarcağıyla bağlı vədlər verərək onu aldatmaqda davam etmiş, hər dəfə söz verdiyi vaxt yetişdikdə ondan yenidən vaxt istəmişdir. Bu minvalla təqribən 7 ay ərzində Fuad onu aldadıb pulunu qaytarmamışdır. Fuad ona ümumilikdə 35.000 manat məbləğində maddi ziyan vurmuşdur, Fuad ondan 09 may 2020-ci il tarixdə saat təxminən 11 radələrində işlətdiyi Yasamal rayonu Hüseyn Cavid prospekti 85 ünvanında yerləşən icarəyə işlətdiyi mağazada 10.000 manat. 11 may 2020-ci il tarixdə saat 10:30 radələrində yenə də eyni yerdə 25.000 manat olmaqla, onu Prezident Administrasiyasına məsul vəzifələrdən birinə işə düzəltmək adı ilə ümumilikdə 35.000 manat pulunu alaraq ələ keçirmişdir. Fuad onu aldadaraq vəd etdiyi işi yerinə yetirməmiş və pulu qaytarmamışdır. Ona qarşı dələduzluq etmişdir. Fuad ona 500 manat bir dəfə, 1000 manat isə bir dəfə olmaqla cəmi 1500 manat pul qaytarmışdır. Fuada hər hansı bir borcu olmamışdır. Şəriki Orxan hadisənin bilavasitə şahidi olmuş, alası isə hadisə barədə əvvəldən tam olaraq məlumatlı olmuşdur. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs dostudur. Birlikdə metronun “E.Akademiyası” stansiyasının yaxınlığında tütün məhsulları satılan mağaza işlətmişlər. Ayaz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləmiş, 2020-ci ilin əvvəllərində ixtisara düşdüyü üçün işdən azad olunmuşdur. Yenidən dövlət işinə düzəlmək istəmişdir. Bu barədə Ayaz ümumi tanışları Təqsirləndirilən şəxs demişdir. Çünki Fuad hər zaman onun müxtəlif dövlət qurumlarında tanışlarının olduğunu, işə düzəlməkdə asanlıqla köməklik edə biləcəy ini bildirmişdir. Fuad onun yanında Ayaza bildirmişdir ki, onun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yaxın tanışları vardır və X1 şöbələrdən birinə işə düzəldə bilər. Fuad bunun müqabilində Ayazdan 35.000 manat pul istəmişdir. Pulu almazdan əvvəl Fuad Ayazın işə qəbul olunması məsələsinin həll edilməsi ilə bağlı ondan 35.000 manat pul alması və işi həll edə bilməyəcəyi təqdirdə isə cinayət məsuliyyətinə cəlb olunmağa razı olması ilə bağlı öz xətti ilə qəbz yazıb Ayaza təqdim etmişdir. Bu barədə Ayaz öz atasına da demişdir. Ayaz da Fuada inanıb onunla razılaşmışdır. Həmin gün, yəni 09 may 2020-ci ildə metronun “E.Akademiyası” stansiyasının yaxınlığında yerləşən işlədikləri tülün məhsulları satılan mağazada Ayaz Fuada 10.000 manat, bundan 2 gün sonra, yəni 11 may 2020-ci il tarixdə isə həmin mağazada əlavə olaraq 25.000 manat olmaqla Fuada ümumilikdə 35.000 manat pul vermişdir. Ayaz hər iki dəfə pulu Fuada verən zaman o, onların yanında olmuşdur. Fuad 01 ay müddətində Ayazın işə qəbul olunması məsələsini həll edəcəyinə söz vermişdir. Lakin deyilən müddət ərzində Fuad qeyd olunan məsələni həll edə bilməmişdir. Bundan sonra isə Ayaz hər dəfə onunla əlaqə saxladıqda Fuad bir bəhanə gətirib vaxtı uzatmağa başlamışdır. Ayaz təxminən 5-6 ay Fuadın sözlərinə inanıb onu gözləmiş, lakin sonradan Fuad tərəfindən aldadıldığını başa düşüb verdiyi pulu qaytarmasını tələb etməyə başlamışdır. Lakin Fuad bu günə qədər Ayazın işə qəbul olunması məsələsini həll edə bilməmiş və eyni zamanda aldığı 35.000 manat pulu ona geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğludur. Oğlu Zərərçəkmiş şəxs 2012-ci ildən 2020-ci ilin əvvəllərinə kimi Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. 2020-ci ilin əvvəllərində isə nazirlikdə işçilərin ixtisarına düşmüş, işdən çıxarılmışdır. Həmin vaxtdan etibarən müxtəlif dövlət və qeyri dövlət orqanlarına müraciətlər edir. Özünə yeni iş yeri axtarır. Ayaz eyni zamanda tanıdığı X7 ilə şərikli olaraq tütün məmulatları, həmçinin elektron siqaretlərin satışı işi məşğuldur. İşlədikləri mağaza Yasamal rayonu Hüseyn Cavid prospekti 85 ünvanında yerləşmişdir. Həmin mağazanı onlar icarəyə işlətmişlər. Mağaza “Vape” adlanmışdır. Sonradan bilmişdir ki, oğlunu aldadaraq 35.000 manat pulunu ələ keçirmiş Təqsirləndirilən şəxs adlı şəxs elektron siqaretlərdən istifadə etdiyi üçün tez-tez həmin mağazaya gəlib gedirmiş. Bu müddət ərzində o müxtəlif dövlət orqanlarında yüksək vəzifədə işləyən tanışları olduğunu, onların vasitəsi ilə istənilən işi həll edə biləcəyini deyərək oğlu Ayazın yanında etibar qazanmış, özünə qarşı inam formalaşdırmışdır. Münasibətlər nisbətən yaxınlaşmış və dostluğa çevrilmişdir. Ayazın Fuadla yaxın münasibəti yarandığından Fuad ona şəhərdə müxtəlif yerlərdə, o cümlədən müxtəlif dövlət və qeyri-hökumət qurumlarında tanışları olduğunu demişdir. Bir neçə dəfə isə söhbət əsnasında Fuad oğlu Ayazı Azərbaycan Respublikasının Prezident Administrasiyasına işə düzəldə biləcəyini demişdir. Ayazın yanında iman qazanmışdır. Fuadla söhbətləri əsnasında işdən çıxdığını və iş axtardığını demişdir. Təxminən 2020-ci ilin may ayının əvvəllərində Ayaz bu dediklərini ona demiş, tanışı Fuadın onu işə düzəldə biləcəyini bildirmişdir. Bunun üçün 35000 manat pul lazım olduğunu demişdir. Məsləhət istəmişdir. Hər ehtimala qarşı oğluna məsləhət vermişdir ki, həmin şəxsə qəbz yazdırsın ki, bu qədər pulu ondan hansı məqsədlə almışdır. Bu söhbətdən sonra məlumatı olmuşdur ki, Ayaz Fuadı işlədiyi mağazaya çağırmış və orada ona qəbz yazdırmış və 2 dəfəyə olmaqla, 09 may 2020-ci il tarixdə saat təxminən 11 radələrində işlətdiyi Yasamal rayonu Hüseyn Cavid prospekti 85 ünvanında yerləşən mağazada 10.000 manat, 11 may 2020-ci il tarixdə saat 10:30 radələrində yenə də eyni yerdə 25.000 manat olmaqla, X2 məsul vəzifələrdən birinə işə düzəltmək adı ilə ümumilikdə 35.000 manat pulunu alaraq ələ keçirmişdir. Fuad oğlunu aldadaraq vəd etdiyi işi yerinə yetirməmiş və pulu qaytarmamışdır. Ayaza qarşı dələduzluq etmişdir. O, bu hadisələrin bilavasitə şahidi olmasa da bütün gedən proseslərdən xəbərdar olmuşdur. Ayazın Fuada verdiyi pul Ayaza məxsus olan pul olmuşdur. Sadəcə olaraq o, atası olduğuna görə onunla məsləhətləşmiş, bu işə könülsüz olaraq razılıq vermişdir. Fuad oğlunu o qədər inandırmışdır ki, Ayaz israrla işinin düzəldilməsi üçün pul vermək istədiyini bildirmişdir. Görmüşdür ki, Ayaz Fuada tam olaraq inanır. Ona görə də hər ehtimala qarşı ona qəbz yazdırmasını bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini və oğluna vurduğu maddi ziaynın qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı 14.12.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı (33500 manat) tam şəkildə ödəmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs ailəli olmaqla, onun 13.10.2006-cı il təvəllüdlü X10 və 17.04.2009-cu il təvəllüdlü X11 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, təqsirləndirilən şəxsin ailəli olmasını, 02 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs 17.05.2021-ci il tarixdə tutulmuş, Yasamal rayon prokurorunun 19 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İŞ-nin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs 19 may 2021-ci il tarixdə həbsdən azad edilib və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 17.05.2021-ci il tarixdən 19.05.2021-ci il tarixədək 02 gün həbsdə qalmışdır. Həmçinin təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsindəki “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur və o, 27.11.2021-ci il tarixdə tutulmuşdur, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Beləliklə, o, ibtidai istintaq dövründə və işə məhkəmədə baxıldığı hazırkı vaxtadək ümumilikdə 26 gün həbsdə və ev dustağlığında olmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs yazdığı qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 26 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 10 ay 08 gün (iki il on ay səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yazdığı qəbz cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X5 ödənilmək üçün 500 (beş yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-249/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-249/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver