Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-249/2023 21.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X8, Xüsusi ittihamçı: X17, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: X6, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: xx.xx.1959-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X17 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 bu hadisədən əvvəl tanımamış, 12 oktyabr 2022-ci il tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi cənab Orxan Məmmədlinin sədrliyi ilə onun cavabdeh X10 qarşı qaldırdığı mülki iddia üzrə keçirilən məhkəmə iclası zamanı tanımış, cavabdehin vəkili qismində iştirak etmişdir. Təbii ki, onun cavabdehin vəkili qismində iştirak etməsi və qanunla müəyyən edilmiş və ona verilmiş səlahiyyətlər çərçivəsində onunla zidd mövqedə olması normal haldır. Lakin bu ona o haqqı vermir ki, onu məhkəmə iclasında söysün, təhqir etsin, barəsində nalayiq ifadələr işlətsin və üzərinə tüpürsün. Həqiqətən Azərbaycan vəkilinin bu cür hərəkət etməsi utancvericidir, Azərbaycan hüquq sisteminə ziddir. ‘‘Vəkillərin davranışı haqqında” Əsasnamənin 2.4-cü maddəsində qeyd edilir ki, loyallıq - Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranişında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiyməti verilməsindən çəkinməlidir. Lakin görünür ki, 28 ildir ki, vəkil olaraq fəaliyyət göstərən cavabdeh bu əsasnamədən xəbərsizdir. Onun bu cür hərəkətləri nəinki vəkilə, heç bir Azərbaycan qadınına yaraşmaz. Onun vəkil olması məhkəmə iclas zalında üstünə tüpürməsinə, ona "alçaq”, “şərəfsiz”, “arvadından, qızından xəbərsiz” deyərək onu ağır formada təhqir etməsinə haqq vermir. Həqiqətən bu cümlələri yazmaq onun üçün çox utancvericidir, həmin an nələr keçirdiyini, hansı hissləri yaşadığını, mənəvi sarsıntını izah edə biləcəyi söz yoxdur. Bildirmək istəyir ki, 22 il Azərbaycan Respublikasinın X13 xidmət etmiş və bu xidmət illərində kişi olmağına baxmayaraq heç kəsi bu formada təhqir edərək, onun şərəf və ləyaqətini alçatmamışdır. Qeyd edir ki, yuxarıda sadaladığı hadisələr məhz məhkəmə iclas zalında baş vermişdir. Bu barədə video görüntü və audio səs yazıları da vardır və həmin görüntülər ilə şəxsən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sədri hörmətli İslam Əliyevin köməkliyi ilə tanış olmuş və İslam müəllim də onun hərəkətlərini qınamışdır. Bu barədə tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına şikayət etmiş, hələ ki, yekun qərar qəbul edilməmişdir. Bu barədə məhkəmə iclas katibi tərəfindən də imza edilmiş akt tərtib edilmişdir və iddia ərizəsinə əlavə ediləcəkdir. Cavabdehin onu bu cür ağır formada təhqir etməsi, özdə məhkəmə iclas zalında, kənar şəxslərin qarşısında bu cür hərəkəti və ona həm məhkəməyə hörmətsizlik olmasın, həm də qadın olduğuna görə cavab verə bilməməyi bu günə qədər onu çox ağır formada sarsıtmışdır. Qadın, hətta Azərbaycan vəkili olan bir qadın Azərbaycan kişisini, 22 il X13 şərəflə xidmət etmiş Azərbaycan polisini bu formada ağır təhqir etməyə haqlıdırmı? Yuxarıda da qeyd etdiyi kimi məsələdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sədri cənab İslam Əliyevin, hakim Orxan Məmmədlinin də məlumatları vardır və görüntülər məhkəmədə saxlanılır. Məhkəmədən tək xahişi budur ki, ədalətli məhkəmə araşdırılması aparılsın, yəni, araşdırma zamanı digər hallar, yəni onun vəkil olması və s. kimi hallar nəzərə alınmadan, qeyri-prosesual münasibətlərə yol verilmədən, vəkil olmasına görə ayrı-seçkilik qoyulmadan araşdırılma aparılsın və barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülsün. Heç şübhəsiz ki, onun əməlində AR-nın CM-nin 148-ci maddəsinin tərkib hissəsi vardır. Adam onu məhkəmə iclas zalında proses iştirakçılarının, məhkəmənin önündə ağır formada təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışdır. Bu əməldə CM-nin 148ci maddəsinin tərkib hissəsi olmasa əgər hansı əməldə ola bilməsi onun üçün böyük sual yaradacaqdır. Hesab edir ki, məhkəmə hazırki müraciəti üzrə işə qərəsiz obyektiv baxaraq qeyri-prosesual pozuntulara yol verməyəcəkdir. Bununla da yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, cəmiyyət içində şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatdığına görə ünvan 2 ünvanında faktiki yaşayan X5 Azərbaycan Respublikasının CMnin 148-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ona qarşı irəli sürülmüş xüsusi ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, oadisə baş verən gün yerlərində əyləşmişdilər. Elnuru qıcıqlandıran hərəkət olmamışdı, uşaq zaldan çıxarıldı. Elnur yüksək tonla ona dedi ki, siz haram yeyirsiniz, haram qazanırsınız, dəfələrlə ona qarşı belə hərəkətlər edib. O, Elnura qarşı nəsə etməmişdir, güldən ağır söz deməmiş, işini yerinə yetirir. Elnura deyib ki yum ağzını, özünsən Elnur haram qazanan, uşaqların xalasının himayəsindədir, xəbərin yoxdur uşaqlarından. Sonra Elnura deyib ki “tü sənin tərbiyənə”, oturduğu yerdə, ağzını yuma bilmədi Elnurun, dedi ailəni qoruyub saxlaya bilmirsən, mənimlə nə işin var. Məhkəmə iclasında sorğu sual zamanı bildirmşidir ki, xx.xx.2022-ci il tarixdə məhkəmə zalında o, Elnura deyib ki, tüü tərbiyəsiz, tərbiyən olsun, alçaq, şərəfsiz olma. Lakin tüpürməmişdir, sadəcə tü demişdir. O Elnura alçaq, şərəfsiz, arvadından, qızından xəbərsiz, tü sənin tərbiyənə demişdir. Lakin Elnurun üzərinə tupurməmişdir, tupurcəyi Elnura dəyməmişdir, ağzından tupurcək çıxmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs xüsusi ittiham qaydasında şikayətdə göstərilən cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı xüsusi ittihamçı qismində dindirilmiş X17 ifadəsində xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək göstərmişdir ki, 28 avqust 1975-ci il tarixdə Şuşa şəhərində anadan olmuşdur. Məcburi köçkündür. Hazırda ünvan 3 ünvanında faktiki olaraq yaşayır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 bu hadisədən əvvəl tanımamış, 12 oktyabr 2022-ci il tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi cənab Orxan Məmmədlinin sədrliyi ilə onun cavabdeh X10 qarşı qaldırdığı mülki iddia üzrə keçirilən məhkəmə iclası zamanı tanımış, cavabdehin vəkili qismində iştirak etmişdir. Təbii ki, onun cavabdehin vəkili qismində iştirak etməsi və qanunla müəyyən edilmiş və ona verilmiş səlahiyyətlər çərçivəsində onunla zidd mövqedə olması normal haldır. Lakin bu ona o haqqı vermir ki, onu məhkəmə iclasında söysün, təhqir etsin, barəsində nalayiq ifadələr işlətsin və üzərinə tüpürsün. Həqiqətən Azərbaycan vəkilinin bu cür hərəkət etməsi utancvericidir, Azərbaycan hüquq sisteminə ziddir. ‘‘Vəkillərin davranışı haqqında” Əsasnamənin 2.4-cü maddəsində qeyd edilir ki, loyallıq - Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranişında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiyməti verilməsindən çəkinməlidir. Lakin görünür ki, 28 ildir ki, vəkil olaraq fəaliyyət göstərən cavabdeh bu əsasnamədən xəbərsizdir. Onun bu cür hərəkətləri nəinki vəkilə, heç bir Azərbaycan qadınına yaraşmaz. Onun vəkil olması məhkəmə iclas zalında üstünə tüpürməsinə, ona "alçaq”, “şərəfsiz”, “arvadından, qızından xəbərsiz” deyərək onu ağır formada təhqir etməsinə haqq vermir. Həqiqətən bu cümlələri yazmaq onun üçün çox utancvericidir, həmin an nələr keçirdiyini, hansı hissləri yaşadığını, mənəvi sarsıntını izah edə biləcəyi söz yoxdur. Bildirmək istəyir ki, 22 il Azərbaycan Respublikasinın X13 xidmət etmiş və bu xidmət illərində kişi olmağına baxmayaraq heç kəsi bu formada təhqir edərək, onun şərəf və ləyaqətini alçatmamışdır. Qeyd edir ki, yuxarıda sadaladığı hadisələr məhz məhkəmə iclas zalında baş vermişdir. Bu barədə video görüntü və audio səs yazıları da vardır və həmin görüntülər ilə şəxsən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sədri hörmətli İslam Əliyevin köməkliyi ilə tanış olmuş və İslam müəllim də onun hərəkətlərini qınamışdır. Bu barədə tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına şikayət etmiş, hələ ki, yekun qərar qəbul edilməmişdir. Bu barədə məhkəmə iclas katibi tərəfindən də imza edilmiş akt tərtib edilmişdir və iddia ərizəsinə əlavə ediləcəkdir. Cavabdehin onu bu cür ağır formada təhqir etməsi, özdə məhkəmə iclas zalında, kənar şəxslərin qarşısında bu cür hərəkəti və ona həm məhkəməyə hörmətsizlik olmasın, həm də qadın olduğuna görə cavab verə bilməməyi bu günə qədər onu çox ağır formada sarsıtmışdır. Qadın, hətta Azərbaycan vəkili olan bir qadın Azərbaycan kişisini, 22 il X13 şərəflə xidmət etmiş Azərbaycan polisini bu formada ağır təhqir etməyə haqlıdırmı? Yuxarıda da qeyd etdiyi kimi məsələdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sədri cənab İslam Əliyevin, hakim Orxan Məmmədlinin də məlumatları vardır və görüntülər məhkəmədə saxlanılır. Məhkəmədən tək xahişi budur ki, ədalətli məhkəmə araşdırılması aparılsın, yəni, araşdırma zamanı digər hallar, yəni onun vəkil olması və s. kimi hallar nəzərə alınmadan, qeyri-prosesual münasibətlərə yol verilmədən, vəkil olmasına görə ayrı-seçkilik qoyulmadan araşdırılma aparılsın və barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülsün. Heç şübhəsiz ki, onun əməlində AR-nın CM-nin 148-ci maddəsinin tərkib hissəsi vardır. Adam onu məhkəmə iclas zalında proses iştirakçılarının, məhkəmənin önündə ağır formada təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışdır. Bu əməldə CM-nin 148-ci maddəsinin tərkib hissəsi olmasa əgər hansı əməldə ola bilməsi onun üçün böyük sual yaradacaqdır. Hesab edir ki, məhkəmə hazırki müraciəti üzrə işə qərəsiz obyektiv baxaraq qeyri-prosesual pozuntulara yol verməyəcəkdir. Bununla da yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, cəmiyyət içində şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatdığına görə ünvan 2 ünvanında faktiki yaşayan X5 Azərbaycan Respublikasının CM-nin 148-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X11 göstərmişdir ki, Firdovsə xanım onun vəkilidir, dəfələrlə Elnur Firdovsə xanıma deyirdi ki, işi götürməsin. Jurnalistləri göndərirdi üstünə. xx.xx.2022-ci il tarixdə məhkəmə zalında əyləşmişdilər, tam yadında deyil, Elnur nəsə deyirdi, Firdovsə xanım dedi ki, sən nə danışırsan, arvadın, uşaqların nə yeyir, içir xəbərin yoxdur heç. Kimin kimə konkret olaraq nə dediyi yadında deyil. Həmin gün məhkəmə zalında Firdovsə xanım, o, keçmiş həyat yoldaşı Elnur, məhkəmə iclas katibi və praktikant qız olub. Elnurun dostu Bilal olubmu dəqiq xatırlamır, çünki məhkəmə iclasları çox olub. İş materiallarında olan hadisənin qeydə alındığı SD diskə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və müəyyyən edilir ki, məhkəmə iclas zalında Elnur Ağayev və Firdovsə Baxşaliyeva, onlardan əlavə 4 nəfər başqa adamlar vardır (şahid kimi dindirilmiş X11, məhkəmə iclas katibi oğlan, bir nəfər qız, bir nəfər kişi cinsindən adam). Elnur Ağayevlə və Firdovsə Baxşaliyeva arasında mübahisə gedir, sonra F.Baxşəliyeva ayağa durur E.Ağayevin ünvanına ifadələr işlədir və ona tərəf tüpürməyə uyğun hərəkət edir və söz işlədir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 4/824-4/884 saylı məhkəmə-linqvistik ekspertizasının rəyinə əsasən ekspertizaya təqdim olunmuş 1ədəd “Verbatim” markalı DVD diskdə qeydə alınmış “Camera2_zallar_zallar_**********4000 _**********4359_********.mp4” başlıqlı video materialda X4 X9 ünvanına işlətdiyi “tərbiyəsiz”, “ədəbsiz”, “tfu sənin şərəfinə” söz və ifadələr təhqir hesab olunur. Təqdim edilmiş materialda X4 X9 ünvanına “alçaq” və “şərəfsiz” sözlərini işlətmədiyi, eyni zamanda “arvadından və qızından xəbərsiz” ifadəsini işlətdiyi müəyyən edilmişdir. “Arvadından və qızından xəbərsiz” ifadəsi təhqiredici mənada deyil, ailəsindən xəbəri olmayan, onların qayğısına qalmayan, dərdini, fikrini çəkməyən, yalnız özünü düşünən adam haqqında məzəmmət etmək məqsədilə işlədilmişdir. Ekspertizaya təqdim olunmuş 1ədəd “Verbatim” markalı DVD diskdə qeydə alınmış“Camera2_zallar_zallar_**********4000 _**********4359_********.mp4” adlı videoyazının 40-cı san-də Q1 diktoru tüpürmə üçün xarakterik olan jest edir. Lakin həmin anda videoyazıdakı görüntülərə görə Q1 diktorunun tüpürüb-tüpürməməsini müəyyən etmək mümkün olmadı. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı verilmiş xüsusi ittiham qaydasında göstərilən əməl üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının və şahidin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin F.Baxşəliyeva tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə tövsif edilir. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, şahid ifadəsinə, qeydə alınmış videoyazılara, ekspert rəyinə, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin X6 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə tövsif edilir. Çünki müəyyən edilir ki, 12 oktyabr 2022-ci il tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin məhkəmə iclas zalında, məhkəmə iclasından kənar formada, 2 nəfərdən artıq şəxsin yanında, yəni kütləvilik halında, X1 Elnur Şahmar oğlunun ünvanına “tərbiyəsiz”, “ədəbsiz”, “tfu sənin şərəfinə” söz və ifadələr işlətmiş, tüpürmə üçün xarakterik olan jest etmiş, həmin ifadələr və hərəkətlər təhqir hesab edilir. Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət hesab edilir. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təsdiq edən, tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Beləliklə də məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı ilə öz təsdiqini tapmış və ona törətdiyi cinayət əməlinə görə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, həm məhkəmə hazırlıq iclasında, həm məhkəmə baxış iclasında, həm də məhkəmə istintaqı bitdikdən sonra çıxışlar dövrü məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.2, 38.4, 39.1.9, 41.7, 43.1.1-ci maddələrində nəzərdə tutulmuş hallarla bağlı xüsusi ittihamçının diqqətinə çatdıraraq ona təklif etmişdir ki, hazırkı şikayət üzrə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsə qarşı verdiyi ittihamdan imtina etmək hüququ, geri götürmək hüququ, barışmaq hüququ olduğunu diqqətinə çatdırmış, lakin xüsusi ittihamçı şikayətindən imtina etmədiyini, şikayətini müdafiə etdiyini, barışmadığını bildirmişdir. Məhkəmə CM-nin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan, təqsirləndirilən şəxsə cərimə növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Məhkəmə törədilən hazırkı cinayətə görə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini, cəzanın növünü və həddini müəyyən edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Avropa Məhkəməsi presedentlərində vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35;X12rşı, § 57). Bu, kütləvi informasiya vasitələrini açıqaşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir. Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumıniyaya qarşı (BP), § 115). Cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Həmçinin məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə cərimə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qadın olmasını, 64 yaşının olmasını, vəkil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzzrə qətimkan tədbiri seçilməmişdir. İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 1000 manat (min manat) məbləğində cərimə cəzası təyin edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 150 manat (yüz əlli manat) X2 tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-249/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-249/2023
21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver