Məhkəmə qərarları › İş №1(004)-25/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-25/2021

15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-25/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Hazı-zadə Təranə Əbülfət qızının, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1958-ci il tarixdə Qubadlı rayonunun Göyyal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili işləmiş, Qubadlı rayonunun Göyyal kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona hüquqi yardım almaq üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs1 inam və etibarından sui-istifadə edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlil küçəsi, ev 4 yataqxana ünvanında yerləşən 201 nömrəli mənzili qanunsuz zəbt edən məcburi köçkünlərin həmin ünvandan məhkəmə qərarı əsasında çıxarılması barədə Bakı şəhəri Səbail rayon məhkəməsinin qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətanməsinin Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən icra edilməməsi faktına görə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət edəcəyi barədə yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2016-cı ilin yanvar ayında fəaliyyət göstərdiyi ünvan 25 saylı ünvanda yerləşən ofisində Zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğində pul alıb ələ keçirməklə dələduzluq elmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona hüquqi yardım almaq üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs1 inam və etibarından sui-istifadə edərək sonuncunun qardaşı X6 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlil küçəsi, ev 4 yataqxana ünvanında yerləşən 201 nömrəli mənzilə daimi qeydiyyatını təsdiq edən Bakı Apellyasiya Məhkəməsinin qərardadından AzərbaycanRespublikasının Ali Məhkəməsinə Kassasiya qaydasında şikayət edib Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv etdirəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2017-ci ilin yanvar ayının əvvəllərində 1000 (bir min) manat, xx xxxxxx 2017-ci il tarixdə 1500 (bir min beş yüz) manat, xx xxxx 2017-ci il tarixdə 1200 manat, x xxx 2017-ci il tarixdə 800 (səkkiz yüz)manat məbləğində pulu fəaliyyət göstərdiyi ünvan 25 saylı ünvanda yerləşən ofisdə alaraq ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona hüquqi yardım almaq üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs2 inam və etibarından sui-istifadə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.5 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 18 il müddətinə məhkum edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə əməli həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməklə cəzası 10 (on) il 6 (altı) ay müddətinə endirilmiş məhkum X17 təyin edilmiş cəzanın Azərbaycan Respubluikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında dəyişdirilmədən saxlanılması məqsədi ilə zərərçəkmiş şəxsin hüquqi varisinə şikayət etməməsi üçün 11.000 (on bir min) manat və həmin işdə vəkil olaraq iştirak edib hüquqi məsələlərin həlli üçün 1.000 (bir min) manat, ümumilikdə 12.000 (on iki) manat məbləğində pul veriləcəyi halda həll edəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla xx xxxxxxxx 2017ci il tarixdə 1000 (bir min) manat, xx xxxxxxxx 2017-ci il tarixdə 11.000 (on bir min) manat məbləğində pulu vəkil işlədiyi Sumqayıt şəhəri, 20-ci məhəllə, H.Əliyev prospekti, 20/29 ünvanda yerləşən 1 saylı Vəkil Bürosunda Zərərçəkmiş şəxs2 alıb ələ keçirməklə sonuncuya ümumilikdə 12.000 (on iki min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər 1 saylı V əkil Bürosunun vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona hüquqi yardım almaq üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs9 inam və etibarından sui-istifadə edərək Bakı Apellyasiya Məhkəməsində sonuncunun tanışı X10 mülki işi ilə bağlı əleyhinə qət edilmiş qətnamədən Azərbaycan Resplikasının Ali Məhkəməsinə Kassasiya qaydasında şikayət edib Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv etdirəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə aldadaraq 2017-ci ilin noyabr ayında fəaliyyət göstərdiyi ünvan 16 saylı ünvandakı ofisdə zərərçəkmiş Zərərçəkmiş şəxs9 1300 (bir min üç yüz) manat məbləğində pulunu alaraq ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona hüquqi yardım almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs3 inam və etibarından sui-istifadə edərək sonuncunun "xxxx” ASC-nin Abşeron rayon ərazisindəki filialına girov qoyub 20.000 ABŞ dolları məbləğində götürmüş olduğu kreditin faizlə birlikdə ödənilməyən borclarına görə Şamaxı şəhəri, Bakı küçəsindəki 72 nömrəli yaşayış evinin müsadirəsinə yönəlmiş bank iddiasının həmin banka müəyyən məbləğdə nağd ödəniş edildikdən sonra qalan borcun maaş kartından aylıq hesab çıxılması ilə əvəzlənərək evin müsadirədən azad edilməsinə hüquqi yardım göstərib məhkəmə qaydasında nail olacağına dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla göstəriləcək hüquqi yardıma görə 2017-ci ilin mart ayında Sumqayıt şəhəri, 11-ci mikrorayon, Koroğlu prospekti-19 ünvanda yerləşən “Səməd “Markerin qarşısında Zərərçəkmiş şəxs3 qohumu, taksi sürücüsü Şahid4 vasitəsilə göndərdiyi 500 (beş yüz) manat, "xxxx“ ASC-yə olan borcunun azaldılması və məhkəmə işlərinin yüngülləşdirilməsi məqsədilə nağd ödəniş edilməsindən ötrü 2017-ci ilin may ayında Sumqayıt şəhəri, Bakı küçəsi, 5001 ünvanında yerləşən "Sumqayıt AvtovağzalTmn qarşısında 1400 (min dörd yüz) manat, 2017-ci ilin avqust ayında həmin ünvanda 900 manat və 2017-ci ilin dekabr ayında Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi 76/42 ünvanda yerləşən "Az-Lex“ hüquq firmasının ofisində 800 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs3 3.600 (üç min altı yüz) manat pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona hüquqi yardım almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs4 inam və etibarından sui-istifadə edərək sonuncunun Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Qaradağ rayon polis idarəsinin istintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə hüquqlarını istintaq və məhkəmə instansiyalarında müdafiə edəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq xx xxxxxx 2017-ci il tarixdə fəaliyyət göstərdiyi ünvan 9 saylı ünvandakı ofisdə müqavilə adı ilə boş blanka imza etdirməklə Zərərçəkmiş şəxs4 800 (səkkiz yüz) manat pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona hüquqi yardım almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs4 inam və etibarından sui-istifadə edərək sonuncunun Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Qaradağ rayon polis idarəsinin istintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Qaradağ rayon məhkəməsinin onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarından Qaradağ rayon prokurorunun guya vermiş olduğu protestinə görə Apellyasiya məhkəməsində Qaradağ rayon məhkəməsinin qərarının qüvvədə saxlanmasını təmin edəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq xx xxxxxx 2018-ci il tarixdə Sumqayıt şəhəri, Bakı küçəsi, 5001 ünvanında yerləşən “Sumqayıt Avtovağzalı”nın qarşısında Zərərçəkmiş şəxs4 800 (səkkiz yüz) manat pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş Zərərçəkmiş şəxs4 inam və etibarından sui-istifadə edərək sonuncunun Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Qaradağ rayon polis idarəsinin istintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işinin qərəzli aparıldığını iddia edərək Qaradağ rayon polis idarəsindən alınıb başqa istintaq orqanına verilməsi adı ilə yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2018-ci ilin yanvar ayının sonlarında Sumqayıt şəhəri, Bakı küçəsi, 5001 ünvanında yerləşən “Sumqayıt Avtovağzalının qarşısında Zərərçəkmiş şəxs4 1200 (bir min iki yüz) manat pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başq o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona hüquqi yardım almaq üçün müraciət etmiş tanışı X11 inam və etibarından-sui istifadə edərək sonuncunun təsisçisi olduğu “xxxx" MMC-yə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən tətbiq olunmuş 57.000 manat məbləğində cəriməni məhkəmə qaydasında mübahisələndirib ləğv etdirəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2018-ci ilin yanvar avında fəaliyyət göstərdiyi ünvan 12 saylı ünvanda yerləşən ofisdə zərərçəkmiş şəxs Rafık İbrahimovdan 2000 (iki min) manat pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər İ saylı Vəkil Bürosunun vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona hüquqi yardım almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs4 inam və etibarından sui-istifadə edərək sonuncunun Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Qaradağ rayon polis idarəsinin istintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına xitam verdirəcəyi adı ilə yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2018-ci ilin fevral ayında fəaliyyət göstərdiyi ünvan 25 saylı ünvandakı ofisdə Zərərçəkmiş şəxs4 1000 (bir min) manat pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona hüquqi yardım almaq üçün müraciət etmiş tanışı İbrahimoN Rafık Sultan oğlunun inam və etibarından sui-istifadə edərək sonuncunun təsisçisi olduğu “xxxx” MMC-yə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən tətbiq olunmuş 116.000 manat məbləğində cəriməni məhkəmə qaydasında mübahisələndirib ləğv etdirəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2018-ci ilin mart ayında Sumqayıt şəhəri, 17-ci mikrorayon, Koroğlu prospekti-199 saylı ünvanında yerləşən “Ucuzluq" marketin qarşısında zərərçəkmiş şəxs Rafık İbrahimovdan 2000 (iki min) manat pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə etməkələ ona hüquqi yardım almaq üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək sonuncunun bacanağı X18 məxsus, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən 596,2 kv.m satış zalından ibarət qeyri yaşayış sahəsini xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfmə alınmasına dair Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən qoyulmuş həbs qərarını ləğv etdirməklə həmin əmlakı müsadirədən azad etdirəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2018-ci ilin mart ayının sonlarında fəaliyyət göstərdiyi ünvan 16 saylı ünvanda yerləşən ofisdə Zərərçəkmiş şəxs6 2200 (iki min iki yüz) manat pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona hüquqi yardım almaq üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs6 inam və etibarından sui-istifadə edərək sonuncunun tanışı Şahid7 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən və ümumi sahəsi 0,10 ha təşkil edən torpaq sahəsi üzərində qanuni vərəsəlik hüququnun Abşeron rayon məhkəməsinin qərardadı əsasında tanınacağına dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq xx xxxx 2018-ci il tarixdə hüquq fəaliyyəti göstərdiyi ünvan 25 saylı ünvanda yerləşən ofisdə Zərərçəkmiş şəxs6 6000 (altı min) manat pul alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona hüquqi yardım almaq üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs7 inam və etibarından sui-istifadə edərək sonuncunun cavabdeh Ziyadova (Həsənova) Mətanət Novruz qızma qarşı 14.000 (on dörd min) manat məbləğində pul tələbinə dair müraciəti əsasında Yasamal RPİ-nin İŞ-də cinayət işinin başlanmasının rədd edilməsi barədə 2017-ci ilin oktyabr ayında qəbul olunmuş qərarı Azərbaycan Respublikası Baş Prokurorluğunda işləyən nüfuzlu tanışlarının vasitəsilə işi ləğv etdirərək xüsusi nəzarətə götürüb iddia edilən məbləğin bütünlüklə qaytarılmasına nail olacağına yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2017-ci ilin noyabr ayında Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, ev 76/42 ünvanda yerləşən “Az-Lex” hüquq firmasının ofisində 1.000 (bir min) manat, 2017-ci ilin dekabr aında həmin ünvanda 1300 (bir min üç yüz) manat, 2018-ci ilin aprel ayında Sumqayıt şəhəri, Koroğlu prospekti, "Daş-bazarı adlanan ərazidəki “Cavidan” kafesinin qarşısında 2000 (iki min) manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs7 4.300 (dörd min üç yüz) manat pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona hüquqi yardım almaq üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs8 inam və etibarından sui-istifadə edərək sonuncunun İsmayıllı rayonu Lahıc qəsəbəsi, X32 ərazisində keçmiş Kalinin küçəsi 22 və 22a, indiki R.Nəcəfov küçəsi 20,22 və 24 saylı ünvanlarda 0,19 ha həyatyanı torpaq sahəsində yerləşən mülklərin Zərərçəkmiş şəxs8 mərhum ulu babası X45 Bağır (Hacı bəy) oğlu tərəfindən inşa edildiyini İsmayıllı rayon məhkəməsində müəyyən edib vərəsəlik və mülkiyyət hüququnun tanınmasına nail olacağına dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq xx xxxxx 2018-ci il tarixdə fəaliyyət göstərdiyi ünvan 16 saylı ünvanda yerləşən ofisdə zərərçəkmiş şəxs Təranə Hacızadədən 1400 (bir min dörd yüz) manat pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona hüquqi yardım almaq üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs9 inam və etibarından sui-istifadə edərək sonuncunun dostu. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.3.2-ci maddəsi ilə 6 il 8 ay 4 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş X8 çəkilməmiş cəzasını Qaradağ rayon məhkəməsinin qərarı ilə şərti cəza ilə əvəz etdirib azadlığa buraxdıracağı barədə Zərərçəkmiş şəxs9 yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2018-ci ilin iyul ayında fəaliyyət göstərdiyi ünvan 25 saylı ünvanda yerləşən ofisdə Zərərçəkmiş şəxs9 2000 (iki min) manat pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona hüquqi yardım almaq üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs10 inam və etibarından-sui istifadə edərək sonuncunun anası Şahid9 “NBC” banka borcu olması səbəbindən respublika ərazisini tərk etməsinə qoyulmuş məhdudiyyəti aradan qaldırılmasına köməklik göstərəcəyinə yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2018-ci ilin iyul ayının əvvəllərində fəaliyyət göstərdiyi ünvan 25 saylı ünvanda yerləşən ofisdə həmin dövr üçün məzənnəsi 170 (bir yüz yetmiş) manat təşkil edən 100 ABŞ dolları, 2018-ci ilin iyul ayının ortalarında həmin ünvanda 130 (bir yüz otuz) manat, 2018-ci ilin iyul ayının ikinci yarısında həmin ünvanda 700 (yeddi yüz) manat, 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsi 1 ünvanda yerləşən “xxxx” ASC-nin inzibati binasının qarşısında 300 (üç yüz) manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs10 1300 (bir min üç yüz) manat pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Məhkəmə proses iştirakçılarının mülahizələrini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs tərəfindən məhkəməyədək icraat zamanı verilmiş ifadəsinin onun iştirakı ilə elan edilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasına elan olunmuş ifadəsindən görünür ki, o, 1987-ci ildən 1992-ci ilədək Qubadlı rayon hüquq məsləhətxanasında vəkil, 1992-ci ildən 2005-ci ilədək Tər-Tər Hərbi prokurorluğunda prokuror köməkçisi, 2005-ci ildən xx xxxx 2018-ci il tarixədək Sumqayıt şəhər Vəkil Bürosunda vəkil kimi fəaliyyət göstərmişdir. Sumqayıt şəhər Vəkil Bürosunun vəkili olduğu müddətdə 2014-2016-cı illərdə Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi 76/42 ünvanında 2017-ci ilin əvvəllərindən isə ünvan 16 ünvanında yerləşən hüquq ofislərində fəaliyyət göstərmişdir. xx xxxx 2018-ci il tarixdə barəsində daxil olmuş şikayətlərlə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət heyətinin rəyi ilə bir il müddətinə vəkillik fəaliyyəti dayandırılmışdır. Barəsində şikayət vermiş şəxslərdən Zərərçəkmiş şəxs1 2014-cü ildən tanımış və həmin ildən başlayaraq onun mülki işlərində iştirak edib hüquqi yardımlar göstərmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 ona müraciət edərkən məlum olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən yataqxana tipli evinə məcburi köçkünlər daxil olmuş və mənzili zəbt edərək çıxmaqdan imtina etmişlər. Həmin məsələ ilə bağlı Cümşüd onunla müqavilə bağladıqdan sonra işə başlamış və müraciət etdiyi Apellyasiya və Ali Məhkəməyədək uzanan hər bir işi onun xeyrinə həll etmiş, qəbul olunmuş məhkəmə qərarının icra olunması Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Lakin həmin şöbənin icraçıları tərəfindən məhkəmə qərarı icra edilmədiyi üçün 2016-cı ildə icraçılardan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə şikayət elmişdir. Həmin şikayətin verilməsi məqsədi ilə Cümşüddən o zaman fəaliyyət göstərdiyi ünvan 25 saylı ünvanda yerləşən ofisdə 1500 (bir min beş yüz )manat pul alaraq onunla müqavilə bağlamışdır. Ondan aldığı 1500 manat pulun 500 manatlıq hissəsini müqavilə haqqı olaraq Sumqayıt şəhər vəkil bürosunun xəzinəsinə ödəyərək order almış, qalan 1000 manatlıq hissəsini isə özünün şəxsi məsrəflərinə xərcləmişdir. Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən sonra icraçılar tərəfindən qərar icra olunmuş, məcburi köçkünlər Cümşüdün evindən çıxarılmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 qardaşı Sabir Melikyeqanovun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzildən qeydiyyatdan çıxarılması ilə əlaqədar 2016-cı ilin son aylarında Cümşüd ona müraciət etmişdir. Həmin vaxt Sabirin xeyirinə sözügedən mənzilə qeydiyyata qaytarılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarı olduğundan həmin qərardan (qətnamədən) Ali Məhkəməyə Kassasiya şikayəti vermək üçün ünvan 25 saylı ünvanda yerləşən ofisdə Cümşüddən 500 manat pul alaraq Sumqayıt şəhər vəkil bürosunun xəzinəsinə ödəməklə order əldə etmiş və Kassasiya şikayəti vermişdir. Həmin şikayəti verdikdən bir neçə gün sonra isə 2016-cı ilin dekabr ayının sonlarında, yaxud 2017-ci ilin yanvar ayının əvvəllərində Cümşüddən əlavə olaraq özü üçün 1500 (bir min beş yüz) manat pul almış və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir gün sonra isə Zərərçəkmiş şəxs1 qardaşı Sabir Melikyeqanovun barəsində Ədliyyə Nazirliyinə, Baş Passport və Miqrasiya İdarəsinin Maps şöbəsinə və xatırlamadığı Mənzil-Kommunal İstismar Sahəsinə (MKİS) sorğu vermək üçün ondan əlavə 200 manat pulu ünvan 25 saylı ünvanda yerləşən ofisdə almış, verilən soğruların cavablarını alaraq Cümşüdün özünə vermişdir. Ali Məhkəmə Zərərçəkmiş şəxs1 qardaşı Sabir Melikyeqanovun qeydiyyatdan çıxarılması ilə bağlı vermiş olduğu kassasiya şikayəti təmin etməmiş və Apellyasiya Məhkəməsinin qərardadını qüvvədə saxlamışdır. Ona görə də həmin ərəfədə 2017-ci ilin may ayında Cümşüddən əlavə 800 (səkkiz yüz) manat pul alaraq həmin qərardan əlavə Kassasiya qaydasında şikayət vermiş, Cümşüd özü də buna etiraz etmədən qeyd olunan məbləği ona vermişdir. Lakin əlavə kassasiya şikayətinə əsasın olmaması göstərilərək şikayətə baxılmadığından 2018-ci ilin əvvəllərində həmin məsələ ilə bağlı Azərbaycan Respublikasının Konstiutusiya Məhkəməsinə şikayət etməli olmuş, bu dəfə də məhkəmə prosesində müsbət nəticə əldə edə bilməmişdir. Zərərçəkmiş şəxs1 hissə-hissə aldığı 4500 manatdan əlavə daha 2.000 manat məbləğində pul almış, məhkəmədə nəticə əldə edə bilmədiyindən Cümşüd verilən pulları ondan geri qaytarılmasını tələb etməyə başlamışdır. Zərərçəkmiş şəxs1 almış olduğu 6500 manat pulun 500 manatlıq hissəsini Vəkil Bürosunun xəzinəsinə ödədiyindən 6.000 manat məbləğində pulu qaytaracağına dair xx.xx.2017-ci il tarixdə əlyazma formasında ərizə yazaraq qaytarılmasına vəd versə də, bunu yerinə yetirməmiş və xx.xx.2019-cu il tarixdə məhkəmə qərarı ilə azadlıqdan məhrum edildiyindən verdiyi vədi yerinə yetirə bilməmişdir. Digər şikayətçilərdən biri olan Zərərçəkmiş şəxs2 onun iş yoldaşı olmuşdur. Onunla Sumqayıt şəhər Vəkil Bürosunda birlikdə vəkil fəaliyyəti ilə məşğul olmuşlar. O, Zərərçəkmiş şəxs2 xx.xx.2017-ci il tarixdə 1.000 manat, xx.xx.2017-ci il tarixdə isə 11.000 manat, ümumilikdə 12.000 manat pul almış və həmin pulların bir hissəsinə evini təmir etdirmiş və bir hissəsini isə borclu olduğu, adını demək istəmədiyi şəxslərə borcunun əvəzinə qaytarmışdır. Könüldən aldığı pulların onun Şahid5 adlı müştərisinə məxsus olduğunu bilmiş, bir neçə dəfə iş yerində onların söhbətlərinin şahidi olmuşdur. Azərbaycan Respublikası CM-nin 120.2.1,120.2.5 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə əməli həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməklə cəzası 10 (on) il 6 (altı) ay müddətinə endirilmiş X15 müdafiəçisi Zərərçəkmiş şəxs2 ilə Vüsal Rəhimovun aralarındakı söhbətlərin şahidi olmuş və məhkum X17 təyin edilmiş cəzanın Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında dəyişdirilmədən saxlanması barədə məsləhətlər edildiyi ona məlum olmuşdur. Onların birgə söhbətlərini eşidib kömək təklif etmiş və guya ölmüş zərərçəkmiş şəxsin hüquqi varisini tanıdığını, onlarla görüşüb bu məsələni həll edə biləcəyini bildirmişdir. Könül xanımın müvəkkili ilə danışıb razılığa gəldikdən sonra ona bu işlə məşğul olmasına razılıq verilmiş və söhbətdən bir neçə gün sonra ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə söhbət etdiyini, guya onun şikayət etməməsi üçün 11.000 manat pul istədiyi, vəkil Könül xanımdan imtina edərək məhz onun həmin işdə vəkil olmasını istədiyini deyərək vəkil kimi həmin işdə iştirakına 1.000 manat pul verilməsini istəmişdir. Könül xanım müvəkkili ilə danışdıqdan sonra ona razılıq vermiş və bundan sonra 2017-ci ilin sentyabr ayının sonlarında işlədikləri Vəkil Bürosunda iki dəfəyə ona 12.000 manat pul vermişdir. Pulu aldıqdan sonra bir hissəsini özünün borcuna vermiş,qalan bir hissəsinə isə evində təmir işləri aparmışdır. Sonradan Könül işlə bağlı maraqlanıb nəticəsini soruşarkən hər şeyin qaydasında olduğunu, işi danışdığını, pulu lazımi yerə çatdırdığını, məhkəmədə hər hansı şikayətin olmayacağını deyib onu arxayın etməklə inandırmışdır. Buna baxmayaraq məhkəmə vaxtı hər şeyin üstü açılmış, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə gəlməmiş, şikayət və protest verilməmiş məhkəmə əvvəlki qərarı öz qüvvəsində saxlamışdır. Könül xanım bunları bildikdən sonra pulun geri qaytarılmasını istəmiş, bunun mümkün olmadığı halda ondan şikayətlər etməyə başlamışdır. Könül ondan aldığı pulların tamamilə inkar ediləcəyini anlayaraq onunla notarial qaytadada borc müqaviləsi bağlamağı təklif etmiş və sonuncunun bu təklifi onu qane etdiyindən xx.xx.2017-ci il tarixdə notariat kontoruna gedərək onunla müqavilə bağlamış, 12.000 manat borc aldığını rəsmiləşdirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 çoxsaylı şikayətləri ilə bağlı Vəkillər Kollegiyası, həmçinin hüquq mühafizə orqanlarına dəvət edilərkən ondan borc aldığını deyib borc müqaviləsinin surətlərini təqdim etmişdir. Şikayətçilərdən biri olan Zərərçəkmiş şəxs3 və onun anasını 2014-cü ildən tammışdır. Belə ki, həmin illərdə Aytənin Mehbarə müəllimə kimi tanıdığı anasının mülki işlərində iştirak etmiş və ona hüquqi yardım göstərmişdir. Anasından müəyyən vaxt sonra qızı Zərərçəkmiş şəxs3 ona müraciət edərək “xxxx” ASC-nin Abşeron rayon ərazisindəki filialına yaşadıqları Şamaxı şəhəri, Bakı küçəsindəki 72 nömrəli yaşayış evini girov qoyub 20.000 ABŞ dolları məbləğində götürmüş olduğu kreditin faizlə birlikdə ödənilməyən borclarına görə evinin müsadirəsinə yönəlmiş bank iddiası ilə bağlı hüquqi yardım göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 yaşadığı Şamaxı şəhərinə gedərək onlarla görüşüb yaxından işlə maraqlanmış, məhkəmədə təmsil etməsi üçün 500 manat pul verilməsini təklif etmişdir. Aytən xanım və həyat yoldaşı ilə hər ikisi onun adına etibarnamə vermiş və bundan sonra Aytən xanım Ələkbər adlı taksi sürücüsünün vasitəsilə 2017-ci ilin mart ayında 500 manat, may ayında 1400 manat, avqust ayında 900 manat, dekabr ayında 800 manat, ümumilikdə 3.600 manat ona pul göndərilmiş və həmin pulları bağlama formasında taksi sürücüsündən Bakı və Sumqayıt şəhərləri ərazilərində qəbul edib götürmüşdür. Şikayətçilərdən biri olan Zərərçəkmiş şəxs4 2017-ci ilin dekabr ayından tanımış, həmin vaxtdan başlayaraq onu Qaradağ RPİ-nin İŞ-də təqsirləndirilən şəxs olaraq hüquqlarını müdafiə etmiş, hətta barəsində Qaradağ rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə nail olmuşdur. Onun barəsində Yasamal RPİ-nin İŞ-də aparılan cinayət işi üzrə də müqavilə bağlamış və təqsirləndirilən şəxs olaraq hüquqlarını müdafiə etmişdir. Zərərçəkmiş şəxs4 xx xxxxxx 2017-ci il tarixdə hüquq fəaliyyəti göstərdiyi ünvan 25 saylı ünvandakı ofisdə 800 (səkkiz yüz) manat, həmin cinayət işi üzrə Qaradağ rayon məhkəməsinin onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarından Qaradağ rayon prokurorunun guya vermiş olduğu protestinə görə Apellyasiya məhkəməsində Qaradağ rayon məhkəməsinin qərarının qüvvədə saxlanmasını təmin etdirəcəyim adı ilə 2018-ci ilin yanvar ayının əvvəllərində Sumqayıt şəhər avtovağzalında 800 (səkkiz yüz) manat, həmin cinayət işinin qərəzli aparıldığım deyərək Qaradağ rayon polis idarəsindən alınıb başqa istintaq orqanına verilməsi adı ilə 2018-ci ilin yanvar ayının sonlarında Sumqayıt şəhəri “Sumqayıt Avtovağzalı”nın qarşısında 1200 (bir min iki yüz) manat, cinayət işinin Azərbaycan Respublikası DİN-dən Baş Prokurorluğuna göndərərək tanışlarının vasitəsilə təqsirsizliyini sübut edib cinayət işinin icraatına xitam verdirəcəyinə söz verib 2018-ci ilin fevral ayında hüquq fəaliyyəti göstərdiyi ünvan 16 saylı ünvandakı ofisdə Nigar Hiiseynovadan 1000 (bir min) manat, ümumilikdə 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul almışdır. Şikayətçilərdən biri olan Zərərçəkmiş şəxs5 xeyli müddətdir ki, tanımış aralarında yaxın münasibətləri olmuşdur. 2018-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs5 ona zəng edərək olduğu yeri soruşmuş və həmin vaxt hüquq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 7 saylı ünvanda yerləşən ofisə gəlmişdir. Söhbət zamanı təsisçisi olduğu “xxxx” MMC-yə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən tətbiq olunmuş 57.000 manat məbləğində cəriməni məhkəmə qaydasında mübahisələndirib ləğv etdirilməsini omdan xahiş etmiş və barədə onunla razılaşaraq hüquqi yardım göstərəcəyinə söz vermiş, bunun üçün 2.000 manat pul verilməsini istəmişdir. Zərərçəkmiş şəxs5 2018-ci ilin yanvar ayında Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 7 saylı ünvanda yerləşən ofisdə 2.000 (iki min) manat pulu ona verdikdən sonra bu barədə İqtisad Məhkəməsinə ərizə yazıb göndərmiş və müəyyən vaxt sonra Zərərçəkmiş şəxs5 təkrar onun iş yerinə gələrək Vergilər Nazirliyindən onların şirkətinin cəriməsinin ikiqat artırıldığı bildirilmişdir. İkinci dəfə daxil olmuş cərimə ilə bağlı iş görmək üçün əlavə 2.000 manat pul lazım olacağını dedikdə Rafik onunla razılaşmış və 2018-ci ilin mart ayında Sumqayıt şəhərində görüşərək ona 2000 manat pul vermişdir. Pulu ona verərəkən avtomobildə tanımadığı cavan oğlan da şahid olmuş və Zərərçəkmiş şəxs5 ümumilikdə 4.000 manat pul aldıqdan sonra onunla hər hansı müqavilə bağlamasada müəyyən işlər görüb ərizələr yazmış, aldığı pulları isə şəxsi məsrəflərimə xərcləmişdir. Şikayətçilərdən biri olan Zərərçəkmiş şəxs6 uzun illərdir tanımış, onunla əvvəllər hərbi prokurorluq orqanlarında çalışmışdır. Sonradan onunla birlikdə Yasamal rayonu, A.Abbasov küçəsindəki ofisdə də hüquqşünas olaraq fəaliyyət göstərməyə başlamışlar. Zərərçəkmiş şəxs6 2018-ci ilin mart ayında ona müraciət edərək bacanağı X18 məxsus, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən 596,2 kv.m satış zalından ibarət qeyri-yaşayış sahəsini xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfmə alınmasına dair Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən qoyulmuş həbs qərarının ləğv edilməsində köməklik göstərilməsini xahiş etmiş və bu iş üçün ona 2018-ci ilin mart ayının sonlarında hüquq fəaliyyəti göstərdikləri ünvan 25 saylı ünvanda yerləşən ofisdə 2200 (iki min iki yüz) manat pul vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs6 Şahid7 adlı tanışına məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən və ümumi sahəsi 0,10 ha təşkil edən torpaq sahəsi üzərində qanuni vərəsəlik hüququnun Abşeron rayon məhkəməsi vasitəsilə tanınmasını xahiş etmiş və 2018-ci ilin mart ayının sonlarında hüquq fəaliyyəti göstərdiyi ünvan 25 saylı ünvanda yerləşən ofisdə ona 5000 (altı min) manat pul vermişdir. Arzunun bacanağı ilə bağlı məhkəmələrə ərizələr yazmış, Mətanətin işi ilə bağlı Abşeron rayon məhkəməsinə getmiş və məhkəmədə Mətanətin iddia etdiyi torpaq sahəsinə aid sənədlərin doğru olmadığı işin onun xeyrinə qəbul olunmayacağı qabaqcadan bilərək elə həmin gün Arzunun Mətanətə görə verdiyi 5.000 manat pulu Mətanətə qaytarılması üçün Arzuya vermişdir. Arzunun Mətanətdən hansı məbləğdə pul aldığından məlumatı olmamış və özünün əlyazmasında da Zərərçəkmiş şəxs6 8.000 manat pul aldığını etiraf etməklə Arzunun onu bir müddət narahat etməməsi və pulunun qaytarılacağına ümid etməsi üçün yazdığını bildirmişdir. Şikayətçilərdən biri olan Zərərçəkmiş şəxs7 ilə tanışlığı oğlu ilə oğlunun bir birilərini tanımalarından sonra yaranmışdır. Belə ki, Mübariz özü onun mobil telefonunu oğlundan əldə edərək görüşmək istədiyini bildirmiş və razılığını aldıqdan sonra onunla görüşmüşdür. Mübarizlə görüşərkən sonuncu ona Yasamal RPİ-nin İŞ-də 14.000 manat pul iddiası ilə bağlı müraciəti əsasında cinayət işinin başlanması rədd edilmiş və ondan 14.000 manat pul alıb ələ keçirmiş qadından pullarını geri ala bilməməsinə dair şikayəti üzrə hüquqi vardım göstərilməsini xahiş etmişdir. Ona hüquqi yardım göstərməyə razılıq vermiş və bu iş üçün ilkin olaraq ondan 2017-ci ilin noyabr ayında Səbail rayon ərazisindəki ofisdə 1000 manat pul almışdır. Pulu aldıqdan sonra Yasamal RPİ-nin İŞ-nə getmiş və məlum olmuşdur ki, Zərərçəkmiş şəxs7 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul olunmuşdur. Bu işin yeni mərhələyə daşınması və rədd qərarının ləğv edilməsi kimi hüquqi prosedurları keçməkdən ötrü Mübarizdən əlavə 1300 manat pul istəmiş və həmin şəxs deyilən məbləği ona vermişdir. Bir neçə ay bu işlə maraqlanmış, Yasamal RPİ-nə gedərək qəbul olunmuş rədd qərarını əldə edə bilməmişdir. 2018-ci ilin aprel ayında pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs7 zəng edərək iş üçün ona əlavə 2.000 manat pul lazım olduğunu demiş və sonuncu həmin məbləği Sumqayıt şəhəri “Daş bazarı" deyilən yerə gətirərək orada ona vermişdir. Ümumilikdə Zərərçəkmiş şəxs7 4300 manat məbləğində pul almış, onunla hər hansı müqavilə bağlamamış, Vəkil Bürosunun xəzinəsinə hər hansı məbləğdə pul ödəməmiş, əldə etdiyi pulları şəxsi məsrəflərinə xərcləmişdir. Şikayətçilərdən biri olan Zərərçəkmiş şəxs8 2018-ci ilin aprel ayından tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs8 həmin tarixdə ona fəaliyyət göstərdiyi Yasamal rayon ərazisindəki ofisdə müraciət edərək İsmayıllı rayonu, Lahıc qəsəbəsi, X32 ərazisində keçmiş Kalinin küçəsi 22 və 22a, indiki R.Nəcəfov küçəsi 20, 22 və 24 saylı ünvanlarda 0,19 ha həyatyanı torpaq sahəsində yerləşən mülklərin mərhum ulu babası X45 Bağır (Hacıbəy) oğlu tərəfindən inşa edildiyini İsmayıllı rayon məhkəməsində müəyyən edib vərəsəlik və mülkiyyət hüququnun tanınmasına nail olmaqda ona hüquqi yardım göstərilməsini istəmişdir. İsmayıllı rayon İcra başçısının onun yaxın dostu olduğunu və bu işi onun vasitəsilə həll edəcəyini deyib Zərərçəkmiş şəxs8 inandıraraq aldadıb ondan xx xxxxx 2018-ci il tarixdə hüquq fəaliyyəti göstərdiyi ünvan 25 saylı ünvanda yerləşən ofisdə 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaitini və bununla bağlı sənədlərin surətlərini almış, lakin uzun müddət keçməsinə baxmayaraq vəd verdiyi işlə məşğul olmamış, onunla müqavilə bağlamamış, Vəkil Bürosunun xəzinəsinə hər hansı məbləğdə pul ödəməmiş, aldığı pulların heç bir hissəsini özünə qaytarmamışam və bu barədə xx.xx.2019-cu il tarixli əlyazması ilə qaytaracağına söz versədə vədinə əməl etməmişdir. Şikayətçilərdən biri olan Zərərçəkmiş şəxs9 bir neçə il olar ki, təqaüddə olan polis əməkdaşı kimi tanımış və birlikdə Yasamal rayonu, A.Abbasov küçəsində yerləşən hüquq ofisində birlikdə fəaliyyət göstərmişlər. Zərərçəkmiş şəxs9 Vəkillər Kollegiyasının üzvü olmadığından nümayəndəlik institutu qüvvədə olduğu müddətlərdə bu kimi fəaliyyət göstərsədə nümayəndəlik ləğv olunduqdan sonra Zərərçəkmiş şəxs9, həmçinin Zərərçəkmiş şəxs6 onlara müraciət edən müştərilərinin işlərinə kömək elməyi ondan xahiş etməli olmuşlar. 2017-ci ilin noyabr ayında İlham onun Yusif Ələkbərov adlı tanışının Bakı Apellyasiya Məhkəməsində əleyhinə qət edilmiş qətnamədən Azərbaycan Resplikasının Ali Məhkəməsinə Kassasiya qaydasında şikayət edib Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv etdirmək lazım olduğunu xahiş etmiş və hüquq fəaliyyəti göstərdikləri ünvan 16 saylı ünvandakı ofisdə həmin iş üçün ona 1300 manat pul vermişdir. Pulu aldıqdan sonra Yusif Ələkbərovun işi ilə maraqlanmış, lazımi köməkliklər göstərmişdir. Bundan təxminən 7-8 ay sonra İlham Hacyev yenə ona təkrar müraciət edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 6 il 8 ay 4 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş X19 adlı dostunun çəkilməmiş cəzasını Qaradağ rayon məhkəməsinin qərarı ilə şərti cəza ilə əvəz etdirib azadlığa buraxılmasında ona köməklik göstərilməsini xahiş etmiş və bu iş üçün 2018-ci ilin iyul ayında hüquq fəaliyyəti göstərdikləri ünvan 19 saylı ünvanda yerləşən ofisdə ona 2000 manat pul vermişdir. Hər iki məsələ üçün maraqlanıb müəyyən işlər görmüş, hətta Qaradağ rayon məhkəməsinə İlhamın özü ilə birlikdə gedib adı xatirində qalmayan hakimdən işlə maraqlanmış, lakin Kənan adlı şəxsin şərti azadlığa buraxılmasının tez olduğunu öyrənmişdir. Buna görədə Zərərçəkmiş şəxs9 həmin məsələ üçün aldığı 2.000 manat pulu özünə qaytarmışdır. Lakin, Yusif Ələkbərov adlı tanışı üçün ona verilən 1300 manat pulları özünün şəxsi məsrəflərinə sərf etmişdir. Şikayətçilərdən biri olan Zərərçəkmiş şəxs10 2018-ci ilin iyul ayından tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs10 həmin vaxtlar anası Şahid9 Zülfıqar qızı ilə hüquq fəaliyyəti göstərdiyi ünvan 25 saylı ünvanda yerləşən ofisə gələrək anasının ağır xəstə olması və onun əməliyyat edilməsi üçün İran İslam Respublikasına aparılmasının vacib olduğunu, lakin anası Almazın “NBC Bank”a borcu olması səbəbindən bankın iddiası əsasında Respublika ərazini tərk etməsinə məhkəmə qaydasında qoyulmuş məhdudiyyətin aradan qaldırılmasında onlara köməklik göstərilməsini xahiş etmişdir. Bu məsələdə ona hüquqi yardım göstərilməsindən imtina etməmiş və ilk növbədə başlanğıc üçün 300 manat pul istəmiş və Zərərçəkmiş şəxs10 ofisdə ona 100 ABŞ dolları, 10-15 gün sonra isə yenə ofisdə 130 manat pul vermişdir. Bu işin çox gediş gəliş tələb etdiyini görərərk 2018-ci ilin iyul ayının ikinci yarısında 400 manat və bir dəfədə 300 manat, 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsi 1 ünvanda yerləşən “xxxx” ASC-nin inzibati binasının qarşısında isə 300 manat, ümumilikdə Zərərçəkmiş şəxs10 1300 manat məbləğində pul almış və gecdə olsa anası Almaz xanımı məhdudiyyətdən çıxarmışdır. Adları qeyd olunan şəxslərdən aldığı pulları özünün şəxsi məsrəflərinə xərcləmiş, bu işdə ona yardımçı olmuş, əlbir olduğu şəxs və ya şəxlər olmamış, bu vaxta kimi zərərçəkmiş şəxslərin hər hansı birinə ziyanla bağlı ödəniş etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2014-cü ildən vəkilkimi tanımış və həmin vaxtlar onun mülki məhkəmə işlərində bir neçə dəfə iştirak etmişdir. xx.xx.2016-cı il tarixində Bakı şəhəri, Səbail rayonu, İbrahimxəlilov küçəsi 4 mənzil 201 ünvandakı yataqxana tipli mənzilinə məçburi köçkün ailəsi məskunlaşıb çıxmadıqlarına görə onların məhkəmə qaydasında çıxarılması üçün məhkəməyə müraciətlər edilməsində hüquqi yardım göstərilməsi üçün ünvan 25-də yerləşən hüquq məsləhətxanasında fəaliyyət göstərən vəkil Təqsirləndirilən şəxs müraciət etməli olmuşdur. Qəhrəman ona hüquqi yardım göstərəcəyini vəd edərək ilk etapda İqtisad məhkəməsinə müraciətlər ünvanlanması üçün 2.000 manat pul lazım olacağını və həmin pulun 500 manatını özünə, qalan 1500 manatını isə işin müsbət həlli edilməsi üçün hakimə verəcəyini demişdir. Təqsirləndirilən şəxs vədlərinə inanaraq onunla razılaşıb birinci dəfə xx xxxxxx 2016-cı ildə həyat yoldaşı Pərişan Məmmədovanın iştirakında A.Abbasov küçəsi 7 ünvanda yerləşən hüquq məsləhətxanasında 2000 manat pulu ona vermişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, Qəhrəmanın həllinə vəd verdiyi işdə iştirak etməməsi səbəbindən məhkəmə onun xeyrinə qərar qəbul etməmişdir. Qəhraman Pirmmədova müraciət edərək nə üçün məhkəmədə iştirak etmədiyini və onu aldatdığını soruşduqda “belə alındı" deyə cavab vermiş və guya hakimə verdiyi pulları alıb qaytaracağına söz vermişdir. Qəhrəmanın ondan aldığı pulların geri qaytarılması tələbi ilə onun fəaliyyət göstərdiyi ofisə gedərkən sonuncu ona gözləməyi xahiş etmiş və həmin vaxt onunla söhbət zamanı həmin ünvanda qeydiyyatda olan qardaşının qeydiyyatdan çıxarılması məsələsini onunla məsləhətləşməli olmuşdur. Qəhrəman Pirmmədov bu kimi işləri tanış hakim dostlarının vasitəsilə həll edə biləcəyini deyərək 6500 manat pul lazım olacağını və əvvəl verilən 2.000 manatı çıxmaqla 4500 manata işin müsbət həll olunmasına nail ola biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs vədlərinə inanaraq qardaşı və qohumlarını mənzildən qeydiyyatdan çıxarmaq üçün fəaliyyət göstərdiyi ofisdə 2017-ci ilin yanvar ayının əvvəllərində 1000 manat, xx xxxxxx 2017-ci il tarixdə 1500 manat, xx xxxx 2017-ci il tarixdə 1200 manat və x xxx 2017-ci il tarixdə 800 manat pul vermişdir. Təqsirləndirilən şəxs işiın Ali Məhkəmədə olduğunu, aldığı pulları hakimlərə və onların köməkçilərinə verdiyini, işin mütləq müsbət həll olunacağı, yaxın vaxtlarda qərar veriləcəyini təkrarlamaqla vaxtı uzatmaqda davam etməyə başladığından ondan şübhə edərək özü məhkəməyə gedərək qərarları almış və nəzərdən keçirdikdə onun heç bir prosesdə iştirak etmədiyi və ona qarşı dələduzluq etdiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs onu aldadıb ələ keçirdiyi 6500 manat məbləğində pulların qaytarılmasını tələb etdikdə hər dəfə müxtəlif bəhanələr gətirərək qaytaracağını vəd etsə də, verdiyi vədinə əməl etməmişdir. Pullarını tələb elmək məqsədilə onun fəaliyyət göstərmiş olduğu ofisə gedərkən Qəhrəmanın artıq işə gəlmədiyini, onunla eyni ofisdə fəaliyyət göstərən Arzu, İlham adlı iş yoldaşları və daha bir neçə digər vətəndaşları da eyni üsulla aldadaraq pullarını aılıb ələ keçirdiyini öyrənmişdir. 2018-ci ilin avqust ayınadək bu kimi vədlər verməkdə davam etmiş və nadir hallarda ona edilən zənglərə cavab versə də, rayonda, bəzi hallarda respublikadan kənarda, bəzən hüzür yerində olduğunu deməklə onların hər birini aldatmışdır. Təqsirləndirilən şəxsla eyni ofisdə nümayəndə olaraq fəaliyyət göstərmiş Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6 vasitələri ilə onunla əlaqə saxlandıqda artıq onun dələduzluğu barədə polisə müraciət etmək fikrində olmaları barədə xəbərdarlıq etdikdə xx.xx.2018-ci il tarixdə ofisə gələrək hər bir şəxsin pullarını qaytaracağına söz verərək şikayət etməməyi xahiş etmişdir. Lakin həmin tarixdə vəd verdiyi kimi ofisə gəlsə də, ona və ya başqalarlına pul qaytarmamış və öz əlyazması ilə hər birindən ələ keçirdiyi pulları özünün şəxsi məsrəfləri üçün xərclədiyini, məhkəmələrdə iştirak etmədiyini, onları aldatdığını etiraf etməklə xx.xx.2018-ci il tarixədək hər kəsin pullarını qaytaracağına vəd vermişdir. Lakin, həmin tarixdə də yenidən başqa bəhanələr irəli sürməyə başlamış, evinin arvadı tərəfindən banka girov qoyulduğunu, bunun üçün sənədləşmə aparıldığını deməklə bir daha onları aldatmış və nəticədə onun aşkar dələduz olmasına əmin olaraq bu barədə hüquq mühafizə orqanlarına şikayət etməli olmuşlar. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində birldirmişdir ki, 2017-ci ilin ortalarında barəsində Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177-ci, yəni oğurluq maddəsi ilə ********* nömrəli iş üzrə cinayət təqibi başlanılaraq istintaq aparıldığından vəkilə ehtiyacı yaranmış və bu məqsədlə 2017-ci ilin iyun ayında isə ünvan 25 saylı ünvanda yerləşən hüquqi xidmətlər ofisinə gedərək vəkil Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Lakin həmin ərafədə müvəqqəti olaraq hüquqi yardıma ehtiyacı olmadığı üçün onunla müqavilə bağlamamışdır. xx xxxxxx 2017-ci il tarixdə Qaradağ RPİ-nin əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmaqla istintaq sənədlərinə imza etdirildiyindən həbs olunacağından narahatçılıq keçirərək xx xxxxxx 2017-ci il tarixdə hüquqları və qanuni mənafelərinin qorunması məqsədi ilə vəkil Təqsirləndirilən şəxs ilə müqavilə bağlamağa qərar vermiş və onunla həmin tarixdə müqavilə bağlamışdır. Müqavilə bağlayarkən Qəhrəman 300 manat müqavilə və 500 manat özünün zəhmət haqqı, cəmi 800 manat pul verilməsini bildirdiyində xx.xx.2017-ci il tarixdə həmin məbləğdə pulu fəaliyyət göstərdiyi ünvan 25 saylı ünvanda yerləşən hüquqi xidmətlər ofisində ikilikdə əlbəəl ona vermiş və üzərində ödənilən pulun məbləği yazılmamş müqaviləyə imza etdirdikdən sonra işlədiyi Sumqayıt şəhər Vəkillər Bürosuna order götürmək üçün getdiyini deyərək ondan ayrılmışdır. O, isə Qaradağ RPİ-nin İŞ-nin müstəntiqinin dəvəti ilə sözügedən idarəyə getmiş, həmin vaxt barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinin həlli üçün vəsatət tərtib edilərək Qaradağ rayon prokurorluğuna və oradan da məhkəməyə aparılmışdır. Qaradağ rayon məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi və vəkil Təqsirləndirilən şəxs iştirakı ilə keçirilən qapalı məhkəmə iclasında barəsində istintaq edilən cinayət işinin dəlilləri nəzərdən keçirilmiş və hakimin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında qərar qəbul edilmiş və o, məhkəmə zalından dərhal azad edilmişdir. Məhkəmədən çıxdıqdan sonra vəkil Qəhrəman ona söz verib əmin etmişdir ki, o, təqsirsiz olduğuna görə Qaradağ RPİ-nin İstintaq şöbəsinə vəsatətlər verəcək, müxtəlif dövlət instansiyalarına şikayət ərizələri göndərəcəkdir. 2018-ci ilin yanvar ayının ilk günlərində Təqsirləndirilən şəxs ona zəng edərək Qaradağ rayon prokuroru tərəfindən məhkəmənin xx.xx.2017-ci il tarixli qərarından Apellyasiya protesti verildiyi və birinci instansiya məhkəməsi qərarının Apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmasını təmin etmək üçün Qaradağ rayon məhkəməsinin sədrinə 800 (səkkiz yüz) manat pul verilməsinin lazım olduğunu demişdir. Həbs edilməkdən qorxduğu üçün onun dediklərinə inanaraq həmin pul vəsaitini ona verməyə razı olmuş və 2018-ci ilin yanvar ayının əvvəllərində atası Şahid3 bu barədə danışıb pul əldə etməsində köməklik göstərməsini xahiş etmişdir. Özlərində pul olmadığına görə bibisi X3 borca pul istəməli olmuş və sonuncu xx.xx.2018-ci il tarixdə xxxxının Qaradağ filialından 1000 (bir min) manat kreditə pul götürüb onlara vermiş və həmin pulun 800 manatlıq hissəsini Təqsirləndirilən şəxs çatdırması üçün ona zəng etmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhərində olduğunu deyərək pulu həmin yerə çatdırmasını təkid etdiyindən atası Şahid3la birlikdə xx xxxxxx 2019-cu il tarixdə Sumqayıt şəhərinə gedərək ünvan 20 ünvanında yerləşən “Sumqayıt Avtovağzalı”nın qarşısında vəkil Təqsirləndirilən şəxs ilə görüşmüş və özü ilə apardığı 800 manat pulu atasının iştirakı ilə ona vermişdir. Bir neçə gün sonra Qəhrəman ona zəng edərək Apellyasiya məhkəməsində prosesin baş tutduğunu və guya Qaradağ rayon məhkəməsinin qərarının qüvvədə saxlandığım demişdir. 2018-ci ilin yanvar ayının sonlarında Qəhrəman onunla təkrar telefon əlaqəsi yaradaraq Qaradağ RPİ-nin İŞnin müstəntiqinin onun barəsində istintaq edilən cinayət işinə qərəzli yanaşdığını və həmin işin oradan götürərək başqa istintaq orqanının icraatına verdirmək və obyektiv araşdırmasına nail olmaq istədiyini və həmin işi onun DİN-də işləyən tanışının 3000 (üç min) manat pul müqabilində həll edə biləcəyini demişdir. Qəhrəmanın dediyi məbləğdə pulu olmadığını və müəyyən hissəsini borca ala biləcəyini deyərək onunla 1200 manata razılaşmış və bu dəfədə bibisi Validə Fərmanovadan əlavə 1200 manat borca pul alıb 2018-ci ilin yanvar ayının sonlarında atası Şahid3 iştirakında Sumqayıt şəhəri ünvan 20 ünvanında yerləşən “Sumqayıt Avtovağzalı"nın qarşısında Qəhrəmanla görüşüb həmin məbləği ona vermişdir. Pulu verdikdən sonrakı ərafələrdə Qəhrəmanla aralarında baş tutan danışıqlar zamanı cinayət işinin artıq DİN-də olduğunu və orada onun təqsirsizliyinin sübutuna dair işlərin aparıldığını demişdir. 2018-ci ilin fevral ayının əvvəllərində Qəhrəman onunla əlaqə saxlayaraq təcili onun işlədiyi ofisə gəlməsini tələb etdiyindən atası Eldarla birgə ünvan 25 saylı ünvanda yerləşən hüquqi xidmətlər ofisinə yollanaraq onunla görüşmüşlər. Görüş zamanı Qəhrəman ona cinayət işinin DİN-dən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildiyini və orada aparılan əlavə araşdırma zamanı bu işini birdəfəlik həlli üçün şərait yarandığını, təqsirsiz olduğunun sübuta yetirildiyini və bu işin icraatına Baş Prokurorluqda işləyən tanışının köməkliyi ilə 2000 (iki min) manat pul müqabilində xitam verə biləcəyini danışmışdır. Cinayət işinin xitam verilməsinə dair Qəhrəmanın dediklərinə inanaraq yalnız 1000 manat borca pul əldə edə biləcəyini demiş və sonuncunun həmin məbləği iki gün ərzində çatdırılmasını tələb etməsi səbəbindən Rusiya Federasiyasında yaşayan qardaşı X12 məxsus və həyat yoldaşı X21 adında olan “BMW” markalı 493 nömrəli minik avtomobilin dəyər-dəyməz qiymətə satılmasına qərar vermişlər. Bu məqsədlə qardaşı ilə telefon əlqəsi yaradıb danışaraq arvadının adından tərtib olunmuş etibarnaməni təyyarə vasitəsilə Bakı şəhərinə göndərmiş və o özü şəxsən hava limanına gedərək orada etibarnaməni gətirmiş şəxsdən alaraq sonradan onu rus dilindən azərbaycan dilinə tərcümə etdirməklə avtombilin satışını təşkil edib 1000 (bir min) manat pulu əldə etmişdir. 2018-ci ilin fevral ayının əvvəllərində yenidən atası Eldarla birlikdə ünvan 25 saylı ünvanda yerləşən hüquqi xidmətlər ofisinə gedərək orada həmin məbləği Qəhrəmana vermişdir. 2018-ci ilin mart ayının ortalarında Yasamal RPİ-nin İstintaq şöbəsindən zənglə dəvət olunarkən ona məlum olmuşdur ki, Qaradağ RPİ-nin İŞ-də istintaq edilmiş ********* nömrəli cinayət işi aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-də barəsində başlanmış başqa cinayət işinə birləşdirilməkdən ötrü göndərilmişdir. Bu barədə Təqsirləndirilən şəxs zəng edərək məlumat aldıqda, sonuncu guya prosesin bu cür tələb olunduğunu, qaydadın elə olmasını, işin bir müddət Yasamal RPİ-dən araşdırıldıqdan sonra xitam edilməsi üçün Baş Prokurorluğa göndəriləcəyini deyərək onu əmin etmişdir. 2018-ci ilin mart ayının sonlarında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi ilə bağlı Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarını götürmək üçün Qaradağ rayon məhkəməsinə gedərək həmin qərarı alarkən ona məlum olmuşdur ki, həmin qərardan prokurorluq tərəfindən heç vaxt apellyasiya protesti verilməmiş və iş ümumiyyətlə Apellyasiya məhkəməsinə getməmişdir. Hüquqlarının müdafiəsini həvalə etdiyi, vəkil deyilən bir şəxsin ona qarşı dələduzluq etməsindən çox təəccüblənərək bu barədə atasına məlumat vermiş və sonra Təqsirləndirilən şəxs zəng edərək ümumilikdə ondan aldadıb aldığı 3800 (üç min səkkiz yüz) manat pullarının geri qaytarılmasını tələb etmişdir. Qəhrəman aldığı pulları geri qaytaracağını vəd verərək müddət qazandığı vaxtda ona daha sonra məlum olmuşdur ki, barəsində olan ********* nömrəli cinayət işi Yasamal RPİ-nin İŞ-dən yenidən Qaradağ RPl-nə geri qaytarılmış və Qaradağ rayon məhkəməsinin hakimi Teymur Qurbanov tərəfindən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bundan əvvəl isə Yasamal RPİ İŞ-də də barəsində olan cinayət işi ayrıca icraatda Yasamal rayon məhkəməsinə göndərilmiş və Qaradağ rayon məhkəməsindən əvvəl Yasamal rayon məhkəməsi tərəfindən də iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Vəkil kimi inanıb hüquqlarının müdafiəsini həvalə etdiyi Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib ona qarşı dələduzluq etməklə maddi ziyan vurmasından başqa ona həm də mənəvi zərər vurmuşdur. Təqsirləndirilən şəxs pullarını geri almaq məqsədilə dəfələrlə onun işlədiyi ofisə getsə də, ifşa oldunduğunu bilərək onunla görüşdən yayınmışdır. Onunla ofisdə çalışan İlham, Arzu və ofisə gəlib müraciət edən şəxslərdən ona məlum olmuşdur ki, Qəhrəman onları da aldatmış və müəyyən məbləğdə pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs ondan başqa daha bir neçə şəxsi eyni üsullarla aldadıb pullarını ələ keçirdiyini və onun doğrudanda dələduz olmasına əmin olduğundan DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, hətta bundan əvvəl onun yaşadığı ünvanı öyrənərək Sumqayıt şəhərinə getmiş, pullarını geri tələb edərkən onu polisə zəng edəcəyi ilə hədələmiş və az sonra özü ona zəng edərək üç balasının canına and verməklə aldığı pulları qaytaracağını, şikayətinin geri götürülməsini xahiş etmişdir. Ona inanaraq DİN-nə təkrar zəng edib şikayətinin olmadığını dedikdən sonra Qəhrəman yenidən ona qarşı dələduzluq etmişdir. Buna bir daha əmin olduğunda Yasamal rayon prokurorluğuna gedərək bu brədə şikayət etməli olmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs4 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, 2014-cü ildən 2018-ci ilədək Yasamal rayonu, A.Abbasov küçəsi 7 ünvanında yerləşən ofisdə nümayəndə olaraq hüquq fəaliyyəti ilə məşğul olmuşdur. Onunla bərabər həmin ofisdə Zərərçəkmiş şəxs9 və X13 da hüquq fəaliyyəti ilə məşğul olmuşlar. Onların hər ikisi ilə iş yoldaşı olaraq münasibəti yaxşı olmuşdur. 2017-ci ildə X28 Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən obyektinə Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qoyulduğu üçün Təqsirləndirilən şəxsla bu haqda məsləhətləşmiş və sonuncu əmlakın həbsdən azad etdirilməsi üçün 2200 manat məbləğində pul lazım olacağını demişdir. Qəhramanın deməsinə görə həmin məbləğin güya 200 (iki yüz) manatını order almaq üçün və qalan 2000 (iki min) manatını isə hakimə verib işin müsbət həllinə nail olacaqdır. Bacanağı Samirin razılığı ilə 2017-ci ilin mart ayının sonunda işlədiyi ofisdə öz cibindən digər iş yoldaşları Zərərçəkmiş şəxs9 iştirakında 2200 manat pulu çıxarıb ona vermiş və Qəhrəman pulu aldıqdan sonra 10 gün müddətinə əmlakın üzərindən həbsin götürülməsi barədə qərarı alıb ona verəcəyinə söz vermişdir. Lakin 10 gün tamam olduqdan sonra Qəhramandan işin nəticəsi barədə soruşduqda o, əlavə bir həftə vaxt lazım olacağını demiş və onu arxayın etməyə başlamışdır. Qəhrəmanın hərəkətlərindən şübhə edərək iş gördüyü və danışdığı adamla onu tanış edilməsini tələb etsə də o, müxtəlif adlar çəkərək bir həftə müddətində qərarın hazır olacağına söz verib onu inandıra bilmişdir. Həmin ərafədə tanıdığı Şahid7 ona Abşeron rayon məhkəməsində mülki işlə bağlı ona müraciət etmiş və həmin müddət ərzində qanunda dəyişiklik edilərək nümayəndəlik ləğv edildiyinə görə ona kömək edə bilməmiş və vəkillər kollegiyasının üzvü olan Qəhrəmanın bu söhbətə müdaxilə etməsindən həmin işi ona həvalə etmək qərarına gəlmişdir. Abşeron rayonu ərazisində yerləşən torpaq sahəsi üzərində Şahid7 vərəsəlik haqqının tanınacağına dair məhkəmə qərarı alacağına söz verərək bu işin həlli üçün 6000 (altı min) manat pul lazım olacağın bildirmişdir. Mətanət Qəhrəmanla razılaşsa da onu tanımadığını və həmin məbləğin onun vasitəsilə Qəhrəmana verilməsi və işin müsbət olmayan həlli nəticəsində həmin məbləği ondan geri alacağını bildirmişdir. Mətanətin keçmiş müştərisi olması, Qəhrəmanla bir neçə il müddətində bir ofisdə fəaliyyət göstərdiyini nəzərə alaraq, Mətanətin şərti ilə razılaşmalı olmuşdur. 2018-ci ilin mart ayının sonunda Mətanətin ona verdiyi 6000 manat pulu digər iş yoldaşları Zərərçəkmiş şəxs9 iştirakında ofisdə Qəhrəmana vermişdir. Qəhraman Mətanətlə müqavilə bağlayıb iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etsə də, təyin olunmuş iki prosesdə iştirak etməmiş və yalnız sonuncu prosesdə iştirak etmiş, nəticədə onun xeyrinə olmayan qərar çıxarıldığından Mətanət verdiyi pulun geri qaytarılmasını tələb etməyə başlamış, hətta onunla arasında olan müqaviləni pozaraq bu barədə onu xəbərdar etmişdir. Qəhrəman Mətanətə aid 6.000 mnat pulu qaytaracağını vəd etsə də, telefon zənglərinə cavab verməmiş, işlədikləri iş yerinə gəlməmiş və onlarla görüşdən bilərəkdən yayınmışdır. Qəhrəmanın gizləndiyini və onları aldatdığını gördükdə Mətanət həmin məbləği ondan tələb etməyə başlamış və o, məcburiyyət qarşısında qalaraq Mətanətin Qəhrəmana vermiş olduğu 6.000 mnat pulu özü qaytarmalı olmuşdur. Pulu Mətanətə qaytardıqdan sonra yenə Qəhramanla görüşmək və öz pullarını almaq istəsə də, Qəhrəman onunla görüşməkdən yayınmışdır. Həmin ərəfələrdə ona məlum olmuşdur ki, Qəhrəman iş yoldaşı Zərərçəkmiş şəxs9 və digər vətəndaşlar Qəhrəman Pirmmədov tərəfindən anoloji yolla aldadılmışlar. Zərərçəkmiş şəxs9 və öz dəfələrlə onunla əlaqə yaradaraq ofisə gəlməsi və bütün bu məsələlərin həll edilməsi, əks halda hüquq mühafizə orqanlarına müraciət edəcəklərini dedikdə Qəhrəman guya Dağıstan MRnın Xasayyurd şəhərində olduğunu və xx.xx.2018-cı ıl tarixdə Bakı şəhərinə gələrək bütün narazı şəxslərin pullarını qaytaracağına söz vermiş və barəsində şikayət verilməməsini xahiş etmişdir. Onun xahişindən sonra inanaraq Zərərçəkmiş şəxs9, Gümşüd Məlikyeqanov, Zərərçəkmiş şəxs8 adlı aldadılan şəxslər onu gözləməli olmuşlar. xx.xx.2018-ci il tarixdə Qəhraman Pirmmədov ofisə gələrək guya arvadının adına olan evinin banka girov qoyulduğu və həmin gün arvadının bank sənədləşməsi ilə məşğul olmasını deməklə növbəti dəfə onları aldatmışdır. Qəhrəmanın onların hər birini aldatdığı açıq aydın bəlli olduğundan adları qeyd olunan şəxslərin iştirakında ondan həmin pulların kimə, hara və nəyə xərcləndiyi barədə məlumat verməsini istəmişlər. Təqsirləndirilən şəxs isə onların hər birindən aldığı pul vəsaitlərini özünün şəxsi məsrəflərinə xərclədiyini, başqa heç kimə vermədiyini deyərək yazılı formada könüllü olaraq əlyazma yazaraq onlara vermiş, xx.xx.2018-ci il tarixdə hər bir kəsin pulunu ödəyəcəyinə söz vermiş və öhtəlik götürsə də, onları bu üsulla təkrar aldatmışdır. X28 işi üzrə öz hesabından 2200 və Şahid7 öz hesabından ödəmiş olduğu 6.000 manat, ümumilikdə 8.200 manat pulun hər hansı bir hissəsi Təqsirləndirilən şəxs tərəfindən istintaqdan əvvəl və istintaq müddətində ona ödənməmiş və buna cəhd göstərilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ondan başqa daha bir neçə nəfər şəxsləri də eyni üsullarla aldadıb vəkil olaraq qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda pullarını ələ keçirdiyini, Sumqayıt şəhər prokurorluğunda barəsində cinayət işinin başlandığını, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu ona məlum olmuşdur. Şahid7 adına tərtib olunmuş xx.xx.2018-ci il tarixli 482 nömrəli order, sonuncunun adından Təqsirləndirilən şəxs verilmiş xx.xx.2018-ci il tarixli 600344 nömrəli etibarnamə, Abşeron rayon məhkəməsinə Şahid7 adından yazılmış 12.07.18-ci il tarixli vəsatət və iddia ərizəsi. X16 adından Bakı Apellyasiya məhkəməsinin sədrinə ünvanlanmış 25.02.19-cu il tarixli ərizə, Bakı Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının 18.10.18-ci il tarixli 1-1(103)-40 nömrəli qərarının surətlərini istintaq orqanına təqdim etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs6 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, 2017-ci ilin sonlarında Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin sabiq müstəntiqi Asif Əliyevin icraatında onun şikayəti əsasında 14000 manat pul vəsaitini ələ keçirmiş Ziyadova (Həsənova) Mətanət Novruz qızının barəsində araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin müraciətlə əlaqədar lazım olan məsləhətləri vəkil Təqsirləndirilən şəxs almalı olmuşdur. Təqsirləndirilən şəxs öz oğlunun vasitəsi ilə tanımışdır. Belə ki, oğlu X35 adlı oğlu yoldaşlıq münasibətləri saxlamış və oğlu İlkin Eminlə söhbəti zamanı atasının vəkil olduğunu dedikdə onun mobil nömrəsini alaraq əlaqə saxlamış və Mətanət Ziyadova ilə aralarında olanlar barədə ona danışaraq köməklik göstərməsini istəmişdir. İlk dəfə 2017-ci il noyabr ayında Qəhrəmanla əlaqə saxlayıb onunla Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, ev 76/42 ünvanında yerləşən “Az-Lexs” hüquq firmasının ofisində görüşmüş və problemlərini ona danışmışdır. Təqsirləndirilən şəxs 1000 (bir min) manat pul müqabilində şikayət ərizəsi yazaraq Mətanətlə razılığa gəlib pulun qaytarılmasını təmin edəcəyinə əmin etdiyindən onun dediklərinə inanıb 1000 (bir min) manat pulu ikilikdə ona vermiş və müqavilə bağlanıb bağlanmamasını soruşmuşdur. Qəhrəman isə buna zərurət olmadığını və lazım gəldikdə notarial qaydada etibarnamə verilə biləcəyini bildirmişdir. Onun dediklərinə etiraz etməmiş və bundan sonra Qəhrəman bir neçə dəfə pul tələbinə dair şikayət ərizələri yazaraq müxtəlif instansiyalara göndərmişdir. 2017-ci ilin dekabr ayında Qəhrəman ona zəng edərək onu o vaxt fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsində yerləşən ofisə dəvət etmişdir. Onun təklifi ilə ofisə gedərək Qəhrəmanla görüşərkən sonuncu Azərbaycan Respublikasının Baş Prokurorluğunda işləyən dostlarının olduğu və 2000 (iki min) manat pul verildiyi halda onların vasitəsi və köməkliyi ilə müarciətini xüsusi nəzarətə götüzdürüb ziyanın ödənilməsini tam təmin edə biləcəyini bildirmişdir. Qəhrəmana dediyi məbləğdə deyil yalnız 1300 manat pul verə biləcəyini dedikdə sonuncu buna razı olmuş və evinə gedərək 1300 manat pulu götürüb yenidən Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsində yerləşən ofisə qayıdaraq pulu orada Qəhrəmana ikilikdə vermişdir. 2018-ci ilin fevral ayında isə Qəhrəman onunla telefon əlaqəsi yaradıb iş yerini Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsində olan ofisə köçürdüyünü və həmin ofisə gələrək onunla görüşmək lazım olduğunu demişdir. Onun zəng etdiyi tarixdə Qəhrəmanın yeni fəaliyyət göstərdiyi ofisə gedərək onunla görüşərkən Qəhrəman ona cavabdeh Mətanətin hansısa nüfuzlu tanışlarının olması səbəbindən pulun qaytarılmasının təmin edilməsi çətinləşmişdir. Pulun ödənilməsində çətinlik yarandığı halda almış olduğu pulların qaytarılmasını təklif etdikdə Qəhrəman ona bir az vaxt lazım olacağını deyərək gözləməyi təklif etmiş və bu məsələni yoluna qoyacağına söz vermişdir. 2018-ci ilin aprel ayında Qəhrəman ona zəng edərək Baş Prokurorluqda işləyən dostlarının bu işin birdəfəlik həllinə söz verdiklərini və bunun üçün onlara 2.000 manat pul vermək lazım olduğunu bildirmişdir. Bu vaxtadək xeyli miqdarda maddi ziyana düşdüyünü və pulunun hər hansı hissəsinin qaytarılmadığını ona xatırlatdıqda deyilən pulun verilmədiyi halda işin zərər görəcəyini, lakin verildiyi halda qaytarılmasına zəmanət verdiyini deyərək onun inandırdıqda onunla razı olmuşdur. Həmin gün deyilən məbləği əldə edərək ona zəng vurmuş və Sumqayıt şəhərində olduğunu bildirmişdir. 2018-ci ilin aprel ayında Sumqayıt şəhərinə gedərək Koroğlu prospekti, “Daş Bazarı” adlanan yerin yaxınlığındakı “Cavidan” kafesinin qarşısında Qəhrəmanla görüşərək ikilikdə pulu ona vermişdir. Qəhrəman pulu aldıqdan sonra narahat olmamağı bildirməklə 10 gün müddətində məsələnin öz həllini tapacağına söz vermişdir. Lakin vəd verdiyi 10 gün keçsə də heç bir iş görməmiş və nəticədə onu aldatmışdır. Vəkil olaraq etibar etdiyi şəxsin onu aldatdığını başa düşərək ondan alınan ümumilikdə 4300 manat pulun qaytarılmasını tələb etsə də, Qəhrəman müxtəlif bəhanələr gətirərək gah şəhərdən kənarda olduğunu gah xəstə olduğunu demiş və əksər vaxtlarda isə zənglərinə cavab verməmişdir. Təqsirləndirilən şəxs ondan başqa daha bir neçə şəxsin pul vəsaitlərini hüquqi yardım göstərəcəyi adı ilə alıb ələ keçirdiyi ona məlum olduqda hüquq mühafizə orqanlarına müraciət etməli olmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs7 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, o, 2018-ci ildə İsmayıllı rayonu Lahıc qəsəbəsində ulu babasına aid mülkün vərəsəsi olaraq həmin mülkü adına qeydiyyata aldırmaq istəmiş və bunun üçün məhkəmə proseslərini keçmək lazım olduğundan bu işdə ona hüquqi yardım göstərəcək vəkil axtarmağa başlamışdır. Bunun üçün Gülçöhrə adlı rəfiqəsinə müraciət etmiş və onun məsləhəti və vasitəsilə ünvan 25 ünvanda yerləşən hüquq məsləhətxanasına gedərək orada Qəhraman Pirməmmədov adlı vəkillə tanış olmuşdur. X7 rayonunun Lahıc kəndində yerləşən ulu babasına aid mülkündən danışmış və həmin mülkün vərəsəsi olaraq adına keçirmək istədiyini və bu işdə ona hüquqi yardım edilməsini xahiş etmişdir. Qəhraman Pirməmmədov onu dinlədikdən sonra İsmayıllı rayon icra başçısı Mirdamət Sadıqovla yaxın dostluq münasibətinin olduğunu deyərək onun vasitəsilə bu işi həll edəcəyini və növbəti günlərdə ona nəticəsini bildirəcəyini demişdir. Növbəti günlərdə təkrar onun iş yerinə gedərək işin nəticəsi ilə maraqlandıqda Qəhraman Pirmmədov guya icra başçısı Mirdamətlə danışıb razılaşdığını, icra başçısının bu iş üçün 1400 manat pul istədiyini ona demişdir. Onun dediklərinə inanaraq xx.xx.2018-ci il tarixdə Yasamal rayonu, A.Abbasov küçəsi 7-də yerləşən hüquq məsləhətxanasında Elşad, İlham və Arzu adlı şəxslərin iştirakında Təqsirləndirilən şəxs 1400 manat pul vermişdir. Qəhraman Pirmmədov pulu aldıqdan sonra qısa zaman ərzində işin müsbət həll olunması barədə ona məlumat verəcəyini deyərək onu əmin etmişdir. 1400 manat pulunu aldıqdan xeyli vaxt keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs bir cavab daxil olmamış və o, sonuncunun iş yerinə gedərək işin nəticəsi ilə maraqlandıqda hər dəfə ona müxtəlif bəhanələr söyləmiş və qısa müddət ərzində işin müsbət həll olunacağına əmin etmişdir. Gülçöhrə adlı rəfiqəsindən Qəhrəman tərəfindən aldadılaraq almış olduğu və heç bir iş görmədiyi halda ona vermiş olduğu 500 manat pulu geri aldığını eşitdikdə Qəhrəmanın vədlərindən şübhə etməyə başlamış və bu məqsədlə İsmayıllı rayon məhkəməsinə gedərək bu barədə məhkəməyə müraciət olunub-olunmaması ilə maraqlandıqda məhkəməyə hər hansı sənədin daxil olmadığını öyrənmişdir. Belə olan halda, Bakı şəhərinə qayıdaraq Qəhraman Pirmmədovla görüşüb nə üçün onu aldatdığını soruşduqda niyətini etiraf etmiş və qısa zaman ərzində aldığı pulları qaytacağını vəd etmişdir. Bundan sonra dəfələrlə işlədiyi ofisə gedərək pulunun qaytarılmasını tələb etdikdə hər dəfə müxtəlif bəhanələr irəli sürmüş və tarixlər söyləmişdir. Növbəti gəlişlərində o, ofisə gələn və onu axtaranların çox olduğunu və Qəhraman Pirməmmədovun onun kimi daha onlarla şəxsləri aldadıb pullarını ələ keçirdiyi məlum olmuşdur. Ofisə gəlib gedərkən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6 adlı şəxslərlə tanış olmuş və həmin şəxslərdən ona məlum olmuşdur ki, Qəhrəman onların hər birindən də müxtəlif məbləğlərdə pullar alıb ələ keçirmiş və qaytarmaqdan imtina etmişdir. Həmin şəxslərlə birlikdə ona zənglər edərək ofisə gəlməsini və ələ keçirdiyi pulların qaytarılmasını istəsələr də, guya Respublika hüdudlarından kənarda olduğunu, bəzi hallarda guya girov götürülərək Dağıstanda saxlanıldığını, Respublikaya qayıdan kimi hər kəsin pullarını qaytaracağını bildirsə də, özünün bildiyi kimi hərəkət etmişdir. Nəhayət onunla iş yoldaşı olmuş Arzu və İlham adlı şəxslərin vasitəsilə polisə şikayət ediləcəyi deyilməklə Təqsirləndirilən şəxs ofisə dəvət edilmiş və o, xx.xx.2018-ci il tarixdə ofisə gələrək pulları qaytaracağını desə də, həmin gün kimsənin pulun gətirmədən ofisə gələrək ələ keçirdiyi pulları özünün şəxsi məsrəflərinə xərclədiyini, heç bir iş görmədiyini deyərək qabaqcadan onları aldatmaq niyyətində olduğunu deyib bu barədə əlyazması ilə yazıb xx.xx.2018-ci il tarixdə hər kəsin pulunu qaytaracağına öhdəlik götürmüşdür. Lakin həmin tarixdə də eyni qaydada əvvəllər olduğu kimi hər kəsi təkrar aldatmış, guya evini banka girov qoyduğunu, arvadının bank sənədləşməsi ilə məşğul olduğunu desə də, yenidən onları aldatmalı olmuşdur. Onun vəkil deyil dələduz olmasına hər kəs əmin olduqdan sonra Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6 adlı şəxslərlə birlikdə hüquq mühafizə orqanlarına şikayətlə müraciət etməli olmuşlar. Pulunun qaytarılması tələbi ilə onun işlədiyi ofisə gedərkən Qəhrəmana məhkəməyə təqdim etməsi üçün qovluq şəklində vermiş olduğu sənədlərin məhkəməyə təqdim olunmadığı və ofisdəki dolabda olduğunu Zərərçəkmiş şəxs9 aşkar edərək sənədləri onun özünə qaytarmış və o, da Yasamal rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnamə, Yasamal rayon məhkəməsinin xx.xx.2014cü il tarixli məhkəmə iclasının qərardadı, Dövlət tarix arxivinin 29.04.14 tarixli məktubu, Mədəniyyət və Turizm Nazirliyinin xx.xx.2015-ci il tarixli məktubu, 4 saylı hüquq məsləhətxanasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Qəbələ rayon Ərazi İdarəsinə sorğu məktubu, Həmin İdarədən daxil olmuş xx.xx.2015-ci il tarixli cavab məktubu, Dövlət tarix Arxivinə ünvanlanmış 14.09.16-cı il tarixli sorğu, Azərbycan Respublikası Ali Məhkəməsi, Mülki Kollegiuyasmın xx.xx.2016-cı il tarixli Qərarının surətlərindən ibarət sənədlər toplusunu ifadəsinə əlavə etməklə istintaq orqanına təqdim etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs8 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, təxminən 2014-cü ildən başlayaraq ünvan 25 ünvanında yerləşən hüquq məsləhətxanasında nümayəndə qismində fəaliyyət göstərmiş və 2017-ci ilin sonlarından Vəkillər Kollegiyasının üzvü olan vəkil Təqsirləndirilən şəxs tanımışdır. 2017-ci ilin noyabr ayının əvəllərində tanıdığı və nümayəndəsi olduğu X10 anası Sevda Ağamoğlanovanın ona qarşı pul iddiası ilə bağlı mülki iş üzrə Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə kasasiyya şikayəti verilməsi barədə onunla ofisdə aralarında məsləhətləşmələr apararkən iş yoldaşı Təqsirləndirilən şəxs Ali Məhkəmədə tanışlarının olduğunu və 1000 manat müqabilində Apellyasiya məhkəməsinin qətnaməsini ləğv etdirə biləcəyini ona demişdir. O, bu haqda Yusiflə danışaraq məlumat vermiş və sonuncu onun əvəzindən Qəhrəmana deyilən məbləğin verilməsi və borcunun sonradan ödəyəcəyini bildirmişdir. 2017-ci ilin noyabr ayının ortasında ofisdə evindən gətirdiyi 1000 manat pulu Qəhrəmana verdikdə sonuncu işə çıxmaq üçün əlavə olaraq ondan 300 manat order pulu istədiyindən yaxın dostu Yusifə görə ona əlavə olaraq öz hesabından 300 manat pul da verməli olmuşdur. Ümumilikdə, ofisdə digər iş yoldaşı Zərərçəkmiş şəxs6 iştirakında Qəhrəmana 1300 manat pul vermiş və yaxın dostunun məhkəmə işini müsbət həll etməsini xahiş etmişdir. 2018-ci ilin yanvar ayının birindən nümyəndəlik fəaliyyətinə son qoyulduğundan nümayəndə olaraq müştəriləri təmsil edə bilməmişdir. Bu səbəbdən də 2018-ci ilin yanvar ayında X23 Ələkbərovla bağlı mülki işə baxıldığını və məhkəmə onun xeyrinə qərar çıxarıldığını bildirsə də, sonradan daxil olmuş qərara baxdıqda Yusif Ələkbərovun xeyrinə çıxmadığı, ümumiyyətlə Qəhraman Pirmmədovun məhkəmə prosesində iştirak etmədiyi məlum olmuşdur. Qəhrəmanla bu barədə danışaraq nə üçün məhkəmədə iştirak etmədiyini və pulu nə üçün aldığını soruşduqda məhkəmədə iştirak etdiyini və hakimin yalan danışdığını, pulları isə guya hakimə verdiyini deməklə israr etmiş, hətta narahat olmamağı və işin Ali Məhkəmənin Plenumunda həll edəcəyinə vəd verib onu əmin etmişdir. Onun vədlərinə inanaraq gözləməli olmuş və müəyyən vaxt sonra Qəhrəman işin Plenumda başqa hakimə verildiyini və guya ondan almış olduğu pullarında həmin hakimə çatdırıldığını bildirmişdir. Qəhrəmanın vəd verdiyi işin xeyli uzanmasından şübhə edərək özü şəxsən həmin işlə maraqlanmış və məlum olmuşdur ki, Ali Məhkəmənin Plenumunun icratında Yusif Ələkbərov adlı şəxsin heç bir işi yoxdur. Bu haqda Qəhramanla danışıb hakimdə heç bir iş olmadığını bildirdikdə, Qəhraman hakimin yalan danışdığını və yaxın günlərdə nəticə qərarını alıb verəcəyini deyərək onu inandırmışdır. 2018-ci ilin yanvar ayında yaxın dostu olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il 8 ay 4 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X8 cəzasının yüngülləşdirilməsinə dair ailəsinin xahişini nəzər alıb bu haqda Qəhrəmanla məsləhətləşdikdə 5.000 manat müqabilində bu işin öhdəsindən gələ biləcəyini demişdir. Onun əminliklə danışmasına inanaraq öz hesabından ona 5.000 manat pul vermişdir. Elə həmin ay Qəhrəman Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci iltarixli qərarını göstərərək guya Kənan Məmmədzadənin maddəsinin AR-cı CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsinə tövsif olunmaqla cəzasının 03 il 05 ay 04 gün müddətinə azaldılmasına nail olduğunu bildirmişdir. O, özü də hüquqşünas olduğundan və Milli Məclis tərəfindən qəbul olunmuş xx xxxxxx 2017-ci il tarixli qanununa əsasən Kənan Məmmədzadənin əməlinin qanuni qaydada tövsif olunduğunu ona sübut etdikdən sonra Təqsirləndirilən şəxs ifşa oldunduğunu başa düşərək ondan aldığı 5.000 manat pulu özünə qaytarmalı olmuşdur. Ancaq dostu Kənanın ailə üzvlərinin onun 3 il cəzasının da şərti cəza ilə əvəz edilməsinə qanuni qaydada nail olmağı xahiş etdiklərindən bu barədə yenə Qəhrəmana müraciət etməli olmuş və bu işlə maraqlanıb qanuni yollar aramasını xahiş etmişdir. Qəhramanın artıq bu işdən yaxından məlumatı olduğu üçün telefonu götürüb onun yanında kiminləsə danışmış və sonra həmin şəxsin guya Qaradağ rayon məhkəməsinin sədri, tələbə yoldaşı olaraq adlandırdığı Sədrəddin müəllim olduğunu bildirmiş, sonuncunun bu işi həll edəcəyinə söz verdiyini demişdir. Qəhrəmanın telefonda sədrlə danışması ona qarşı inam yaratmış və dostu Kənan Məmmədzadənin məhkəmə işinin həll edilməsini ondan xahiş etmişdir. Bir neçə gün sonra Qəhraman ona guya sədrlə görüşüb söhbət etdiyini və Kənanın şərti cəza ilə azadlığa buraxılması üçün 5000 min manat pul lazım olacağı ona deyilmiş və tələbə yoldaşı sədr buna razılıq vermişdir. Qəhrəman özü bu məbləğin onun əlində olduğunu bilərək 5.000 manat deməsi ilə razı olmuş, lakin onun özünün iştirakında pulun verilməsini təklif etmişdir. Qəhrəman da öz növbəsində onun təklifi ilə razı olmuş və bildirmişdir ki, guya həmin pulun 1000 manatını cəza çəkmə müəssisəsinin rəisinə, 1000 manatı ittihamçı prokurora çatdıracaq, ancaq təcili olaraq o, pulun ilk 2000 manatı çatdırılmalıdır və qalan 3.000 manatını isə özünün aparıb çatdıra bilməsini demişdir. Qəhrəmanın vədlərinə inanaraq 2018-ci ilin iyul ayında 2000 manat pulu evindən götürüb Qəhramanla işlədikləri Yasamal rayonu, A.Abbasov küçəsi 7 ünvandakı hüquq ofisində görüşmüşlər. Qəhrəman pulun onda olduğunu bilərək bu dəfədə guya sədrlə danışdığını deməklə zəng etmiş və sonra həmin məbləğin onun özü tərəfindən çatdırılmasını təkid etmişdir. Ona inanaraq özü ilə gətirmiş olduğu 2000 manat pulu Qəhrəmna vermiş və taksi ilə birlikdə Qaradağ rayon məhkəməsinə yollanmışlar. Orada Qəhraman telefonla guya danışıb sonra ona məhkəmənin girişində gözləməyi tapşırmış və özü yuxarı 2-ci mərtəbəyə qalxaraq təqribən 10 dəqiqə sonra binadan çıxmış, pulun çatdırıldığını, narahat olmağa əsasın olmadığını, qalan 3.000 manatı isə xx.xx.2018-ci il tarixdə hakimə verilməsi üçün ona çatdırılmasını bildirmişdir. xx.xx.2018-ci il tarixdə məhkəmə baxışı olacağını düşünərək Qəhrəmana zəng etmiş və sonuncu guya məhkəmənin xx.xx.2018-ci il tarixə ertələndiyini, pulun da həmin tarixdə çatdırılmasını, bir gün sonra isə Kənanın həbsdən azad olunacağı barədə qərar qəbul olunacağını bildirmişdir. xx.xx.2018-ci il tarixdə özü bu işin nəticəsi ilə maraqlanmaq məqsədilə Qaradağ rayon məhkəməsinə getdikdə Kənanla bağlı məhkəmə baxışında hər hansı müraciətin olmadığını və Qəhrəmanın onu aldatdığı məlum olmuşdur. Bundan sonra ona zəng eldikdə Qəhrəman işini bilərək telefonunu söndürməklə ondan qaçıb gizlənmişdir. Dəfələrlə onunla görüşmək istəsə də, o, görüşdən yayınaraq müxtəlif bəhanələr gətirməyə və həmin vaxtdan ofisə gəlməməyə başlamışdır. Qəhrəmnın ofisdə olmadığı müddətdə ofisə gələrək onu axtarmış müştərilərdən məlum olmuşdur ki, o, hüquqi yardım göstərəcəyi vədi verməklə onu, iş yoldaşı Azad Quliyevi, Cümşüd Məlikyeqanov, Təranə Hcı-zadə adlı şəxslərində xeyli miqdarda pullarını alıb ələ keçirmişdir. Həmin şəxslərlə birlikdə ona zənglər edərək ofisə gəlməsini və ələ keçirdiyi pulların qaytarılmasını istəsələr də, guya Respublika hüdudlarından kənarda olduğunu, bəzi hallarda guya girov götürülərək Dağıstanda saxlanıldığını, Respublikaya qayıdan kimi hər kəsin pullarını qaytaracağını bildirsə də, özünün bildiyi kimi hərəkət etmişdir. Nəhayət, onun hərəkətləri barədə hüquq mühafizə orqanlarına müraciət ediləcəyini bildirdikdə Təqsirləndirilən şəxs şikayət etməməyi xahiş etmiş və xx.xx.2018-ci il tarixdə ofisə gələrək pulları qaytaracağını desə də, həmin gün kimsənin pulun gətirmədən ofisə gələrək ələ keçirdiyi pulları özünün şəxsi məsrəflərinə xərclədiyini, heç bir iş görmədiyini deyərək qabaqcadan onları aldatmaq niyyətində olduğunu deyib bu barədə özünün dəsti xətti ilə əlyazma yazıb xx.xx.2018-ci il tarixdə hər kəsin pulunu qaytaracağına öhdəlik götürmüşdür. Lakin həmin tarixdə də eyni qaydada əvvəllər olduğu kimi hər kəsi təkrar aldatmış, guya evini banka girov qoyduğunu, arvadının bank sənədləşməsi ilə məşğul olduğunu desə də, bir daha onları aldatmalı olmuşdur. Onun vəkil deyil dələduz olmasına hər kəs əmin olduqdan sonra Cümşüd Melikycqanov, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 adlı şəxslərlə birlikdə hüquq mühafizə orqanlarına şikayətlə müraciət etməli olmuşlar. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Sumqayıt şəhər məhkəməsində həbs olunanadək onların hər birinin pullarını qaytaracağını deməklə aldatmaqda davam etmiş, lakin nə onların nə də onlarla başqa şəxslərdən ələ keçirdiyi xeyli miqdarda pulların hər hansı hissəsini qaytarmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs9 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində bildirmişdir ki, anası Şahid9 Zülfüqar qızı "NBC" bankda olan kredit borcunun ödənilməsini gecikdirdiyinə görə 2018-ci ilin may ayında bankın iddiası əsasında Gəncə şəhər Məhkəməsində mülki işə baxılmış və anasının Respublika ərazisini tərk etməsinə məhdudiyyət tətbiq edilmişdir. Sonralar anasının səhhətində problemlər yarandığından İran İslam Respublikasına getmək zərurəti yaranmış və bunun üçün məhdudiyyətin qanuni yolla aradan qaldırılması yollarını aramağa başlamışdır. Lakin banka olan borcu tam bağlayıb məhdudiyyətin aradan qaldırılmasına maddi imkanları olmadığına görə bunun hansı yollarla mümkün olmasını öyrənmək üçün anası Almazla birlikdə 2018-ci ilin iyul ayının əvvəllərində ünvan 25 saylı ünvanda yerləşən hüquq məsləhətxanasına getmiş və həmin ofisdə fəaliyyət göstərən Təqsirləndirilən şəxs adlı vəkillə tanış olmuşlar. Həmin vaxt ofisdə olan, sonradan adları məlum olan Arzu və İlham adlı şəxslərin iştirakında anası Almazın bank ödənişlərinə görə respublikadan kənara çıxmasına məhdudiyyətlər qoyulduğu, banka pul ödəmək iqtidarında olmadıqları, eyni zamanda müalicə üçün İran İslam Respublikasına getməyin vacib olduğunu danışmışdır. Təqsirləndirilən şəxs onlara qulaq asdıqdan sonra tətbiq edilmiş məhdudiyyətin məhkəmə yolu ilə aradan qaldırılmasına köməklik göstərə biləcəyini və ilkin olaraq bu işə başlamaq üçün 300 (üç yüz) manat pulun ödənməsini təklif etmişdir. Həmin vaxt evində yalnız 170 manat dəyəri olan 100 ABŞ dollarının olduğu və bir neçə gün sonra isə qalan 130 manat pulu ödəyə biləcəyini Qəhrəmana təklif etdikdə, sonuncu onunla razılaşdığından evinə gedərək 100 ABŞ dollarını gətirib ofisdə anası Almaz, ofis işçiləri Arzu və İlhamın iştirakında Qəhrəmana vermişdir. Qəhrəman bank sənədlərini ondan götürərək hansısa sənədə anası Almaza imza etdirdikdən sonra məhkəmə yolu ilə məhdudiyyətin tezliklə aradan qaldıracağını bildirmişdir. Təxminən 10 gün sonra 2018-ci ilin iyul ayının ortalarında ünvan 25 saylı ünvanda yerləşən ofisə gedərək borclu qaldığı 130 manat pulu Qəhrəmana vermiş və sonuncu pulu alarkən artıq məhkəmə ilə danışdığı yaxın günlərdə məhdudiyyətin aradan qaldırılmasını həll edəcəyini bir daha təkrarlamış və hakimə verilməsi üçün təcili olaraq 700 manat pul lazım olduğunu demişdir. Bu məbləğdə pulunun olmadığını və həmin məbləğin əldə edilməsi üçün müəyyən vaxt lazım olacağını deyərək ofisi tərk etmişdir. Az sonra Qəhrəman ona deyil anası Almaza zəng edərək 700 manat pulun təcili olaraq verilməli olduğunu inandırmağa çalışmış və anasının təkidi ilə o, həmin məbləği əldə edib Qəhrəmana vermək qərarına gəlmişdir. Anası Almaz yaşadığı Gəncə şəhərindən məhz bu iş üçün Bakı şəhərinə gəldiyindən və onun müalicə məsələsinin gecikdirilməməsi üçün məcbur olaraq Qəhrəmanın dediyi 700 manat pulu əldə edib anası Almazla birlikdə 2018-ci ilin iyul ayının ortalarında yenidən ünvan 25 saylı ünvanda fəaliyyət göstərən hüquq ofisinə getmiş və anasının iştirakında həmin məbləği Qəhrəmana vermişdir. Təxminən 3-5 dəqiqə sonra ofisə Arzu və İlham adlı işçilər də gəldikdə Qəhrəman onların da yanında xx.xx.2018-ci il tarixdə artıq anasının barəsində tətbiq olunan məhdudiyyətin tamamilə aradan qaldırılacağına söz vermişdir. Ona inanaraq ofisi tərk etmiş və deyilən tarixdə Qəhrəmanla telefon əlaqəsi saxlayaraq məsələnin nə yerdə olduğunu soruşmuş və Qəhrəman isə guya prosesin davam etdiyini və sentyabr ayının sonlarınadək başa çatacağını bildirmişdir. Bu dəfə də ona inanaraq gözləməli olmuş və 2018-ci ilin sentyabr ayının sonlarında təkrar onunla əlaqə yaratmış və Qəhrəman bu dəfə də işin guya noyabr ayının əvvəllərinə qaldığını və özü onlara zəng edib məlumat verəcəyini bildirmişdir. 2018-ci ilin noyabr ayının əvvəllərində Qəhərman özü ona zəng edərək guya Apellyasiya məhkəməsində anası Almazın lehinə qərar qəbul edilməsinə nail olduğunu, işin sonuncu mərhələdə, yəni Ali Məhkəmədə olmasını deyib işin tam qapanması və məhdudiyyətin aradan qalıdırılması üçün əlavə 300 manat pul verilməli olduğunu bildirmişdir. Məhkəmə işlərini və ardıcıllıq prosedurlarını bilmədiyi üçün ona inanaraq və anasının müalicəsi üçün Qəhrəmanın dedikləri ilə razı olub 2018-ci ilin noyabr ayının ortalarında Qəhrəmanla Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsi 1 saylı ünvanda yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında ikilikdə görüşərək özü ilə gətirmiş olduğu 300 manat pulu ona vermişdir. Qəhrəman pulu aldıqdan sonra üç gün ərzində məhdudiyyət aradan götürüləcəyini və artıq anasının İrana getməsi üçün bilet ala biləcəyini inamla söyləmişdir. Onun dediklərinə sevinib anası üçün bilet almış və üç gündən sonra bu barədə Qəhrəmana məlumat verdikdə sonuncu guya işə baxan hakimin hansısa yaxın qohumunun vəfat etdiyini ona görə də prosesin iki günlük təxirə salınmasını bildirib təkrar bilet almalarını təklif etmişdir. Bu dəfə də ona inanaraq anasının İrana getməsi üçün başqa tarixdə bilet almışdır. Lakin Qəhrəman təkrar onu aldatmış və bu dəfə guya öz qohumunun vəfat etdiyini bəhanə gətirməyə başlamışdır. Bundan sonrakı ərəfələrdə də Qəhrəmanla əlaqə saxladıqda o gah oğlunun bıçaqlandığını, gah başqa qohumunun vəfat etdiyini, gah işi ilə əlaqədar başqa rayonda olduğunu deməklə onları aldatmaqda davam etmişdir. Bundan sonra, Qəhrəmanın vəkil deyil dələduz olmasına əmin olmuş və pullarının qaytarılmasını tələb etməyə başlasa da, ondan qaçıb gizlənmiş və hazırkı vaxtadək hər hansı məbləğdə pulunu qaytarmamışdır. Qəhrəman onun anasına hansısa boş kağıza imza etdirməsindən başqa, ona etibarnamə verməmiş, anası və ya özü hər hansı məhkəməyə dəvət olunmamış və iştirak etməmiş, hər hansı məhkəmədən onlara hansısa sənəd daxil olmamış və Qəhrəman tərəfindən bu işin məhkəmə yolu ilə həllinə dair onlara hər hansı sənəd verilməmişdir. Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək onları aldatmış, anasının təxirəsalınmaz müalicəyə ehtiyacı olduğunu bilə-bilə insan taleyi ilə oynamış, aldığı pullardan başqa bir neçə dəfə İran İslam Respublikasına bilet aldırmaqla onlara başqa formada maddi və mənəvi ziyan vurmuş, ilk tanışlıq zamanı qovluq şəklində məhkəməyə müraciət edəcəyi adı ilə almış olduğu bank və onlara aid sənəd surətlərini özlərinə qaytarmamış, dələduzluq edərək ümumilikdə 1300 manat məbləğində pulunu alıb ələ keçirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs10 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. İştirak etdiyi məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, üzrlü səbəbdən məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, uzun müddətdir ki, Sumqayıt şəhəri 1 saylı Vəkil bürosunda vəkil olaraq çalışır. Təqsirləndirilən şəxs da son illərdə iş yoldaşı olaraq fəaliyyət göstərdiyi büroda görüb tanımış, aralarında hər hansı münasibətləri olmamışdır. 2017-ci ilin sentyabr ayında iş yerində AR CM-nin 120.2.1 və 120.2.5 maddələri ilə təqsirli bilinib Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, müdafiəçisi olduğu X15 anası Şahid5 ilə görüşüb Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Vüsal Rəhimovun əməli tövsif oluinaraq ona AR CM-nin 120.1-ci maddəsi ilə 10 il 6 ay, digər müttəhinə isə AR CM-nin 307.3-cü maddəsi ilə 4 il həbs cəzası verilməsinə dair qəbul olunmuş qərar və həmin qərardan zərərçəkmiş tərəfin şikayət edib etməyəcəyi barədə məsləhətləşmələr apararkən həmin vaxt 1 saylı vəkil bürosunun vəkili işləyən Təqsirləndirilən şəxs onların aralarında aparılan söhbətləri eşitmiş və müdaxilə edərək həmin işdən məlumatlı olduğunu, ölmüş zərərçəkmiş şəxsi və hüquqi varisini yaxından tanıdığını, onların Lökbatan qəsəbəsində yaşadıqları evlərində də olduğunu, lazım gələrsə, onların vermiş olduqları kassasiya şikayətlərinin geri götürülməsinə nail ola biləcəyini bildirmişdir. Şahid5 adlı müştəri getdikdən sonra Təqsirləndirilən şəxs ona müraciət edərək zərərçəkmiş şəxsin hüquqi varisini yaxından tanıdığını müştəri ilə danışıb razılığını aldıqdan sonra onunla bu mövzuda danışa biləcəyini demişdir. O, müştərisi Şahid5 razılığını aldıqdan sonra bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş və sonuncu ona hüquqi varislə danışmasına vaxt verilməsini istəmiş, bir neçə gün sonra ona yaxınlaşaraq guya ölmüş şəxsin hüquqi varisi Sona xanımla danışdığını və sonuncunun iş üzrə kassasiya şikayəti verməməsi üçün 11.000 manat pul istədiyini, həmçinin bu iş üçün onun özünə 1.000 manat pul lazım olacağını, onun vəkilinin də özü olması istənildiyini bildirmişdir. Qəhrəmanın bu söhbətindən sonra təkrar Şahid5 ilə danışıb sonuncunun razılığını aldıqdan sonra işin müsbət həllinə nail olacağına vəd vermişdir. Qəhrəmanın vədləri barədə müştərisi Şahid5 məlumat vermiş və sonuncu xx xxxxxxxx 2017-ci il tarixdə vəkil bürosuna gələrək Qəhrəmanla müqavilə üçün onun vasitəsilə sonuncuya 1.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin pulun 100 manatını xəzinəyə ödəyərək order əldə etmiş və qalan 11.000 manatın hazır olduğu halda ona məlumat veriləcəyi deyilərək müştərisi Şahid5 vəkil bürosunu tərk etmişdir. Həmin gün iş gününün sonlarında büroda olarkən Qəhrəman ona yaxınlaşaraq Ali Məhkəmədə olarkən təsadüfən cinayət kollegiyasının sədri, vaxtilə bir yerdə işlədiyi, evinə gediş-gəliş etdiyi, çox yaxın dostluq münasibətlərinin olduğu Şahin müəllimi gördüyünü və onunla bu işi müzakirə etdiklərini, veriləcək 11.000 manat pulun Şahin müəllimin məsləhəti ilə daha etibarlı olması üçün depozitə qoyulması qərarına gəldiyini demişdir. Qəhrəmanın bu cür fikirlərindən sonra müəyyən narahatçılıqlar keçirsə də, işin müsbət həllinə inanaraq nəticə əldə olunmasını istəmişdir. xx xxxxxxxx 2017-ci il tarixdə Şahid5 danışılan 11.000 manat pulu gətirərək saat 17.30 radələrində iş yerində ona vermiş və oda öz növbəsində həmin məbləği qabaqcadan əldə edilən razılığa əsasən oğlu ilə büroya gəlmiş Qəhrəmana vermişdir. Pulu götürdükdən müəyyən müddət sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq pulu çatdırdığını, işin qaydasında olduğunu bildirmişdir. Həmin işin məhkəmə baxışı xx xxxxxxx 2017-ci ilə təyin edilməsinə baxmayaraq xx xxxxxx 2017-ci il tarixə dəyişdirilməsi ona məlum olduqda əndişə edərək vaxt dəyişikliklərinin səbəbini Qəhrəmandan soruşmuş və sonuncu bunun səbəbini zərərçəkmişlərin hüquqi varislərinin məhkəməyə gəlmədiyi ilə izah etmişdir. Onun narazaılıq etdiyini görərək Qəhrəman həmin söhbətdən iki gün sonra guya Şahin müəllimə verdiyi pulları alaraq zərərçəkmişin hüquqi varisi Sona xanıma verdiyini bildirərək onu arxayın etmişdir. xx xxxxxx 2017-ci il tarixli məhkəmə baxışına zərərçəkmişin hüquqi varisinin gəlməməsi və apellyasiya qərarının ləğv olunmasından sonra Qəhrəmanın hərəkətlərindən şübhə etməyə başlamış və onun bütün hərəkətlərini öyrəndikdə məlum olmuşdur ki, Qəhrəman iş yoldaşı olaraq onun etibarından sui-istifadə edərək aldatmış və xeyli miqdarda pulunu alıb ələ keçirmişdir. Belə ki, ətraflı öyrəndikdə ona məlum olmuşdur ki, o, Şahin müəllimin adından və zərərçəkmiş şəxsin hüquqi varisinə pul ödəməsinə dair danışdıqları tamamilə yalan olmuş, Şahin müəllimi və zərərçəkmiş şəxsin hüquqi varsini tanımamışdır. Qəhrəmanın öz iş yoldaşına qarşı bu kimi alçaq hərəkətindən şoka düşmüş, əsəbdən beyninə qansızmalar olmuş və səhhətində yaranmış problemlərlə bağlı işə gedə bilməmiş, Bakı şəhərində yerləşən hospital və özəl klinikalarda ozon, foton terapiyalar və s. kimi müalicələr almalı olmuşdur. Ondan sonra əsəbdən zob, "Reinke ödemi", təzyiq, astma və s. kimi xəstəliyə tutulmuşdur. Dekabr ayının ortalarında səhhətində az da olsa normallaşma olduqdan sonra Qəhrəmanla zəngləşməyə, hətta yaşadığı ünvana gedib pulun geri qaytarılmasını tələb etmişdir. Qəhrəman özü, hətta oğlu Emin və arvadı Xəzəngil ona bir neçə gün ərzində pulun qaytarılacağına söz versələr də, əməl etməmişlər. Bundan sonra, Qəhrəmanın iş yerində iş yoldaşlarının iştirakında ondan hər hansı pul almadığı barədə söhbətlər apardığını eşidərək və onun gələcəkdə aldığı pulu qaytarmaması üçün inkar edəcəyindən narahat olaraq Qəhrəmanın özünün notarial qaydada müqavilə bağlama təklifinə razı olaraq əlində hər hansı hüquqi sənədinin olması üçün iş yoldaşı Şahid6 11.000 manat borca pul alaraq xx xxxxxx 2017-ci il tarixdə Qəhrəmanla notariat kontoruna getmiş və aralarında borc müqaviləsi bağlamış, notariat kontorundan çıxdıqdan sonra həmin məbləği ondan alaraq Şahid6 qaytarmışdır. Bundan sonra, dəfələrlə iş yerində, həmçinin evinə getməklə Qəhrəmandan və ya ailə üzvlərindən pulunu tələb etsə də, əvvəlki qaydada ona yalan vədlər verildiyindən məcbur olaraq müxtəlib banklardan kredit götürməli, qiymətli əşyalarını girov qoymalı olmuş və çətinliklə bir il ərzində 12.000 manat pul əldə edərək, Şahid5 qaytarmış, hər ay banklara müxtəlif məbləğlərdə kreditlər ödəmək məcburiyyətində qalmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Bakı şəhəri, Yasamal rayonu ərazilərində fəaliyyət göstərdiyi müddətdə onlarla vətəndaşları eyni usulla aldadaraq vədlər verməklə müxtəlif məbləğdə pullarını ələ keçirmişdir. Onun dələduzluqları barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına, hüquq mühafizə orqanlarına müraciət etmiş və nəticədə bir il müddətinə vəkillik fəaliyyətinin dayandırılması barədə kollegiya tərəfindən qərar qəbul olunmuşdur. Sumqayıt şəhər və Yasamal rayon prokurorluğunda daxil olmuş çoxsaylı şikayətlər əsasında cinayət işlərinin başlandığı, hətta Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2., 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təqsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2016-cı ildə tanışı Şahid10 ilə birlikdə "xxxx" MMC-ni yaratmış, Zemfira həmin cəmiyyətin təsisçisi, o özü isə icraçı direktor, Zemfira Atılqanın əri X46 isə şəriki olmaqla yanaşı arvadı Zemfiranın adından şirkəti idarə etmişdir. Təqsirləndirilən şəxs isə təxminən 10 ildir ki, vəkil kimi tanımış və münasibətləri əvvəllər normal olmuşdur. 2017-ci ilin dekabr ayında Vergilər Nazirliyi tərəfindən "xxxx"MMC-nin 57000 (əlli yeddi min) manat vergi borcunun yaranması barədə akt tərtib olunmasından xəbərdar olduqda aktın tərtib olunduğu müddətdə fəaliyyət göstərmədikləri üçün həmin aktla razı olmamış və məhkəmə qaydasında mübahisələndirmək qərarına gəlmişlər. Bu işdə ona hüquqi yardım göstərməsi üçün əvvəllər tanıdığı Təqsirləndirilən şəxs müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq sonuncunun dəvəti ilə ünvan 25 ünvanda yerləşən hüquq ofisinə gedərək onunla orada görüşmüşdür. Görüş zamanı Qəhrəmana Vergilər Nazirliyi ilə aralarında olan mübahisəni danışıb iqtisad məhkəməsində şirkətin hüquqlarını müdafiə etmək üçün bu işdə yaxşı tanınmış vəkillə onu tanış etməsini xahiş etmişdir. Qəhrəman isə özünün iqtisadi mübahisələrin həllində çox yaxşı vəkil olduğunu və bu kimi işlərin öhtəsindən çox asanlıqla gələcəyini deyərək ondan Vergilər Nazirliyi tərəfindən təqdim edilmiş sənədləri istəmişdir. Bundan sonra başqa vəkil axtarmaq fikrindən daşınaraq qısa müddət içərisində onun istədiyi sənədləri toplayaraq fəaliyyət göstərdiyi ofisdə Qəhrəmana vermişdir. Qəhrəman sənədləri alıb baxdıqdan sonra Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş vergi borcunun əsassız olduğunu deyib 2000 (iki min) manat müqabilində şirkətin hüquqlarını müidafiə edərək mülki mübahisəni məhkəmədə qazanacağını çox arxayın formada danışaraq tezliklə həmin məbləğin ona çatdırılmasını, qısa zaman ərzində işə başlamaq istədiyini bildirmişdir. Onun bu cür əminliklə danışmasına inanaraq Qəhrəmanın istədiyi 2.000 (iki min) manat pulu əldə edərək 2018-ci ilin yanvar ayının əvvəllərində ünvan 25 ünvandakı hüquq ofisində Qəhrəmana vermişdir. Pulu aldıqdan sonra elə həmin vaxt Təqsirləndirilən şəxs şirkətin adından Bakı şəhər 1 saylı İqtisad məhkəməsinə tarixsiz iddia ərizəsi yazaraq ərizəni ona imzalatdırmış və bundan sonra şirkətin adından Qəhrəmana vəkalətnamə təqdim etmişdir. Qəhrəmanın bu işi mütləq onların xeyrinə həll edəcəyini əminliklə söyləməsini Atılqan Zemfira və onun əri Şahid1 danışmış və onlarda arxayın olub işin müsbət nəticəsini gözləməyə başlamışlar. Müəyyən müddət keçdikdən sonra tez-tez işin gedişatı ilə maraqlanmaq üçün Qəhrəmana zəng etmiş və sonuncu isə ərizənin qəbulunun prosedur qaydalarının uzun müddət çəkdiyini deyərək gözləməsini məsləhət bilmişdir. Onun inamlı danışıq və vədlərindən sonra Qəhrəmana heç nə deməmiş və doğrudan da bu kimi işlərin həllinin uzun müddət tələb etdiyini düşünmüşdür. Lakin 2018-ci ilin mart ayının əvvəllərində Vergilər Nazirliyindən şirkətə aid 1-ci kvartal üçün daxil olmuş yeni vergi aktında şirkətin 57,000 manat deyil həmin məbləğin iki qatı, yəni 116.000 manat vergi borcunun olduğunun göstərilməsinə dair aktın daxil olmasından təəccüblənərək bu barədə Qəhrəmana zəng edib məlumat vermiş və daxil olan yeni aktı da aparıb ona təqdim etmiş, ötürülmüş müddət ərzində hansı işlər görməsi ilə maraqlanmışdır. Qəhrəman akta baxdıqdan sonra vergi borcunun dəyişərək artdığını və buna görə də bu işlərin bir yerdə həll olunması üçün ona əlavə 2000 (iki min) manat ödəmək lazım olacağını demişdir. Bundan sonra o, şəriki Yakup Atılqanla görüşərək Qəhrəmanın dediklərini ona danışmış və Yakub da öz növbəsində vəkil Qəhrəmanın bu işi müsbət həll edəcəyinə inanaraq Qəhrəmanın ikinci dəfə hüquqi yardım adı ilə istədiyi 2000 (iki min) manat pulu Şahid1 ona vermiş və o da Qəhrəmana zəng edərək onunla görüşmək və istədiyi pulu ona çatdırmaq istədiyini demişdir. Qəhrəman Sumqayıt şəhərində olduğunu deyərək pulun çatdırılmasını istəmiş və o 2018-ci ilin mart ayının sonlarında Sumqayıt şəhəri, 18-ci mikrorayonla 17-ci mikrorayonu ayrıran Koroğlu küçəsinin sağ tərəfində 17-ci mikrorayon ərazisinə aid olan yerdə yerləşən “Ucuzluq" marketin qarşısında Qəhrəmanla görüşərək özümə məxsus "Mercedes Benz" markalı, **- HK-*** dövlət qcvdiyvat nişanlı avtomohilin içərisində dostu Teymurun iştirakında 2.000 manat pulu ona vermişdir. O, pulu aldıqdan sonra yenə əminliklə onu arxayın etmiş, bu kimi işlərin onun əlində heç nə olduğunu, yüzlərlə bu kimi işlər gördüyünü, bu işlərin onun üçün bir problem yaratmadığı, Vergilər Nazirliyinin təqdim eldiyi aktları ləğv etdirəcəyi və tezliklə şirkətin borcunun olmayacağnı demişdir. Bu kimi danışıqlardan təxminən 1 ay sonra Bakı şəhər 1 saylı İqtisad məhkəməsindən şirkətə dair işin 2 saylı tqlisad məhkəməsinə göndərilməsi ilə bağlı məktub alması səbəbindən Qəhrəmana zəng edərək məktubla bağlı məlumat vermiş və işin gedişatı ilə maraqlanmalı olmuşdur. Lakin onun işin gedişatından məlumatsız olması və Qəhrəmanın məhkəmələrə gəlmədiyini görərək özü vəkilsiz məhkəmələrdə iştirak elməyə başlamışdır. Məhkəmədən çıxıb ona zəng edib baş verənləri ona danışmaq istəsədə onunla əlaqə saxlaya bilməmişdir. Başqa vaxtlarda əlaqə yaradıb ona məlumat verdikdə bütün işlərdən guya məlumatlı olduğu, işlərin onun nəzarəti altında olduğunu deyərək onu aldadıb əmin etməkdə davam etmişdir. Sonradan onun ofisinə gedərək məhkəmələrdə iştirak etməməsi və məhkəmənin onların ziyanına qəbul etdiyi qərarla bağlı məlumat almaq istədikdə ofisə gələn tanımadığı şəxslərdən, eləcə də özünün iş yoldaşlarından Qəhrəmanın onları aldadıb xeyli miqdarda pullarını ələ keçirdiyini bilmişdir. Həmçinin həmin vaxtlarda ona Qəhrəmanın onlarla şəxslərə qarşı dələduzluq etməsi səbəbindən Sumqayıt şəhər Polis İdarəsi, Yasamal Rayon Polis İdarələrinə şikayətlərin daxil olmasını bilmiş və bu şəxsin vəkil deyil qulluq mövqeyindən istifadə edərək insanların pul vəsaitlərini ələ keçirən bir dələduz olmasına əmin olduqdan sonra özü də hüquq mühafizə orqanlarına şikayətlər etməli olmuş və Sumqayıt şəhər prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmış və o həmin işdə zərərçəkmiş şəxs qismində tanınmışdır. Qəhrəmanın dələduz hərəkətlərindən sonra Vergilər Nazirliyi tərəfindən barələrində cinayət işi açılaraq nəticə etibarilə fəaliyyətlərinə məhdudiyyətlər tətbiq edilsə də, sonradan işini mükəmməl yerinə yetirən başqa vəkil tutaraq onun sayəsində pozulmuş hüquqlarının bərpasına nail olmuşlar. İkinci dəfə Qəhrəmanın ondan almış olduğu 2.000 manat pulu şəriki Şahid1 özü qaytarmış və hazırda Təqsirləndirilən şəxs ondan alıb ələ keçirdiyi cəmi 4.000 manat pulun hər hansı bir hissəsini qaytarmamışdır. Zərərçəkmiş şəxs3 dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2014-cü il tarixdə ’’xxxx’’ASC-nin Abşeron rayonu ərazisində yerləşən filialından kreditlə götürmüş olduğu 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitinin manata olan nisbətdə məzənnəsinin sonradan qalxması səbəbindən ödəyə bilmədiyinə görə bank onun barəsində Şamaxı rayon məhkəməsi qarşısında iddia qaldırmış və məhkəmə çəkişmələri başlanmışdır. Götürdüyü kreditə görə ailə üzvləri ilə birgə yaşadığı Şamaxı şəhəri, Bakı küçəsi 72 ünvanındakı evini əri Ramin Dəmirov banka girov qoymuş və həmin yaşayış sahəsinin satılacağından narahat olaraq məhkəmə çəkişmələrində iştirak etməsi və hüquqi yardım göstərməsi üçün vəkil tutmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs adlı vəkilin əvvəllər anası Mehparə Abdullayevanın mülki məhkəmə işindən tanıdığından bu işin də onun tərəfindən aparılması qərarına gələrək onunla telefon əlaqəsi yaratmış, bankla aralarında olan məsələni ona danışmış, məhkəmədən onun ünvanına bildiriş daxil olduğu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs mövcud problemlərin həllinə başlamaq üçün ilk növbədə ona 500 manat pul verilməsini təklif etmiş və o, qeyd olunan məbləğdə pulu 2017-ci ilin mart ayında ağ kağıza büküb taksi fəaliyyəti ilə məşğul olan qohumu Şahid4 vasitəsilə Təqsirləndirilən şəxs göndərmiş və sonuncu həmin məbləği Sumqayıt şəhərində Ələkbərlə görüşərək almışdır. Anası Mehbarənin mülki işi ilə bağlı Təqsirləndirilən şəxs Şamaxı rayonuna gəlib gedərkən onun Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, ev 76/42 ünvanda yerləşən “Az-Lex" hüquq firmasının ofisində işlədiyini öyrənmiş və həmin ərəfədə bir neçə dəfə Qəhrəmanla iş mövzusunda söhbət etmiş və sonuncu bankla aralarında bağlanmış müqavilə, digər sənədlər o cümlədən onunla əri tərəfindən vəkilin adına etibarnamə tərtib etdirib ona göndərilməsini təklif etmişdir. Təqsirləndirilən şəxs təklifi ilə xx xxxxx 2017-ci il tarixdə Şamaxı rayon notariat kontorunda Təqsirləndirilən şəxs adına etibarnamə yazdırmış və deyilən sənədləri toplayıb hazırlamışdır. 2017-ci ilin aprel ayının sonlarında Qəhərman Pirməmmədov özü onun və ailə üzvlərinin yaşadığı Şamaxı şəhəri, ünvan 26 ünvanına gələrək onunla və əri Raminlə görüşmüş və sonuncu bankla aralarında bağlanmış müqavilə, onun adına alınmış iki ədəd etibarnamə və digər sənədləri əlbəəl Qəhrəmana vermişdir. Təqsirləndirilən şəxs vəd verdiyi işləri yerinə yetirəcəyi və məhkəmədə onların xeyrinə qərar qəbul olunmasına nail olacağını deyərək getmiş və 2017-ci ilin may ayında zəng edərək banka olan borcun məvacib kartına yönləndirilməklə borcun aylıq maaşından çıxarılmasını həll edəcəyini və bunun üçün banka müəyyən məbləğdə ödəniş etmək lazım olduğunu tapşırmışdır. Banka olan borclarını birdəfəlik ödəmək iktidarında olmadığına görə Qəhrəmanın etdiyi təklif onu və ailə üzvlərini qane etmiş və hissə-hissə, yəni 2017-ci ilin may ayında 1400 (bir min dörd yüz) manat, 2017-ci ilin avqust ayında 900 (doqquz yüz) manat və 2017-ci ilin dekabr ayında 800 (səkkiz yüz) manat olmaqla Qəhrəmana çatdırılması üçün kağıza bükülmüş vəziyyətdə taksi fəaliyyəti ilə məşğul olan uzaq qohumu Şahid4 vasitəsilə göndərmiş və sonuncu hər bir bağlamanı ona çatdırdığı barədə ona məlumat vermiş, həmçinin Qəhrəman özü də göndərilənləri alması barədə ona zəng edərək məlumat vermişdir. 2018-ci ilin aprel ayına qədər davam etmiş məhkəmə proseslərində Qəhrəman proseslərə gələrək iştirak etsə də, həmin ilin may ayından ümumiyyətlə məhkəmə proseslərinə gəlməməyə başlamış və bundan sonra o, özü təkbaşına məhkəmə baxışlarında iştirak etmək məcburiyyətində olmuşdur. Proseslərin hər dəfəsində məhkəməyə özü getməli olmuşdur. Hər prosesdən əvvəl və sonra ona zəng edərək gəlməməsinin səbəbini soruşduqda xəstə olması, şəhərdən kənarda olması və buna oxşar bəhanələr gətirmişdir. 2018-ci ilin avqust ayında məhkəmə onun evinin hərraca çıxarılmasına dair qərar qəbul etdikdə məhkəmədə iştirak edən bank əməkdaşından ona məlum olmuşdur ki, bu müddət ərzində onun kredit borcundan bank hesabına hər hansı məbləğdə pul ödənilməmişdir. Təqsirləndirilən şəxs banka ödəyəcəyi adı ilə ondan istədiyi və taksi sürücüsü Şahid4 vasitəsilə hissələrlə göndərmiş olduğu 3100 manat pulların nə üçün ödəməməsi barədə ona zəng edib səbəbini soruşduqda həmin pulların geri qaytarılmasına söz versə də, buna əməl etmədiyindən hüquq mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalmışdır. Araşdırma müddətində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun kimi daha bir neçə şəxsləri eyni üsulla aldadaraq xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirmiş və qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “xxxx” MMC-də usta köməkçisi işləyir və həmin cəmiyyətdə işləyən Zərərçəkmiş şəxs1 2016-cı ildən tanıyır, iş yoldaşı olaraq onun özünün danışmasına görə problemlərindən xəbərdar olmuşdur. Zərərçəkmiş şəxs1la işdə olarkən Səbail rayonundakı evinə məcburi köçkün daxil olduğunu və həmin ailənin çıxarılması üçün vəkil tutaraq məhkəmələrə müraciət etməli olduğunu bildirmişdir. Hətta xx xxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1la birlikdə ona məxsus 90-396 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili ilə sonradan adı məlum olan Qəhrəman adlı vəkilin işlədiyi ünvan 25 ünvanında yerləşən hüquq ofisinə getmiş, Zərərçəkmiş şəxs1 onun yanında və ofisdə çalışan Arzu adlı şəxsin iştirakında Qəhrəmana 800 manat pul sayıb verdiyinin şahidi olmuşdur. Həmin vaxt Qəhrəman adlı vəkil Ramiz müəllimin Rima adlı işçisinin köməyi ilə bu işləri başa çatdıracağını, pulu aparıb ona verəcəyini, heç nədən narahat olmamağını demişdir. 2018ci ilin sentyabr oktyabr aylarında iş yerində Cümşüd ilə görüşərkən Qəhrəman adlı vəkil tərəfindən ümumilikdə 6.500 manat pulunun aldadılaraq alındığını, vəd etdiyi heç bir işə əməl etmədiyindən və Qəhrəmandan hüquq mühafizə orqanlarına şikayət etməsindən danışmışdır. O, Cümşüd tərəfindən Qəhrəman adlı vəkilə yalnız 800 manat pul verilməsinin şahidi olmuş və başqa iş yoldaşları olan Tofiq Bağırov adlı yaşlı kişinin iştirakında isə Cümşüdün Qəhrəmana 2000 manat verdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı səhəri, Xətai rayonu, Babək prospekti, ev 64, mənzil 22V-də ailə üzvləri ilə birlikdə yaşayır. 2008-ci ildən Azərbaycan Respublikasında yaşamağa başlamış və bir il sonra Şahid10 ilə rəsmi nikah bağlayaraq ailə qurmuş və həmin nigahdan iki övladları dünyaya gəlmişdir. 2016-cı ildə həyat yoldaşı Zemfiranın təsisçisi olduğu, şəriki Zərərçəkmiş şəxs5 isə direktoru olduğu "xxxx” MMC-ni yaratmış və Rafiq İbrahimov həmin şirkətdə onunla şərik işləməyə başlamışdır. 2017-ci ilin dekabr ayında işlərinin dayandırılmış olmasına baxmayaraq Vergilər Nazirliyi tərəfindən "xxxx" MMC-nə 57,000 (əlli yeddi min) manat vergi borcu yazılmış və bu barədə akt tərtib olunmuşdur. O, özü və şəriki Rafik vergi borcunun əsassız olduğunu bildiklərindən bu barədə qanuni yollarla məhkəməyə müraciət etmək qərarına gəlmiş və məhkəmədə onları təmsil edə biləcək vəkil aramışlar. Şəriki Rafik onun Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və həmin işlə bağlı ona müraciət edə biləcəyini demiş və oda etiraz etməmişdir. Müəyyən vaxt sonra Rafık ona Təqsirləndirilən şəxsla görüşdüyü, onunla bu barədə məsləhət etdiyini, Təqsirləndirilən şəxs vergi borcunun əsassız olduğunu və məhkəmə yolu ilə həllini üzərinə götürdüyü və həmin iş üçün 2018-ci ilin yanvar ayının əvvəllərində Qəhrəman adlı vəkilin Yasamal rayon ərazisindəki ofisində ona 2.000 manat pul verdiyi barədə məlumat vermişdir. Lakin 2018-ci ilin mart ayının əvvəllərində Vergilər Nazirliyindən daxil olmuş yeni vergi aktında şirkətin 57,000 manat deyil, 116.000 manat vergi borcu olduğu göstərildiyindən təəccüblənmiş və Qəhrəmanın hər hansı iş görmədiyi və verginin iki qat artmasından narahatçılıq keçirmişlər. Zərərçəkmiş şəxs5 Qəhrəman adlı vəkillə təkrar görüşmüş və daxil olmuş ikinci vergi aktını ona göstərmiş, Təqsirləndirilən şəxs adlı vəkil isə həmin akta görə də məhkəmə işləri üçün əlavə 2.000 manat pul verilməsinin lazım olacağını, məhkəmədə onların xeyrinə qərar qəbul olunmsını həll edəcəyinə söz vermişdir. Qəhrəmanın özünü görməsə də, verdiyi vədlərə inanıb bu dəfə 2.000 manat pulu 2017-ci ilin mart ayının sonlarında o, öz hesabından şəriki Zərərçəkmiş şəxs5 vermiş və vəkilə çatdırmasını xahiş etmişdir. Rafik isə həmin pulu Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən "Ucuzluq” marketin qarşısında özünə məxsus "Mersedes Benz" markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Teymur adlı tanışının iştirakında Qəhrəmana vermişdir. Təxminən bir ay sonra Bakı şəhər 1 saylı İqtisad məhkəməsindən şirkətə dair işin 2 saylı itqtisad məhkəməsinə göndərilməsi ilə bağlı məktub aldıqda Qəhrəmanın yalnız məhkəməyə məktub göndərdiyi və işin gedişatı ilə maraqlanmadığı, məhkəmədə iştirak etmədiyi məlum olmuşdur. Qəhrəman adlı vəkillə hər hansı əlaqə yaratmaqda çətinlik çəkmiş və Rafikdən xahiş etmişdir ki, onunla görüşüb hansı işlər gördüyü və işin nəticəsi barədə məlumat alsın. Həmin ərəfələrdə məlum olmuşdur ki, Qəhrəmanın onlarla şəxslərə qarşı dələduzluq etməsi səbəbindən Sumqayıt şəhər Polis İdarəsi, Yasamal Rayon Polis İdarələrinə şikayətlər daxil olmuş, həmçinin Vəkillər Kollegiyasına daxil olmuş şikayətlərə görə onun vəkillik fəaliyyəti bir il müddətinə dayandırılmışdır. Onlarla görüşdən qaçdığından və onun vəkil deyil dələduz birisi olmasına əmin olub bu barədə hüquq mühafizə orqanına şikayət etməli olmuş və şəriki Rafik isə Qəhrəmana verilməsi üçün onun verdiyi 2000 manat pulu özünə qaytarmış və bu vaxtadək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 qaytarmalı olan pulun hər hansı bir hissəsini qaytarmamış və buna cəhd göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin dekabr ayında Vergilər Nazirliyi tərəfindən onun təsisçisi olduğu və əri Şahid1la icraçı direktor Zərərçəkmiş şəxs5 şərikli olaraq işlətdikləri "xxxx” MMC-yə Vergilər Nazirliyi tərəfindən əsassız tətbiq olunmuş 57000 manat vergi borcunun məhkəmə qaydasında həll etmək məqsədilə Zərərçəkmiş şəxs5 tanıdığı Təqsirləndirilən şəxs müraciət etmiş və sonuncu bu məsələnin onun üçün asan bir iş olduğunu deməklə 2000 manat müqabilində həll edəcəyinə söz vermiş və həmin məbləği Zərərçəkmiş şəxs5 alaraq işin qısa zaman içərisində müsbət həll olunacağına inandırmışdır. Lakin 2018-ci ilin mart ayında Vergilər Nazirliyindən əlavə daxil olmuş vergi aktından şirkətin borcunun 57000 manat deyil 116000 manat göstərilməsi onları dahada təccübləndirmiş və Zərərçəkmiş şəxs5 ikinci dəfə Qəhrəman adlı vəkilə müraciət etmiş və sonuncu bu dəfədə onu arxayın edərək əlavə 2000 manat pul istəmiş və bu məsələləri birdəfəlik həll edəcəyinə vəd vermişdir. Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs adlı vəkilin istədiyi əlavə 2000 manat pulu ona versə də, sonradan onlara məlum olmuşdur ki, Qəhrəman adlı vəkil ümumiyyətlə onların işi ilə bağlı məhkəməyə müraciət etməmiş, heç bir məhkəmədə iştirak etməmiş, ümumilikdə 4.000 manat pullarını ələ keçirərək onlara qarşı dələduzluq etmişdir. Şahid6 İldir oğlu məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 İldir oğlunun məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2004-cü ildən vəkillik fəaliyyəti ilə məşğul olmuş və 2019-cu ilin sentyabr ayından isə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun müdiri vəzifəsinə təyin olunmuşdur. Zərərçəkmiş şəxs2 onun müdiri olduğu Vəkil Bürosunun vəkilidir və Təqsirləndirilən şəxs isə Vəkil Bürosunun vəkili olmuşdur. Təqsirləndirilən şəxs onun müdir təyin olunduğu vaxtdan bir ay əvvəl Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 177.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2019-cu ilin təxminən noyabr ayında müdiri olduğu vəkil bürosunda Könül xanım və digər işçilərdən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vəkil kimi işə çıxdığı işdə Könül xanımın müştərisindən sonuncunun vasitəsilə 12.000 manat pul almış və Apelyasiya məhkəməsinə zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətini onunla danışıb həll edəcəyinə söz vermiş, hətta vəkil Zərərçəkmiş şəxs2 iştirakından imtina etdirib Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə məhkum olunmuş Vüsal Rəhimov adlı məhkumun işi ilə əlaqədar Şahid5 adlı anasından Könül xanımın vasitəsilə 12.000 manat pul almışdır. Şahid5 adlı qadın vəkil bürosuna gələrək Könül xanımdan ona verdiyi pulun qaytarılmasını tələb etdikdə müdir olaraq Könül xanımı çağırıb bu işlə maraqlandıqda Qəhrəmanın tərəfindən aldadaraq həmin pulun ələ keçirildiyini bir daha onun özündən eşitmişdir. Təqsirləndirilən şəxs məhkum olunmazdan əvvəldə onu dəvət edib bu məsələni həll etməsini tapşırmış və sonradan Könül xanımdan məlum olmuşdur ki, Qəhrəmanın pul qaytarmaq niyyəti olmamışdır. Hətta xx xxxxxx 2017-ci il tarixdə Könül xanımın xahişi ilə onun borca istədiyi 12000 manat puldan xx xxxxxx 2017-ci il tarixdə 11000 manatlıq əksər hissəsini əldə edib ona vermiş və bir neçə saat sonra həmin məbləği özünə qaytarmışdır. Könül xanım pulu alarkən Qəhrəmanın ondan aldığı 12000 manat pulu almasını gələcəkdə inkar edə biləcəyindən narahat olaraq borc müqaviləsi bağlamaq niyyətində olduğunu və bu məqsədlə ona bir neçə saatlığa bu müqaviləni tərtib edənədək pul lazım olduğunu demişdir. İş yoldaşı olaraq Könül xanıma köməklik etmək məqsədilə ona 11000 manat pul vermiş və Könül xanış aldığı pulu ona qaytararkən Qəhrəmanla bağlamış olduqları kredit müqaviləsini də ona göstərmişdir. Həmin müddət Zərərçəkmiş şəxs2 ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan aldığı pulları qaytarmaq niyyətinin olmaması səbəbindən onun barəsində Vəkillər Kollegiyasına şikayət etmişdir. Vəkillər Kollegiyasında İntizam Komissiyasının üzvü olduğundan Təqsirləndirilən şəxs haqqında daxil olmuş şikayətlərin araşdırılmasında iştirak etməli olmuş və məlum olmuşdur ki, Qəhrəman işlərində intizam pozuntusuna yol vermişdir. Hətta sonradan məlum olmuşdur ki, onun barəsində toplanmış materiallar Rəyasət heyəti tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğu Yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinə göndərilmiş, bir il müddətinə vəkillik fəaliyyəti dayandırılmışdır. 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsində həbs olunduğu, hətta həmin müddətdə onun barəsində Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də cinayət işinin istintaqının da aparıldığı ona məlum olmuşdur. Şahid4 məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Şamaxı şəhərində yaşayan Zərərçəkmiş şəxs3 və onun ailə üzvlərinin yaşadıqları məhəllədə yaşayır, onunla uzaq qohumluq münasibətləri vardır. Özü “Mercedes” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur və adətən Şamaxı-Bakı marşrut xətti üzrə işləyir. Bakı şəhərində bir çox qohum əqraba yaşadığından yaşadığı ərazidə lazım olduğu halda sakinlər ona qohumlarına çatdırması üçün əşya, sənəd və bağlama verir və o da lazım olan şəxsə çatdırır. Zərərçəkmiş şəxs3 2017-ci ilin mart ayından başlayaraq həmin ilin dekabr ayı daxil olmaqla bu müddət ərzində ona Şamaxı şəhərindən bir neçə dəfə polimer faylın daxilində ağ kağıza bükülmüş bükülünü və açıq halda sənədləri və Qəhrəman adlı şəxsə məxsus mobil nömrəsini verərək Bakı və ya Sumqayıt şəhərində həmin şəxslə görüşüb ona çatdırılmasını xahiş etmişdir. Sonradan görüşərkən tanıdığı və gözünün birində çəplik olan, təxminən 60 yaşında olan Qəhrəman adlı şəxsə məxsus hazırda xatırlamadığı mobil nömrəyə zəng edərək ona sənəd və bağlama göndərildiyini demiş və həmin şəxs olduğu yeri dedikdən sonra sənəd və bağlamanı ona çatdırmışdır. İki-üç dəfə Qəhrəman adlı vəkil olduğunu sonradan bildiyi şəxslə onun özünün dəvəti ilə Sumqayıt və bir dəfə isə Bakı şəhəri, Səbail rayonu ərazisində görüşüb bağlama və sənədləri ona çatdırmışdır. Hər dəfə bağlamanı aldıqda Qəhrəman adlı şəxs ona 10 manat, bir dəfə isə Aytən xanım özü 5 manat pul vermişdir. Qəhrəman adlı vəkillə birinci dəfə Sumqayıt şəhəri, Koroğlu prospekti, 12-ci mikroyaron “Səməd-market"in qarşısında, ikinci dəfə ardıcıl olaraq iki dəfə Sumqayıt şəhəri, ünvan 20 ünvanda yerləşən “Sumqayıt Avtovağzalı”nın qarşısında, 3-cü dəfə isə Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi 76/42 ünvanında yerləşən hüquq ofisinin dəhlizində görüşmüşdür. Onunla ilk görüşü 2017-ci ilin mart, sonrakı görüşləri isə may, avqust və dekabr aylarında olmuşdur. Sonradan Aytən xanım ona zəng edərək danışarkən Qəhrəman adlı vəkilin onları aldadtdığını və banka ödəmək üçün göndərdikləri pulları banka ödəmədən ələ keçirdiyini danışmışdır. Aytən xanım sonuncu dəfə onunla danışanadək göndərdiyi bağlamada pulların olduğunu bilməmiş və Qəhrəmanın onlara nə kimi vəd verib hansı işlər görəcəyini deməklə aldatmasından məlumatsız olmuşdur. Şahid7 məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2016-cı ildə həyat yoldaşı vəfat etdikdən sonra qayınları Asif Xudiyev və Sadiq Xudiyev mərhum həyat yoldaşının adına olan 0,10 ha torpaq sahəsi və avtomobili öz adlarına qanunsuz sənədləşdirdikləri üçün bu kimi qanunsuzluqların aradan qaldırılması və əmlakın geri alınması məqsədilə məhkəməyə müraciət etmək məqsədilə vəkil axtarmalı olmuşdur. Əvvəllər nümayəndə kimi tanıdığı Zərərçəkmiş şəxs6 adlı şəxsin məsləhət və hüquqi yardımlarından istifadə etdiyi üçün ona müraciət etsə də, Zərərçəkmiş şəxs6 yeni qanunvericiliyə əsasən nümayəndəlik fəaliyyəti göstərə bilmədiyini, məhkəmələrdə onu təmsil edə bilməyəcəyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs6 ünvan 25 ünvanda onunla eyni ofisdə Vəkillər Kollegiyasının üzvü olan Təqsirləndirilən şəxs adlı vəkilin fəaliyyət göstərdiyini, bu işlə bağlı ona müraciət etməyin mümkün olduğunu demişdir. Arzunun məsləhəti ilə onun özünün demiş olduğu ünvana gedərək hüquq ofisində Arzu ilə bir daha həmin problemlərini danışıb müzakirə edərkən sonradan tanıdığı Qəhrəmn Pirməmmədov onların söhbətlərinə müdaxilə etmiş və onun məhkəmə problemlərini həll edə biləcəyini bildirmişdir. Arzunun özünün məsləhəti ilə də Qəhrəmana müraciət etmək niyyətlərinin olmasından o, mövcud problemlərini danışaraq Qəhrəmanı məlumatlandırmış və sonuncu bu məsələnin Abşeron rayonunda tanıdığı hakimə 6.000 manat pul verməklə həll edilməsinin mümkün ola biləcəyini və nəticəsinə cavabdeh olduğunu söyləmişdir. O isə tanıdığı Arzuya müraciət edərək Qəhrəmanı tanımadığını, pulu verdikdən sonra vəd verilən işin baş tutmaması halında pulunu ondan alacağını deməklə şəri qoymuşdur. Pulun verilməsinə razı olduqdan bir gün sonra deyilən məbləği özü ilə ofisə gəlirərək Qəhrəmanın iştirakında Zərərçəkmiş şəxs6 vermiş və oda öz növbəsində pulu Qəhrəmana vermişdir. Həmin gün, yəni xx xxxx 2018-ci il larixdə Qəhrəman onun adına order yazdıraraq bir surəlini ona təqdim etmiş və hakimlə danışdıqdan sonra məhkəmə proseslərində heç bir problemin olmayacağını demişdir. Pulu aldıqdan sonra Qəhrəman cəmi bir dəfə ilk proseslərdən birində iştirak etsə də, sonradan yoxa çıxmış və davamlı olaraq heç bir məhkəmə proseslərinə gəlməmişdir. Dəfələrlə ona zəng edib axtarsa da, şəxsən Arzu özüdə onunla əlaqə yaratmağa çalışsa da zənglərə cavab verməmiş və onunla görüşməkdən yayınmışdır. Sonradan ona məlum olmuşdur ki, Qəhrəman Zərərçəkmiş şəxs6 özünü, digər iş yoldaşı Zərərçəkmiş şəxs9 və başqa onlarla şəxsin də pullarını alaraq eyni qaydada aldatmışdır. Bütün bunları bildikdən sonra Arzudan pullarını tələb etmiş və sonuncu əvvəlcədən əldə etdikləri razılığa əməl edərək onun 6.000 manat pulunu öz hesabından ödəmiş və Qəhrəmanı tapıb həmin məbləği ondan alacağını demişdir. Şahid7 həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 qarşı hər hansı tələbi, iddiası, şikayəti yoxdur. Şahid5 məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, oğlu X25 xx.xx.2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AR CM-nin 120.2.1 və 120.2.5 maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmənin oğluna ağır cəza verməsinə və cəzanın azaldılması məqsədilə hökmdən şikayət etmiş və Sumqayıt Apellyasiya məhkəməsində işə yenidən baxılmalı olmuşdur. Məhkəmə prosesində oğlunun hüquqları Sumqayıt şəhər Hüquq Bürosunun vəkili Zərərçəkmiş şəxs2 tərəfindən müdafiə olunmuşdur. Verilmiş Apellyasiya şikayəti nəticəsində məhkəməsinin qərarı ilə oğlu Vüsalın cəzası 10 il müddətinə, həmçinin oğlu ilə bir qrup halında cinayət törətdiyi iddia edilən Fuad Nurməmmədov adlı şəxsin cəzası isə 4 ilə endirilmişdir. Məhkəmənin qərarından sonra iş üzrə ölmüş şəxs Rahib Xalfayevin arvadı Xalfayeva Sona və qızı dəfələrlə onlara zəng edərək oğlu Vüsal Rəhimov və digər iştirakçı Fuad Nurməmmədova az cəza verilməsindən narazılıq etməsi və onun cəzasının artırılması üçün şikayət edəcəklərini bildirməsindən narahat olaraq 2017-ci ilin sentyabr ayında oğlunun vəkili Könül xanımla görüşüb məsləhətləşmək qərarına gəlmişdir. Könül xanım ona Qəhrəman adlı vəkil iş yoldaşının cinayət işi üzrə ölmüş zərərçəkmiş şəxsi, onun evini, həyat yoldaşı Sona Xalfayevanı tanıdığını, onların evinə gedib bu barədə söhbət edə biləcəyi və verilmiş şikayətin geri götürülməsi və gələcəkdə yarana biləcək şikayətlərin qarşısının alınmasında köməklik təklif etməsindən danışmışdır. Onun bu işdə kömək edə biləcəyinə etiraz etməyərək gedib danışmasını və nəticəsini onlara bildirməsinə razı olmuşdur. Bir neçə gün sonra isə Könül xanım onu ofisə dəvət edib Qəhrəmanın deməsinə görə Sona xanımla danışdığını vermiş olduğu kassasiya şikayətinin geri götürülməsi üçün 11000 və bu işin özü tərəfindən vəkil olaraq iştirak edib həll edilməsi üçün 1000 manat, ümumilikdə 12.000 manat pul lazım olacağını bildirmişdir. Qəhrəmanın deməsinə görə Sona xanımın onun bu işdə iştirak edən vəkil Könül xanımdan imtina edib özünün iştirak etməsi təklifini qəbul etmək məcburiyyətində qalaraq Könül xanımdan imtina etməli və Qəhrəmanın təklif etdiyi vəkil haqqı 1000 manat və zərərçəkmiş şəxsin hüquqi varisinə ödənmək adı ilə tələb etdiyi 11000 manatı ödəməyə razı olmuşdur. xx xxxxxxxx 2017-ci il tarixində Sumqayıt şəhər hüquq bürosuna gələrək Könül xanımla görüşərək ona deyilən 1000 manat pulu gətirdiyini bildirmiş və sonuncu həmin vaxt Könül xanım yaxınlıqdakı masada oturmuş, adının Qəhrəman olduğunu dediyi vəkili göstərib işin onun tərəfindən həll olunacağını deyərək onun masa üzərinə qoyduğu 1000 manat pulu qəbul edərək Qəhrəman adlı şəxsə vermişdir. Könül xanım Qəhrəmanla müqavilə bağlamaq lazım olduğunu dedikdən sonra onun təqdim etdiyi, müqavilə olduğunu etimal etdiyi sənədə imza elməli və sonra büronu tərk etməli olmuşdur. Ona deyilən 11000 manat pulu əldə etmək üçün çalışmış və iki gün ərzində həmin məbləği əldə edərək xx xxxxxxxx 20217-ci il tarixdə saat təxminən 17:00 radələrində təkrar Könül xanımın işlədiyi, sonradan ünvanını dəqiqləşdirdiyi Sumqayıt şəhəri, H.Əliyev prospekti, 20-ci məhəllə 20/29 ünvanda yerləşən Sumqayıt şəhər hüquq bürosuna gələrək onunla görüşmüş, gətirdiyi həmin məbləğin Qəhrəmana çatdırılması üçün məsləhətxananın daxilində ikinci bir şəxsin iştirakı olmadan Könül xanıma veib getmişdir. Sonrakı günlərdə Könül xanımla əlaqə yaradaraq işin gedişatı ilə maraqlandıqda pulun Qəhrəmana çatdırıldığı və onun bu işlə məşğul olduğunu eşitmişdir. Məhkəmənin təyin oldunduğu xx xxxxxx 2017-ci il tarixinədək və sonra bir daha Könül xanımla zəngləşib işin gedişatı ilə maraqlandıqda Sona xanım və digərlərinin məhkəməyə gəlmədikləri və apellyasiyanın qərarının ləğv olunduğunu, Qəhrəman onu aldatdığını, Sona xanımın şikayət etmədiyini və ümumiyyətlə hər hansı iddia və tələbdə olmadığını, bütün bu variantların Qəhrəman tərəfindən düşünüldüyünü və nəticədə 12000 manat pulu ələ keçirdiyini bildirmişdir. Bütün bunları bildikdən sonra o, iki dəfəyə 12000 manat pulu Könül xanıma verdiyindən pulunun geri qaytarılmasını da ondan tələb etmiş və müəyyən müddət ərzində Könül xanım onun pullarını özünə qaytarmışdır. Onun Könül xanıma qarşı heç bir iddia və tələbi yoxdur. Qəhrəman isə öz iş yoldaşına (Könül xanıma) qarşı bu cür hərəkətləri dələduzluq və vicdansızlıqdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Nigar onun iki övladından biridir. X47 Federasiyasında yaşayır, həyat yoldaşı 2010-cu ildən dünyasını dəyişmiş, özü heç bir yerdə işləmir, təqaüd hesabına dolanır. 2017-ci ilin iyun ayında qızı Zərərçəkmiş şəxs4 oğurluq cinayəti törətməkdə ittiham olunaraq Qaradağ RPİ-nin İŞ-də barəsində cinayət işi başlanmış və həmin ilin dekabr ayının sonunda onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Qaradağ rayon məhkəməsinə aparılsa da, məhkəmə Nigarın barəsində həbs seçməkdən imtina etmişdir. Həmin tarixlərdə Qaradağ rayon polis idarəsində qızına qarşı fiziki zor tətbiq olunaraq sənədlərə imza etdirilməsindən sonra cinayət işinin qərəzli aparıldığını görərək qızı vəkil tutmaq qərarına gəlmişdir. 2017-ci ilin dekabr ayında qızı Nigar Bakı şəhəri, Yasamal rayonu ərazisində hüquq fəaliyyəti göstərən Təqsirləndirilən şəxs adlı vəkillə görüşüb razılaşdığını və sonuncunun 800 manat pul istədiyi barədə ona məlumat verdikdə onun yenidən həbs oluna biləcəyindən ehtiyat edərək deyilən məbləği toplayıb qızına vermiş və sonuncu da həmin pulu Qəhrəmana çatdırmışdır. Aradan bir neçə gün keçmiş, yəni 2018-ci ilin yanvar ayının ilk günlərində Qəhrəman Nərgizə zəng edərək Qaradağ rayon prokurorunun məhkəmənin onu azad etdiyinə dair qərardan protest verildiyi üçün məhkəməyə 800 manat pul vermək lazım olduğunu demişdir. X41 dediklərinə vəkil olaraq inanıb bu barədə ona da məlumat vermiş və qızının məhkəmədə həbs olunmasından qorxduğunu görüb bacısı Validə Fərmanovadan borc istəmişdir. V.Fərmanova isə “Beynəlxalq Bankdan" 1000 manat kreditə pul götürərək onlara vermişdir. Həmin pulun 800 manatlıq hissəsini qızı Nigarla birlikdə Sumqayıt şəhərinə apararaq ünvan 20 ünvanında yerləşən “Sumqayıt Avtovağzalı"nın qarşısında Təqsirləndirilən şəxs ilə görüşüb ona vermişlər. Bundan bir neçə gün sonra Qəhrəman qızına zəng edərək guya Apellyasiya məhkəməsində prosesin baş tutduğunu və Qaradağ rayon məhkəməsinin qərarının qüvvədə saxlanmasının təmin edildiyini demişdir. 2018-ci ilin yanvar ayının sonlarında Qəhrəman yenə qızı Nigara zəng edərək Qaradağ RPİ-nin İŞ-nin müstəntiqinin onun barəsində istintaq edilən cinayət işinə qərəzli yanaşdığını deyərək cinayət işini oradan götürüb başqa istintaq orqanının icraatına verdirmək istədiyini və bu işin DİN-də işləyən yaxın tanışının vasitəsilə 3000 (üç min) manat pul müqabilində həll edə biləcəyini demişdir. Qızı Qəhrəmanla danışdıqdan sonra həyəcan və qorxu keçirdiyindən və onun dediyi məbləği əldə edə bilməyəcəklərini bildirərək daha da qorxduğunu görüb təkrar bacısı Validə Fərmanovaya müraciət edərək sonuncunun kreditlə götürdüyü 1200 manat pulu qızı Nigara vermiş və bu dəfə də 2018-ci ilin yanvar ayının sonlarında Qəhrəmanın dəvəti ilə Sumqayıt şəhərinə gedərək Sumqayıt şəhəri, ünvan 20 ünvanında yerləşən “Sumqayıt Avtovağzalı"nın qarşısında Qəhrəmanla görüşmüş, qızı həmin məbləği ona vermişdir. Pulu aldıqdan sonra Qəhrəman cinayət işinə xitam verdirəcəyini deyərək əminliklə onu arxayın etmişdir. 2018-ci ilin fevral ayının əvvəllərində Qəhrəman təkrar onun qızına zəng edərək təcili onun işlədiyi ofisə gəlməsini bildirmiş və o, həmin vaxt qızı ilə birlikdə tələsik ünvan 25 saylı ünvanda yerləşən hüquqi xidmətlər ofisinə yollanmışlar. Orada Qəhrəman qızma müraciət edərək cinayət işinin artıq DİN-dən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildiyini və Baş Prokurorluqda işləyən tanışına 2000 (iki min) manat pul verildiyi halda bu işin birdəfəlik xitam edilməsinin mümkün olduğunu demişdir. Onlar hər ikisi deyilənlərə etirazını bildirmiş və artıq maddi imkanlarının olmadığını demişlər. Lakin. Qəhrəmanın cinayət işinə birdəfəlik xitam verilməsi ilə onları arxayın etməsindən sonra 1000 mnat pul əldə edə biləcəklərinə söz verərək evə qayıtmış və RF-da yaşayan oğlu X12 məxsus həyat yoldaşı X21 adında olan BMV markalı 10SM493 qeydiyyat nömrə nişanlı minik avtomobilini sataraq 1000 (bir min) manat əldə etmiş və pulu 2018-ci ilin fevral ayının əvvəllərində yenidən qızı ilə birlikdə ünvan 25 saylı ünvanda yerləşən hüquqi xidmətlər ofisinə gedərək orada həmin məbləği Qəhrəmana vermişlər. 2018-ci ilin mart ayının ortalarında qızı Nigar Yasamal RPİ-nin İstintaq şöbəsinə dəvət olunarkən məlum olmuşdur ki, Qaradağ RPİ-nin İŞ-də istintaq edilmiş ********* nömrəli cinayət işi Yasamal RPİ-nin İŞ-də qızının barəsində olan cinayəti şinə birləşdirilməsi üçün göndərilmişdir. Bundan sonra qızı Qaradağ rayon məhkəməsinə gedərkən orada məlum olmuşdur ki, cinayət işi üzrə heç bir apellyasiya şikayəti verilməmiş, cinayət işinə xitam verilməmiş, Qəhrəmanın dedikləri tamamilə yalan olmuşdur. Bundan sonra aldadıldıqlarını başa düşərərk qızı ilə onun ofisinə getmiş və aldığı pulların qaytarılmasını tələb etmişlər. Təqsirləndirilən şəxs pulun qaytarılmasına söz versədə yenidən onları aldatmış və qaçıb gizlənmişdir. Sonradan onlara məlum olmuşdur ki, Qəhrəman onun qızı kimi daha onlarla vətəndaşlara hüquqi yardım göstərəcəyi adı ilə aldadıb xeyli miqdarda pullarınlı alıb ələ keçirmişdir. Bunları biləndən sonra qızı Zərərçəkmiş şəxs4 hüquq mühafizə orqanına şikayət etməli olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 4 ilə yaxındır ki, “xxxx” Loqistika MMC şirkətində menecer işləyir. Həmin MMC Türkiyə vətəndaşı, Azərbaycanda yaşayan və iş quran iş adamı Yaqub Atılqana məxsusdur. Yaqub Atılqanın arvadının adına olan “xxxx” MMC şirkəti də vardır ki, həmin şirkətdə işləyən Zərərçəkmiş şəxs5 birgə işlər icra edərkən iki il olar ki, görüb tanımışdır. Özü Sumqayıt şəhərində yaşadığından hər iş günləri səhər işə gəlib axşam evinə qayıtmalı olmuşdur. 2019-cu ilin mart ayının sonlarında axşam işdən çıxıb Sumqayıta getmək istəyərkən Zərərçəkmiş şəxs5 məxsus 99 HK-069 dövlət qeydiyyat nişanlı “Mersedes Benz" markalı avtomobili ilə getməli olmuşdur. Yol boyu söhbət edərkən Zərərçəkmiş şəxs5 bir nəfər vəkillə görüşəcəyini və ona pul verəcəyini demiş və az sonra Təqsirləndirilən şəxs dediyi şəxsə zəng edərək Sumqayıt şəhəri 17-ci mikrorayon “Ucuzluq‘‘ marketin qarşısında görüşmüşlər. Həmin ünvanda əynində uzun kaşmir paltolu, gözünün birində çəplik olan, təxminən 60 yaşlı kişi yaxınlaşıb Rafiqin avtomaşınının arxa otracağına oturmuş və Rafik onun iştirakında cibindən 2.000 manat pul çıxarıb sayaraq həmin şəxsə vermişdir. Qəhrəman adlı şəxs özü də pulu sayıb götürdükdən sonra Zərərçəkmiş şəxs5 narahat olmamağı və qısa zaman içərisində işləri yoluna qoyacağını deyərək avtomaşından düşüb getmişdir. Həmin şəxs pulu alıb getdikdən sonra Rafik ona danışmışdır ki, Vergilər Nazirliyindən onların şirkətinə işləmədikləri müddətə külli miqdarda vergi borcu daxil olmuş və həmin məsələnin məhkəmə yolu ilə həlli üçün Qəhrəman adlı vəkilə müraciət etməli olmuşdur. Aradan bir neçə ay keçdikdən sonra Rafiklə görüşərkən Qəhrəman adlı vəkilin onu aldatdığını, 4000 manat pulunu almasına baxmayaraq bir dəfə də olsun məhkəmədə iştirak etmədiyini, hətta zənglərinə cavab vermədiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, şahid Zərərçəkmiş şəxs10 ifadəsi ilə eyniməzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Cinayət işinin materiallarına əlavə olunmuş xx xxxxx 2020-ci il tarixli könüllü təqdim olunan sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etdiyi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2016-ci il tarixli 2 (103)-6359/2013 saylı qərardadından görünür ki, Zərərçəkmiş şəxs1 cavabdeh Sabir Melikyeqnova qarşı iddia ərizəsi vermiş və onun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi 4 ünvanında yerləşən 201 nömrəli otağına istifadə hüququnun itirilməsi və başqa yaşayış sahəsi verilmədən həmin otaqdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmə onun ərizəsini qismən təmin etsə də, verilmiş kassasiya şikayəti ilə bağlı mülki iş baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2(102)-1729/17 saylı qərarından müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 kassasiya şikayəti qəbul edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 13(102)158/2017 saylı qərardadından da müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarından verilmiş əlavə kassasiya şikayəti də əsassız sayıldığı üçün Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli könüllü təqdim olunan sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs4 istintaq orqanına təqdim etdiyi -təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə Qaradağ rayon məhkəməsinin 29.1.22017-ci il tarixli qərarı, “xxxx” ASC-nin Qaradağ Filialı tərəfindən X4 adına tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli ödəniş cədvəli, xx xxxxxx 2016-cı il tarixli, “BMW 325” markalı, ** SM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə verilmiş 861040 nömrəli baş etibarnamə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-1528/2019-saylı qərarı, Zərərçəkmiş şəxs4 CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına dair Qaradağ rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünün surətləri ilə ifadəsində göstərmiş olduğu xüsusatlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 6000 (altı min) manat, Zərərçəkmiş şəxs6 8000 manat, Zərərçəkmiş şəxs8 1400 manat, Zərərçəkmiş şəxs9 3.000 manat məbləğində pullar alaraq heç bir iş görmədiyini, pulu özü üçün xərclədiyini və xx.xx.2018-ci il tarixdə qaytaracağını vəd etməklə, həmin faktı səmimi etiraf etmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan, məhkəmə qərarından və “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə barəsində əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmaqla, xx xxxx 2019-cu il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Yasamal RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi Əlibala Hacıyevin xx xxxx 2019-cu il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli portaldan çıxarışdan, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü məhkumun müdafiəçisinin və qeyrilərinin şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs yaşını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsin əvvəllər də eyni tipli cinayəti törətməklə dələduzluq əməlinə meyilli olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019cu il tarixədək tutulduğu və ev dustaqlığında olduğu 01 (bir) ay 10 (on) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs hal-hazırda Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 və X9 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X14 həvalə edilmiş, lakin məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs E.İsmayılovadan imtina etmişdir. X1 tərəfindən məhkəmənin hazırlıq iclasınadək cinayət işinin materialları ilə (4 cild) tanış olmağa 05 (beş) iş saatı həcmində vaxt sərf edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli vəkil hesabatından görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X20 tərəfindən həyata keçirilməklə, 40 (qırx) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X5 (imtina edilmiş) vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X9 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək ev dustaqlığında olduğu 01 (bir) ay (10) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hal-hazırda Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X9 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 (imtina edilmiş) vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar