Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-25/2023 05.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8 Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2, Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkilləri X17 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1993-cü ildə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu “İnşaatçılar” metrostansiyası ətrafında fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1996-cı ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-nin direktoru olan, əvvəllər məhkum olunmuş, Yardımlı rayonu Alçabulaq kəndində qeydiyyatda olan, Yasamal rayonu Ü.Ələkbərzadə küçəsi ev 15-də yaşamış, barəsində «həbs» qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid5 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin "xxxx" ASC- nin Yasamal rayonu, C.Cabbarlı küçəsi 6/8 ünvanında fəaliyyət göstərən 2 saylı filialındakı AZ78GUNA******************** bank hesabına köçürülmüş pulların sonradan qrupun digər üzvü Şahid5 "xxxx" ASC-də olan hesabına köçürməklə aralarında böləcəkləri ilə bağlı razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək üçün qrupun digər üzvü Təqsirləndirilən şəxs2 Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs rəhbəri olduğu şirkətin bank hesabının olması, həmin bank hesablarına köçürüləcək pulları nəğdləşdirməklə sonuncuya verəcəyi barədə yalan vəd verib inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs 2021-ci ilin oktyabr ayında Şuşa şəhəri «Cıdır Düzü»ndə çadır şəhərciyi salınması işinin görülməsi müqabilində ayrılmış əlavə xərclərlə birlikdə 31223 manat pul vəsaitinin nəğdləşdirilməsində köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs2 müraciət etməsindən sonra, yalandan qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəklərini bildirib əslində Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq 26 noyabr 2021-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-nin ünvan 1 ünvanında fəaliyyət göstərən 2 saylı filialındakı AZ78GUNA******************** bank hesabına köçürülmüş və üzərində istənilən formada sərəncam vermək hüququ yaranmış Zərərçəkmiş şəxs məxsus 31223 manat pulu qrupun digər üzvü Şahid5 "xxxx" ASC-də olan hesabına köçürərək verdikləri vədə əməl etməməklə Zərərçəkmiş şəxs məxsus 31223 manat pulu qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirib aralarında bölməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə Şahid5 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin "xxxx" ASC-nin Yasamal rayonu, C.Cabbarlı küçəsi 6/8 ünvanında fəaliyyət göstərən 2 saylı filialmdakı AZ78GUNA******************** bank hesabına köçürülmüş pulların sonradan qrupun digər üzvü Şahid5 "xxxx" ASC-də olan hesabına köçürməklə aralarında böləcəkləri ilə bağlı razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək üçün Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs rəhbəri olduğu şirkətin bank hesabının olması, həmin bank hesablarına köçürüləcək pulları nəğdləşdirməklə sonuncuya verəcəyi barədə yalan vəd verib inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs 2021-ci ilin oktyabr ayında Şuşa şəhəri «Cıdır Düzü»ndə çadır şəhərciyi salınması işinin görülməsi müqabilində ayrılmış əlavə xərclərlə birlikdə 31223 manat pul vəsaitinin nəğdləşdirilməsində köməklik göstərməsi üçün ona müraciət etməsindən sonra, yalandan qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq 26 noyabr 2021-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-nin ünvan 1 ünvanda fəaliyyət göstərən 2 saylı filialmdakı AZ78GUNA******************** bank hesabına köçürülmüş və üzərində istənilən formada sərəncam vermək hüququ yaranmış Zərərçəkmiş şəxs məxsus 31223 manat pulu qrupun digər üzvü Şahid5 "xxxx" ASC-də olan hesabına köçürərək verdiyi vədə əməl etməməklə Zərərçəkmiş şəxs məxsus 31223 manat pulu qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib aralarında bölməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləməsədə, fərdi işlə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs2 və Şahid1 təxminən 2 ildirki tanımışdır. Belə ki, Mehrac onunla qonluşuqda yaşayırmış, Emili isə iş adamı kimi tanımışdır. Təxminən bir müddət əvvəl Emil ona bildirmişdir ki, pul köçürtmək üçün adına şirkət olan adam lazımdır. Həmin vaxt o, bildirmişdir ki, Mehrac adlı tanışı var və onun adına şirkət aça bilərlər. Emil bildirmişdir ki, həmin şəxsin adına köçürülən pulun 0,5 faizi xidmət haqqı olaraq həmin adama çatacaqdır. Bu barədə o, Mehraca bildirdikdən sonra Mehrac onunla razılaşmış və onu Emil ilə görüşdürmüşdür. Emil ilə görüş zamanı Mehracla öz aralarında razılaşmışlar və bundan sonra Emil Mehracın adına bir neçə şirkət açmışdır. Bildiyinə görə Emil Mehracın adına bir neçə dəfə pul köçürmüşdür və Emil həmin pulu "xxxx"dan çıxarmüşdür. Belə ki, 2021-ci ilin sentyabr ayında Mehracın adına olan şirkətə Emilə çatası pul köçürülmüşdür və Emil həmin pulu bankdan çıxarmışdır. Həmin puldan Mehraca çatası pulu Mehracın adına açılan şirkətə görə çəkilən xərclərin yerinə çıxmışdır. Bundan bir müddət sonra, yəni təxminən 2021-ci ilin noyabr ayında Emil ona zəng vuraraq yenidən Mehracın adına pul köçürüldüyünü və həmin pulu çıxartmaq lazım olduğunu bildirmişdir. Mehraca bu barədə bildirdikdən sonra birlikdə görüşüb «Günay Bank»a getmişlər. O, yolda Mehraca təklif etmişdir ki, telefonlarını söndürsünlər və həmin pulu bankdan çıxarıb özlərinə götürsünlər. Mehrac da onunla razılaşmış və birlikdə banka getmişlər. Lakin həmin vaxt bankın iş vaxtı başa çatdığından pulu bankdan çıxara bilməmişlər. Bundan sonra tanıdıqları Elvin adlı şəxsin bu işdə onlara köməklik edə biləcəyini bildirib onunla əlaqə saxlamışdır və Elvin ilə «Elmlər Akademiyası» metrostansiyası yaxınlığında görüşüb söhbət edərkən Elvin bildirmişdir ki, onlara bu işdə köməklik edə bilər. Belə ki, həmin pulu «Günay Bank»dan Elvinin adına olan «Rabitə Bank» hesabına köçürülməsini və pulu özü çıxardacağını bildirmişdir. Onlar Elvinlə razılaşmışlar və səhəri gün Elvin ilə Mehrac birlikdə «Günay Bank»ın «Nizami» metrostansiyası yaxınlığında yerləşən filialına getmişlər və orada müvafiq sənədləşmə əsasında Mehracın şirkətinə köçürülmüş təxminən 32000 manat pulu Mehrac Elvinin adına olan «Rabitə Bank» hesabına köçürtmüşdür. Bir müddət sonra o, Elvin birlikdə həmin pulu Elvinin adına olan «Rabitə Bank» hesabından çıxartmışlar və Elvin ilə öz aralarında həmin məbləği bölüşdürmüşlər. Beləki o, Elvinə həmin puldan 16000 manat pul vermişdir. Eyni zamanda Mehraca xidmət haqqı olaraq 3000 manat pul vermişlər və bildirmişdi ki, üzə çıxmasınki onları tapmasınlar. Bundan başqa onun Elvin, Emil və Mehrac ilə aralarında heç bir alış-veriş olmamışdır. O, ifadəsində 32000 manat məbləğinin təxmini qeyd etmiş, ola bilsin həmin məbləğ 31223 manat olmuşdur. Zərərçəkmiş şəxs məxsus 31223 manat pulun ələ keçirilməsində Şahid1 iştirakı olmamışdır, ona həmin pulun heç bir məbləği çatmamışdır, 31223 manatdan 3000 manatı Mehraca verilmiş, qalan pul isə Elvinlə bölmüşdür. O, X6 tanımır, ona məxsus 59500 manat pulun ələ keçirilməsindən məlumatı yoxdur. Törətdiyi əməldən peşman olmasını, əməli etiraf etməsini, ziyanın 3000 manat hissəsini ödəməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləməsədə, fərdi işlə məşğul olub ailəsini dolandırır. 2018-ci ildə oğurluq cinayəti törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə 2018-ci ilin noyabr ayından 2020-ci ilin yanvar ayınadək məhkumluq həyatı yaşamışdır. Təqsirləndirilən şəxs1 2021-ci ilin avqust ayından qonşu kimi tanımışdır. Ərtoğrul söhbət zamanı müxtəlif şirkətlərlə işlədiyini bildirmişdir. Ərtoğrul ilə görüşlərin birində ona bildirmişdir ki, onun adına şirkətlər açsınlar və həmin şirkətlərə müxtəlif məbləğlərdə pullar köçürüləcəkdir. Bundan sonra həmin pulları çıxarıb təhvil verdikdən sonra bunun müqabilində vurulan pulun 0,5 faizi ona çatacaqdır. O, Ərtoğrulla razılaşdıqdan sonra Ərtoğrul onu Şahid1 ilə tanış etmişdir. Bundan sonra onlar birlikdə görüşüb söhbət edərkən Ərtoğrul və Emil bildirmişlər ki, onun adına müxtəlif şirkələr açacaqlar və həmin şirkətlərə müxtəlif məbləğlərdə pullar köçürüldükdən sonra həmin pulları çıxarıb Emilə təhvil verəcəkdir və xidmət haqqı olaraq ona köçürülən məbləğin 0,5 faizi veriləcəkdir. Beləcə Emil ilə Ərtoğrul onun adına "xxxx", «Muv Qlobal» və adını xatırlamadığı başqa iki şirkət açdılar. Hətta həmin şirkətlərlə bağlı Emil onun adına möhürlərdə almışdır. Belə ki, 2021-ci lin sentyabr-oktyabr ayında dəqiq tarixini xatırlamadığı vaxt Emil və Ərtoğrul ilə birlikdə «20 yanvar» metrostansiyası «3-cü mikrorayon dairəsi» deyilən yerin yaxınlığına getmiş və o, orada imza edərək adına olan möhürləri götürmüşdür. Bundan sonra «Nizami» metrostansiyası yaxınlığında yerləşən çayxanaya gedib orada yemək yeyib, çay içmişlər. Söhbət zamanı Emil bildirmişdir ki, onun hesabına həmin gün pul köçəcəkdir. Təxminən saat 16 radələrində Emil ona bildirmişdir ki, pul onun adına olan şirkətə köçürülmüşdür. Buna görə Emil ilə birlikdə «Nizami» metrostansiyası yaxınlığında yerləşən «Günay Bank»ın filialına getmiş və orada işləyən İlqarə xanıma yaxınlaşdıqdan sonra müəyyən sənədləşmə aparılmış, yəni onun adına çeklər yazılmışdır. Həmin çekləri şəxsiyyət vəsiqəsi ilə birlikdə kassaya vermişdir. Kassada olan şəxs şəxsiyyət vəsiqəsinə baxıb çekləri götürərək şəxsiyyət vəsiqəsini ona qaytarmışdır. Belə ki, çeklərdə ümumi məbləğin təxminən 40000 manat olması qeyd edilmişdir. Bundan sonra Emil ona çayxanaya Ərtoğrulun yanına gedib orada onu gözləməyini, pulları özü götürüb həmin yerə gələcəyini bildirmişdir. O, Emilin dediyi kimi gedib onu çayxanada gözləmişdir. Bir qədər keçmiş Emil həmin yerə gəldi və onlarla görüşüb getmişdir. Hətta həmin vaxt Emil bir qədər Ərtoğrul ilə təklikdə söhbət etmiş və çıxıb getmişdir. Emil gedəndən sonra Ərtoğrul ona 50 manat pul verib həmin pulu şirkətinə pul köçürüldüyünə görə Emilin onun üçün verdiyini bildirmişdir. Bundan iki gün sonra yenidən eyni qayda ilə «Günay Bank»ın həmin filialına Emil ilə birlikdə getmiş və orada yenidən onun adına yazılan təxminən 9600 manat pulun çekini kassaya vermişdir və Emil özü həmin pulu oradan götürüb ona xidmət haqqı olaraq 50 manat pul vermişdir. Bundan təxminən 1 ay sonra 2021-ci ilin noyabr ayında Ərtoğrul ilə birlikdə işdə olarkən Ərtoğrul bildirmişdir ki, Emil ona bildiribki yenidən onun şirkətinə pul köçürülüb və həmin pulu Emil ilə birlikdə gedib çıxartmaq lazımdır. Ərtoğrul ilə birlikdə görüşüb «Günay Bank»a getmişlər. Yolda Ərtoğrul bildirmişdir ki, telefonlarını söndürsünlər və həmin pulu bankdan çıxarıb özlərinə götürsünlər. O, da Ərtoğrul ilə razılaşmış və birlikdə banka getmişlər. Lakin həmin vaxt bankın iş vaxtı başa çatdığından pulu bankdan çıxara bilməmişlər. Bundan sonra Ərtoğrul onun vasitəsi ilə tanıdığı Elvin adlı şəxsin bu işdə onlara köməklik edə biləcəyini bildirib onunla əlaqə saxlamışdır və Elvin ilə «Elmlər Akademiyası» metrostansiyası yaxınlığında görüşüb söhbət edərkən Elvin bildirmişdir ki, onlara bu işdə köməklik edə bilər. Belə ki, həmin pulu «Günay Bank»dan onun adına olan «Rabitə Bank» hesabına köçürülməsini və pulu özü çıxardacağını bildirmişdər. Onlar Elvinlə razılaşmışlar və səhəri gün Elvin ilə birlikdə «Günay Bank»ın «Nizami» metrostansiyası yaxınlığında yerləşən filialına getmişlər və orada müvafiq sənədləşmə əsasında onun şirkətinə köçürülmüş təxminən 32000 manat pulu Elvinin adına olan «Rabitə Bank» hesabına köçürülmüşdür. Bir müddət sonra Elvin ilə Ərtoğrul birlikdə həmin pulu Elvinin adına olan «Rabitə Bank» hesabından çıxartmışlır və Ərtoğrul ilə öz aralarında həmin məbləği bölüşdürmüşlər. Bu işə görə Ərtoğrul ona xidmət haqqı olaraq 3000 manat pul vermiş və bildirmişdər ki, üzə çıxmasın, gizlənsinki onları tapmasınlar. Bundan başqa onun Ərtoğrul, Emil və Elvin ilə aralarında heç bir alış-veriş olmamışdır. O, ifadəsində 32000 manat məbləğinin təxmini qeyd etmiş, ola bilsin həmn məbləğ 31223 manat olmuşdur. Zərərçəkmiş şəxs məxsus 31 223 manat pulun ələ keçirilməsində Şahid1 iştirakı olmamışdır, ona həmin pulun heç bir məbləği çatmamışdır, 31 223 manatdan 3000 manatı ona verilmiş, qalan pul isə Elvinlə Ərtoğrul bölmüşdür. O, X6 tanımır, ona məxsus 59500 manat pulun ələ keçirilməsindən məlumatı yoxdur. Törətdiyi əməldən peşman olmasını, əməli etiraf etməsini, ziyanın 3000 manat hissəsini ödəməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2-ci Qarabağ müharibəsi bitdikdən sonra Türkiyyə Cümhuriyyətinin prezidenti X22 Şuşa şəhirini ziyarətə gəldiyi üçün H.Əliyev fondu tərəfindən ona cıdır düzündə çadır şəhərcik salınması həvalə edilmişdir. Belə ki, o, çadır işi ilə məşğul olduğundan ona bu işlər həvalə edilmişdir. O, işçilərində birlikdə öhdəmə düşən vəzifələrini yerinə yetirmişlər. Bu xidmətlərin müqabilində H.Əliyev fondu tərəfindən işçilərinin və onun əmək haqlarını ödənməli idi. Lakin bu rəsmi prosedur olduğundan o, fonddan pulu əlbə əl ala bilməmişdir. Ona bildirdilər ki, həmin pul vəsaiti hansısa şirkətə köçürmə yolu ilə köçrülməlidir və bundan sonra həmin vəsait onun tərəfindən bankdan çıxarılmalıdır. Fond tərəfindən ona və işçilərinə ümumilikdə 28910 manat ödənilməli idi. O, şirkət axtarmağa başladı ki, pul vəsaitini həmin şirkətə vurdursun və sonradan pulu həmin şirkətin adından çıxartsın. Həmin ərəfədə yadına düşmüşdür ki, vaxtı ilə onunla birlikdə palatka işi ilə məşğul olan Şahid1 şirkət açıb bu işlə məşğul olur. Bu səbəbdən o, Emilə müraciət etmişdir. Həmin vaxt Emillə aralarında olan söhbət əsnasında Emil ona bildirmişdir ki, onun tanışı X7 adına şirkət vardır istəsə pul vəsaitini həmin şirkətə vurdursun. Mehrac və Ərtoğrulu tanımır, onlarla hər hansı bir ünsiyyəti olmamışdır, bu işlə bağlı onlarla hər hansı bir söhbət aparmamışdır. O, Emilin sözlərinə inandı, Emil şirkətin sənədlərinin kserosurətlərini ona təqdim etmişdir. Hətda Emil ona bildirmişdir ki, əlavə xərclər olacaqdır, Emilin bu sözlərini prizdentin işlər idarəsinə bildirəndə oradan ona bildirmişdir ki, həqiqətəndə Emil düz deyir. Bundan bir neçə gün sonra həmin şirkətin adına əlavə xərcləri ilə birlikdə təqribən 31223 manat pul köçrüldü. Bundan sonra o, Emillə telefon əlaqəsi saxlamış və pulu çıxarmaq istədiyini bildirmişdir. Bundan sonra Emil hər səfərində bir bəhanə gətirərək uzatmağa başlamışdır. Bir səfərində yenədə onunla telefon əlaqəsi saxlayıb pulu çıxartmaq lazım gəldiyini bildirdikdə Emil ona Nizami metrostansiyasının yaxınlığında olan Günay Banka yönəltmiş və bildirmişdir ki, həmin bankda İlqarə adlı qadın var ona yaxınlaşdıqda köməklik göstərəcəkdir. O, elə də etmiş və Günay Banka yaxınlaşaraq orada mühafizəçidən soruşduqda onlar onu İlqarə adlı xanımla tanış etmişlər. O, İlqarə adlı xanıma onu Emilin göndərdiyini bildirdikdə ilk öncə həmin xanım Emil adlı şəxs tanımadığını bildirsədə sonradan xatırlamış və ona pulun köçürüldüyünü və həmin pulu digər hesaba köçürüldüyünü bildirmişdir. Bundan sonra o, başa düşmüşdür ki, ona məxsus olan 31223 manat pulu mənimsəmişdir. O, Emillə dəfələrlə əlaqə saxlayaraq pulu geri qaytarmasını tələb etsədə Emil ona hədə qorxu gələrək pulu geri ödəməyəcəyini bildirmişdir, həmin ərəfələrdə, yəni 2021-ci ilin noyabır ayında onun digər tanışı Azərlə aralarında olan söhbət əsnasında Azər ona bildirmişdir ki, onun şirkəti Fizuli rayonunda aeraportun tikinti işlərinə çınqıl daşlar vermişdir və bunun müqabilində şirkətinə pul köçrülməsi olunmalıdır. Lakin pulu digər şirkətin vasitəsi ilə almaq istədiyini bildirmişdir. O, da Azəri Emillə tanış etmişdir. Bu minvalla Emil onunda 59500 manat pulunu mənimsəyərək ona qarşıda dələduzluq etmişdir. X13 59500 manat məbləğində maddi ziyan hansı şəraitdə və hansı yolla yetirilməsi barədə məlumatım yoxdur. O, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid5 tanımır, onlarla hec bir münasibəti olmamışdır, onları görməmişdir. Şahid1 onun yaxın dostu idi, onunla birlikdə iş birliyi olubdur, ifadəsində qeyd etdiyi hadisələrdən əvvəl onun mddi cətinlikləri olduğu üçün Emildən 2000 manat borca istəmişdir, lakin o, bildirmişdir ki, maddi imkanı zəifdir, lakin bir müddət Emil ona 1000 manat borca vermişdir, həmin pulun 400 manatını ödəmiş, lakin 600 manatı ödəməmişdir. Baş vermiş hadisə nəticəsində ona 31223 manat məbləğində maddi ziyan dəymişdir. Həmin puldan 6000 manatı qaytarılmışdır, qalan məbləğ isə hələ də qaytarılmamışdır. Təqsirləndirilən şəxslərin hər birindən şikayətçidir, pulunu tam tələb edir, onlarla barışmır, pulunun verilmədiyi təqdirdə bütün təqsirləndirilən şəxslərin cəzalandırılmasını tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, yuxarıdakı ünvanda ailəsi ilə birlikdə yaşayır, 2016-cı ildən "xxxx" ASC-nin 2 saylı Şöbəsində maliyyə nəzarətçisi vəzifəsində işləyir. Şahid1 bankın müştərisi kimi tanımış, Təqsirləndirilən şəxs2 da bankı müştərisdir. Bildiyi qədər onların hər birinin adına olan MMC-in bank hesabları işlədiyi bankdadır. Emillə Mehrac bir neçə dəfə banka gəlib onların rəhbəri olduqları şirkətlərin hesabına köçürülən pul vəsaitəlrini nəğdləşdiriblər. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 rəhbəri olduğu "xxxx" MMC-nin bank hesabına AR Prezidentinin İşlər İdarəsinin müraciəti əsasında X3 tərəfindən 31223 manat pul köçürülmüşdü. Həmin pul köçürüləndən sonra bir az narahatçılıqlar oldu. Belə ki, Şahid1 ona zəng vurub şirkətin rəhbəri olan Mehracı tapa bilmədiyini, telefon zənglərinə cavab venmədiyini, əgər Mehrac banka gələrsə şirkətin hesaında olan pulu ona verməyimi bildirmişdir. xx.xx.2021-ci il tarixdə MMC-nin rəhbəri Təqsirləndirilən şəxs2 və onun yanında adı mənə hal-hazırda Şahid5 kimi məlum olan şəxslə birlikdə banka gəlmişlər. O, Emilin ona dediklərini Mehraca bildirmişdir. Mehrac isə cavabında onun şirkətinin hesabına gələn pulun Emilə heç bir aidiyyətin olmadığını bildirmişdir. Həmin vaxtı Elvin adlı şəxs bildirmişdir ki, Mehracın rəhbəri olduğu "xxxx" MMC-nin hesabında olan 31223 manat pulu onun Rabitəbankın Xətai filialında olan şəxsi kart hesabına köçürülsün. O, Mehracdan razı olub-olmadığını soruşmuş və Mehrac qeyd edilən əməliyyatın həyata keçirilməsinə razı olduğunu bildirmişdir. Zəruri sənədləşmə işləri aparıldıqdan sonra, Mehrac sənədləri təsdiq etdikdən sonra o, "xxxx" MMC-nin hesabında olan 31192 manat pul Şahid5 X21 filialında olan şəxsi kart hesabına köçürülmüşdür. Bundan sonra Mehracgil çıxıb getmişdirlər. Mehracın direktoru olduğu şirkətin möhürü həmişə onun yanında olan Ərtoğrulda olurmuş. Pul köçürüləndən 1 gün sonra Emil zəng vuranda o, Emilə olduğu kimi danışmışdır. Pulun Mehrac tərəfindən başqa hesaba köçürüldüyünü bildirmişdir. Mehracın bankın mərkəzi ofisinə gedib hay-küy saldığını bildirmişdir. Bu hadisədən 2 gün sonra bir nəfər şəxs banka yaxınlaşıb adının Eldəniz olduğunu, Şahid1 tanışı olduğunu, ona pul verməli olduqlarını, "xxxx" MMC-nin hesabına pul gəldiyini və həmin pulun çıxarılıb-çıxarılmadığını soruşanda o, Eldənizə 31192 manat pulun 2 gün bundan qabaq şirkətin direktoru olan Mehrac adlı şəxs tərəfindən başqa hesaba köçürülməsi barədə məlumat vermişdir. Bir neçə müddət keçəndən sonra banka Xəzər RPİ-dən sorğu gəlmiş və ona məlum olmuşdur ki, yuxarıda qeyd etdiyi hadisə ilə bağlı olaraq Eldəniz adlı şəxs Emilgildən polisə şikayət edibdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2021-ci ilin iyun ayının 12-də iş rəhbəri olan Zərərçəkmiş şəxs ona iş təklifi edərək «Heydər Əliyev» fondu tərəfindən Şuşa şəhəri «Cıdır Düzü»ndə çadır şəhərciyinin salınması üçün fəhlə kimi lazım olduğunu bildirmiş və həmin işin görülməsi üçün hər bir nəfərə düşən 600 manat pulun verilməsi barədə aralarında şifahi razılaşma olmuşdur. Hətdə məlum olmuşdur ki, iş tam görüldükdən sonra pullar veriləcəkdir. O, da fəhlə olaraq işlə razılaşıb digər şəxslərlə birlikdə elə həmin günü yük maşını ilə Bakı şəhərindən Şuşa şəhərinə yola salınmışlar. Həmin gündən etibarən Cıdır düzündə «15 iyun Qurtuluş günü» münasibəti ilə çadır şəhərciyi olaraq çatırlar qurulmuşdur. 16 iyun 2021-ci il tarixdə isə həmin çadırları yığıldığı qaydasında sökərək avtomaşınlara yükləyib geri qayıtmışdır. Bundan sonra ona gördükləri işin rəhbəri olar Eldəniz Quliev bildirmişdir ki, "Heydər Əliyev" fondu tərəfindən qeyd olunan işin, yəni Şuşa şəhəri «Cıdır Düzü»ndə çadır şəhərciyi salınması işinin görülməsi üçün fond tərəfindən ayrılmış əlavə xərclərlə birlikdə 32300 manat pul vəsaitinin nəğdləşdirilməsindən ötrü Təqsirləndirilən şəxs2 adına olan "xxxx" şirkəti üzərindən yatırıldıqdan sonra pulu nəğd şəkildə çıxara biləcəyini Şahid1 inandırıb Zərərçəkmiş şəxs aldadaraq «Günay Bank»dan pulu çıxararaq Zərərçəkmiş şəxs 31223 manatı mənimsəmişdir, məhz bu səbəbdəndə fəhlərin pulları verilməsi mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Qoçaman oğlu ifadəsində Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 təxminən 3-4 ildirki tanıyır. Belə ki, Ərtoğrulun adına şirkət açıb birlikdə iş görmüşlər. Lakin 2021-ci ilin təxminən aprel ayında Ərtoğrulun qohumu olan Coşqun birlikdə iş gördükləri işin təxminən 24000 manat pulunu ələ keçirib aradan çıxmışdır. O, bu barədə Ərtoğrula bildirdikdə Ərtoğrul cavabında bildirmişdir ki, həmin pulu özü ödəyəcəkdir. 2021-ci ilin noyabr ayında Ərtoğrul onunla əlaqə saxlayıb bildirmişdir ki, gördüyü işə görə onun adma pul köçürülüb və buna görə şirkət adı lazımdı. Bunula bağlı Ərtoğrul və onun vasitəsi ilə tanıdığı Mehrac ilə birlikdə «Elmlər Akademiyası» metrostansiyası yaxınlığında görüşüb söhbət edərkən Ərtoğrul bildirmişdir ki, Mehracm adma olan şirkətə onun üçün pul keçirilib, lakin həmin pulu çıxara bilmirlər. Buna görə ondan xahiş etmişdir ki, o, şirkətinin adını Ərtoğrula desin və pulu ona olan borcuna görə onun şirkətinə köçürtsün. O, adma heç bir şirkət olmadığını, yalnız adma «Rabitə Bank» kartı olduğunu bildirmişdir və Ərtoğrul həmin pulun onun kartına köçürülməsinə razılıq vermişdir. Bundan sonra səhəri gün Mehrac ilə birlikdə «Günay Bank»ın «Nizami» metrostansiyası yaxınlığında yerləşən filialına getmişlər və orada Mehrac adma göndərilmiş təxminən 32000 manat pulu onun adma olan «Rabitə Bank» kartına köçürtmüşdür. Belə ki, bank faizləri tutulduğuna görə onun kartına təxminən 31600 manat pul köçürülmüşdür və o, həmin pulu çıxarıb Ərtoğrula vermişdir. Ərtoğrul həmin puldan ona 13000 manat pul verib borcundan çıxmasını, qalan məbləği isə sonra verəcəyini bildirmişdir. Bundan başqa Ərtoğrul, eləcə də Mehracla aralarında hər hansı bir alış-veriş olmamışdır. Şahid1 tanımır və onunla aralarında hər hansı alış-veriş olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, fərdi işlə məşğul olub ailəsini dolandırır, Zərərçəkmiş şəxs təqribən 2008-ci ildən tanıyır, onunla birlikdə palatka quraşdırmaq ticarəti ilə məşğul oluruş və hər zaman onunla isti münasibətdə olmuşdur. 2021-ci ilin təqribən avqust ayı olardı Eldəniz ona müraciət edərək bildirmişdir ki, Şuşa şəhərində palatka şəhərciyi quraşdırıb və bunun müqabilində H.Əliyev fondu tərəfindən onun işçilərinin məvacibi ödənilməlidir. Lakin pul fond tərəfindən nəğd şəkildə verilə bilməz və hər hansı bir şirkət üzərindən nəğdiləşdirilməli və çıxarılmalıdır. Eldəniz özüdə bilirdi ki, o, bu cür məsələrlə məşğul olub faizini götürür. Bu səbəbdən o, Eldənizlə razılaşmış və tanıdığı Elşən adlı şəxsin adma olan «Açar Qrup» şirkətinin sənədlərini ona vermişdir ki, pul vəsaitini hamin şirkət üzərindən nəğdləşdirək. Lakin bundan iki üç ay sonra Eldəniz şirkətin sənədlərini geri qaytararaq bildirmişdir ki, həmin şirkətin problemləri var və həmin şirkət üzərindən pul vəsaitini nağdlaşdırmaq mümkün olmayacaqdır. Bundan sonra o, əvəllərdə tanıdığı Mehrac adlı şəxsə müraciət etmişdir. Belə ki, Mehracmda adma "xxxx" şirkəti vardır ki, hansı ki, yeni şirkət idi. Lakin o, Mehracm özü ilə onun adma olan digər şirkətlər üzərindən pul vəsaiti nəğdləşdirmişlər. O, Mehracın adına olan Rekvizit sənədini Eldənizə vermişdir ki, aparıb yoxlatdırsın və müsbət halda sözü gedən 31.200 manat pulu həmin şirkətin üzərindən nəğdləşdirsinlər. Belə ki, köçürüləcək ana məbləğ 28.910 manat təşkil etsədə əlavə bank xərcləri onun, Mehracm və Eldənizin öz faizləri ilə birlikdə 31.200 manat təşkil edirmiş. 2021-ci ilin noyabr ayının 24-də sözü gedən məbləğdə pul vəsaiti "xxxx" şirkətinin balansına otuzdurulmuşdur. Bundan onun xəbəri olmuşdur. O, Mehracla telefon əlaqəsi saxlamış və onunla pulun köçrüldüyü «Günay» bankda görüşməli idilər. Lakin Mehrac müxtəlif bəhanələr gətirərək ondan yayınmağa başlamışdır. Həmin günün səhəri o, Nizami metrostansiyasının yaxınlığında yerləşən «Günay» banka gedərək bank müdriyyətin qəbulunda olmuşdur. O, bank müdriyyətinə baş verənlər barədə məlumat vermiş və iki gün pulun çıxarılmasını əngəllətdirmişdir. Həmin pul vəsaiti «Yello» bankın Gənclik filialına köçrülməli idi, Mehracm digər hesabına, lakin qarşısı alındığı üçün pullar saxlanılmışdır. Bundan iki gün sonra Mehrac tanımadığı nömrədən ona məxsus olan 070 ***-**-** saylı mobil telefonla əlaqə saxlayaraq ona təklif etmişdir ki, Eldənizə gələn pul vəsaitini ikisi arasında bölsünlər və bununla bağlı hər hansı bir problem çıxdığı halda özü həll edəcəyini bildirmişdir. O, Mehracm bu təklifi ilə razılaşmamış və onunla görüşməyi təklif etmişdir. Mehrac onunla razılaşmadı və bundan sonra ona məlum olmuşdur ki, Mehrac həmin pul vəsaitini «Günay» bankın baş idarəsində səs küy salaraq «Rabitə» bankın Xətai filialına Elvin adlı şəxsin kart hesabına köçürtürmüşdür. Bu müddət ərzində Eldəniz onunla mütamadi telefon əlaqəsi saxlayırdı, o, problem yarandığını başa düşdüyüm üçün bu məsələləri Eldənizdən ilk öncə gizlədirmiş. Lakin sonradan artıq bu məsələnin gizlədilməyəcəyini anlayıb Eldənizə bu barədə məlumat vermək qərarına gəlmişdir. 2021-ci ilin təqribən dekabr ayının 2-si olardı Eldəniz onunla növbəti dəfə telefon əlaqəsi saxlayaraq pulunu tələb etdikdə o, Eldənizə qış parkının yanma dəvət etmişdir ki, onunla görüşüb «Günay» Bankın 2 saylı şöbəsinə aparsın ki, öz qulaqları ilə bank əməkdaşlarının dediklərini eşitsin. O, bankın əməkdaşı olan tanışı İlqarə xanımla telefon əlaqəsi saxladıqda o hələ işdə olmadığını bildirmişdir. Bu səbəbdən o, Eldənizdən gözləməsini istəmişdir. Onun əvvəldəndə Eldəniz birlikdə banka getmək niyyəti yox idi. Belə ki, aralarında dava dalaş olacağından ehtiyyat edirmiş, çünki Eldəniz ona qarşı əsəbi idi. İlqarə xanım işə çatdıqdan sonra o, Eldəniz telefon əlaqəsi saxlayıb Günay banka getməsini demişdir. Bundan sonra Eldəniz özü banka gedib İlqarə xanımla görüşmüşdür İlqarə (mobil nömrəsi 055 293-99-99) xanımda Eldənizə onun ifadəsində göstərdiklərini demişdir. Həmin günün axşamı Eldənizlə görüşdükdə o, başına gələnləri ona danışıb məsələni birlikdə həll etməyi təklif etmişdir. 2021-ci ilin dekabr ayının sonlarında artıq Eldəniz münasibətləri korlandığı üçün o, pulun onun tərəfindən mənimsənildiyini düşünməyə başlamış və o, Eldənizi sakitləşdirmək üçün ona 1500 manat kart vastəsilə pul göndərmişdir. Bu müddət ərzində o, Mehracı tapa bilməmişdir ki, bu məsələni həll etsin. Həmin pul vəsaiti Mehrac tərəfindən ələ keçrilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs vasitəsi ilə tanşı olduğu X1 şəhərində tikilin “X23”nda müəyyən işlərin görülməsi üçün ona ayrılmış əlavə xərclərlə birlikdə 59500 manat pul vəsaitinin nəğdləşdirilməsindən ötrü ona müraciət etmişdir. O, da ona köməklik edəcəyini bildirmiş və təqdim etdiyi Təqsirləndirilən şəxs2 adma olan şirkətin adma həmin məbləğdə pulu köçürməyini və pulu çıxarıb ona verəcəyimi bildirmiş, lakin Təqsirləndirilən şəxs2 adma olan şirkətin fəaliyyəti inşaat işləri ilə bağlı olmadığından həmin şirkətə köçürmə etmək mümkün olmamışdır. Daha sonra o, "xxxx" MMC-nin hesabını Eldənizlə Azərə vermişdir. Həmin ərəfələrdə o, Azərlə cəmi bir dəfə görüşmüşdür. Sonradan ona məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən həmin pul nəğlışdirilib və pullar Azər Abdullayeva verilməmişdir. O, həmin MMC-nın təmsilçilik hüququna malik direktoru X4 axtarsada onu tapa bilməmişdir. O, eşitmişdir ki, Kənan Həsənov pulların nəğləşdirməsi ilə məşğuldur və ona görədə "xxxx" MMCnin hesabını onlara məsləhət görmüşdür. Kənan Həsənovu tanımır və onunla heç bir münasibəti yoxdur. Zərərçəkmiş şəxs məxsus pulların ələ keçirilməsində iştirakı olmamışdır, ona həmin pulun heç bir məbləği çatmamışdır, ona sonradan məlum olmuşdur ki, həmin məbləğ Mehrac, Ərtoğrul və Elvin arasında bölüşdürülümüşdür. O, X6 bir dəfə görmüş, ona məxsus 59 500 manat pul "xxxx" MMC-nin hesabına köçürülmüş, daha sonra ona məlum olmayan səbəblərdən həmin MMC tərəfindən həmin pullar ələ keçirilərək Azər Abdullayeva verilməmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid5 "xxxx" MMC-yə heç bir aidiyyətləri yoxdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid5 Azər Abdullayeva məxsus 59500 manat pulun ələ keçirilməsində iştirakları olmamış, onların ümumiyətlə bundan xəbərləri olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Füzuli rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 2 il 4 ay 12 gün azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixində Yardımlı rayon Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırması cəzası 01 il 02 ay 06 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 cəzasının sonu ilə azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs2 həmin cinayətə görə məhkəmə hökmünə əsasən təyin edilmiş cəza azadlığın məhdudlaşdırılması ilə əlaqədar olmuşdur. Belə olduğu təqdirdə isə, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işi üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs X9 vurulmuş maddi ziyandan hərəsi 3000 manat hissəsini ödəmişlər. Zərərçəkənə vurulmuş ziyan tam ödənilməmişdir, zərərçəkmiş şəxs şikayətçidir, barışmır, vurulmuş ziyanı tələb edir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayəti qismən etiraf etmələrini, əməllərindən peşman olmalarını, ziyanın bir qisminin ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsdə saxlama müddətinin uzadılması barədə Yasamal rayon prokurorunun təqdimatı təmin edilməmiş və xx.xx.2022-ci il tarixdə o, həbsdən azad edilmişdir. xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 ay 15 gün həbsdə olmuşdur. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 ay 15 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 09 ay 15 gün (bir il doqquz ay on beş gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 05 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili X2 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 500 (beş yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-25/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-25/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver