Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-25/2025 17.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı3, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs3, müdafiəçi - Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 09 avqust 1982-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını aldatma və etibardan sui -istifadə etməklə ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü X1 proqramlaşması üzrə xüsusi biliklərə malik olan şəxs kimi təqdim edərək Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri Yasamal rayonu X7 inşa edilmiş yaşayış binalarında yerləşən mənzillərin güzəştli ipoteka şərtləri ilə satışa çıxarılacağı zaman xüsusi kompyuter proqramlarından istifadə etməklə həmin satış prosesinə müdaxilə etmək imkanına malik olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 güzəştli ipoteka şərtləri ilə satışa çıxarılacaq mənzillərdən ev almaqda köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətlərə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələdə köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs1 məxsus pulu ələ keçirmək məqsədi ilə aldadıb 2021-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şossesinin 3-cü km-də yerləşən Bakı Beynalxalq Avtovağzal Kompleksinin yaxınlığında 1000 manat, 2021ci ilin dekabr ayının sonunda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, köhnə «Banuçiçək» restoranın yaxınlığında yerləşən mebel sexində 2000 manat olmaqla ümumilikdə X2 məxsus 3000 (üç min) manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə sonuncudan alıb ələ keçirərək dələduzluq etmişdir (epizod İ). Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs3 Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan sosial evlərdən mənzil alınmasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətlərə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələdə köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs3 məxsus pulu ələ keçirmək məqsədi ilə aldadıb 2022-ci ilin yanvar ayında ünvan 3 ünvanında 1500 manat pul vəsaitini ələ keçirərək təkrar törədilməklə dələduzluq etmişdir (epizod İİ). Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 "xxxx" sosial evlərdən mənzil alınmasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətlərə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələdə köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs1 məxsus pulu ələ keçirmək məqsədi ilə aldadıb sonuncunun kürəkəni Şahid2 vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 15:31-də Bakı şəhəri, Yasamal rayonu,Tbilisi prospekti 3166 məhəllədə yerləşən mağazada quraşdırılmış «E-Manat» ödəmə terminalı vasitəsilə 510307*****6121 nömrəli Kapital Banka aid kart hesabına göndərdiyi 1500 manat pul vəsaitini ələ keçirərək təkrar törədilməklə dələduzluq etmişdir (epizod İİİ). Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü Zərərçəkmiş şəxs4 kompyuter proqramlaşması üzrə xüsusi biliklərə malik olan şəxs kimi təqdim edərək Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri Yasamal rayonu X7 inşa edilmiş yaşayış binalarında yerləşən mənzillərin güzəştli ipoteka şərtləri ilə satışa çıxarılacağı zaman xüsusi kompyuter proqramlarından istifadə etməklə həmin satış prosesinə müdaxilə etmək imkanına malik olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs4 güzəştli ipoteka şərtləri ilə satışa çıxarılacaq mənzillərdən ev almaqda köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətlərə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələdə köməklik göstərəcəyini bildirib, əslində Zərərçəkmiş şəxs4 məxsus pulu ələ keçirmək məqsədi ilə aldatmış, sonuncunun nəvəsi Şahid1 tərəfindən istifadəsində olan kart hesablarından ünvan 4 ünvanında xx.xx.2022-ci il tarixdə saat 22:07 dəqiqədə 2000 manat və həmin yerdə və həmin tarixdə saat 22:09 dəqiqədə 1000 manat olmaqla onun "xxxx" ASC-yə aid **********675309 saylı plastik bank kartı hesabına köçürdüyü Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 3000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar törədilməklə dələduzluq etmişdir (epizod İV). Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" da ev almaq üçün tanışlarına köməklik göstərirmiş. Belə ki, 2020-ci il tarixdən hesablanmaqla 1 il olmaqla Binəqədi rayonu, “Boksol yolu” adlanan yerin yaxınlığında mebel sexini icarə əsasında işlətmişdir, təxminən 2017-ci ildə Ramanı qəsəbəsində mebel sexinə usta kimi işləməyə getmişdir, qeyd olunan mebel sexində olan zaman ona "xxxx" MMC-nin balansında olan mənzillərə lazım olan mebellərin quraşdırılması işi təklif edilmişdir, o da bu təklifi dəyərləndirmiş və 05 ay müddətinə mebel sexində işləməyə başlamışdır. Həmin müddətdə "xxxx" MMC-nin balansında olan mənzillərin sahibi olan şəxslərdən bəzilərinin hansı formada əldə edildiyini maraqlandıqda ona məlum olmuşdur ki, "xxxx" MMC-nin saytına daxil olunaraq qeydiyyatdan keçdikdən müvafiq bölümlərin doldurulmasından sonra müəyyən edilmiş tarixdə mənzillərin uduşu həyata keçirildiyndən "xxxx" MMC tərəfindən təşkil edilən uduşlarda bir neçə dəfə mənzillərin əldə edilməsində müxtəlif vaxtlarda köməklik etmiş və bunun qarşılığında müəyyən miqdarda xeyri də olmuşdur. Həmin müddətdə Ramanı qəsəbəsi ərazisində mebel sexində iş dayandığından icarəyə özünə yer axtarmağa başlamışdır. Sonuncu dəfə 2021-ci ilin oktyabr ayının əvvəllərində Binəqədi rayonu, “Boksol yolu” adlanan yerin yaxınlığında yerləşən sexlərin birini icarəyə götürüb işlətməyə başlamışdır. Belə ki, 2021-ci ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 ona zəng vuraraq özünü təqdim edərək ona "xxxx" MMC-nin balansında mənzillərin birinin əldə edilməsində köməklik etməyini xahiş etmiş və o da görəcəyi işin müqabilində ümumilikdə 6000 manat pul qarşılığında edə biləcəyini, ilk olaraq 3000 manat pul verməli olduğunu, mənzil ilə bağlı sənədləşdirmə yekunlaşıb iş həll edildikdən sonra isə qalan 3000 manat pulu verməli olduğunu ona bildirmişdir, Xaqani də onun dediyi ilə razılaşmış, növbəti gün yəni 2021-ci ilin dekabr ayının ortalarında axşam saatlarında Binəqədi rayonu, Bakı- Sumqayıt şosesinin 3-cü km-də yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında idarə etdiyi “Mercedes Benz” markalı **-MK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə Xaqani ilə görüşmüş və görüş zamanı Xaqani “Asan-imza” nömrəsi və şəxsiyyət vəsiqəsinin surətini 1000 manat pul ilə birlikdə ona verdikdən sonra qalan 2000 manat 10 gün ərzində verəcəyini demiş, daha sonra sağollaşmışdır. O isə 1000 manat pulu heç bir yerə xərcləməmiş, 10 gün keçdikdən sonra Xaqani ona zəng vuraraq harada olduğunu maraqlandıqda ona işdə olduğunu demişdir. Nəticədə isə 2021-ci ilin dekabr ayının sonlarında Xaqani Binəqədi rayonu, “Boksol yolu” adlanan yerin yaxınlığında yerləşən mebel sexinə gəlmiş və söhbət zamanı qalan 2000 manat pulu ona verdikdən sonra ona narahat olmamasını bildirmişdir. Belə ki, 2022-ci ilin mart ayının 30-u və həmin ilin sentyabr ayının 24-ündə uduş oyunu keçirilsə də, müsbət nəticə əldə edilməmiş, belə olan halda Xaqani ondan pulunu istəməyə başlamış, lakin pulu olmadığından ona pulunu geri qaytara bilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 ilə tanış olmuş, Zərərçəkmiş şəxs4 nəvəsi üçün Mida yaşayış kompleksində ipoteka yolu ilə ev almaq istədiyini bildirmiş, o da, Sevdaya bildirmişdir ki, ev almaqda ona köməklik göstərə bilər. Bunun üçün Sevdadan zəruri sənədlər istəmiş və bunun müqabilində də, ümümilikdə 3000 manat pul istəmişdir. Sevda ilə danışıq zamanı ona sənədləşdirmə işlərini həll edib bu barədə ona məlumat verəcəyini bildirmişdir. Daha sonra Sevda sonradan bildiyinə görə, nəvəsinin adına olan kartdan onun istifadə etdiyi plastik karta ilkin olaraq 25 avqust 2022-ci il tarixdə 1000 manat və daha sonra həmin tarixdə 2000 manat pul göndərmişdir. Lakin həmin pulları çıxarıb, Mida yaşayış kompleksində ev almaq üçün istifadə etməmişdir, öz ehtiyaclarına xərcləmişdir. Dəfələrlə Sevda onun istifadəsində olan mobil telefona zəng edib ev barəsində soruşanda hər dəfə müxtəlif bəhanələr ilə ona aldatmışdır ki, evi təşkil edən kimi əlaqə saxlayacaq. Bir müddət keçdikdən sonra Sevda yenidən zəng edəndə, artıq utandığından onun telefonlarına cavab verməmişdir. Daha sonra Yasamal RPİ-də barəsində cinayət işi üzrə istintaq aparıldığı müddətdə o, Sevdadan aldığı 3000 manat pulu tam olaraq ona qaytarmışdır. Zərərçəkmiş şəxs3 ona ev almaq üçün 2022-ci ilin yanvar ayında ona ev almağa kömək məqsədi ilə 1500 manat pul almış, lakin evi almaq üçün lazım olan sənədləri toplaya bilməmiş və bu səbəbdən evi ala bilməmiş, hazırda ona olan borcunu da tam şəkildə ödəmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 da ona ev almağa kömək məqsədi ilə 2500 manat pul almış, lakin sonra evin ilkin sənədləri üçün 1500 manat lazım olduğu üçün yerdə qalan 1000 manatı ona geri vermiş və ona olan borcunu da tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs2 ilə işlədiyi dülgər sexində görüşərək tanış olmuşdur. Zərərçəkmiş şəxs2 özünü "xxxx" şirkətlər qrupunun işçisi kimi təqdim etməmişdir. Sadəcə olaraq ona kompyuter proqramlaşmasını bildiyini, bu biliyindən istifadə edərək satış prosesində güzəştli şərtlərlə ev almaqda köməklik edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 olan borcundan 2000 manat ödəmiş, geridə qalan 1000 manat borcunu da ödəyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin sonlarında ev almaq üçün sosial mənzillərin satışını təşkil edən "xxxx" şirkətlər qrupuna müraciət etmiş və tələb olunan zəruri sənədləri toplamağa başlamışdır. Həmin ərəfədə özünü ona "xxxx" şirkətlər qrupunun işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs onu işlədiyi mebel sexinə dəvət edərək, ev almaq üçün 6000 (altı min) müqabilində öz köməyini təklif etmişdir. 3000 manat beh kimi əvvəlcədən, qalan 3000 manatı isə evin sənədlərini “ASAN Xidmət”də ona təqdim edildikdən sonra ödəməyi razılaşmışlar. Sonra o, Binəqədi rayonu, “Baksol” yolunda yerləşən Təqsirləndirilən şəxs işlədiyi mebel sexində gedərərək ona, 3000 manat pulu beh olaraq vermişdir. Sonra Təqsirləndirilən şəxslə əlaqə saxlayan zaman Tərlan ona evlərin mart ayında uduşu ləğv edilib və bir neçə ay sonra yenidən keçiriləcəyini demişdir. Buna baxmayaraq, indiyə kimi Tərlan öz vədinə əməl etmədiyi üçün pulunu ondan geri istəmişdir. Tərlan pulu qaytaracağına söz versə də, sonradan zənglərinə cavab verməmiş, cavab verdiyi halda isə hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Tərlan onun etibarından sui-istifadə edərək onu aldatdığını başa düşmüşdür. Buna görə də, onun barəsində Binəqədi Rayon Polis idarəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə onun 3000 manat pulumu ələ keçirmişdir. Hazırda ona dəymiş ziyandan 2000 manat ödənildiyini, təqsirləndirilən şəxsin 1000 manat borcunun isə qaldığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Tərlan adlı şəxslə 2018-ci ildə tanış olmuş, tanış olduğu vaxtlar Tərlan Yasamal rayonu ərazisində yerləşən "xxxx" yaşayış konpleksinə aid binalarda mətbəxlərə mebel düzəltməklə məşğul olmuşdur. Söhbət zamanı Tərlan ona söz vermişdir ki, "xxxx" yaşayış kompleksində ev almağına köməklik edə bilər və buna görə əvvəlcədən 3000 manat ödəməli olduğunu ona bildirmişdir. O da Tərlanın sözlərinə inanmış və xx.xx.2023-cü il tarixdə nəvəsi Rüfətə aid plastik kart vasitəsilə Tərlanın kart hesabına 1000 manat, daha sonra 2000 manat olmaqla, ümumilikdə 3000 manat pul göndərmişlər. Lakin xx.xx.2023-cü il tarixdə seçim zamanı "xxxx" tərəfindən ona “sənə ev seçilməyib” demişlər. Bundan sonra pulu geri almaq üçün nəvəsi Rüfəti Tərlanın ünvanına göndərmişdir. Tərlan isə 800 yüz manat verərək, qalan pulu yaxın günlərdə qaytaracağını bildirmişdir. Lakin sonradan müxtəlif bəhanələr gətirərək Tərlan onun pulunu qaytarmamışdır. Yalnız xx.xx.2023-cü il tarixdə Tərlan ona 500 manat da qaytarmış, qalan pulu dəfələrlə istəsə də Tərlan müxtəlif bəhanələrlə onu aldadaraq qaytarmamışdır. Tərlan onun etibarından sui-istifadə edərək aldatdığın başa düşmüş və onun barəsində şikayət etmək qərarına gəlmişdir. Tərlana verdiyi 3000 manat puldan ona cəmi 1300 manatını qaytarmışdır. DİN-nə ünvanlandırdığı elekton müraciətində göstərdiyi Təqsirləndirilən şəxs qardaşı kimi təqdim etdiyi Rövşən adlı şəxsin anket məlumatlarını bilmir. DİN-nə elekton müraciət edəndə Rövşən adlı şəxsin adını əsəbi olduğundan yazdırmışdır. Rövşən adlı şəxsə hər hansı məbləğdə pul verməmiş, Rövşən adlı şəxs ona mənzil almağa köməklik göstərməyi vəd etməmiş, bu işlərlə hansı əlaqəsini olmasını bilmir və məlumatı yoxdur. Hazırda ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, barışdıqlarını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır. Tərlan adlı şəxsi təxminən 2022-ci ilin yanvar ayında tanımışdır. Belə ki, həmin zaman öz ailəsi üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilməkdə olan "xxxx" sosial evlərdən 3 otaqdan ibarət mənzil almaq istəmişdir, lakin sosial mənzillərin alış prosesini bilmədiyi üçün bir neçə tanışına müraciət edərək olardan məsləhət almışdır. Bu zaman Xatirə adlı tanışı ona Tərlan adlı şəxsin istifadəsində olan mobil nömrəsini təqdim edərək, Tərlanın sosial mənzillərin alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. O,Tərlanın istifadəsində olan mobil nömrə ilə telefon əlaqəsi yaradaraq ona, sosial evlərdən mənzil almaq istədiyini bildirib, ona bu işdə köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Tərlan isə özünün iştirakı və köməyi olmadan sosial mənzilin onun tərəfindən alınmasının mümkün olmadığını bildirib, pul müqabilində ona mənzilin alınmasına köməklik göstərə biləcəyini bildirmişdir. Ondan nə qədər pul tələb olunduğunu soruşduqda sonuncu ona bu işi başqaları üçün 6000 manata gördüyünü, lakin onun onkoloji xəstə olduğunu öyrəndikdən sonra endirimlə 4.500 manat müqabilində ona köməklik göstərəcəyini bildirmişdir. Aralarında olan şifahi danışığa əsasən həmin puldan 1.500 manatını işə başlamamışdan əvvəl ödəməli olmuş, qalan 3.000 manat isə mənzilin alınması prosesi baş tutdudan sonra ödənilməli olmuşdur. İlk öncə tərəddüd etsə də, lakin Tərlanın, bu kimi işləri gündə 50 nəfər üçün görməsi barədə əminlikdə danışmağı və digər yalançı sözlərinə aldanaraq onun təklifini qəbul etmişdir. Ertəsi gün Tərlan onunla əlaqə saxlayaraq, mənzillərin MİDA tərəfindən satışa çıxarılmasına az müddət qaldığını, gecikəcəkləri təqdirdə mənzil ala bilməyəcəyini deyərək onu tələsdirməyə başlamışdır. Tərlandan işə başlamasını xahiş etsə də, sonuncu ödənişi almayacağı təqdirdə heç bir iş görməyəcəyini bildirmişdir. Bu səbəbdən 2022-ci ilin yanvar ayının dəqiq xatırlamadığı tarixində Tərlanla yaşadığı Bakı şəhəri, Nizami rayonu, İ.Müzəffəroğlu küçəsi, ev 6 saylı binanın qarşısında görüşüb, ona 1.500 manat pulu nağd şəkildə ödəmişdir. Tərlan ondan pulu aldıqdan sonra narahat olmamağını xahiş edib, mənzillərin 10-15 gün sonra MİDA tərəfindən satışa çıxarılacağı səbəbindən həmin müddəti gözləməli olduğunu və çox qısa zamanda onu sevindirəcəyini bildirmişdir. Tərlanın dediklərinə inanaraq 10-15 günün keçməsini gözləməyə başlamış, lakin Tərlan tərəfindən heç bir məlumat daxil olmadığından onunla təkrar əlaqə saxlayıb işlərin nə yerdə olduğunu soruşmuşdur. Tərlan ona, mənzillərin satışının həyata keçirildiyini və onun üçün mənzilin alınması istiqamətində əlindən gələni etdiyini, lakin texniki səbəblərdən bunun mümkün olmadığı bildirib ondan məyus olmamağını, növbəti satışda mənzilin alınmasını 100 faiz təmin edəcəyini bildirmişdir. Tərlanın növbəti yalanına inanaraq növbəti satışın keçirilməsini gözləməyə başlamış, buna baxmayaraq növbəti satışda Tərlanla əlaqə yaratmağa çalışsa da, sonuncu onun zənglərinə cavab verməmişdir. Bir müddət Tərlanla əlaqə yarada bilməsə də, sonradan onunla telefon vasitəsi ilə danışıb pulunu geri qaytarmağını tələb etmişdir. Tərlan müxtəlif yalanlar danışaraq pulunu geri qaytarmaqdan qəsdən boyun qaçırmışdır. Sonradan öyrənmişdir ki, Tərlan ümumiyyətlə onun üçün mənzilin alınması üçün heç bir addım atmayıb, mənzillərin satılması barədə dedikləri tamamı ilə yalandır. Tərlan adlı şəxsin istifadəsində 077- ***-**-** saylı mobil nömrəsinin olduğunu bilir. Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdən mənzil almaqda ona köməklik göstərməsi üçün, daha doğrusu mənzilin onlayn uduşunu təmin etməsi üçün Tərlan adlı şəxsə 2022-ci ilin yanvar ayında öz yaşadığı Bakı şəhəri, Nizami rayonu, İ.Müzəffəroğlu küçəsi, ev 6 saylı binanın qarşısında 1.500 manat pulu nağd şəkildə ödəmişdir. Hazırda ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 7 ünvanında ailəsi ilə birgə həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs 2022-ci il tarixdən qiyabi tanıyır. Belə ki, 2022-ci ili mart ayında özü üçün sosial mənzil almaq istəmişdir. Həmin ərəfədə o, qohumu Rəşaddan sosial mənzil almağı üçün ona kömək edə biləcək tanışının olub-olmadığını soruşmuşdur. Rəşad da tanışı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs sosial mənzil almaqda ona kömək edə biləcəyini demişdir. Belə ki, uzaq qohumu Rəşad özü üçün də sosial mənzil alması üçün Tərlana müraciət etdiyini ona bildirmişdir. Rəşaddan sosial mənzil almağı üçün Tərlan ilə danışıb ona məlumat verməsini xahiş etmişdir. Belə ki, həmin vaxtı qohumu Rəşad hərbiçi olduğundan Kəlbəcər rayonunda xidmət etmişdir. Rəşad Tərlan ilə danışdıqdan sonra Tərlan razılıq verdiyini, 2500 manat pulun müqabilində ona sosial mənzil almağa köməklik edəcəyini bildimişdir. O da bu məqsədlə Rəşad kürəkəni Şahid2 xahiş etmişdir ki, Tərlanın bank kartına 2500 manat pul göndərsin. Şahid2 də onun xahişi ilə 21 mart 2022-ci il tarixdə saat 15:31-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166-cı məhəllədə yerləşən mağazada quraşdırılmış «E-manat» ödəmə terminalı vasitəsilə Tərlanın dediyi 510307*****6121 nömrəli hesab nömrəsinə 2500 manat pul göndərmişdir. Lakin sonradan kürəkəni Şahid2 pulunu tam şəkildə ödəmişdir. Bir müddət sonra Tərlan ona məxsus 2.500 manat puldan 1.000 manat pulu ona qaytararaq işi 1.500 manat pulun müqabilində həll edəcəyini bildirsə də hazırki vaxta kimi vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. ***-***-**-** saylı mobil nömrə Tərlanın istifadəsində olmuşdur. Şahid2 istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Rəşad onun uzaq qohumudur. ***- ***-**-** sayh mobil nömrə Rəşadın istifadəsində olmuşdur. Rəşad hərbi xidmət zamanı xəsarət aldığından Mərkəzi Hərbi Hospitalda müalicə almış, sonradan sağalaraq hərbi xidmətini Kəlbəcər rayonu ərazisində davam etdirir. Rəşad Təqsirləndirilən şəxs mənzil almaq üçün pul verməmiş, ona ev almağa heç bir köməklik göstərməmişdir. Təqsirləndirilən şəxs ilə görüşməmiş və ona heç bir ev göstərməmiş və hər-hansı bir mənzilin sənədini təqdim etməmişdir. İlkin araşdırma zamanı Təqsirləndirilən şəxs dediyi 510307*****6121 nömrəli hesab nömrəsinə 2.500 manat pul göndərilməsinə dair qəbzi izahatına əlavə etmişdir. Hazırda ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahidlər Şahid1, Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında yaşayır. Zərərçəkmiş şəxs4 onun nənəsidir. Nənəsi Zərərçəkmiş şəxs4 2022-ci ildə Yasamal rayonu ərazisində yerləşən "xxxx" yaşayış kompleksinə aid ev almaq istəyirdi, tanış olduğu Təqsirləndirilən şəxs ona Mənzil İstismar Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X7 inşa edilmiş yaşayış binalarında yerləşən mənzillərin güzəştli ipoteka şərtləri ilə satışa çıxarılacağını, mənzillərdən 3000 manat müqabilində almasına köməklik edəcəyini vəd etmişdir və Təqsirləndirilən şəxs istifadə etdiyi kapital banka aid 4169 7387 3867 5309 nömrəli bank kartının nömrəsinə həmin məbləğdə pulu köçürülməsini nənəsi Zərərçəkmiş şəxs4 tapşırmışdır. Nənəsi Sevda da ondan 3000 manat pulu həmin kartın hesabına köçürməyi xahiş etdi. O, xx.xx.2022-ci il tarixdə saat 22:07-də nənəsi Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, ünvan 9 ünvanda olarkən özünə məxsus 4169 7578 5489 8131 nömrəli bank kartından 4169 7387 3867 5309 nömrəli bank kartına 1000 manat, həmin gün yəni, xx.xx.2022-ci il tarixdə saat 22:09-da digər özünə məxsus 4169 7387 5848 2750 nömrəli bank kartından 4169 7387 3867 5309 nömrəli bank kartına 2000 manat, ümumilikdə 3000 pul köçürmüşdür. Təqsirləndirilən şəxs göndərdiyi 3000 manat pul nənəsi Zərərçəkmiş şəxs4 məxsus olmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə güzəştli ipoteka şərtləri ilə satışa çıxarılan mənzillərdən nənəsi Zərərçəkmiş şəxs4 mənzil düşmədiyini bildirdilər. Bundan sonra pulu geri almaq üçün nənəsi Zərərçəkmiş şəxs4 onu Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, döngə 13-də yerləşən nömrəsiz evinə getmişdir. Tərlan nənəsi Sevdaya qaytarmaq üçün ona 800 manat vermişdiri və pulun qalanını da tezliklə qaytaracağını bildirmişdir. O da həmin pulu nənəsi Zərərçəkmiş şəxs4 vermişdir. Daha sonra Təqsirləndirilən şəxs kartına da xx.xx.2023-cü il tarixdə 500 manat göndərmiş, pulun qalan hissəsini, yəni 1700 manatı qaytarmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs nənəsi Zərərçəkmiş şəxs4 pulunu tamlıqla qaytarmışdır. Təhqiqat zamanı Təqsirləndirilən şəxs verdiyi 4169 7387 3867 5309 nömrəli bank kartına pul göndərməyi ilə əlaqədar 2 ədəd qəbzlərin, Təqsirləndirilən şəxs nənəsi Zərərçəkmiş şəxs4 pulu göndərmək üçün verdiyi 4169 7387 3867 5309 nömrəli bank kartının surətlərini izahatına əlavə etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 10 ünvanında ailəsi ilə birlikdə yaşayır. Qaynanası Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 7 yaşayır. Qaynanası Zərərçəkmiş şəxs1 2022-ci ili mart ayında qohumu Rəşada güzəştli şərtlərlə sosial mənzil almaq istədiyini, bu işdə ona köməklik edə biləcək tanışının olub-olmamasını soruşmuş, həmin ərəfədə Rəşad da tanışı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs güzəştli şərtlərlə sosial mənzil almaqda kömək edə biləcəyini demişdir. Rübabə də Rəşada Tərlan ilə danışıb ona məlumat verməsini xahiş etmişdir. Rəşad Tərlan ilə danışdıqdan sonra Tərlanın razılıq verdiyini, 2.500 manat pulun müqabilində ona güzəştli şərtlərlə sosial mənzil almağa köməklik edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 da bu məqsədlə Tərlanın bank kartına 2500 manat pul göndərməyi ondan xahiş etmişdir. O, 21 mart 2022-ci il tarixdə, saat 15:31-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166-cı məhəllədə yerləşən mağazada quraşdırılmış «E-manat» ödəmə terminalı vasitəsilə Tərlanm dediyi 510307*****6121 nömrəli kartının hesabına 2.500 manat pul göndərmişdir. Ödəniş qəbzini qaynanası Zərərçəkmiş şəxs1 vermişdir. O da onun 3000 manat pulunu tam şəkildə ona ödəmişdir. Bir müddət sonra Tərlan qaynanası Zərərçəkmiş şəxs1 məxsus 1.000 manat pulu qaytararaq işi 1.500 manat pulun müqabilində həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs vədinə əməl etməyərək qaynanası Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. Bu hadisələr vaxtı ona heç bir maddi və mənəvi zərər dəyməmişdir. Sonradan eşitdiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 şikayət edəndə sonra 500 manat qaytarmış, lakin qalan 1000 manatını isə qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 30 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 müraciəti əsasında araşdırılan hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, köhnə Banuçiçək restoranının yaxınlığında baş vermişdir (cild 1, 101-104). “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə vətəndaş Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v.131). “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə vətəndaş Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v.175). “ödəniş qəbzlərinə baxış keçirilməsi haqqında” 26 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Şahid1 izahatına əlavə etdiyi ********** saylı ödəniş qəbzin yuxarı hissəsində əməliyyatın tarixi xx.xx.2022.22:07 vəsait silinən kart 416975******8131 vəsait alan kart 4169 ******5309, məbləğ 1000 manat. ********** saylı ödəniş qəbzin yuxarı hissəsində əməliyyatın tarixi xx.xx.2022.22:09 vəsait silinən kart 416973******2750 vəsait alan kart 4169 ******5309, məbləğ 2000 manat olması, 4169 7387 3867 5309 nömrəli bank kartının "xxxx"a aid olması müəyyən edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs 4169 7387 3867 5309 nömrəli bank kartından istifadə etməsini bildirmişdir (cild 2, i.v.66). “ödəniş qəbzinə baxış keçirilməsi haqqında” 26 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs1 izahatına əlavə etdiyi həmin ödəniş qəbzin yuxarı hissəsində “eManat MPAY VÖEN **********1 qəbz nömrəsi:23916, terminal nömrəsi 4679 ünvan: X8 ray., Tblisi pr., 3166-ca mah. Tarix:21.03.22 15:31 Kapital bank mədaxil. Daxıl edildi: AZN 2.500,00 Ödənilən məbləğ: AZN 2500.00 Müştərinin Adı, Soyadı: C*****R*****E***** Kart nömrəsi: 51307*****6121 əməliyyat nömrəsi **********. Xahiş edirik, məbləğ hesabınıza köçürülənədək qəbzi saxlayın. Müştəri xidmətləri (012) 404 48-48. Email:Elektron ünvan . Ünvan: Bakı, Nərimanov rn., Albert Aqarunav küç. 7B söz və rəqəmlərdən ibarət olması müəyyən edilmişdir (cild 2, i.v.67). “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v.78). “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v.87). “sübutların qiymətləndirilməsi haqqında” 11 aprel 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Şahid1, Şahid2 və Rəşad adlı şəxsin Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında və ya tək halda özgənin, yəni zərərçəkmiş şəxslərin əmlakını etibardan sui-itifadə etmə və ya aldatmaqla yolu ilə ələ keçirmək niyyəti olmadığından əməlində cinayət tərkibi olmadığından barələrində Azərbaycan Respublikası CM-nin 178.1. və 178.2.1-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X3, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, eləcə də şahidlər Şahid1, Şahid2 və Rəşad adlı şəxsin barələrində rüşvət verməyə cəhd, rüşvət verməyə təhrik etmə və ya rüşvət alma cinayətlərinin tərkibi olmadığından barələrində Azərbaycan Respublikası CM-nin 29, 311 və 312-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməllərində öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmə, rüşvət verməyə cəhd və ya rüşvət verməyə təhrik etmə, eləcə də özünü vəzifəli şəxs kimi təqdim etmə cinayətlərinin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 178.2.3, 29, 311, 312-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 qarşı dələduzluq əməli törətmədiyindən və baş vermiş hadisələr zamanı ona maddi və mənəvi ziyan vurmadığından cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamamaları, ilkin araşdırma zamanı Şahid1 izahatına əlavə etdiyi ********** nömrəli və ********** nömrəli ödəniş qəbzin, Zərərçəkmiş şəxs1 izahatına əlavə etdiyi 23916 nömrəli ödəniş qəbz iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs Mənzil İstismar Dövlət Agentliyi tərəfindən verilən mənzillərdən güzəştli şərtlərlə mənzil almaqlarına köməklik göstərməyin qarşılığında zərərçəkmiş şəxslərdən pullar alması barədə gətirdiyi dəlillər zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, X3, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, eləcə də şahid qismində dindirilmiş Şahid1, Şahid2 ifadələri, baxış protokolları, maddi sübutlarla, eləcə də tələb edilib cinayət işinə əlavə edilmiş digər sənədlər, məktub, arayışlar və əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlərlə təkzib olunduğundan özünü müdafiə kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün qismən etirafedici ifadələri ilə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X3, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, eləcə də şahid qismində dindirilmiş Şahid1, Şahid2 ifadələri, baxış protokolları və cinayət işinə əlavə edilmiş məktub, arayışlar və işin faktiki hallarına uyğun olub obyektiv həqiqəti əks etdirən və əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlər cinayət işi üzrə sübut kimi qiymətləndirilməsi qərara alınmışdır (cild 2, i.v.100- 115). “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” 11 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 müraciəti əsasında Yasamal RPİ-nin İŞ-də toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və cinayət işinin ibtidai istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin İŞ-yə göndərilməsi qərara alınmışdır (cild 1, i.v.1-2). “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarın ləğv edilməsi barədə” 10 mart 2023-cü il tarixli qərarından görünür ki, Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən Yasamal rayon polis idarəsinin 26-cı polis bölməsinin təhqiqatçısı, polis mayoru Rüfət Mustafazadə tərəfindən toplanmış material üzrə qəbul edilmiş 11 fevral 2023-cü il tarixli materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərarın ləğv edilməsi və materialın təhqiqatçı Rüfət Mustafazadə tərəfindən əlavə araşdırma aparılması üçün Yasamal rayon polis idarəsinin 26-cı polis bölməsinə göndərilməsi qərara alınmışdır (cild 1, i.v.20-21). “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 23 mart 2023-cü il tarixli qərardan görünür ki, vət.Zərərçəkmiş şəxs4 müraciəti əsasında toplanmış material aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi üçün Yasamal RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır (cild 1, i.v.27-28). “cinayət işinin icraata qəbul edilməsi haqqında” 12 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi istintaqının davam etdirilməsi üçün icraata qəbul edilmişdir (cild 1, i.v.32). “Şübhəli şəxsin tutulması üçün axtarış elan edilməsi haqqında” 30 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında ittihamı elan etmək məqsədi ilə tutulması üçün axtarış elan edilməsi qərara alınmışdır (cild 1, i.v.35). “cinayət təqibi üzrə icraatın dayandırılması barədə” 30 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə cinayət təqibi axtarışda olan şübhəli şəxs Təqsirləndirilən şəxs yaxalanmasınadək dayandırılması qərara alınmışdır (cild 1, i.v.37). “axtarışda olan şəxsin tutulması barədə” 26 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində ünvan 12 ünvanında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş, barəsində protokol tərtib edilmiş və Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir (cild 1, i.v.44). “cinayət təqibi üzrə icraatın təzələnməsi barədə” 27 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin cinayət təqibi üzrə icraatı təzələnmişdir (cild 1, i.v.40). “tutulmuş şəxsin azad edilməsi haqqında” 28 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə 26 iyun 2023-cü il tarixdə saat 23:00 dəqiqədə tutulmuş şübhəli şəxs Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (cild 1, i.v.63). “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 29 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır (cild 1, i.v.66-67). “qətimkan tədbirinin seçilməsi haqqında” 29 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır (cild 1, i.v.76-77). “cinayət təqibi üzrə icraatın dayandırılması barədə” 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatın cinayət törətmiş şəxsin müəyyən edilməsinədək dayandırılması qərara alınmışdır (cild 1, i.v.80). “cinayət işinin başlamasının rədd edilməsi barədə” 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, vət.Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır (cild 1, i.v.110-111). “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair” 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 şikayət ərizəsi əsasında toplanmış material üzrə Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ramil Qabulov tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi qərara alınmışdır (cild 1, i.v.115-116). “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-də vət. Zərərçəkmiş şəxs2 etmiş olduğu şikayətlə bağlı toplanmış materialın istintaq aidiyyəti üzrə Binəqədi rayon prokurorluğu vasitəsi ilə Yasamal RPİ-nə göndərilməsi qərara alınmışdır (cild 1, i.v.121-122). “cinayət təqibi üzrə icraatın təzələnməsi barədə” 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin cinayət təqibi üzrə icraatı təzələnmişdir (cild 1, i.v.127). “əməlin tövsif edilməsi haqqında” 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir (cild 1, i.v.129-130). “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”(cild 1, i.v.138). “cinayət təqibi üzrə icraatın dayandırılması barədə” 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə cinayət təqibi icraatı axtarışda olan Təqsirləndirilən şəxs yaxalanmasınadək dayandırılması qərara alınmışdır (cild 1, i.v.141). “axtarışda olan şəxsin tutulması barədə” 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:15 radələrində ünvan 14 saylı binanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin İŞ-nə təhvil verilmişdir (cild 1, i.v.149). “cinayət təqibi üzrə icraatın təzələnməsi barədə” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin cinayət təqibi üzrə icraatı təzələnmişdir (cild 1, i.v.151-152). “təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında” 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan yeni ittihamın elan edilməsi qərara alınmışdır (cild 1, i.v.154-155). “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Hənifə Bayramzadənin xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır (cild 1, 170-172). “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (cild 1, i.v.173-174). “cinayət təqibi üzrə icraatın dayandırılması barədə” 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə cinayət təqibinin CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılması qərara alınmışdır (cild 1, i.v.182-183). “cinayət təqibi üzrə icraatın təzələnməsi barədə” 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin cinayət təqibi üzrə icraatı təzələnmişdir (cild 1, i.v.193). “təqsirləndirilən şəxsin tutulması üçün axtarış elan edilməsi və cinayət işinin dayandırılması haqqında” 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında, ittihamı elan etmək məqsədi ilə tutulması üçün axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır (cild 1, i.v.195). “cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış materialın Yasamal RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır (cild 1, i.v.206). “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır (cild 1, i.v.210-211). “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın lğəv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə” 28 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin sabiq müstəntiqi, polis polkovnik-leytenantı Bəxtiyar Rəhimov tərəfindən toplanmış 1339/22 nömrəli material üzrə qəbul edilmiş 26 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi qərara alınmışdır (cild 1, i.v.214-215). “cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və istintaqının davam etdirilməsi üçün icraata qəbul edilməsi qərara alınmışdır (cild 1, i.v.231-232). 19 dekabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində ünvan 14 ünvanının qarşısında saxlanılaraq Yasamal RPi-nin 26-cı PB-nə gətirilmiş və Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir (cild 1, i.v.227). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə DTX Səbail tərəfindən ********* nömrəli material üzrə AR CM-nin 273.3.1 və 273.3.2-ci maddələri ilə həbs olunmuş, xx.xx.2022-ci ildə iş məhkəməyə göndərilmiş, xx.xx.2023-cü il tarixdə Yasamal RPi tərəfindən AR CMnin 178.2.2-ci maddəsi ilə, iş icraatdadır (cild 1, i.v.234-235). “materialların cinayət işinə əlavə edilməsi haqqında” 20 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış 1339/22 nömrəli və Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış 3-1311-73083/23 nömrəli materiallar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işinin materialları və Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə əhatə olunduğundan cinayət işinin istintaqının CM-nin həmin maddəsi ilə davam etdirilməsi qərara alınmışdır (cild 2, i.v.1-2). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək o, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (cild 2, i.v.18-19). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-992/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad olunmuşdur (cild 2, i.v.47-54). “təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında” 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 2, i.v.55-56). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-46/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 01 il 06 ay müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə 6.000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhər probasiya idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-46/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 6000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasının 06 ay 06 gün hissəsi icra olunmuş, 6000 manat məbləğində cərimə cəzası isə ödənilməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 1(004)-367/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. AR DİN Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş 04 oktyabr 2024-cü il tarixli, 53-1/7-Aİ-93038 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2024-cü il tarixdə saat 03:00 radələrində ünvan 18 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş və Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək başqa qətimkan tədbiri ilə əvəz edilməsi barədə xx.xx.2024-cü il tarixli vəsatəti təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 1(004)-367/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2024-cü il tarixli təqdim edilmiş yazılı ərizədən görünür ki, 05 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə zamanı mənə dəymiş ziyandan 500 (beş yüz) manat ödənilmiş, cəmi ona 2000 (iki min) manat ödənilmiş, 1000 (bir min) manat təqsirləndirilən şəxsin borcu qalmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixli təqdim edilmiş yazılı ərizədən görünür ki, cinayət işi üzrə ona dəymiş zərər tam ödənilmiş, aralarında barışıq var, təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2025-ci il tarixli təqdim edilmiş yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmiş, heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 tərəfindən xx.xx.2025-ci il tarixli təqdim edilmiş yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmiş, heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixli təqdim edilmiş yazılı ərizədən görünür ki, barəsində olan cinayət işi ilə əlaqədar cinayət təqibinə bəraətverici əsasları olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 kompyuter proqramlaşması üzrə xüsusi biliklərə malik olan şəxs kimi təqdim edərək Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X7 inşa edilmiş yaşayış binalarında yerləşən mənzillərin güzəştli ipoteka şərtləri ilə satışa çıxarılacağı zaman xüsusi kompyuter proqramlarından istifadə etməklə həmin satış prosesinə müdaxilə etmək imkanına malik olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq, Zərərçəkmiş şəxs2 güzəştli ipoteka şərtləri ilə satışa çıxarılacaq mənzillərdən ev almaqda köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətlərə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələdə köməklik göstərəcəyini bildirib aldadaraq, 2021-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şossesinin 3-cü km-də yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında 1000 manat, 2021-ci ilin dekabr ayının sonunda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, köhnə «Banuçiçək» restoranın yaxınlığında yerləşən mebel sexində 2000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 3000 (üç min) manat məbləğində pulunu ələ keçirdiyi İ epizod üzrə, həmçinin Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə biləbilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq, Zərərçəkmiş şəxs3 Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan sosial evlərdən mənzil alınmasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətlərə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələdə köməklik göstərəcəyini bildirib, 2022-ci ilin yanvar ayında ünvan 3 ünvanında 1500 (min beş yüz) manat məbləğində pulunu ələ keçirdiyi İİ epizod üzrə, habelə Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq, Zərərçəkmiş şəxs1 "xxxx" sosial evlərdən mənzil alınmasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətlərə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələdə köməklik göstərəcəyini bildirib sonuncunun kürəkəni Şahid2 vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 15:31-də Bakı şəhəri, Yasamal rayonu,Tbilisi prospekti 3166 məhəllədə yerləşən mağazada quraşdırılmış “E- Manat” ödəmə terminalı vasitəsilə 510307*****6121 nömrəli Kapital Banka aid kart hesabına göndərdiyi, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1500 (min beş yüz) manat məbləğində pulunu ələ keçirdiyi İİİ epizod üzrə əməllərinin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Həmçinin, məhkəmə, ittiham aktında qeyd olunan İ, İİ və İİİ epizodlar üzrə cinayət əməllərinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmalarını, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il nəzərdə tutulmasını, həmin epizodlar üzrə cinayət əməllərinin 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar və mart aylarında baş verməsini, ibtidai istintaq zamanı cinayət işi üzrə 30 may 2023-cü il tarixdə cinayət təqibi üzrə icraatın dayandırılmasını və 27 iyun 2023-cü il tarixdə cinayət təqibi üzrə icraatın təzələnməsini, həmçinin ibtidai istintaq zamanı cinayət işi üzrə 10 iyul 2023-cü il tarixdə cinayət təqibi üzrə icraatın dayandırılmasını və 26 avqust 2023cü il tarixdə cinayət təqibi üzrə icraatın təzələnməsini, daha sonra ibtidai istintaq zamanı cinayət işi üzrə 26 avqust 2023-cü il tarixdə cinayət təqibi üzrə icraatın dayandırılmasını və 08 sentyabr 2023-cü il tarixdə cinayət təqibi üzrə icraatın təzələnməsini, daha sonra ibtidai istintaq zamanı cinayət işi üzrə 21 noyabr 2023-cü il tarixdə cinayət təqibi üzrə icraatın dayandırılmasını və 19 dekabr 2023-cü il tarixdə cinayət təqibi üzrə icraatın təzələnməsini, həmçinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə 02 iyul 2024-cü il tarixdə icraatın dayandırılmasını və 18 oktyabr 2024-cü il tarixdə cinayət təqibi üzrə icraatın təzələnməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan müvafiq əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbilə həmin epizodlar üzrə icraata beraətverici əsaslar olmadan xitam verilməsinə dair razılığını və dövlət ittihamçısının göstərilən epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ittihamdan imtina etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin epizodlar üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Bundan başqa, İV epizod üzrə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 kompyuter proqramlaşması üzrə xüsusi biliklərə malik olan şəxs kimi təqdim edərək Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X7 inşa edilmiş yaşayış binalarında yerləşən mənzillərin güzəştli ipoteka şərtləri ilə satışa çıxarılacağı zaman xüsusi kompyuter proqramlarından istifadə etməklə həmin satış prosesinə müdaxilə etmək imkanına malik olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanaraq, Zərərçəkmiş şəxs4 güzəştli ipoteka şərtləri ilə satışa çıxarılacaq mənzillərdən ev almaqda köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətlərə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələdə köməklik göstərəcəyini bildirib Zərərçəkmiş şəxs4 nəvəsi Şahid1 tərəfindən istifadəsində olan kart hesablarından ünvan 4 ünvanında xx.xx.2022-ci il tarixdə saat 22:07 dəqiqədə 2000 manat və həmin yerdə və həmin tarixdə saat 22:09 dəqiqədə 1000 manat olmaqla onun "xxxx" ASC-yə aid **********675309 saylı plastik bank kartı hesabına köçürdüyü Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 3000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etməsi qənaətinə gəlinmişdir. Hazırda İV epizod üzrə Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş ziyanın tam şəkildə ödənilməsini və ona qarşı şikayət və tələbinin olmamasını qeyd etdiyi üçün həmin epizod üzrə cinayət işi üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73-1.1-ci maddəsinə əsasən Cinayət Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 43.3- cü maddəsinə əsasən Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, ittiham aktında qeyd olunan İ, İİ və İİİ epizodlar üzrə dövlət ittihamçısının cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar ittihamdan imtina etməsi (CPM 43.1.1) və Təqsirləndirilən şəxs icraata beraətverici əsaslar olmadan xitam verilməsinə dair razılıq ərizəsi (CPM 43.3) əsasında cinayət işi üzrə icraata AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş əməli Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilərək təqsirli bilinməli, İV epizod üzrə Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasına dair ifadəsi və məhkəməyə təqdim edilmiş ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut Şahid1 izahatına əlavə etdiyi ********** nömrəli və ********** nömrəli ödəniş qəbzi, Zərərçəkmiş şəxs1 izahatına əlavə etdiyi 23916 nömrəli ödəniş qəbzləri iş materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 1500 manat məbləğində, zərər çəkmiş şəxs X2 3000 manat məbləğində, Zərərçəkmiş şəxs3 1500 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı (İ, İİ və İİİ) epizodlar üzrə cinayət təqibinə AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin, Zərərçəkmiş şəxs4 3000 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı (İV) epizod üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut - Şahid1 izahatına əlavə etdiyi ********** nömrəli və ********** nömrəli ödəniş qəbzi, Zərərçəkmiş şəxs1 izahatına əlavə etdiyi 23916 nömrəli ödəniş qəbzləri iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-25/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-25/2025
17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver