Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-250/2021 23.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi 13500,00 manat məbləğində pul borcunu, gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 1350,00 manat pul vəsaitini və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzini Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 oktyabr 2019-cu il tarixli, 2(005)-2699/2019 saylı qətnaməsinin icrası təmin edilməsi üçün Yasamal Rayon İcra Şöbəsinə göndərildikdən sonra icra məmuru tərəfindən tələbin könüllü icra edilməsi ilə əlaqədar 10 gün müddətində verilmiş vaxtda yerinə yetirmədiyi halda inzibati məsuliyyətə cəlb olunacağına dair 08 noyabr 2019-cu il tarixdə xəbərdarlıq verilməsinə, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb olunması barədə icra orqanının verdiyi 14 sentyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokolu ilə Yasamal Rayon Məhkəməsinin 3(004)-2232/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 01 oktyabr 2020-ci il tarixdə bildiriş təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 01 dekabr 2020-ci il tarixədək şəxsi maraq niyyəti ilə həmin məbləğdə zərər çəkmiş şəxsə ziyan vuraraq qanuni qüvvədə olan məhkəmə aktını qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 fevral 2017-ci il tarixli notariat müqaviləsi əsasında Zərərçəkmiş şəxs aldığı 13500,00 manat məbləğində pul vəsaitində borcunu sonradan ona qaytara bilməmiş, o, isə pulunu tələb edərək 2019-cu ildə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, məhkəmənin 01 oktyabr 2019-cu il tarixli, 2(005)- 2699/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 13500,00 manat məbləğində pul borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 1350,00 manat pul vəsaiti və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmurları ona bildirişlər təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru qətnamənin icrasının təmin edilməməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 3(004)-2232/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş, bundan sonra icra məmuru qətnamənin icrası ilə bağlı ona bildiriş təqdim etsə də o, maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etmədiyini göstərmişdir. Törətdiyi əməli etiraf etməsini, özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olmasını, lakin hazırda qətnaməni tam icra edərək, borcunu tamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, buna görə də onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 07 fevral 2017-ci il tarixli notariat müqaviləsi əsasında ondan 13500,00 manat məbləğində pul vəsaiti qısa müddət ərzində qaytarmaq məqsədi ilə borc almış, bir müddət sonra sözünə əməl etməyərək pulu qaytarmaqdan boyun qaçırdığına görə ona qarşı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq pulunu tələb etmiş, məhkəmənin 01 oktyabr 2019-cu il tarixli, 2(005)-2699/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 13500,00 manat məbləğində pul borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 1350,00 manat pul vəsaiti və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsinin icrası ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı borcuya bildirişlər təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməkdən imtina etdiyindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 3(004)-2232/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra icra məmuru qətnamənin icrası ilə bağlı ona bildirişlər təqdim etməsinə baxmayaraq o, məhkəmə aktını icra etməmiş, uzun müddətdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olduğundan xeyli miqdarda gəlir əldə etməsinə baxmayaraq borcunu ödəməyəcəyini bildirmiş olduğunu göstərmişdir. Lakin hazırda təqsirləndirilən şəxs qətnaməni tam icra edərək, borcunu tamamilə ödəmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur, onunla barışmışdır, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X1 ifadəsində Təqsirləndirilən şəxs 13500,00 manat məbləğində pul borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 1350,00 manat pul vəsaiti və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 oktyabr 2019-cu il tarixli, 2(005)-2699/2019 saylı qətnaməsi icra edilməsi ilə əlaqədar Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək 08 noyabr 2019-cu il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş təqdim edilmiş, məhkəmə qətnaməsi könüllü icra müddətində icra olunmadığından aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablaradan onun adma olan əmlakları aşkar etmək mümkün olmamış, o, müxtəlif tarixlərdə şöbəyə dəvət olunaraq izahatlar alınmış, izahatlarında fərdi əmək fəaliyyəti ilə məşğul olsa da qətnamənin icrasını təmin etməmiş, üzərindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə aktını qərzəli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 3(004)-2232/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş və məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə qətnamənin icrasından qərəzli yayındığını göstərmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam icra etmişlər, borcunu tam ödəmişlər, ona qarşı heç bir şikayət və tələb yoxdur. Beləliklə də hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam icra etmiş, borcunu tam ödəmiş, ona qarşı heç bir şikayət və tələb yoxdur, təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edirlər. Belə olduğu təqdirdə Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeydinə əsasən həmin Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində 19.05.2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-250/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-250/2021
23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver