Məhkəmə qərarları › İş №1(004)-250/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-250/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-250/2023 25.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış və satmışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 05 noyabr 2022-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən bir ədəd bükümdə təmiz çəkisi 1,042 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,459 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 05 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşenli küçəsi 105 saylı evin qarşısında Şahid5 15 manat müqabilində bir ədəd bükümdə təmiz çəkisi 1,042 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,459 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satmış, Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid5 05 noyabr 2022-ci il tarixdə saat 21:00 radələrində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qanunsuz olaraq 15 manat müqabilində sonuncuya satdığı bir ədəd bükümdə təmiz çəkisi 1,042 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,459 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Şahid5 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. Şahid5 onun qonşusudur və bir-birlərini uzun müddətdir ki, tanıyırlar. Onlar dəfələrlə birlikdə narkotik vasitədən istifadə etmişlər. 05 noyabr 2023-cü il tarixdə Şahid5 ona 15 manat məbləğində pul verərək ondan özünə narkotik vasitə alıb gətirməsini xahiş etmişdir. O, həmin narkotik vasitədən özünün pulsuz istifadə edə bilməsi üçün Kamilin bu təklifi ilə razılaşaraq həmin tarixdə, yəni tutulmamışdan bir neçə saat əvvəl Nəsimi rayonu ərazisində olan «Kubinka» adlanan ərazidən tanımadığı şəxsdən 15 manat müqabilində 0,5 qram miqdarında narkotik vasitə olan heroin və 01 qram miqdarında psixotrop maddə olan metamfetamin alaraq şəxsi istifadəsi üçün bir qədərini özünə saxlayıb qalanını isə Kamilə vermişdir. 05 noyabr 2022-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən yaşadığı evin qarşısında dayandığı zaman özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər ona yaxınlaşmışlar və üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı onu Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişlər. O, saxlanıldığı zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Yasamal RPİ-nin 26-cı PB-də gətirildikdən sonra bölmənin xidməti otaqlarının birində onun üzərinə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, lakin heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən ona Kamilin saxlanılması, üzərindən psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroin aşkar olunması və sorğu zamanı Kamilin həmin maddələri ona 15 manat pul verərək ondan aldığını söyləməsi barədə məlumat verilmişlər, o da Kamilin onun barəsində söylədiklərini təsdiq etmişdir. Lakin digər məhkəmə iclasında təqsirləndirilən şəxs qismində yenidən dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 05 noyabr 2022-ci il tarixində öz şəxsi istifadəsi məqsədi ilə Nəsimi rayonu ərazisində «Kubinka» adlanan ərazidən tanımadığı şəxsdən 20 manat müqabilində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin alaraq üzərində saxlamışdır. Həmin gün günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən yaşadığı evin qarşısında dayandığı zaman Yasamal RPİnin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılmış və Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmişdir. Saxlanılan zaman və polis bölməsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona zor tətbiq olunduğu üçün o, ona qarşı ittihamla irəli sürülən cinayət əməlini törətməsini boynuna alaraq Şahid5 15 manat müqabilində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin satdığını bildirmişdir. Lakin o, Şahid5 aldığı 15 manatı borc məqsədi ilə almış və ona narkotik vasitə və psixiotrop maddə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 noyabr 2022-ci il tarixdə 26-cı Polis Bölməsinə Şahid5 Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə 26-cı PB-nin rəisi tərəfindən qərar qəbul edilərək ondan və bölmənin əməkdaşları olan X4, Şahid4 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün yəni, 05 noyabr 2022-ci il, tarixdə saat 21:00 radələrində ünvan 2 ünvanının qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Şahid5 əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Şahid5 Yasamal RPİ-nin 26-cı PB-nə gəlməli olduğunu bildirmişlər, Kamil isə onların bu təklifi ilə razılaşaraq onlarla birlikdə polis bölməsinə getmişdir. Orada polis əməkdaşının və Şahid5 təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Kamil əynində göy rəngli cins şalvarın sağ yan cibində olan iki bükülünü masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Kamil həmin bükülünün içərisində olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini həmin gün Sadıq adında şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra onlar Kamildən Sadıqın yaşadığı ünvanı barədə məlumat alaraq, ünvan 4 ünvana çatdıqda onlar evin qarşısında dayanan Təqsirləndirilən şəxs yaxınlaşmışlar və ona Yasamal RPİ-nin 26-cı PB-nə gəlməli olduğunu bildirmişlər, Sadıq isə onların bu təklifi ilə razılaşaraq onlarla birlikdə polis bölməsinə getmişdir. Orada Təqsirləndirilən şəxs Şahid5 oglunun saxlanılması və onun üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilməsi, polis əməkdaşının sualına cavab olaraq Kamilin həmin narkotik vasitə və psixotrop maddələri 15 manat müqabilində ondan almasını bildirməsi barədə məlumat verilmişdir. Bundan sonra Sadıqov X16 Hacıyevin dediklərini təsdiq edərək ona narkotik vasitə və psixotrop maddə satdığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş X4, Şahid4 və Şahid3 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs onun qonşusudur və narkotik vasitə istifadəçisidir. Onlar narkotik vasitə əldə etdikləri zaman onu aralarında bölərək birlikdə istifadə etmişdirlər, lakin onların arasında heç bir zaman narkotik vasitələrin alış və satışı olmamışdır. Sadıq ona mütəmadi olaraq şəxsi istifadəsi üçün narkotik vasitə vermiş, o isə heç bir zaman bunun müqabilində Sadıqa pul verməmişdir. 05 noyabr 2022-ci il tarixində o, yerdən içərisində narkotik vasitə və psixotrop maddə olan iki ədəd büküm tapmış, həmin bükümləri götürüb üzərində saxlayaraq daşımışdır. Həmin gün, yəni 05 noyabr 2022-ci il tarixində, saat 17:00 radələrində o, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində olduğu zaman Yasamal RPİ-nin 26-cı PB-nin polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə Yasamal RPİ-nin 26-cı PB-nə dəvət olunmuşdur. Həmin vaxt onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd bükümün içərisində narkotik vasitə olan heroin, digər bükümdə isə psixotrop maddə olan metamfetamin olmuşdur. Bölməyə gətirildikdən sonra polis əməkdaşları ondan Təqsirləndirilən şəxs kim olduğunu soruşduqda o, həmin şəxsi tanımadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona qarşı zor tətbiq edərək və ailəsi ilə əlaqədar hədə-qorxu gələrək ondan üzərində olan narkotik vasitəni və psixotrop maddəni 05 noyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində qonşusu Sadıq adlı şəxsdən 15 manat pul verərək aldığını bildirməsini tələb etmişdirlər. O, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunduğu və ona ailəsi ilə əlaqədar hədə-qorxu gəldikləri üçün məcbur olub polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Bundan sonra bölmənin xidməti otaqlarının birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa, onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən daha əvvəl yerdən tapdığı bükümləri çıxardıb masanın üzərinə qoymuş və polis əməkdaşının sualına cavab olaraq həmin bükümlərin içərisində narkotik vasitə və psixotrop maddə olduğunu, onları qonşusu Sadıq adlı şəxsdən 15 manat pul müqabilində aldığını bildirmişdir. Digər məhkəmə iclasında yenidən şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, 05 noyabr 2022-ci il tarixində polis əməkdaşları tərəfindən saxlanılmazdan bir neçə gün əvvəl Sadıq ona şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin vermiş, lakin bunun müqabilində o, Sadıqa heç bir məbləğdə pul verməmişdir. Tutulduğu gün, yəni 05 noyabr 2022-ci il tarixində isə Sadıq pula ehtiyacı olduğundan ondan özünə pul verməsini xahiş etmiş, o isə Sadıqa 15 manat məbləğində pul vermişdir. Lakin o, Sadıqa narkotik vasitə əldə etməsi məqsədilə pul verməmiş, onlar arasında heç vaxt narkotik vasitələrin alışı və satışı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid5 üzərində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Şahid5 əynindəki göy rəngli cins şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 1 ədəd bükümü təqdim edərək içərisində psixotrop maddə olan metamfetamin, siqaretin gümüşü kağızına bükülmüş 1 ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olmasını, həmin maddələri xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində ünvan 5 ünvanın yanında qonşusu Sadıqdan şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Həmin bükümlərə baxış keçirilməklə qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. (i.v. 37- 38) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirdi ki onun üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet yoxdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi lakin sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya, predmet və vaxud maddə aşkar olunmadı. Şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparıldı və həmin video görüntünü özündə əks etdirən bir ədəd disk protokola əlavə olundu. (i.v. 65-66) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 06 noyabr 2022-ci il tarixli 6/6439 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 170»-li dairəvi möhür əksi, «şübhəli şəxs Şahid5 üzərindən aşkar edilmiş…» yazısı olan zərfdəki 1 bükümdə təmiz çəkisi 1,042 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 0,459 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin, tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in İ siyahısına daxildirlər. (i.v. 81-84) 07 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid5 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (i.v. 103-105) “Diskə baxış keçirilməsi haqqında” 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid5 üzərində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Şahid5 əynindəki göy rəngli cins şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 1 ədəd bükümü təqdim edərək içərisində psixotrop maddə olan metamfetamin, siqaretin gümüşü kağızına bükülmüş 1 ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olmasını, həmin maddələri xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində ünvan 5 ünvanın yanında Sadıq adlı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Həmin bükümlərə baxış keçirilməklə qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. (i.v. 188-189) “Diskə baxış keçirilməsi haqqında” 02 fevral 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli AZE/LGL-2117/23 nömrəli məktubla daxil olmuş bir ədəd CD diskə tərəfimdən baxış keçirilmiş və SMS_Tarixçəsi_**********5445_70869 papkasında iş üzrə əhəmiyyət kəsb edən sms yazışmalarının olduğu müəyyən olunmuşdur. Belə ki, SMS_Tarixçəsi_**********5447_708679… ikinci papkada X3 adına və istifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində və adına olan ***-***-**-** nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 17:52:12-də «diirəm biraz verseydin veziyyetden çıxardım» sms-ni yazmış, daha sonra həmin sms-rin içərisində maraq kəsb edən daha bir sms müəyyən olunmuş, belə ki, xx.xx.2022-ci il tarixdə saat 14:50:04-də Şahid6 adına olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan və adına olan ***-***-**-** nömrəsinə «Brat duran kimi məni sroçnu yığ pirivazka eləməmişdən məni yığ çünki trixat eləyirəm mənə yarı ver sora işlərivi görərsən, pul var qardaşımsan sən ətağa». CD diskində iş üzrə əhəmiyyət kəsb edən sms mətinləri olduğundan tərəfimdən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 243-244) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X15 Şəxsi Ambulator X2 nəticələrinə dair xx.xx.2022-ci il tarixli 7359 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkmaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (i.v. 260-261) “Sübutların qiymətləndirilməsi haqqında” 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Şahid5 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,042 qram narkotik vasitə heroin və 0,459 qram psixotrop maddə metamfetamin, Şahid5 üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD disk, işüzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,992 qram narkotik vasitə heroin, 0,409 qram psixotrop maddə metamfetamin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, Şahid5 üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən alınmış bir ədəd dliskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. (i.v. 262-273) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(004)-190/2023 saylı hökmünə əsasən Şahid5 satış məqsədi olmadan qanunsuz olaraq 05 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs bir ədəd bükümdə təmiz çəkisi 1,042 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,459 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsini 15 manat müqabilində əldə edib özündə saxlamaqla daşımış və Bakı şəhəri Yasamal RPİnin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 noyabr 2022-ci il tarixdə saat 21:00 radələrində ünvan 7 ünvanın yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilməsi məqsədi ilə Yasamal RPİ-nin 26cı PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qanunsuz olaraq Təqsirləndirilən şəxs 15 manat pul verərək aldığıgöy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,042 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,459 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür. Şahid5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 03 ay 26 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 02 il 04 ay 08 gün (iki il dörd ay səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 252-258) Həmin hökmdən görünür ki, məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs Şahid5 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2018-ci ildə Bakı şəhəri, ünvan 8 ünvanda ailəsi, qaynanası Zemfira və qaynanasının bacısı Ofeliya ilə birgə yaşayırlar. 2018-ci ildə həmin ünvana köçəndən narkotik maddə kakosu inyeksiya yolu ilə qəbul edir. O, həmin vaxtdan həmişə yolun digər hissəsində 105 nömrəli evdə yaşayan Sadıx adlı şəxsdən kakos və ya şüşə alırmış. Sonuncu dəfə də, yəni 05 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Saldıxa 15 manat pul verib bir bükümdə metamfetamin digər bükümdə isə az miqdarda heroin almışdır ki, axşam istifadə edər. Həmin günü saat 21 radələrində yaşadığı evə gedərkən evinin qarşısında mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onu üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişlər. Həmin vaxtı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümün içərisində heroin digər ayrı bükümdə metamfetamin olmuşdur. Bölmədə müdafiəçinin iştirakı ilə ona hüquqları izah olunmuş, sonra təhqiqatçı bölmədə xidməti otağında müdafiəçinin iştirakı ilə öncə ona üzərində hər hansı bir əşyanın olduğu halda masanın üzərinə qoymağı barədə təklif etmiş, o, etiraz etmədən əynində şalvarın sağ yan cibindən həmin bükümləri çıxardıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı müdafiəçinin iştirakı ilə həmin bükümlərə bir-bir açaraq bükümlərdə nə olduğunu və haradan əldə etdiyini soruşduqda o, otaqda olan iştirakçıların yanında demişdir ki, həmin maddələri həmin günü saat 17 radələrində onunla bir küçədə üzbəüz evdə yaşayan Sadıx adlı şəxsdən 15 manat pul verərək almışdır. Daha sonra qeyd edilən hallarla bağlı protokol tərtib olunmuş, üzərindən aşkar olunaraq götürülmüş maddələr təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-3786/2023 saylı məktubundan görünür ki, həbs edilmiş şəxs Şahid5 xx.xx.2022-ci il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədəninə baxış keçirilərkən sağ qalça sümüyü üstündə yaşılımtıl və bənövşəyi rəngli qançır, hər iki said nahiyəsində və hər iki aşağı ətrafda postinyeksion döyənəklər müşahidə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 xx.xx.2023-cü il tarixli 59 saylı ekspert rəyindən görünür ki, 1977-ci il təvəllüdlü vətəndaş Şahid5 adına tərtib olunmuş tibbi sənəddə qeyd olunanlara əsasən, qərarın təsviri hissəsində hadisə haqqında qeyd olunan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlirəm: 1. Vət. Şahid5 adına BİT-da tərtib olunmuş tibbi kitabçada qeyd olunan xəsarət – sağ qalça sümüyün üstünün qançırı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 2.Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən yetirilmesi inkar olunmur. Bakı Şəhəri Yasamal Rayon Prokurorluğunun 10 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı Şahid5 müvafiq xəsarətləri almasında Yasamal rayon polis idarəsinin polis əməkdaşlarının təsirinin olması və hər hansı qanunsuz hərəkətləri etməsi təsdiq edilməmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, aparılmış yoxlamanın nəticələrinə görə toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından Azərbaycan Respublikasının Cinayet Prosessual Məcəlləsinin 39.1.1-ci, yəni əməldə cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-5888/2023 saylı məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədəninə baxış keçirilərkən hər iki saidin ön səthində üzəri qərtməkli yarası,boynunun sağ və sol səthində qərtməkli yaralar, sol çiynin ön səthində qzəri qərtməkli yara, sağ qalça sümüyü nahiyəsində üzəri qərtməkli yara, sağ saidin bayır səthindən sağ budun bayır səthində köhnə çapıq toxuması hər iki qasıq büküşündəpostinyekson döyənək hər iki yuxarı və aşağı ətrafda narkotikə bağlı trofik yaralar müşahidə edilmişdir. Həbs edilən zaman özü-özünə xəsarət yetirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 xx.xx.2023-cü il tarixli 345 saylı ekspert rəyindən görünür ki, 1969-cu il təvəllüdlü X1 adına tərtib olunmuş tibbi sənəddə qeyd olunanlara əsasən, qərarın təsviri hissəsində hadisə haqqında qeyd olunan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlirəm: X1 adına BİT-da tərtib olunmuş tibbi kitabçada qeyd olunan xəsarətlər – hər iki saidin ön səthində, boynun sağ və sol nahiyəsində, sol çiynin ön səthində, sağ qalça sümüyü nahiyəsində olan qartmaqlı yaralar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qartmaqların xarakteri qeyd olunmadığından onların törənmə müddəti dəqiq müəyyən etmək mümkün deyil, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar Bakı Şəhəri Yasamal Rayon Prokurorluğunun 10 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin əməkdaşları tərəfindən qeyri qanuni hərəkətlərə məruz qalması barədə aparılan araşdırmada cinayət tərkibinin əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilməli və xx.xx.2023-cü il tarixli, 345 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs adına BİT-də tərtib olunmuş tibbi kitabçada bədəninin üzərində aşkar olunmuş dərəcəsi müəyyən olunmayan xəsarətlərə görə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olub-olmamasının yoxlanılması üçün araşdırmanın davamı Yasamal RPİ-yə göndərilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmçinin, Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, “Diskə baxış keçirilməsi haqqında” 19 noyabr 2022-ci il tarixli protokollar, həmin videoyazılar, ibtidai istintaq zamanı verilən ifadələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumatlar və ekspertin rəyləri nəzərə alınaraq mötəbər sübut kimi qəbul oluna bilməz. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs Şahid5 narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmaq niyyəti olmamasına dair ifadəsini cinayət işi üzrə irəli sürülmüş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi özünümüdafiə xarakteri daşımaqla cinayət işi üzrə mötəbər sübutlarla təkzib edildiyinə görə ittihamın həlli üçün kifayət edən sübut növü kimi qəbul edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ilkin ifadəsində bildirmişdir ki, o, Şahid5dan 15 manat məbləğdə pul alıb, həmin pula narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alaraq bir hissəsini şəxsi istifadə etmək məqsədi ilə özündə saxlamış, qalanını isə Şahid5 vermişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə Şahid5 qazanc əldə etmək və şəxsi maraq məqsədi ilə narkotik vasitə və psixotrop maddə metamfetamin verdiyini təsdiq etmişdir. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs istifadəsində olan nömrədən SMS yazışmalarını və yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 06 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 54) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 noyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 noyabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 152-154) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 10 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Sadıqov X10 Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 204-205) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2002-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində İİİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamanı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 06 noyabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 100 (bir yüz iyirmi) saata görə 600 (altı yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 06 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə sübut - 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 100 (bir yüz iyirmi) saata görə 600 (altı yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar