Məhkəmə qərarları › İş №1(004)-250/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-250/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-250/2024 04.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs və onun vəkili Bakı Şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Xaliq oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Zərdab rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Zabrat Məhəmmədi şossesi, Bakı yaşayış massivi, 3-cü binada yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsin sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prosoekti 192 ünvanında yerləşən Melisa Parka yaşayış kompleksi blok 10, mənzil 36 ünvanında qeyri rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş mübahisə zamanı Gülər Tağıyevanın baş nahiyyəsinə sol əli ilə zərbə endirərək qapalı kəllə beyin travması, sağ gicgah və sağ göz ətrafı nahiyyələrinin hematoması kimi zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə Zərdab rayonunda yerləşən aptekdə işləyən zaman Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Bir müddət sonra onların şəxsi münasibətləri yaranmış və onlar Gülərin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Melisa Park yaşayış kompleksində birlikdə yaşamağa başlamışdırlar. Onlar təxminən iki ilə yaxın birlikdə yaşamışlar və bu müddət ərzində Gülər bir dəfə ondan hamilə qalmışdır. Onlar bu hamiləliyi sonlandırmaq qərarına gəlmişlər və Gülər ondan uşağı abort etdirmək üçün həkim tapmasını xahiş etmişdir. Bundan sonra o Maştağa rayonunda yeləşən bir xəstəxana tapmış və Gülərlə birlikdə həmin xəstəxanaya getmişlər. O xəstəxananın içərisinə daxil olmamış, Gülər özü xəstəxanaya girərək uşağı abort etdirmişdir. Bundan bir müddət sonra, o, dəqiq xatırlamadığı tarixdə işdən qayıdıb Gülərlə birlikdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Melisa Park yaşayış kompleksində yerləşən mənzilə gəlmişdir. Həmin vaxt o, bir nəfər tanışı ilə mobil telefonu vasitəsilə əlaqə saxladıqdan sonra bir neçə saat yatmaq qərarına gəlmiş və çarpayıda uzanaraq yuxuya getmişdir. Həmin gün, axşam saat 23:00 radələrində o, yuxudan ayıldığı zaman mobil telefonunun səssizdə olduğunu görmüş və Gülərdən onun telefonunu səssizə qoyub-qoymadığını soruşmuşdur. Gülər ona telefonunu səssizə qoymadığını bildirmiş, lakin o, heç vaxt mobil telefonunu səssizə qoymadığından Gülərdən təkidlə bir daha onun telefonunu səssizə qoyub-qoymadığını soruşmuşdur. Gülər yenə də onun telefonunu səssizə qoymadığını bildirmiş, bundan sonra onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Gülər ona əl-qol atmağa başlamış və o, evdən getməsin deyə onun olduğu otağın qapısını bağlamağa cəhd etmişdir. Gülər bu hərəkətləri əvvəllər də bir neçə dəfə edərək onun evi tərk etməsinin qarşısını almağa çalışmışdır. Mübahisə zamanı o, anidən əsəbiləşdiyi üçün Gülərin baş nahiyəsinə bir dəfə sol əli ilə vurub qolundan tutaraq yataq otağındakı çarpayının üzərinə atmış və mənzili tərk etmişdir. Hadisədən sonra o, dəfələrlə Gülərlə barışmağa cəhd etmiş, lakin Gülər ondan 5000 manat məbləğində pul tələb etdiyi üçün onlar arasında barışıq əldə olunmamışdır. Əməlindən peşmandır. Əlavə olaraq bildirmişdir ki, o, Güləri hadisənin baş verdiyi gündən başqa heç vaxt döyməmiş və ona məxsus 5000 manat məbləğində pulu ələ keçirməmişdir. Hazırda maddi imkanı olmadığından Gülər barışıq üçün ondan tələb etdiyi məbləği ona verə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəllər o, Zərdab rayonunda yerləşən aptekdə işləmişdir. 2022ci ilin əvvəllərdə o, işlədiyi aptekdə işə düzəlmək istəyən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tanışlıqdan bir müddət sonra Təqsirləndirilən şəxs ondan xoşu gəldiyini demiş, o isə Məmmədə hələ ailə qurmaq niyyətinin olmadığını bildirmiş, lakin Məmməd ondan əl çəkməmişdir. Bundan sonra o, 2022-ci ilin yay aylarında işi ilə əlaqədar olaraq Bakı şəhərinə gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs ona zəng edərək onunla görüşmək istədiyini demişdir. O isə Məmmədə ailəsi razı olmadığından və aralarında rəsmi nigah bağlanmadığından onunla görüşməyəcəyini bildirmişdir. Lakin 2022-ci ilin avqust ayında, axşam saatlarında ona zəng edərək israrla onunla görüşmək istədiyini bildirmişdir. Məmməd onu əmin etmişdir ki, onlar arasında cinsi əlaqə olmayacaqdır. O, Məmmədə inanmış və Məmməd həmin gün onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Melisa Park yaşayış kompleksindəki mənzilinə gəlmişdir. Həmin vaxt Məmməd özü ilə bir neçə spirtli içki və sok gətirmişdir. Onlar birlikdə evdə olduqları zaman o, Məmmədin aldığı soku içmişdir. Bundan sonra o, səhəri gün yuxudan ayıldıqda çarpayısında qan ləkəsi görmüş və Məmmədin onunla cinsi əlaqədə olduğunu başa düşmüşdür. Məmməd isə ona onunla evlənəcəyini bildirmiş və bu məsələni heç kəsə bildirməməsi üçün onu Zərdab rayonunda rüsvay etməklə hədələmişdir. Bundan sonra Məmməd onu dəfələrlə döyərək onunla cinsi əlaqədə olmuşdur. Bir müddət sonra onun hamilə olduğu ona məlum olmuşdur. Məmməd onu uşağı abort etdirməyə məcbur etmiş və onu Maştağa qəsəbəsində yerləşən xəstəxanaya aparmışdır. Orda o, USM müayinəsində olmuş və ona çox hərəkətli bir oğlan uşağının olmasını bildirmişdirlər. O, Məmmədə uşağını abort etdirmək istəmədiyini bildirmiş, Məmməd isə onu rüsvay etməklə hədələyərək uşağı abort etdirməyə onu məcbur etmişdir. Bundan sonra Məmməd dəfələrlə onu rüsvay edəcəyi ilə hədələyərək döymüş və onunla cinsi əlaqədə olmuşdur. Sonuncu dəfə dəqiq xatırlamadığı tarixdə saat 23:00 radələrində evdə olan zaman Məmməd ondan özünə məxsus mobil telefonu səssizə qoyub-qoymadığını soruşmuşdur. O, Məmmədə məxsus telefonu səssizə qoymadığını bildirsə də, Məmməd bir daha israrla ondan həmin telefonu səssizə qoyub-qoymadığını soruşmuş, daha sonra əsəbiləşərək onun başına, qollarına, üzünə zərbələr endirmişdir. Bundan sonra o, döyülməsi barədə polisə məlumat vermişdir. Bundan başqa Məmməd bir neçə dəfə ondan pul tələb etmiş və təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində onu təkrarən döyərək onun yaşadığı evdə olan dolabdan 5000 manat məbləğində pulunu götürərək ələ keçirmişdir. Yekun olaraq o Məmməd ilə barışmadığını və sonuncu ilə barışmaq üçün 5000 manat pul tələb etdiyini bildirərək ona azadlıdan məhrumetmə cəzasının təyin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 131-133-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xalası Saragülün oğludur. Zərərçəkmiş şəxs tanımır, onunla heç bir zaman üzbəüz gəlməmişdir. Təxminən 2022-ci ilin noyabr ayında xalası oğlu Məmməd zəng edərək tanışı üçün hamiləliyinin sonlandırlması üçün xəstəxana bilib bilmədiyimi soruşmuşdur. O da Maştağa qəsəbəsində 7 saylı xəstəxana olduğunu və həmin xəstəxananın doğum şöbəsi olduğunu bildirmişdir. Daha sonra proseslərdən məlumatı olmamışdır. Polis idarəsinə çağırılan zaman Məmməddən öyrənmişdirki 7 saylı Xəstəxanaya müraciət edərək Gülər adlı tanışının hamiləliyinin sonlandırılmışdır. Maştağa qəsəbəsində yerləşən 7 saylı şəhər xəstəxanada heç bir həkim tanışı yoxdur. Sadəcə olaraq həmin xəstəxananın daxili nömrəsinə zəng edərək doğum şöbəsin olub olmamasını soruşmuş. Orada adını xatırlamadığı növbətçi həkim olduğu bildirildikdən sonra oda Məmmədə məlumat vermişdir. Məmmədin Zərərçəkmiş şəxs ilə hər hansı münasibətinin olub olmaması barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 12 oktyabr 2023-cü il tarixli 1211 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətl – qapalı kəllə beyin travması,sağ gicgah və sağ göz ətrafı nahiyyələriun hematoması küt əşyanın(əşyaların) təsiorindən törənmişlər, qərarda qeyd olunan şəraitdə və müddətdə. yəni xx.xx.2023-cü il tarixdə əmələ gəklə bilərdilər,dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan “Sol saidin əzilməsi, Sağ saidin əzilməsi” diaqnozunun obyektiv ələmətləri qeyd olunmadığından onu xəsarət kimi qiymətləndirmək mümkün deyil. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v. 19-21) “Təqdim olunmuş maddi sübutun götürülməsi haqqında” 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “Kapital Bank”a məxsus 4169- 7388-1227-4615 saylı plastik kartından 3000 manat pulun X2 istifadəsində olan “Kapital Bank”a məxsus 4169-7388-6362-0963 saylı plastik karta köçürülməsini əks etdirən fotoşəkillər iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüşdür. (i.v. 122-127) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2024-cü il tarixli 302 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ Yekun Hissəsi. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də hər hansı xroniki psixi xəstəlik, psxci fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. X4 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhülkəliliyini dərk etmiək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxcdur. (i.v. 144-146) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi “Kapital Bank”a məxsus 4169- 7388-1227-4615 saylı plastik kartından 3000 manat pulun X2 istifadəsində olan “Kapital Bank”a məxsus 4169-7388-6362-0963 saylı plastik karta köçürülməsini əks etdirən fotoşəkillər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 147-154) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 50) “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılmışdır. (i.v. 79) “Qətimkan tədbirinin seçilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 116-118) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi “Kapital Bank”a məxsus 4169-7388-1227- 4615 saylı plastik kartından 3000 manat pulun X2 istifadəsində olan “Kapital Bank”a məxsus 4169-7388-6362-0963 saylı plastik karta köçürülməsini əks etdirən fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 16 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi “Kapital Bank”a məxsus 4169-7388-1227-4615 saylı plastik kartından 3000 manat pulun X2 istifadəsində olan “Kapital Bank”a məxsus 4169-7388-6362-0963 saylı plastik karta köçürülməsini əks etdirən fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar