Məhkəmə qərarları › İş №1(004)-250/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-250/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-250/2025 21.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 445,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin Cinayət-axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:30-da ünvan 4 ünvanda saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman əlində saxladığı göy rəngli üzərində “Levis” yazısı olan sellofan paketin içərisindən 01 (bir) ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 445,0 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir ki, narkotik vasitələr qəbul edir. Hazırda narkotik vasitə alüdəçisidir. 07 yanvar 2025-ci il tarixdə saat 16 radələrində istifadə etdiyi mobil telefon nömrəsinin “Whatsapp” mobil tətbiqi vasitəsi ilə əvvəl tanıdığı İran İslam Respublikasının vətəndaşı Həsən adlı şəxslə əlaqə saxlayıb narkotik vasitə marixuana almaq istədiyini bildirmişdir. Həsən problem olmadığını deyərək hesabına 200 manat pul köçürməsini ondan istəmişdir. Sonra isə Həsən adlı şəxs onun kirayə yaşadığı evin yaxınlığında həmin marixuananı götürə biləcəyini ona bildirmişdir. O, Həsənin hesabına 200 manat köçürmüş və həmin Həsən adlı şəxs hər zaman olduğu kimi əvvəlcədən müəyyən edilmiş yerə marixuananı qoyduğunu demişdir. O, həmin marixuananı götürmüş və təxminən saat 18:30 radələrində kirayə yaşadığı Yasamal rayonunda olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. Bundan sonra polis əməkdaşları şübhəli olduğunu deyərək onu Yasamal RPİ-nin inzibati binasına aparmışlar. Axtarış olan vaxt o, üzərində olan narkotik vasitəni könüllü olaraq polis əməkdaşına təqdim etmişdir. Əməlindən peşman olduğunu və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Yasamal RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 07 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Yasamal RPİ-nin Cinayət axtarış şöbəsinə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Yasamal RPİnin CAŞ-nın kiçik əməliyyat müvəkkili Şahid2 onun iştirakı ilə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi dair qərar qəbul etmişdir. Həmin qərarda göstərilən tədbirlərlə bağlı olaraq onlar, yəni o və onunla birlikdə Yasamal RPİ-nin CAŞ-nın kiçik əməliyyat müvəkkili Şahid2 Bakı şəhəri, ünvan 6 ünvanda saat 18:30-da həmin şəxsə yaxınlaşaraq özlərim təqdim etmiş və daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib həmin şəxsin üzərinə baxış keçirilməsi məqsədilə Yasamal RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin inzibati binasındakı xidməti otaqların birində Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Əli Məmmədov tərəfindən müdafiəçi təyin edilmişdir. Onun, Yasamal RPİ-nin CAŞ-nın kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2, Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Əli Məmmədovun və müdafiəçinin iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra həmin şəxs sağ əlində saxladığı göy rəngli üzərində “Levis” yazısı olan sellofan paketin içərisindən qara rəngli sellofan paketə bükülmüş maddələri çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, bu maddəni 07 yanvar 2025-ci il tarixdə İran İslam Respublikası vətəndaşı Həsən adlı şəxsdən şəxsi istifadəsi üçün hesabına 200 manat pul köçürməklə aldığını bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, 01 (bir) ədəd qara rəngli sellefona bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində yaşıl rəngli, bitki mənşəli olan, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması aşkar edilmişdir. Həmin maddə boş zərf götürülərək, zərfin içərisi iştirakçılara göstərildikdən sonra həmin zərfin içərisinə qoyularaq qablaşdırılmış, DİN-in 42 saylı möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra əynində olan paltarlara baxış keçirilmiş, hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Məhkəmə iclasında dindirilmiş şahid Kərimov X4 Xəzər Hikmət oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində tutmuş göy rəngli üzərində «Levis» yazısı olan selofan paketin içərisindən qara rəngli selofan paketə bükülmüş maddələri çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 07 yanvar 2025-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı Həsən adlı şəxsdən istifadəsi üçün hesabına 200 manat pul köçürərək onlayn şəkildə aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli selofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində yaşıl rəngli, bitki mənşəli olan, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülüdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 42 saylı möhürü ilə möhürlənərək götürüldü. Bundan başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (i.v. 32-33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2025-ci il tarixli, 7/22 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdə sellofan bağlamada təmiz çəkisi 445,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (i.v. 40-43). “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 26 fevral 2025ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal Rayon RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərini rəhbər tutub tərtib etmişdir həmin protokolu Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasında, 307 nömrəli xidməti otağında cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə Yasamal RPİ-nin TŞ-dən daxil olmuş, DVD-R formatındakı disk məlumatlarına baxış keçirmiş, baxış zamanı DVD-R diskdə olan məlumatlara “HP” markalı kompyuterdən istifadə edilərək baxılacaqdır. Baxış zamanı məlum olmuşdur ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 07 yanvar 2025-ci il tarixdə qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin TŞ-nin xidməti otağıdır. Videogörüntüdən müəyyən edilir ki, Yasamal RPİ-nin TŞ-nın baş təhqiqatçısı Əli Məmmədovun qarşısında masa arxasında əyləşmiş şəxs, “Mərkəz” Vəkil Bürosunun müdafiəçisi X2r. Xidməti otaqda ayaq üstə dayanmış şəxslər isə üzərinə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs və digər iki nəfər Yasamal RPİ-nin CAŞ-nın əməkdaşlarıdır. Çəkilişin davamında baş təhqiqatçı Əli Məmmədov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman həmin şəxs əlində saxladığı göy rəngli üzərində “Levis” yazısı olan sellofan torbanın içərisindən qara rəngli sellofana bükülmüş 01 ədəd bükülünü təqdim edir. Həmin büküm açıldıqda içərisində yaşıl rəngli, ot tərkibli, spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilir. Təqsirləndirilən şəxs şəffaf rəngli sellofandan ibarət bükümdə olan maddəni marixuana kimi tanıdığı narkotik vasitə olduğunu, bu maddəni 07 yanvar 2025-ci il tarixdə İran İslam Respublikası vətəndaşı Həsən adlı şəxsin hesabına 200 manat ödəməklə aldığını, sonradan istifadə etmək üçün üzərində saxlayaraq daşıdığını bildirir. Vətəndaş Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, 01 (bir) ədəd qara rəngli sellefona bükülmüş yaşıl rəngli maddəni boş zərf götürülərək, zərfin içərisi iştirakçılara göstərildikdən sonra həmin zərfin içərisinə qoyularaq qablaşdırılır, DİN-in 42 nömrəli möhürü ilə möhürlənir və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanır. Daha sonra əynində olan paltarlara baxış keçirilir və hər hansı qeyri-qanuni əşya aşkar olunmur (i.v. 86). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 mart 2025-ci il tarixli, 1442 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i.v. 91-92). “Sübutların qiymətləndirilməsi haqqında” 11 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2, 206 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işi başlanılmasının rədd edilməsi və Təqsirləndirilən şəxs həmin hissədə təqsirsizliyini təsdiq edən sənədlərin surətinin çıxarılaraq ibtidai araşadırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdəki maddə, təmiz çəkisi 445 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 444,95 qram qalığının Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq materialları ilə tanış edildikdən sonra saxlanılması üçün Bakı şəhəri Yasamal RPİnin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə videoçəkilışlə keçirilən şəxsi axtarış zamanı sağ əlində saxladığı üzərində “Levis” yazısı olan göy rəngli sellofan torbanın içərisindən qara rəngli sellofan bükümdə 445 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktını özündə əks etdirən 01 ədəd DVD diskin sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananın mənbəyinin müəyyənləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası CM-nın 234.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən materialın ayrılması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü Yasamal RPİ-nin 29-cu PŞ-yə göndərilməsi, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı təqdim etməsinin könüllü təqdim etmə kimi qəbul edilməməsi, iş üzrə təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə haqqında protokol, şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd disk və digər istintaq sənədlərinin iş üzrə sübut növü kimi qəbul olunmaqla ********* nömrəli cinayət işinə əlavə edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 95-103). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, müvafiq ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 05 qram olan marixuana xeyli miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “cinayət işinin başlanması haqqında” 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 1). “Şübhəli şəxsin tutulması haqqında” 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdə, saat 18:30-dan tutulmuş hesab edilmişdir (i.v. 21). “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi ibtidai istintaqın davam etdirilməsindən ötrü Yasamal RPi-nin istintaq şöbəsinə göndərilmişdir (i.v. 45). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir (i.v. 48). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 51). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-19/2025 saylı, 09 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 74-76). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 12 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən AR CM-in 177.2.1, 326.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 3100 manat cərimə cəzası tətbiq edilmiş, daha sonra isə Yasamal RPİ-də toplanmış AR CM-in 128-ci maddəsi ilə olan ********* nömrəli material üzrə xx.xx.2023-cü il tarixdə AR CPM-nin 40.3-cü-AR CM-in 73.2-ci maddəsi ilə rədd edilmişdir (i.v. 84-85). Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri Binəqədi Rayonu 314 №-li tam orta məktəbi tərəfindən verilmiş 449 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Məlikzadə Nuray saleh qızı həqiqətən də Bakı şəhəri 314 №-li tam orta məktəbin 1-ci sinfində oxuyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, əlavə obyekti ictimai təhlükəsizlik və insanın sağlamlığıdır. Onun üzərində şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda narkotik vasitə marixuananın aşkar edilməsi cinayət əməlinin ictimai təhlükəliliyini artıran hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut – narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin saxlancına verilmiş 444,95 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci ilədək sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 66 manat və xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat, cəmi 176 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar