Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-251/2020 23.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruBəhrəmova Fəridə Tofiq qızı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 79.806,31 ABŞ dolları məbləğində pul vəsaitini ödəniş günü Azərbaycan manatı ilə «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxx 2016-cı il tarixli, 2(004)-903/2016 saylı qətnaməsini icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədən icra etmədiyindən həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 3(004)-3304/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500.00 manat məbləğində inzibati cərimə edilməsinə, qətnamənin icra edilməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə xx xxxxxx 2019-cu il tarixdə bildiriş təqdim edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə kreditor borclarını ödəməkdən qəsdən yayınması ilə əlaqədar «xxxxxxxxxxxx» ASC-nə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində 2005-ci ildə «xxxxxxxxxxxx» ASC-nin Bakı Şəhəri Yasamal Rayon Filialına müdir müavini təyin edildiyini, 2008-ci ildə işlədiyi bankdan 06 il müddətində ödəmək şərti ilə 140000,00 ABŞ dolları məbləğində kredit götürmüşdür. Orada işlədiyi müddətdə kreditin müəyyən hissəsini ödəsə də 2013-cü ildə işdən çıxdığından qalan hissəsini ödəyə bilməyəndə bank ona qarşı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırdığını, məhkəmənin xx xxx 2016-cı il tarixli, 2(004)-903/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 79806,31 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü Azərbaycan manatı ilə tutularaq «xxxxxxxxxxxx» ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə məhkəmənin xx xxx 2016-cı il tarixli, 2(004)-903/2016 saylı qətnaməsinə əsasən kredit borcunu ödəməsini tələb etmişdilər. O, isə maddi imkanı yüksək olmadığından krediti ödəmədiyini, icra məmuru qətnamənin icrasının təmin edilməsi ilə əlaqədar ondan izahatlar aldığını, hətta həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 3(004)-3304/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edildiyini, bundan sonra da icra məmuru kredit borcunun ödənilməsi ilə bağlı ona bildiriş təqdim etməklə yeni müddət təyin etsə də o, maddi imkanı yüksək olmadığından borcunu ödəmədiyini göstərmişdir. Özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, ziyanın ödənilməməsinin ondan asılı olmayan səbəblərlə əlaqədar olmasını, yəni heç bir gəliri, maddi imkanı, adına heç bir əmlak olmamasını, iş tapa bilməməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2008-ci ildə «xxxxxxxxxxxx» ASC-dən 72 ay müddətində ödəmək şərti ilə 140000,00 ABŞ dolları məbləğində kredit götürdüyünü, krediti ödəyə bilməyəndə təminat olaraq banka ünvan 2 ünvanında yerləşən mülkünü ipotekaya qoymuşdur. O, sonradan kredit öhdəliyini tam yerinə-yetirə bilmədiyi üçün xx xxxxxx 2012-ci ildə bankın razılığı ilə ipotekaya qoyduğu mənzil 80000,00 ABŞ dollarına satılaraq kredit borcunun bir hissəsini ödəsə də qalan krediti ödəmədiyinə görə ona qarşı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırılaraq borcun ödənlməsi tələb edildiyini, məhkəmənin xx xxx 2016-cı ii tarixli, 2(004)-903/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 79806.31 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü Azərbaycan manatı ilə tutularaq «xxxxxxxxxxxx» ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin icrası ilə Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları məşğul olduğunu, bununla bağlı borcuya bildiriş təqdim edilməsinə baxmayaraq sonuncu kredit borcunun ödənilməsini təmin etməkdən imtina etdiyindən xx xxxxxx 2019-cu il tarixli, 3(004)-3304/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra icra məmuru kreditin ödənilməsi ilə əlaqədar ona bildiriş təqdim etsə də o, borcunu ödəmədiyini, uzun müddətdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olduğundan kredit borcunu ödəməyə kifayət qədər maddi imkanı olmasına baxmayaraq borcunu ödəməkdən qəsdən yayınmaqla «xxxxxxxxxxxx» ASC-nə ziyan vurmuş olduğunu göstərmişdir. Ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində Təqsirləndirilən şəxs 79806,31 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü Azərbaycan manatı ilə tutularaq «xxxxxxxxxxxx» ASC-nin xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(004)- 903/2016 saylı qətnaməsinin icrası təmin edilməsi ilə əlaqədar Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra sənədinin icrası ona həvalə edildikdən sonra o, sənədi icraata qəbul edərək icraata başlanma haqqında qərar qəbul etdiyini, tələbin 10 gün müddətində könüllü təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim etdiyini, məhkəmə qətnaməsi könüllü icra müddətində icra olunmadığından aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablaradan onun adına olan əmlakları aşkar etmək mümkün olmadığını, müxtəlif tarixlərdə Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq ondan izahatlar alındığım, qanunun tələbləri və məsuliyyəti izah olunmuşdur. Lakin borclu izahatlarında fərdi əməklə məşğul olduğunu, maddi imkanı yüksək olmadığından kredit borcunu ödəmədiyini bildirsə də, üzərindən uzun müddət keçməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayınaraq kredit borcunu ödəməkdən qəsdən boyun qaçırdığından həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 3(004)-3304/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500.00 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra kreditin ödəniməsinə dair ona yeni müddət təyin edilsə də o, hərəkətlərini davam etdirməklə kreditor borcunu ödəməkdən qəsdən yayınmaqla «xxxxxxxxxxxx» ASC-nə ziyan vurmuş olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 məhkəmədə dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(004)- 903/2016 saylı qətnaməsinə və həmin qətnamə əsasında xx.xx.2016-cı il tarixdə verilmiş icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 79806,31 ABŞ dolları məbləğində pul vəsaitini ödəniş günü Azərbaycan manatı ilə «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 3(004)-3304/2019 saylı, xx.xx.2019cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə,zərər çəkmiş şəxsin nümayəndəsinin izahatına və şahid ifadələrinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 196.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 196.1-ci maddəsinin sanksiyasında 4 növ cəza, yəni cərimə, islah işləri cəzası, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamıvə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həm də azadlıqdan məhrumetmə cəzasının təyin edildiy təqdirdə isə, həmin cəzanın çəkildiyi dövrdə qətnamənin icrası da mümkünsüz olacaqdır. Yuxarıda sadalanan hallar nəzərə alınmadan çıxarılan bir məhkəmə aktı ilə digər məhkəmə aktının icrasına da maneə yaranacaqdır. Həmçinin məhkəmə nəzərə alır ki, hazırkı iş üzrə icra edilməyən qətnamə pul məbləği ilə əlaqədar olduğundan, pul məbləğini ödəyə bilməyən şəxsin cərimələnməsi də lüzumsuz olar. Bu səbəbdən də maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəzanın təyin edilməsi də mümkünsüzdür. Bundan əlavə məhkəmə hesab edir ki, şəxs barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar da olmadığından, belə bir vəziyyətdə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi dövründə qətnaməni icra etməsinə də maneə olmadığından, bu cəzanın icrası ilə həm cəzasını çəkməsinə, həm də qətnamənin icrasına nail oluna bildiyindən, bütün qeyd edilənlərə əsasən məhkəmə bu növdə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Bununla da cəzanın məqsədlərinə də nail oluna bilər. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını, 60 yaşının olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il (bir il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X1 ödənilmək üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-251/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-251/2020
23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver