Məhkəmə qərarları › İş №1(004)-251/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-251/2022

06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-251/2022 06.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxx 1954-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 19 dekabr 2022-ci il tarixdə saat 15 radələrində işlədiyi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 1 ünvanında yerləşən ət dükanında olarkən həmin yerə gəlmiş qardaşı oğlu X2 borclu olduğu tanışı Zərərçəkmiş şəxs həmin borcun əvəzində dükandan ət və süd məhsullarını ödəniş etmədən aparmaq istəməsini gördükdə sonuncuya Namiq Qarayevin borcunun ona heç bir aidiyyətinin olmaması və ona məxsus mağazadan həmin borcun əvəzində hər hansı bir məhsul götürməsinə icazə vermədiyini bildirib bir neçə gün öncə telefonda onunla kobud danışmasını irad tutması səbəbindən Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı yumruqla əli ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq sonuncuya sağ bazunun qançırları və sol bazunun qançır-hematoması kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən ət dükanını işlədir. Onun qardaşı oğlu Qarayev Namiq həmin dükanda satışı işləyir. Qardaşı oğlu Namiq təxminən iki il əvvəl Zərərçəkmiş şəxs borca 3000 ABŞ dolları pul almış, müxtəlif vaxtlarda aldığı borcu hissə-hissə qaytarmış, lakin müəyyən məbləğdə borcu qalmışdır. 2021-ci ilin dekabr ayının əvvələrində Yusif onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Namiqin ona olan borcunun qalan hissəsini nə vaxt qaytaracağını xoşagəlməz şəkildə soruşmuşdur. 19 dekabr 2022-ci il tarixdə gündüz saatlarında Yusif onun işlətdiyi ət dükanına gələrək müəyyən kənd təsərrüfatı məhsulları almışdır. Bu zaman o Yusifdən nə səbəbdən onunla xoşagəlməz şəkildə danışdığını soruşmuş Yusif isə səsinin tonunu qaldıraraq onu hədələmiş və bunun qarşılığında o da Yusifə səsinin tonunu qaldırmışdır. Bu zaman dükanda işləyən Namiq, müştəri kimi ət almağa gələn Cümşüd onları sakitləşdirmiş və Yusif dükandan çıxaraq getmişdir. Lakin yekun məhkəmə iclasında o, öncə telefonda onunla kobud danışmasını irad tutması səbəbindən Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı yumruqla əli ilə Zərərçəkmiş şəxs qəsdən vurduğunu etiraf etmişdir. Yekun olaraq zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yerləşən ət dükanının sahibi kimi tanıyır. Vəlinin qardaşı oğlu Qarayev Namiqə təxminən 2 il əvvəl 3000 ABŞ dollar borca pul vermiş, Namiq isə həmin pulun bir hissəsini qaytarsada tam qaytarmamışdır. 19 dekabr 2021-ci il tarixdə saat təxminən 15 radələrində ət və qatıq almaq məqsədi ilə Vəliyə məxsus ət dükanına getmişdir. Orada Namiqlə söhbət etdiyi zaman Vəli özünə məxsus otaqdan çıxaraq bir də ona məxsus ət dükanına gəlməməyi bildirmişdir. O isə bunun səbəbini soruşduqda Vəli həmin dükanın özünə məxsus olduğunu, Namiqin dükanda sadəcə satıcı işlədiyini və ona olan borcunu Namiqdən istəməyini bildirmişdir. Bu zaman onların arasında sözlə mübahisə başlamışdır. Bundan sonra Vəli yumruqla onu qəsdən vuraraq ona bədən xəsarətləri yetirmişdir. Son olaraq o, Təqsirləndirilən şəxs tərəfindən həmin hadisə ilə bağlı ona dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: “Baxış keçirilməsi haqqında” 19 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanıdır. Hadisənin baş verdiyi yer Dadaş Bünyadzadə küçəsində yolun kənarında yerləşən ət dükanıdır. Ət dükanı 6 kvadrat metr sahədən ibarətdir. Ət dükanının arxa hissəsində isə 4 kvadrat metr sahədən ibarət olan ofis vardır. Hadisə yerinin müayinəsi zamanı ətrafda təhlükəsiz-şəhər kameraları və ət dükanının içərisində hadisə yerini qeydə ala biləcək nəzarət-müşahidə kameralarının mövcud olmadığı aşkar edilmişdir. (i.v. 11-12) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 19 dekabr 2021-ci il tarixli, 1250 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- Sağ bazunun qançırları və so bazunun qançır-hemotoması küt əşya (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi, ümumilikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Göstərilən xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. (i.v. 18-20) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 72-73) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 79) “Sübutların qiymətləndirilməsi haqqında” 13 aprel 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə, Məhkəmə-Tibbi Ekspertiza və X1nin Yasamal rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 1250 saylı rəyi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 92-96) Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir, əməlindən peşmandır, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıb. Bu səbəbdən, sözü gedən işə xitam verilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onun sağlamlığına dəymiş ziyan ödənilmişdir, ona qaşı şikayət, tələbi yoxdur və onlar artıq barışmışlar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CMin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar