Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-252/2022 22.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 17 avqust 1983-cü ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına verilməsi barədə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, 22 noyabr 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yaşayış sahəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş vəziyyətdə təmiz çəkisi 1,013 qram təşkil edən qəhveyi rəngli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini və bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş vəziyyətdə təmiz çəkisi 0,186 qram təşkil edən ağ rəngli kristalik formada kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşıyaraq ünvan 3 ünvanın qarşısına gətirdikdən sonra, həmin gün saat 17:00 dəqiqədə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvanda saxlanılıb Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli «cins» şalvarının sağ yan cibindən qeyd olunan 1,013 qram çəkidə narkotik vasitə heroin və 0,186 qram çəkidə psixotrop maddə hesab olunan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, təxminən 10 ildən artıqdır ki, bədənində mütəmadi olaraq əzələ və sümük ağrıları olduğu üçün narkotik vasitə “heroini” və yə psixotrop maddə metamfetamini iyləmək yolu ilə qəbul edir. Heç zaman narkotik satışı ilə məşğul olmadığını bildirdi. Bundan əvvəl narkotik vasitələri Bakı şəhərində «Kubinka», «Sovetski» və “Papanin» adlanan ərazilərdə tanımadığı müxtəlif şəxslərdən alıb sonradan da qəbul etmişdir. Hər dəfə narkotik vasitələrini ayrı-ayrı şəxslərdən alıb qəbul edir və həmin şəxsləri tanımır. Belə ki, tutulmamışdan əvvəl, yəni 22 noyabr 2021-ci il tarixdə günorta saatlarında o, növbəti dəfə narkotik vasitə almaq məqsədi ilə Bakı şəhəri Nəsimi rayonunda yerləşən «Kubinka» adlanan yaşayış sahəsinə gəlib, orada olan hamamın yaxınlığındakı məhlələrdə təxminən 35-40 dəqiqə ərzində ora-bura gəzərək narkotik satan şəxsləri axtarmağa başlamış və təxminən 5-10 dəqiqədən sonra oraya bir nəfər üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanını bilmədiyi orta yaşlı, orta bədən qurluşlu, əynində göy cins şalvar və qara rəngli gödəkçə geyinmiş kişi gəldikdə ona yaxınlaşıb, narkotik vasitəsi olub-olmamasını soruşmuş və həmin şəxsdə üstündə 10 manata satdığı bir ədəd bükümdə “kokos” adlanan narkotik vasitə heroinin və 10 manata satdığı bir ədəd bükümdə “şüşə” adlanan psixotrop maddə metamfetaminin olduğunu ona bildirmişdir. O da, razılaşıb, özündə olan 20 manat pulu həmin kişiyə verərək ondan ağ kağız parçasına bükülmüş bir büküm şəffaf selofan parçasına bükülmüş vəziyyətdə olan çəkisini dəqiq bilmədiyi narkotik vasitə olan heroini və bir büküm şəffaf selofan parçasına bükülmüş vəziyyətdə olan çəkisini dəqiq bilmədiyi psixotrop maddə metamfetamini alaraq sonradan qəbul etmək məqsədi ilə onları əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoyıb, dərhal oradan uzaqlaşmışdır. Bundan sonra o, bir qədər piyada olaraq gəzişmiş və oradan Bakı şəhəri Yasamal rayonunda yerləşən Hüseyn Cavid adına parkın yaxılığına gəldikdə təxminən saat 17 radələrində Landau küçəsindəki 6 saylı ünvanın qarşısında iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və vəsiqələrini çıxarıb özlərini Yasamal RPİ-nin 26-cı Polis bölməsinin polis əməkdaşları kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin əldə edib, saxlamaqda və istehlak etməyi ilə bağlı şübhəli olduğunu bildirərək ondan Yasamal RPİnin 26-cı PB-nə getməyini tələb etmişlər. O da, çıxışsız vəziyyətdə qaldığından onların həmin tələbləri ilə razılaşdığından onu oradan özləri ilə göstərilən bölmənin inzibati binasına gətirmişlər. Təxminən 10-15 dəqiqə Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında olan otaqların birində gözlədikdən sonra digər polis əməkdaşı ona yaxınlaşaraq təhqiqatçı Ramil Qafarov olduğunu və onun üzərinə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün axtarış və götürmə aparılacağını bildirib, ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o da cavabında, maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını və əgər mümkündürsə dövlət hesabına onun üçün vəkil dəvət olunmasını bildirərək bu barədə ərizədə yazdırıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri «Yusif Allahverdiyev və Partyorları» Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və o həmin siyahıda olan istənilən hər hansı bir vəkil tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edilməsini xahiş etmişdir. Təxminən 40-45 dəqiqədən sonra oraya vəkil Faiq Yusubov gəldi, təhqiqatçı həmin vəkili ona təqdim etmiş və o da, etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Bundan sonra isə təhqiqatçı Ramil Qarayev onu və vəkil F.Yusubovu, eləcə də onu küçədə saxlamış həmin polis əməkdaşlarını göstərilən Polis bölməsinin inzibati binasında yerləşən xidməti otağına dəvət edərək ilkin olaraq orada vəkil F.Yusubovun iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmış və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri vermişdir. Daha sonra isə təhqiqatçı R.Qafarov, video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefon aparatının video kamerasını istifadə etməklə çəkiliş aparıb onun üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif etmişdir ki, əgər üstündə qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. O da, hər bir halda tutulduğundan ifşa olunacağını anladığı üçün məcbur olub özü əynindəki boz rəngli cins şalvarının sağ yan cibində saxladığı yuxarıda göstərilən qaydada əldə etdiyi həmin, yəni ağ ağız parçasına bükülmüş bir ədəd şəffaf sellofan parçasına bükülmüş vəziyyətdə olan «kokos» adlanan narkotik vasitə olan heroini və bir ədəd şəffaf sellofan parçasına bükülmüş «şüşə» adlanan psixotrop maddə metamfetamini könüllü olaraq təqdim edərək bildirmişdir ki, həmin bükümlərin içərisində olanlar narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir və onu tutulmamışdan bir neçə saat əvvəl günorta saatlarında “Kubinka” adlanan ərazidə yalnız üzdən tanıdığı və barəsində heç bir anket məlumatını bilmədiyi bir kişi cinsli şəxsdən öz istifadəsi üçün 20 manata almış və göstərilən bükümləri də əynindəki şalvarının sağ yan cibinə qoymaqla sonradan istifadə etməkdən ötrü üstündə saxlamışdır. Daha sonra isə təhqiqatçı R.Qafarov özü onun üstünü axtarmış, lakin ondan heç bir digər qanunsuz əşya və ya predmetlər aşkar olunmamışdır.. Bundan sonra, təhqiqatçı R.Qafarov onun təqdim etdiyi həmin bükümlərə baxaraq içərisində həqiqətəndə qeyd olunan narkotik vasitə və psixotrop maddəyə bənzər olan maddələrin olmasını müəyyən etmişdir. Bununla da, təhqiqatçı R.Qafarov, onun və vəkili F.Yusubovun, eləcə də orada iştirak edən, yəni onu yaxalamış həmin 2 nəfər polis əməkdaşlarıının iştirakı ilə keçirilmiş şəxsi axtarışla və həmin bükümlərdə olan narkotik vasitə və psixotrop maddənin ondan aşkar olunub-götürülməsi ilə əlaqədar müvafiq protokol tərtib etdiyi üçün o da, həmin protokolu bütün iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Həmçinin, ondan aşkar olunmuş həmin bükümlər içindəki narkotik vasitə və psixotrop maddə ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və möhürlənib bağlandığı üçün, o, həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, o, polis kapitanı rütbəsində Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 noyabr 2021-ci il tarixdə xidmət etdiyi bölməyə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1983-cü ildə Suşa şəhərində anadan olmuş, Suşa şəhəri A.Qaraşarov küçəsi ev 26 ünvanında qeydiyyatda olmaqla, ünvan 6n Həsənov X6 rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəlidir. Həmin məlumat haqqında dərhal onun tərəfindən raport əsasında Yasamal RPİ-nin 26-cı PB-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında bölmənin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra dərhal əməliyyat müvəkkili Şahid2la birlikdə Yasamal RPİ-nin 26-cı Polis bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başladıq və nəticədə də həmin gün, yəni 22 noyabr 2021-ci il tarixdə saat 17:00 radələrində ünvan 8 ünvanın qarşısında əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin dayandığını müəyyən edərək yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən oldu ki, həqiqətəndə o, xx.xx.1983-cü ildə Suşa şəhərində anadan olmuş, Suşa şəhəri A.Qaraşarov küçəsi ev 26 ünvanında qeydiyyatda olmaqla, ünvan 9an Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar, Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olması barədə məlumatının olduğunu bildirərək ondan Yasamal RPİ-nin 26-cı PB-nə getməsini tələb etmişlər, Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan 26-cı PB-nə gəlmişdir. Bundan sonra, əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs yaxalanaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilməsi barədə tərəfindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi 26-cı PB-nin təhqiqatçısı polis mayoru X5 həvalə olunmuşdur. Bununla bağlı, təhqiqatçı R.Qafarov Yasamal RPİ-nin 26-cı PB-də iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək, axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək məqsədi ilə vəkil dəvət etmişdir.Sonra, təhqiqatçı R.Qafarov, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərinə vəkilinin, eləcə də onun və əməliyyat qrupun əməliyyat müvəkkili Şahid2 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Bununla da, təhqiqatçı R.Qafarov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla təhqiqatçı R.Qafarov tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi ona təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli «cins» şalvarın sağ yan cibindən ağ kağıza bükülmüş iki ədəd sellofan bükümü masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində nə olduğu, harada, kimdən və hansı məqsədlə əldə etdiyi soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin büküllərin birində olan maddə “Kokos” adlanan narkotik vasitə heroindir, digərində isə olan maddə “parpes və ya şüşə” adlanan psixotrop maddə metamfetamindir və onların hər ikisini də birlikdə bu gün, yəni 22 noyabr 2021-ci il tarixində günorta saatlarında “Kubinka” adlanan ərazidə tanımadığı və barəsində heç bir anket məlumatı olmayan şəxsdən ümumilikdə 20 manat ödəməklə şəxsi istifadəsi məqsədilə alaraq üzərində saxlayıb gəzdirmiş və həmin gün saat 17 radələrində ünvan 10 ünvanın qarşısında olarkən orada polis əməkdaşları tərəfindən saxlanılaraq 26-cı PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisinə baxış keçirildikdə bir ədəd şəffaf sellofan bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə, digər bir ədəd şəffaf sellofan bükümün içərisində isə ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddənin olması aşkar edilmişdir. Bundan sonra, təhqiqatçı R.Qafarov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, lakin sonuncunun üzərindən hər hansı əşya və predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şəffaf sellofan bükümlərdə olan maddələrin aşkar olunub-götürülməsi ilə bağlı təhqiqatçı R.Qafarov tərəfindən müvafiq protokol tərtib olunmaqla həmin bükümlər içərisində olan maddələrlə birlikdə zərfə qoyularaq DİN-nin 170 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Eləcə də aparılmış videoçəkiliş 01 ədəd CD-R disk maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. O da, şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Sonra isə Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddələr ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəyə əsasən müəyyən olmuşdur ki, həmin sellofan bükümlərdən birində olan maddə narkotik vasitə hesab olunan heroindir və təmiz çəkisi 1,013 qram təşkil edir, digərində isə olan maddə psixotrop maddə hesab olunan metamfetamindir və təmiz çəkisi 0,186 qram təşkil edir. Beləliklə də, Təqsirləndirilən şəxs əməlində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə və saxlama cinayətin tərkibi olduğu üçün toplanmış material aidiyyətı üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 25-ci vərəqəsində olan 22 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 81-82-ci vərəqələrində olan Bakı şəhəri Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi Ə.Babayevin 24 noyabr 2021-ci il tarixli qəbul etdiyi qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 135-137-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 45-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2021-ci il tarixli 6/5173 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,013 qram təşkil edən qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 0,186 qram təşkil edən ağ rəngli kristalik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin heroinin 0,05 qram çəkidə olan hissəsi tədqiqata sərf edildiyindən qalığı 0,963 qram və həmin metamfetaminin 0,05 qram çəkidə olan hissəsi tədqiqata sərf edildiyindən qalığı 0,136 qram təşkil edir. Cinayət işinin 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65,00 (altmış beş) manat təşkil etmişdir. Cinayət işinin 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi Ambulator X2 ekspert komissiyasının xx.xx.2021-ci il tarixli, 5175 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 248-269-cu vərəqələrində olan maddi sübut kimi tanımaq haqqında 03 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə 1,013 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 0,186 qram çəkidə psixotrop maddə metamfetamin tərəfimdən xx.xx.2021-ci il tarixli qərara əsasən cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatdan qalıq qalmış bir ədəd bükümdə heroinin 0,963 qram, eləcə də bir ədəd bükümdə metamfetaminin 0,136 qram çəkidə hissələri məhkəmə baxışınadək saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 248-269-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, 2 ədəd disk elektron maqnit məlumat daşıyıcısı obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin materiallarında olan Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunaraq barəsində axtarış elan olunaraq “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması barədə 29 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulub Yasamal RPİ-nin MSY-nə yerləşdirilmişdir. Cinayət işinin 100-102-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 dekabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, xx.xx.2013-cü il tarixdə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa o, xx.xx.2013-cü il tarixdə Sabunçu rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir Cinayət işinin materiallarında olan “Bakcell MMC-dən ələ keçirilərək götürülmüş CD disk elektron maqnit daşıyıcısında olan məlumatlara baxış keçirmə haqqında” protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həbs olunanadək istifadəsində olmuş ********** simkart nömrəsi ilə protokolda göstərilən şəxslərin adlarına olan digər simkart nömrələrinin arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı telefon danışıqları və SMS yazışmaları aparmışdır. Cinayət işinin materiallarında olan CD disk məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin CD-diskdə Təqsirləndirilən şəxs üzərinə sonuncunun hüquqlarını müdafiə edən vəkil X4, Yasamal RPİ-nin 26-cı PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri polis kapitanı Şahid1 və polis kapitanı Şahid2 iştirakları ilə təhqiqatçı X7 tərəfindən şəxsi axtarış və götürmə aparılarkən mobil telefon vasitəsi ilə qeydə alınmış videogörüntülər vardır. CD-R markalı diskinin yaddaşına videogörüntülər 01 ədəd faylda yerləşdirilmişdir. Həmin faylda yerləşdirilmiş 08 dəqiqə 20 saniyə ərzində qeydə alınmış video görüntü tərəfimdən izlənilərkən müəyyən edildi ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları təhqiqatçı R.Qafarov tərəfindən izah olunmaqla ona üzərində olan hər hansı bir qanunsuz əşyanın könülü təqdim olunması təklif edilir və bundan sonra Təqsirləndirilən şəxs özü sağ əli ilə əynindəki boz rəngli şalvarın sağ yan cibindən çıxartdığı ağ kağıza bükülmüş iki ədəd sellofan bükümü masanın üzərinə qoymaqla könüllü olaraq təqdim edir və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisinə baxış keçirildikdə bir ədəd şəffaf sellofan bükümün içərisində qəhvəyi rəngli və digər bir ədəd şəffaf sellofan bükümün içərisində ağ rəngli, kristal formalı maddələrin olması müəyyən olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində nə olduğu, harada, kimdən və hansı məqsədlə əldə etdiyi barədə soruşulduqda bildirir ki, həmin büküllərin birində olan maddə “Kokos” adlanan narkotik vasitə, digərinin isə “parpres və ya şüşə” adlanan psixotrop maddə metamfetamindir. Həmin narkotik vasitə və psixotrop maddəni bu gün, yəni 22 noyabr 2021-ci il tarixində günorta saat 3-4 radələrində “Kubinka” adlanan ərazidən tanımadığı və barəsində heç bir anket məlumatı olmayan şəxsdən şəxsi istifadəsi üçün ikisinə 20 manat verməklə almaqla üzərində saxlayıb daşıdığını və həmin gün saat 17 radələrində polis əməkdaşları tərəfində «Kapital» bankın yanında, yəni ünvan 11 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİnin 26-cı PB-nə gətirildiyini bildirir. Bundan sonra təhqiqatçı R.Qafarov, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparması və sonuncunun üzərindən digər heç bir qeyri-qanuni əşya və ya predmetlərin aşkar olunmaması, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi yuxarıda göstərilən bir ədəd şəffaf sellofan bükümün içərisində olan qəhvəyi rəngli və digər bir ədəd şəffaf sellofan bükümün içərisində olan ağ rəngli, kristal formalı maddə ilə birlikdə kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması müşahidə olunur. Həmin zərfin imzalanma prosesində müdafiəçi F.H.Yusubov, Təqsirləndirilən şəxs küçədə saxlanılıb, polis bölməsinə gətirilərkən ona təzyiq olub-olmaması, zərfin içərisinə qoyularaq qablaşdırılan təqdim etdiyi bükümlərin içərisində olan maddənin kimə məxsus olması barədə sorğu edir və Təqsirləndirilən şəxs da cavabında bildirir ki, polis bölməsinə gətirilərkən ona heç bir təzyiq göstərilməmiş və təqdim etdiyi büklülər içərilərində olan maddələrlə onun özünə məxsusdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və özünün müdafiəsi üçün narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün almasını, özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməsini dəlil gətirmişdir. Təqsirləndirilən şəxs gətirmiş olduğu dəlillər məhkəmə tərəfindən yoxlanılmış və onun Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş CD disk və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və məhz ona görə təqsirləndirilən şəxsin gətirdiyi dəlillər mötəbər sayıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun 22 noyabr 2021-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs cəza çəkmənin əvvəli isə onun tutulduğu vaxtdan, yani 29 iyul 2022-ci il tarixdən hesablanmalıdır Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi Ambulator X2 ekspert komissiyasının xx.xx.2021-ci il tarixli, 5175 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumi qalıq çəkisi 0,963 qram olan narkotik vasitə hesab edilən heroin və ümumi qalıq çəkisi 0,136 qram olan psixotrop maddə hesab edilən metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili F.E.Əsədova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək 02 (iki) gün gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumi qalıq çəkisi 0,963 qram olan narkotik vasitə hesab edilən heroin və ümumi qalıq çəkisi 0,136 qram olan psixotrop maddə hesab edilən metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-252/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-252/2022
22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver