Məhkəmə qərarları › İş №1(004)-252/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-252/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-252/2024 27.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, ali təhsilli, məhkum olmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, Yasamal Rayon Məhkəməsinin hökmü ilə həbsdən azad olunduqdan sonra 07 iyun 2023 cü il tarixdə saat 15:50 radələrində yaşadığı ünvan 3 ünvanına gələrək həyat yoldaşı Zərərçəkmiş şəxs ona xəyanə etməsindən şübhələndiyi üçün sonuncunun mobil telefonunda olan məlumatlar (fotoşəkilərə və sairə) baxıb Zərərçəkmiş şəxsnm başqa kişi ilə münasibətdə olmaqla on xəyanət etməsini yəqin edərək sonuncu ilə mübahisə etmiş, qısqanclıq zəmnind aralarında yaranmış mübahisə zamanı mənzilin yataq otağında Zərərçəkmiş şəxsm: bədəninin müxtəlif nahiyələrinə plastik butulka ilə, eləcə də əl və ayaq zərbləri ilə qəsdə bir neçə dəfə vuraraq sonuncuya ənsə nahiyəsinin şişkinliyi və qançırı, sol bazunun, sc saidin, boyunun, sol kürək nahiyəsinin, hər iki baldırın və sol budun qançırları, hər iki di oynağının sıyırıqlar, sol əlin 5-ci barmağının dırnaq falanqasının səthinin əzlimiş yarası -imi dərəcəsi təyin edilməyən xəsarətlər, həmçinin sol gözün konyuktiva qişası altında ansızma ilə müşayiət olunan sol göz ətrafı nahiyəsinin şişkini iyi və qançırı kimi yüngül ərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2013-cü ildə rəsmi nigaha daxil olmuş və bu nikahdan iki övladları dünyaya gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 15:30-da Yasamal məhkəməsində Azərbacan Respublikası CM-nin 306-cı maddəsinə xitam verilərək azadlığa çıxmış və yaşadığı evə gəlmişdir və gələn zaman saat 15:50 radələri olmuşdur. 8 yaşlı oğlu Şahid3 ilə görüşmüşdür. Vəfa ona yaxınlaşaraq görüşmək istədikdə onu qucaqlamayaraq dayanmasını və telefonu ona verməsini bildirmişdir. Vəfa telefonu ona vermək istəmədikdə telefonu ondan tez dolabın üzərindən götürmüşdür. Telefonun kodunu istəmiş, lakin Vəfa ona telefonun kodun deməmişdir, digər kodları yoxlayaraq telefonu açdıqda, onların mübahisələri yaranmışdır. Mübahisə zamanı anası Şahid1 gəlib onları sakitləşdirmək istədikdə Vəfa anasına və ona hücum çəkmiş, onun sifət, boyun və bədən nahiyəsinə əlinin dırnağı ilə xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs anası Şahid1 vuraraq xəsarət yetirməsini görməmişdir. Vəfa anasına hücum çəkib vurmaq istədiyi üçün onu əli ilə sifətinə sillə vurmüşdür, evin pəncərəsindən çıxıb qaçmaq istədikdə sacından dartıb yerə yıxmışdır. Həmçinin mübahisə zamanı Vəfanın arxasında içərisində azca su olan plastik butulkanı atan zaman Vəfanın başına dəymişdir. Şəhriyara onlara gəldikdən sonra Vəfa qarajın qapısından çıxmaq istədikdə Şahid2 onun qolundan dartaraq evə ələrək onu döymüşdür. Sonra o, Vəfaya hücüm çəkdikdə qardaşı Şəhriyar qarşına keçərək onu döyməyinin qarşısını almış və əlini itin qanına batırmamağı bildirm işdir. Sonradan Vəfanın bacısı X3 gələrək qızıl zinət əşyalarını, geyim əşyalarının bir hissəinin götürüb Şəhriyar və Vəfa ilə birlikdə getmişlərlər. Aralarında baş vermiş münaqişənin səbəbi Şüvəlanda yerləşən istintaq təcridxanasında olan zaman Vəfanın onu aldatdığını başqa bir şəxslə ona xəyanət etdiyini öyrənmişdir, istintaq təcridxanasından çıxmağını isə anası Sevincdən başqa heç kim bilməmişdir, istintaq təcridxanasından çıxıb evə gələn zaman övladları ilə görüşmüşdür. Vəfa onun çıxmağından xəbərdar olmadığı üçün təəccüblə onun üzərinə gələndə ona üzünü çevirib yataq otağına daxil olmuş və Vəfanın istifadəsində olan telefonu götürüb şifrəsini unutmuşdur. Orada mənə xəyanət etdiyi oğlanla olan foto şəkilini gördükdən sonra yaxasından tutaraq yerdə oturmuş və şəkilin açıqlamasını istəmişdir. Çıxmağını ona xəbər verdmədiyi üçün anasının üzərinə hücüm edib vurmaq istəyən zaman onu tutub bir dəfə sillə ilə sifətinin sol tərəfindən vurmuşdur. Hadisə ümumilikdə 20-25 dəqiqə qədər davam etmşdir. Zərərçəkmiş şəxs Əhməd qızı ilə aralarında yaranmış münaqişə yaşadığı Yasamal rayonu 11-ci Xrebtovu küçəsi ev 159A üvnanda baş vermişdir. Ünvanın hazır ki adı Dadaş Bünyadzadə küçəsi ev 159A-dır. Zərərçəkmiş şəxs Əhməd qızı ərizəsində yaşadığı ünvan ünvan 4 Respublikası CM-nin 306.1-ci maddə ilə təqsirləndirilməyinə dair cinayət işə Yasamal Rayon məhkəməsində xx.xx.2023-cü il tarixdə saat 15:30-da baxıldıqdan sonra saat 15:50 radələrində yaşadığı evə, yəni Yasamal rayonu 11-ci Xrebtovu küçəsindəki 159A ünvana qayıtmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş cəza 03 il sınaq müddəti şərti olaraq tətbiq edilmişdir. O, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdə saat 15:30-kimi həbsdə olmuş və həmin tarix və vaxtdan sonra Yasamal Rayon məhmə iclas zalından azad edilmişdir. Zərərçəkmiş şəxs ifadəsində onun evə daxil olan kimi onun üzərinə gəlib vurmasını tamamilə yalan danışır hadisə onun dediyim kimi olmuşdur. Vəfanı sillə ilə vurduqdan sonra Vəfanın qardaşı Şəhriyar gələndən Vəfanın oğlanla olan şəkilini Şəhriyara göstərmişdir. Vəfa evin qaraj qapısından çıxıb qaçmaq istəyən zaman Şəhriyarla onu sürüyərək evə salmışlar. O, Vəfanın başına, ayağına zərbə endirməmiş, onun sifətinin sol tərəfindən sillə ilə bir dəfə, pəncərəyə çıxdığı üçün saçından tutub aşağı salmışdır və çölə çıxıb qaçmaq istəyən zaman isə qardaşı Şəhriyarla birlikdə qolundan tutub sürümüşdür. Ola bilsin ki, Vəfanın bədəni səthində olan xəsarətləri həmin zaman almışdır. Vəfanı Şəhriyarda vurmuşdur. İlkin izahat yazan zaman müayinədən keçmək istədiyini bildirsə də sonradan Vəfadan şikayəti olmadığı üçün müayinədən keçməkdən imtina etmişdir. Hazırda da bədənində heç bir xəsarət yoxdur və müayinədən keçməkdən imtina edir. Əlavə olaraq dindirilmiş təqsirləndirlən şəxs Bağırov X1 sol tərəfindən sillə ilə bir dəfə vurduğunu, pəncərəyə çıxdığı üçün saçından tutub aşağı düşürtdüyünü, içrisində az miqdarda su olan plastik butulkanı ataraq Vəfanın başının arxasından dəydiyini və Vəfa çölə çıxıb qaçmaq istəyən zaman isə sonuncun qardaşı Şəhriyarla birlikdə qolundan tutub sürüdüyüb bildirmişdir.İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. iş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2013-cü ildə ailə həyatı qurmuş və onun yaşadığı ünvan 7 ünvana köçüb yaşamışdır, birgə nigahlarından 2014-cü il təvəllüdlü Şahid3 və 2019-cu il təvəllüdlü Şahid1 Mətin qızı vardır. 2022-ci ildə əri Təqsirləndirilən şəxs dələduzluq cinayət əməlini törətdiyi üçün 7 il müddətinə həbs edilmişdir. Əri Mətin həbsdə olarkən ona telefonla demişdir ki, ondan boşanmaq istəyir, o isə ona etiraz etmişdir. xx.xx.2023-cü il tarixdə saat 15:50 radələrində yasadısı ünvan 8 ünvanında olarkən əri Mətin evə daxil olmuş, onun həbsdən çıxmasından xəbəri olmamışdır. Əri Mətin evə daxil olan kimi onun üstünə hücum çəkmişdir, həmin vaxt qaynanası Sevinc Mətinə «onu vurma söz vermişdin» demişdir. Bundan sonra Mətin onunla birlikdə yataq otağına keçmiş, oturub söhbət edən zaman Mətin ona «niyə belə elədin, mən sənə demişdim ki, adımı batırma» deyərək onun baş nahiyəsindən əlləri ilə vurub boğazım sıxmağa başlamışdır, təpiklə bud nahiyəsindən və ayaqlarından zərbələr endirmişdir. Mətin onu döyən zaman qaynanası Şahid1 Həşim qızı qardaşı Şahid2 zəng vurub onu çağırtdırmışdır. Mətin onu döyəndən sonra gedib telefonunu götürüb və baxmağa başlamış və adını açıqlamaq istəmədiyi şəxslə yazışmağını və foto şəkillərini görmüşdür. Təxminən 15-20 dəqiqə keçəndən sonra qardaşı Şəhriyar yaşadığı ünvana gəlmişdir. Şəhriyr gəldikdən sonra Mətin tərəfindən döyməsinə mane olaraq döyməyə qoymamışdır. Şəhriyar Mətin tərəfindən onun döyülmə anını görməmişdir. Lakin Sevinc onun Mətin tərəfindən döyülməsini görmüşdür. Şəhriyar gəldikdən sonra evdən qaçmaq istəyən zaman Şəhriyarla Mətin onun qolumdan tutub içəriyə salmaq istəyərkən onu içəriyə girmək istəmədiyinə görə müqavimət göstərmişdir bu zaman budu və baldırları yerdə sürtüldüyü üçün xəsarət almışdır. X6 evə salan zaman ayaqlarının yerə sürtülməsi nəticəsində qardaşının ona yetirdiyi xəsarətlərlə bağlı şikayəti yoxdur. Daha sonra Şəhriyar onu döyülmüş vəziyyətdə görüb atası gilə aparmışdır. Sevinc qardaşı Şəhriyarla birlikdə bacısı Vüsaləyə də zəng vurmuşdur. Hadisə günü Vüsalə də məhəlləyə gəlmiş, lakin hadisənin şahidi olmamışdır. Şəhriyar onu atası gilə aparanda Vüsalə yanında olmuşdur. Yolda gedərkən bacısının telefonu ilə Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə zəng vuraraq olanlar barədə məlumat vermişdir.Hal-hazırda o, əri Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, onu vurulmuş ziyan tamamilə ödənilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində işin icraatına xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında ona verilmiş suala cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, onun təqsirləndirilən şəxslə barışması öz iradəsindən irəli gəlmişdir, səmimi və sərbəst ifadəsi olmuşdur. İş materiallarında olan və məhkəmə təhqiqatında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 10 iyun 2023-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək yüngül dərəcəli bədən xəsarəti yetirdiyi yer ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağıdır (İ/V. 3-27). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 xx.xx.20223-ci il tarixli 661 saylı ekspert rəyi ilə təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-ənsə nahiyəsinin şişkinlik halında əzilməsi, sol gicgah nahiyəsinin şişkinliyi və qançırı, sol göz ətarfı nahiyənin şişkinliyi,qançırı və konyuktiva qışası altında qansızma, sol bazunun ,sol saidin, boyunun, sol kürək nahiyəsinin, hər iki baldırın, və sol budun qançırları, hər iki diz oynağının sıyrıqları, sol əlin 5-ci barmağının dirnaq falanqasının səthi əzilmiş yarası küt əşyanın təsirindən törənmişlər, qərarda qeyd edilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdiər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb ola sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər.(İ/V. 3-27) Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nın 178.3.2-ci maddəsinə əsasən 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə CM-nın 70-ci maddəsi tətbiq edilərək şərti olaraq 3 il sınaq müdddəti təyin edilmişdir. (İ/V. 68-74). Zərərçəkmiş şəxs yazılı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş ziyan tamamilə ödənilmişdir, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, vurulmuş ziyanın tamamilə ödənilməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş materiallarına və elektron məhkəmə informasiya sistemində olan məlumatlara əsasən Təqsirləndirilən şəxs barəsində əvvəllər CM-nin 73.2-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı qərar mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylıVəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-170/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2022-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 36 saylıVəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxsna məhkəmə istintaqı zamanı göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 36 Saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar