Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-253/2021 09.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu. Ə.Ələkbərov küçəsi, məhəllə 507/511, ev 16B, mənzil 45də qeydiyyatda olub həmin ünvanda yaşamaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 mart 2021-ci il tarixdə saat 23 radələrində “Kubinka” deyilən ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,540 qram olan tünd qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 (bir) ədəd şəffaf selofana bükülmüş təmiz çəkisi 0,374 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə melamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 01 aprel 2021-ci il tarixdə saat 13:00 radələrində ünvan 1 ünvanın qarşısında Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,540 qram olan tünd qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,374 qram ağ rəngli kristaİşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə melamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda heç bir yerdə işləmir. O, təxminən iki ilə yaxındır ki, narkotik vasitə hesab edilən heroinin və psixotrop maddə sayılan melamfelamindən istifadə edir. 31 marı 2021-ci il tarixdə saat 23 radələrində o, “Kubinka” adlanan əraziyə gedərək üzdən tanıdığı lakin adını bilmədiyi orta yaşlı şəxsdən 85 manat pul verərək özü istifadə elmək məqsədi ilə təxminən 02 qramdan artıq narkotik vasitə heroin və 0.5 qram psixotrop maddə metamfetamini alaraq əynində olan şalvarın sağ yan cibinə qoyub yaşadığı evə gəlmişdir. O, aldığı narkotik vasitə heroindən və metamfetamindən bir qədərini istifadə edərək, qalan maddələri sellofana büküb əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. 01 aprel 2021-cı il tarixdə saat 13:00 radələrində o, yaşadığı evdən çıxıb evin qarşısında, yəni ünvan 3 ünvanının qarşısında dayanarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onu Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirmişlər. Polis bölməsində Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin təhqiqatçısı ona hüquq və vəzifələrini izah etmiş, sonra müdafiəçi və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan iki ədəd şəffaf selofan bükümdə olan bükülünü könüllü təqdim etmişdir. Həmin bükülünün birində heroin, digər bükülüdə isə metamfetamin olan maddəni könüllü olaraq polis əməkdaşlarına təqdim edib bildirmişdir ki, aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfelamini 31 mart 2021-ci il tarixdə təxminən saat 23:00 radələrdə Kubinka deyilən ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən ümumilikdə 85 manata almış və özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra ondan aşkar edilmiş iki ədəd şəffaf sellofan bükülüdə olan maddələri, müdafiəçi və iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq müdafiəçi və iştirakçıların iştirakı ilə zərf və protokol imzalanmışdır. Həmçinin üzərinə baxış keçirilməsi mobil telefon vasitəsi ilə çəkilmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq qeyd etmişdir ki, o, heç vaxt narkotik vasitə heroinin və psixotrop maddə melamfetaminin satışı ilə məşqul olmamışdır, o, yalnız özü istifadə etmək üçün narkotik və psixotrop maddələri alıb üzərində saxlamışdır. Əməlindən səmimi peşman olmasını, 01 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır. 2001-ci ildən DİN-da xidmət edir. 2020-ci ilin mart ayından isə tutduğu vəzifədə işləyir. 01 aprel 2021-ci il tarixdə saat 13 radələrində o, və Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru, polis leytenantı X10 ilə birlikdə əməliyyat qrupu yaradılıb Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 507/511, ev 16 B, mənzil 45-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadə etməsi barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis mayoru X3 xidməti otağında onun, sahə inspektoru X7 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bır qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin, Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümü çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, həmin “bükümlərin” içərisində olan narkotik vasitə heroin və psixotrop maddə hesab edilən metamfetamindir. Həmin maddələri o, 31 mart 2021-ci il tarixdə saat 23 radələrində “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 85 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola iştirakçılar və Təqsirləndirilən şəxs imza etmişlər. Baxış keçirilən zaman bütün hadisələr onlar tərəfindən telefon vasitəsi ilə video çəkiliş olunmuşdur. Şahid1 əlavə olaraq qeyd elmişdir ki, Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı ilə məşqul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs yalnız narkotik vasitələrin və psixoirop maddələrin istifadəsi ilə məşqul olması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 02.04.2021-ci il tarixli, 6/1289 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN zərflər üçün N170” dairəvi möhür əksi olan, üzərində “Saxlanılan şəxs imza Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili polis mayoru imza Şahid1....” yazı və imzalar olan zərfdə təmiz çəkisi 2,540 qram olan tünd qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, təmiz çəkisi 0,374 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (heroin - 0,05 qram təhqiqata sərf edilmiş, qalıq 2,490 qramdır; metamfetamin - 0,05 qram təhqiqata sərf edilmiş, qalıq 0,324 qramdır). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 31.05.2021-ci il tarixli 1656 saylı rəyindən görünür ki, müavinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfelamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs 11.10.2003-cü il təvəllüdlü X13 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, 1 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 03.04.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01.04.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 01 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 88,70 manat (səksən səkkiz manat 70 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 2,490 qram narkotik vasitə olan heroin və 0,324 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X5 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-253/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-253/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver