Məhkəmə qərarları › İş №1(004)-253/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-253/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-253/2022 24.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: 20 avqust 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu olan, işsiz, Bakı şəhəri, Yasamal rayonu, G.Əsədov küçəsi, ev 12-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə səhər saat 08 radələrində Bakı şəhəri Nəsimi rayonu «Kubinka» kimi tanınan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 1,005 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 10:10-da ünvan 1 ünvanının qarşısında Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilmiş üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,005 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, Yasamal rayonu G.Əsədov küçəsi ev 12də ailəsi ilə bir yerdə yaşayır, iki övladı vardır, bir ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə etmiş, 21 fevral 2022-ci tarixdə səhər saat 08 radələrində Nəsimi rayonu ərazisində «Kubinka» deyilən yerdə tanımadığı kişi cinsli şəxsdən 20 manat müqabilində bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroin kimi bildiyi narkotik vasitəni almış, qeyd etdiyi narkotik vasitə heroini şəxsi istifadə məqsədi ilə həmin gün üzərində saxlayıb gəzdirirmiş, 21 fevral 2022-ci il tarixdə saat 10:10-da ünvan 1-də yaşadığı evin qarşısında 26-cı PB-nin əməkdaşları onu saxlayaraq özlərini təqdim etmiş, həmin şəxslər Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları olduqlarını dedikdən sonra onun anket məlumatlarını soruşmuşlar, o anket məlumatlarını onlara demiş, sorğu sual zamanı üzərində narkotik vasitə olmasını etiraf etdiyi üçün onlar tərəfindən yol boyu nəzarət altında Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş, polis bölməsində təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, daha sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilməklə yanaşı baş verənləri video çəkilişlə lentə alınacağı ona bildirilmiş, etiraz etməmiş, bununla da o əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş heroin kimi bildiyi maddəni təqdim etmiş, həmin maddə protokolla götürülmüş, göstərilənlərlə bağlı isə müvafiq protokol tərtib edilmiş, götürülmüş heroin kağız zərfə qoyularaq 170 saylı arayışlar üçün nəzərdə tutulmuş möhürlə təsdiqlənmiş, o, müdafiəçi, polis əməkdaşları zərfin üzərini imzalamış, qeyd edilən şəxsi axtarış zamanı verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin bükümünün özünə məxsus olduğunu, həmin bükümü 21.02.2021-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu «Kubinka» kimi tanınan ərazidən üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını, narkotik vasitələrin satışını həyata keçirmədiyini, narkotik vasitələrdən istifadə etdiyini, verilən sualları düzgün başa düşdüyünü, doğru, səmimi cavablar verdiyini, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilmədiyini bildirmişdir. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2010-cu il tarixdən DİO-da, 2021-ci il tarixdən 26-cı PB-də əməliyyat müvəkkili vəzifəsində polis kapitanı rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, onunla qohumluğu yoxdur, aralarında əlaqə və münasibət, ədavət və düşmənçilik olmamışdır. 20 avqust 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu olmayan, işsiz, Yasamal rayonu G.Əsədov küçəsi ev 12-də yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi barədə daxil olmuş məlumat yoxlanılması üçün Yasamal rayon məhkəməsinin qərarı alınaraq 21 fevral 2021-ci il tarixdə məndən və iş yoldaşı əməliyyat müvəkkili polis mayoru Şahid2yeva oğlundan ibarət əməliyyat qurupu təşkil edilmiş, 21 fevral 2021-ci il tarixdə saat 10:10- da Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında saxlanılarq narkotik vasitə istifadə edib-etməməsi barədə soruşduqda o səmimi etiraf edərək narkotik vasitə aludəçisi olduğunu demiş, üzərində qanunsuz dövriyyəsi qadağan edilən narkotik vasitənin olmasına əsaslı şəkildə şübhə etdiklərindən Təqsirləndirilən şəxs iş yoldaşıyla idarə etdiyi avtomobilə əyləşdirərək özlərilə 26-cı PB-nə aparmışlar. B. Balakişiyevi 26-cı PB-nin inzibati binasına aparıb təhqiqatçıya təhvil verərək üzərində şəxsi axtarış və götürmə aparan anadək onu nəzarətsiz buraxmayaraq daim müşayiət etdikləri üçün üzərində olan narkotik vasitəni ata bilməmiş, 26-cı PB-nin inzibati binasında təhqiqatçı, polis mayoru Ramin Qafarovun tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun, əməliyyat qrupunun tərkibində olan digər 4 polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkil Nofəl Əhmədovun müdafiəçi qismində iştirakları ilə videoçək il işdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış apanlmazdan əvvəl təhqiqatçı tərəfindən Bayram Balakişiycva eləcə də digər iştirakçılara hüquq və vəzifələri izah olunmuş. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs buna cavab olaraq əynindəki boz rəgli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaretin kağızına bükülmüş bükümdə olan narkotik vasitə heroini çıxarıb otaqdakı masanın üzərinə qoymuş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmadığını, qeyd olunan narkotik haradan və nə məqsədlə əldə edib üzərində gəzdirməsini soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 21.02.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidən üzdən tanıdığı bildiyinə görə həmin ərazidə yaşayan, barəsində heç bir anket məlumatını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 20 manata alıb əynindəki şalvarın sağ yan cibinə qoymuş və özü ilə gəzdirmiş, həmin gün 10:10-da ünvan 3 ünvanın qarşısında qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxsun üzərindən digər heç bir qanunsuz əşya aşkar olunmamış, aşkar olunmuş həmin narkotik vasitə heroin təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, onun müdafiəçisinin, axtarışda iştirak edən polis əməkdaşlarının, həmçinin onun iştirakıyla zərfə qoyulub qablaşdırılmış, 170 N-li möhürlə möhürlənib götürülmüş, təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs imza etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Şahid1 ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/1066 saylı, 21 fevral 2022-ci il tarixli ekspertiza rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs» yazılar və imzalar olan bir ədəd zərfdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1.005 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspert tədqiqatı zamanı 1,005 qram olan ümumi çəkidən 0,05 qram çəkidə heroin sərf edilmiş, tədqiqatdan sonra 0,955 qram heroin qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 915 saylı, 23 fevral 2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, hal-hazırda Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli hökmü ilə CM-nin 29, 180.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 22.06.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə 22.02.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21.02.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 21 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 manat (altmış beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,955 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar