Məhkəmə qərarları › İş №1(004)-254/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-254/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-254/2025 24.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:35 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qobustan Rayon Məhkəməsinin 1(026)- 22/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi 112 nömrəli evdə qeydiyyatda olmaqla yaşamış, və hazırda baxılan cinayət işi ilə əlaqədar etap edilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakım gizli olaraq talama məqsədi ilə 26 yanvar 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus mənzilin giriş qapısının üzərindəki tros kilidi dəmir alətlə qıraraq, qanunsuz daxil olmaqla, həmin mənzildən Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla sonuncuya məxsus hər biri 15 manat olmaqla 360 (üç yüz altmış) manat dəyərində olan iyirmi dörd ədəd kombi kollektoru, hər biri 20 manat olmaqla 80 (səksən) manat dəyərində olan dörd ədəd su vintili, hər biri 20 manat olmaqla 80 (səksən) manat dəyərində olan dörd ədəd kollektor başlığı, hər biri 20 manat olmaqla 80 (səksən) manat dəyərində olan dörd ədəd kombi hava nizamlayıcı cihazı, hər biri 100 manat olmaqla 200 (iki yüz) manat dəyərində olan iki ədəd dəmir kəsən elektrikli laqonda, hər biri 25 manat olmaqla 50 (əlli) manat dəyərində olan iki ədəd su tərəzisi, 100 (bir yüz) manat dəyərində olan yaşıl rəngli bir ədəd «Bosch» markalı drel, 100 (bir yüz) manat dəyərində olan yaşıl rəngli bir ədəd «Makute» markalı drel və 50 (əlli) manat dəyərində olan bir ədəd idman çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.100 (bir min bir yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 01 aprel 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, «Şamaxinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan kişi cinsli şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 9,62 qram bitki mənşəli kütlə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 16:20 dəqiqədə isə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 evin qarşısında piyada hərəkət edən zaman saxlanılaraq, Yasamal Rayon Polis İdarəsinin 29cu Polis Şöbəsinin inzibati binasına aparılmış və orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən üzərində «Winston» sözləri yazılmış siqaret qutusunun içərisindən təmiz çəkisi 9,62 qram bitki mənşəli kütlə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, oğurluq cinayətini törətsə də onun üzərində narkotik vasitə olmamışdır, o, həmin cinayət əməlini törətməmişdir. Belə ki onun üzərində heç bir narkotik vasitə olmadığı halda tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixoloji təzyiq olduğundan qorxduğu üçün həmin maddənin ona məxsus olduğunu etiraf etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq barəsində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddində hökm çıxarılmasını, CM-nin 234.1-ci maddəsilə isə ona qarşı irəli sürülmüş ittiham əsassız olduğu üçün onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən CM-nin 234.1-ci maddəsilə cinayət əməlini törətməməsini, ona fiziki təsir göstərildiyini və ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təqsirləndirildiyi cinayət əməllərini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, H.Nuriyevin ona polis əməkdaşları tərəfindən tutulan zaman ona qarşı fiziki təsir göstərilməsi ilə əlaqədar bildirdikləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Digər tərəfdən məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, artıq on beş ilə yaxındır ki, müxtəlif adlı narkotik vasitələrdən istifadə etmişdir. Bu onda artıq asıllıq yaratdığı üçün narkotik maddələrdən istifadə etməyəndə ağrıları şiddətlənir və bu zaman o, məcbur olub hardansa narkotik vasitə tapıb qəbul edir. Əvvəllər dəfələrlə o, Azərbaycan Respublikasının CM- nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və son beş il ərzində məhkumluq həyatı yaşamışdır. 2024-cü ilin yanvar ayında'isə o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən səkkiz gün ərzində inzibati həbsdə olmuşdur. İnzibati həbsdən çıxdıqdan sonra o, 26 yanvar 2024-cü il tarixdə yenidən narkotik vasitə əldə etmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən «Jasmin Park» yaşayış kompleksindəki üçüncü mərtəbədə, sağ tərəfdə yerləşən mənzilə yaxınlaşmışdır. O, içərisində təmir gedən mənzilin tros dəmirlə bağlanmış giriş qapısındakı kilidi əlində olan dəmir alətlə qıraraq içəri daxil olmuşdur. Mənzilə daxil olan zaman o, artıq orada təmir işlərinin aparıldığını görmüşdür. Mənzilə daxil olduqdan sonra o, içəridə olan markalarını dəqiq bilmədiyi yaşıl rəngdə olan iki ədəd elektrikli təmir aləti, tərəziyə oxşar cihaz, su vintilləri, idman çantası və digər kollektorları oğurlayaraq mənzili tərk etmişdir. Təcili pul lazım olduğu üçün o, oğurladığı həmin malları yoldan keçən tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışdır. Həmin əşyalar satılsın deyə, oğurladığı malları o, çox ucuz qiymətə təklif edib satmışdır. Bundan sonra o, 01 aprel 2024-cü il tarixdə səhər saatlarında yenidən narkotik vasitə olan qurudulmuş mrixuana almaq üçün Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Şemaxinka” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən əlli manat pul müqabilində şəxsi istifadəsi üçün üzərində «Winston» sözləri yazlımış siqaret qutusunun içərisindəki narkotik vasitə olan qurudulmuş marixuananı alıb əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. O, həmin narkotik vasitə olan qurudulmuş marixuananı şalvarının cibində gizlədib piyada hərəkət etməyə başlamışdır. Həmin gün saat 16:20 radələrində o, yaşadığı ünvan 3 ünvanın qarşısında piyada hərəkət edən zaman bir nəfər polis, digəri isə mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda polis əməkdaşları qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə o, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına getmişdir. Orada onu xidməti iş otaqlarının birinə apararaq hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 22 saylı Vəkil Bürosundan Müdafiəçi1 adında vəkil dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçisinin iştirakı ilə təhqiqatçı, polis mayoru Elnur Məmmədov tərəfindən ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir qeyri-qanuni əşyanın olması təqdirdə təqdim edilməsi təklif olunmuşdur. O, həmin vaxt üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibində gizlətdiyi və üzərində «Winston» sözləri yazlımış siqaret qutusunun içərisindəki narkotik vasitə olan qurudulmuş marixuananı çıxardıb qarşısındakı masanın üstünə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçı ondan həmin siqaret qutusunun içərisindəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini soruşduqda o, bildirmişdir ki, siqaret qutusunun içərisində olan narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin narkotik maddəni o, 01 aprel 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, «Şemaxinka» adlanan ərazidə üzdən tanıdığı lakin adı, soyadı və atasının adını bilmədiyi təxminən 40-45 yaşlarında olan kişi cinsli şəxsdən əlli manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə onun gözü qarşısında təhqiqatçı, polis mayoru Elnur Məmmədov tərəfindən içərisi boş olan zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Həmin zərfin üzərinə orada olan iştirakçılar, müdafiəçisi və özü imza etmişdir. Baş vermiş hadisə ilə bağlı protokolda tərtib edilmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir təyziqə məruz qalmamışdır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmək və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımaq cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir, bu səbəbdən məhkəmə iclasları bir necə dəfə təxirə salınmışdır lakin o, məhkəməyə gəlməməyin səbəbi kimi səhhətində problemlərin olmasını, o, səbəbdən iştirak etməsinin mümkünsüzlüyünü bildirməklə məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə iclaslarını onun iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən məlum olmuşdur ki, o, 26 yanvar 2024-cü il tarixdə günorta saatlarında içərisində təmir aparılan özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, «Jasmin Park» yaşayış kompleksi, 07 nömrəli yaşayış evində yerləşən 17 saylı mənzilin giriş qapısının üzərində olan tros kilidinin qırilaraq içərisində olan təmir tikinti alətlərin, yəni hər biri 15 manat olmaqla 360 manat dəyərində olan iyirmi dörd ədəd kombi kollektoru, hər biri 20 manat olmaqla 80 manat dəyərində olan dörd ədəd su vintili, hər biri 20 manat olmaqla 80 manat dəyərində olan dörd ədəd kollektor başlığı, hər biri 20 manat olmaqla 80 manat dəyərində olan dörd ədəd kombi hava nizamlayıcı cihazının naməlum şəraitdə evə daxil olunmaqla oğurlandığını aşkar etmişdir. Oğurlanmış təmir tikinti alətlərinə, həmçinin hər biri 100 manat olmaqla 200 manat dəyərində olan iki ədəd dəmir kəsən elektrikli laqonda, hər biri 25 manat olmaqla 50 manat dəyərində olan iki ədəd su tərəzisi, 100 manat dəyərində olan yaşıl rəngli bir ədəd «Bosch» markalı drel, 100 manat dəyərində olan yaşıl rəngli bir ədəd «Makute» markalı drel və 50 manat dəyərində olan bir ədəd idman çantasını daxil olmuşdur. Bütün bunların ümumi dəyəri 1.100 manat təşkil etmişdir. Belə ki, o, baş vermiş oğurluq hadisəsindən əvvəl həmin materiallara 450 manat məbləğində pul ödəmişdir. Qalan digər təmir tikinti alətlərinin qiyməti isə 650 manat təşkil etmişdir. Həmin vaxt onun təcili işi olduğu üçün hüquq-mühafizə orqanlarına yazılı müraciət etməmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, oğurlanmış təmir tikinti alətləri naməlum istiqamətə aparılsada, qeyd olunan mənzildə heç bir dağıntı və sındırılma əlamətləri aşkar olunmamış, həmçinin həmin mənzildə əvvəllər oğurluq hadisəsi baş verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, hal-hazırda Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru vəzifəsində işləyir və polis kapitanı rütbəsini daşıyır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və yaxud qohumluğu olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonunun ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin C/A üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və onun iştirakı ilə 1 aprel 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. O, 1 aprel 2024-cü il tarixdə saat 16:20 dəqiqədə əməliyyat qrupunun digər iştirakçısı Şahid1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsində olan zaman, həmin küçədəki 212 nömrəli ünvanın qarşısında olan zaman orada piyada hərəkət edən və xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq, özlərini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib saxladıqları şəxsin şəxsiyyətini dəqiqləşdirmək istəmişlər. Saxladıqları şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanmasında və daşınması şübhəli olduğunu bildirib Yasamal Rayon Polis İdarəsinin 29cu Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə qeyd olunan polis şöbəsinin inzibati binasına getmişdir. Oradakı xidməti iş otaqların birində təhqiqatçı Elnur Məmmədov tərəfindən həmin şəxsə hüquqları izah olunmuş və vəkil kimi Bakı şəhəri, 22 saylı Vəkil Bürosundan Müdafiəçi1 dəvət etmişlər. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, həmçinin iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalarla sənədləri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən üzərində «Winston» sözləri yazılmış siqaret qutusunu çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilən siqaret qutusu Təqsirləndirilən şəxsla digər iştirakçıların gözü qarşısında açılan zaman içərisində bitki mənşəli, ot şəkilli spesifik qoxuya malik narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Daha sonra iştirakçıların gözü qarşısında Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə təhqiqatçı tərəfindən içi boş olan zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş narkotik maddənin konkret nə olması və onu haradan əldə edilməsi soruşulduqda həmin şəxs bildirmişdir ki, üzərindən aşkar edilən siqaret qutusunun içərisindəki olan narkotik maddə qurudulmuş marixuanadır və həmin narkotik maddəni 01 aprel 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonunun «Şemaxinka» adlanan ərazisində tanımadığı kişi cinsli şəxsdən cəmi əlli manat pul müqabilində almış və satış məqsədi olmadan üzərində daşıyaraq saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış bir daha keçirilmiş, lakin həmin şəxsin üstündə iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya, yaxud predmet aşkar olunmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin C/A üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəmə iclasında elan edilən ifadəsindən məlum olmuşdur ki, o da eyni məzmunlu ifadə verərək X4 ifadəsində göstərdiyi halları və faktları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 2 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V.1) “Şübhəli şəxsin tutulması haqqında” 1 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutulma vaxtı 1 aprel 2024-cü il tarixdən saat 16:20-dən hesablanmışdır. (İ/V.19) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 1 aprel 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üzərində «Winston» sözləri yazılmış siqaret qutusunda bitki mənşəli kütlə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. (İ/V.31-32). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 1 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin CD- R diskdə əks edilmiş görüntülər 01 aprel 2024-cü il tarixdə saat 17:50 dəqiqədə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X3 əyləşdiyi xidməti otaqdır.Videogöriintüdən müəyyən edilir ki, təhqiqatçı X3 qarşısındakı masa arxasında sol tərəfdə əyləşmiş şəxs, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun müdafiəçisi Müdafiəçi1dur. Xidməti otaqda olan masadan sağ tərəfdə isə əynində mavi rəngli gödəkçə, qara rəngli cins şalvar və göy rəngli jaketi olan iki nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sol və sağ tərəfində dayanmış şəxslər - adları videoçəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və polis sahə inspelctoru, polis kapitanı Şahid2dur. Həmin videoçəkilişin davamında təhqiqatçı Elnur Məmmədov, şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, həmçinin ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əlini əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə salaraq, oradan üzərində «VVinston» sözləri yazılmış siqaret qutusunu çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim edir. Həmin siqaret qutusu Təqsirləndirilən şəxsla digər iştirakçıların gözü qarşısında açılan zaman içərisində bitki mənşəli, ot şəkilli spesifik qoxuya malik narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş narkotik maddənin konkret nə olması və haradan əldə etməsi soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən «VVinston» sözləri yazılmış siqaret qutusunun içərisindəki narkotik maddənin qurudulmuş marixuana olduğunu və aşkar olunmuş həmin narkotik maddəni 01 aprel 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, «Şamaxinka» deyilən ərazidə tanımadığı kişi cinsli şəxsdən 50 manat pul müqabilində aldığını və satış məqsədi olmadan üzərində daşıyaraq, həmin tarixdə saat 16:20 dəqiqədə polis əməkdaşları tərəfindən ünvan 5 ünvanın qarşısında saxlanıldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında təhqiqatçı, polis mayoru X7 tərəfindən qablaşdırılaraq içərisi boş zərfə qoyulur və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs. onun müdafiəçisi və iki nəfər polis əməkdaşları tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 2 aprel 2024-cü il tarixli, 7/518 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “1 şübhəli şəxs Təqsirləndirilən şəxs” yazılar və imzalar olan kağız paketdə 01 (bir) ədəd üzərində «Winston» yazısı olan siqaret qutusunda təmiz çəkisi - 9,62 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana bir obyekt olduğu üçün müqayisəli tədqiqat aparmaq mümkün olmadı. (İ/V.40-43) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 3 aprel 2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ/V.55-56) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 3 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V.69-71). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsin Ambulator X1 06 may 2024-cii il tarixli, 3572 nömrəli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V.82-83). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, baş vermiş hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, «Jasmin Park» yaşayış kompleksi, ev 07, 17 saylı mənzildə yerləşir. (İ/V. 95-99). “Cinayət işinin başlanması haqqında” 2 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V.1) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 7 may 2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ/V. 119-120) “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi , Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. (İ/V. 85-86). “Cinayət işi üzrə törədilmiş cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (İ/V. 85-86). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ/V. 132-133). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 dekabr 2021-ci il tarixdə Bakı şəhər Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 04-cti bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, 29 dekabr 2021-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin Qobustan Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2024-cü il tarixdə Qobustan Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (İ/V. 139- 141; 161-165). Qobustan Rayon Məhkəməsinin 1(026)-22/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 9 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin 1(026)-22/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə Azərbaycan Respublikası ƏN PX-nin 14 saylı cəzaçəkmə müəssisəsində saxlanması nəzərə alınmış, şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd DVD-R markalı disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 9.60 qram narkotik maddə olan qurudulmuş marixuana maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. (İ/V. 181-188). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, şəxsin özünün qismən etirafedici ifadəsini, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilir. Bunlara əsasən, məhkəmə hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İslah prosesi məhkumun cəmiyyət tərəfindən təsbit olunmuş normalara uyğun hərəkət edən, cəmiyyətdə birgə yaşayış qaydalarına zidd hərəkətlər törətməkdən çəkinən, ictimaiyyət üçün faydalı hesab edilə biləcək fəaliyyətlə məşğul olan insana çevrilməsi məqsədini güdür. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Qobustan Rayon Məhkəməsinin 1(026)-22/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Qobustan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(026)-22/2024 saylı, xx.xx.2024-c il tarixli hökmü ilə müəyyən edilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu cəmi 03 (üç) gün müddət, habelə hazırki cinayət işi üzrə 01 aprel 2024-cü il tarixdən 03 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət olmaqla ümumilikdə 05 (beş) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin 1(026)- 22/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmalı, cəza çəkməsinin əvvəli 9 sentyabr 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 9.60 qram narkotik maddə olan qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından iş üzrə Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)- 254/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs 02 (iki) il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Qobustan Rayon Məhkəməsinin 1(026)-22/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Qobustan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(026)-22/2024 saylı, xx.xx.2024-c il tarixli hökmü ilə müəyyən edilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu cəmi 03 (üç) gün müddət, habelə hazırki cinayət işi üzrə 01 aprel 2024-cü il tarixdən 03 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 05 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 9 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin 1(026)-22/2024 saylı, xx.xx.2024-c il tarixli hökmü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 9.60 qram narkotik maddə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 330 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar