Məhkəmə qərarları › İş №1(004)-255/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-255/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-255/2021 05.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı X9, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 nümayəndəsivəkili Nümayəndə1, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Azərbaycan Dövlət X1 mamalıq və ginekologiya kafedrasında professor işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2012-ci il tarixdən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasında professor və 24 fevral 2014-cü ildən 17 fevral 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs1 inqilab qızının inam və etibarından sui-istifadə edərək 2 il ərzində Azərbaycan Dövlət X2 daxil olaraq elmi dərəcə almasına köməklik göstərəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri Tbilisi prospekti 3165 ünvanında yerləşən Azərbaycan Dövlət X1 xidməti otağında G. Abdıyevadan 2014-cü ilin sentyabr ayının əvvəllərində Azərbaycan manatına məzənnəsi ilə 7,843 (yeddi min səkkiz yüz qırx üç) manat təşkil edən 10.000 (on min) ABŞ dolları və 2,200 (iki min iki yüz) manat, 2015-cı ilin əvvəllərində 3.000 (üç min) manat və həmin vaxtdan 2018-cı il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan ayrı-ayrı vaxtlarda 3.800 (üç min səkkiz yüz) manat olmaqla sonuncuya məxsus ümumilikdə 16.843 (on altı min səkkiz yüz qırx üç) manat pulu etibardan sui-ıstifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmış şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2012-ci il tarixdən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasında professor və 24 fevral 2014-cü ildən 17 fevral 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs1 Silahlı Qüvvələrin Baş Klinik Hospitalına şöbə rəisi vəzifəsinə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2017-cı ilin may ayının sonunda ünvan 3 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında xidməti otağında etibardan suı-ıstıfadə etmə və aldatma yolu ilə G. Abdıyevadan 15.000 (on beş min) manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddı ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suı-ıstıfadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2012-cı ıl tarixdən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə institutunun mamalıq və ginekologiya kafedrasında professor və 24 fevral 2014-cü ildən 17 fevral 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs2 inam və etibarından sui- istifadə edərək Azərbaycan Dövlət X2 dıssertant kimi təyin olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq Bakı şəhəri, Tbilisi prospekti 3165 ünvanında yerləşən Azərbaycan Dövlət X1 xidməti otağında vahid niyyətlə əhatə olunan qəsdlə S. Qəhrəmanovadan 2018-cı ilin may ayında 2,000 (iki min) manat və 2018-ci ilin oktyabr ayında 3.000 (uç min) manat olmaqla sonuncuya məxsus ümumilikdə 5.000 (beş min) manat pulu etibardan suı-ıstıfadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmış şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suı-ıstifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2012-ci il tarixdən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasında professor və 24 fevral 2014-cü ildən 17 fevral 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs3 inam və etibarından suı-ıstıfadə edərək Silahlı Qüvvələrin Baş Klinik Hospitalına şüa-diaqnostika həkimi kimi işə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 15 noyabr 2018-ci ıl tarixdə Bakı şəhəri, Tbilisi prospekti 3165 ünvanında yerləşən Azərbaycan Dövlət X1 xidməti otağında A Əkbərovadan 12,500 (on iki min beş yüz) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2012-ci il tarixdən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasında professor və 24 fevral 2014-cü ildən 17 fevral 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş tanışı X7 inam və etibarından sui-istifadə edərək Azərbaycan Dövlət X1n elmi dərəcə alınmasına köməklik göstərəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 07 yanvar 2019-cu il tarixdə Səhiyyə Nazirliyində elmi işçi yeri götürmək bəhanəsi ilə Bakı şəhəri, Tbilisi prospekti 3165 ünvanında yerləşən Azərbaycan Dövlət X1 xidməti otağında 3,000 (üç min) manat, 3 gün sonra həmin yerdə elmi ışın yazılmasında istifadə edilən tibbi cihazın alınması bəhanəsi ilə 2,000 (iki min) manat, elmi işin Səhiyyə Nazirliyində qeydiyyata alınması bəhanəsi ilə 22 fevral 2019-cu il tarixdə Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «Günəş Petrol» YDM-nin qarşısında 10,000 (on min) manat və 2019-cu ilin mart ayında eyni məqsədlə 2,000 (iki min) manat olmaqla sonuncuya məxsus ümumilikdə 17,000 (on yeddi min) manat pulu etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddı ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2012-ci il tarixdən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitunun mamalıq və ginekologiya kafedrasında professor və 24 fevral 2014-cü ildən 17 fevral 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs4 inam və etibarından sui-istifadə edərək onun bacısı Zərərçəkmiş şəxs7 Silahlı Qüvvələrin Baş Klinik Hospitalına ginekoloq-həkim kimi işə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onları aldadaraq 2019-cu ilin aprel ayının sonunda Bakı şəhəri, Tbilisi prospekti 3165 ünvanında yerləşən Azərbaycan Dövlət X1 xidməti otağında Zərərçəkmiş şəxs7 1.500 (min beş yüz) manat və Zərərçəkmiş şəxs4 1,500 (min beş yüz) manat olmaqla ümumilikdə onlara məxsus 3,000 (üç min) manat pulu etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-ıstifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2012-ci ıl tarixdən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitunun mamalıq və ginekologiya kafedrasında professor və 24 fevral 2014-cü ildən 17 fevral 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs5 inam və etibarından sui-istifadə edərək onun arvadı Şahid5 Silahlı Qüvvələrin Baş X6 şöbəsinə şüa-diaqnostıka həkimi kimi işə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 07 yanvar 2020-ci il tarixdə ünvan 5 ünvanında fəaliyyət göstərmiş «Lemelange» adlı kafedə 9,000 (doqquz min) manat və 14 yanvar 2020-ci tarixdə Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nın inzibati binasının yan tərəfində 4,000 (dörd min) manat olmaqla sonuncuya məxsus ümumilikdə 13,000 (on üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2012-ci il tarixdən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitunun mamalıq və ginekologiya kafedrasında professor və 24 fevral 2014-cü ildən 17 fevral 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs6 inam və etibarından sui- istifadə edərək Silahlı Qüvvələrin Baş Klinik Hospitalına mama-ginekoloq kimi işə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 10 fevral 2020-ci il tarixdə Bakı şəhəri Tbilisi prospekti 3165 ünvanında yerləşən Azərbaycan Dövlət X1 xidməti otağında G. Məmmədovadan 6000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2 4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2014- cü il tarixdə xatırlamadığı ayda Məryamxanım, Aybəniz və qızı Günel onun iş yerinə, yəni Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstutunda xidməti kabinetinə gəlmiş, Məryamxanım onu Günel və anası Aybəniz ilə tanış etmiş və Günelin elmi dərəcə alması üçün onun elmi rəhbəri olmasını xahiş etmiş, o da Günelin elmi rəhbəri olmağa razılaşaraq Günelin elmi rəhbəri olmaqla ona mövzu seçməkdə və sənədlərin yığmaqda köməklik edəcəyini demişdir. Həmin vaxt tibb qəzetində tibb üzrə fəlsəfə doktoru adı almaq üçün vakant yerə elan verilmişdir. Günel də sənədlərini vermiş və bir müddət sonra elmi şuradan keçmişdir. Bundan sonra isə X3 doktorantı olmuşdur. Sonradan Günel ilə birlikdə işləməyə başlamışdır. Onunla bir neçə mövzu üzərində işləməklə ona bir neçə kitab və məqalələr oxumağı məsləhət görmüşdür. Günel üçün elmi iş seçdikdən sonra necə işləmək lazım olmasını ona başa salmışdır. Günel ədəbiyyatlar toplamış, tədqiqatlar aparmış, xəstələr toplayaraq mövzuya aid müayinə aparmış və s. işlər görmüşdür. O, ona ancaq əməli olaraq köməklik etmiş, texniki xərclərin ödənilməsi üçün pul ala bilməsinin mümkün olduğunu bildirmişdir. Bütün işlər tamamlanmasına baxmayaraq Günelin ixtisası ginekologiya olmadığından onun işi yubanmış və cərrah olduğu üçün onun sənədləri Səhiyyə Nazirliyindən keçməmişdir. Günelə imtina gələndə ona Kəmalə xanımla özünün danışmasını bildirmişdir. Güneldən Kəmalə xanıma verilməsi üçün heç bir məbləğdə pul almamışdır. Ona təkmilləşdirmə kursundan keçməyini, sertifikat imtahanı verib ginekoloq ixtisasına yiyələnməyini məsləhət görmüşdür. Lakin Günel ona məlum olmayan səbəbdən bundan imtina etmişdir. Günel və Aybəniz ilə yaxşı münasibətləri yarandığından maddı çətinliyi olduğu üçün Güneldən 10,000 manat borca pul istəmiş, onlar onun iş yerinə gələrək ona 10,000 ABŞ dolları və 2,200 manat borca pul vermişdirlər. Həmin vaxt yanlarında Məryamxanım olmamışdı. Lakin həmin pulu qaytarmaqda çətinlik çəkmiş və bu səbəbdən ondan şikayət etmişlər. Zərərçəkmiş şəxs2 ilə birlikdə 1 saylı doğum evində həkim kimi işləmişdirlər. 2018ci ilin əvvəllərində o, artıq Azərbaycan Dövlət Həkimlərin təkmişlləşdirmə İnstutunda işləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 ona zəng edərək onun yanına gəlmiş, bir qədər söhbət etdikdən sonra Samirə ona "elmi işinin hazırlanmasına və onun disertant kimi təyin olunmasına" köməklik etməsini xahiş etmiş, o da Samırəyə köməklik edəcəyini demiş və ona köməklik etmişdir. Bir neçə ay sonra pula ehtiyacı olduğu üçün Samirədən borca 2,000 manat pul istəmişdir. 2018-ci ilin may ayında Samirə onun iş yerində ona 2,000 manat borca pul vermişdir. Həmin vaxtdan bir neçə ay sonra yenidən borc pula ehtiyacı yaranmış, yenidən Samirəyə borca görə müraciət etmişdir. 2018-ci ilin oktyabr ayında Samirə ona iş yerində otaqda 3,000 manat pul vermişdir. Samirəyə borcu 2020-cı ilin mart ayına kimi qaytarmağı söz vermişdir. Sonradan psixoloji vəziyyəti ilə əlaqədar xəstənaya düşmüş və maddı vəziyyəti pisləşdiyi üçün Samirənin pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs3 mütamadı olaraq onun ış yerinə gəlib gedərək onunla tibb sahəsində məsləhətlər etmişdir. Xeyli miqdarda borc pula ehtiyacı olduğundan Aytəndən də borca pul istəmiş, 2018-ci ilin noyabr ayında Aytən ona 12,500 manat borca pul vermişdir. Aytənə bir neçə aya pulu ona qaytaracağını bildirmiş, lakin səhhəti ilə əlaqədar xəstəxanaya müraciət etməsi və maddi vəziyətinin pis olması ilə əlaqədar onun da pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs4 onun iş yerinə gələrək ona “elmi iş yazmaq, həmin elmi işə öz adını bağlamaq" istəməsini bildirmişdir. Ona mütamadi olaraq əməli köməklik etmişdir. 2019-cu il tarixdə Günaydan borca pul istəmişdir. Konkret xatırlamadığı tarixlərdə 2019- cu il ərzində Günaydan borca 20,000 manat pul almışdır. Həmin puldan 1.500 manatını Günaya qaytarmışdır. Lakın imkanı olmadığı üçün qalan borcu ona qaytara bilməmişdir. Şahid5 2019-cu ilin sonlarında ADHTİ-da təkmilləşdirmə kursu keçmək üçün gəlmişdir. Həmin vaxtdan onunla münasibəti yaranmışdır. Natavan və onun əri ilə bir neçə dəfə görüşmüşdür. Münasibətləri yaxşılaşdıqdan sonra Zaurdan borca 13,000 manat pul istəmişdir. Zaur da ona 2020-cı ilin yanvar ayının əvvəllərində iki dəfəyə 13,000 manat pul vermişdir. Məhkəmə-fonoskopik ekspertizasının 04 noyabr 4/665 nömrəli rəyində göstərilən yazıların - Zərərçəkmiş şəxs5 ilə olan danışıqda onun “Natəvanın iş əmrinin yaxın zamanda veriləcəyi, işi nazirliknən danışdığınız. həmçinin işə düzəlmək ilə bağlı pul almasını" yalan olmasını bildirmişdir. 2020-ci ilin yanvar ayında Quba rayonuna ezamiyyətə getmişdir. Həmin vaxt Xaçmaz şəhər xəstəxanasına doğum şöbəsinə getmiş, çoxdan tanıdığı Gülnarə adlı həkimlə söhbət etmiş, ona nömrəsini vermiş və Bakı şəhərinə gələndə onunla görüşməsini bildirmişdir. Gülnarə onun iş yerinə gəlmiş, onunla elmi dərəcə almasını danışmışdır. Həmin vaxt pula ehtiyacı olduğundan Gülnarədən bir neçə aylığa borca 6.000 manat pul istəmiş, Gülnarə ona etiraz etməmişdir. Gülnarə bir neçə gün sonra atası ilə onun işlədiyi X2 gəlmişdir. Gülnarə ona 6,000 manat borca pul vermişdir. Gülnarədən 6,000 manat pulu götürmüşdür. Lakin sonradan covid - 19 virusunun yayılması ilə əlaqədar maddi vəziyyətində müəyyən problemlər yaranmış, bu səbəbdən də Zərərçəkmiş şəxs6 aldığı pulu ona qaytara bilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü dələduzluq cinayətinin törətməsində təqsirli bilməyərək, göstərilən məbləğləri maddi ehtiyacı olduğu üçün borc şəkilində aldığını, həmin borcları vaxtında qaytara bilmədiyini və buna görə peşman olduğunu, mülki iddia ərizələrində göstərilmiş məbləğləri yalnız etiraf etdiyi hissədə qəbul etdiyini, barəsində yüngül cəza təyin edilməsini, məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdə “tibb üzrə fəlsəfə doktoru" elmi dərəcə almaqda köməklik olunması üçün münasib adam axtamış,ailəvi tanışları olan Məryamxanım, anasına “İzzət adlı professor tanışının olmasını və bu işdə onlara köməklik edə biləcəyini" bildirmiş daha sonra onları İzzətlə tanış etmiş, İzzət ona elmi dərəcə almaq üçün 20,000 manat pul lazım olacağını, 2 il ərzində elmi dərəcə alacağını bildirmişdir. Sonra anası ona elmi dərəcə almağı üçun 10.000 ABŞ dolları və 2.200 manat pul vermişdir. İzzət pulu götürüb institut rəhbərliyinə verəcəyini bildirmişdir. Daha sonra İzzətin yanına gedib-gəlmiş, onun göstərişi ilə xəstələrin adının yazılması üçün jurnal tərtib etmişdir. Səhiyyə Nazirliyindən onun ümumı-cərrah olmağı barədə sorğuya cavab gəlmiş, Əli müəllim ona sorğunun cavabının dəyişdirilməsi ilə bağlı İzzətin nə etmək lazım olduğunu demiş, İzzət ona “Səhiyyə Nazirliyində Kamilə xanım ilə danışdığını və 3.000 manat pul lazım olmasını" demişdir. İzzətlə razılaşmış və həmin gunun səhəri İzzətin iş yerində ona gələn sorğunun cavabının dəyişdirilməsi üçün ona 3.000 manat pul vermiş, bır gün sonra İzzət ona zəng edərək sorğunun gəldiyini və onda olmasını bildirmişdir. Həmçinin sorğunun cavabını Əli müəllimə vermək lazım olmasını demişdir. İzzət institutda olduğu üçün razılaşmışlar ki, sorğunun cavabını İzzət özü Əli müəllimə versin. 2017-ci ilin may ayının ortalarında İzzət Silahlı Qüvvələrin hospitalına onu ginekologiya şöbəsinə rəis düzəltmək imkanının olmasını demiş, bunun uçun 15.000 manat pul lazım olmasını bildirmişdir. Onlara razılaşdıqdan sonra 2017-ci ilin may ayının sonunda İzzətlə Silahlı Qüvvələrin Hospitalında onun ış otağında görüşüb ona 15.000 manat pul vermişdir. İzzət iki aya onu işə qəbul etdirəcəyini bildirmiş, lakın həmin vaxtdan 4 ay keçməsinə baxmayaraq heç bir yerə işə qəbul olmamışdır. Daha sonra isə İzzətdən pulunu geri istəmiş, İzzət ona 14,000 manat qaytarmış, 1,000 manat özündə saxlamış və bildirmişdir ki müdafiə üçün ona pul verməlidir oradan çıxcaqdır. Bundan başqa isə 2018-ci ilin ortalarına kimi İzzətə ayrı-ayrı vaxtlarda 3,800 manat pul vermişdir İzzət onun müdafiəsinin 2 ilə həll olunacağını bildirmişdir. Lakın artıq neçə il keçməsinə baxmayaraq müdafiə edə bilməmiş, 2019-cu ilin may ayından ondan öz pulunu tələb etməyə başlamışdır. İzzət sentyabr ayına işin həll olunacağını demişdir. Yenidən İzzət ilə əlaqə saxladıqda o, dekabr ayında dəqiq həll olunacağını bildirmiş, Dekabr ayında o, anası Aybəniz və Məryamxanım İzzətin yanına getmiş, ona ya işlərini həll etməyini, ya da ki pullarını qaytarmağını tələb etmişdirlər. İzzət onlara işlərinin artıq həll olmasına az qalmasını demişdir. Sonra İzzətin yanından çıxanda prorektor Əli müəllimin yanına keçmişlər. Əli müəllim onlara "İzzət sizi aldadıb gedin pulunuzu ondan tələb edin" demişdir. Sonradan İzzətdən dəfələrlə pulu tələb etməklərinə baxmayaraq o, müxtəlif bəhanələr gətirmiş və pulu verməkdən yayınmışdır. Təxminən 2020-ci ilin fevral ayının əvvəllərində o, anası Aybəniz, İzzət və Məyəmxanım Səbaıl rayonu ərazisində kafedə görüşmüşlər. İzzət söhbət əsnasında aldığı pulları və hansı səbəbə almasını etiraf etmişdir. Həmin söhbətin səs yazısını istintaqa təqdim etmişdir. Sonradan anası Aybəniz polisə şikayət etdikdən sonra İzzət onlardan aldığı pulu müəyyən hissəsini danmış, müəyyən hissəsini isə borca almasını bildirmişdir. İzzət ilə heç bir yaxın münasibətləri olmamışdır ki, ona borca pul versinlər. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı mülki iddia ərizəsi təqdim edərək cavabdeh Təqsirləndirilən şəxs ona dəymiş 17,843 manat maddi ziyan, eyni zamanda ödədiyi 31 manat dövlət rüsumunun alınıb ona verilməsi ilə bağlı iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, elmi iş götürüb müdafiə etmək məqsədi ilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışdır. İzzət ona elmi iş götürüb müdafiə etmək üçün ilk olaraq müdafiə etmək üçün yer götürmək, bundan sonra mövzu seçməli olduğunu, həmçinin X4 ginekologiya kafedrasına dissertant kimi qəbul olmağını və qəbul olunmağı üçün onu adını çəkmədiyi prorektor ilə tanış edəcəyini, bu işlərin ümumilikdə 2-3 il ərzində sürəcəyini demiş, bu işə ümumilikdə 15,000 manat pul lazım olacağını bildirmişdir. Bu məqsədlə İzzətin işlədiyi Azərbaycan Dövlət X2 gələrək onun iş otağında ona 2,000 manat pul vermişdir. İzzət onun dissertant kimi qəbul olması üçün ilkin işləri görəcəyini, yəni yer və mövzu götürəcəyini və s. işlər görəcəyini demişdir. 6 oktyabr 2018-ci il tarixdə İzzətin işlədiyi X2 getmiş, ona 3,000 manat pulu vermişdir. Daha sonra İzzət hər dəfə muxtəlıf bəhanələr gətirməyə başlamış, 2019-cu ildə isə qanunda dəyişiklik olduğu üçün instituta dissertant kimi qəbul olmamışdan əvvəl TQDK-da xarici dildən imtahan vermək tələb edilmişdir. X19 Komissiyasının internet saytına daxıl olub şəxsi kabinet yaratmış və imtahanda iştirak etmək uçün qeydiyyatdan keçmiş, imtahanda iştirak etməmişdir. İzzətdən pulunu tələb etməyə başlamış, lakin İzzət hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu verməkdən imtina etmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs hərəkətləri barədə ərizə verərək şikayət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanın tələb edilməsi ilə bağlı verdiyi mülki iddianı müdafiə etdiyini və məhkəmədən həmin iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə dövlət xəstəxanasında işə düzəlməkdə köməklik göstərilməsi məqsədi ilə danışmışdır. İzzət ona köməklik edə biləcəyini, yəni onu Silahlı Qüvvələrin Baş Klinik Hospitalına uzı-həkım düzəldə biləcəyini demiş, bunun üçün 15,000 manat pul lazım olacağını bildirmişdir. Qeyd olunan məbləğin çox olduğunu və rəfiqəsi Elladadan məbləğin bir az aşağı salınması barədə İzzətlə danışmasını xahiş etmişdir. Ellada İzzətlə danışdıqdan sonra o, 12,500 manat pula razılaşmışdır. 15 noyabr 2018-ci il tarixdə İzzətlə əlaqə saxlayaraq atası Felmarla birlikdə İzzətin ış yerində görüşmüş, İzzət ondan pulu qəbul edərək 1 ay ərzində onun iş yerinin düzələcəyini bildirmişdir. Pulu İzzətə verən zaman orada bir nəfər oğlan olmuşdur, İzzət həmin şəxsin oğlu Tamerlan olmasını bildirmişdir. Həmin vaxtdan 2-3 ay keçsədə onun işə qəbulu düzəlməmişdir. Hərdən İzzət ilə telefon əlaqəsi saxlamış, hətta bir dəfə İzzət onunla görüşüb onu Silahlı Qüvvələrin Baş Klinik Hospitalınada aparmışdır. Sonradan isə İzzət ona “işə düzəlmək üçün şüa-diaqnostika ixtisasını almaq lazım olduğunu, əks təqdirdə sonradan işdən çıxarılma təhlükəsinin olduğunu" demiş, bu bəhanə ilə də bır müddət İzzət onun işini uzatmışdır. 2019-cu ilin iyun-avqust aylarında işi ilə əlaqədar Zaqatala rayonuna getmiş, daha sonra isə İstanbul şəhərinə ixtisas artırma kursuna getmişdir. 2019-cu ilin oktyabr ayında İzzətlə görüşmüş, ona işinin düzəlməsinə az qaldığını demişdir. Sonradan isə rəfiqəsi Ellada ona "İzzətin Bakı şəhərində bır neçə nəfərdən pul alıb aldatdığını və pulunu geri almasını" bildirmişdir. İzzətdən pulunu geri qaytarmasını tələb edərkən o, müxtəlif bəhanələr gətirmişdir. İzzətin oğlu Tamerlanın mobil nömrəsini tapıb onunla əlaqə saxlamış, Tamerlanda ona anası İzzətin aldığı pulu qaytaracağını deyərək aldatmış, 2020-ci ilin əvvələrində isə həm İzzət, həm də ki Tamerlan mobil nömrələrini dəyişmiş, onların təzə nömrəsini tapıb onlarla yenidən əlaqə saxlamış, lakin onların pul qaytarmadığını görüb Təqsirləndirilən şəxs hərəkətlərindən şikayət etmişdir İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsə qarşı mülki iddia ərizəsi təqdim edərək cavabdeh Təqsirləndirilən şəxs ona dəymiş 12.500 manat maddi ziyan, eyni zamanda ödədiyi 31 manat dövlət rüsumunun alınıb ona verilməsi ilə bağlı iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Bakı şəhərində xəstəxanada işə düzəlmək məqsədilə İzzətlə əlaqə saxlamış, o, ona 6.000 manat müqabilində onu Bakı şəhəri, Papanin qəsəbəsində yerləşən Hərbi Hospitalda həkim mama-ginekoloq kimi işə düzəldə biləcəyini bildirmişdir. İzzətlə Hospitala getmiş, orada onun rastlaşdığı adamların hamının onunla salamlaşdığını, bundan əlavə onun otaqların qapılarını özü açarla açıb ona göstərdiyindən, onun həqiqətəndə orada işlədiyindən əmin olmuş və ona inanmışdır. 2020-ci ilin fevral ayının təxminən 10- da atası ilə birlikdə 6,000 manat pulu götürüb Yasamal rayonu ərazisində yerləşən Həkimləri Təkmilləşdirmə institutuna gəlmiş, orada İnstitutun içərisində İzzətlə görüşüb atası Ağarza ona məxsus 6,000 manat məbləğində pulu İzzətə vermiş, ona qısa zamanda işinin düzələcəyini bildirmişdir. Lakin bır müddət sonra ölkə ərazisində Covıd-19 pandemiyası ilə bağlı məhdudiyyətlər yarandığında işin bır qədər yubandığını bildirsə də onun işinin düzəlməsinin pandemiyaya ilə əlaqəsinin olmadığını anlamış, İzzətin işini düzəltməyəcəyini başa düşdüyünə görə 2020-ci ilin iyun ayının əvvəllərində ondan pulunu geri qaytarmasını tələb etmişdir. Şahid8 ona zəng edib İzzətdən şikayət etməməsini, anasının İzzətin ruhi sarsıntı keçirdiyinə görə psixatrik xəstəxanada olduğunu, pulu tapıb özünün qaytaracağını bildirmiş, amma nə İzzət, nə də oğlu hazırki dövrədək pulu qaytarmamışdırlar. Onun İzzətlə telefon danışığı ilə arasında səs yazısı vardır. Həmin səs yazısında da ondan pulu hansı məqsədlə alması açıq şəkildə ifadə olunmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs6 ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxsə qarşı mülki iddia ərizəsi təqdim edərək cavabdeh Təqsirləndirilən şəxs ona dəymiş 6000 manat maddi ziyan, eyni zamanda ödədiyi 31 manat dövlət rüsumunun alınıb ona verilməsi ilə bağlı iddiasının təmin edilməsi ilə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 nümayəndəsi-vəkili Nümayəndə1 mülki iddia ərizəsi təqdim edərək, cavabdeh - Təqsirləndirilən şəxs tərəfindən onun cinayət əməli nəticəsində ələ keçirilmiş 18 500 manat (on səkkiz min beş yüz manat) manat məbləğində pul və 30 manat (otuz manat) dövlət rüsumu, cəmi 18 530 manat (on səkkiz min otuz manat) pulun cavabdehdən tutularaq iddiaçı Zərərçəkmiş şəxs4 ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxsdən şikayətçi və tələbkar olduğunu, ona dəymiş ziyandan heç bir ödəniş edilmədiyini, məhkmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, arvadı Natəvanın iş yerini dəyişmək barədə qərara gəlmiş, bu məqsədlə İzzətlə əlaqə saxlamış, o, ona 14.000 manat pul müqabilində 2020-ci ilin fevral ayının sonuna kimi arvadı Natavanı “Silahlı Qüvvələrin Baş Klinik Hospıtalında ginekologiya şöbəsinə uzi həkimi düzəldəcəyini" bildirmişdir. 7 yanvar 2020- ci il tarixdə H.Cavid parkının yan tərəfində yerləşən kafedə İzzət, o və bacanağı Şahid6 görüşmüş, İzzətə 9,000 manat pul vermişdir. 14 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq 20 yanvar dairəsinin yaxınlığında "xxxx"-nun binasının qarşısında görüşmüş, İzzətə 4,000 manat düzəldə bildiyini bildirmiş, İzzət ona narahat olmamağı və fevral ayında işlərinin düzələcəyini demişdir. İzzət vəd verdiyi müddətdən bır neçə gün keçsədə Natavanı işə düzəlməsi ilə bağlı heç bir yerə çağırmamış, onunla əlaqə saxlayanda oğlu Tamerlan zəngə cavab vermiş və anası İzzətin şəkəri qalxdığı üçün komaya düşməsini və hal-hazırda xəstəxanada olmasını demişdir. Daha sonra bir neçə dəfə ona zəng etsədə telefonu sönülü olduğu üçün əlaqə saxlaya bilməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, elmi iş yazmaq barədə İzzətdən ona kömək etməsini xahiş etmiş, oda Səhiyyə Nazirliyində elmi işçi yeri götürmək üçün ondan 3.000 (üç min) manat pul istəmiş, o da həmin pulu ona vermişdir. Ona mobil telefon vasitəsilə zəng edib tanış nevropatoloq şöbə müdiri olduğunu və həmin şəxsdən tibbi cihazı (əzələ gücünü göstərən) almalı olduğunu və həmin xəstələr üzərində müayinələr aparıb, cihazın nəticələrini isə xəstələrin tibbi kartına yazmalı olduğunu söyləmiş, həmin cihazı almaq üçün 2,000 (iki min) manat pulu iş yerində İzzətə vermişdir. X1 işə düzəltmək məqsədi ilə İzzətə 2019-cu ilin 22 fevral tarixində saat 16 radələrındə Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən «Günəş petrol» YDM-nin qarşısında 10,000 (on min) manat pul vermişdir. İzzət ona zəng edərək zəhərləndiyi və Taksikologiya xəstəxanasında müalicə olduğunu bildirmiş, ondan müalicəsi üçün 2,000 (iki min) manat borca pul verməsini xahiş etmiş, bu məqsədlə görüşüb ona 2,000 manat pul vermişdir. Təxminən aprel aylarında İzzət həkim olan bacısı Zərərçəkmiş şəxs7 assistent kimi işə düzəlmək imkanı olmasını soruşmuş, o, ona bacısını hərbi hospitala həkim kimi işə düzəlməyini təklif etmiş, bu məqsədlə ona ümumilikdə 3,000 (üç min) manat pul vermişlər. İzzətə ümumilikdə 20,000 manat pul vermiş, İzzət oğlu Tamerlan vasitəsilə bacısına hissə-hissə 1,500 (min beş yüz) manat pulu qaytarmışdır. Təqsirləndirilən şəxs pulu verən zaman yanlarında heç kim olmamışdır. Lakin onunla arasında olan sms mətinlərini istintaqa təqdim etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, bacısı Günay Təqsirləndirilən şəxs ilə danışarkən ona işsiz olmasını bildirmiş, Günaya onun 3.000 manat müqabilində onu Türkiyə Respublikasında yerləşən Gülhane klinikasına 3 aylıq kursa göndərə biləcəyini və kursu bitirdikdən sonra onu Silahlı Qüvvələrin Hospitalına ginekoloq həkim düzəldəcəyini demişdir. Bundan sonra 1,500 manat o və 1500 manat isə bacısı Günay onun əvəzinə qoyaraq ümumilikdə 3,000 manat pul əldə edib, İzzətin işlədiyi X1 İzzət vermiş, İzzət bir neçə gündən sonra onunla əlaqə saxlayaraq hərbi hospitala işə çıxacağını bildirmişdir. Bundan sonra bacısı Günay İzzət ilə əlaqə saxlamış, və onların aldanıldıqları məlum olmuşdur. Baş verən hadisədən sonar İzzətin oğlu Tamerlan onlara 1,500 manat pul qaytarmışdır Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Məryamxanım onları İzzət ilə tanış etmiş, qızı Günelin elmi dərəcə alması üçün köməklik etməsini ondan xahiş etmiş, o, 20,000 manat pul lazım olacağını demiş, bu məqsədlə ona 10,000 ABŞ dolları və 2,200 manat pul vermiş, daha sonar İzzət qızı Güneldən əlavə olaraq eyni adla müxtəlif məbləğlərdə pul almış, lakin bir neçə il keçməsinə baxmayaraq İzzət onların işini həll etməmiş, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. İzzətdən bir neçə dəfə pulu geri istəsələrdə pulu qaytarmamışdır. Buna görə ondan DİN-in 102 məlumat xidmətinə şikayət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, qohumu Zaur ona arvadı Natəvanı bir professor vasitəsi ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına işə düzəltmək imkanının olmasını bildirmiş, Zaur ona həmin professor ilə görüşəcəyini və onunla birlikdə getməsini xahiş etmiş, onlar H.Cavid parkının yaxınlığında kafedə həmin professorla görüşmüş, o onlara Azərbaycan Dövlət X1 işləməsini bildirmiş, 14,000 manat pul müqabilində Natavanı hospitala uzi həkim düzəldəcəyini demişdir. Təxminən 1 həftə sonra Zaur İzzətə 9,000 manat pul vermiş və qalan pulu da yaxın günlərdə verəcəyini bildirmişdir. Ondan sonra isə Zaur İzzətə təklikdə görüşüb ona 4,000 manat pul vermişdir. Onun vəd verdiyi tarix keçsədə Natavanı işə düzəltməmiş, Zaur ondan pulunu tələb etməyə başlayanda o, hər dəfə müxtəlif bəhanələr gətirərək işin düzələcəyini gah sənədlərin artıq düzəlmək üzrə olduğunu, gah özünün xəstəxanada yatmasını, gah da ki, covid-19 pandemiyasını bəhanə edərək pulu verməkdən boyun qaçırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, qızının Bakı şəhərində xəstəxanada işə düzəlməsi məqsədi ilə X2 getmiş, orada İzzətin kabinetinə daxil olmuş, qızının işə düzəlməyindən ötrü İzzətə 6,000 (altı min) manat pulu vermişdir. İzzət onlara 1 ay ərzində qızı Gülnarənin əmrinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalına veriləcəyini demiş, lakin vəd verdiyi vaxt keçsədə qızı Gülnarənin işini düzəltməmişdir. X17 pulunu tələb etmiş, İzzət müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Şahid5 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, İzzət əri Zaura onun “Silahlı Qüvvələrin Baş Klinik Hospitalında kansultant kimi işə düzəltmək imkanının olduğunu bildirmiş, bu məqsədlə onları qeyd edilən hospitala dəvət etmiş, o, onları hospitalın inzibati binası və iş otaqları ilə tanış etmişdir. İzzət, klinik hospitala işə düzəlmək üçün kağıza qələm ilə "14.000” manat yazaraq onlara bildirdişdir. X21 görüşərək 9,000 manat və 4,000 manat olmaqla ona ümumilikdə 13,000 manat pul vermişdir. 2020-ci ilin fevral ayının sonunda İzzət əri Zaura zəng edərək işin artıq düzəlməsini bildirmiş və guya 1 həftə ərzində ərizəni aldıqdan sonra əmri veriləcəyini bildirmişdir. Sonralar da Zaur İzzətlə işin düzəlməsi barədə danışarkən İzzət hər dəfə ona müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Sonradan İzzətin onları aldatmasını başa düşmüşlər. Bu səbəbdən də əri Zaur polisə müraciət etmişdir. Şahid3 və Şahid8 məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişdirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, İzzət ona elmi işi onko-ginekoloq ixtisası götürməyi təklif etmiş, ixtisası ümumi cərrah olduğundan İzzətin ona təklif etdiyi ixtisas onun ixtisasına yad olduğu üçün elmi iş götürməkdən imtina etmişdir. Həmin ərəfələrdə Aytən ondan iş yeri ilə bağlı köməklik etməyi xahiş etmiş, o, Təqsirləndirilən şəxs mobil nömrəsnı Aytən adlı rəfiqəsinə vermişdir. Sonradan Aytən ilə İzzət arasında hansı danışıqların olmasından, həmçinin Aytənin iş yerinin və ya ixtisasının dəyişilməsi ilə bağlı İzzət ilə hər hansı razılıqlarının olubolmamasından və ya bu işlərə görə pul verıb-verməməsindən məlumatı olmamışdır. Qeyd etdiyi kimi Aytənlə İzzət arasında olan danışıqda və Aytənin ona pul verməsi zamanı iştirak etməmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2020ci ilin əvvəllərində anası Təqsirləndirilən şəxs psixi problem yaranmağa başlamış, anası Təqsirləndirilən şəxs müxtəlif şəxslərə pul borcu olması məlum olmuşdur. Anası İzzət ona pula ehtiyacı olduğu üçün bir neçə şəxsdən borca pul götürməsini bildirmişdir. Həmin vaxtdan etibarən anasının borclu olduğu şəxslərlə, yəni Günel adlı həkim, Günay adlı həkim və digərləri ilə danışaraq anasının səhhətinin pıs olmasını pulun onlara qaytarılması üçün vaxt vermələrini xahiş etmişdir. Lakin anası İzzətin kimdən və hansı məqsədlə pul alması barədə məlumatı olmamış, eləcə də anası müxtəlif şəxslərdən ona heç bir məbləğdə pul verməmişdir. Anası pul alan zaman onun yanında olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəfiqəsi Şahid1 ona zəng edərək qızı Günelin elmi ışı müdafiə etmək istəməsini bildirmiş, oda ona İzzət adlı professor tanışı olduğunu və onlara köməklik edə biləcəyini demişdir. Bu məqsədlə onlar İzzətlə görüşmüş, o, onlara "Günelin elmi rəhbəri ola biləcəyini" bildirmişdir. Həmçinin Günelin elmi dərəcə alması üçün müəyyən şəxslərə 10,000 manat pul verilməli olduğunu demişdir. Pul verilməsində özü iştirak etməmiş, lakin sonradan ona məlum olmuşdur ki, İzzət etibardan sui-istifdadə edərək Güneli aldatmışdır. Bundan sonra isə onlar İzzət ilə görüşmüşlər. İzzət onlara hər dəfə müxtəlif bəhanlər gətirərək vaxtı daha da uzatmışdır İstintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, İzzət qızı Aytənə “Papanın Hospitalına şüa-dıaqnostıka həkimi düzəldə biləcəyini” bildirmiş, buna görə ondan 15,000 manat pul istəmiş,sonra isə İzzət xanım 12.500 manat pul müqabilində iş görəcəyinə razılaşmışdır. Qızı ilə noyabr ayının 15-də İzzət xanımın iş yerinə getmişlər. İzzət xanım otaqda tək olmuşdur. Bir neçə dəqiqə sonra isə bir oğlan otağa daxil olmuşdur. İzzət xanım həmin oğlanı təqdim edərək oğlu Tamerlan olmasını demişdir. O, 12,500 manat pulu İzzət xanıma vermişdir. İzzət isə ən geci 3 ay müddətinə qızı Aytənin əmrinin şüa diaqnostika həkimi kimi “Papanin" hospitalına veriləcəyini bildirmişdir. Lakin həmin müddət keçməsinə baxmayaraq İzzət qızının işini düzəltməmişdir. Buna müxtəlif bəhanələr gətirərək, gah işin mütləq düzələcəyini, gah daki başqa bəhanələr gətirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 04 11.2020-ci il tarixli 4/664 №-li məhkəmə-fonoskopik ekspertizası rəyi ilə təsdiq olunur ki, ekspertizaya təqdim olunmuş 1 ədəd "Verbatim" markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətn hissələrindən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd "Verbatim" markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn hissələrində Q1 kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, Q2 kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1, Q4 kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs1 məxsusdur (cild 1, səh. 239-244). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 04 11.2020-ci il tarixli 4/665 №-li məhkəmə-fonoskopik ekspertizası rəyi ilə təsdiq olunur ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO" markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətn və mətn hissələrindən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd Princo markalı CD diskdə olan mübahisə fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn və mətn hissələrində K1 kimi işarə olunmuş diktorun səsi Zərərçəkmiş şəxs5 Q1 kimi işarə olunmuş diktor səsi Təqsirləndirilən şəxs məxsusdur (cild 1, səh. 245-250). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış aparılan danışıqların əks olunduğu CD diskə məhkəmə iclasında baxış keçirilən zaman, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs 6,000 manat pulunu tələb etməsi, onun isə pulunu qaytarması uçün müddət istəməsi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 iyun 2021- ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, səh. 55). İş materiallarında olan 27 oktyabr 2020-ci il tarixli “Üzləşdirmə protokolu”ndan məlum olur ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 elmi dərəcə almaq üçün Təqsirləndirilən şəxs ilə danışdıqlarını və onun onlara köməklik edə biləcəyini bildirmişdir. Bunun üçün isə ilkin olaraq 10.000 manat alıb dərhal rəhbəliyə verilməsini demişdir. 2014cü ilin sentyabr ayının əvvəllərində anası Aybəniz və tanışları Məryəmxanım ilə birlikdə X1 Təqsirləndirilən şəxs 10,000 ABŞ dolları və 2,200 manat olmaqla ümumilikdə 10,000 manat pul vermişlər. Bundan sonra ondan Səhiyyə Nazirliyində işləyən Kamilə adlı xanıma vermək adı ilə 3,000 manat, onu işə düzəltmək adı ilə isə 15,000 manat almış, lakin o, məbləğin 14.000 manatını qaytarmışdır. Xırda-xırda isə 2018-ci ilin oktyabr ayının ortalarına kimi Təqsirləndirilən şəxs 3,800 manat pul vermişdir İzzət vədinə əməl etməyərək onu işə düzəltməmiş və pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dedikləri ilə razılaşmayaraq törədiyi cinayət əməlini etiraf etməmişdir (cild 1, səh. 151-152). İş materiallarında olan 27 aprel 2021-ci il tarixli “Üzləşdirmə protokolu”ndan məlum olur ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 elmi iş götürüb müdafiə etmək üçün Təqsirləndirilən şəxs müraciət etməsini onun isə buna görə ümumilikdə 15,000 manat ilkin olaraq isə 5,000 manat pul lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tələbi ilə 2018-ci ilin may ayında 2,000 manat, 2018-ci ilin oktyabr ayında isi 3,000 manat olmaqla ümumilikdə ona elmi iş müdafiə etmək üçün 5,000 manat pul vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dedikləri ilə qismən razılaşaraq ona elmi ış müdafiə etməsi üçün köməklik göstərdiyini, törətdiyi cinayət əməlini etiraf etməyərək ondan 5.000 manat pulu borca almasını göstərmişdir (cild 2, səh. 158-160). İş materiallarında olan 05 mart 2021-ci il tarixli “Üzləşdirmə protokolu”ndan məlum olur ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 dövlət xəstəxanasına işə düzəlməsi üçün Təqsirləndirilən şəxs ilə danışraq 15000 manat müqabilində işə düzələcəyinə dair razılaşmışdır. 15 noyabr 2018-cı il tarixdə atası Felmar ilə birlikdə İzzətin iş yerində ona 12,500 manat pul vermişdir. İzzət ona verdiyi vaxta işini düzəltməmişdir. Sonradan isə ona şüa-diaqnostika ixtisasının almaq lazım olmasını demişdir. Buna baxmayaraq İzzət müxtəlif bəhanələr gətirərək onu işini düzəltməmiş və onun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 dedikləri ilə razılaşmayaraq törədiyi cinayət əməlini etiraf etməmişdir (cild 2, səh. 18-19). İş materiallarında olan 20 noyabr 2020-ci il tarixli “Üzləşdirmə protokolu”ndan məlum olur ki, X10 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır Üzləşdirmə zamanı Günay Hacıyevə elmi dərəcə alması üçün Təqsirləndirilən şəxs ona köməklik göstərəcəyini və lazım olduqca pul verməli olduğunu demişdir. 2019-cu ilin yanvar ayının 7-də Səhiyyə Nazirliyində yer almaq adı ilə 3,000 manat, üç gün sonra götürdükləri elmi işin mövzusu ilə əlaqədar əzələ gücünü ölçən cihaz almaq uçun 2,000 manat Təqsirləndirilən şəxs ondan pul almışdır. Həmin ilin fevral ayında X5 daxil olması üçün 10.000 manat aprel ayının ortalarında zəhərlənməsini bildirərək borc kimi 2,000 manat və 2019-cu ilin may ayının əvvəllərində bacısını işə düəzəltmək adl ilə 3,000 manat pul almasını, lakin vədinə əməl etməyərək onları aldatmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 dedikləri ilə razılaşmayaraq törədiyi cinayət əməlini etiraf etməmişdir (cild 1, səh. 299-301). İş materiallarında olan 01 dekabr 2020-ci il tarixli “Üzləşdirmə protokolu”ndan məlum olur ki, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs5 arvadı Şahid5 Həkimlərin Təkmilləşdirmə İnstutunda kursda olan zaman Təqsirləndirilən şəxs Silahlı Qüvvələrin Baş Klinik Hospitalına işə adam düzəltməsi barədə eşitmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə görüşdükdə ona 14,000 manat müqabilində arvadı Şahid5 2020-ci ilin fevral ayının sonuna kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalına işə düzəldəcəyini bildirmişdir. Zaur onunla razılaşmış və 2020-ci ilin yanvar ayının 7-də H Cavid parkının yan tərəfindəki kafedə İzzətə 9,000 manat, 14 yanvar 2020-cı il tarixdə isə “Azərsu"-nun binasının yan tərəfində 4,000 manat olmaqla ümumilikdə 13,000 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs vədinə əməl etməyərək onun arvadı Natavanı işə düzəltməyərək onu aldatmış, pulu tələb etdikdə isə müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 dedikləri ilə razılaşmayaraq törədiyi cinayət əməlini etiraf etməmişdir (cild 2, səh. 01-02). İş materiallarında olan 25 noyabr 2020-ci il tarixli “Üzləşdirmə protokolu”ndan məlum olur ki, Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs6 işə düzəlmək məqsədi ilə 6,000 manat pulu atası Şahid7 ilə birlikdə 2020-ci ilin fevral ayının 10-da İzzətin işlədiyi X1 İzzətə verdiyini demişdir. Lakin İzzət onun işini düzəltməyərək müxtəlif bəhanələr ilə yubatmış və pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dedikləri ilə razılaşmayaraq törədiyi cinayət əməlini etiraf etməmişdir (cild 1, səh. 303- 304). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 05.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 2, səh. 29). İş materiallarına əlavə olunmuş 06.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 06.03.2021-ci il tarixdən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (2-ci cild səh. 74-77). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmuu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməsi özü tərəfindən inkar edilsə də zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayətin törətməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri üzrə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Başqa sözlə, ona dövlət və yerli özünüidarə orqanlarında, digər hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da təyin etməlidir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 mart 2021-ci il tarixdən 06 mart 2021ci il tarixdək həbsdə saxlanıldığı müddət azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablanmalı, iş üzrə maddi sübut kimi tanınmış aparılan danışıqların əks olunduğu və ekspertiza rəyinə əlavə edilmiş CD disklər cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs 600 (altı yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən verilən mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 12,500 (on iki min beş yüz) manat məbləğində maddi ziyan və iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumu ümumilikdə 12,531 (on iki min beş yüz otuz bir) manat məbləğində pul tutularaq ona verilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2012-ci il tarixdən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasında professor və 24 fevral 2014-cü ildən 17 fevral 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə onun inam və etibarından sui-istifadə edərək Silahlı Qüvvələrin Baş Klinik Hospitalına şüa-diaqnostika həkimi kimi işə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 15 noyabr 2018-ci il tarixdə Bakı şəhəri, Tbilisi prospekti 3165 ünvanında yerləşən Azərbaycan Dövlət X1 xidməti otağında 12,500 (on iki min beş yüz) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. O, iş yerini dəyişmək üçün rəfiqəsi Ellada vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs 12,500 manat müqabilində onu Silahlı Qüvvələrin Baş Klinik Hospitalına şüa-diaqnostika həkimi kimi işə düzəldəcəyini bildirmişdir. 15 noyabr 2018-ci il tarixdə atam Felmarla onun işlədiyi Azərbaycan Dövlət X2 getmiş, orada o, ona 12,500 manat pul vermiş, lakin Təqsirləndirilən şəxs vədinə əməl etməyərək onu aldadıb pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 tərəfindən verilən mülki iddiadan görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs 6000 (altı min) manat məbləğində maddi ziyan və iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumu ümumilikdə 6031 (altı min otuz bir) manat məbləğində pul tutularaq ona verilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək onun pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etsə də onun törətdiyi cinayət əməli onu şahid ifadələri ilə üzləşmə protokolu eləcə də iş üzrə toplanmış digər mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı etdiyi dələduzluq nəticəsində ona ümumillikdə 6000 (altı min) manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən verilən mülki iddiadan görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs 18,500 (on səkkiz min beş yüz) manat məbləğində maddi ziyan və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ümumilikdə 18,530 (on səkkiz min beş yüz otuz) manat məbləğində pul tutularaq ona verilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, işə düzəlmək məqsədilə müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs pul vermiş, sonra cavabdeh Təqsirləndirilən şəxs ilə telefon və “WhatsApp” proqramı vasitəsilə danışaraq elmi dərəcə, iş yerilə və bacısının (N.Hacıyevə) nə vaxt işə çıxacağı barədə maraqlanmışdır. Cavabdeh Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirmiş və suallardan boyun qaçırmışdır. Bir ay keçdikdən sonra Təqsirləndirilən şəxs zəng edərək, hər hansı bir işinin alınmadığını görüb, bacısı ilə birgə ona ümumilikdə verdiyi 20,000 manat pulunu geri istəmişdir. Müxtəlif vaxtlarda cavabdeh Təqsirləndirilən şəxs oğlu Tamerlan vasitəsilə bacısına hissə-hissə 1,500 (min beş yüz) manat pulu qaytarmışdır. Bundan sonra yerdə qalan 18,500 manat pulu qaytarmaqdan Təqsirləndirilən şəxs boyun qaçırmışdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı X14 tərəfindən verilən mülki iddiadan görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs 17,843 (on yeddi min səkkiz yüz qırx üç) manat məbləğində maddi ziyan və iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumu ümumilikdə 17,874 (on yeddi min səkkiz yüz yetmiş dörd) manat məbləğində pul tutularaq ona verilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, 2014-cü ildə o, elmi iş müdafiə etmək üçün tanışı Şahid2 vasitəsilə Azərbaycan Dövlət X1 mamalıq və ginekologiya kafedrasında professor işləyən X15 ilə tanış olmuş, Təqsirləndirilən şəxs 2 il ərzində onun İnstituta daxil olaraq elmi dərəcə almağına köməklik edəcəyini bildirmişdir. Bu məqsədlə 2014-cü ilin sentyabr ayından 2018-ci ilədək ayrı-ayrı vaxtlarda ondan ümumilikdə 16,843 (on altı min səkkiz yüz qırx üç) manat pul almışdır. Bundan başqa isə onu Silahlı Qüvvələrin Baş Klinik Hospitalına şöbə rəisi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verərək 2017-ci ilin may ayının sonunda ondan 15,000 (on beş) manat pul almışdır. Təqsirləndirilən şəxs ondan almış olduğu ümumilikdə 31,843 manat puldan 14,000 manatını ona qaytarsada halhazıradaək 17,843 manat pulu ona qaytarmamışdır. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 vermiş olduğun mülki iddialar tam təmin edilməli, zərərçəkmiş şəxs və mülki iddiaçı X9 mülki iddiası isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə, hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsn qızı tərəfindən zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və X12 vurulmuş ziyan iş materiallarına tikilmiş iltizamlarla, Təqsirləndirilən şəxs özünün etirafı ilə tam sübut olunur. İddia cavabdeh tərəfindən etiraf edildiyi hissədə təmin olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 12,500 manat, Zərərçəkmiş şəxs6 6000 manat, Zərərçəkmiş şəxs4 18,500 manat, X8 10,000 manat aldığını etiraf etmişdir. Məhkəmənin hesab edir ki, iddianın etirafı qanunauyğun olduğundan və başqa şəxslərin hüquq və mənafelərini pozmadığından təsdiq edilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı X9 mülki iddiasında göstərdiyi 17,843 manat pul vəsaiti təqsirləndirilən şəxsin etirafı və ya digər iş materiallarında olan sübutlarda öz təsdiqini tapmamış, həmçinin Günel Abdiyeva həmin məbləğə dair heç bir əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 12,500 (on iki min beş yüz) manat məbləğində maddi ziyan və iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumu ümumilikdə 12,531 (on iki min beş yüz otuz bir) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs3; 6000 (altı min) manat məbləğində maddi ziyan və iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumu ümumilikdə 6031 (altı min otuz bir) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs6; 18,500 (on səkkiz min beş yüz) manat məbləğində maddi ziyan və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ümumilikdə 18,530 (on səkkiz min beş yüz otuz) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs4; 10,000 (on min) manat məbləğində maddi ziyan və iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumu ümumilikdə 10,031 (on min otuz bir) manat (təqsirləndirilən şəxsin etiraf etdiyi həcmdə) məbləğində pul tutularaq X12 ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinə əsasən 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixdək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 01 gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış aparılan danışıqların əks olunduğu və ekspertiza rəyinə əlavə edilmiş CD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 600 (altı yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 12,500 (on iki min beş yüz) manat məbləğində maddi ziyan və iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumu ümumilikdə 12,531 (on iki min beş yüz otuz bir) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 6000 (altı min) manat məbləğində maddi ziyan və iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumu ümumilikdə 6031 (altı min otuz bir) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs6 ödənilsin. Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 18,500 (on səkkiz min beş yüz) manat məbləğində maddi ziyan və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ümumilikdə 18,530 (on səkkiz min beş yüz otuz) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs4 ödənilsin. X14 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 10,000 (on min) manat məbləğində maddi ziyan və iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumu ümumilikdə 10,031 (on min otuz bir) manat məbləğində pul tutularaq mülki iddiaçı X12 ödənilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar