Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-255/2024 30.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Verdiktum Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1959-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi ev 8 mənzil 15-də yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 07 fevral 2023-cü il tarixdə gecə saat 01:35 dəqiqədə Bakı şəhəri Yasamal rayonu A.Salamzadə küçəsi Yasamal RPİ-nin inzibati binasının qarşısındakı hərəkət yolunda nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verən etibarnamə və BC kateqoriyalı AC 579020 nömrəl sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Toyota Prius (Hibrid) minik markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Z.Bünyadov prospekti istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, qeyd edilən tədbirləri görməmiş, hadisənin qarşısını almağa texniki cəhətdən imkanı ollduğu halda ala bilməmiş, idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə hərəkət yolunu sağdan sola keçmək istəyən orta dərəcəli sərxoş vəziyyətdə olan piyada Pakistan İslam Respublikasının vətəndaşı X2 vurmuş, nəticədə C.Xan ehtiyyatsızlıqdan yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, kəllə qapağı və əsası sümüulərinin, sol ll-lll-İV-V qabırğaların sınıqları, sol gicgah nahiyyəsinin, alt dodağın sol yarısının və sol budun əzilmiş yaraları, alının sağ yarısında sağ qaş nahiyyəni əhatə edən, burunun sol qanadının, sol saidin sıyrıqları kimi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağalamlığa Ağır zərərvurmaya aid xəsarətlər yetirib, zərərçəkmiş şəxs C.Xanın almış olduğu kəllə beyin travması nəticəsində kəllə sümüklərinin sınıqları ilə müşayiət olunan yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalardan hadisə yerində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur və “Toyota Prius” markalı, **-NY-*** nömrə nişanlı avtomobili idarə edir. 07 fevral 2023-cü il tarixində, gecə saatlarında müştəri aparmaq məqsədilə Qələbə dairəsinə gedərək A.Salamzadə küçəsində əsas yola çıxmış və üzü Z.Bünyadov prospektinə doğru hərəkətini davam etdirmişdir. Yolun sol kənar zoldağında hərəkətdə olan zaman o, qarşıda yerləşən piyada keçidini keçib hərəkətini davam etdirmişdir. Bu vaxt onun avtomobilinin yanından başqa bir avtomobil keçdikdən sonra təxminən 3 metr məsafədən bir nəfər şəxsin qaçaraq onun avtomobilinin qabaq sağ hissəsinə çırpıldığını və zərbənin təsirindən həmin şəxsin yolun hərəkət hissəsinin sağ tərəfinə düşdüyünü görmüşdür. Bundan sonra o, hərəkətini dayandırmış və dərhal təcili yardıma zəng vurmuşdur. Təcili yardım maşını gəldikdən sonra həmin şəxs “Semaşko” adlanan xəstəxanaya aparılmış və burada vurulan şəxsin öldüyü məlum olmuşdur. Sonradan hadisə zamanı ölən şəxsin Pakistan Respublikasının vətəndaşı olan Cehangir Khan olduğu ona məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, hadisə baş verən zaman həmin piyada şəxs əllərini yuxarıya doğru qaldırmış şəkildə çox sürətlə qaçaraq özünü onun idarə etdiyi avtomobilə çırpmışdır. Həmin şəxs hadisədən bir az əvvəl H.B.Zərdabi prospektində də maşınların qarşısına çıxıb onların qabağını kəsərək sürücülərin hərəkətinə maneə yaratmışdır və bununla bağlı kamera görüntüləri də mövcuddur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yolun hərəkət hissəsidir. Yol örtüyünün eni 8.7 metrdir. Hərəkət zolaqlarını sayı 2, hərəkət hissəinin eni 8.7 metrdir. Piyadanın əvvəlki hərəkət istiqaməti sağdan sola doğru olmuşdur. “Toyota Prius” markalı **- NY-*** dövlət qeydiyyat nişanlı avtomaşın hadisə yerindən 15 metr aralıda yolun sol tərəfində dayanmışdır. (i.v. 3-12) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 2/3780 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq vəziyyətdə olmuşdur. (i.v. 14) xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, “Toyota Prius” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2029-cu il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir. (i.v. 16) xx.xx.2021-ci il tarixli AE №151198 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 məxsusdur. (i.v. 17) xx.xx.2020-ci il tarixli AC seriyalı 579020 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücüdür. (i.v. 18) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X17 xx.xx.2023-cü il tarixli, 16 saylı ekspert rəyindən görünür ki,
1. X3 vətəndaşı Jehangir Khanın meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin, sol ll-lll-İV-V qabırğların sınıqları, sol gicgah nahiyyəsinin, alt dodağın sol yarısının və sol budun əzilmiş yaraları, alının sağ yarısında sağ qaş nahiyyəni əhatə edən, burunun sol qanadının, sol saidin sıyrıqları,
2. Bu xəsarətlər həyati olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir,dərəcəsinə görə canlı şəxslərdə ümmuilikdə həyat üçün təhlükəli olan Ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir.
3. Jehangir kahanın ölümünə səbəb-almış olduğu kəllə beyin travması nəticəsində kəllə sümüklərinin sınıqları ilə müşayiət edilən yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxansındakı müayinə olunduğu vaxtdan təqribən 8-12 saat əvvələ uyğun gəlir.
4. Jehangir Khanın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsndə 1,8% etial spirti aşkar edilmişdir ki, bu da mövcud təlimata əsasən canlı şəxslərdə orta dərəcəli sərxoşluq kimi qiymətləndirilir. (i.v. 43-48) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin 05 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (xx.xx.2029cu il tarixədək etibarlı olan) AC 579020 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 59) “Diskə baxış keçirilməsi barədə” 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il gecə saat 01:32:05-də Yasamal RPİ-nin inzibati binası ilə üzbəüz yolun o biri tərəfində yerləşən 1-ci Alatavada A.Salamzadə küçəsində köməkçi yolun sağ kənarında yerləşən avtomobillərin təmiri sexinin qarşısında kişi cinsli bir şəxs hərəkət yoluna daxil olaraq nizamsız hərəkətlər edərək, maşınların qarşısına keçib, avtomaşınların yolunu kəsərək özü və ətrafdakı sürücülərin hərəkəti üçün təhlükəli vəziyyətlər yaratmışdır. Avtomaşın sürücüləri həmin piyada kişi cinsli şəxsin nizamsız hərəkətlərindən yayınaraq maşınları yolun hərəkət hissəsində saxlamaları və həmin kişi yoldan kənara çəkilən kimi sürüb çıxıb getmələri müşahidə olunur. Bundan sonra həmin kişi piyada yəni Pakistan Respulikasının vətəndaşı Jehangir Khan avtomobillərin təmiri sexinin yanından piyada Yasamal RPİ-ə tərəf gələrək, A.Salamzadə küçəsini üzü Yasamal RPİ-ə tərəf keçmək üçün piyada keçidindən bir az qabaq hissədə yola daxil olur və saat 01:35:09-da «Qələbə» dairəsindən üzü Z.Bünyadov prospekti istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs hərəkət yolunun sol kənar zolağı ilə idarə etdiyi Toyota Prius markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Jehangir Khanın hərəkət yolunun sol kənarında vurulması və zərbənin təsirindən piyadanın hərəkət yolunun sağ tərəfinə doğru bir neçə metr irəli atılması, Toyota Prius markalı maşının da bir neçə metr irəli hərəkət edib hərəkət yolunun sol kənarnda dayanması müşahidə olunur.Hadisədən sonra hadisə yerinə çoxlu sayda vətəndaşlar, yaxınlıqda olan Yasamal RPİ-nin əməkdaşları, saat 01:42:30-da təcili tibbi yardım avtomaşının gəlməsi müşahidə olunur.Görütülərdə olan tarix və vaxt sayqaclarına müvafiq olaraq piyadanın vurulması xx.xx.2023-cü il tarixdə gecə saat 01:35:09-da TŞ-2/052 nömrəli kameranın altında baş vermişdir. (i.v. 60) “Diskə baxış keçirilməsi barədə” 02 mart 2023-cü il tarixli protokoldan görünür ki, Yasamal rayonu H.B.Zərdabi prospekti «Bakı Biznes Universitetinin» qarşısındakı hərəkət yolunda quraşdırılmış Təhlükəsiz Şəhər Xidmətinin TŞ 2-017 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının xx.xx.2023-cü il tarixli saat 22:20-dən 23:20-dək olan müddətdəki görüntüləri ilə olan DVD diskə baxış zamanı görünür ki,xx.xx.2023-cü il gecə saat 22:50-dən saat 22:59-dək olan müddət ərzində kişi cinsli bir şəxs hərəkət yoluna daxil olaraq nizamsız hərəkətlər edərək, səndələyə-səndələyə maşınların qarşısına keçib, avtomaşınların yolunu kəsərək özü və ətrafdakı sürücülərin hərəkəti üçün təhlükəli vəziyyətlər yaratmışdır.Piyada kişi yolun hərəkət hissəsində daaynmış vəziyyətdə olan Kia markalı maşına yaxınlaşıb,sərnişin tərəfdən şüşədən sürücü ilə nəsə danışması, sürücünün maşını geriyə hərəkət etdirməsi, lakin piyada kişinin öz nizamsız hərəkətlərinri davam etdirərək yenidən həmin avtomaşına yaxınlaşması, maşının sürücüsünün həmin yerdən uzaqlaşması,bundan sonra piyada kişinin xanım sürücüsü olan BMV markalı maşına sürücü tərəfdən yaxınlaşaraq sürücü qadına nəsə deməsi, sonra yenidən nizamsız addımlarla həmin yerdən uzaqlaşması müəyyən olunmuşdur. Görüntülərdən müəyyən olunmuşdur ki, zahiri görünüş əlamətlərinə görə özünün nizamsız hərəkətləri ilə hərəkət iştirakçılarına, sürücülərə, onların nəqliyyat vasitələrinə təhlükəli vəziyyət yaradan piyada kişi bir neçə saat sonra xx.xx.2023-cü il saat 01:35:09 dəqiqədə Yasamal RPİ-nin qarşısındakı A.Salamzadə küçəsində avtomaşınla vurulan Pakistan Respublikasının vətəndaşı Jehangir Khandır. (i.v. 61) “İfadənin yerində yoxlanılması barədə” 16 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları, bir daha hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmişdir. (i.v. 70-73) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/2466 saylı, 11 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, “Toyota Prius” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 80-83) Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X11 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (i.v. 92-93) 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq yol nəqliyyat hadisəsi nəticəsində ölmüş piyada Pakistan İslam Respublikasının vətəndaşı Cahangir Xanın hüquqi varisnin cinayət prosesində iştirakının təmin edilməsi məqsədi ilə onun ailə üzvlərinin müəyyən olunması istiqamətində müəyyən tədbirlər həyata keçirilmiş və həmin tədbirlərin nəticəsi olaraq Pakistan İslam Respublikasının «Peshavar» əyalətində yaşayan, özünün C.Xanın qardaşı kimi təqdim etmiş xx.xx.1972-ci ildə Pakistan İslam Respublikasında anadan olmuş X1 istifadəsində olan +**********63 nömrə ilə “WhatsApp” tətbiqi vasitəsi ilə əlaqə saxlanıldıqda, sonuncu ilə İngilis dilində aparılan danışıq zamanı qardaşı C.Xanın Bakı şəhərində yol nəqliyyat hadisəsi zamanı ölümü ilə bağlı məlumatlı olduğunu, ona qardaşının dəfn olunduğu yer barədə məlumat verilmiş, ailə vəziyyəti ilə bağlı olaraq Azərbaycan Respublkasına gələ bilmədiklərini, hadisə zamanı qardaşının üzərində olan zəruri sənədlərinin və mobil telefonunun Pakistan İslam Respublikasının Azərbaycan Respublikasında olan səfirliyinə təhvil verilməsini xahiş etmiş, cinayət işinin istintaqının yekunlaşaraq məhkəməyə göndərilməsi ilə bağlı şikayətinin olmadığını, iş üzrə mərhum qardaşı Cahangir Xanın hüquqi varisi qismində tanınmış X5 cinayət prosesində iştirakına etiraz etmədiyini, bu səbəbdən də cinayət işinin materialları ilə tanış olmaq istəmədiyini bildirmişdir. (i.v. 133) “Sübutların qiymətləndirilməsi haqqında” 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, DİN Təhlükəsiz Şəhər Xidmətinin TŞ 2-052 nömrəli videomüşahidə qurğusunun görüntülərini özündə fiksə edən 2 ədəd DVD disk, DİN Təhlükəsiz Şəhər Xidmətinin TŞ 2- 017 nömrəli videomüşahidə qurğusunun görüntülərini özündə fiksə edən 2 ədəd DVD disk, eləcə də sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, 04 ədəd diskin cinayət işinin materiallarına əlavə edilmiş, “Toyota Prius” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sürücü Təqsirləndirilən şəxs qaytarılmışdır. (i.v. 134-140) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (i.v. 52) “Qətimkan tədbiri seçilməsi haqqında” 20 sentyabr 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seşilmişdir. (i.v. 102-103) X11 tərəfindən verilmiş 30 may 2024-cü il tarixli yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. CPM-nin 87.2-ci maddəsinə əsasən törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, zərər çəkmiş şəxsin hüquqları cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında müvafiq ərazi üzrə fəaliyyət göstərən vəkil qurumunun rəhbərinin təyin etdiyi vəkil tərəfindən həyata keçirilir. CPM-nin 106.1-ci maddəsinə əsasən hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil həmin cinayət işi üzrə icraatda zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır. CPM-nin 106.6-cı zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi istisna olmaqla, digər hüquqi varisin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququ yoxdur. Məhkəmə, zərərçəkmiş səxsin hüquqi varisinin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını və onun 65 yaşında olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq (CM-58.3), habelə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; İş üzrə mülki iddia yoxdur, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut “Toyota Prius” (minik) markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Rauf Daşdəmirov