Məhkəmə qərarları › İş №1(004)-256/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-256/2020

23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-256/2020 23.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruBəhrəmova Fəridə Tofiq qızı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında və Binəqədi rayonu Novxanı bağlar massivi fərdi yaşayış evində yaşayan və barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 237.1-cimaddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə yaşadığı ünvan 2 saylı ünvanın mətbəxt otağında dibçək qablarının içərisində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərinin toxumlarını əkib xx xxxx 2020-ci il tarixədək olan müddətdə ümumilikdə xeyli miqdarda, yəni 10 (on) ədəd narkotik tərkibli çətənə bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etmiş, həmçinin qanunsuz olaraq naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən soyuq silah olan 01 ədəd bıçağı əldə edərək üzərində gəzdirmiş, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 12:58-də yaşadığı ünvan 2 saylı ünvanın yaxınlığında saxlanılmış, icazəsi və iştirakı ilə yaşadığı ünvana baxış keçirilərkən evin mətbəxt otağında pəncərənin qarşısına qoyulmuş 05 ədəd dibçək qabında yaş vəziyyətdə ümumi çəkisi 21,0 qram olan ümumi sayı 10 ədəd tərkiblərinə görə eyni olan narkotik tərkibli çətənə bitkiləri, həmçinin əynində olan şalvarın sol bel hissəsində kəmərinin altından qanunsuz olaraq əldə edərək üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış, iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan və soyuq silah hesab edilən 01 ədəd süngü bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamüzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 1992-1993-cü illərdən etibarən narkotik vasitə istifadəçisidir. Belə ki, həmin vaxtlardan ilkin olaraq narkotik vasitə olan marixuana, 1995-ci ildən sonra narkotik vasitə heroin istifadə etmişdir. 2008-ci ildə heroin istifadə etməyi tərgitmiş və həmin vaxtdan 2017-ci ilə qədər narkotik vasitə istifadə etməmişdir. 2017-ci ildən indiyə kimi isə mütəmadi olaraq həm narkotik vasitə heroin həm də marixuana istifadə edir. Narkotik vasitə heroini falkayla çəkmək yolu ilə qəbul edir. Təxminən 1 il bundan qabaq “Təzə Bazar” deyilən yerdə mağazaların birindən 18 manata bir ədəd bıçaq almışdır. Həmin bıçağın dəstək hissəsi ilə tiyə hissəsinin birləşməsində əlin möhkəm və dayanıqlı dayanması üçün nəzərdə tutulan xüsusi hissə vardır. Həmçinin sözü gedən bıçaq dəmir materialdan hazırlamışdır, qatlanmayan, kəsici deşici xüsusiyyətə malik olan bıçaq idi. Həmin bıçağı əldə etdiyi vaxtdan etibarən onu hər zaman üzərində saxlamışdır. Yəni yaşadığı evi tərk etdiyi zaman həmin bıçaqı hər zaman əynində olan şalvarın sol bel nahiyyəsində kəmərin altında gəzdirirdi. Həmin sözü gedən bıçağı əldə etdiyi vaxtdan indiyə kimi hər zaman üzərində gəzdirmişdir. Bundan başqa narkotik vasitə istifadəçisi olduğu üçün narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyi zaman onun içərisindən toxum çıxdığı vaxt həmin toxumları yığıb saxlamışdır. Təxminən 2020-ci ilin aprel ayında özündə olan narkotik tərkibli çətənə bitkisinin toxumlarını yaşadığı evin mətbəxtində olan dibçək qablarının içərisinə əkmişdir. Həmin toxumları əkməkdə məqsədi ondan ibarət olmuşdur ki, istifadə etdiyi qurudulmuş marixuananı özü əkdiyi məhsuldan əldə etsin. Belə ki, yaşadığı evin mətbəxtində 5 ədəd dibçək qabının içərisinə xeyli sayda narkotik tərkibli çətənə bitkisinin toxumlarını əkmişdir. Həmin dibçəklədə əkdiyi toxumlar cücərdikdən sonra dibçəyin içərisində onlara su verərək, həmçinin digər formada xüsusi qaydada qulluq göstərərək onları yetişdirmişdir. Yaşadığı evin mətbəxtində 5 ədəd dibçəyin içərisində kultivasiya etdiyi narkotik tərkibli çətənə bitkilərindən 17 ədədi yetişmişdir. Lakin onarın içərisindən təxminən 10 ədədi yaxşı formada inkişaf etmişdir, qalanlarının isə inkişafı zəif olmuşdur. xx xxxx 2020-ci il tarixdə günorta vaxtı saat 13 radələrində yaşadığı ünvan 2 saylı ünvandan çıxıb mənzilin giriş qapısını bağladıqdan sonra 3-4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb, həmin şəxslər özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirdilər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər, özünü təqdim etdikdən sonra polis əməkdaşları yaşadığı mənzildə tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməklə məşğul olmaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda yaşadığı ünvan 2 saylı ünvanda dibçəklərdə narkotik tərkibli çətənə bitkiləri əkib-becərməklə məşğul olmasını bildirmişdir. Polis əməkdaşları bununla bağlı yaşadığı mənzilə baxış keçirilməli olduğunu bildirmişlər və bununla bağlı ondan icazə istəmişlər. Polis əməkdaşları tərəfindən yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı yazılı şəkildə ərizəsi alınmışdır. Polis əməkdaşları tərəfindən hüquqları izah edilmişdir. Sonra polis əməkdaşları üzərində və yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr və hər hansı qanunsuz saxladığı əşyalar varsa həmin əşyaları təqdim etməsini və eyni zamanda yaşadığı mənzildə əkdiyi narkotik tərkibli çətənə bitkilərini onlara göstərməsini təklif etmişlər. Üzərində bir ədəd bıçaq olduğunu bildirmiş və əynində olan şalvarının sol bel hissəsində kəmərin altına keçirdiyi bıçağı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşlarını yaşadığı mənzilin mətbəxt hissəsinə dəvət edib, orada 5 ədəd dibçəkdə əkdiyi narkotik tərkibli çətənə bitkilərini polis əməkdaşlarına göstərmişdir. Baxışda iştirak edən aqranom həmin bitkilərin yarpaqlarına və gövdəsinə baxıb bitkilərin narkotik xassəli çətənə bitkiləri olduğunu, diblərinin boşaldıldığını, diblərinə su verilməklə bitkilərə qulluq göstərildiyini bildirmişdir. Sorğu zamanı yaşadığı mənzildə dibçəklərdə əkdiyi bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, təxminən 2 ay əvvəl özündə olan çətənə bitkisi toxumlarını əkib-becərməklə həmin bitkiləri yetişdirdiyini, bitkilərə su verərək onlara qulluq etdiyini qeyd etmişdir. Polis əməkdaşlarına uzun illərdi narkotik vasitə olan qurudulmuş marixuananı çəkmək yolu ilə qəbul etdiyini və çətənə bitkilərini əkməkdə məqsədinin isə bitkilər böyüdükdən sonra yığıb qurudaraq özü istifadə etməkdən ibarət olmasını bildirmişdir. Əkdiyi çətənə bitkisinin toxumlarını qəbul etdiyi narkotik vasitə olan marixuananın içindən götürüb yığaraq eldə etmişdir. Polis əməkdaşları yaşadığı ünvanda dibçəklərdə əkdiyi çətənə bitkilərini onun iştirakı ilə bir-bir dibçəklərdən çıxardıb saymışlar və əkdiyi çətənə bitkilərinin sayının ümumilikdə 17 ədəd olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları aşkar olunmuş çətənə bitkilərini bir ədəd kağız zərfə yığıb qablaşdırmışlar, qablaşmanın üzərini möhürləmişlər və iştirakçılar tərəfindən onunla birlikdə qablaşmanın üzəri imzalanmışdır. Daha sonra üzərinə baxış keçirilmiş və baxış zamanı əynində olan gödəkçəsinin sağ yan cibində olan mənzil açarlarını, bir ədəd siqaret qutusunu, bir ədəd kibrit qutusunu, gödəkçəsinin sağ döş cibində olan bir ədəd “Samsung Duos” markalı mobil telefonu, gödəkçəsinin sol döş cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini və 15 manat pulu, əynində olan köynəyinin sol döş cibində olan bir ədəd dərman üz mayesini və 20 qəpik pulu çıxardıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş bir ədəd “Samsung Duos” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüş, digər əşyalar isə iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra təqdim etdiyi bıçağa baxış keçirilmiş və bıçağın dəmir materiallı, qatlanmayan, deşici-kəsici xüsusiyyətə malik olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş bıçağı təxminən 01 il bundan əvvəl əldə etdiyini və həvəskar olduğu üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Üzərindən aşkar olunmuş bir ədəd bıçaq polis əməkdaşları tərəfindən onun iştirakı ilə kağıza bükülüb qablaşdırılmış, qablaşmanın üzəri möhürlənmiş və qablaşmanın üzəri imzalanmışdır. Yaşadığı ünvana baxış keçirilməsi zamanı polis əməkdaşları tərəfindən videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır. Baxışın keçirilməsi başa çatdıqdan sonra sənədləşmə işlərinin aparılması ilə bağlı polis əməkdaşları Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi ilə təmin olunmuş, sonra şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra üzərinə və yaşadığı ünvan 2 saylı ünvana baxış keçirilməsinin nəticəsinə dair polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün imzası ilə təsdiq edilmişdir. Narkotik tərkibli çətənə bitkiləri əkib becərməyin və soyuq silah əldə edərək gəzdirməyin cinayət olduğunu bilmişdir və törətdiyi cinayət əməlindən çox peşmandır. Əməlini etiraf etməsini, peşman olmasını, ilk dəfə cinayət törətməsini, ailəli olmasını, iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşıdır, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Banditizm və X3 Mübarizə Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsini daşıyır. xx xxxx 2020-ci il tarixdə “Kamran” adlı şəxsin qanunsuz olaraq satış məqsdədi ilə külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Kamran” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə etmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən yəni, ondan, əməliyyat müvəkkili Elsəvər Abbasovdan və baş təhqiqatçı Mırata Seyidovdan ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanında olması müəyyən edilmişdir. Bundan sonra tədbir iştirakçıları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 7 saylı evin 3-cü giriş hissəsinin 4-cü və 6-cı mərtəbələrində müşahidə aparılmışdır. Həmin günü saat 12:58 dəqiqədə qeyd olunan mənzildən çıxan zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər kişi cinsli şəxsə yaxınlaşıb özlərini təqdim edib həmin şəxsdən anket məlumatlarını bildirməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzildə tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib becərməklə kultivasıya etməsində şübhəli olduğu bildirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qəbul edilmiş qərarla təhqiqatçı tərəfindən tanış edilmiş və onun yaşadığı mənzildə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi ilə bağlı BMCMl-yə daxil olmuş məlumatla əlaqədar üzərinə və mənzilə baxış keçirilməli olduğu bildirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində bir ədəd bıçaq gəzdirdiyini və yaşadığı ünvan 2 ünvanında isə narkotik tərkibli çətənə bitkiləri əkibbecərdiyini və həmin bitkiləri göstərə biləcəyini qeyd etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçağı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının sol bel hissəsində kəmərinin altına keçirdiyi bir ədəd bıçağı çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi məqsədi ilə daxil olunmasına icazə istənilmiş və o, buna etiraz etmədikdən sonra etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməzdən əvvəl onlara, baxışda iştirak edən digər iştirakçılara və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra proses iştirakçıları ilə birlikdə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 saylı ünvana xx xxxx 2020-cı il tarixdə saat 13:08də “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsi Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılmışdır. Baxış zamanı qeyd olunan ünvanın bir qonaq otağı, mətbəx otağı, hamam və sanitar qovşağından ibarət olması müəyyən olunmuşdur. Bu zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildə olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, həmçinin mənzildə tərkibində narkotik maddələr olan kultivasiya etdiyi bitkiləri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildə narkotik vasitələr və psixotrop maddələr gizlədib saxlamadığını, lakin yaşadığı mənzilin mətbəxt otağında tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib-beçərdiyini və həmin bitkiləri təqdim edə biləcəyini bildirmişdir. Həmçinin təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzilin mətbəxt otağında əkib-beçərdiyi çətənə bitkilərini iştirakçılara göstərməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməyərək iştirakçıları mənzilin mətbəxt otağına dəvət etmişdir. Mənzilin mətbəxt otağına daxil olduqdan sonra orada pəncərənin qarşısına qoyulmuş 5 ədəd dibçəyin içində hündürlüyü 5-25 sm ölçülü bitkilər əkildiyi məlum olmuşdur. Baxışda iştirak üçün dəvət olunmuş aqronom-mütəxəssis Mərdan Tağıyev həmin bitkilərə baxış zamanı yarpaqlarına, gövdəsinə, zoğuna və iyinə görə narkotik xassəli çətənə bitkisi olduğunu, torpağında suvarılma əlamətləri aşkar edildiyini bildirərək gövdələrin inkişafda olması, budaqların və yarpaqların inkişaf müddətinə uyğun bitkilərin ştil və orta inkişaf fazasında olmasını, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini və kultivasiya edilməsini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə dibçəklərdə əkilmiş bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, təxminən 2 ay əvvəl özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan bitkilərə su verərək onlara qulluq etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana istifadəçisi olduğunu və həmin bitkiləri əkməkdə məqsədinin bitkilər böyüdükdən sonra yığıb qurudaraq özü istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra dibçəklərdə olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər bir-bir torpaqdan çıxarılıb sayılmış və tam yığılıb qurtardıqdan sonra aşkar olunmuş bitkilərin ümumi sayının 17 ədəd olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş çətənə tərkibli bitkilər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən onun və digər iştirakçıların iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılmış, qablaşmanın üzəri “DİN-in Zərflər üçün №6” möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibində olan açarları, bir ədəd siqaret qutusunu, bir ədəd kibrit qutusunu, gödəkçəsinin sağ döş cibində olan bir ədəd “Samsung Duos” markalı mobil telefonu, gödəkçəsinin sol döş cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini və 15 manat pulu, əynində olan köynəyinin sol döş cibində olan bir ədəd dərman üz mayesini və 20 qəpik pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung Duos” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş, digər əşyalar isə iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əvvəlcədən kəmərinin bel hissəsindən götürüb təqdim etdiyi bıçağa təhqiqatçı tərəfindən baxış keçirilmiş və bıçağın dəmir materiallı, qatlanmayan, deşici-kəsici xüsusiyyətə malik, mətbəx bıçaqlarından tamamilə fərqli bıçaq olması məlum olmuşdur. Bıçağın dəstək hissəsi qara rəngli yapışqan lentlə bağlanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bıçağı həvəskar olduğu üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bıçaq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan onun və digər iştirakçıların iştirakı ilə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış, qablaşmanın üzəri “DİN-in Zərflər üçün №6” möhürü ilə möhürlənərək onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 saylı ünvandan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq təhqiqatçı tərəfindən onunla birlikdə Təqsirləndirilən şəxs və digər iştirakçılar Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə dəvət olunmuşlar. Təqsirləndirilən şəxs təklifə etiraz etməyib Baş İdarəyə getməyə razı olduğunu bildirmişdir. Baş İdarəyə gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X11 Baş idarəyə dəvət olunaraq ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının vəkil Kamal Əliyev tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və onlara konfıdensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 saylı ünvana baxış keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Protokol onlara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi hər kəsə izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişd və o, da digər iştirakçılarla birlikdə protokolu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmədə dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə və evinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 7/352 №saylı ekspert rəyinə əsasən tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı…” yazıları və imzalar olan kağız paketi açıldıqda içərisində: ümumi sayı 10 (on) ədəd yaş vəziyyətdə ümumi çəkisi- 21,0 qram olan bitki nümunələri tərkiblərinə görə eyni olub, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir; qalan sayı 07 (yeddi) ədəd yaş vəziyyətdə ümumi çəkisi-0,13 qram olan bitki nümunələri inkişafının cücərmə fazasında olduğuna görə onların hansı növ bitkilərə aid olmasını müəyyən etmək mümkün olmadı; aqronomun rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 3/672 №saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq – kustar üsulla hazırlanmış, iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, süngü bıçağıdır və soyuq silah hesab edilir, üzərində hər hansı dəyişiklik və düzəliş edilməyib, təyinatı üzrə istifadəyə yararlıdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X2 xx.xx.2020-ci il tarixli 2372 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop mad-də-lərin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında gös-tə-rilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.4 və 237.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxshəmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ailəli olmasını, iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2020-ci il tarixdə tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə “ev dustağlığı” qətimkan tədbiri seçilmişdir, sonradan həmin qətimkan tədbirinin müddəti Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 ay müddətinə uzadılmışdır, hazırkı vaxtadək ev dustaqlığındadır. Bununla da o, 04 ay 02 gün həbsdə və ev dustağlığında olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı olan çətənə bitkiləri və bir ədəd soyuq silah olan süngü bıçağı məhv edilməli,şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 ay (yeddi ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 03 ay (bir il üç ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 06 ay (bir il altı ay) müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustağlığında saxlanıldığı 04 ay 02 gün (dörd ay iki gün) müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 09 ay 26 gün (doqquz ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri ləğv edilsin və o, ev dustaqlığından dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxsnarkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 134,82 manat (yüz otuz dörd manat 82 qəpik)Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan qalıq çəkisi 20,8 qram olan 10 ədəd narkotik tərkibli çətənə bitkiləri və bir ədəd soyuq silah olan süngü bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs evinə vəüzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili X9 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar