Məhkəmə qərarları › İş №1(004)-256/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-256/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-256/2021 27.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2017-ci il t arixli, 2(004)-3941/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 21 may 2017ci il tarixdən başlayaraq 13 fevral 2011-ci il tarixdə anadan olmuş X4 və 15 may 2013-cü il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 136,60 manat, ümumilikdə cəmi 273,20 manat məbləğində pulun, habelə həmin rayon məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(004)-1198/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 02 aprel 2020-ci il tarixdən başlayaraq yuxarıda adları qeyd olunmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla təyin olunmuş alimentin miqdarı artırılaraq hər bir uşağa görə hər ay 170,00 manat, ümumilikdə cəmi 340,00 manat məbləğində pulun Məmmədli (Hüseynova) Bahar Əli qızına ödənilməsinə dair məhkəmə aktlarının icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 3(004)-2325/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə tənbeh növü təyin olunmasına və ona icra sənədlərindəki tələbi icra etməsi üçün 29 oktyabr 2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 05 mart 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə Məmmədli (Hüseynova) Bahar Əli qızına hər iki məhkəmə qətnaməsi üzrə ümumilikdə 8500,00 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmə aktlarını qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi olaraq ev alqısatqısında vasitəçilik etməklə məşğul olur. O, 2010-cu il tarixdə Məmmədli (Hüseynova) Bahar Əli qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 13 fevral 2011-ci il tarixdə Muhamməd adlı və 15 may 2013-ci il tarixdə isə Mehdi adlı iki oğlan övladları dünyaya gəlmişdir. Aralarında ailə münasibətlərinin pozulması nəticəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli qətnaməsi ilə onların nikahları ləğv olunaraq 06 aprel 2015-ci il tarixdən başlayaraq 13 fevral 2011-cü il təvəllüdlü Muhamməd Hüseynovun və 15 may 2013-ci il təvəllüdlü Mehdi Hüseynovun yetkinlik yaşına çatanadək hər bir uşağa görə hər ay 30 manat, ümumilikdə cəmi 60 manat pulun ondan alınaraq keçmiş həyat yoldaşı Bahar Hüseynovaya ödənilməsi qərara alınmışdır. Bundan sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən həmin rayon məhkəməsinin 20 avqust 2015-ci il tarixli qətnaməsi üzrə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin artırılaraq hər bir uşağa görə hər ay 136,60 manat olmaqla, ümumilikdə cəmi 273,20 manat məbləğində pulun keçmiş həyat yoldaşı Bahar Hüseynovaya ödənilməsi qərara alınmışdır. Hər iki məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu 4215 manat məbləğində pulu ödəyə bilmədiyi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20% faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə alimentin miqdarı artılaraq hər bir uşağa görə hər ay 170 manat, ümumilikdə cəmi 340 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Bahar Hüseynovaya ödənilməsinə dair 02 mart 2020-ci il tarixli qətnamə qəbul olunmuşdur. Məhkəmə qətnamələrindən sonra keçmiş həyat yoldaşı Bahar Hüseynovaya imkanı daxilində ödəniş etməsinə baxmayaraq ümumilikdə 8500,00 manat aliment borcu yığılmışdır. Hazırda həmin məbləğin müəyyən hissəsini ödəmişdir. Buna baxmayaraq o Yasamal Rayon Məhkəməsinin qərarı ilə İXM-nin 528.1-ci maddəsinə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. Bütün bunlara baxmayaraq, aliment borcunu vaxtında tam olaraq ödəməməsinə səbəb bir müddət işsiz olduğu və keçmiş həyat yoldaşı Bahar Hüseynovanın iki azyaşlı uşağı ilə onunla görüşə icazə verməməsi olmuşdur. Yekun olaraq o, ikinci evliliyindən 3 övladının olması, ailədə yeganə qazanc gətirən şəxs olaraq maddi imkanındakı çətinliklərin olmasını nəzərə alaraq barəsində azadlıqdan mhərum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 25 iyul 2010-cu il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövr ərzində 13 fevral 2011-ci il tarixdə Muhamməd adlı və 15 may 2013-cü il tarixdə Mehdi adlı iki oğlan övladları dünyaya gəlmişdir. Aralarında ailə münasibətlərinin pozulması nəticəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli qətnaməsi ilə onların nikahları ləğv olunaraq 06 aprel 2015-ci il tarixdən başlayaraq 2011-cü il təvəllüdlü Muhamməd Hüseynovun və 2013ci il təvəllüdlü Mehdi Hüseynovun yetkinlik yaşına çatanadək hər bir uşağa görə hər ay 30 manat, ümumilikdə cəmi 60 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi qərara alınmışdır. Bundan sonra 2017-ci ilin əvvəllərində alimentin artırılmasından ötrü yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli qətnaməsi üzrə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək hər bir uşağa görə hər ay 136,60 manat olmaqla, ümumilikdə cəmi 273,20 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 20 aprel 2017-ci il tarixli qətnamə qəbul olunmuşdur. Bundan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs hər iki məhkəmə qətnaməsi üzrə alimentə görə borcunu ödəmədiyi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20% məbləğində pulun dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Həmin vaxtdan bir müddət sonra o, bir daha yenidən aliment pulunun artırılmasından ötrü aidiyyəti üzrə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən uşaqların yetkinlik yaşına çatanadək alimentin miqdarı artılaraq hər bir uşağa görə hər ay 170 manat, ümumilikdə cəmi 340 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 02 mart 2020-ci il tarixli qətnamə qəbul olunmuşdur. Lakin Zaur övladlarının saxlanılması üçün ödəməli olan alimenti ödəmədiyi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin bütün bunlara baxmayaraq Zaur övladlarının saxlanılması üçün ödəməli olduğu aliment borcundan cəmi 2400 manat ödəmişdir. Hal-hazırda hər iki övladının saxlanmasında maddi sıxıntılar yaşadığı üçün Təqsirləndirilən şəxs ona olan alinment borcunu tam ödəməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(004)-3881/15 saylı icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 06 aprel 2015-ci il tarixdən başlayaraq 13 fevral 2011-ci il təvəllüdlü X4 və 15 may 2013-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cəmi 60 manat məbləğində aliment tutularaq X14 ödənilməlidir. Bundan əlavə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(004)- 3941/17 saylı icra vərəqəsinə əsasən alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs 06 aprel 2015-ci il tarixdən başlayaraq yuxarıda adları qeyd olunmuş uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cəmi 273,20 manat məbləğində aliment tutularaq X14 ödənilməlidir. Bundan əlavə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(004)-1198/20 saylı icra vərəqəsinə əsasən alimentin miqdarı yenidən artırılaraq Təqsirləndirilən şəxs 06 aprel 2015-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X14 ödənilməlidir. Qeyd olunan icra sənədləri üzrə müvafiq olaraq 15 oktyabr 2015-ci il, 08 iyun 2017-ci il və 16 iyul 2020-ci il tarixlərdə başlanılmış icraat zamanı tələblər borclu tərəfindən könüllü təmin edilməmişdir. Məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlir növləri aşkar edilməmişdir. İş üzrə borclu Təqsirləndirilən şəxs hər ay mütamadi olaraq aliment ödənişi etməkdən və yığılmış aliment borcunu ödəməkdən yayındığı üçün o, şöbəyə dəvət olunaraq yığılan aliment borcunun tam olaraq ödənilməsi tələb olunmuşdur. O, isə izahatında heç yerdə işləmədiyini, boşandıqdan sonra yeni ailə həyatı qurduğunu, gündəlik öz və ailəsinin tələbatını atasının təqaüdü ilə ödədiyini bildirərək, yaranmış aliment borcunu yalnız hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Tələbi təmin etmək məqsədilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcraat zamanı icra məmurunun qanuni tələblərinə əməl etməyən borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli qərarı ilə 01 gün müddətinə inzibati qaydada həbs, həmçinin həmin rayon məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarı ilə 500 manat inzibati cərimə edilmişdir. Belə ki, iş üzrə borclu Təqsirləndirilən şəxs aliment borcu 4215,2 manat olduğundan onun barəsində cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmuş və barəsində istintaq edilən cinayət işi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 1(004)-250/2018 saylı hökmünə əsasən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20,00 faiz məbləğində pul tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bundan sonra borcun ödənilməsi üçün Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin həmin müddət ərzində də borcun ödənilməsi təmin edilməmişdir. İcra sənədlərinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxsla dəfələrlə fərdi söhbətlər aparılmış, lakin o müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdır. İcraat dövründə Təqsirləndirilən şəxs məşğulluq mərkəzinə qeydiyyata düşməyi tövsiyə olunsa da, o qərəzli olaraq işsiz kimi qeydiyyata düşməmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq edilməsinə, barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyindən 05 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsinin əməkdaşı Şahid2 Şahid1 göstərdikləri xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(004)-3881/2015 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X18 arasında 10 avqust 2010-cu il tarixdə bağlanmış və Bakı şəhəri, Yasamal rayon qeydiyyat şöbəsində nikah bağlanması haqqında akt qeydləri kitabında 927 № ilə qeydə alınmış nikah pozulmuşdur. 13.02.2011-ci il təvəllüdlü X15 və 15.05.2013-cü il təvəllüdlü X19 yetkinlik yaşına çatanadək anaları X11 yanında qalması qət edilmişdir. 13.02.2011-ci il təvəllüdlü X4 və 15.05.2013-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs 06 aprel 2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 30 (otuz) manat, cəmi 60 (altmış) manat sabit pul məbləğində aliment tutularaq X14 verilmişdir. (i.v. 11-14) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(004)-3941/2017 saylı qətnaməsindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2015ci il tarixli, 2(004)-3881/2015 saylı qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmişdir. Təqsirləndirilən şəxs 13 fevral 2011-ci ildə anadan olmuş X5 və 15 may 2013cü ildə doğulmuş X1 üçün hər ay hər uşağa görə 136 (bir yüz otuz altı) manat 60 (altmış) qəpik, yəni minumum aylıq əmək haqqı məbləğinin 1.17 (bir tam yüzdə on yeddi) misli miqdarında, cəmi 273 (iki yüz yetmiş üç) manat 20 (iyirmi) qəpik sabit pul məbləğində Məmmədli (Hüseynova) Bahar Əli qızının xeyrinə tutulması qət edilmişdir. (i.v. 15-17) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(004)-1198/2020 saylı qətnaməsindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(004)-3941/2017 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilmişdir. Təqsirləndirilən şəxs 13 fevral 2011-ci ildə anadan olmuş X5 və 15 may 2013-cü ildə doğulmuş X10 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. (i.v. 18-20) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(004)-3881/2015 saylı icra vərəqəsindən görünür ki, 13.02.2011-ci il təvəllüdlü X6 və 15.05.2013-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs 06 aprel 2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 30 (otuz) manat, cəmi 60 (altmış) manat sabit pul məbləğində aliment tutularaq X14 verilməlidir. (i.v. 21) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(004)-3941/2017 saylı icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(004)-3881/2015 saylı qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmişdir. Təqsirləndirilən şəxs 13 fevral 2011-ci ildə anadan olmuş X5 və 15 may 2013-cü ildə doğulmuş X1 üçün hər ay hər uşağa görə 136 (bir yüz otuz altı) manat 60 (altmış) qəpik, yəni minumum aylıq əmək haqqı məbləğinin 1.17 (bir tam yüzdə on yeddi) misli miqdarında, cəmi 273 (iki yüz yetmiş üç) manat 20 (iyirmi) qəpik sabit pul məbləğində Məmmədli (Hüseynova) Bahar Əli qızının xeyrinə aliment tutulmuşdur. (i.v. 22) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(004)-1198/2020 saylı icra vərəqsindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(004)-3941/2017 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilmişdir. Təqsirləndirilən şəxs 13 fevral 2011-ci ildə anadan olmuş X5 və 15 may 2013-cü ildə doğulmuş X10 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilmişdir. (i.v. 23-24) “İcraata başlamaq haqqında” 15 oktyabr 2015-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(004)- 3881/2015 saylı qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. (i.v. 25) “İcraata başlamaq haqqında” 08 iyun 2017-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(004)-3941/2017 saylı qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. (i.v. 26) “İcraata başlamaq haqqında” 16 iyul 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(004)-1198/2020 saylı qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. (i.v. 27) Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin 15.10.2015-ci il tarixli Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icrası haqqında xəbərdarlıqdan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(004)-3881/2015 saylı icra sənədində göstərilən tələb yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası CM-nin 306cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq istintaq orqanına təqdimatla müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. (i.v. 28) Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin 08.06.2017-ci il tarixli Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icrası haqqında xəbərdarlıqdan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(004)-3941/2017 saylı icra sənədində göstərilən tələb yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası CM-nin 306cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq istintaq orqanına təqdimatla müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. (i.v. 29) Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin 16.07.2020-ci il tarixli Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icrası haqqında xəbərdarlıqdan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(004)-1198/2020 saylı icra sənədində göstərilən tələb yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası CM-nin 306cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq istintaq orqanına təqdimatla müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. (i.v. 30) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 1 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının 18 yanvar 2021-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10.04.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 1 saylı Ərazi Məşğulluq Mərkəzi Filialında işaxtarn vətəndaş kimi qeydiyyata alınmışdır. Vətəndaş mövcud olan boş (vakant) iş yerləri ilə tanış olmaq, peşə hazırlığı kursları və özünüməşğulluq fəaliyyəti barədə məlumat almaq, ictimai faydalı əməklə məşğul olması məqsədi ilə, sifarişli məktubla 1 saylı Ərazi Məşğulluq Mərkəzi filialına dəvət olunmuşdur. Təqsirləndirilən şəxs Mərkəz filialına müraciət edəcəyi təqdirdə ona məşğulluq haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq müvafiq qaydada köməklik göstəriləcəkdir. (i.v. 52) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2325/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; (i.v. 64-68) 02.03.2021-ci il tarixli aktdan görünür ki, Yasamal Rayon İcra Şöbəsinin icra məmurları Şahid1 və Səvxan Abasov hal şahidi Ramil Adıgözəlovun iştirakı ilə Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən evinə baxış keçirilmiş və ona məxsus hər hansı əmlak aşkar edilməmişdir. (i.v. 81) 20.08.2020-ci il tarixli aktdan görünür ki, Yasamal Rayon İcra Şöbəsinin icra məmurları Şahid1 və Anar Eyyubov hal şahidi Murad Həsənovun iştirakı ilə Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən evinə baxış keçirilmiş və ona məxsus hər hansı əmlak aşkar edilməmişdir. (i.v. 82) 25.09.2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 150 manat pulu Zərərçəkmiş şəxs ödəmişdir. (i.v. 92) 25.09.2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 60 manat pulu Zərərçəkmiş şəxs ödəmişdir. (i.v. 93) "xxxx" ASC-nin 26.04.2021-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 150 manat pul X2 göndərilmişdir. (i.v. 134) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və məhkəmə baxışının gedişatında tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(004)-1198/2020 saylı icra vərəqəsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2325/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinib barəsində inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına, həmçinin məsuliyyəti barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə icra sənədini qərəzli olaraq icra etməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(004)-1198/2020 saylı icra vərəqəsini icra etməməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Yasamal Rayon İcra Hakimiyyəti 32 saylı Mənzil-kommunal təsərrüfatı birliyinin 19.02.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, xx.xx.1987-ci ildə anadan olan Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, ev 127 B-də qeydiyyatdadır. Azərbaycanlıdır. O xx.xx.1987-ci ildən göstərilən ünvanda daimi qeydiyyatdadır. Həmin ərazidə qeydiyyatda olduğu müddət ərzində Təqsirləndirilən şəxs haqqında Mənzil-kommunal təsərrüfatı birliyinə nə yazılı nə də şifahi şikayət daxil olmamışdır. (i.v. 54) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli 1(004)-250/2018 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. (i.v. 83-91) AA1030581 nömrəli Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsindən və elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, 11.09.2014-cü il təvəllüdlü X12 atası Təqsirləndirilən şəxsdur. (i.v. 105) AA1030580 nömrəli Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsindən və elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, 03.06.2019-cu il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxsdur. (i.v. 106) AZ-İV № 537592 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 12.12.2020ci il təvəllüdlü X13 atası Təqsirləndirilən şəxsdur. (i.v. 107) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 28 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. (i.v. 103) “Qətimkan tədbiri seçmək haqqında” 04 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 159-160) Bakı Şəhər Probasiya İdarəsinin 11.10.2021-ci il tarixli məktubuna əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli 1(004)-250/2018 saylı hökmü ilə təyin edilmiş 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası 2 ay müddətində icra edilmiş, cəzasının çəkilməmiş hissəsi 1 il 10 ay təşkil edir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 27.10.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2017-ci il tarixli və 02 mart 2020-ci il tarixli məhkəmə qətnamələri üzrə ümumilikdə 8500.00 (səkkiz min beş yüz) manat məbləğində aliment borcu olmuşdur. Həmin qətnamələr üzrə ümumi aliment borcundan cəmi 2400.00 (iki min dörd yüz) manat ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəyə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 28.04.2021-ci il tarixli tələbnamədən və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli 1(004)-250/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin 11.10.2021-ci il tarixli məktubuna əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli 1(004)-250/2018 saylı hökmü ilə təyin edilmiş 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası 2 ay müddətində icra edilmiş, cəzasının çəkilməmiş hissəsi 1 il 10 ay təşkil edir. Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməli cinayətin residivi hesab olunmur. Lakin ona törətdiyi əmələ münasibətdə Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, evli olmaqla himayəsində 3 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eyni xarakterli cinayətin onun tərəfindən yenidən törədilməsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli 1(004)-250/2018 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş 01 (bir) il 10 (on) ay müddətinə islah işləri cəzası CM-in 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin 4 (dörd) günü bərabər tutulmaqla (5 ay 15 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş cəzalara qismən birləşdirilərək qəti cəza müəyyən edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli və o məhkəmə iclas zalından dərhal həbs edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli həbs edildiyi gündən, yəni 27 oktyabr 2021-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X16 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X16 məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli 1(004)-250/2018 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə islah işlər cəzasının çəkilməmiş 01 (bir) il 10 (on) ay müddəti 5 (beş) ay 15 (on beş) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək, CM-nın 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən toplanılsın və üzərində qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X16 məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar