Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-256/2024 01.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Babayeva Nərgiz Çingiz qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, məhkumluğu olmayan, Şəki şəhəri, Calxalıbulaq küçəsi ev 2, mənzil 3-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəslərini əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, o, 2023-cü ilin sentyabr ayının ortalarında Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsində istintaqa məlum olmayan mənbədən 01 ədəd texniki cəhətdən saz, atəş üçün yararlı, ПW-4250 No-li keçmiş SSRİ-də 1973-cü ildə istehsal olunmuş 9 mm kalibrli, yivli odlu silah hesab edilən Makarov konstruksiyalı tapançanı, həmin tapançanın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı daraqla birlikdə qanunsuz olaraq əldə edib üzərində saxlayıb gəzdirməklə daşımış, 29 noyabr 2023-cü il tarixdə saat 11:30-da Yasamal RPİ-nin 28-ci PŞ-nin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanı qarşısında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli şalvarının arxa tərəfində kəmərlə bel arasından 01 ədəd texniki cəhətdən saz, atəş üçün yararlı, Пш-4250 No-li keçmiş SSRİ-də 1973-cü ildə istehsal olunmuş 9 mm kalibrli, yivli odlu silah hesab edilən Makarov konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı daraq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o sonuncu dəfə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 ilə endirilib cəzası tam çəkilmiş hesab olunduğu üçün cəzadan azad edilmişdir. 29 noyabr 2023-cü il tarixdə səhər saatlarında ünvan 1 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onu həmin polis bölməsinə dəvət etmişlər. O polis əməkdaşının tələbinə tabe olaraq onlarla birlikdə polis bölməsinə getmişdir. Həmin vaxt onun üzərində odlu silah və ya daşınması qanunla qadağan edilmiş heç bir əşya olmamışdır. Polis bölməsində olan zaman polis əməkdaşları ona zor tədbiq edərək bir ədəd tapança verib video çəkiliş zamanı ona məxsus olduğunu bildirməsini tələb etmişlər. O qorxduğu üçün polis əməkdaşlarının bu tələbi ilə razılaşmışdır. Bundan sonra ona təqdim edilmiş vəkilin iştirakı ilə video çəkiliş aparılaraq ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuş və o, daha əvvəl polis əməkdaşları tərəfindən ona verilmiş tapançanı təqdim etmiş və özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o 28-cu PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması və gəzdirməsi barədə Yasamal RPİ-nin 28-cu PB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 29 noyabr 2023-cü il tarixdə o, və həmin şöbənin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 29 noyabr 2023-cü il tarixdə saat 11:30 radələrində ünvan 1 ünvanının qarşısında olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə gətməli olduğunu bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə 28-ci PB-nə gəlmiş və orada xidməti otaqların birində video çəkiliş keçirməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxsə təklif edilmişdir ki, üzərində hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Bundan sonra Yaşar təklifə əsasən əynində olan qara rəngli şalvarının arxa tərəfində kəmərlə bel arasından 01 ədəd tapançanı çıхаrıb pоlis əməkdаşlаrınа təqdim еtmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin dəmir predmet Makarov tipli tapançadır, içərisindən çıxan isə darağıdır. Tapançanı daraq içərisində olmaqla 2023-cü ilin sentyabr ayının ortalarında Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində zibilxanada yerdən tapmışdır və həmin vaxtdan bu günə kimi üzərində gəzdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş tapança qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 84-86-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 28-ci Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. 29 noyabr 2023-cü il tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1983-cü ildə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq odlu silah saxlamaqda və gəzdirməkdə şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat 28-ci Polis Şöbəsinin rəisi, polis polkovnik leytenantı Hüseyn İmanova məruzə edildikdən sonra sonuncu tərəfindən əməliyyat qrupunun yaradılması haqqında müvafiq əmr verilmiş, o, qrupun rəhbəri, şöbənin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 isə qrupun üzvü təyin edilmişlər. Daha sonra o, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş və həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmişdir. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs üzərində silah olmaqla ünvan 1 ünvanı qarşısında olması bildirilmişdir. Həmin ünvanda Təqsirləndirilən şəxs müəyyənləşdirilmişdir. O, və Şahid2 Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun anket məlumatlarını dəqiqləşdirmiş və təklif etmişdir ki, onlarla birlikdə 28-ci Polis Şöbəsinə getsinlər. Təqsirləndirilən şəxs razılaşmış və birlikdə 28-ci Polis Şöbəsinə gəlmişlər. Şöbədə baş təhqiqatçı Nicat Abdullayev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar və protokol sonuncuya elan olunmuşdur. Daha sonra şəxsi axtarış və götürmə keçirilməsi haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçisinin və onların iştirakları ilə videoçəkiliş aparılmaqla baş təhqiqatçı Nicat Abdullayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs arxa bel nahiyəsindən, kəmərlə şalvarının arasından dəmir predmet aşkar edilmiş və götürülmüşdür. Baş təhqiqatçı Nicat Abdullayev həmin dəmir predmetin – tapançaya bənzər alətin içərisindən darağını çıxartmış və Təqsirləndirilən şəxs həmin dəmir predmetlərin nə olduğunu, haradan və kimdən, nə vaxt əldə etdiyini, nə üçün üzərində saxlayaraq gəzdirdiyini sorğu etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin dəmir predmet Makarov tipli tapançadır, içərisindən çıxan isə darağıdır. Tapançanı daraq içərisində olmaqla 2023-cü ilin sentyabr ayının ortalarında Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində zibilxanada yerdən tapmışdır və həmin vaxtdan bu günə kimi üzərində gəzdirmişdir. Belə ki, gündəlik kirayə evlərdə gecələyir, özünü qorumaq üçün üzərində gəzdirir. Daraqda patron olmamışdır. Bundan sonra həmin predmetlər müvafiq qaydada polis mayoru Nicat Abdullayev tərəfindən qablaşdırıldı, zərf möhürlə və imzalarla təsdiq edilmişdir. Başqa Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş, protokol oxunmuş, imzalarla təsdiqlənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa bel hissəsindən bir ədəd silaha bənzər dəmir predmeti çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs həmin predmetin nə olması soruşulduqda sonuncu həmin predmetin özünə məxsus olmasını 2 ay əvvəl həmin silahı Suraxanı rayonu ərazisində zibilxanadan tapdığını, özünü müdafiə etmək məqsədi ilə üzərində gəzdirdiyini, həmin gün saat 11:30-da ünvan 6 ünvanında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq 28-ci PŞ-nə gətirilmişdir. Həmin silaha bənzər dəmir predmetə baxış keçirilərkən üzərində ПЩ 1973 4250 yazısı həkk olunması müəyyən edilmişdir. (i.v. 34-35) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 30 noyabr 2023-cü il tarixli 23/924R nömrəli ekspertin rəyindən görünür ki: tədqiqata təqdim edilmiş 01 ədəd ПЩ-4250 №-li silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı, tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir – darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. - Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə məlumat veriləcəkdir. (i.v. 42-47) “Videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 30 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 29 noyabr 2023-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Natiq Abdullayevin əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Natiq Abdullayev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa bel hissəsindən bir ədəd silaha bənzər dəmir predmeti çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs həmin predmetin nə olması soruşulduqda sonuncu həmin predmetin özünə məxsus olmasını 2 ay əvvəl həmin silahı Suraxanı rayonu ərazisində zibilxanadan tapdığını, özünü müdafiə etmək məqsədi ilə üzərində gəzdirdiyini, həmin gün saat 11:30-da ünvan 6 ünvanında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq 28-ci PŞnə gətirilmişdir. Həmin silaha bənzər dəmir predmetə baxış keçirilərkən üzərində Пш 1973 4250 yazısı həkk olunması müəyyən edilmişdir. (i.v. 58) “Maddi sübut kimi tanımaq haqqında” 02 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd texniki cəhətdən saz, atəş üçün yararlı, Пш-4250 No-li keçmiş SSRİ-də 1973-cü ildə istehsal olunmuş 9 mm kalibrli, yivli odlu silalıt hesab edilən Makarov konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı daraq iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v. 81) “Sübutların qiymətləndirilməsi haqqında” 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd DVD-R markalı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 122-127) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 04 iyul 2024-cü il tarixli məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı xəsarət aşkar olunmamış, hər iki saidin ön səthində, sağ bazunun arxa səthində köhnə çapıq toxuma müşahidə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 06 aprel 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə CM-nin 228.1-ci maddəsi ilə Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılan Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. MSY-ə daxil olarkən Təqsirləndirilən şəxs tərəfimizdən bədən baxışı keçirilmiş, gözlə görülə bilən heç bir xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 01 aprel 2024-cü il tarixli məktubundan görünür ki, “ПЩ-4250” №-li Makarov konstruksiyalı PM modelli tapança və üzərində “5495” rəqəmleri olan daraq ilk dəfə DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinə 30 noyabr 2023-cü il tarixdə Yasamal rayon polis idarəsindən daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2024-cü il tarixli məktubundan görünür ki, 01 ədəd Пш-4250 No-li, 1973-cü ildə istehsal olunmuş 9 mm kalibrli “Makarov” konstruksiyalı tapança və həmin tapançanın komplekt hissəsi olan 08 ədəd 9x18 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 5495 nömrəli daraq tədqiqat üçün əvvəllər Mərkəzə təqdim edilməmiş və tədqiqatı aparılmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hal-hazırda heç bir işlə məşğul deyildir. Yasamal rayonu ərazisində müxtəlif ünvanlarda gündəlik kirayə yaşayır. Təxminən 2023-cü ilin sentyabr ayının ortalarında Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində gəzişərkən zibilxanada yerdə bir ədəd dəmir predmet görmüş və həmin predmet silaha bənzədiyindən onu yerdən götürmüşdür. Həmin predmet Makarov tapancası olmuşdur. Darağı da olmuşdur. Darağında patron olmamışdır. O, düşünmüş ki, gündəlik kirayə evlərdə gecələyir, problem olsa lazım olar. Qərara almış ki, həmin silahı özündə saxlasın, üzərində gəzdirsin. Belə də etmiş, silahı adətən əynində olan şalvarla arxa bel nahiyəsi arasına salıb saxlamışdır. Gecələr isə gündəlik kirayə qaldığı evlərdə həmin tapancanı darağı ilə birlikdə yatdığı çarpayıda yastığın altına qoyub gizlədimiş ki, heç kim görməsin. Tapança barədə heç kimə heç nə deməmişdir. 29 noyabr 2023-cü il tarixdə səhər saatlarında gündəlik kirayə qaldığı evdən çıxarkən də həmin tapançanı darağı ilə birlikdə əynində olan şalvarla arxa bel nahiyənin arasına qoymuş və özü üçün iş axtarmağa çıxmışdır. Həmin gün saat 11:30-da ünvan 1 ünvanı qarşısında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və təklif etmişlər ki, onlarla birlikdə 28ci Polis şöbəsinə getsin. 28-ci Polis Şöbəsində ona müdafiəçi təqdim olunmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş və bildirilmiş ki, müdafiəçimin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış və götürmə keçiriləcək. O, etiraz etməmişdir. Şəxsi axtarış və götürmə zamanı arxa bel nahiyəsindən əynindəki qara rəngli şalvarın kəməri ilə bel arasında həmin tapança darağı ilə birlikdə aşkar edilərək götürülmüşdür. Tapançanın içərisindən daraq çıxarılmış və həmin dəmir predmetlərin nə olması, kimdən, nə vaxt və harada əldə etməyim sorğu edilmişdir. O, bildirmiş ki, təxminən 2023-cü ilin sentyabr ayının ortalarında Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində gəzişərkən zibilxanada yerdə bir ədəd dəmir predmet görmüş və həmin predmet silaha bənzədiyindən onu yerdən götürmüşdür. Həmin predmet Makarov tapancası olmuşdur. Darağı da olmuşdur. Darağında patron olmamışdır, gündəlik kirayə evlərdə gecələdiyi üçün özünü qorumaq məqsədilə silahı üzərində gezdirmişdir. Başqa səbəb və məqsədi olmamışdır. Silahdan istifadə etməmiş, heç istifadə etməyi də düşünməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)-940/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, o Yasamal rayonunun ərazisində müxtəlif gündəlik kirayəyə verilən evlərdə yaşayır. (i.v. 78-80) Azərbaycan Respublikası Baş Prokurorluğunun 12 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müraciətində göstərdiyi xüsusatlarla əlaqədar Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma nəticəsində polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması müəyyən edilmədiyi üçün toplanmış material üzrə Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilməli, Təqsirləndirilən şəxs az ağır dərəcəli bədən xəsarətləri alması barədə materialdan çıxarış həmin hissədə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun üzərində odlu silah olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbədağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 29 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 24) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)-940/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 78- 80) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315.1-ci maddələri ilə təqsirli bilinərək 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 ilə endirilib cəzası tam çəkilmiş hesab olunduğu üçün cəzadan azad edilmişdir. (i.v. 90-92) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan 25 noyabr 2015ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut 01 ədəd texniki cəhətdən saz, atəş üçün yararlı, ПW-4250 No-li keçmiş SSRİ-də 1973-cü ildə istehsal olunmuş 9 mm kalibrli, yivli odlu silah hesab edilən Makarov konstruksiyalı tapançanı, həmin tapançanın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli həbs edildiyi gündən, yəni 29 noyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu edildiyi vaxtdan, yəni 29 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd texniki cəhətdən saz, atəş üçün yararlı, ПW-4250 No-li keçmiş SSRİ-də 1973-cü ildə istehsal olunmuş 9 mm kalibrli, yivli odlu silah hesab edilən Makarov konstruksiyalı tapançanı, həmin tapançanın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-256/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-256/2024
01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver