Məhkəmə qərarları › İş №1(004)-257/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-257/2020

21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-257/2020 21.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Babayev Rəşad Mahir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 saylı ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində nömrəsiz evdə kirayədə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Balaxanı qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli kağıza bükülmüş içərisində təmiz çəkisi 0,267 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bükümü 20 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 20:00-da ünvan 3 saylı ünvanın qarşısında Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-yə gətirilmiş, orada saat 22:00-da onun üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd ağ rəngli kağız bükümə bükülmüş içərisində təmiz çəkisi 0,267 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvəllər iki dəfə məhkum olunmuş və hazırda məhkumluğu ödənilmişdir. O, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olan zaman narkotik vasitə hesab edilən heroini qəbul edir. xx xxxxxx 2020-ci il tarixdə təxminən günorta saatlarında o, Bakı şəhəri Balaxanı qəsəbəsinə gedərək orada üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsə 20 manat pul ödəyərək şəxsi istifadəsi üçün bir ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə narkotik vasitə olan heroini almış və istifadə etmək üçün öz üzərində saxlamış, yəni qoymuşdur əynindəki cins şalvarının sağ yan cibinə. Həmin tarixdə təxminən saat 20 radələrində dostu Şahid1 yaşadığı evin yaxınlığında, yəni D.Bünyadzadə küçəsi 22 ünvanın qarşısında qarşıladığı zaman üç nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və onları Yasamal RPİnin inzibati binasına dəvət etmişlər. Polis İdarəsində xidməti otaqların birində, onun üçün dəvət olunmuş müdafiəçinin və polis işçilərinin iştirakları ilə üzərində şəxsi axtarış və götürmə aparılmış, həmin zaman videoçəkiliş də aparılmışdır. Həmin vaxt o, hər şeyi səmimi etiraf edərək şalvarının cibinə qoyduğu həmin narkotik vasitəni könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra həmin narkotik vasitə kağız zərfin içərisinə qablaşdırılmış və yapışdırıldıqdan sonra tərəflərindən imzalanmışdır. Bundan sonra bu barədə protokol da tərtib edilmiş və hamısı imzalamışlar. Ona narkotik vasitəni satmış şəxsin anket məlumatlarını, harada yaşamasım və ya qaldığını bilmir. Saxlanılarkən və polis orqanına gətirilərkən ona qarşı hər hansı bir qanunsuz hərəkət olmamışdır. O, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri kiməsə satmamış, hədiyyə etməmiş və ya ötürməmişdir. Eyni zamanda yanında olan Şahid1 üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin olduğunu əvvəlcədən bilməmiş və xəbəri olmamış, sonuncu ilə biri-birinə heç vaxt narkotik vasitə və ya psixotrop maddə verməmiş, eləcə də heç vaxt birlikdə narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişlər. Daha sonra özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, o, narkotiklərin satışı ilə məşğul olmamış, yalnız öz istifadəsi üçün əldə etmiş, üzərindən aşkar edilmiş psixotrop maddəni alanda çəkisini bilməmiş, ucuz olduğu üçün həmn kütləni təsadüfən tanış olmuş “Mahmud” kimi özünü təqdim etmiş insandan almışdır. Yasamal rayonunda dostu Təqsirləndirilən şəxs yaşadığı məhəlləyə getdiyi zaman həmin bükümü gödəkcəsinin cibindən çıxararaq qoymuşdur əynindəki cins şalvarının cibinə. Beləliklə də o, Arifin yaşadığı məhəlləyə gələrək sonuncu ilə görüşdüyü zaman hər ikısi mülki geyimdə olan polis əməkdaşları saxlamış və Yasamal RPİ-yə aparmışlar. Polis idarəsində onun üzərində axtarış aparıldıqdan sonra o, tutulmuş, həmin vaxt o, bilmişdir kı, böyük bükümün içərisində həm də balaca bir büküm də olmuşdur. O, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri kiməsə satmamış, hədiyyə etməmiş və ya ötürməmişdir. Eyni zamanda yanına getdiyi Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroinin olduğunu əvvəlcədən bilməmiş və xəbəri olmamış, sonuncu ilə biri-birinə heç vaxt narkotik vasitə və ya psixotrop maddə verməmiş, eləcə də heç vaxt birlikdə narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin NMBnin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, o, əməliyyat yolu ilə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində qeydiyyatsız evdə kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək daşıması və istifadə etməsi barədə əməliyyat məlumatını əldə etdikdən sonra həmin məlumatı yoxlamaq məqsədilə bu barədə raportla Yasamal RPİ-nin rəhbərliyinə məruzə olunmuş və xx.xx.2020-ci il tarixdə Yasamal RPİ-nin rəsinin əmri ilə rəhbəri Şahid2 təyin edilməklə o və Şahid4 daxil olduqları əməliyyat qrupu yaradılaraq həmin məlumatı yoxlamaq qrupa həvalə edilmişdir. Həmin məqsədlə xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində qeyd olunan ünvanın ətrafında müşahidə apardıqları zaman Təqsirləndirilən şəxs müəyyən edərək yaxınlaşmışlar, həmin zaman sonuncunun yanında tanışı Cəlilabad rayon sakini Şahid1 olmuşdur. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və kim olduqlarını soruşmuşlar. Sonuncular özlərini təqdim etmişlər və bundan sonra bildirmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələndikləri üçün Yasamal RPİ-yə getməlidirlər. Sonra həmin şəxslərlə birlikdə Yasamal RPİ-nin inzibati binasına gəlmişlər və İdarə rəhbərinin adına raportla məruzə edərək həmin şəxsləri təhvil vermişlər RPİ-nin təhqiqatçısı Elnur Hacıyevə. Sonuncu tərəfindən həmin şəxslər üçün müdafiəçilər dəvət edilərək qrupun üzvlərinin iştirakı ilə hər ikisinin üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncu əynində olmuş göy rəngdə cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş və bir ədəd çəhrayi rəngli sellofana bükülmüş iki ədəd bükümləri, digər cibindən isə bir ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Şəffaf rəngli sellofan açıldıqda içərisində açıq qəhvəyi rəngli tozşəkilli kütlə aşkar edilmişdir. Həmi kütlənin nə olması barədə suala Şahid1 cavab vermişdir ki. «kakos»dur, yəni narkotik vasitə olan heroin. Çəhrayi rəngli büküm açıldıqda içərisində şəffaf sellofana bükülmüş kristal şəkilli kütlə aşkar edilmişdir. Həmin kütlənin nə olmasına dairə suala Şahid1 cavab vermişdir ki. «şüşə»dir, yəni metamfetamin. Şahid1 verilmiş suallara cavab verərək bildirmişdir ki, üzərindən aşkar olunmuş maddələri 5-6 gün əvvəl Biləsuvar rayonu ərazsində tanımadığı şəxsdən özü istifadə etmək üçün almışdır. Daha sonra həmin iki ədəd büküm kağız zərfə qablaşdırılaraq, zərf möhürlü kağızla yapışdırılmış və iştirakçıların hamısı üzərində imza etmişlər. Yekunda bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra qrupun üzvlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Həmin zaman sonuncu əynində olmuş qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ kağız parçasına bükülmüş bükümü, digər cibindən isə bir ədəd mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində açıq qəhvəyi rəngli toz şəkilli kütlə aşkar edilmişdir. Həmin kütlənin nə olduğu barədə suala Təqsirləndirilən şəxs cavab verib«metamfetamin» demiş, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını göstərmişdir. Lakin həmin kütlə öz görünüşünə görə metamfetamin deyil, narkotik vasitə olan heroinə oxşar kütlə olmuşdur. Daha sonra həmin bir ədəd büküm kağız zərfə qablaşdırılmış və zərf möhürlü kağızla yapışdırıldıqdan sonra iştirakçıların hamısı üzərində imza etmişlər. Sonra da bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Yasamal RPİ-nin NMB-ə Şahid1 və Təqsirləndirilən şəxs nə vaxtsa narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə məlumat daxil olmamış, hər ikisi narkotik aludəçisidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid4 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Yasamal RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci cild 21-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 21:30-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 155-158-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 233-cü vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 15-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 115-119-cu vərəqələrində olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina olunması və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında Yasamal rayonu prokuroru vəzifəsini icra edən Rəşadət Orucovun xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün təqdimatla məhkəməyə müraciət olunmasından imtina edilmiş və sonuncun barəsində xx xxxxxxxx 2020-ci il tarixdən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 74-75-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 5038 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspert tədqiqatına təqdim edilmiş, bir ədəd bükümdə təmiz çəkisi - 0,267 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Qeyd: Heroinin təmiz çəkisi - 0,267 qram, sərf edildi - 0,05 qram, qalıq - 0,217 qram). Cinayət işinin 1-ci cild 73-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat təşkil etmişdir. Cinayət işinin 2-ci cild 173-175-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1371 saylı ekspert rəyindən görünür ki, iş üzrə təyin edilmiş əlavə məhkəmə kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/1371 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin «Tədqiqat Obyekti № 59» ştamp əksi olan paketlərdə, vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroin, vət. Şahid1 üzərindən aşkar edilərək götürülmüş heroinlə xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidir. İlkin tədqiqat zamanı vət. Şahid1 və Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroinlərin təmiz çəkiləri xx xxxxxx 2020-ci il tarixli 5037 və 5038 saylı ekspert rəylərində göstərilib. Qeyd: l.Şahid1: heroinin təmiz çəkisi: 1.632 qr. tədqiqata sərf edildi: 0,03 qr, qalıq: 1,602 qr; 2. Təqsirləndirilən şəxs: heroinin təmiz çəkisi: 0,217 qr, tədqiqata sərf edildi: 0,03 qr, qalıq: 0,187 qr. Cinayət işinin 2-ci cild 172-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat təşkil etmişdir. Cinayət işinin 2-ci cild 17-ci vərəqəsində olan maddi sübüt kimi tanıması və cinayə işinə əlavə edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsdan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,217 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübüt kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 36-51-ci vərəqələrində olan toplanmış sübutlara hüquqi qiymətl verilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 2-ci cild 20-21-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi Ambulator X1 ekspert komissiyasının xx xxxx 2020-ci il tarixli, 1847 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 214-215-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx xxx 2020-ci il tarixli, 810 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir pisxi xəstəlik və ya pisixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cild 22-24-cü vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və X2 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmiş; 2) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbsdə olduğu müddət nəzərə alınaraq cəzasını çəkmiş hesab edilmişdir. Cinayət işinin 1-ci cild 237-245-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmünün surətində görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 160-cı vərəqəsində olan Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 24 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsindən daxil olan 17/72-119/13 saylı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Yagub oğluna Yasamal rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmünə əsasən təyin olunmuş 2500 manat miqdarında cərimə cəzasından “28 May- Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə azad olunmuşdur. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis baş leytenantı X3 xidməti otağında çəkilmişdir, 06 dəqiqə 48 saniyə davam edir. Baş təhqiqatçı E.Hacıyev çəkilişin yeri, tarixi, vaxtı və səbəbi barədə bildirdikdən sonra iştirakçıları qeyd edir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs öz anket məlumatlarını və yaşadığı ünvan barədə bildirir. Sonra baş təhqiqatçı E.Hacıyev şübhəli şəxsə Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinn müddəaları barədə məlumat verir. Daha sonra baş təhqiqatçı E.Hacıyev şübhəli şəxs Təqsirləndirilən şəxs hansı şəraitdə saxlanılması danışmağı təklif edib, sonuncu ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunda xüsusatları göstərir, həmin zaman ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyini bildirir. Bundan sonra baş təhqiqatçı E. Hacıyev şübhəli şəxsə təklif edir ki, üzərində hər hansı qanunsuz əşya varsa, təqdim etsin. A. Y.Hacıyev əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız kəsiyinə bükülmüş bükümü və sonra digər cibindən bir ədəd qara rəngdə mobil telefonu çıxarıb masanın üzərinə qoyur. Bundan sonra baş təhqiqatçı E.Hacıyev şübhəli şəxs Şahid1 əynində olan geyim əşyalarını yoxlayır, lakin başqa heç nə aşkar edilmir. Daha sonra baş təhqiqatçı mobil telefonu şübhəli şəxs Təqsirləndirilən şəxs qaytarır. Təhqiqatçının sualına Təqsirləndirilən şəxs bildirir ki. üzərindən aşkar edilmiş həmin bükümdəki metamfetamindir. Lakin kağız parçasına bükülmüş həmin büküm təhqiqatçı açıldıqda içərisində açıq qəhvəyi rəndə toz şəkilli maddə aşkar edilir və təhqiqatçı bunu qeyd edir. Şübhəli şəxs həmin maddəni öz istifadəsi üçün tanımadığı şəxsdən Balaxanı qəsəbəsində aldığını bildirir. Sonda bir ədəd aşkar edilmiş həmin büküm ağ kağız zərfə qablaşdırılıb ağzı möhürlü kağızla yapışdırılır və məlumat verilir ki, ekspertizaya göndəriləcək, iştirak edənlərin hamısı həmin zərfin üzərində imza edirlər. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayoyunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın xx xxxx 2020-ci il tarixli, 1847 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,217 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 228 (iki yüz iyirmi səkkiz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri K.B.Bağırova və Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili K.B.Bağırova ibtidai istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayoyunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan işüzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,217 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4 ibtidai istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar