Məhkəmə qərarları › İş №1(004)-257/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-257/2021

30.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-257/2021 30.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X7 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərər çəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı – Zərərçəkmiş şəxs, zərər çəkmiş şəxsin nümayəndəsi və vəkili - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X8, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxxx 1966-cı ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Ağdam şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yerləşən Azərbaycan Texniki Universitetinin nəzdində olan Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yataqxanasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 16 fevral 2019-cu il tarixdə saat 21 radələrində “Yol Hərəkəti qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin, yəni müvafiq dərəcəli sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməməli olduğu halda, bu qaydalara əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyərək nəqliyyat vasitəsini idarə etmək üçün “B” dərəcəli sürücülük vəsiqəsi tələb olunduğu halda 28.06.2012-ci il tarixdə Ağcabədi RQİ və TBŞ tərəfindən verilmiş “C” dərəcəli AB 747149 nömrəli sürücülük vəsiqəsinə sahib olmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz E 280” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə Ü.Əkbərov küçəsi istiqamətində hərəkətdə olan zaman “Yol Hərəkəti qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu qaydalara əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bu tələblərə riayət etməyərək ünvan 4 ünvanda yerləşən “Lady Sharm” qadın geyimləri mağazasının qarşısında 50-60 km/saat sürətlə hərəkətdə olarkən öz hərəkəti istiqamətində yolun sağ tərəfindən sol tərəfinə keçməkdə olan piyada X11 yolun sağ hərəkət zolağında avtomobilin sağ ön hissəsi ilə vurub ona açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, subaraxnoidal qansızma, hər iki gicgah paylarında epidural hematoma, pnevmosefaliya, sol gicgah sümüyünün kəllə əsasına uzanan az yerdəyişən, sağ gicgah və ənsə sümüklərinin xətti sınıqları, döş qəfəsinin küt travması, hər iki ağciyərlərin kontuziası, iki tərəfli pnevmotoraks, sol Vİ, Vİİ, Vİİİ qabırğaların sınığı ilə müşayiət edilən ümumilikdə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, **-EN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 280” markalı avtomobil 2009-cu ildən ona məxsus olsa da rəsmi qaydada alqı-satqı olmadığından həmin avtomobili Şahid2 tərəfindən verilmiş etibarnamə əsasında idarə etmişdir. Şahid2 ilə hər hansı bir qohumluq əlaqəsi yoxdur. Sadəcə olaraq avtomobili ondan 2009-cu ildə alan zaman aralarında alqı-satqı müqaviləsi bağlanmamışdır. Hadisədən sonra isə qeyd edilən avtomobili məhz Şahid2 özünə 8.500 manat müqabilində satmış və həmin məbləğdə pulları Güllü Əhmədovanın müalicəsi ilə əlaqədar xərcləmişdir. O, bildirmişdir ki, ona məxsus sürücülük vəsiqəsi olsa da, həmin sürücülük vəsiqəsi “C” dərəcəli olmuş və onun minik avtomobillərini idarə etmək üçün hüququ olmamışdır. 16 fevral 2019-cu il tarixdə saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi **-EN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 280” markalı avtomobillə Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə yaşadığı Azərbaycan Texniki Universitetinin nəzdində olan Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yataqxanasının yerləşdiyi istiqamətdə təxminən 50- 60 km/saat sürətlə yolun sol tərəfdən birinci zolağı ilə hərəkətdə olan zaman ani olaraq onunla bərabər sağ tərəfdə hərəkət edən, hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil əyləcə basmış, həmin sürücünün avtomobilini saxlamaqla yolu keçən piyadaya icazə verməsini görə bilmədiyindən yoluna davam edərkən qəfildən kiməsə zərblə toxunma səsi eşitmiş və eyni zamanda avtomobilin ön mühərrik qapağının üzərinə qadın əl çantasının düşməsini görmüşdür. Bu zaman avtomobildə olan arvadı Şahid1 həyəcanlı halda qışqıraraq yolu qaçaraq keçən qadını vurduğunu bildirdiyindən o, dərhal avtomobili saxlayıb nə baş verməsini dəqiqləşdirmək üçün avtomobildən enmişdir. Bundan sonra isə orada olan şəxslərin köməkliyi ilə vurduğu qadını özünə məxsus olan avtomobilə uzadıb xəstəxanaya çatdırmışdır. Xəstəxanada isə həmin piyadanın X14 olmasını bilmişdir. Hadisə günündən başlayaraq onun xəstəxanada müaliəcisi ilə bağlı bütün xərclər tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, törətdiyi əməl piyadanın qəfildən idarə etdiyi avtomobilin qarşısına çıxması səbəbiylə ehtiyatsızlıqdan baş vermiş, lakin bununla belə baş vermiş hadisə nəticəsində bir qadının ağır xəsarət alıb yataq xəstəsi olması ilə əlaqədar peşmançılıq hissi keçirir. O, ümumiyyətlə spirtli içki içən biri olmadığına görə həmin vaxt da spirtli içki qəbul etməmişdir. Hadisə vaxtı isə avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Hadisə zamanı o, özü heç bir xəsarət almamışdır. Həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Lakin ona məxsus olan sürücülük vəsiqəsi “C” dərəcəli olduğu üçün onun hadisə baş verən zaman minik avtomobili idarə etmək üçün hüququ olmamışdır. İdarə etdiyi **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə zamanı texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. Hadisə zamanı o, siqaret çəkməmiş, musiqiyə qulaq asmamış, mobil telefonla danışmamış və hər hansı bir diqqət yayındıracaq işlə məşğul olmamışdır. Təqsirləndirilən şəxs son sözündə törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, onun ilk dəfə olaraq hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə vurulmuş zərərin aradan qaldırılması istiqamətində mümkün olan tədbirləri görməsini, həmçinin ona dəymiş ziyanın qismən ödənilməsini, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs ilə barışıq əldə etmək üçün dəfələrlə cəhd etdiyini, lakin Zərərçəkmiş şəxs barışmaq istəmədiyini nəzərə almaqla barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini və verilmiş mülki iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından müəyyən edildiyi kimi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(010)-962/2021 nömrəli qətnaməsi ilə zərərçəkmiş şəxs 08 yanvar 1994-cü il təvəllüdlü X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən atası Zərərçəkmiş şəxs istintaq orqanının 08 iyun 2021-ci il tarixli qərarı ilə onun qanuni nümayəndəsi qismində tanınmışdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, övladı X14 baş vermiş yol nəqiyyat hadisəsindən əvvəl fiziki və psixi cəhətdən tam sağlam olmuşdur. 16 fevral 2019-cu il tarixdə saat 21 radələrində qızı Güllü Əhmədovanın Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında yolu keçən zaman avtomobillə vurulması və Respublika Klinik xəstəxanasına aparılması barədə ona xəstəxanadan məlumat verildiyindən o, dərhal həmin xəstəxanaya getmişdir. Orada olarkən isə həkimlərin verdiyi məlumata əsasən qızı Güllü Əhmədovanın çoxsaylı ağır bədən xəsarətləri almasını və üzərində aparılan əməliyyatın hələ də davam etdiyini bilmişdir. Bundan sonra isə hadisəni törətmiş şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Çünki o, xəstəxanaya çatan zaman Təqsirləndirilən şəxs da ailə üzvləri ilə birlikdə orada olmuşdur. Bir neçə saat davam edən əməliyyatdan sonra qızının vəziyyətinin çox ağır olması və reanimasiya şöbəsinə yerləşdirilməsi ona bildirilmişdir. Həmin gündən hazırki vaxtadək isə qızı istər Bakı şəhərində, istərsə də Rusiya Federasiyasının Moskva şəhərində bir neçə dəfə əməliyyat olunsa da, əvvəlki sağlamlıq vəziyyətini bərpa etmək mümkün olmamışdır. Belə ki, qızı hazırda da yeriyə bilməməklə yanaşı, demək olar ki, yaddaşı tamamilə pozulmuş, yaxın qohumlarını tanımaqda əziyyət çəkir. Buna görə də o, qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və qəbul edilmiş 24 may 2021-ci il tarixli qətnamə əsasında qızı Güllü Əhmədova fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, hadisəni törətmiş Təqsirləndirilən şəxs qızının müalicəsi ilə hadisənin ilk günlərində dərmanların alınması ilə bağlı müəyyən maddi yardımlar etsə də, sonradan, yəni baş vermiş hadisədən bir aydan sonra isə demək olar ki, heç bir köməklik göstərməmiş və qızının vəziyyəti ilə ümumiyyətlə maraqlanmamışdır. Buna görə o, məcburiyyətdən qızının müalicəsini öz şəxsi vəsaiti hesabına aparmış və hazırda da aparılmaqdadır. Bakı şəhərində aparılan müalicə dövlət hesabına olsa da, dərman vəsaitlərini öz hesabına əldə edir, eləcə də qızının Rusiya Federasiyası Moskva şəhərində müalicəsi və əməliyyat keçirməsi ilə əlaqədar xərcləri özü çəkmiş və bununla əlaqədar o, 30.000 manat məbləğində pul xərcləmişdir. Bu yalnız əməliyyatlara və müalicələrə xərclədiyi vəsait olmuşdur. Bundan başqa o, övladının müalicəsi üçün 27.02.2020-ci il tarixdən 17.06.2020-ci il tarixədək arvadı ilə birlikdə Moskva şəhərində yaşamaq məcburiyyətində qalmışdır. Buna görə isə onun xeyli miqdarda xərci çıxmışdır. Məhkəmə çıxışında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını, ona vurulmuş zərərin qismən, yəni qızı xəstəxanada müalicə olunduğu müddətdə təxminən 7000-8000 manat bəzi dərman vasitələrinə və digər tibbi vəsaitlərə ödənildiyini, xəstəxanadan çıxarıldıqdan sonra onun ailə üzvlərinə və övladının səhhətinə laqeyd yanaşıldığını, ümumiyyətlə mənəvi olaraq dəstək olmadığını bildirmiş, məhkəmədən təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. O, məhkəmə çıxışında əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs qeyri-səmimilik nümayiş etdirərək guya barışıq üçün onun yaxın buraxılmamasını bildirmiş, məhkəmə iclaslarında ona qarşı aqressivlik nümayiş etdirmiş, maddi imkanının olmamasını bəhanə kimi göstərsə də ona mənəvi dəstək olmağa belə cəhd göstərməmişdir. Nəzərə alınmalıdır ki, övladı hazırda yataq xəstəsi olmaqla xüsusi qulluq tələb etdiyindən ailə üzvləri onun qulluğu üçün əziyyət çəkir. Bundan başqa övladı hadisədən əvvəl nişanlı olmuş, məlum hadisədən sonra isə artıq onun ailə qurması mümkün olmadığından nişanı geri qaytarılmışdır. Zərərçəkmiş şəxs məhkəmədən müvafiq yekun qərar qəbul edilərkən qeyd olunan xüsusatların nəzərə alınmasını xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı mülki iddia ərizəsi verərək vurulmuş maddi zərərə görə 30.000 (otuz min) manat və 52.800 (əlli iki min səkkiz yüz) ABŞ dollar, mənəvi zərərə görə 100.000 (bir yüz min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs uzun müddət idi ki, özünə məxsus olan **-EN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 280” markalı avtomobili idarə edirdi. 16 fevral 2019-cu il tarixdə saat 21 radələrində əri Təqsirləndirilən şəxs idarə etdiyi **-EN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 280” markalı avtomobillə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə yaşadıqları Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yataqxanasının yerləşdiyi istiqamətdə orta sürətlə hərəkətdə olan zaman ani olaraq onlarla bərabər, sağ tərəfdə hərəkət edən, hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil əyləcə bassa da əri Təqsirləndirilən şəxs həmin sürücünün yolu keçən piyadaya icazə verməsini görə bilmədiyi üçün yoluna davam etmiş və həmin vaxt qəfildən 25-30 yaşlarında bir qadın qaçaraq onlara məxsus olan avtomobilin qarşısına çıxdığından əri Təqsirləndirilən şəxs hadisənin qarşısını ala bilməyərək idarə etdiyi avtomobilin sağ ön tərəfi ilə həmin qadını vurmuşdur. Hadisə anında o, həyəcanlı vəziyyətdə qışqıraraq qadını vurduğunu bildirdiyindən həmin vaxt sanki şok vəziyyətində olan əri Təqsirləndirilən şəxs dərhal idarə etdiyi avtomobili saxlayıb nə baş verməsini dəqiqləşdirmək üçün avtomobildən enmişdir. Bundan sonra isə orada olan şəxslərin köməkliyi ilə xəsarət almış və huşunu itirmiş vəziyyətdə yerdə uzanmış həmin qadını özlərinə məxsus olan avtomobilə uzadıb təcili olaraq yaxınlıqda yerləşən xəstəxanaya çatdırmışlar. Xəstəxanada isə həmin piyadanın X14 olmasını bilmişlər. Hadisə günündən başlayaraq zərərçəkmiş şəxs xəstəxanadan yaşadığı evə təxliyyə olunanadək onun müaliəcisi ilə bağlı bütün xərclər əri Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hətta əri Təqsirləndirilən şəxs zərərçəkmişin xəstəxana xərclərini ödəmək məqsədilə özünə məxsus “Mercedes Benz E 280” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili əvvəlki sahibi Şükür adlı şəxsə satmışdır. Bundan başqa onun heç bir məlumatı yoxdur. Həmçinin, onun ərinin nəqliyyat vasitəsini idarə etmək hüqunun olmaması ilə bağlı heç nə bilmir, ümumiyyətlə avtomobillər, yaxud avtomobillərə aid sənədlər barədə anlayışı yoxdur. O, həmçinin qeyd etmişdir ki, zərərçəkmiş şəxsin xəstəxanadakı tibbi müalicəsi zaman alınan dərman vəsaitlərinin qaimələrini əri toplayaraq özündə saxlamışdır ki, gələcəkdə iddia tələbi olduğu təqdirdə aidiyyəti orqanlara təqdim edə bilsin. Verilmiş suallar əsasında o, əlavə olaraq bildirmişdir ki, hadisə anında o, sağ və sol zolaqlarda hərəkət edən nəqliyyat vasitələrinin öz hərəkətlərini dayandırmasını görmüşdür. Ehtimal edir ki, piyada sağ zolaqda dayanan avtobusların qarşısından onların yoluna çıxdığı üçün nəqliyyat vasitəsini idarə edən əri onu görə bilməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq Şahid2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət prosesi tərəflərinin mülahizələri dinlənildikdən sonra elan edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusu olmaqla mehriban münasibətləri yaranmışdır. 2009-cu ildə o, özünə məxsus olan “Mercedes E 280” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili 30 il müddətinə olmaqla mülki etibarnamə əsasında Təqsirləndirilən şəxs satmışdır. Həmin tarixdən onun qeyd edilən avtomobilə heç bir hüququ olmamışdır. 2019cu ilin fevral ayında isə Təqsirləndirilən şəxs deməsinə əsasən yol nəqliyyat hadisəsi törədərək bir nəfər qadını avtomobillə vurduğunu və qadının ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsini bilmişdir. 2019-cu ilin aprel ayında isə Təqsirləndirilən şəxs həmin qadının müalicəsi ilə əlaqədar pula ehtiyacı olduğunu bildirib avtomobili satmaq istədiyini qeyd etdiyindən aralarında həmin avtomobilin 8500 manat müqabilində alqı-satqısı barədə şifahi olaraq razılaşmışlar. O, həmçinin bildirmişdir ki, həmin avtomobili 2009-cu ildə mülki etibarnamə əsasında Təqsirləndirilən şəxs satdığından hadisə nəticəsində ona heç bir maddi ziyan vurulmamışdır. Təqsirləndirilən şəxs qeyd edilən avtomobili hadisədən sonra, yəni 2019-cu ilin aprel ayında ona satmışdır. Onun Təqsirləndirilən şəxsla bağlı heç bir tələb və iddiası yoxdur. Məhkəmə təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və eyni zamanda mülki iddiaçını, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CMnin 263-1.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 16 fevral 2019-cu il tarixli protokoldan, hadisə yerinin sxemindən və fotoşəkillərdən hadisənin ünvan 4 ünvanında baş verməsi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 16 fevral 2019-cu il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, baxış zamanı “Mercedes Benz E 280” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qanadında və ön şüşəsinin sağ hissəsində əzik və sınıq zədələrinin olması, digər hissələrinin isə saz vəziyyətdə olması aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 16 fevral 2019-cu il tarixli 2/1511 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından müəyyən edilir ki, hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqolun, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış şərxoşluq vəziyyəti aşkar olunmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və X19 rayon şöbəsinin 23 oktyabr 2019-cu il tarixli, 862 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, X9 almış olduğu açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, subaraxnoidal qansızma, hər iki gicgah paylarında epidural hematoma, pnevmosefaliya, sol gicgah sümüyünün kəllə əsasına uzanan az yerdəyişən, sağ gicgah və ənsə sümüklərinin xətti sınıqları, döş qəfəsinin küt travması, hər iki ağciyərlərin kontuziyası, iki tərəfli pnevmotoraks, sol Vİ, Vİİ, Vİİİ qabırğaların sınığı xəsarətləri küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 16.02.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmaya aiddirlər. İş üzrə təyin edilmiş sağlamlıq vəziyyətinin təyin edilməsinə dair məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X20 24 avqust 2020-ci il tarixli, T 224/2020 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, X9 almış olduğu baş beyinin ağır dərəcəli əzilməsi, subaraxnoidal qansızma, hər iki gicgah paylarında epidural hematoma, pnevmosefaliya, sol gicgah sümüyünün kəllə əsasına uzanan az yerdəyişən, sağ gicgah və ənsə sümüklərinin xətti sınıqları ilə müşayiət olunan açıq kəllə-beyin travması, hər iki ağciyərlərin kontuziyası, iki tərəfli pnevmotoraks, sol Vİ, Vİİ, Vİİİ qabırğaların sınığı ilə müşayiət olunan döş qəfəsinin küt travması xəsarətləri bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində yaranmış, qərarda göstərilən şəraitdə və müddətdə yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxsin hal-hazırki sağlamlıq durumu, yəni keçirilmiş ağır açıq kəllə-beyin travmasından sonra yaranmış fəsadlar nəticəsində hərəkətsiz, yataq rejimində olması onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. İş materiallarında olan 28 iyun 2012-ci il tarixdə verilmiş etibarlılıq müddəti 28 iyun 2022-ci il tarixədək olan AB seriyalı 747149 nömrəli sürücülük vəsiqəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs «C» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 08.11.2019-cu il tarixli, 016-104922-1219 nömrəli məktubundan müəyyən edilir ki, xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 28 iyun 2012-ci il tarixdə AB seriyalı 747149 nömrəli «C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin AB seriyalı 293569 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən müəyyən edilir ki, 07.01.2009-cu il tarixdə buraxılış ili 1997-ci il olan “Mercedes Benz E 280” minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə Şahid2 adına qeydə alınmışdır. İş materiallarında olan ƏN-İİ seriyalı 599228 nömrəli etibarnamədən müəyyən edilir ki, 07.01.2009-cu il tarixdə buraxılış ili 1997-ci il olan “Mercedes Benz E 280” minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi Şahid2 tərəfindən 07.01.2039-cu il tarixədək idarə etmək hüququ ilə Təqsirləndirilən şəxs etibar edilmişdir. İş materiallarında olan Şahid2 dindirilməsi haqqında protokoldan müəyyən edilir ki, 16 fevral 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz E 280” minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni sahibi Təqsirləndirilən şəxs olmuş, buna görə də yol nəqliyyat hadisəsi zamanı avtomobilin zədələnməsi ilə bağlı ona heç bir ziyan dəyməmişdir. “Mercedes Benz E 280” minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra, yəni 2019-cu ilin aprel ayında ona satılmışdır, hazırda o, avtomobilin qanuni sahibidir. İş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2019-cu il tarixli, 12035 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, “Mercedes Benz” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Mercedes Benz” markalı avtomobili müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uväunsuzlua olmuşdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müvafiq kateqoriya nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, yəni hərəkət üçün təhlükə yarandığı anda nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməməsi nəticəsində ehtiyatsızlıqdan piyada zərərçəkmiş şəxs X11 vurub onun sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Hazırki cinayət əməlini törətməsi Təqsirləndirilən şəxs özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1ci hissəsinin 1-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü: sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 05 noyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 noyabr 2019-cu il tarixdə o, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi Səbuhi Mehbalıyev tərəfindən verilmiş vəsatət əsasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroru təqdimatla Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 07 noyabr 2019-cu il tarixli, 4(004)- 924/2019 nömrəli qərarı ilə vəsatət təmin edilməyərək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad olunmuşdur. Bundan sonra Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi Səbuhi Mehbalıyevin eyni tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 24 oktyabr 2019-cu il və 08 iyun 2021-ci il tarixli tələbnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır kateqoriyalı cinayət əməlini törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərmək məqsədilə onu xəstəxanaya aparmasını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə dəymiş zərəin qismən ödənilməsini və onunla barışıq əldə etmək üçün cəhd göstərməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını və təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Həmin Məcəllənin 60.1-ci maddəsinə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Məcəllənin 59.1-ci maddəsinin 11-ci bəndinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza onun şəxsiyyətinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırki halda təyin edilən həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyasının imperativ olaraq göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza təyin olunmalı, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 noyabr 2019-cu il tarixdən 07 noyabr 2019-cu il tarixədək tutulduğu ümumilikdə 02 (iki) gün müddətin bir günü ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyasının imperativ olaraq göstərişinə əsasən, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin olunmalı, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E 280” minik markalı **- EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Şahid2 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 109 (bir yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasında mülki iddia ərizəsi verərək, ona dəymiş maddi zərərə görə 30.000 (otuz min) manat və 52.800 (əlli iki min səkkiz yüz) ABŞ dollar, mənəvi zərərə görə 100.000 (bir yüz min) manat və dövlət rüsumuna görə 30 manat pul vəsaitinin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs mülki iddia ərizəsini onunla əsaslandırmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış övladı X14 hadisə baş verdiyi gündən hazıradək həm Bakı şəhərində, həm də Rusiya Federasiyasının Moskva şəhərində bir neçə dəfə əməliyyat olunub müvafiq tibbi müalicələr qəbul etsə də, onun səhhəti düzəlməmiş, nəinki əvvəlki sağlamlıq vəziyyəti bərpa edilməmiş, hazırda səhhəti ağırlaşmağa doğru davam edir. Övladının ölkə daxilindəki müalicələrinin böyük qismi dövlət hesabına aparılsa da, onun Moskva şəhərində müalicə və əməliyyatları üçün öz vəsaiti hesabına ümumilikdə 30.000 manat pul xərcləmişdir. Bundan başqa, o və arvadı övladlarının müalicə və əməliyyatları üçün birgə 27.02.2020-ci il tarixdən 17.06.2020-ci il tarixədək Moskva şəhərində yaşamaq məcburiyyətində qalmışlar. Orada yaşamaq və gündəlik təlabatları üçün xeyli miqdarda pul vəsaiti xərcləmişlər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli, 14 nömrəli qərarı ilə təsdiq edilmiş 1 saylı Əlavəyə əsasən Rusiya Federasiyasının Moskva şəhərində ezamiyyə xərclərinin 1 günlük norması 240 (iki yüz qırx) ABŞ dolları təşkil edir. Belə olan halda Moskva şəhərində olduqları 110 gün ərzində 1 nəfər üçün ezamiyyə xərci (110 gün x 240$=26.400$) 26.400 (iyirmi altı min dörd yüz) ABŞ dollar təşkil edir. 2 nəfər üçün isə (arvadı və özü) bu məbləğ birlikdə 52.800$ (əlli iki min səkkiz yüz) ABŞ dollar təşkil edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında mülki iddia ərizəsini müdafiə edərək, Təqsirləndirilən şəxs ona dəymiş maddi zərərə görə, yəni müalicə xərclərinin əvəzi olaraq 30.000 (otuz min) manat və Moskva şəhərindəki ezamiyyə xərcləri üçün 52.800 (əlli iki min səkkiz yüz) ABŞ dollar, mənəvi zərərə görə 100.000 (bir yüz min) manat və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs mülki iddia ərizəsinə dəqiqləşdirmə apararaq Təqsirləndirilən şəxs tərəfindən övladının tibbi müalicəsi üçün hazıradək 8000 (səkkiz min) manat vəsait xərclənməsini nəzərə alaraq, mülki iddia tələbinin həmin məbləğdə olan hissəsindən imtina etdiyini bildirmiş və mülki iddia ərizəsinin qalan hissədə tam şəkildə təmin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X15 da məhkəmə iclasında mülki iddia ərizəsini müdafiə edərək, təmin edilməsini və təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddia ərizəsi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Belə ki, o, ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs X9 ölkə daxilində xəstəxanada müalicəsi zamanı əlindən gələn maddi köməkliyi göstərmiş, ilk bir ay ərzində o, 30.000 (otuz min) manat pul vəsaiti xərcləmiş və buna görə müəyyən şəxslərə borclanmışdır. Lakin onun hazırda bunu təsdiq edən sübutu yoxdur, yalnız müəyyən xərclərini əlyazma şəklində kağız vərəqələrdə qeyd etmiş, eləcə də aldığı dərman vəsaitlərinin aptekdən verilmiş qaimələrini toplayaraq saxlamışdır. Təqsirləndirilən şəxs həmin qaimələri və əlyazma kağız vərəqələrini məhkəməyə təqdim edərək, nəzərə alınmasını və ümumilikdə maddi imkanı olmadığından verilmiş mülki iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1, 354.1.1 və 354.1.3-cü maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsini və ya baxılmamış saxlanılmasını əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Beləliklə tərəfləri dinləyib, qeyd olunan normaları rəhbər tutaraq və təqdim edilmiş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən verilmiş mülki iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəməyə mülki iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edildi ki: 1) 09.04.2020-ci il tarixli arayışdan görünür ki, X14 “Trisestrı” klinikasında 20.03.2020-ci ildən 09.04.2020-ci ilə qədər bərpaedici müalicə kursu keçmiş və reabilitasiya kursunun qiyməti 430.000 (dörd yüz otuz min) rubl təşkil etmişdir. 2) Pullu tibbi xidmət göstərilməsinə dair smetadan görünür ki, X12 Rusiya Federasiyası "xxxx" X17 Müəssisəsi tərəfindən göstərilən tibbi xidmətin dəyəri cəmi 390.500 (üç yüz doxsan min beş yüz) rubl təşkil etmişdir. 3) Ödənişli tibbi xidmətlərin göstərilməsi üzrə smetadan görünür ki, X12 Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “N.N.Burdenko adına milli tibbi neyrocərrahiyyə tədqiqatı mərkəzi” federal dövlət muxtar müəssisəsi tərəfindən göstərilən tibbi xidmətin dəyəri cəmi 17.450 (on yeddi min dörd yüz əlli) rubl təşkil etmişdir. 4)"xxxx" MMC tərəfindən verilmiş 12.04.2020-ci il tarixli kassa çekindən müəyyən edilir ki, göstərilən tibbi xidmətin dəyəri 5200 (beş min iki yüz) rubl təşkil etmişdir. 5) "xxxx" MMC tərəfindən verilmiş 20.04.2020-ci il tarixli kassa çekindən müəyyən edilir ki, göstərilən tibbi xidmətin dəyəri 5200 (beş min iki yüz) rubl təşkil etmişdir. 6) "xxxx" MMC tərəfindən verilmiş 25.05.2020-ci il tarixli, 00001 nömrəli kassa çekindən müəyyən edilir ki, göstərilən tibbi xidmətin dəyəri 5200 ( beş min iki yüz) rubl təşkil etmişdir. 7) "xxxx" MMC tərəfindən verilmiş 25.05.2020-ci il tarixli, 7067 nömrəli kassa çekindən müəyyən edilir ki, göstərilən tibbi xidmətin dəyəri 1813.50 ( bir min səkkiz yüz on üç rubl, əlli kopeyka) rubl təşkil etmişdir. 8) Azərbaycan Respublikasında “Medistyle” Hospital tərəfindən verilmiş qaimədən müəyyən edilir ki, 28.07.2020-ci il tarixdə həmin X1 göstərilmiş nevropatoloqun müayinəsi xidmətinə görə 40 (qırx) manat ödəniş edilmişdir. 9)“Medistyle” Hospital tərəfindən verilmiş qaimədən müəyyən edilir ki, 08.10.2020ci il tarixdə həmin X1 göstərilmiş nevropatoloqun müayinəsi xidmətinə görə 50 (əlli) manat ödəniş edilmişdir. 10) “Medistyle” Hospital tərəfindən verilmiş qaimədən müəyyən edilir ki, 11.02.2021-ci il tarixdə həmin X1 göstərilmiş nevropatoloqun müayinəsi xidmətinə görə 50 (əlli) manat ödəniş edilmişdir. Beləliklə məhkəmə qeyd edilən sənədləri sübut kimi qəbul edərək müəyyən etmişdir ki, X9 Moskva şəhərində tibbi müalicəsi üçün (430.000 + 390.500 + 17.450 + 5200x3 + 1813,50 = 855.363,50) cəmi 855.363,50 (səkkiz yüz əlli beş üç yüz altmış üç rubl əlli kopeyka) Rubl və Azərbaycan Respublikası ərazisində tibbi müyinələr üçün cəmi 140 (bir yüz qırx) manat (40+50+50=140) pul vəsaiti xərclənmişdir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq qaimələrdən müəyyən edilir ki, müvafiq dərman vasitələri üçün cəmi 6084,60 (altı min səksən dörd manat altmış qəpik) manat pul vəsaiti ödənilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin tibbi xərclərinə dair iki ədəd sadə yazılı formada əlyazma vərəqləri təqdim etmişdir. Həmin vərəqələr məhkəmə tərəfindən tədqiq edildikdə 1322 manat və 956 manat xərclərə dair qeydlər aparılması aşkar edilmişdir. Lakin məhkəmə qeyd edir ki, vərəqələrdəki qeydlər mötəbər məlumatlara əsaslanmadığından həmin vərəqələr məhkəmə tərəfindən sübut olaraq qəbul edilə bilməz. Məhkəmə mülki iddiaçının tibbi xərcləri manatla tələb etməsi nəzərə alınıb hesab edir ki, hazıradək çəkilmiş 855.363,50 (səkkiz yüz əlli beş üç yüz altmış üç rubl əlli kopeyka) Rubl hökmün çıxarıldığı 30.08.2021-ci il tarixə Mərkəzi Bankın rublun manata olan məzənnə ilə 19.758,89 (on doqquz min yeddi yüz əlli səkkiz manat səksən doqquz qəpik) manat təşkil edir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs X9 tibbi müalicəsi üçün həm Rusiya Federasiyasında, həm ölkə daxilində xərcləri cəmi 19.898,89 (on doqquz min səkkiz yüz doxsan səkkiz manat səksən doqquz qəpik) manat (19.758,89+140=19.898,89) təşkil etmişdir. Məhkəmə baxışı zamanı mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qeyd olunan xərclərini əvəzləşdirərək 8000 manat həcmində mülki iddia tələbindən imtina etmişdir. Beləliklə məhkəmə mülki iddia tələbinin tibbi xərclərlə bağlı 30000 manata dair hissəsində belə nəticəyə gəlir ki, mülki iddiaçının 8000 manat məbləğdə iddia tələbindən imtinası qəbul edilməli və hazıradək çəkilmiş 19.898,89 manat məbləğdən çıxılmalı və qalıq qalan 11.898,89 (on bir min səkkiz yüz doxsan səkkiz manat səksən doqquz qəpik) manat pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, cinayət əməlinin törədilməsi nəticəsində zərərçəkmiş şəxs ağır dərəcəli bədən xəsarəti almaqla yüksək dərəcəli mənəvi sarsıntı və iztirab keçirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan cinayət əməli nəticəsində zərərçəkmiş şəxsin çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Odur ki, məhkəmə işin hallarını və ağlabatanlıq meyarını nəzərə alıb hesab edir ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs mənəvi zərərə görə 100.000 (bir yüz min) manat tələbi işin hazırkı hallarına görə mütənasib olmadığından həmin hissədə mülki iddia ərizəsi qismən təmin edilməli və mənəvi zərərə görə 5000 (beş min) manat pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş qəbzdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, mülki iddia tələbi dövlət rüsumunun ödənilməsi hissəsində tam təmin edilməlidir. Məhkəmə mülki iddia tələbinin ezamiyyə xərclərinə görə 52.800 (əlli iki min səkkiz yüz) ABŞ dollar hissədə belə nəticəyə gəlir ki, iddia tələbini sübutetmə yükü daşıyan mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə sübut olaraq ümumvətəndaş pasportunu təqdim etməsinə baxmayaraq, səhayət bileti, Moskva şəhərində yaşayış yerinə dair xərclər, o cümlədən hər iki valideyinin Moskva şəhərinə getməsinin zəruriliyi, eləcə də həmin müalicənin ölkədaxilində qəbul edilməsinin qeyri-mümkünlüyünə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia tələbi bu hissədə baxılmamış saxlanılmalıdır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməli, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Zərərçəkmiş şəxs vurulmuş maddi zərərə görə 11.898,89 (on bir min səkkiz yüz doxsan səkkiz manat səksən doqquz qəpik) manat, mənəvi zərərə 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat olmaqla, cəmi 16.928,89 (on altı min doqquz yüz iyirmi səkkiz manat səksən doqquz qəpik) manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Mülki iddia tələbi ezamiyyə xərcləri, yəni 52.800 (əlli iki min səkkiz yüz) ABŞ dollar pul vəsaitinin ödənilməsinə dair hissədə Azərbaycan Respubliksı CPM-nin 354.1.3-cü maddəsinin tələbinə uyğun olaraq baxılmamış saxlanılmalıdır. Mülki iddia tələbi qalan hissələrində əsassız olduğundan rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 183-186, 197- 198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 noyabr 2019-cu il tarixdən 07 noyabr 2019-cu il tarixədək tutulduğu ümumilikdə 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzaya hesablansın və üzərində qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E 280” minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni sahibi Şahid2 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci olan 109 (bir yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 11.898,89 (on bir min səkkiz yüz doxsan səkkiz manat səksən doqquz qəpik) manat, mənəvi zərərə 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat olmaqla, cəmi 16.928,89 (on altı min doqquz yüz iyirmi səkkiz manat səksən doqquz qəpik) manat pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Mülki iddia tələbi ezamiyyə xərcləri, yəni 52.800 (əlli iki min səkkiz yüz) ABŞ dollar pul vəsaitinin ödənilməsinə dair hissədə baxılmamış saxlanılsın. Mülki iddia qalan hissədə rədd edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Mərkəz Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar