Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-257/2022 31.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxsin hüquqi varisi: X8 Təqsirləndirilən şəxs: xx xxxx 1967-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respubilkası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu Safraşa kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İ.Xəlil küçəsi, bina 4, mənzil 202də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə saat 07:20-də “BC” kateqoriyalı, AC 098117 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Şahid2 məxsus “OPEL ASTRA” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu. Mətbuat prospekti ilə “Qələbə dairəsi” istiqamətində 50-55 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməklə, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət elməyib yol hərəkəti qaydalarını pozaraq, hərəkətdə olduğu istiqamətdə Bakı şəhəri, Yasamal rayonu. Mətbuat prospekti 30 ünvanında yerləşən binanın qarşısındakı yolu soldan sağa doğru keçən piyada X3 idarə etdiyi avtomobilin sağ ön qanadı ilə ehtiyyatsızlıqdan vurub ona sol iç bayır topuqların, qamış sümüyünün arxa kənarının qapalı, qəlpəli yerdəyişmiş sınığı, sağ dizin ön bayır səthinin əzilib çırılmış yarası, burun sümüklərinin qəlpəli yerdəyişmiş sınığı kimi, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan zərərçəkmiş Nərgiz Qadaşovanın sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, sonuncunun həmin yol nəqliyyat hadisəsi zamanı almış olduğu sol aşağı ətraf sümkülərinin qəlpəli yerdəyişən sınıqlarından yaranan sol ağciyər arteriyasının tromboemboliyası nəticəsində inkşaf edən kəskin tənəffüs çatışmazlığı xəsarətlərindən 04.02.2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1- ci Yasamal 250A ünvanında yerləşən evdə ölmünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 1991 -ci il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir. “Opel Astra” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun qardaşı Şahid2 məxsus olsa da, sonuncu, işləyib ailəsini dolandırmaq məqsədilə həmin avtomobili sürmək üçün etibarnamə ilə onun istifadəsinə vermişdir. O, 10.01.2022-ci il tarixdə saat 07:20 radələrində etibarnamə əsasında idarə eldiyi “Opel Aslra” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu “Keşlə Bazarı” adlanan əraziyə getmək üçün Bakı şəhəri, Yasamal rayonu, “Mətbuat” prospekti ilə “Qələbə dairəsi” istiqamətində saatda 50-55 kilometr sürətlə ortadakı zolaqla hərkəldə olan zaman həmin prospektdə 30 ünvanında yerləşən binanın qarşısında təxminən 15-20 metr məsafədən bir nəfər əynində cins şalvar və açıq boz rəngli gödəkçə olan qadının hərkətdə olduğu istiqamətdə yolu “Azər Nəşriyyat” tərəfdən yəni soldan sağa doğru keçdiyini görmüşdür. O, həmin qadının yolayrıcı zolağın üzərindən hərkəldə olduğu istiqamətdə yolun hərkət hissəsinə daxil olaraq iti yerişlə irəliləyib onun hərkət zolağına daxil olmasını görən kimi dərhal əyləci basmasına baxmayaraq idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə həmin qadını vurmuş və sonuncu zərbənin təsirindən havaya qalxıb avtomobilinin sağ tərəfindən ön qanadının və ön ekran şüşəsinin üzərinə düşüb oradan da yomalanaraq yerə düşmüşdür. O, dərhal idarə eldiyi avtomobili saxlayaraq həmin qadına yaxınlaşmışdır ki sonuncuya kömək etsin. O, qadını yerdə görüb sözügedən şəxsə yaxınlaşıb özünə tərəf çevirən zaman görmüşdür ki, qadın nəfəs alır. Bu zaman dərhal X18 Xidmətinə zəng edərək hadisə yerinə həkim birqadasını çağırmışdır. Bundan sonra həmin qadın orada ona X5 olduğunu bildirmişdir. O, həmin qadına onu maşınla vuran şəxsin özü olduğunu bildirmiş, avtomobiliylə qadını xəstəxanaya aparmaq istədikdə hadisə yerinə gəlmiş polis əməkdaşları qadının zədələnə biləcəyini bildirib T1 YX-nin gəlməsini gözləməyini bildirmişdirlər. Bu zaman hadisə yerindən təsadüfən keçən TTYX-nin avtomobili saxlanılmış və maşınla vurduğu Nərgiz Qadaşovanı 1 saylı X16 aparmışdır. Orada o. Nərgiz Qadaşovaya lazımi tibbi xidmətlərin göstərilməsi üçün maddi və mənəvi olaraq əlindən gələnin hamısını elmişdir. Həkimlər ona N.Qadaşovanın həyati təhlükəsi olmadığım bildirmişdirlər. N.Qadaşova 16.01.2022-ci il tarixə kimi 1 saylı X17 xəstəxanasında müalicə aldıqdan sonra evə buraxılmışdır. Buna baxmayaraq o, zərərçəkmişin evində də müalicəsini davam etdirməsi üçün ailə üzvlərinə maddi köməklik göstərmişdir. 04.02.2022-ci il tarixdə Nərgiz Qadaşovanın əri Altay ona zəng edərək arvadı Nərgizin öldüyünü bildirmişdir. O da dərhal ağsaqqallarını da götürüb oraya gedərək yas mərasimində iştirak etmiş, əlindən gələn maddi və mənəvi köməkliyi göstərməyə çalışmışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə ondan başqa keç kim olmamış, həmin vaxt hər hansı bir bədən xəsarəti almamışdır. O həmçinin bildirmişdir ki, avtomobillə vurduğu şəxsi əvvəlcədən tanımamış, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Hadisədən sonra həmin qadına kömək edən zaman özü ona adının X5 olduğunu bildirmişdir. O əlavə olaraq qeyd etmişdir ki, hadisə zamanı idarə etdiyi avtomobil də tam saz vəziyyətdə olmuşdur. Hadisə yerində yol örtüyünün düz, quru asfalt olduğunu, hadisə vaxtı yağışsız açıq hava olduğundan yol şəraitini aydın müşahidə edə bildiyini də bildirmişdir. Onun hərəkəti üçün təhlükənin hadisə zamanı Nərgiz Qadaşovanı hərəkətdə olduğu istiqamətdə ikinci zolaqla hərəkət edən zaman yol ayrıcı beton zolaqdan yolun hərəkət hisəsinə daxil olaraq iti yerişlə təxminən 5.5- 6 metr irəliləyərək onun hərəkət etdiyi zolaqda qarşısına çıxması və onun zərərçəkmiş şəxsə çatmasına təxminən 5-6 metr məsafə qalmış həmin piyadanı gördüyü an yaranmışdır. Hadisə vaxtı onun diqqətini yol şəraitindən heç nə yayındırmamışdır. O həmçinin ifadəsində göstərmişdir ki, hadisə vaxtı orada kimlərin olduğunu yadına sala bilməsə də, hadisə yerinə sornadan polis əməkdaşlarının gəldiyini xatırlayır. Hadisə vaxtı idarə etdiyi avtomobildə heç bir yük olmamış, özü isə ayıq vəziyyətdə olmuşdur. Onun 10.12.2019-cu il tarixdə verilmiş və 10.12.2029-cu ilə kimi etibarlı olan “BC” kateqoriyalı, AC 098117 seriyalı sürücülük vəsiqəsi vardır. Ailəli olmasını, himayəsində uşaqlarının olmasını, zərərçəkənin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş tərəfin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş 16.10.1970-ci il təvəllüdlü X5 onun həyat yoldaşıdır. O, Nərgiz Qadaşova ilə 1998-ci il tarixdə ailə həyatı qurmuş və birgə nikahlarından 1999-cu il tarixdə oğulları Şahid1 dünyaya gəlmişdir. Onların hər üçü ünvan 3 ünvanında yaşamışdır. X12 xadimə işləyirmiş. 10 yanvar 2022-ci il tarixdə səhər tezdən Nərgiz işə getmişdir. Belə ki, saat 07:10 radələrində Nərgizlə əlaqə saxladığı zaman avtobusda olduğunu və işə getdiyini demişdir. Bundan təxminən yarım saat sonra yəni 07:40 radələrində 1 saylı X4 əlaqə saxlayıb yolu keçərkən arvadı Nərgizi avtomobil vurduğunu və hazırda xəstəxananın reanimasiya şöbəsində olduğunu deyib xəstəxanaya yaxınlaşmasını bildirmişdirlər. O, da dərhal xəstəxanaya gəlmişdir. Arvadı Nərgizi vuran, adının sonradan İsgəndər olduğunu öyrəndiyi avtomobilin sürücüsü də xəstəxanada olmuşdur. İsgəndər ona yaxınlaşaraq “Azərbaycan Dövlət Nəşriyyatf’nın inzibati binası ilə üzbəüz avtomobil yolunda öz avtomobili ilə hərəkətdə olarkən həmin vaxt yolu keçən yoldaşını ehtiyatsızlıqdan vurduğunu, daha sonra təcili yardımla əlaqə saxlayıb xəstəxanaya gətirdiyini bildirmişdir. İsgəndər xəstəxanada onların yanında qalaraq arvadının müalicəsi ilə bağlı onlara dəstək olmuşdur. 13 yanvar 2022-ci il tarixdə arvadı həmin xəstəxanada əməliyyat olunmuşdur. 15 yanvar 2022-ci il tarixdə isə sözügedən şəxs ambulator müalicə üçün evə yazılmış və Nərgizin müalicəsi evdə davam etmişdir. Həmin yol nəqliyyat hadisəsi nəticəsində Nərgizin burun, sol topuq nahiyəsində sınıqlar, sağ diz nahiyəsində isə əzilmiş yaralar yaranmışdır. 04 fevral 2022-ci il tarixdə saat 09:20 radələrində yuxudan oyandığı zaman arvadının hələ də yatdığını zənn etmişdir. Oyanıb çay qoyduqdan sonra həyat yoldaşını oyatmağa çalışsa da, Nərgizin ona cavab vermədiyini, hərəkətsiz olduğunu görüb X18la və qohumlarıyla əlaqə saxlamışdır. Qısa müddət ərzində gəlmiş təcili yardım briqadasının həkimi arvadını müayinə edərək vəfat etdiyini bildirmiş və bu barədə aidiyyəti polis orqanına məlumat vermişdir. Bundan dərhal sonra polis və prokurorluq orqanı əməkdaşları onların evinə gəlmişdirlər. Hadisə barədə onu şifahi şəkildə sorğu-suala tutduqları zaman arvadının 10 yanvar 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müxtəlif bədən xəsarətləri aldığını, üzərində olan sarğıların da məhz həmin xəsarətlərlə əlaqədar olduğunu və faktla bağlı Yasamal RPİ-nin Təhqiqat şöbəsində araşdırma aparıldığını izah etmişdir. Bundan sonra arvadının meyiti daxili müayinə edilməsindən ötrü hüquq mühafizə orqanı əməkdaşlarının iştirakı ilə morqa təhvil verilmişdir. Orada ekspertlər arvadının meyitini müayinə etdikdən sonra meyiti ona təhvil vermişdirlər. Baş vermiş hadisəni də təsadüfi yol-nəqliyyat hadisəsi hesab edir. O, həmçinin bildirmişdir ki, qeyd olunan yol nəqliyat hadisəsini törədərək ehtiyatsızlıqdan arvadı Nərgiz Qadaşovanın ölümünə səbəb olmuş “Opel” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuyla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. O, Təqsirləndirilən şəxs arvadı Nərgizi idarə etdiyi avtomobillə vurduqdan sonra sonuncunu hadisə yerində qoyub qaçmadığı və arvadı Nərgizin xəstəxanada və evdə aldığı müalicədə onlara maddi və mənəvi köməklik göstərdiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən hadisə ilə bağlı onlara dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur, təqsirləndirilən şəxsin cəzalanmasını istəmir. Məhkəmə istintaqı zamanı ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. “Opel Astra" markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olsa da, o, həmin avtomobili işləyib ailəsini dolandırması məqsədi ilə sürmək üçün etibarnamə əsasında qardaşı Təqsirləndirilən şəxs vermişdir. 10.01.2022-ci il tarixdə saat 07:50 radələrində qardaşı İsgəndər ona zəng edərək verdiyi avtomobil ilə Nərimanov rayonu “Kəşlə Bazarı” adlanan əraziyə getmək üçün Bakı şəhəri, Yasamal rayonu, “Mətbuat” prospekti ilə “Qələbə dairəsi” istiqamətində hərkətdə olan zaman “Azər Nəşriyyat”-ın inzibati binasının qarşısında yolu keçən bir nəfər qadın piyadanı vurub yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. O, İsgəndərdən hazırda harada olduğunu soruşduqda İsgəndər ona demişdir ki. vurduğu qadını aparan X18 xidmətinin avtomobilinin ardınca xəstəxanaya gedir. O, dərhal yaşadığı ünvandan Bakı şəhərinə yola düşmüşdür. Həmin gün haradasa saat 12 radələrində o. Bakı şəhəri, Nəsimi rayonunun ərzisində yerləşən X16 çatdmışır. O xəstəxanaya çatanda görmüşdür ki, artıq qardaşı İsgəndər avtomobili ilə vurduğu qadını xəstəxanaya yerləşdirərək sonuncunun bütün müayinə və müalicə xərclərini çəkərək həmin şəxsi müalicə etdirib. Bundan sonra o və qardaşı İsgəndər xəstəxanada həmin qadının qohumları ilə danışıb sonuncunun müalicə xərclərini boyunlarına götürərək qadının ailəsiylə barışıq əldə etmişdir. Orada həkimlər İsgəndərin idarə etdiyi avtomobil ilə vurduğu X3 bir neçə gün xəstəxanda saxlayaraq müalicə etdikdən sonra N.Qadaşovanın həyati təhlükəsi olmadığını bildirmişdirlər. N.Qadaşova 16.01.2022-ci il tarixə kimi 1 saylı X17 xəstəxanasında müalicə aldıqdan sonra evə buraxılmışdır. Buna baxmayaraq onlar həmin qadının evində də müalicəsini davam etdirməsi üçün ailə üzvlərinə maddi köməklik göstərmişdir. 04.02.2022ci il tarixdə o, rayonda olan zaman qardaşı İsgəndər ona zəng edərək Nərgiz Qadaşovanın yaşadığı evdə rəhmətə getdiyini bildirmişdir. O da dərhal yenidən Bakı şəhərinə gəlmiş, ağsaqqallarını da götürüb oraya gedərək yas mərasimində iştirak edərək əllərindən gələn maddi və mənəvi köməkliyi göstərməyə çalışmışdırlar. Dəqiq tarix xatırlamasa da, 2022-ci ilin fevral ayının ortalarında onlar Nərgiz Qadaşovanın ailəsi ilə görüşüb yas mərasimlərinin xərcini ödəyə bilmələri üçün əri Altay Qadaşovaya 3000 (üç min) manat pul vermişdirlər. Altay da qardaşından heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Hadisə zamanı ona məxsus “Opel Astra” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 250-300 manat maddi ziyan dəysə də, onun bununla bağlı heç bir şikayəti və tələbi olmamışdır. Təqsirləndirilən şəxs onun qardaşı olduğu üçün avtomobilə dəymiş ziyanla bağlı qardaşı İsgəndərdən hər hansı bir şikayəti və ya maddi tələbi yoxdur. O həmçinin bildirmişdir ki, Nərgiz Qadaşovanı əvvəlcədən tanımamış, sonuncuyla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Hadisədən sonra həmin qadına kömək üçün qardaşının çağırışı ilə xəstəxanaya gələn zaman orada həmin şəxsin X5 olduğunu bilmişdir. Ona məxsus “Opel Astra” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 ifadələrində Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 31 yanvar 2022-ci il tarixli, 29 saylı rəyindən görünür ki, vətəndaş X1 adma tərtib edilmiş tibbi sənəddə qeyd olunan xəsarətlər - sol iç-bayır topuqların, qamışın arxa kənarının qapalı, qəlpəli, burun sümüklərinin qəlpəli yerinidəyişmiş sınıqları, sağ dizin ön bayır səthində əzilib-cırılmış yarası, alın və sağ təpə nahiyəsinin hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddəidə və şəraitdə, yəni 10.01.2022-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli 14 saylı rəyindən görünür ki, X2 adına tərtib olunmuş 29 №li 31.01.2022-ci il tarixli məhkəmə tibbiekspert rəyindən görünür ki, o, 10.01.2022- ci ildə KTM-ə daxil olmuşdur. Orada kliniki və rentgenoloji müayinələrdən keçirilmiş, deməsinə görə yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Həmin xəstəxanada aldığı xəsarətlərlə əlaqədar 13.01.2022-ci ildə sol bayır və iç topuq sümüklərinin metalloosintezi əməliyyatı aparılmışdır və 15.01.2022-ci iidə öz istəyi ilə ambulator müalicə üçün evə yazılmışdır. Son klinik diaqnoz: Sol iç- bayır topuqların, qamış sümüyünün arxa kənarının qapalı, qəlpəli yerdəyişmiş sınığı, sağ dizin ön bayır səthinin əzilib-cırılmış yarası, burun sümüklərinin qəlpəli yerdəyişmiş sınığı. X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı sağ diz oynağı nahiyəsində və sol aşıq baldır oynağının nahiyəsində yerləşmiş cərrahi əməliyyatın izləri-çapıqlar və sol aşıq-baldır oynağının şişkinli ödemi aşkar edilmişdir. Meyitin daxili müayinəsində sol ağciyər arteriyasını mənfəzini qapayan tromb kütləsi aşkar edilmişdir. X2 almış oldğu - sol hər iki topuğun və sol qamış sümüyünün qəlpəli sınıqları nahiyəsində qan damarlarının zədələnməsi nəticəsində həmin nahiyədə qan tromblarının əmələ gəlməsi baş vermişdir və həmin tromb damar mənfəzi ilə hərəkət edərək sol ağciyər arteriyasını qapamışdır. Bu da nəticə etibarı ilə tənəffüs çatışmazlığına səbəb olmuşdur. X2 ölümünə səbəb 10.01.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlər - sol hər iki topuqların, qamış sümüyünün, burun sümüklərinin qəlpəli sınıqları nəticəsində yaranmış trombun ağciyərin arteriyasını qapaması nəticəsində baş vermiş tənəffüs çatışmazlığı olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 4-6 saat əvvəl baş vermişdir. X2 10.01.2022-ci il tarixdə yol- nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlər küt əşya (alət) təsirindən törənmişlər və onun ölümü ilə bilavasitə səbəbli əlaqəsi olduğu üçün canlı şəxslərdə AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş üzrə təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının 17 mart 2022-ci il tarixli, T93/2022 nömrəli rəyindən görünür ki, 1-3. Mərhum N.A.Qadaşovada sol iç-bayır topuqların, qamış sümüyünün arxa kənarının qapalı, qəlpəli yerdəyişmiş sınığı, sağ dizin ön bayır səthinin əzilib-cırılmış yarası, burun sümüklərinin qəlpəli yerdəyişmiş sınığı olmuşdur. Meyitin müayinəsində sol ağciyər arteriyasının trombo-emboliyası, tənəffüs çatışmazlığı, sol hər iki topuğun və sol qamış sümüyünün qəlpəli sınığından sonrakı vəziyyət müəyyən olunmuşdur. Qeyd edilən xəsarətlər bərk kül əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərildiyi kimi hərəkətdə olan avtomobillə piyadanın vurulması zamanı yarana bilərdilər, yetirilmə müddəti 10.01.2022-ci il tarixə uyğun gəlir, canlı şəxslərdə həyal üçün təhlükəli olan patoloji vəziyyət tromboemboliya ilə nəticələnən ağır zərərvurmaya aiddir. Mərhum N.A.Qadaşovanın ölümünə səbəb qeyd edilən sol aşağı ətraf sümüklərinin qəlpəli yerdəyişən sınıqlarından yaranan sol ağciyər arteriyasının trombocmboliyası nəticəsində inkişaf edən kəskin tənəffüs çatışmazlığı olmuşdur. Belə ki. avloqəzada aldığı xəsarətlər nəticəsində sol aşağı ətraf damararmın zədələnməsi zamanı yaranmış tromblar qanla hərəkət edərək sol ağciyər arteriyasının mənfəzini bağlamış, bu da kəskin tənəffüs çatışmazlığına səbəb olmuşdur. Qeyd edilən hal uzun borulu skelet sümüklərinin yerdəyişən qəlpəli sınıqları zamanı müşahidə edilən ən təhlükəli ağırlaşmadır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 mart 2022-ci il tarixli 9/980 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib dilmiş 08.02.2022-ci il tarixli qüsur aktına əsasən 1996-cı il buraxılışlı, mühərrikin iş həcmi 1600 sm3, “Opel Astra” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 150,00 manat müəyyən edlir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 100,00 manat; təmir-bərpa işlərinin qiyməti - 50,00 manat. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28 mart 2022-ci il tarixli 8/594 nömrəli ekspert rəyindən görünür ki, “Opel Astra” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısım almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi də cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. İş üzrə müəyyən edilir ki, cinayətin törədilməsindən bilavasitə sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi, onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün onu tibb müəssisəsinə aparmışdır. Həmçinin zərərçəkmiş şəxs tibb müəssisəsindən evə yazılmış, bundan bir müddət sonra da müalicə almışdır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərə dəyən ziyan ödənilib, zərərçəkən tərəfin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, tərəflər barışmışlar. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, ailəli olmasını, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə köməklik göstərməsi, tibb müəssisəsinə aparılması, müalicə alması, tibb müəssisəsindən müalicə alıb evə yazılmasını və evdə müaliciəsini davam etdirilməsini, zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması tədbirlər görməsini, hadisədən bilavasitə sonra dəymiş ziyanla bağlı zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində 25.04.2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış “OPEL ASTRA” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Yol-nəqliyyat hadisəsini qeydə alan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 30 ünvanında quraşdırılmış DİN-in “Təhlükəsiz Şəhər Xidmətinin” TŞ2-032 nömrəli müşahidə qurğusunun 3-cü kamerasının qeydə aldığı içərisində baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntüləri olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 135 (yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “OPEL ASTRA” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınsın. Yol-nəqliyyat hadisəsini qeydə alan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 30 ünvanında quraşdırılmış DİN-in “Təhlükəsiz Şəhər Xidmətinin” TŞ2-032 nömrəli müşahidə qurğusunun 3-cü kamerasının qeydə aldığı içərisində baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntüləri olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-257/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-257/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver