Məhkəmə qərarları › İş №1(004)-257/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-257/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-257/2023 04.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1968-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kağız bükümdə təmiz çəkisi 1,859 qram tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 25 manata əldə edib üzərində saxlayaraq daşımış, 18 oktyabr 2022-ci il tarixdə saat 13:20-də Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqlardan birində onun üzərinə şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sarı rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 1,859 qram tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə isintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,854 qram qəhvəyi rəngdə maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 20 manata əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 12:50 radələrində Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqlardan birində onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,854 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, evlidir və himayəsində iki azyaşlı uşağı var. Əqli və psixi cəhətdən sağlamdır və hər hansı bir xəstəxanada psixiatrik uçotda deyil. Əvvəllər cinayət törətmədiyinə görə məhkumluğu olmayıb. Təxminən 1 ilə yaxındır ki, narkotik vasitə olan heroindən çəkmək üsulu ilə istifadə edir. 18 oktyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan yerdə olan zaman üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi, orta boylu, orta bədən quruluşlu, üzü tüklü, təxminən 30-35 yaşlı kişi cinsli şəxsdən şəxsi istifadəsi üçün 25 manat pul müqabilində bir ədəd sarı rəngli kağıza bükülmüş bükümdə “kola”, “kakos” kimi tanınan narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitə olan heroini axşam saatlarında şəxsi istifadəsi üçün əynindəki tünd göy rəngli şalvarın sağ yan cibinə qoyub üzərində saxlayaraq gəzdirmişdir. Yaxınlıqdakı çay evlərinin birində əyləşib çay içdikdən sonra yaşadığı evə getmiş və həmin günü saat 12:00 radələrində evdən küçəyə çıxıb gəzişməyə başlamışdır. Həmin günü, yəni 18 oktyabr 2022-ci il tarixdə saat 13:20 radələrində yaşadığı ünvan 3 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları narkotik vasitələr və psixotrop maddələr qəbul etdiyindən şübhə etdiklərini bildirib onu Polis Şöbəsinə onlarla birlikdə gəlməyə dəvət etmişlər. Polis əməkdaşlarını görüb özünü itirmiş, hər hansısa bir başqa hərəkət etməyə imkan tapmamış və onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Şöbədə istəyi ilə oraya dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və ya psixotrop maddə nə varsa təqdim etməyi təklif olunmuşdur. Şəxsi istifadəsi üçün əldə edib, saxlayıb və üzərində daşıdığı sarı rəngli kağıza bükülmüş bir bükümdə narkotik vasitə heroini əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Sonra həmin bir bükümdə olan heroin, orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə içi boş zərfə qoyulub möhürlənmiş və zərfin üzərində müvafiq qeydlər aparılmaqla qablaşdırılmışdır. O, bildirmişdir ki, üzərindən aşkar olunmuş “kola”, “kakos” kimi tanınan narkotik vasitə olan heroini hər hansısa bir şəxsə satmaq və ya vermək niyyəti olmamışdır. Üzərindən aşkar edilmiş “kola”, “kakos” kimi tanınan narkotik vasitə olan heroindən əlavə bu və ya buna bənzər qanunla əldə edilməsi və saxlanılması qadağan olunan əşya və ya predmetlərdən digər hər hansısa bir yerdə saxlamamış, həmçinin başqa hər hansısa bir yerə yerləşdirməmiş və başqa hər hansısa bir yerdə bənzər əşya və predmetlərdən gizlətməmişdir. Narkotik vasitə qəbul etməsindən yaxınları və ya ətrafında olan şəxslərdən məlumatı olan hər hansısa bir şəxs və ya şəxslər yoxdur. Polis əməkdaşları onu saxlayan. Polis Şöbəsinə gətirən və orada olan zamanlarda ona qarşı hər hansısa bir fiziki və ya psixoloji güc və ya vasitə tətbiq etməmişlər. Hər hansısa bir xəsarət almamışdır. Buna görə həkim müayinəsindən, həmçinin tibbi ekspertizadan keçmək istəmir. Ümumilikdə bütün olanlarla bağlı hər hansısa bir şikayəti, tələbi və təklifi yoxdur. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində Yasamal rayonu. "Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində narkotik vasitə olan bir bükümdə heroin almış, həmin vasitəni əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq istifadə etmək üçün saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 12:45 radələrində Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 77 ünvanın qarşısında küçədə olan zaman polis işçiləri ona yaxınlaşaraq, özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onu Yasamal RPİnin 29-cu PŞ-nə dəvət etmişlər. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir, İştirakçıların iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş narkotik vasitəni çıxardaraq masanın üzərinə qoymuş və həmin maddə çəkilişlə götürülmüşdür. Üzərində olan maddə narkotik vasitə heroin özünə məxsusdur, istifadə üçün üzərində saxlamışdır. Ondan aşkar edilmiş içərisində narkotik vasitə olan “heroini” müdafiəçinin iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, müdafiəçinin iştirakı ilə zərf və protokol imzalanmışdır.Onun həmin narkotik vasitəni satmaq, bağışlamaq və hədiyyə vermək niyyəti olmamışdır.Həmin narkotikin bir qismini istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. Əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələr və psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 18 oktyabr 2022-ci il tarixdə özü və Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 18 oktyabr 2022-ci il tarixdə saat 13:20 radələrində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onlarla birlikdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gəlməyə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə qeyd etdiyi Şöbəyə gəlmiş və Şöbənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparıİmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan tünd göy rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd sarı rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin bükümün içərisində olan narkotik vasitə “kola”, “kakos” kimi tanınan heroindir. həmin heroini 18 oktyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri. Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 25 manat pulun qarşılığında alıb əynindəki tünd göy rəngli şalvarının sağ yan cibinə qoyaraq yaşadığı ünvan 6 ünvanın qarşısına daşıyaraq üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan heroine bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olmamışdır. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitəni haradan əldə etməsi barədə dəqiq məlumatı yoxdur. Hazırda əməliyyat axtarış tədbirləri keçirilir. Müsbət nəticə əldə olunarsa istintaqa əlavə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələr qəbul etsə də, onun narkotik vasitə yaxud psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 29-cu Polis Şöbəsinə 05 yanvar 2023-cü il tarixdə xx xxxxxx 1968-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat marağı kəsb etdiyindən məlumatın yoxlanılması və həmçinin Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbrilərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə də onun tərəfindən raportla Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi cənab Ramin Məmmədova məruzə edilmiş və 29-cu PŞ-nin rəisi tərəfindən 05 yanvar 2023-cü il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna o, həmçinin Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili Şahid3 daxil edilmişdir. Bölmə rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan onun şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 05 yanvar 2023-cü il tarixdə saat 12:50 radələrində qrup üzvü Şahid3 ilə ünvan 1 ünvanın qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətəri ilə oxşar olduğunu görüb həmin şəxsə yaxınlaşmışlar və saxlanılan şəxsə onlar Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxalanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və daşınmasında şübhəli olduğu diqqətinə çatdırıldıqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində narkotik də var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə 29-cu PŞ-nə getməli olduğunu bildirib onu avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirmişlər və bu barədə raportla 29-cu PŞ-nin rəisinə məruzə edildikdən sonra müvafiq araşdırmanın aparılması 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Samir Balakişiyevə həvalə edilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilıməsi məqsədi ilə 29-cu PŞ-nə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs onun üzərinə şəxsi axtarış aparılacağı izah edikdikdən sonra şəxsi axtarış iştirakçılarına, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmiş və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı iştirakçıların, o cümlədən Təqsirləndirilən şəxs diqqətinə çatdırılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi və daşınması qadağan edilən maddə və əşyaların olub olmadığı, olduğu halda isə onları təqdim etməsi izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və bükümdəkinin kakos, yəni heroin olduğunu və heroini 05 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində "Şamaxinka" kimi adlanan yerdən üzdən tanıdığı şəxsdən 20 manata özünün istifadə etməsi üçün aldığını demişdir. Həmin büküm açıldıqda içərisində spesifik iyə malik olan qəhvəyi rəgnli maddənin olduğu müəyyən olunmuşdur. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroinin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmayıb, ancaq Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat axtarış-tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qanuni hesab edilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı disklərə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6042 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №169” dairəvi möhür əksi, “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..." sözləri və imzaları olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,859 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/46 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində üzərində AR DİN “Zərflər üçün №169” möhür əksi, “...Şübhəli şəxs...Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,854 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli, 6413 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindəki məlumatlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 adında uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayətin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra həmin qərardan apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Ev dustaqlığının müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Bundan sonra o, ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmışdır. Hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitələrin qalıqları məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 08 ay (bir il səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 165 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalıqları olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkiləri 1,809 qram narkotik vasitə - heroin və 1,754 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 350 (üç yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar