Məhkəmə qərarları › İş №1(004)-257/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-257/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-257/2025 07.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, Məhkəmə iclasının katibi: X19, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X3, X1, X4, X11, X2, X12, X8, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 müdafiəçisi “Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3, X1, X4, X11, X2, X5, X12, X16 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3, X1, X4, X11, X2, X5, X12, X16 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi onunla təsdiq olunur ki, o bir neçə dəfə onların barəsində onların şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatlar yaymışdır. Belə ki, barəsində şikayət verilən şəxs “idarə sürücülərinin spirtli içki içərək işə gəldiyini və xidməti maşından istifadə etdiyini, X10 xanımın qeyri-qanuni əri olduğunu, Fərzəliyev Əlövsətin işə içkili vəziyyətdə gələrək xidməti maşından istifadə etdiyini, Oktay adı sürücünün içkili vəziyyətdə küçədə nalayaq ifadələr işlətdiyini, daha sonra sürücülərin dezinfeksiya maşınlarında siqaret çəkdiyini, sürücülərin səhərə kimi içki içərək “tiktok” sosial şəbəkəsindən istifadə etdiyini, səhiyyə işçilərinin spirtli içki içərək xidməti avtomobilləri idarə etdiyini” bir sözlə həqiqə uyğun olmayan və yalan olduğunu bilə-bilə yuxarıda qeyd olunan məlumatları müvafiq müəssisələrə (Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə) ünvanlamış və yaymışdır. Belə ki, E.Məmmədov tərəfindən 01 mart 2025-ci il tarixdə onların şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatlar yaymaqla onların eyni zamanda işgüzar nüfuzuna xələl gətirmişdir. Barəsində şikayət verilən E.Məmmədov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş əməlləri etməsinə dair sübutlar yuxarıda qeyd olunmuş məlumatlarda və şikayətə əlavə edilmiş sənədlərdə öz əksini tapmışdır. Buna görə də, həmin şəxsin əməllərinə hüquqi qiymət verilməlidir. Belə ki, X17 ya yaydığı məlumatların doğru olduğunu sübut etməli, yaxud böhtan və təhqirə görə məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X13 bildirmişdir ki, X17 dəfələrlə müvafiq müəssisələrə yazdığı ərizələrdə onun barəsində həqiqətə uyğun olmayan məlumatlar qeyd etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Elşad Mahmudovun “Tiktok” sosial şəbəkəsində yazdıqları barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 bildirmişdir ki, X17 dəfələrlə müvafiq müəssisələrə yazdığı ərizələrdə onun barəsində həqiqətə uyğun olmayan məlumatlar qeyd etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Elşad Mahmudovun “Tiktok” sosial şəbəkəsində yazdıqları barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X14 bildirmişdir ki, X17 dəfələrlə müvafiq müəssisələrə yazdığı ərizələrdə onun barəsində həqiqətə uyğun olmayan məlumatlar qeyd etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Elşad Mahmudovun “Tiktok” sosial şəbəkəsində yazdıqları barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X20 bildirmişdir ki, X17 dəfələrlə müvafiq müəssisələrə yazdığı ərizələrdə onun barəsində həqiqətə uyğun olmayan məlumatlar qeyd etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Elşad Mahmudovun “Tiktok” sosial şəbəkəsindəki çıxışının videogörüntülərinin onda olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 bildirmişdir ki, X17 dəfələrlə müvafiq müəssisələrə yazdığı ərizələrdə onun barəsində həqiqətə uyğun olmayan məlumatlar qeyd etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Elşad Mahmudovun “Tiktok” sosial şəbəkəsindəki çıxışının videogörüntülərinin onda olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X21 bildirmişdir ki, X17 dəfələrlə müvafiq müəssisələrə yazdığı ərizələrdə onun barəsində həqiqətə uyğun olmayan məlumatlar qeyd etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Elşad Mahmudovun “Tiktok” sosial şəbəkəsində yazdıqları barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X16 bildirmişdir ki, X17 dəfələrlə müvafiq müəssisələrə yazdığı ərizələrdə onun barəsində həqiqətə uyğun olmayan məlumatlar qeyd etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Elşad Mahmudovun “Tiktok” sosial şəbəkəsindəki çıxışının videogörüntülərinin onda olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X17 müdafiəçisi Müdafiəçi şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X17 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə xüsusi ittihamçı X5 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətin verildiyi yer, şikayətdə qeyd edilmiş təhqir və böhtan olması ehtimal edilən məlumatların nə vaxt və harada yayımlanması, eləcədə hansı sübutlarla təsdiq edildiyi qeyd edilməmişdir. Şikayətçilər tərəfindən “Tiktok” sosial şəbəkəsində yayılmış məlumatlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, 293.3.6. maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X13, X6, X14, X20, X7, X15, X21 və X16 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar