Məhkəmə qərarları › İş №1(004)-258/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-258/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-258/2020 01.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X12, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X27, Zərər çəkmiş şəxsin nümayəndəsi: X6 Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkilləri X16, Mirzəyev Vüsal Əlövsət oğlu, X35 və X36, Sumqayıt regional vəkil bürosunun vəkilləri X64 və Müdafiəçi1, “Arbitrium” vəkil bürosunun vəkili Müdafiəçi3 Şəmsəddin oğlu və Sumqayıt şəhər 2 saylı vəkil bürosunun vəkili X54, “Lider” vəkil bürosunun vəkili X17, “Faiq Nağıyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: xx xxxxxx 1990-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, “xxxx” MMC-də aparıcı layihə mütəxəssisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü, 273-1.4.1-ci, 273-1.4.2-ci, 273-1.4.3-cü, 29,273-1.4.1-ci, 29,273-1.4.2-ci və 29,273-1.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx xxxxxx 1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Daxilolmaların təhlili şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində işləmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü, 273-1.4.1-ci, 273-1.4.2-ci, 273-1.4.3-cü, 29,273-1.4.1-ci, 29,273-1.4.2-ci və 29,273-1.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx xxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, “xxxx” MMC-də sistem administratoru işləmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü, 273-1.4.2-ci, 273-1.4.3cü, 29,273-1.4.2-ci və 29,273-1.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1983-cü ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin Ərazi vergi orqanları ilə iş şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində işləmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu Mehdiabad qəsəbəsi, ünvan 5 ünvanında yaşayan, barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü, 273-1.4.2-ci və 273-1.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə vəzifəli şəxs olaraq öz qulluq mövqeyindən istifadə etməklə hazırlanmasının və uyğunlaşdırılmasının əsas məqsədi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi olan kompyuter casus proqramını həmin cinayətin törədilməsi məqsədi ilə istifadə üçün əldə etmiş, sonuncu və digər Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs olaraq öz qulluq mövqeyindən istifadə etməklə həmin proqram təminatı vasitəsi ilə kompyuter parollarını, giriş kodlarını kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə məqsədi ilə istifadə üçün əldə edib kompyuter məlumatlarının daxil edilməsi və təkrar dəyişdirməsi yolu ilə ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminin işləməsinə buna hüququ olmayan şəxs kimi ciddi maneə törədərək əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə vəzifəli şəxs olaraq öz qulluq mövqeyindən istifadə etməklə hazırlanmasının və uyğunlaşdırılmasının əsas məqsədi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi olan kompyuter casus proqramını həmin cinayətin törədilməsi məqsədi ilə istifadə üçün təkrar əldə etmiş, əhəmiyyətli zərər vurmaqla, həmin şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs olaraq öz qulluq mövqeyindən istifadə edərək həmin proqram təminatını kompyuter sisteminə qanunsuz müdaxilə yolu ilə təkrar daxil etmiş və əhəmiyyətli zərər vurmaqla kompyuter parollarını, giriş kodlarını kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə məqsədi ilə istifadə üçün təkrar əldə etməyə cəhd etmiş, lakin bilavasitə cinayətin törədilməsinə yönəlmiş əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin server avadanlıqlarına xidmət edən «xxxx» MMCnin layihələndirmə üzrə aparıcı mütəxəssisi Təqsirləndirilən şəxs1 Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Daxilolmaların təhlili şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək məqsədi ilə 2019-cu ilin sentyabr ayında Sumqayıt şəhərində cinayət əlaqəsinə girərək, kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən kibercinayətlərin törədilməsi üçün hazırlanmış xüsusi proqram təminatını əldə etməklə Dövlət Vergi Xidmətində mövcud X2 Sisteminə (AVİS) daxil edib Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi rəisinin parolunun həmin proqramın tətbiqi ilə qanunsuz əldə edilməsi və bununla müxtəlif vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə əsasən təsdiqlənməmiş vergi azalmalarını təsdiqləməklə kompyuter məlumatlarının dəyişdirilməsinə dair ümumi razılığa gəldikdən sonra o, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək 2019-cu ilin payız aylarında kibercinayətlərin törədilməsi üçün hazırlanmış kompyuter parollarının və giriş kodlarının müəyyən edilməsini təmin edən «Revealer Keylogger» adlı casus proqram təminatını internet informasiya resurslarından əldə edib Dövlət Vergi Xidmətinin terminal serverlərinə qanunsuz müdaxilə yolu ilə daxil edərək Təqsirləndirilən şəxs2la və Dövlət Vergi Xidmətinin Yerli vergi qurumlarının fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin Ərazi vergi orqanları ilə iş şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində işləyən tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs olaraq öz qulluq mövqeyindən istifadə etməklə Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi rəisinin «AVİS» sisteminə girişi üçün istifadə etdiyi kompyuter sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan xidməti parolu və giriş kodunu ehtiva edən kompüter məlumatlarını həmin proqram təminatı vasitəsi ilə buna hüququ olmayan şəxs kimi qanunsuz əldə etmişdir. Daha sonra o, 2019-cu ilin sonlarında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə Təqsirləndirilən şəxs4 maddi maraq müqabilində vergi ödəyiciləri olan “xxxx” MMC-yə aid ********** və “xxxx” MMC-yə məxsus ********** nömrəli Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrələrini (VÖEN) əldə edərək “xxxx” MMC-nin şəxsi hesab vərəqəsində olan 5607,83 manat və “xxxx” MMC-nin şəxsi hesab vərəqəsindəki 7441,02 manat təsdiqlənməmiş vergi azalmalarını müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixdə saat 11:57 dəqiqədə və xx xxxxxx 2020-ci il tarixdə saat 16:44 dəqiqədə təsdiqləyərək həmin kompyuter məlumatlarının buna hüququ olmayan şəxs kimi təkrar qanunsuz dəyişdirilməsini təmin edərək Dövlət Vergi Xidmətinin büdcə daxil olmalarının icrası sahəsində həyata keçirdiyi iş fəaliyyətinə xələl gətirən əməlləri ilə ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminin işləməsinə ciddi maneə törədib əhəmiyyətli zərər vurulmasına səbəb olmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs2 və «xxxx» MMC-nin törəmə şirkəti olan ”xxxx” MMC-nin sistem administratoru Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək məqsədi ilə 2020-ci ilin fevral ayında Bakı şəhərində cinayət əlaqəsinə girərək, kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən kibercinayətlərin törədilməsi üçün hazırlanmış xüsusi proqram təminatını əldə etməklə Dövlət Vergi Xidmətində mövcud X2 Sisteminə (AVİS) daxil edib Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi rəisinin parolunun həmin proqramın tətbiqi ilə qanunsuz əldə edilməsi və bununla müxtəlif vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə əsasən təsdiqlənməmiş vergi azalmalarını təsdiqləməklə kompyuter məlumatlarının dəyişdirilməsinə dair ümumi razılığa gəldikdən sonra, o, kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən kibercinayətlərin törədilməsi üçün hazırlanmış kompyuter parollarının və giriş kodlarının müəyyən edilməsini təmin edən «Revealer Keylogger» adlı casus proqram təminatını internet informasiya resurslarından Təqsirləndirilən şəxs3 vasitəsilə təkrar əldə edib Dövlət Vergi Xidmətinin X2 Sisteminə (AVİS) qanunsuz müdaxilə yolu ilə sonuncu vasitəsilə təkrar daxil edərək Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi rəisinin «AVİS» sisteminə girişi üçün istifadə etdiyi kompyuter sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan xidməti parolu və giriş kodunu ehtiva edən kompüter məlumatlarını həmin proqramın tətbiqi ilə əhəmiyyətli zərər vurmaqla qanunsuz əldə etməyə cəhd etmiş, lakin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəisi həmin müddətdə (AVİS) kompyuter sisteminə daxil olmadığından ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminin daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan sonuncuya aid xidməti parol və giriş koduna dair kompüter məlumatlarının istifadə üçün əldə edilməsinə yönəlmiş əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə vəzifəli şəxs olaraq öz qulluq mövqeyindən istifadə etməklə hazırlanmasının və uyğunlaşdırılmasının əsas məqsədi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi olan kompyuter casus proqramını həmin cinayətin törədilməsi məqsədi ilə istifadə üçün əldə etmiş, sonuncu və digər Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs olaraq öz qulluq mövqeyindən istifadə etməklə həmin proqram təminatı vasitəsi ilə kompyuter parollarını, giriş kodlarını kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə məqsədi ilə istifadə üçün əldə edib kompyuter məlumatlarının daxil edilməsi və təkrar dəyişdirməsi yolu ilə ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminin işləməsinə buna hüququ olmayan şəxs kimi ciddi maneə törədərək əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə vəzifəli şəxs olaraq öz qulluq mövqeyindən istifadə etməklə hazırlanmasının və uyğunlaşdırılmasının əsas məqsədi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi olan kompyuter casus proqramını həmin cinayətin törədilməsi məqsədi ilə istifadə üçün təkrar əldə etmiş, əhəmiyyətli zərər vurmaqla, həmin şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs olaraq öz qulluq mövqeyindən istifadə edərək həmin proqram təminatını kompyuter sisteminə qanunsuz müdaxilə yolu ilə təkrar daxil etmiş və əhəmiyyətli zərər vurmaqla kompyuter parollarını, giriş kodlarını kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə məqsədi ilə istifadə üçün təkrar əldə etməyə cəhd etmiş, lakin bilavasitə cinayətin törədilməsinə yönəlmiş əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Daxilolmaların təhlili şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 Dövlət Vergi Xidmətinin server avadanlıqlarına xidmət edən «xxxx» MMC-nin layihələndirmə üzrə aparıcı mütəxəssisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək məqsədi ilə 2019-cu ilin sentyabr ayında Sumqayıt şəhərində cinayət əlaqəsinə girərək, kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən kibercinayətlərin törədilməsi üçün hazırlanmış xüsusi proqram təminatını əldə etməklə Dövlət Vergi Xidmətində mövcud X2 Sisteminə (AVİS) daxil edib Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi rəisinin parolunun həmin proqramın tətbiqi ilə qanunsuz əldə edilməsi və bununla müxtəlif vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə əsasən təsdiqlənməmiş vergi azalmalarını təsdiqləməklə kompyuter məlumatlarının dəyişdirilməsinə dair ümumi razılığa gəldikdən sonra o, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək 2019-cu ilin payız aylarında Təqsirləndirilən şəxs1 vasitəsi ilə, kibercinayətlərin törədilməsi üçün hazırlanmış kompyuter parollarının və giriş kodlarının müəyyən edilməsini təmin edən «Revealer Keylogger» adlı casus proqram təminatını internet informasiya resurslarından əldə edib Dövlət Vergi Xidmətinin terminal serverlərinə qanunsuz müdaxilə yolu ilə daxil edərək Təqsirləndirilən şəxs1lə və Dövlət Vergi Xidmətinin Yerli vergi qurumlarının fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin Ərazi vergi orqanları ilə iş şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində işləyən tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs olaraq öz qulluq mövqeyindən istifadə etməklə Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi rəisinin «AVİS» sisteminə girişi üçün istifadə etdiyi kompyuter sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan xidməti parolu və giriş kodunu ehtiva edən kompüter məlumatlarını həmin proqram təminatı vasitəsi ilə buna hüququ olmayan şəxs kimi qanunsuz əldə etmişdir. Daha sonra o, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs4 maddi maraq müqabilində əldə etdiyi vergi ödəyiciləri olan “xxxx” MMC-yə aid ********** və “xxxx” MMC-yə məxsus ********** nömrəli Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrələrini (VÖEN) 2019-cu ilin sonlarında Təqsirləndirilən şəxs1 təqdim etməklə “xxxx” MMC-nin şəxsi hesab vərəqəsində olan 5607,83 manat və “xxxx” MMC-nin şəxsi hesab vərəqəsindəki 7441,02 manat təsdiqlənməmiş vergi azalmalarını müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixdə saat 11:57 dəqiqədə və xx xxxxxx 2020-ci il tarixdə saat 16:44 dəqiqədə Təqsirləndirilən şəxs1 vasitəsilə təsdiqləyərək həmin kompyuter məlumatlarının buna hüququ olmayan şəxs kimi təkrar qanunsuz dəyişdirilməsini təmin edərək Dövlət Vergi Xidmətinin büdcə daxil olmalarının icrası sahəsində həyata keçirdiyi iş fəaliyyətinə xələl gətirən əməlləri ilə ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminin işləməsinə ciddi maneə törədib əhəmiyyətli zərər vurulmasına səbəb olmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs1 və «xxxx» MMC-nin törəmə şirkəti olan ”xxxx” MMC-nin sistem administratoru Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək məqsədi ilə 2020-ci ilin fevral ayında Bakı şəhərində cinayət əlaqəsinə girərək, kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən kibercinayətlərin törədilməsi üçün hazırlanmış xüsusi proqram təminatını əldə etməklə Dövlət Vergi Xidmətində mövcud X2 Sisteminə (AVİS) daxil edib Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi rəisinin parolunun həmin proqramın tətbiqi ilə qanunsuz əldə edilməsi və bununla müxtəlif vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə əsasən təsdiqlənməmiş vergi azalmalarını təsdiqləməklə kompyuter məlumatlarının dəyişdirilməsinə dair ümumi razılığa gəldikdən sonra, o, kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən kibercinayətlərin törədilməsi üçün hazırlanmış kompyuter parollarının və giriş kodlarının müəyyən edilməsini təmin edən «Revealer Keylogger» adlı casus proqram təminatını internet informasiya resurslarından həmin şəxslər vasitəsilə təkrar əldə edib Dövlət Vergi Xidmətinin X2 Sisteminə (AVİS) qanunsuz müdaxilə yolu ilə Təqsirləndirilən şəxs3 vasitəsilə təkrar daxil edərək Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi rəisinin «AVİS» sisteminə girişi üçün istifadə etdiyi kompyuter sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan xidməti parolu və giriş kodunu ehtiva edən kompüter məlumatlarını həmin proqramın tətbiqi ilə əhəmiyyətli zərər vurmaqla qanunsuz əldə etməyə cəhd etmiş, lakin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəisi həmin müddətdə (AVİS) kompyuter sisteminə daxil olmadığından ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminin daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan sonuncuya aid xidməti parol və giriş koduna dair kompüter məlumatlarının istifadə üçün əldə edilməsinə yönəlmiş əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Dadaşov X34 Vüsal İlyas oğlu və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə vəzifəli şəxs olaraq öz qulluq mövqeyindən istifadə etməklə hazırlanmasının və uyğunlaşdırılmasının əsas məqsədi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi olan kompyuter casus proqramını həmin cinayətin törədilməsi məqsədi ilə istifadə üçün əldə etmiş, əhəmiyyətli zərər vurmaqla, həmin şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs olaraq öz qulluq mövqeyindən istifadə edərək həmin proqram təminatını kompyuter sisteminə qanunsuz müdaxilə yolu ilə daxil etmiş və əhəmiyyətli zərər vurmaqla kompyuter parollarını, giriş kodlarını kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə məqsədi ilə istifadə üçün əldə etməyə cəhd etmiş, lakin bilavasitə cinayətin törədilməsinə yönəlmiş əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin server avadanlıqlarına xidmət edən “xxxx” MMC-nin törəmə şirkəti olan ”xxxx” MMC-nin sistem administratoru Təqsirləndirilən şəxs3 “xxxx” MMC-nin layihələndirmə üzrə aparıcı mütəxəssisi Təqsirləndirilən şəxs1 və Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Daxilolmaların təhlili şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək məqsədi ilə 2020-ci ilin fevral ayında Bakı şəhərində cinayət əlaqəsinə girərək, kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən kibercinayətlərin törədilməsi üçün hazırlanmış xüsusi proqram təminatını əldə etməklə Dövlət Vergi Xidmətində mövcud X2 Sisteminə (AVİS) daxil edib Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi rəisinin parolunun həmin proqramın tətbiqi ilə qanunsuz əldə edilməsi və bununla müxtəlif vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə əsasən təsdiqlənməmiş vergi azalmalarını təsdiqləməklə kompyuter məlumatlarının dəyişdirilməsinə dair ümumi razılığa gəldikdən sonra, o, kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən kibercinayətlərin törədilməsi üçün hazırlanmış kompyuter parollarının və giriş kodlarının müəyyən edilməsini təmin edən «Revealer Keylogger» adlı casus proqram təminatını 2020-ci ilin fevral ayında internet informasiya resurslarından əldə edib Dövlət Vergi Xidmətinin X2 Sisteminə (AVİS) qanunsuz müdaxilə yolu ilə daxil edərək Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi rəisinin «AVİS» sisteminə girişi üçün istifadə etdiyi kompyuter sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan xidməti parolu və giriş kodunu ehtiva edən kompüter məlumatlarını həmin proqramın tətbiqi ilə əhəmiyyətli zərər vurmaqla qanunsuz əldə etməyə cəhd etmiş, lakin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəisi həmin müddətdə (AVİS) kompyuter sisteminə daxil olmadığından ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminin daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan sonuncuya aid xidməti parol və giriş koduna dair kompüter məlumatlarının istifadə üçün əldə edilməsinə yönəlmiş əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə vəzifəli şəxs olaraq öz qulluq mövqeyindən istifadə etməklə hazırlanmasının və uyğunlaşdırılmasının əsas məqsədi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi olan kompyuter casus proqram təminatı vasitəsi ilə kompyuter parollarını, giriş kodlarını kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə məqsədi ilə istifadə üçün əldə edib kompyuter məlumatlarının daxil edilməsi və təkrar dəyişdirməsi yolu ilə ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminin işləməsinə buna hüququ olmayan şəxs kimi ciddi maneə törədərək əhəmiyyətli zərər vurmuşdur. Belə ki, Dövlət Vergi Xidmətinin Yerli vergi qurumlarının fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin Ərazi vergi orqanları ilə iş şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs4 Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Daxilolmaların təhlili şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 və Dövlət Vergi Xidmətinin server avadanlıqlarına xidmət edən «xxxx» MMC-nin layihələndirmə üzrə aparıcı mütəxəssisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək məqsədi ilə 2019-cu ilin sentyabr ayında Bakı şəhərində cinayət əlaqəsinə girərək, kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən kibercinayətlərin törədilməsi üçün hazırlanmış xüsusi proqram təminatını Dövlət Vergi Xidmətində mövcud X2 Sisteminə (AVİS) daxil edib Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi rəisinin parolunun həmin proqramın tətbiqi ilə qanunsuz əldə edilməsi və bununla müxtəlif vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə əsasən təsdiqlənməmiş vergi azalmalarını təsdiqləməklə kompyuter məlumatlarının dəyişdirilməsinə dair ümumi razılığa gəldikdən sonra o, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək kibercinayətlərin törədilməsi üçün hazırlanmış kompyuter parollarının və giriş kodlarının müəyyən edilməsini təmin edən «Revealer Keylogger» adlı casus proqram təminatını Dövlət Vergi Xidmətinin terminal serverlərinə qanunsuz müdaxilə yolu ilə Təqsirləndirilən şəxs1 vasitəsilə daxil edərək sonuncu və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs olaraq öz qulluq mövqeyindən istifadə etməklə Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi rəisinin «AVİS» sisteminə girişi üçün istifadə etdiyi kompyuter sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan xidməti parolu və giriş kodunu ehtiva edən kompüter məlumatlarını həmin proqram təminatı vasitəsi ilə buna hüququ olmayan şəxs kimi qanunsuz əldə etmişdir. Daha sonra o, vergi ödəyiciləri olan “xxxx” MMC-yə aid ********** və “xxxx” MMC-yə məxsus ********** nömrəli Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrələrini (VÖEN) qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 maddi maraq müqabilində 2019-cu ilin sonlarında təqdim etməklə “xxxx” MMC-nin şəxsi hesab vərəqəsində olan 5607,83 manat və “xxxx” MMC-nin şəxsi hesab vərəqəsindəki 7441,02 manat təsdiqlənməmiş vergi azalmalarını müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixdə saat 11:57 dəqiqədə və xx xxxxxx 2020-ci il tarixdə saat 16:44 dəqiqədə Təqsirləndirilən şəxs1 vasitəsilə təsdiqləyərək həmin kompyuter məlumatlarının buna hüququ olmayan şəxs kimi təkrar qanunsuz dəyişdirilməsini təmin edib Dövlət Vergi Xidmətinin büdcə daxil olmalarının icrası sahəsində həyata keçirdiyi iş fəaliyyətinə xələl gətirən əməlləri ilə ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminin işləməsinə ciddi maneə törədərək əhəmiyyətli zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-2011-ci illərdə isə Sumqayıt Dövlət Universitetinin avtomatlaşdırma və informasiya texnologiyaları fakültəsində əyani ali təhsil almış, 2011-2012-ci illərdə hərbi xidmətdə olmuşdur. 2012-ci ildə hərbi xidməti başa vurduqdan sonra ünvan 6 ünvanda yerləşən fəaliyyət istiqaməti internet provayder, informasiya texnologiyalarının (İT) həllərinin tətbiqi və inteqrasiyası olan “xxxx” MMC-də İnformasiya Texnologiya mütəxəssisi kimi işə başlamışdır. Həmin MMC-də müxtəlif vəzifələrdə, yəni İT mütəxəssis, sistem inzibatçısı və aparıcı layihə mütəxəssisi vəzifələrində işləmiş, 2018-ci ildən aparıcı layihə mütəxəssisi vəzifəsində işləyirmiş. Vəzifə səlahiyyətləri İT, yəni İnformasiya Texnologiyaları layihələrinin hazırlanması, icrası, onların icrasına nəzarət və əməliyyat sistemlərinə dəstəkdən ibarət olmuşdur. İşlədiyi “xxxx” MMC müxtəlif özəl və dövlət təşkilatları, nazirliklərlə müqavilə əsasında həmin xidmətləri ödənişli qaydada həyata keçirir. “xxxx” MMC-nin sahibi Namiq Məmmədov, baş direktoru isə X37r. “xxxx” MMC-də ondan başqa 8 nəfər aparıcı mütəxəssis işləmişdir. “xxxx” MMC-də yalnız aparıcı mütəxəssislərin şirkətlə müqavilə bağlamış özəl və dövlət təşkilatlarının İT infrastrukturuna daxil olmaq üçün texniki hüquqları var, bunun üçün həmin aparıcı mütəxəssis şifrəni və istifadəçi adını qeyd edərək sistemə daxil ola bilir. O, 2009-cu ildə “NetraServis” adlı kompyuter, modem və sair internet avadanlıqlarının satışı ilə məşğul olan mağazaya servis göstərdiyi, yəni həmin mağazadan avadanlıq alan şəxslərə texniki xidmət göstər ərəfədə Təqsirləndirilən şəxs2la sonuncunun valideynlərinin və özünün yaşadığı Sumqayıt şəhəri 18-ci mikrorayondakı xatırlamadığı ünvana internet çəkərkən tanış olmuş, Təqsirləndirilən şəxs2 göstərdiyi yaxşı texniki xidmətə görə onun mobil telefon nömrəsini özündə qeyd etmişdir. O, hərbi xidmətdən qayıtdıqdan sonra Təqsirləndirilən şəxs2 yaşadığı ünvanın həyətində görmüş və salamlaşıb hal-əhval tutduqdan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 onun yaşadığı ünvana yaxın binaya köçmüşdür. O, 2013-cü ildə “xxxx” MMC-nin xidmət göstərdiyi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin inzibati binasına işlə bağlı getdiyi zaman həmin nazirlikdə Təqsirləndirilən şəxs2la rastlaşmışdır. O, həmin vaxtadək Təqsirləndirilən şəxs2 Vergilər Nazirliyində işlədiyini bilməmişdir. Bir qədər hal-əhval tutduqdan sonra Təqsirləndirilən şəxs2 onun Vergilər Nazirliyinə İT xidməti göstərən “xxxx” MMC-də işlədiyini bilmiş, bir qədər ümumi söhbət etdikdən sonra sağollaşıb ayrılmışlar. Həmin vaxtdan sonra onlar həftə sonlarında Sumqayıt şəhərində çayxana və kafelərdə görüşüb söhbətləşirmişlər. 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs2la Sumqayıt şəhərində çayxanada növbəti görüşləri zamanı maddi vəziyyətdən söhbət düşmüş, o, Təqsirləndirilən şəxs2 işlədiyi “xxxx” MMC-nin maaşlarını bəzən 2-3 ay gecikdirdiyini və bu səbəbdən arada borca girmək məcburiyyətində qaldığını bildirmişdir. Həmin vaxt “xxxx” MMC-də aparıcı mütəxəssis kimi onun maaşı 2500 manat olmuşdur. Söhbət zamanı Təqsirləndirilən şəxs2 ona Vergilər Nazirliyinin tanımadığı yeni əməkdaşı Elçin Ağakişiyevin istifadəçi adı və şifrəsini öyrənib ona bildirəcəyi təqdirdə yaxşı pul qazana biləcəklərini bildirmiş, Təqsirləndirilən şəxs2la söhbət zamanı sonuncunun Elçin Ağakişiyevin istifadəçi adından və şifrəsindən istifadə etməklə hansısa vergi ödəyicilərinin borcunu maddi maraq müqabilində azaldaraq və ya tamamilə silərək və əldə etdiyi qazancdan ona pul verəcəyini bilmiş və Təqsirləndirilən şəxs2 həmin təklifi ilə razılaşmışdır. Növbəti günü və ya ondan bir iki gün sonra o, “xxxx” MMC-nin ofisində iş yerindəki xidməti kompyuter vasitəsilə Vergilər Nazirliyinin terminal serverinə casus proqramı olan və internetdən açıq yüklənilə bilən, işlədiyi “xxxx” MMC-də istifadə edilməyən “Keylogger” proqramını yükləyərək Vergilər Nazirliyinin Elçin Ağakişiyev adlı əməkdaşının istifadəçi adı və şifrəsini əldə etmiş və həmin məlumatı istifadəsində olan mobil telefondakı «whatsapp» proqramı ilə mesaj şəklində 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs2 mobil telefonuna göndərmiş və mesajla bu barədə Təqsirləndirilən şəxs2 məlumat vermişdir. Yüklədiyi “Keylogger” proqramı Vergilər Nazirliyinin terminal serverinə yükləndikdən sonra həmin terminal serverdəki “AVİS” proqramına daxil olan bütün vergi əməkdaşlarının kompyuterin klaviaturası ilə yazdıqları bütün yazıları “HTML” formatında qeydə alırmış. O, həmin qeydləri nəzərdən keçirərək Elçin Ağakişiyevin istifadəçi adı və şifrəsini öyrənmişdir. O, eyni zamanda Vergilər Nazirliyinin terminal serverinə daxil olan digər vergi əməkdaşlarının da istifadəçi adı və şifrələrini əldə etmiş, lakin Təqsirləndirilən şəxs2 yalnız Elçin Ağakişiyev adlı vergi əməkdaşının istifadəçi adı və şifrəsini vermişdir. Elçin Ağakişiyev adlı vergi əməkdaşının istifadəçi adı və şifrəsini əldə etdikdən sonra isə “Keylogger” proqramını Vergilər Nazirliyinin terminal serverindən silmişdir. O, bundan sonra Təqsirləndirilən şəxs2la görüşüb birlikdə sistemə daxil olmaq barədə razılığa gəlmiş və sonuncu ilə Sumqayıt şəhərindəki 10-cu mikrorayonun yaxınlığındakı “Nizami” çay evində görüşmüşlər. Həmin görüşə Təqsirləndirilən şəxs2 özü ilə “HP” markalı noutbukunu gətirmiş, noutbukda o, üz istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun internetindən istifadə etməklə Vergilər Nazirliyinin terminal servisinə daxil olmuş və Elçin Ağakişiyevin istifadəçi adı və şifrəsini yazmaqla “AVİS” proqramına daxil olmuşdur. Təqsirləndirilən şəxs2 onu həmin proqramın daxilindəki menyu, yəni interfeyslə tanış etmiş və əməliyyatı hansı qaydada icra etməli olduğunu başa salmış, lakin həmin gün hər hansı əməliyyat etməmişlər. 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs2 ona VÖEN nömrəsi göndərmiş və o, həmin proqrama öz “HP” markalı noutbuku ilə daxil olaraq “təsdiqlənməmiş azalma” menyusuna daxil olmuş, orada görsənən vergi borcunun azalmasını təsdiq etmişdir. Elçin Ağakişiyev adlı əməkdaşın istifadəçi adından və şifrəsindən yalnız özü istifadə etmiş, bildiyinə görə Təqsirləndirilən şəxs2 Elçin Ağakişiyevin istifadəçi adından və şifrəsindən istifadə etməmişdir. Bundan sonra 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs2la Sumqayıt şəhərindəki 10-cu mikrorayonun yaxınlığındakı “Nizami” çay evində görüşmüş və sonuncu ona ilk dəfə 400 manatdan bir qədər artıq pul vermiş və növbəti görüşlərdə də pul verəcəyinə əmin etmişdir. Bundan sonra o, müxtəlif vaxtlarda ümumilikdə 5-6 dəfə öz noutbuku ilə Vergilər Nazirliyinin terminal serverinə daxil olaraq Təqsirləndirilən şəxs2 ona verdiyi fərqli VÖENlər üzrə əməliyyatlar həyata keçirmişdir. Hər dəfə o, eyni əməliyyatı, yəni “təsdiqlənməmiş azalma” menyusuna daxil olaraq görsənən vergi borcunun azalmasını təsdiq etmiş, əməliyyatı həyata keçirdikdən sonrakı gün və ya günlərdə Təqsirləndirilən şəxs2 onunla Sumqayıt şəhərindəki müxtəlif çayxanalarda görüşərək müvafiq olaraq 200, 300, 400, 500 manat məbləğlərində pul vəsaitləri vermişdir. O, Təqsirləndirilən şəxs2 verdiyi pul vəsaitlərinin hamısını məişət xərclərinə sərf etmişdir. Təqsirləndirilən şəxs2 ona bildirdiyinə görə VÖEN sahiblərindən aldığı pulu onunla yarıya bölürmüş. Təqsirləndirilən şəxs2 onunla olan söhbətləri zamanı Vergi Xidmətində işləyən tanışı Nahid Zaribi-Müqəddəm vasitəsilə VÖEN sahiblərini tapdığını və həmin VÖEN-ləri əməliyyat keçirmək üçün ona göndərdiyini demişdir. O, Təqsirləndirilən şəxs2la Nahid Zaribi-Müqəddəmin aralarında hansı qaydada razılaşma olduğunu bilməmişdir. 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs2 ona Elçin Ağakişiyevin istifadəçi adının olduğu kimi qaldığını, lakin şifrəsini dəyişdiyini deyərək yenidən ona Elçin Ağakişiyevin şifrəsini öyrənib məlumat verməsini tapşırmış, o da “xxxx” MMC-nin ofisində iş yerində digər aparıcı mütəxəssis Təqsirləndirilən şəxs3 Vergi Xidmətinin terminal serverinə “Keylogger” proqramını yükləməsini xahiş etmiş, sonuncuya maddi vəziyyətin yaxşı olacağını vəd etmişdir. O, həmçinin Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2la həmin işi nə üçün gördüklərini demişdir. Təqsirləndirilən şəxs3 da onun xahişi ilə Vergilər Nazirliyinin terminal serverinə “Keylogger” proqramını yükləmiş və bu barədə ona məlumat vermişdir. O, bir neçə gün digər vergi əməkdaşlarının sistemə daxil olduqlarını görsə də Elçin Ağakişiyevin sistemə daxil olmadığını görmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs2 Elçin Ağakişiyevin terminal serverə daxil olmadığını və bu səbəbdən də sonuncunun yeni şifrəsini öyrənə bilmədiyini bildirmişdir. Bundan sonra o, bir neçə dəfə də həmin proqram vasitəsilə Elçin Ağakişiyevin serverə daxil olub-olmadığına baxmış, sonuncunun artıq o, serverə daxil olmadığını görmüşdür. Bir neçə dəfə Təqsirləndirilən şəxs2 onunla “whatsapp” proqramı ilə “bir xəbər var?” yazaraq Elçin Ağakişiyevin yeni şifrəsini öyrənmək istədiyini, o da Təqsirləndirilən şəxs2 “whatsapp” proqramı ilə Elçin Ağakişiyevin yeni şifrəsini öyrənə bilmədiyini bildirmişdir. 2020-ci ilin fevral ayının 24-25-də işdən sonra axşam saat 20 radələrində ona “xxxx” MMC-nin baş direktoru Ceyhun Quliyev zəng edərək sonuncu dəfə Vergilər Nazirliyinin terminal serverinə nə vaxt girməyi ilə maraqlanmış, o isə xatırlamadığını bildirmişdir. Növbəti gün o, Təqsirləndirilən şəxs2la görüşərək “xxxx” MMCyə Vergilər Nazirliyinin terminal serverinə istifadəsi nəzərdə tutulmamış proqramın yazılmasının məlum olduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 da ona Vergilər Nazirliyinin istifadə etdiyi “Avis” proqramını yaradan və texniki xidmət göstərən “Sybernet” şirkətinin əməkdaşı Elçin Bəkirovun həmin işlərlə çox məşğul olduğunu, Vergilər Nazirliyində bununla bağlı araşdırma aparıldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ona həmçinin bildirmişdir ki, Elçin Bəkirov da həmin işlərlə məşğul olur və onları ifşa etsələr nəinki öz qanunsuz əməlləri, eləcə də Elçin Bəkirovun da qanunsuz əməlləri onların boynunda qalacaqdır. O, Təqsirləndirilən şəxs2 Elçin Bəkirovun həmin işlərlə məşğul olduğunu haradan bildiyini soruşduqda, Təqsirləndirilən şəxs2 bunu demək olar bütün İqtisadiyyat nazirliyinin tərkibində olan Vergi Xidməti əməkdaşlarının bildiyini demişdir. O, işlədiyi “xxxx” MMC-də Təqsirləndirilən şəxs3 başqa digər aparıcı mütəxəssislərin qanunsuz əməllərinin olub-olması barədə məluumatının olmadığını, tanıdığı vergi ödəyicilərinin olmadığını, hər hansı vergi ödəyicisi ilə vergi borcunun azalmasını təsdiq etməklə bağlı razılaşma və təklifin olmadığını bildirmişdir. Törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını, evə yeganə qazanc gətirən olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu ildə Vergilər Nazirliyinə işə qəbulla bağlı imtahan vermiş, 2011-ci ilin fevral ayından isə rəsmi olaraq Vergilər Nazirliyi İqtisadi Təhlil şöbəsində böyük dövlət vergi müfəttişi kimi işə başlamışdır. 2017-ci ilin sentyabr ayından 2020-ci ilin mart ayınadək Daxilolmaların təhlil şöbəsində baş dövlət vergi müfəttişi işləmiş, rütbəsi vergi xidməti müşaviridir. Vəzifə səlahiyyətləri respublika üzrə vergi daxilolmalarına nəzarət edilməsi, yəni ki günün sonunda bütün ərazi vergi idarələrindən daxil olmuş məlumatlar əsasında vergi daxilolmaları təhlil edərək rəhbərliyə cədvəl şəklində təqdim edilməsindən ibarət olmuşdur. Həmin şöbədə şöbə rəisi Validə Muradovadır və ondan başqa 3 nəfər müfəttiş işləmişdir. O, Təqsirləndirilən şəxs1lə 2009-cu ildə yaşadığı Sumqayıt şəhəri 18-ci mikrorayonda valideynlərinin evinə internet çəkdirən zaman tanış olmuş, internetdə sonradan problem yaranacağı təqdirdə mütəxəssis kimi lazım olacağı üçün Təqsirləndirilən şəxs1 mobil telefon nömrəsini qeyd etmiş və aralarında həmin vaxtdan dostluq münasibətləri yaranmışdır. 2013-cü ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin inzibati binasında Təqsirləndirilən şəxs1lə rastlaşmış, sonuncu ilə söhbət zamanı sonuncu Vergilər Nazirliyinə İT xidməti göstərən “xxxx” MMC-də işlədiyini, Sumqayıt şəhərində 17-ci mikrorayonda kirayə yaşadığını bildirmişdir. O, həmin vaxt özü üçün ipoteka ilə Sumqayıt şəhəri, 17-ci mikrorayonda mənzil aldığı üçün Təqsirləndirilən şəxs1lə yaxınlıqda yaşadıqlarından dostluq münasibətləriz daha da yaxşılaşmışdır. Həmin vaxtdan sonra onlar həftə sonları Sumqayıt şəhərində çayxana və kafelərdə görüşüb söhbətləşirmişlər. 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs1lə Sumqayıt şəhərində çayxanada növbəti görüş zamanı maddi vəziyyətdən söhbət düşmüş, sonuncu işlədiyi “xxxx” MMC-nin maaşlarını bəzən 2-3 ay gecikdirdiyini və bu səbəbdən arada borca girmək məcburiyyətində qaldığını bildirmiş və birlikdə başqa cür necə pul qazana biləcəklərini maraqlanmışdır. O da Təqsirləndirilən şəxs1 Vergilər Xidmətinin “AVİS” proqramına qanunsuz daxil ola bilsə orada olan “təsdiqlənməmiş azalma” menyusundan vergi ödəyicilərinin təsdiqlənməmiş azalmasını təsdiq edib pul qazana biləcəklərini bildirmişdir. O, bu barədə nazirlikdə gedən sözsöhbətdən məlumat almışdır ki, bəzi əməkdaşlar müəyyən məbləğ qarşılığında qanunsuz olaraq sistemə daxil olub vergi ödəyicilərinin təsdiqlənməmiş azalmasını təsdiq edirlər. Həmçinin o, Təqsirləndirilən şəxs1 təsdiqlənməmiş azalmanı yalnız Bəyannamələr və Kameral yoxlamalara nəzarət baş idarəsinin rəisi Elçin Ağakişiyevin login və parolu ilə edə biləcəklərini və Elçin Ağakişiyevin login parolunu əldə etməsini Təqsirləndirilən şəxs1 tapşırmışdır, sonuncuya həmin login parolu əldə edəcəyi təqdirdə pul qazana biləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 onun təklifi ilə razılaşaraq təxminən sentyabr ayının sonlarında mobil telefonundakı «whatsapp» proqramı ilə mesaj şəklində ona məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1lə görüşüb birlikdə sistemə daxil olmaq barədə razılığa gəlmiş və sonuncu ilə Sumqayıt şəhərindəki 10-cu mikrorayonun yaxınlığındakı “Nizami” çay evində görüşmüş, sonuncunun noutbuku xarab olduğu üçün o, şəxsi istifadəsində olan “HP” markalı noutbukunu gətirərək Təqsirləndirilən şəxs1 internetdən istifadə etməklə İqtisadiyyat Nazirliyinin Vergi Xidmətinin terminal servisinə daxil olmuş və Elçin Ağakişiyevin istifadəçi adı və şifrəsini yazmaqla “AVİS” proqramına daxil olmuşdur. Təqsirləndirilən şəxs1lə birlikdə həmin proqramın daxilindəki menyu, əməliyyat qaydaları ilə tanış olmuşlar və orada “Digər menyu”-dan xatırladığı qədəri ilə “əl ilə təsdiqləmə” düyməsini tapmışlar və qənaətə gəlmiş ki, həmin bölmədən “təsdiqlənməmiş azalma”nı təsdiq edə bilərlər. O, həmin qaydaları Təqsirləndirilən şəxs1 necə icra etməli olduğunu başa salmış, lakin həmin gün hər hansı əməliyyat etməmişlər. Həmin vaxtdan sonra bir müddət o, təsdiqləməni azaltmaq istəyən vergi ödəyicisi tapa bilməmiş, Təqsirləndirilən şəxs1 də hər dəfə bu barədə ondan maraqlanırmış. O, vergi ödəyicisi tapa bilmədiyindən onunla birlikdə vergi orqanına işə qəbul olmuş və birlikdə bir müddət bir şöbədə işləmiş, dostluq münasibətində olduğu Nahid Zaribi-Müqəddəmə müraciət etmiş, sonuncu isə bu barədə maraqlanıb ona məlumat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs4 onunla və Təqsirləndirilən şəxs1lə birlikdə dostluq münasibətləri olsa da Təqsirləndirilən şəxs1 kompyuterdən qanunsuz olaraq “AVİS” proqramına daxil olub “təsdiqlənməmiş azalma”ları təsdiq etməsindən məlumatı olmamışdır. 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs4 ona ödəyici olduğunu və təsdiq olunmasını istədiyini bildirmiş və ondan nə qədər pul alacağını soruşmuşdur. O isə Təqsirləndirilən şəxs1lə danışıb məsləhətləşib azalacaq məbləğin 4 faizində qərarlaşıb bu barədə Təqsirləndirilən şəxs4 məlumat vermişdir. Onun bildiyinə görə həmin işi nazirlikdə 8-10 faiz miqdarında məbləğə görürmüşlər. Təqsirləndirilən şəxs4 onun təklifi ilə razılaşaraq ona VÖEN nömrəsini göndərmiş, o da həmin VÖEN nömrəsini Təqsirləndirilən şəxs1 göndərərək “təsdiqlənməmiş azalma” menyusuna daxil olaraq görsənən vergi borcunun azalmasını təsdiq etməsini tapşırmışdır. Təqsirləndirilən şəxs1 “təsdiqlənməmiş azalma”-nı təsdiq etdikdən sonra bu barədə ona məlumat vermiş, o da öz növbəsində bu barədə Təqsirləndirilən şəxs4 məlumat vermişdir. Həmin vaxtdan bir neçə gün sonra o Təqsirləndirilən şəxs4lə xidmətin inzibati binasında görüşüb xatırladığı qədəri ilə həmin işin müqabilində təxminən 800 manat pul almışdır. 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs1lə Sumqayıt şəhərindəki 10-cu mikrorayonun yaxınlığındakı “Nizami” çay evində yenidən görüşmüş və sonuncuya ilk dəfə təxminən 400 manat pul vermiş və növbəti görüşlərdə də pul verəcəyini bildirmişdir. Həmin vaxtdan sonra o, müxtəlif vaxtlarda ümumilikdə Təqsirləndirilən şəxs4 ona verdiyi VÖEN-ləri 5-6 dəfə Təqsirləndirilən şəxs1 göndərərək “təsdiqlənməmiş azalma”-ları təsdiq etmələrini tapşırmış, hər dəfə əməliyyatlardan sonrakı günlərdə Təqsirləndirilən şəxs4lə nazirliyin inzibati binasında və inzibati binanın yaxınlığında görüşüb həmin əməliyyatların müqabilində sonuncu ona pullar vermiş, o da aldığı pulları Təqsirləndirilən şəxs1lə bölmüşdür. Hər dəfə Təqsirləndirilən şəxs1lə Sumqayıt şəhərindəki müxtəlif çayxanalarda görüşərək müvafiq olaraq sonuncuya 200, 300, 400, 500 manat məbləğlərində pul vəsaitləri verməklə özü də eyni məbləğdə pul vəsaiti qazanmışdır. O, Təqsirləndirilən şəxs4lə azaldılan məbləğin 4 faizi ilə razılaşsa da sonuncu hər dəfə məbləğin 4 faizindən az verərək ödəyicinin həmin məbləğə gücünün çatdığını bildirirmiş. Təqsirləndirilən şəxs4 isə həmin əməliyyatlardan nə qədər pul vəsaiti qazandığı barədə onun heç bir məlumatı olmamışdır. O, bildirmişdir ki, xatırladığı qədəri ilə etdikləri ən böyük məbləğdə təsdiqlənməmiş azalma Habil adlı fiziki şəxsin adına olubdur ki, həmin məbləğ 51000 manat omuşdur. Habil adlı şəxsin digər müəyyənedici məlumatlarını isə xatırlamamışdır. 2020-ci ilin fevral ayının ortalarında Təqsirləndirilən şəxs1 ona Elçin Ağakişiyevin istifadəçi adının olduğu kimi qaldığını, lakin şifrəsini dəyişdiyini deyərək yenidən Elçin Ağakişiyevin şifrəsini öyrənəcəyini bildirmişdir. O, bir neçə dəfə Təqsirləndirilən şəxs1 Elçin Ağakişiyevin parolunu tapıb-tapmadığını maraqlandıqda Təqsirləndirilən şəxs1 tapmadığını bildirmişdir. 2020-ci ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs4 ondan “Avesta” adlı şirkətin külli miqdarda təsdiqlənməmiş azalmasının təsdiqləndiyini bildirərək onların edib etməmələri barədə maraqlanmış, o isə belə bir şirkətin əməliyyatını etmədiklərini bildirmişdir. Həmin söhbətdən 2-3 gün sonra Təqsirləndirilən şəxs1lə görüş zamanı sonuncu ona “xxxx” MMC-nin mütəxəssisi Təqsirləndirilən şəxs3 Vergilər Nazirliyinin əməkdaşları tərəfindən sorğu-sual edildiyini və qorxduğunu bildirmişdir. O isə Təqsirləndirilən şəxs1 narahat olmamağını, Vergilər Nazirliyinin istifadə etdiyi “Avis” proqramını yaradan və texniki xidmət göstərən “Sybernet” şirkətinin əməkdaşı Elçin Bəkirovun həmin işlərlə çox məşğul olduğunu, Vergilər Nazirliyində bununla bağlı araşdırma aparıldığını bildirmişdir. O, Vergilər Nazirliyində Elçin Bəkirovun həmin işlərlə məşğul olduğundan çox adamın məlumatının olduğunu, Elçin Ağakişiyevin parolu dəyişdikdən sonra aparılmış qanunsuz əməliyyata görə sorğu-sual etdiklərindən onların qanunsuz əməllərinin ifşa olunmayacağını təxmin etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs3 tanımadığını, sonuncunun adını son zamanlarda Təqsirləndirilən şəxs1 eşitdiyini, Təqsirləndirilən şəxs3 onların törətdikləri qanunsuz əməllərdə iştirakı barədə hər hansı məlumatının olmadığını, tanıdığı vergi ödəyicilərinin olmadığını, həmin vergi ödəyicilərinin VÖEN-lərini ona Nahid Zaribi-Müqəddəmin verdiyini, sonuncunun həmin vergi ödəyicilərinin VÖEN-lərini kimdən və necə əldə etməsi barədə ona heç bir məlumat vermədiyini, ona da Təqsirləndirilən şəxs4 vergi ödəyicilərini haradan tapması maraqlı olmadığı üçün bu barədə ondan maraqlanmadığını bildirmişdir. Onun Təqsirləndirilən şəxs1 vasitəsilə kompyuterdən qanunsuz olaraq “AVİS” proqramına daxil olub “təsdiqlənməmiş azalma”-ları təsdiq etməsindən Təqsirləndirilən şəxs4 xəbəri olması belə olmuşdur ki, təxminən 2019-cu ilin payız aylarında sonuncu ilə Bakı şəhərində görüşərək sonuncuya müraciət edən müxtəlif vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində müxtəlif səbəblərdən yaranan təsdiqlənməmiş azalma məbləğlərinin təsdiq edilməsi ilə bağlı olan söhbətində o, Təqsirləndirilən şəxs4 həmin təsdiqləmələri Dövlət Vergi Xidmətinin server avadanlıqlarına xidmət edən “xxxx” MMC-nin əməkdaşı Təqsirləndirilən şəxs1 xüsusi proqramı Dövlət Vergi Xidmətinin AVİS-ə yüklədikdən və Bəyannamələr baş idarəsinin rəisi Elçin Ağakişiyevin AVİS-ə giriş parol və logininin əldə etdikdən sonra sonuncunun adından həmin təsdiqləmələri edəcəklərini bildirərək razılığa gəlmişlər. Həmin razılaşmadan sonra Təqsirləndirilən şəxs4 bir neçə vergi ödəyicisinin VÖEN nömrəsini ona vermiş, o da həmin VÖEN nömrələrini Təqsirləndirilən şəxs1 verərək sonuncu həmin proqram vasitəsilə Elçin Ağakişiyevin login və parolunu əldə edib AVİS-də həmin təsdiqlənməmiş azalmaları qanunsuz olaraq təsdiq etmişdir. Təqsirləndirilən şəxs4 həmin proqramın haradan, hansı üsulla, kimin vasitəsi ilə əldə edilməsi barədə məlumatı olmamış, o, bu barədə Nahidə heç nə deməmişdir. O, Təqsirləndirilən şəxs4 ilə razılıq əldə etdiklərindən əvvəl Təqsirləndirilən şəxs1 həmin proqramı AVİS-ə yükləmişdir. Törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını, evə yeganə qazanc gətirən olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs3 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2006-cı ildən sonra İT sahəsində müxtəlif şirkətlərdə çalışmışdır. 2011-ci ildən etibarən Bakı şəhərində fəaliyyət göstərən “xxxx” MMC-də müxtəlif vəzifələrdə çalışmış, sonuncu işi həmin şirkətdə sistem administratoru olmuşdur. 2011-ci ildə ailə həyatı qurmuş, iki övladı var və ailə üzvləri ilə birlikdə ünvan 8 ünvanında yaşamışdır. “xxxx” MMC Azərbaycandan başqa dörd ölkədə - Belarusiya, Rusiya Federasiyası, Türkiyə və Fransada da fəaliyyət göstərir. “xxxx” MMCnin Azərbaycan filialı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan 50 ünvanında yerləşir. “xxxx” MMC-nin əsas fəaliyyəti müxtəlif sistemlərin inteqrasiyası, layihələrin yazılması və icrası, internet təminatı və bu kimi işlərdən ibarətdir. Onun sistem administratoru kimi həmin şirkətdə fəaliyyəti bunlardan ibarət olmuşdur. Təqsirləndirilən şəxs1 2012-ci ildən “xxxx” MMC-də işlədiyi müddət ərzində tanımış, sonuncu da onunla birlikdə “xxxx” MMCdə sistem administratoru kimi işləsə də, təxminən iki ildir ki, “project manager” vəzifəsində çalışırmış və 8 ildir ki, yaxın dostluq münasibətləri olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəmə zəng edərək Azərbaycan Respublikası Vergilər Nazirliyinin terminal serverlərinə “şpion” proqram təminatı olan “Revealer Keylogger” proqramını yazmağını tapşırmışdır. “Revealer Keylogger” proqram təminatının təyinatı istifadəçilərin istənilən servisdə qeydiyyatdan keçdikləri “login” (istifadəçi adı) və “parol” (şifrə) məlumatlarını həmin şəxslərdən xəbərsiz əldə etməkdən ibarətdir. O da Vüsal Piləriyevin hansı səbəbdən ondan belə bir şey istəməsini soruşduqda Təqsirləndirilən şəxs1 ona özünə lazım olduğunu, Vergilər Nazirliyində işləyən Elçin adlı şəxsin həmin nazirlikdə əsas proqram təminatı olan “Avis” proqramında qeydiyyatdan keçdiyi şifrəsinin lazım olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 işlədikləri “xxxx” MMC-nin yerləşdiyi inzibati binada olmadığına görə onunla telefon əlaqəsi saxlamışdır. O, Təqsirləndirilən şəxs1lə yaxın dostluq münasibəti olduğundan sonuncunun həmin xahişini həmin gün yerinə yetirmişdir. Belə ki, həmin gün axşam saatlarında yaşadığı evdə olarkən istifadəsində olan “Apple Air” markalı planşet vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin terminal servislər şəbəkəsinə “RDP” proqram təminatı vasitəsilə qoşularaq əvvəlcədən planşetinə yüklədiyi “Revealer Keylogger” proqram təminatını həmin terminal servislərə yükləmişdir. “Revealer Keylogger” proqram təminatını həmin terminal servislərə yükləmək təxminən 15-20 dəqiqə vaxtını almışdır. Bundan sonra o, bu barədə Təqsirləndirilən şəxs1 xəbər vermiş, sonuncu da ona daha sonra həmin proqramı Vergilər Nazirliyinin terminal servislərindən pozacağını söz vermişdir. Həmin hadisədən təxminən 4-5 gün sonra o, işlədikləri şirkətdə olarkən Təqsirləndirilən şəxs1 həmin proqramı Vergilər Nazirliyinin terminal servislərindən pozubpozmadığı barədə maraqlandıqda sonuncu ona pozmağı unutduğunu və 1-2 gün sonra pozacağını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 məqsədinə çatıbçatmadığı barədə soruşduqda isə sonuncu ona hələ də istəyinə nail olmadığını, bunun üçün çalışdığını bildirmişdir. Bundan başqa o Təqsirləndirilən şəxs1 bir şey soruşmamışdır. O, “Revealer Keylogger” proqramının təyinatı, eləcə də fəaliyyətinin qanunsuz olması barədə xəbərdar olmuşdur. Belə ki, “Revealer Keylogger” proqram təminatının təyinatı istifadəçilərin istənilən servisdə qeydiyyatdan keçdikləri “login” (istifadəçi adı) və “parol” (şifrə) məlumatlarını həmin şəxslərdən xəbərsiz əldə etməkdən ibarətdir. Bunun qanunsuz olduğundan da xəbəri olmuş, lakin onun Təqsirləndirilən şəxs1lə yaxın dostluq münasibətləri olduğundan sonuncunun həmin xahişini rədd etməmişdir. Həm də ki, Təqsirləndirilən şəxs1 ona maddi cəhətdən də hərşeyin yaxşı olacağını demişdir. O, “Revealer Keylogger” proqram təminatını Vergilər Nazirliyinin həmin terminal serverlərə yazan zaman qorunan kompüter informasiyalarına qanunsuz daxil olmağa şərait yaratdığını başa düşmüş, sonradan etdiyi əmələ görə peşman olmuşdur. O, Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşı Təqsirləndirilən şəxs2 tanımmamış, sonuncu ilə heç bir tanışlıq və münasibəti olmamış, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la tanışlığının olub olmaması barədə heç bir məlumatı olmamışdır. Törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını, evə yeganə qazanc gətirən olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs4 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu ilin may ayının 12-də Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsinin İqtisadi təhlil idarəsinin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinə dövlət vergi müfəttişi vəzifəsinə təyin olunmuşdur. 2011-ci ildə həmin şöbəyə Təqsirləndirilən şəxs2 da təyin olunmuş və sonuncu ilə iş yoldaşı kimi münasibətləri yaranmışdır. O, 2013-cü ildə İqtisadi təhlil idarəsinin Daxil olmaların təhlili şöbəsinə böyük dövlət vergi müfəttişi vəzifəsinə təyin olunmağına baxmayaraq yenə də Təqsirləndirilən şəxs2 ilə münasibət saxlamışdır. 2014cü ildə struktur dəyişikliyinə əsasən Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsinin adı dəyişdirilərək Vergi öhdəliklərinin icrasına nəzarət və vergi risklərinin təhlili baş idarəsi adlandırılmış və həmin vaxt o yeni yaradılmış Vergi öhdəliklərinə nəzarət şöbəsinə böyük dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir. 2015-ci ildə Bəyannamələrin təhlili şöbəsində, 2017-ci ildə isə İnzibati şikayətlərin araşdırılması baş idarəsində fəaliyyətini davam etdirmişdir. Sonucu iş yeri olan Yerli vergi qurumlarının fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin Ərazi vergi orqanları ilə iş şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində isə 2019-cu ilin sentyabr ayında təyin olunmuşdur. O, İnzibati şikayətlərin araşdırılması baş idarəsinin 1-ci şöbəsində işlədiyi müddətdə vergi ödəyicilərinin kommeral vergi yoxlaması ilə bağlı şikayətləri üzrə müvafiq araşdırmalar aparmışdır. Həmin dövr ərzində müxtəlif vergi ödəyiciləri ilə münasibəti yaranmışdır. Münasibəti olduğu vergi ödəyicilərinin bəziləri vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində mövcud təsdiqlənməmiş azalma ilə bağlı ona müraciət edərək maddi maraq müqabilində həmin təsdiqlənməmiş azalmanın aradan qaldırılmasını xahiş etmişlər. Azalmaya Vergilər Nazirliyinin Bəyannamələr baş idarəsi nəzarət etmişdir. Ümumiyyətlə AVİS proqram təminatında təsdiqlənməmiş azalmanın təsdiqlənməsi ilə həmin baş idarənin rəisi Elçin Ağakişiyevin səlahiyyətindədir. Yəni ondan savayı kənar şəxs həmin əməliyyata müdaxilə edə bilməz. Eyni zamanda həmin təsdiqlənməmiş azalmanın təhlil ilə məşğul olan şöbə fəaliyyət göstərir ki, bu şöbənin əməkdaşları tərəfindən baş idarə rəisinə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində mövcud olan təsdiqlənməmiş azalma məbləğlərinin təsdiqlənməsi ilə bağlı təkliflər verilir. O da müraciət edən vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində mövcud olan azalmanın təsdiqlənməsi ilə bağlı 2019-cu ilin payız aylarında Təqsirləndirilən şəxs2 ilə görüşüb bu istiqamətdə ondan kömək etməsini xahiş etmişdir. Sonuncudan məsləhət alarkən sonuncu bunun mümkün olduğunu bildirmişdir. Ona müraciət edən bir sıra ödəyicilər müəyyən məbləğ qarşılığında onlara kömək etməyini xahiş etmişlər. Təqsirləndirilən şəxs2 ona həmin əməliyyatları hansı formada, kimin vasitəsi ilə edəcəyinə dair izah verməmişdir. O, Təqsirləndirilən şəxs2la bu haqda razılığa gəldikdən sonra 2019-cu ilin payız aylarında müxtəlif vaxtlarda sonuncu ilə Bakı şəhərində görüşüb ona “xxxx” MMC-nin və “xxxx” MMC-nin VÖEN-lərini təqdim etmişdir ki, həmin vergi ödəyicilərin şəxsi hesab vərəqələrində mövcud olan təsdiqlənməmiş azalma məbləğinin təsdiqlənməsini həyata keçirsin. Həmin vergi ödəyicilərinin adlarını xatırlamadığı, özlərini mühasib kimi təqdim edən nümayəndələri onunla iş yerində görüşərək hər biri bunun müqabilində ona 1000 manat pul və VÖENlərini vermişlər. Lakin o, həqiqətən də həmin şəxslərin rəsmi olaraq mühasib olubolmadığını bilməmişdir. O, həmin məbləğlərin hər birindən 500 manatı iş yerində Təqsirləndirilən şəxs2 vermiş və 2019-cu ilin noyabr ayının sonunda qeyd etdiyi ödəyicilərin şəxsi hesab vərəqələrindəki azalma Təqsirləndirilən şəxs2 vasitəsi ilə təsdiqlənmişdir. Daha sonra isə o, 2020-ci ilin yanvar-fevral aylarında eyni qaydada “xxxx” MMC-nin və fiziki şəxs X29 VÖEN-lərini Təqsirləndirilən şəxs2 təqdim etmiş, bunun qarşılığında həmin vergi ödəyicilərin mühasiblərindən də aldığı 1000 manat pulun 500 manatını Təqsirləndirilən şəxs2 iş yeridə şəxsən vermiş və fevral ayında həmin müəssisəsinin, eləcə də fiziki şəxsin şəxsi hesab vərəqəsindəki təsdiqlənməmiş azalması təsdiqlənmişdir. O, Təqsirləndirilən şəxs2 qeyd edilən vergi ödəyicilərinin təsdiqlənməmiş azalmalarını hansı formada təsdiq etdiyini bilməmişdir. O Təqsirləndirilən şəxs2 VÖENlərini verdiyi vergi ödəyicilərin təsdiqlənməmiş azalmalarında ən böyük məbləğ 10000 manat olmuş, digərləri isə 10000 manatdan aşağı olmuşdur. Ona görə də standart olaraq həmin vergi ödəyicilərindən təsdiqlənməmiş azalmaların təsdiq edilməsi üçün 1000 manat pul almışdır. 2020-ci ilin təxminən yanvar-fevral aylarında Vergilər Nazirliyinin inzibati şikayətlərin araşdırılması baş idarəsinin əməkdaşı Şahid3 ona yaxınlaşaraq bir neçə tanışı olan vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində mövcud təsdiqlənməmiş azalmanı maddi maraq müqabilində aradan qaldırılmasını xahiş etmişdir. O belə bir işləri əvvəllər də tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə gördüyü üçün Şahid3 təklifi ilə razılaşmışdır. Bundan sonra Şahid3 ona X48, X38, X30, eləcə də “xxxx” MMC-yə məxsus VÖEN-ləri təqdim etmişdir ki, həmin vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində mövcud olan təsdiqlənməmiş azalma məbləğinin təsdiqlənməsini həyata keçirsin. Belə olan halda Şahid3 hər vergi ödəyicisinin borcunu ona bildirərək azalma məbləğinin təsdiqlənməsi üçün nə qədər pul alacağını maraqlanmışdır. O isə Emin X1 təxminən 51.000 manat borc olduğu üçün 1100 manat, “xxxx” MMC-nin təxminən 6.000 manat borcu olduğu üçün ondan 1000 manat, X31 təxminən 4000 manat borc olduğu üçün 1000 manat pul istəmiş, X19 isə təxminən 260 manat borc olduğu üçün borcunun silinməsi üçün pul istəməmişdir. Bundan sonra Şahid3 yuxarıda göstərilən məbləğləri hissə-hissə 2019-cu ilin dekabr ayından 2020-ci ilin fevral ayınadək ona vermiş, o da göstərilən MMC və şəxslərə aid VÖEN-ləri qazanc kimi götürdüyü pulun yarısı ilə birlikdə Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 da həmin prosesi həyata keçirərək azalmanı təsdiqləyib borcları silmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 azalmanı təsdiqləmək üçün ümumi məbləğdən 3- 4% götürdüyü üçün o özünə qazanc qalsın deyə 1-2% üstünə qoyaraq qazanc əldə etmişdir. Beləliklə o, ümumi məbləğdən təxminən 6% təşkil edən məbləğdə pulu götürüb həmin ümumi məbləğin 3-4 faizini Təqsirləndirilən şəxs2 vermişdir. Bundan əlavə 2020-ci ilin təxminən yanvar ayının sonunda digər iş yoldaşı, yəni Vergilər Nazirliyinin yanında Lokal Gəlirlər Baş İdarəsində vergi müfəttişi vəzifəsində işləyən Elməddin Abbasov eyni qaydada ona müraciət edərək vergi ödəyicisi olan tanışının xatırlamadığı məbləğdə vergi borcu yarandığını, şirkətin şəxsi hesab vərəqəsində mövcud olan təsdiqlənməmiş azalma məbləğinin təsdiqlənməsini həyata keçirməsini ondan xahiş etmişdir. O Elməddin Abbasovu tanıdığı üçün həmin təsdiqlənməni həyata keçirəcəyini söz verib sonuncudan həmin işi görmək üçün 1000 manat pulu Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Travmatologiya institutunun qarşısında Elməddin Abbasovun idarə etdiyi boz rəngli “Hyundai” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilində almışdır. Sonra isə həmin puldan yarısını, yəni 500 manatı və əvvəlcədən Elməddin Abbasov tərəfindən mobil telefonuna “Whatsapp” mesajlaşma tətbiqetməsi vasitəsilə göndərdiyi həmin şirkətin VÖEN, yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsini Təqsirləndirilən şəxs2 göndərmiş və sonuncu azalmanı təsdiq etmişdir. Həmin işdən ona qazanc kimi 500 manat qalmışdır. O, Elməddin Abbasovun ondan təsdiqlənməmiş azalmasını təsdiq etməsi üçün xahiş etdiyi həmin şirkətin adının “xxxx” MMC olduğunu təxmin etsə də, dəqiq deməkdə çətinlik çəkmişdir. O, Təqsirləndirilən şəxs3 tanımamış, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımışdır. Belə ki, təxminən 2015-ci ildə o, Təqsirləndirilən şəxs2la Gürcüstana gəzməyə gedərkən sonuncu özü ilə Təqsirləndirilən şəxs1 də aparmış, həmin vaxt sonuncunu görüb tanımış, İT mütəxəssisi olduğunu bilmişdir. Lakin, Təqsirləndirilən şəxs2 qeyd etdiyi vergi ödəyicilərinin təsdiqlənməmiş azalmalarını Təqsirləndirilən şəxs1 İT sahəsində biliklərindən istifadə etməklə sonuncu vasitəsilə təsdiqlədibtəsdiqlətməməsini bilməmiş, bu barədə Təqsirləndirilən şəxs2 ona bir söz deməmişdir. Həmçinin ibtidai istintaq dövrü həyəcanlı olduğu üçün Təqsirləndirilən şəxs2 və digərlərinin Dövlət Vergi Xidmətinin X2 Sisteminə xüsusi casus proqramı vasitəsilə müdaxilə edərək orada müxtəlif vergi ödəyicilərinin təsdiqlənməmiş azalmalarını maddi maraq müqabilində təsdiqlədiklərindən xəbərinin olmadığını bildirmiş, lakin, hazırkı ifadəsində tam səmimi olduğunu və bu barədə məlumatı olmuşdur. Belə ki, ona müraciət edən vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində mövcud olan azalmanın təsdiqlənməsi ilə bağlı 2019-cu ilin payız aylarında Bakı şəhərində Təqsirləndirilən şəxs2 ilə görüşüb bu istiqamətdə sonuncudan kömək etməsini xahiş edən zaman sonuncu bunun İT mütəxəssisi olan tanışının köməkliyi ilə xüsusi casus proqramını AVİS-ə yüklədikdən sonra Bəyannamələr baş idarəsinin rəisi Elçin Ağakişiyevin AVİS-ə giriş parol və logininin əldə edəcəkləri təqdirdə, sonuncunun adından həmin təsdiqləmələri edəcəklərinin mümükün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2la onun bu barədə söhbətlərində sonuncu artıq elə bir casus proqramının onlarda mövcud olduğunu bildirmişdir. O, həmin casus proqramının haradan və hansı vasitə ilə əldə olunması barədə məlumatı olmamış və bu barədə də Təqsirləndirilən şəxs2 da ona heç nə deməmişdir. Bundan sonra o, bir qədər tamahına aldanaraq Təqsirləndirilən şəxs2 həmin təklifi ilə razılaşmış və sonuncudan həmin İT mütəxəssisi olan tanışının kim olduğunu soruşduqda Təqsirləndirilən şəxs2 konkret ad çəkməsə də o, Təqsirləndirilən şəxs2 həmin tanışının Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. Çünki o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Gürcüstana istirahətə getmişlər və bilirdi ki, Təqsirləndirilən şəxs1 başqa Təqsirləndirilən şəxs2 İT sahəsində işləyən başqa bir mütəxəssis tanışı yoxdur. O, Təqsirləndirilən şəxs2 ilə razılaşdıqdan sonra ona müraciət edən bir neçə vergi ödəyicisinin VÖEN nömrəsini Təqsirləndirilən şəxs2 vermiş və sonuncu həmin VÖEN nömrələrini onun təxmin etdiyi Təqsirləndirilən şəxs1 vasitəsilə Elçin Ağakişiyevin adından qanunsuz olaraq təsdiq etdirmişdir. Həmin təsdiqləmələrdən sonra isə əldə etdikləri qazancı müvafiq olaraq bölüşdürmüşlər. Törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını, evə yeganə qazanc gətirən olmasını, ilk dəfə cinayət törətməsini, həmçinin ağır mədə yırtığı xəstəliyinin olmasını və bu xəstəliyin mədə xərçənginə dönmə ehtimalı verməsini, əvvəllər Hepatit C xəstəliyindən müalicə olunduğunu nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi qismində izahat verən X6 bildirmişdir ki, o, 2015-ci ilin oktyabr ayından Vetrgilər Nazirliyində xidmətə başlamış, 2019-cu ilin oktyabr ayından hazıradək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05 saylı Ərazi vergilər idarəsinin Hüquq şöbəsinin rəisi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Zərif müştəriyə xidmət edən terminal serverlərində Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin sistem inzibatçıları şöbəsi tərəfindən şübhəli proqram təminatı aşkarlanmışdır. Bundan sonra Dövlət Vergi Xidmətinin aidiyyatı qurumları tərəfindən araşdırmalar aparılmış və məlum olmuşdur ki, Dövlət Vergi Xidmətinin server avadanlıqlarına xidmət edən “xxxx” MMC-nin layihələndirmə üzrə aparıcı mütəxəssisi Təqsirləndirilən şəxs1 və həmin MMCnin törəmə şirkəti olan ”xxxx” MMC-nin sistem administratoru Təqsirləndirilən şəxs3 2019cu ilin sentyabr və 2020-ci ilin fevral ayında kibercinayətlərin törədilməsi üçün hazırlanmış kompyuter parollarının və giriş kodlarının müəyyən edilməsini təmin edən «Revealer Keylogger» adlı casus proqram təminatını internet informasiya resurslarından əldə edib Dövlət Vergi Xidmətinin X2 Sisteminə (AVİS) daxil etmişlər. Bundan sonra isə həmin proqram vasitəsi ilə xidmətin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi rəisi vəzifəsində işləyən Elçin Ağakişiyevin «AVİS» sisteminə girişi üçün istifadə etdiyi kompyuter sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan xidməti parolu və giriş kodunu qanunsuz əldə etmişlər. Daha sonra maddi maraq müqabilində əldə etdikləri müxtəlif vergi ödəyicilərinin şəxsi hesab vərəqəsində olan müxtəlif məbləğlərdə təsdiqlənməmiş vergi azalmalarını təsdiqləyərək Dövlət Vergi Xidmətinin büdcə daxil olmalarının icrası sahəsində həyata keçirdiyi iş fəaliyyətinə xələl gətirən əməlləri ilə kompyuter sisteminin işləməsinə ciddi maneə törədib əhəmiyyətli zərər vurulmasına səbəb olmuşlar. Həmin vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində mövcud olan təsdiqlənməmiş azlamalar vergi orqanınının səlahiyyətli şəxsi tərəfindən müvafiq nəzarət edilməklə təsdiqlənir. Lakin, bu cür qeyri-qanuni yollarla təsdiqlənmə olduqda isə vergi orqanı həmin ödəyicilərin vergi öhdəliklərinin yerinə yetirilibyetirilməməsi, hesablanacaq vergilərin dövlət büdcəsinə ödənilməsində nəzarəti həyata keçirə bilməmiş və bununla da “AVİS”-də həmin vergi ödəyiciləri ilə bağlı məlumatlarda qanunsuz dəyişikliklər nəticəsində sistemin ümumi işləməsinə ciddi maneə yaranmışdır. Ümumiyyətlə Dövlət Vergi Xidmətində təısdiqlənməmiş azalmaların təsdiq edilməsi səlahiyyəti yalnız Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi rəisi vəzifəsində işləyən şəxsin səlahiyyətindədir. Ondan başqa həmin əməliyyatı heç kəs edə bilməz. Dövlət Vergi Xidmətinə müqavilə əsasında texniki dəstək göstərən “xxxx” MMCnin aparıcı mütəxəssisi Təqsirləndirilən şəxs1 və “xxxx” MMC-nin törəmə şirkəti olan “xxxx” MMC-nin sistem adminstratoru Təqsirləndirilən şəxs3 Dövlət Vergi Xidmətinin İnformasiya sistemlərində istifadəçi hüquqları yoxdur. Bundan əlavə Dövlət Vergi Xidmətinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin Ərazi vergi orqanları ilə iş şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs4 və İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Daxilolmaların təhlili şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs2 X2 Sistemində (AVİS) hər hansı vergi ödəyicisinin şəxsi hesab vərəqəsində olan təsdiqlənməmiş azalma məbləğlərinin təsdiq edilməsi kimi hüquq və ya vəzifələri yoxdur. Hazırkı cinayət işi ilə əlaqədar təqsirləndirilən şəxslərə qarşı hər hansı bir mülki iddia və tələbi yoxdur, cinayət nəticəsində maddi ziyan yoxdur. Ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ixtisasca mühasibdir, 2018-ci ilin mart ayından qeyri-rəsmi olaraq “xxxx” MMC-yə mühasibat xidmətlərini göstərir. Təxminən 2019-cu ilin sonlarında mühasibi olduğu “xxxx” MMC-nin rəhbəri Səfər Piriyev MMC-yə mənfəət vergisi üzrə hesablanmış 5607,83 manat vergi məbləğinin azaldılması barədə vergi orqanına rəsmi müraciət etməli olduğunu ona bildirmiş, o isə bütün müvafiq sənədləri toplayaraq Vergilər Nazirliyinə müraciət etmişdir. Nazirliyin Katibliyində onu vergi orqanı əməkdaşı Şahid3 2-3 dəfə qəbul etmişdir. O, hesablanmış vergi məbləğinin əsassız olduğunu sübut edərək araşdırmaya alış aktlarını təqdim etmiş və bir müddətdən sonra hesablanmış vergi məbləgi ləğv olunmuşdur. Lakin buna baxmayaraq MMC-nin şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalma məbləği qaldığından bank hesablarıdakı sərəncamlar götürülməmişdir. 2020-ci ilin yanvar ayında həmin məbləğ təsdiqlənmiş və o, Səfər Piriyevin verdiyi 2600 manat pulu 2020-ci ilin yanvar ayında Bakı şəhəri, Babək prospektində yerləşən “Monte Karlo” şadlıq sarayının yaxınlığında təxminən 30 yaşlarında, hündür boylu, orta bədən quruluşlu, saqqal və bığ saxlamayan və saçının qabaq tərəfi nisbətən seyrəlmiş vergi işçisi Şahid4 çatdırmışdır. O, Cavad adlı vergi orqanı əməkdaşını əvvəlcədən tanımamış və sonuncu ilə şəxsi hesab vərəqəsindəı olan təsdiqlənməmiş azalmanın təsdiq ediloməsi ilə bağlı razılaşmanı Səfər Piriyevin özü etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2005-2009-cu illərdə Azərbaycan Dövlət X3 İqtisadi Münasibətlər fakültəsində gömrük işinin təşkili ixtisası üzrə ali təhsil almış, 2014-cü ildə Vergilər Nazirliyinə işə qəbulla bağlı imtahan vermiş və xx xxxx 2015-ci il tarixdə Vergilər Nazirliyinin 12 saylı ərazi Vergilər Baş İdarəsində vergi borclarının alınması şöbəsində dövlət vergi müfəttişi kimi işə başlamışdır. 2015-ci ilin sentyabr ayından 2016-cı ilin fevral ayınadək olan müddətdə isə Vergilər Nazirliyinin Vergi X4 Deportamentinin vergi borclarının alınması şöbəsində dövlət vergi müfəttişi işləmiş, 2016-cı ilin fevral ayından yenidən 12 saylı ərazi Vergilər Baş İdarəsində vergi borclarının alınması şöbəsində dövlət vergi müfəttişi kimi işini davam etdirmiş, 2019-cu ilin aprel ayından 2020-ci ilin 01 iyunadək Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş idarəsinin X59 şöbəsində dövlət vergi müfəttişi işləmişdir. 2020-ci ilin iyun ayının 1-dən isə hazıradək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlığın monitorinqi şöbəsinin dövlət vergi müfəttişi işləyir, İİ dərəcəli dövlət vergi müfəttişi rütbəsindədir. Onun vəzifə səlahiyyətləri Gəncə şəhəri üzrə müxtəlif kiçik sahibkarlıq subyektlərinin uçotda olub-olmamasına nəzarət edilməsi, nəzarət kassa aparatlarından istifadə edilib-edilməməsi və ümumi olaraq həmin vergi subyektlərinə nəzarətdən ibarətdir, işlədiyi şöbədə şöbə rəisi Məmməd Mehdiyevdir. O, **********32 saylı mobil telefon nömrəsinin istifadəçisi Şahid3 iş yoldaşı kimi tanımış, sonuncu ilə normal münaqsibətləri olmuşdur. Onun Şahid3 ilə vergi ödəyicisi olan hüquqi şəxs “xxxx” MMCnin şəxsi hesab vərəqəsində təsdiqlənməmiş vergi azalmalarının təsdiqlənməsi ilə bağlı söhbəti olmuşdur. xxxx” MMC-nin rəhbəri Şahid1 ilə isə tanışlığı o, Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş idarəsinin X59 şöbəsində dövlət vergi müfəttişi işlədiyi zaman, təxminən 2019-cu ilin payız aylarına təsadüf etmişdir. Həmin vaxt o, işlədiyi şöbənin rəhbərliyinin göstərişi ilə xxxx MMC-nin anbarında mal qalığının yoxlaması üçün getmiş və orada Şahid1 tanımışdır. Həmin vaxtdan Şahid1 ilə münasibətləri yaranmışdır. Belə ki, Lokal gəlirlər idarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan “xxxx” MMC-yə komeral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması ilə bağlı həmin MMC-nin Vergilər Nazirliyinin katibliyində müraciəti olmuşdur. İnzibati araşdırma zamanı MMC-nin şikayəti təmin edilmiş və ona hesablanmış vergi məbləği azaldılması barədə qərar qəbul edilmişdir. MMC-nin şəxsi hesab vərəqəsində komeral vergi yoxlaması ilə hesablanmış vergi məbləği inzibati şikayətlərin təmin edilməsi haqqında qərara əsasən azalma aparıldıqdan sonra MMC-nin şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalma məbləği yaranmışdır. Bununla əlaqədar olaraq, MMC tərəfindən Vergilər Nazirliyinə rəsmi şəkildə müraciət edilməsinə baxmayaraq, şəxsi hesab vərəqəsində olan təsdiqlənməmiş azalma təsdiq edilməmişdir. Həmin vaxtdan sonra Şahid1 ona Vergilər Nazirliyinə şəxsi hesab vərəqəsində yaranan təsdiqlənməmiş azlama məbləğinin təsdiq edilməməsi ilə bağlı bir neçə dəfə mühasibi vasitəsilə şikayət göndərsə də həmin təsdiqlənməmiş azalmanın təsdiq edilmədiyini və bunun müqabilində onun bank hesablarına dondurma qoyulduğunu bildirmiş və həmin təsdiqlənməmiş azalmanın təsdiq edilməsi və heasabındakı dondurmanın götürülməsi üçün ondan kömək istəmişdir. O, isə bununla bağlı təxminən 2019-cu ilin sonlarına yaxın əvvəllər birlikdə 12 saylı ərazi Vergilər Baş İdarəsində işləyən və həmin vaxt nazirliyin katibliyində işləyən Şahid3 həmin məsələdə köməklik etməyinin mümkün olub-olmaması barədə soruşmuş, Şahid3 isə bir neçə günə ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gündən sonra Şahid3la olan telefon danışıqlarında sonuncu həmin məsələdə, yəni xxxx MMC-nin şəxsi hesab vərəqəsindəki təsdiqlənməmiş azalmaların təsdiq edilməsi müqabilində onun tanımadığı Vergilər Nazirliyinin əməkdaşı 2600 manat pul istədiyini bildirmişdir. O isə Şahid3 həmin sözlərini olduğu kimi Şahid1 çatdırmış və sonuncu bu işlərdən bezdiyini bildirərək həmin pulu verəcəyini və 2600 manat pul məbləğini təxminən 5600 manat təsdiqlənməmiş azalma məbləği təsdiqlənəndən və dondurma götürüldükdən sonra verəcəyini ona bildirmişdir. Onlar bu barədə razılaşdıqdan sonra təsdiqlənməmiş azalma 2020-ci ilin yanvar ayında təsdiqlənmişdir. Həmin vaxt Şahid1 mühasibi Mehdi adlı şəxs vasitəsi ilə ona Bakı şəhəri, Babək prospektində yerləşən Monte Karlo şadlıq sarayının yaxınlığında 2600 manat pul göndərmiş, o isə həmin pulu olduğu kimi, yəni 2600 manat pulun hamısını Bakı şəhərində Ayna Sultanova heykəlinin yaxınlığında Şahid3la görüşərək sonuncunun özünə şəxsən vermişdir. Bundan sonra onun Şahid3la və Şahid1lə bu barədə heç bir söhbəti olmamışdır. O, “xxxx” MMCnin təsdiqlənməmiş azalmasını Şahid3 kimə və hansı formada müraciət etməsindən xəbərim olmamış, elə bilmişdir ki, Şahid3 vergi qanunvericiliyinə uyğun olaraq həmin azalmanı aidiyyəti şöbədə qanuna uyğun şəkildə xahişlə təsdiq elətdiribdir. Həmin işdə onun heç bir maddi marağı olmamış, yalnız yaxşı insan kimi tanıdığı Şahid1 ona elədiyi xahişə görə bu iş üçün Şahid3 xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxx 1983-cü il tarixdə Göygöl rayonunda doğulmuşdur. O, 2010-cu ildən Vergi orqanlarında fəaliyyətə başlamışdır, evlidir və 2 övladı var. Vergilər Nazirliyinin Lokal gəlirlər idarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan “xxxx” MMC-yə komeral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması ilə bağlı həmin MMC-nin Vergilər Nazirliyinin katibliyində müraciəti olmuşdur. İnzibati araşdırma zamanı MMC-nin şikayəti təmin edilmiş və ona hesablanmış vergi məbləği azaldılması barədə qərar qəbul edilmişdir. MMC-nin şəxsi hesab vərəqəsində komeral vergi yoxlaması ilə hesablanmış vergi məbləği inzibati şikayətlərin təmin edilməsi haqqında qərara əsasən azalma aparıldıqdan sonra MMC-nin şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalma məbləği yaranmışdır. Bununla əlaqədar olaraq, MMC tərəfindən Vergilər Nazirliyinə rəsmi şəkildə müraciət edilməsinə baxmayaraq, şəxsi hesab vərəqəsində olan təsdiqlənməmiş azalma təsdiq edilməmişdir və bu səbəbdən də həmin MMC-nin nümayəndələri onla təxminən 2015-ci ildən birlikdə Vergilər nazirliyinin 12 saylı ərazi vergilər departamentində işləmiş tanışı Şahid4 bu barədə müraciət etmişlər. Şahid4 isə onunla telefonla əlaqəyə çıxaraq “xxxx” MMC-nin şəxsi hesab vərəqəsində olan həmin təsdiqlənməmiş azalmanın təsdiq edilməsinə köməklik göstərməsini ondan xahiş etmişdir. Təsdiqlənməmiş azalma məbləği onun yadında qalmamışdır. O, “xxxx” MMC-nin təsdiqlənməmiş azalma məbləğinin təsdiq edilməsi üçün 2019-cu ilin altı ayını Vergilər Nazirliyinin katibliyində birlikdə işlədiyi Təqsirləndirilən şəxs4 2019-cu ilin noyabr və ya dekabr ayında müraciət edərək köməklik göstərməsini xahiş etmiş, sonuncu isə ona həmin azalmanı təsdiq edə biləcəyini bildirmiş və bu iş üçün ondan 2600 manat pul istəmişdir. O isə Şahid4 bu işin 2600 manata düzələcəyini telefonla danışaraq demişdir. Şahid4 isə həmin təsdiqlənməmiş azalma məbləğinin təsdiq edilməsini 2000 manata danışmağı xahiş etsə də, o həmin işin Təqsirləndirilən şəxs4 sözləri əsasında 2600 manata düzələcəyini bildirmişdir. O, Şahid4 həmin işə görə Bakı şəhərində, Ayna Sultanova heykəlinin yaxınlığında 2020-cu ilin yanvar ayında 2600 manatı alıb həmin günü də Təqsirləndirilən şəxs4lə Bakı şəhərində Yasamal rayonu ərazisində Hüseyn Cavid parkının yaxınlığında görüşərək onun özünə şəxsən vermişdir. O, pulu Təqsirləndirilən şəxs4 verdiyi ərəfədə “xxxx” MMC-nin təsdiqlənməmiş azalması təsdiq edilmişdir. Onun “xxxx” MMC-nin təsdiqlənməmiş azalmasının Təqsirləndirilən şəxs4 tərəfindən hansı formada təsdiq edilməsindən xəbəri olmamış, elə bilmişdir ki, sonuncu vergi qanunvericiliyinə uyğun olaraq bu azalmanı aidiyyəti şöbədə qanuna uyğun şəkildə xahişlə təsdiq elətdirir. Çünki sonuncu ona elə demişdir. O, yalnız istintaq zamanı bilmişdir ki, həmin azalma AVİS proqram təminatına digər şəxslər tərəfindən qanunsuz müdaxilə ilə təsdiqlənmişdir. Bu barədə əvvəlcədən məlumatı olsaymış heç əvvəldən Şahid4 xahişi ilə Təqsirləndirilən şəxs4 bu cür xahiş etməzmiş. Çünki həmin işdə onun heç bir maddi marağı olmamış, yalnız keçmiş iş yoldaşının xahişi əsasında bu işi həll etmiş, aldığı pulun hamısını Təqsirləndirilən şəxs4 vermişdir. Bundan əlavə “xxxx” MMC-nin mühasibi, onun tanışı Şahid5 təxminən 2020-ci ilin yanvar ayının sonlarında ondan mühasibi olduğu həmin MMC-nin şəxsi hesab vərəqəsində olan 7.000 manatdan artıq təsdiqlənməmiş azalma məbləğinin təsdiqlənməsini xahiş etmişdir. O da tamamilə təmənnasız, münasibət xətrinə Şahid5 həmin xahişi əsasında qeyd edilən təsdiqlənməmiş azalmanın təsdiq edilməsi üçün Təqsirləndirilən şəxs4 müraciət edib xahiş etmiş, sonuncu da öz növbəsində heç bir təmənna güdmədən həmin xahişi yerinə yetirmişdir. Təqsirləndirilən şəxs4 həmin işi şəxsən özü, yaxud digər hər hansı şəxs vasitəsilə etməsi barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən 15 il olar ki, “xxxx” MMC-də, o cümlədən 4 il olar ki, həmin MMC-nin baş direktoru vəzifəsində işləyir. “xxxx” MMC-nin VÖEN-i **********-dir. MMC-nin təsisçisi onun bacanağının oğlu X13r. MMC-nin fəaliyyəti tikinti və təmirdə istifadə olunan ləvazimatların və avadanlıqların satışından ibarətdir. MMC-nin mühasibi Şahid2dur ki, sonuncu şirkət yaranan gündən şirkətin mühasibatlığını aparır, vergilərin ödənilməsi ilə mühasib məşğul olur. Baş direktor kimi onun vəzifəsi satışını həyata keçirdikləri ləvazimat və avadanlıqların alınması üçün müştəri tapmaq, onlarla müqavilə bağlamaq, mühasibin hesabatlarına nəzarət etmək, vergilərin vaxtı-vaxtında ödənilməsinə nəzarət etməkdən ibarətdir. Şirkətin illik dövriyyəsi 300.000-350.000 manatdır. Hər il dövriyyədən asılı olaraq 60.000-80.000 manat vergi ödənilir. Bəzən hətta elə il olub ki, 100.000 manat vergi ödənilmişdir. Satışını həyata keçirdikləri malları əsasən Çindən, İngiltərədən, Dubaydan idxal edirlər. O, təxminən 2019-cu ilin payız aylarında rəhbərlik etdiyi “xxxx” MMC-nin Vergilər Nazirliyinin mövcud X2 (AVİS) komputer sistemində mövcud olan 5607,83 manat vergi borcuna görə mühasibi Şahid2 Vergilər Nazirliyinə şikayət məktubu yazmasını bildirmişdir. Həmin məbləğ vergi orqanı tərəfindən kameral vergi yoxlaması əsasında hesablanmış vergi məbləği idi. Kameral vergi yoxlamasının əsas səbəbi alınmış mallara dair ilkin sənədlərin olmaması idi. Mühasib alış aktlarını Vergilər Nazirliyinə təqdim edərək əsaslı olduğuqlarını sübut etmiş, müvafiq qərar əsasında qeyd olunan vergi məbləği azaldılmasına baxmayaraq şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalma məbləği qalmışdır. Təsdiqlənmmiş azalma məbləği təsdiqlənmədiyindən bank hesabında borcun tutulmasına dair sərəncam da mövcud olaraq qalmışdır. Həmin vaxt Şahid2 mühasib kimi müvafiq sənədləşmələr apararaq Vergilər Nazirliyini şikayətlər və müraciətlər hazırlayıb göndərsə də, həmin təsdiqlənməmiş azalma məbləğinin təsdiq edilməsi mümkün olmamışdır. Həmin təsdiqlənməmiş azalma məbləği təsdiqlənmədiyindən rəhbərlik etdiyi şirkətin bank hesabına dondurma qoyulduğu üçün onlar şirkət olaraq heç bir əməliyyat həyata keçirə bilməmiş və bundan sonra şirkətin hesablarında olan dondurmaları götürmək və müvafiq əməliyyatlar aparmaq üçün o, məcbur qalıb həmin 5607,83 manat təsdiqlənməmiş azalma məbləğinin təsdiqlənməsi üçün alternativ yollar axtarmışdır. O, bu barədə X8 müraciətlə əlaqədar mal qalığının yoxlaması tədbirinə gəlmiş Şahid4 müraxiət etmiş, sonuncu isə ona 2600 manat pul müqabilində təsdiqlənməmiş azalmanı təsdiq edəcəyini bildirmişdir. O, Şahid4lə razılaşmış və sonuncuya məbləğ təsdiqlənəndən sonra pulu verəcəyini bildirərək qarşılıqlı razılığa gəlmişlər. Təsdiqlənməmiş azalma 2020-ci ilin yanvar ayında təsdiqləndikdən sonra o, həmin vaxt mühasib Şahid2 2600 manat pul vermiş və tapşırmışdır ki, həmin pulu Şahid4 çatdırsın. Şahid2 Bakı şəhəri, Babək prospektində yerləşən Monte Karlo şadlıq sarayının yaxınlığında 2020-ci ilin yanvar ayında həmin 2600 manat pulu Şahid4 çatdırmışdır. O, Şahid4 həmin təsdiqlənməmiş azlama məbləğini hansı üsulla, kimlər vasitəsilə təsdiqlətdiyi barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, istisasca iqtisadçıdır, 2017-ci ilədək müxtəlif özəl təşkilatlarda mühasib kimi çalışmış, 2017-ci ilin yaz aylarından “xxxx” MMC-də baş mühasib vəzifəsində işləyir. MMC-nin direktoru Samir Quliyevdir. Aylıq 320 manat əmək haqqı alır. Həmin MMC-nin fəaliyyəti qapı-pğncərə istehsalında istifadə olunan xammalın Türkiyə Respublikası, Rusiya Federasiyasından idxal edilərək Bakı şəhərində satışının həyata keçirilməsindən ibarətdir. MMC-nin anbarı Bakı şəhərində “xxxx” metro stansiyasının yaxınlığında yerləşir. Bundan başqa MMC-nin hər hansı mağazası və ya digər təsərrüfat subyekti yoxdur. Ümumiyyətlə “xxxx” MMC qeyd olunan xammalın topdan satışı ilə məşğul olur. X70 Gəncə şəhərində qeydiyyatda olduğu üçün müəssisənin hüquqi ünvanı da Gəncə olmaqla, dövlət qeydiyyatı Gəncə şəhərində yerləşən 12 saylı X9. 2019-cu ilin ƏDV üzrə vergi bəyannaməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada növbəti ayın, yəni 2020-ci ilin yanvar ayının 20-dək vergi orqanına təqdim edilməlidir. O da elektron qaydada MMC-nin 2019-cu ilin dekabr ayı üzrə ƏDV bəyannaməsini qanunvericilikdə nəzərdə tutulmuş vaxtda, yəni yanvar 20-dək xatırlamadığı tarixdə vergi orqanına təqdim etmişdir. Bəyannaməni təqdim edən vaxt səhvə yol vermiş, tərəfindən bəyannamə elektron qaydada tərtib edilərkən dövriyyə az göstərilmişdir. Buna səbəb xaricdən idxal olunan mallara görə yük-gömrük bəyannaməsini, həmin bəyannamədə nəzərdə tutulan alınmış malları, yəni aldıqları malın dəyərini, həmçinin idxalda ödənilən ƏDV-ni bəyannamənin əlavəsində əvəzləşmə hüququ hissəsinə əlavə etməməyi olmuşdur. Belə ki, idxalda alınmış mallara görə ödənilmiş ƏDV vergi orqanına təqdim olunan bəyannamədə göstərilmədiyinə görə vergi öhdəliyi artıq çıxmış və vergi borcu yaranmışdır. Bundan sonra həmin dövr üzrə dəqiqləşmiş bəyannaməni tərtib etmiş və əlavəsində yük gömrük bəyannamələrini göstərməklə əvəzləşdirilməli ƏDV məbləğini göstərmişdir. Bundan sonra o, Vergilər Nazirliyində işləyən Şahid3 xahiş edərək bank hesabından artıq borcun tutulmaması üçün həmin bəyannamənin, yəni azalmanın təsdiqlənməsinə köməklik etməsini xahiş etmişdir. Şahid3 həmin təsdiqlənməmiş azalmanın təsdiq olunmasına köməklik etmiş və həmin azalma təsdiqlənmişdir. Həmin azalma tam qanuni olmuş və təsdiqlənməli azalma məbləği bəyannamədə qeyd olunmuşdur. O, Şahid3 “xxxx” MMC-də işlədiyi vaxtdan tanımış, MMC Gəncədə yerləşən vergi orqanında uçotda olduğundan və Şahid3 da əvvəllər həmin vergi orqanında işlədiyindən işgüzar şəraitdə tanış olmuşlar. Yəni o bəyannamələri vergi orqana təqdim etdikdə hər hansı bir problem yarandıqda vergi işçisi-mühasib işgüzar münasibətdə dəfələrlə telefon əlaqəsi yaratmışlar. Sonradan Şahid3 iş yeri xatırladığı qədər 1 ildir ki, Bakı şəhərinə, yəni Vergilər Nazirliyinə dəyişdirilmişdir. O Şahid3la bir dəfə Bakı şəhərində işlə əlaqdar xatırlamadığı küçədə görüşmüş və bu görüş 15-20 dəqiqə müddətində olmuşdur. O həmin vaxt “xxxx” MMC ilə bağlı vergi qanunvericiliyi ilə bağlı sual verərək Şahid3 cavab almışdır. Sözügedən təsdiqlənməmiş azalma ilə bağlı ilə o sadəcə olaraq Şahid3 köməkliyini istəmiş, Şahid3 isə ondan hər hansı məbləğdə pul istəməmiş və almamışdır. Ümumiyyətlə o, həmin təsdiqlənməmiş azalmanın tam qanuni şəkildə təsdiqləndiyini bilmişdir. Qeyd olunan azalmanın hansı şəraitdə və konkret olaraq Şahid3 və ya digər vergi orqanı əməkdaşı tərəfindən təsdiqlənməsini bilməmiş, yalnız Şahid3 bu barədə köməklik göstərməsi üçün müraciət etmiş və sonuncu bu sahədə köməyini etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin məhkəmə kompyuter-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 5/425 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş “İpad” markalı “Air2” modelli mobil planşetdə “185.161.224.2” saylı İP ünvanda fəaliyyət göstərən “xxxx” MMC-yə məxsus “VPN” özəl şəbəkəsinə bağlantı, həmin saylı “İP” ünvandan isə “AVİS” X2 Sisteminə qoşulmaları mümkün edən “Remote Desktop” proqram təminatı müəyyən edilmişdir. Tədqiq olunan planşetdə istifadəçi tərəfindən mütəmadi olaraq “LOG” məlumatların və izlərin təmizləndiyi səbəbindən “RVKL” adlı keylogger proqram təminatının hansı vaxtda yüklənməsini, yazılmasını, dəqiqliklə hansı əməliyyatların aparılmasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş “Lenovo” markalı kompyuterdə hazırda mövcud olan texniki imkanlar vasitəsilə “rvkl” adlı “keylogger” tipli proqram təminatını “VPN” virtual özəl şəbəkə üzərindən, məsafədən quraşdırılma əmrləri ilə (remote execution) istənilən kompyuterə yazmaq (quraşdırmaq), “keylogger” tipli proqram təminatını cari sitifadəçinin xəbəri olmadan istismar etmək və “RDP” protokolu vasitəsilə “keylogger” proqram təminatının nəticələrini əldə etmək (köçürmək) mümkündür. Tədqiq olunan kompyuterdə istifadəçi tərəfindən mütəmadi olaraq “LOG” məlumatların və izlərin təmizləndiyi səbəbindən “RVKL” adlı keylogger proqram təminatının hansı vaxtda yüklənməsini, yazılmasını, dəqiqliklə hansı əməliyyatların aparılmasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş “HP” markalı kompyuterin yaddaşında “VPN”, “RDP” funksiyaları ilə Vergilər Nazirliyinin “AVİS” siteminə müdaxiləyə dəlalət edən texniki izlər müəyyən edilmişdir. Tədqiq olunan kompyuterdə istifadəçi tərəfindən mütəmadi olaraq “LOG” məlumatların və izlərin təmizləndiyi səbəbindən “RVKL” adlı keylogger proqram təminatının hansı vaxtda yüklənməsini, yazılmasını, dəqiqliklə hansı əməliyyatların aparılmasını müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş “Microsoft forefront” şəbəkə infrastruktrunun təhlükəsizliyini və idarə olunmasını təmin edən proqram məhsulun texniki təhlükəsizlik çıxarışlarına, “Lenovo” markalı “Təqsirləndirilən şəxs3” adlı istifadəçiyə məxsus və “HP” markalı “Təqsirləndirilən şəxs1” adlı istifadəçinin istifadəsində olmuş “notebook” tipli kompyuterlərdə aşkar edilmiş məlumat, izlərə əsaslanaraq elə nəticəyə gəlmək olar ki, “Təqsirləndirilən şəxs3” və “Təqsirləndirilən şəxs1” adlı istifadəçilər “xxxx LLC/xxxx İT Stuff/Admins” adlı qrupun üzvləri kimi “taxes.gov.az” adlı “domain” sisteminə “85.132.45.126” İP ünvanlı “VPN” virtual özəl şəbəkə üzərindən “RDP” protokolu vasitəsilə “10.22.10.54” İP ünvanlı “AVİS” adlı X2 sisteminə müxtəlif vaxtlarda daxil olublar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 273.4-cü, 273- 1.4.1-ci, 273-1.4.2-ci, 273-1.4.3-cü, 29,273-1.4.1-ci, 29,273-1.4.2-ci və 29,273-1.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 273.4-cü, 273-1.4.2-ci, 273-1.4.3-cü, 29,273-1.4.2-ci və 29,273-1.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 273.4-cü, 273-1.4.2-ci və 273-1.4.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 273.4-cü maddəsinin sanksiyasında əlavə cəza ilə yanaşı azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxslərə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 273-1.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş əlavə cəza ilə yanaşı alternativ əsas cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan nikah haqqında və doğum haqqında şəhədatnəmələrin surətinə əsasən Təqsirləndirilən şəxs1 X20 ilə nikahdadırlar, onların xx.xx.2013-cü il təvəllüdlü X40, xx.xx.2016-cı il təvəllüdlü X21 aldı uşaqları vardır. İş materiallarında olan nikah haqqında və doğum haqqında şəhədatnəmələrin surətinə əsasən Behbudov X46 Günay Musa qızı ilə nikahdadırlar, onların xx.xx.2012-ci il təvəllüdlü X65, xx.xx.2014-cü il təvəllüdlü X66 adlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli xasiyyətnamələrinə əsasən Təqsirləndirilən şəxs2 işlədiyi müddət ərzində özünü təcrübəli və bacarıqlı işçi kimi göstərmiş, funksional vəzifələrin, verilmiş tapşırıqların icrasını vaxtında və kefiyyətli yerinə yetirmiş, ona xx.xx.2012-ci ildə “Təşəkkür” elan edilmiş, xx.xx.2013-cü ildə vaxtından əvvəl “2-ci dərəcəli müfəttiş” növbəti xüsusi rütbəsi verilmiş, xx.xx.2018-ci ildə “Təşəkkür” verilmiş, xx.xx.2020-ci ildə vaxtından əvvəl “vergi xidməti müşaviri” növbəti xüsusi rütbəsi verilmişdir. Xidmət etdiyi müddətdə barəsində intizam tənbehə tətbiq edilməmişdir. İş materiallarında olan nikah haqqında və doğum haqqında şəhədatnəmələrin surətinə əsasən Dadaşov X24 Nubar Zabit qızı ilə nikahdadırlar, onların xx.xx.2014-cü il təvəllüdlü X41, xx.xx.2016-cı il təvəllüdlü X42 adlı uşaqları vardır. İş materiallarında olan ƏƏSMN tabeliyində olan DSMF-in Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs3 anası X14 2-ci qrup əlildir. Həmçinin həmin DSMF-in Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs3 atası Dadaşov Mobir Mövlud oğlu 3-cü qrup əlildir. İş materiallarında olan Xətai RİH MKTB 98 saylı MKİS-in xx.xx.2020-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs3 atası, anası, arvadı və uşaqları ilə birlikdə İ.İsmayılov küçəsi 48 saylı evin 45 saylı mənzilində yaşayırlar. İş materiallarında olan nikah haqqında və doğum haqqında şəhədatnəmələrin surətinə əsasən Zəribi-X5 Aynurə Vəli qızı ilə nikahdadırlar, onların xx.xx.2010-cu il təvəllüdlü X15 qızı və xx.xx.2011-ci il təvəllüdlü X47 oğlu adlı uşaqları vardır. İş materiallarına əsasən yaşayış yerlərindən verilmiş xasiyyətnamələrə əsasən təqsirləndirilən şəxslərin hər biri yaşayış yerəri üzrə müsbət xarakterizə edilmişlər. Təqsirləndirilən şəxslərin hər biri cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi hər bir təqsirləndirilən şəxsin əməlinin yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərin hər birinin törətdikləri əməlləri etiraf etmələrini, əməllərindən səmimi peşman olmalarını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etmələrini, təqsirləndirilən şəxslərin hər birinin ilk dəfə cinayət törətmələrini, ailəli olmalarını, hər birinin 2 azyaşlı uşaqlarının olmasını, ailələrinə qazanc gətirən ailə başçıları olmalarını, şəxsiyyətlərinin müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslərə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, cinayətin baş vermə şəraitini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin aşağıdakıları nəzərə alır və belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza çəkmədən də islah olunması mümkündür, ona görə də onların barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq onlara təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəmüvafiqdir. Çünki cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsdə isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi, maddə 8.1). Təqsirləndirilən şəxslərə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi onun ailəsinin həyat şəraitinin ağırlaşmasına da səbəb olacaqdır. Çünki təqsirləndirilən şəxslərin hər biri ailəlidir və ailələrinə qazang gətirən yeganə ailə başçılarıdır, hər birinin yetkinlik yaşına çatmayan 2 uşaqları vardır. Onlar ilk dəfədir ki, cinayət törətmişdir. Nəzərə alınmalıdır ki, həbsdə saxlama müddəti cəza təyin edilərkən cəza müddətinə hesablandığından, belə olduğu halda nəzərə alınmalıdır ki, artıq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 08 ay 19 gün həbsdə və ev dustaqlığında olmuşlar. Bu cür təqsirləndirilən şəxslərə azadlıqdan məhrumetmə cəzası təyin edildiyi təqdirdə, həmin cəzanın çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməsi bununla nəticələnək ki, həmin müddətdə: - 1) onların ailəsi maddi ehtiyaclarını normal səviyyədə ödəmək imkanından məhrum olacaq; 2) uşaqlar və ailəsi ailə başçısının himayəsindən məhrum olacaq; 3) uşaqları valideyin himayəsindən məhrum olacaq; 4) ailələri (arvadı, azyaşlı uşağı) cəzanın ağır psixoloji təsirinə məruz qalacaqdır. Belə vəziyyətdə iddia etmək olmaz ki, təqsirləndirilən şəxslərdə qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, bir sözlə islah olunması üçün onlar, mütləq ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməli və həmin müəssisədə çəza çəkən məhkumların əhatəsində olmalıdır. Bu cür təqsirləndirilən şəxslərin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə tutulub, barəsində Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 08 ay 19 gün həbsdə və ev dustağlığında olmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə tutulub, barəsində Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 08 ay 19 gün həbsdə və ev dustağlığında olmuşdur. Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə tutulub, barəsində Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 08 ay 19 gün həbsdə və ev dustağlığında olmuşdur. Təqsirləndirilən şəxs4 xx.xx.2020-ci il tarixdə tutulub, barəsində Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmişdir. Bununla da, Təqsirləndirilən şəxs4 08 ay 19 gün həbsdə və ev dustağlığında olmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrəli sim-kartlar, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrəli sim-kartlar, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli sim-kart və Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** nömrəli sim-kart hökm qanuni qüvvəyə minəndən sonra həmin təqsirləndirilən şəxslərə qaytarılmalı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 istifadələrində olmuş “Lenovo İDEAEPAD 502”, “HP Protect SMART” markalı notebook kompyuterləri və “iPad Air 2” markalı mobil planşet hökm qanuni qüvvəyə minəndən sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qaytarılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən hər birindən bərabər həcmdə tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, CM-nin 273-1.4.1, 273-1.4.2, 273-1.4.3, 29,273-1.4.1, 29,273-1.4.2 və 29,273-1.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq, 02 il 06 ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında saxlanıldığı 08 ay 19 gün müddət ona təyin olunmuş əsas cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 06 ay (iki il altı ay) müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 il 09 ay 11 gün (dörd il doqquz ay on bir gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 davranışına nəzarət onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişdirməsin. Barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri ləğv edilsin və o, ev dustaqlığından dərhal azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, CM-nin 273-1.4.1, 273-1.4.2, 273-1.4.3, 29,273-1.4.1, 29,273-1.4.2 və 29,273-1.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq, 02 il 06 ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlanıldığı 08 ay 19 gün müddət ona təyin olunmuş əsas cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 06 ay (iki il altı ay) müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 il 09 ay 11 gün (dörd il doqquz ay on bir gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 davranışına nəzarət onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişdirməsin. Barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri ləğv edilsin və o, ev dustaqlığından dərhal azad edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, CM-nin 273-1.4.2, 273-1.4.3, 29,273-1.4.2 və 29,273-1.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq, 02 il 06 ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 həbsdə və ev dustaqlığında saxlanıldığı 08 ay 19 gün müddət ona təyin olunmuş əsas cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 06 ay (iki il altı ay) müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 il 03 ay 11 gün (dörd il üç ay on bir gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 davranışına nəzarət onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişdirməsin. Barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri ləğv edilsin və o, ev dustaqlığından dərhal azad edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, CM-nin 273-1.4.2, 273-1.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs4 qəti olaraq, 02 il 06 ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 həbsdə və ev dustaqlığında saxlanıldığı 08 ay 19 gün müddət ona təyin olunmuş əsas cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 06 ay (iki il altı ay) müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 03 il 09 ay 11 gün (üç il doqquz ay on bir gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs4 davranışına nəzarət onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişdirməsin. Barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri ləğv edilsin və o, ev dustaqlığından dərhal azad edilsin. Məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 61,17 manat (altmış bir manat 17 qəpik) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hər birindən bərabər məbləğdə tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***- ***-**-** və ***-***-**-** nömrəli sim-kartlar, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***- ***-**-** və ***-***-**-** nömrəli sim-kartlar, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** nömrəli sim-kart və Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** nömrəli sim-kartlar hökm qanuni qüvvəyə minəndən sonra istifadələrində olmuş həmin təqsirləndirilən şəxslərə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış “Lenovo İDEAEPAD 502”, “HP Protect SMART” markalı notebook kompyuterləri və “iPad Air 2” markalı mobil planşet hökm qanuni qüvvəyə minəndən sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qaytarılsın. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X7 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 03 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X10 ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X33 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 12 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X22 ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X11 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 12 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs4 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X23 ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Mirzəyev Vüsal Əlövsət oğluna ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar