Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-258/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçilər: “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkilləri X8 və X9, Təqsirləndirilən şəxs: X4 iştirakları ilə, xx.xx.1994-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, Şamaxı rayonu, 28 may küçəsi ev 12-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ev 5, mənzil 65-də yaşayan və barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17.07.2020-ci il tarixdən 30.09.2020-ci il tarixədək olan müddət ərzində istintaqla müəyyən olunmayan ayrı-ayrı vaxtlarda informasiya texnologiyaları üzrə texnik vəzifəsində işlədiyi ünvan 1 ünvanındakı “Hyatt Tower” 3-ün ikinci mərtəbəsində yerləşən "xxxx" MMC-nin anbarından 08 ədəd hər birinin dəyəri 2278 (iki min iki yüz yetmiş səkkiz) manat olan 14 ekran ölçülü, 16 GM ramlı, 8-ci nəsil Core İ5 prosessorlu “Dell İnc. Latitude 5400” markalı, 02 ədəd hər birinin dəyəri 5225 (beş min iki yüz iyirmi beş) manat olan 15 ekran ölçülü, 32 GB ramlı, 8-ci nəsil Core İ7 prosessorlu “Dell İnc. Latitude 5540” markalı dizüstü kompüterləri və 100 ədəd iki metr uzunluqda hər birinin dəyəri iki manat olan HDMİ naqillərini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş hüquqi şəxsə 28,874 (iyirmi səkkiz min səkkiz yüz yetmiş dört) manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X10 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 03.01.2019-cu il tarixdə Yasamal rayonu, İzmir küçəsi 8 ünvanında yerləşən "xxxx" MMCdə informasiya texnologiyaları departamentində texnik vəzifəsində işə başlamışdır. 2020-ci ilin iyul ayının əvvəllərində o, evlərini təmir etdirməyə başladığı üçün pula ehdiyacı yaranmışdır. Həmin ərəfələrdə o, pul tapmadığı üçün işlədiyi "xxxx" MMC-nin anbarında olan işlənməmiş “DELL” markalı dizüstü komputerləri oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə o, 17.07.2021-ci il tarixdə saat 09-da işə gəlmişdir. O, işlərini gördükdən sonra saat 18 radələrində işdən çıxarkən onda olan açarla şirkətin anbarına daxil olmuş və ətrafa baxıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra oradan 01 ədəd “Dell İnc. Latitude 5400” markalı, 14 ekranlı notbukun birini götürüb bel çantasında gizlədərək anbardan çıxıb Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev kəsişməsi 74 ünvanında yerləşən elektron əşyaların lombardı mağazasına yaxınlaşmışdır. Orada satıcı işləyən Orxan adlı şəxsə həmin notbuku girov qoyub pul götürmək istədiyini bildirmişdir. Orxan onda həmin notbukun kimə məxsus olduğunu soruşduqda o, Orxana notbukun özünə məxsus olduğunu hazırda pula ehdiyacı olduğu üçün lombarda qoyduğunu, pul tapan kimi gəlib götürəcəyini bildirmişdir. Bundan sonra Orxan onunla razılaşaraq 01 ədəd “Dell İnc. Latitude 5400” markalı, 14 ekranlı notbuku girov götürüb əvəzində aylıq 90 manat ödəniş etmək şərti ilə 450 manat pul vermişdir. Oda həmin pulu şəxsi ehdiyaclarına xərcləmişdir. 20.07.2020-ci il tarixdə də o, işlədiyi şirkətin anbarından 02 ədəd “Dell İnc. Latitude 5400” markalı noutbuku oğurlayıb Nizami rayonu, Qara Qarayev kəsişməsi 74 ünvanında yerləşən Cahid adlı şəxsin işlədiyi lombarda girov qoyub sonuncudan 950 manat pul götürmüşdür. Bundan əlavə 22.07.2020-ci il tarixdə saat 18 radələrində işdən çıxarkən yenə də 01 ədəd “Dell İnc. Latitude 5400” markalı, 14 ekranlı notbuku anbardan götürərək aparıb Orxana satmaq istəyərkən Orxan orada olmadığı üçün həmin lambardda olan tanmadığı bir şəxsin məsləhəti ilə o, qeyd olunan kompüteri həmin lombardın yaxınlığında yerləşən Oqtay adlı şəxsin işlədiyi digər bir lombarda girov qoyaraq oradan pul götürmüşdür. Bundan sonra o, eyni qaydada 23.07.2020-ci il tarixdə işdən çıxarkən yenə 01 ədəd “Dell İnc. Latitude 5400” markalı diziüstü kompüteri şirkətdən götürüb Orxan adlı şəxsin işlədiyi lombarda girov qoyaraq oradan 450 manat pul almışdır. 21.08.2020-ci il tarixdə isə yenə iş yerindən götürdüyü 01 ədəd “Dell İnc. Latitude 5400” markalı kompüteri Cahid adlı şəxsin işlədiyi lombarda qoyub 450 manat pul almışdır. 03.09.2020-ci il tarixdə saat 18 radələrində o, işdən çıxarkən 01 ədəd “Dell İnc. Latitude 5400” markalı, 14 ekranlı notbuku anbardan götürərək aparıb Cahidə satmışdır. Bu dəfə də Cahid ona həmin notbukun əvəzində 500 manat pul vermişdir. Bundan sonra eyni ilə 04.09.2020-ci il tarixdə o, işdən çıxan zaman 01 ədəd “Dell İnc. Latitude 5400 markalı” 14 ekranlı notbuku anbardan götürərək aparıb Cahidə 450 manata girov qoymuşdur. Daha sonra isə o, 20.09.2020-ci il tarixdə də işlədiyi şirkətdən 01 ədəd “Dell İnc. Latitude 5540” markalı kompüteri aparıb Oqtay adlı lombardda işləyən şəxsə girov qoyub onun müqabilində pul götürüb şəxsi ehdiyaclarına xərcləmişdir. Bundan sonra o, artıq işlədiyi şirkətin anbarında çox sayda işlənməmiş dizüstü komputerlərin olduğunu bildiyi üçün pula ehdiyacı olduqca həmin komputerlərdən heç kimin xəbəri olmadan oğurlayıb lombarda girov qoyaraq pul götürmüşdür. O, bu qayda ilə işlədiyi şirkətin anbarından ayrı-ayrı vaxtlarda, ümumilikdə 07 ədəd “Dell İnc. Latitude 5400” markalı, 02 ədəd isə “Dell İnc. Latitude 5540” markalı dizüstü komputerləri oğurlayıb qeyd edilən lombardlara girov qoyaraq oradan müxtəlif məbləğlərdə pul götürüb şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir müddət sonra o, xəstələndiyi üçün bir müddət işləyə bilməmişdir. Həmin ərəfələrdə də lombardın faizləri çoxaldığı üçün o, həmin kompüterləri oradan çıxarda bilməmiş və tanıdığı Xəyyam adlı şəxsə lombarda 09 ədəd kompüteri girov qoyduğunu və həmin kompüterlərin dəyərindən ucuz qiymətə batıb getməməsi üçün lombarddan çıxartmasını bildirmişdir. Xəyyam da onunla razılaşaraq ümumilikdə 7200 manat pul verib lombarda onun qoyduğu kompüterlərin girov haqlarını və faizlərini ödəyərək həmin avdanlıqları lombardan götürmüşdür. 2020-ci ilin noyabr ayının sonlarından başlayaraq şirkətdən ona zəng edilərək onu işə çağırmışlar. Lakin o, xəstə olduğu üçün işə gedə bilməmişdir. O, həmin müddət ərzində "xxxx" MMC-dən yalnız 07 ədəd “Dell İnc. Latitude 5400” markalı, 02 ədəd isə “Dell İnc. Latitude 5540” markalı dizüstü komputerlər oğurlamış, 1 ədəd “Dell İnc. Latitude 5400” markalı kompyuter isə özünün istifadəsinə verilmişdir. Əlavə olaraq bildirmişdir ki, 100 ədəd iki metr uzunluqda hər birinin dəyəri iki manat olan HDMİ naqillərini oğurlamamışdır. Yekun olaraq o əməlindən peşiman olduğunu, zərəçəkmiş hüquqi səxsə dəymiş zərərərin ödənildiyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də hüquq məsələləri üzrə menecer vəzifəsində işləyir. O, xidməti zərurətlə əlaqədar olaraq ezamiyyətdə olan zaman işlədiyi şirkətin “İnformasiya Texnologiyaları” departamentinin meneceri Şahid2 ona zəng edərək şirkətin qeyd olunan departamentində 9 ədəd “Dell” markalı dizüstü kompyuterlərin və təxminən 100 ədəd HDMİ naqilinin çatışmadığını bildirmişdir. Bundan sonra həmin günün səhərisi, 2020-ci ilin noyabr ayının ortalarında o, şirkətə gəlmiş və həmin çatışmayan avadanlıqların yerinin müəyyən edilməsi üçün şirkət daxilində araşdırmaya başlamışdır. Bu məqsədlə o, “İnformasiya Texnologiyaları” departamentinin əməkdaşlarını qeyd olunan dizüstü kompyuterlərin və HDMİ naqillərinin yerləri barədə sorğu sual etdikdə əməkdaşlar həmin avadanlıqların harada olması barədə məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra onun tərəfindən işçilər barədə mövcud məlumatlar analiz edilən zaman o, 2020-ci ilin aprel ayından oktyabr ayına kimi “İnformasiya Texnologiyaları” departamentinin işçisi X5 qeyd olunan ərəfələrdə tək başına işdə olmasını müəyyən etmişdir. Bununla bağlı onlar Ülvi ilə söhbət etmək üçün sonuncunu şirkətə dəvət etsələr də, Ülvi müxtəlif bəhanələr gətirərək onlarla görüşməkdən yayınmışdır. 24.11.2020-ci il tarixdə o, şirkətin digər işçiləri ilə birlikdə “İnformasiya Texnologiyaları” departamentinə ətraflı baxış keçirib oradan hər biri 2278 (iki min iki yüz yetmiş səkkiz) manat dəyərində 07 ədəd “X23 5400” markalı, hər biri 5225 (beş min iki yüz iyirmi beş) manat dəyərində 02 ədəd “X23 5540” markalı dizüstü kompyuterlərin və hər biri iki manat dəyərində 100 ədəd HDMİ naqilinin naməlum şəraitdə oğurlanmasını aşkar edərək bu barədə akt tərtib etməklə DİN-nə müraciət etmişdir. X14 barəsində 2020-ci ilin mart ayından həmin ilin oktyabr ayınadək olan müddət ərzində şirkətlərinə müxtəlif bank və kredit təşkilatlarından Ülvinin borcu olması, o cümlədən icra orqanlarından daxil olmuş qərərlardan Ülvinin ciddi maddi problemləri olması aydın olmuşdur. Bu hallarda özlüyündə onlarda Ülvinin qeyd olunan oğurluq hadisəsini törətməsində şübhəli olmasına əsaslar yaratmışdır. Təqsirləndirilən şəxs əmək müqaviləsi əsasında şirkətin İnformasiya Texnologiyaları departamentində işlədiyi üçün həmin dizüstü kompyuterlərin saxlanıldığı anbar təyinatlı otağa qeyd olunan departamentin digər işçiləri kimi giriş çıxış üçün səlahiyyəti olsa da həmin avadanlıqları şirkətin inzibati binasından kənara çıxarmaq səlahiyyəti olmamışdır. Bundan sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ümumilikdə 09 ədəd “Dell” markalı dizüstü kompyuterləri və 100 ədəd HDMİ naqillərini şirkətin saxlama otağından heç kimə məlumat vermədən və heç bir icazə almadan öz başına olaraq tamah məqsədi ilə oğurlamışdır. 01.04.2020-ci il tarixdən 24.11.2020-ci il tarixədək olan müddət ərzində Ülvinin işlədiyi şirkətdən 07 ədəd “X23 5400” markalı, 02 ədəd “X23 5540” markalı dizüstü kompyuterləri və 100 ədəd HDMİ naqilinin oğurlaması nəticəsində həmin şirkətə ümumilikdə 26,596 (iyirmi altı min beş yüz doxsan altı) manat maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin olmadığını və "xxxx" MMC-yə dəymiş ziyanın tam ödənildiyini və bununla bağlı müvafiq ərizənin təqdim edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Elnur oğlu ifadəsində göstərmişdir ki o, təxminən 4 ilə yaxındır ki, "xxxx" MMC-də işləyir və Covid-19 virusu ilə əlaqədar olaraq 2020-ci ilin aprel ayından etibarən işini ev şəraitində görürmüşdür. Bu səbəbdən o, ofisə tez-tez gedib gəlmirmiş. Lazım olduğu vaxtlar isə Ülvi Mehrəliyev adlı işçinin yerinə o ofisə getmişdir. Elə vaxtlar da olmuşdur ki, o Ülviylə bir ofisdə işləmişdir. 2020-ci ilin noyabr ayının 19-20 tarixlərində o, ofisdə olan zaman avadanlıqları vizual saymaq istədikdə avadanlıqların müəyyən bir hissəsinin olmadığını təxmin etmişdir. Daha sonra o, əmin olmaq üçün kompüter serverdə olan mövcud invertarı siyahı ilə yoxlamağa başlamışdır. Bu zaman 7 ədəd “DELL İnc. Latitude 5400”, 2 ədəd “Dell İnc. Latitude 5540” markalı kompüterin və 100 ədəd HDMİ naqillərinin yerində olmadığını aşkar etmişdir. O, bundan sonra dərhal şirkətin İnformasiya Texnologiyaları departamentinin meneceri olan Şahid2 məlumat vermişdir. Şahid2 da öz növbəsində şirkətin hüquq şöbəsinin meneceri Zərərçəkmiş şəxs məlumat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs şirkətə gələrək daxili araşdırma aparmış və şirkətdən 7 ədəd “DELL İnc. Latitude 5400”, 2 ədəd “Dell İnc. Latitude 5540” markalı kompüterin və 100 ədəd HDMİ naqilin oğurlandığını aşkar etmiş və bununla bağlı akt tərtib olunmuşdur. Onlar oğurluq hadisəsinin kim tərəfindən törədildiyini aydınlaşdırmaq üçün bütün işçilərin izahatlarını alsalar da, Ülviyə gəlib izahat verməsini bildirdikdə sonuncu, müxtəlif bəhanələr gətirərək izahat verməkdən yayınmışdır. Çox saylı çağırışlardan sonra Ülvi şirkətə gəlib yazılı izahat verərək oğurlanmış komputerlərlə əlaqəsinin və bu barədə məlumatının olmadığını qeyd etmişdir. Daha sonra onlar tərəfindən oğurluq hadisəsi ilə bağlı aidiyyəti qurumlara müraciət etmişdir. Ölkə ərazisində “COVİD 19” virusunun yayılmasının qarşısını almaq məqsədi ilə onlar işçi sayını azaldaraq evdən işləmişlər. Həmin ərəfələrdə də işə yalnız Ülvi Mehrəliyev getdiyindən o Ülvidən şübhələnmişdir. “Dell İnc. Latitude 5400” markalı komputerlər tünd qəhvəyi rəngli, 14 ekran ölçülü, 16 GB ramlı, Core İ5 prosessorlu, 2 ədəd “Dell İnc. Latitude 5540” markalı kompüter qara rəngli, 15 ekran ölçülü, 32 GB ramlı, Core İ7 prosessorlu kompüter olmuşdur. HDMİ naqillər isə qara rəngli, təxminən 2 metr uzunluqda olmuşlar. Həmin ofisdə müşahidə kamerası olsa da, qeyd olunan oğurluq hadisəsinin hansı tarixdə baş verməsini bilmədikləri üçün həmin hadisə barədə kameraların yaddaşına baxsalarda hər hansı bir görüntü tapa bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 20 ildir ki, "xxxx" MMC-də işləyir. O, covid-19 virusu ilə əlaqədar olaraq 2020-ci ilin may ayından etibarən evdən işləmiş və bu səbəbdən o, ofisə tez-tez gedib gəlməmişdir. Həmin vaxtlar bütün işçilər evdən işləsə də, bir nəfər işçinin mütləq ofisə gedib gəlməyinə ehtiyac olduğundan Ülvi Mehrəliyev adlı işçiləri hər gün ofisə getmişdir. 2020-ci ilin noyabr ayının 20-22 tarixlərində işçisi Tural ona zəng edərək ofisdə olan zaman avadanlıqları vizual saymaq istədikdə komputerlərin müəyyən bir hissəsinin olmadığını təxmin etdiyini bildirmişdir. Daha sonra o, Turalla birlikdə əmin olmaq üçün kompüter serverdə olan mövcud invertarı siyahı ilə yoxlamağa başlamışdır. Bu zaman onlar 7 ədəd “DELL İnc. Latitude 5400”, 2 ədəd “Dell İnc. Latitude 5540” markalı kompüterin və 100 ədəd HDMİ naqilin olmadığını aşkar etmişlər. Bundan sonra o, şirkətin hüquq şöbəsinin meneceri Zərərçəkmiş şəxs bu haqda məlumat vermişdir. Zərərçəkmiş şəxs şirkətə gələrək daxili araşdırma aparmış və şirkətdən 7 ədəd “DELL İnc. Latitude 5400”, 2 ədəd “Dell İnc. Latitude 5540” markalı kompüterin və 100 ədəd HDMİ naqilin oğurlandığını aşkar etmiş və bununla bağlı akt tərtib olunmuşdur. Onlar oğurluq hadisəsinin kim tərəfindən törədildiyini aydınlaşdırmaq üçün bütün işçilərin izahatlarını alsalar da, Ülvi müxtəlif bəhanələr gətirərək izahat verməkdən yayınmışdır. Çox saylı çağırışlardan sonra Ülvi şirkətə gəlib yazılı izahat verərək oğurlanmış komputerlərlə əlaqəsinin və bu barədə məlumatının olmadığını qeyd etmişdir. Daha sonra onlar oğurluq hadisəsi ilə bağlı aidiyyəti qurumlara müraciət etmişlər. Bundan bir müddət sonra polis tərəfindən aparılmış araşdırmalar nəticəsində işlədikləri ofisdən 7 ədəd “DELL İnc. Latitude 5400”, 2 ədəd “Dell İnc. Latitude 5540” markalı kompüteri və 100 ədəd HDMİ naqili Ülvi Mehrəliyevin oğurlandığı məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, təxminən 5 ilə yaxındır ki, Qara Qarayev kəsişməsi 74 ünvanında yerləşən lombardı işlədir. Belə ki, o, müştərilərdən telefon, qızıl və notbukları girov götürərək onların qarşılığında müştərilərə faizlə pul verir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və sonuncu ilə arasında hər hansı münasibət olmamışdır. 20.07.2020-ci il tarixdə Ülvi müştəri olaraq onun obyektinə daxil olub 02 ədəd “X23 5400” markalı notbuk gətirib girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. O da Ülviyə həmin 02 ədəd “Dell İnc. Latitude 5400” markalı notbuku girov qoyması qarşılığında ayda ona 150 manat ödəmək şərti ilə 950 manat pul verə biləcəyini bildirmişdir. Bundan sonra o, Ülviylə yazılı şəkildə müqavilə imzalamış və notbukları götürərək sonuncuya 950 manat pul vermişdir. 21.08.2020-ci il tarixdə yenidən Təqsirləndirilən şəxs mağazaya 01 ədəd “X23 5400” markalı notbuk gətirərək onu girov qoymaq istədiyini bildirmişdir. Bu dəfə də Ülvi ilə 01 ədəd “Dell İnc. Latitude 5400” markalı notbuku girov qoyması qarşılığında ayda ona 70 manat ödəmək şərti ilə 450 manat pul verməyə razılaşmış və onlar yenə də müqavilə bağlamışlar. Həmin müddət ərzində Ülvi vaxtı-vaxtında gəlib faizləri ödəmişdir. 03.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs mağazaya 01 ədəd “Dell İnc. Latitude 5400” markalı notbuk gətirərək onuda girov qoymaq istədiyini bildirmiş və onlar ayda Ülvinin ona 70 manat ödəmək şərti ilə onun Ülviyə 450 manat verməyi qarşılığında razılaşıb müqavilə bağlamışlar. Həmin günün sabahı, yəni 04.09.2020-ci il tarixdə Ülvi yenə də eyni model kompüteri gətirib girov qoymaq istədiyini bildirmiş və onlar ayda Ülvinin ona 80 manat ödəmək şərti ilə 500 manat verməyinə razılaşmışlar. Bundan sonra Ülvi faizləri ödəməyi gecikdirməyə başlamışdır. O, tez-tez Ülviyə zəng edib faizləri ödəməsini və gəlib kompüterini girovdan çıxarmasını bildirsə də, Ülvi yalan vədlər verərək gəlməmişdir. Təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində Ülvi ona zəng edərək bir tanışının gəlib onda olan bütün notbuklarını girovdan çıxardacağını bildirmişdir. Təxminən bundan 2-3 gün sorna iki nəfər tanımadığı şəxs onun mağazasına gələrək Ülviyə məxsus notbukları girovdan çıxardacaqlarını bildirmişlər. Bundan sonra o, Ülviyə danışdıqda sonuncu ona həmin notbukların arasında 04.09.2020ci il tarixdə verdiyi notbuku özünün gəlib götürəcəyini və bu səbəbdən qaytarmamağını, digərlərini isə qaytarmağını bildirmişdir. O da 04 ədəd “Dell İnc. Latitude 5400” markalı notbuku təxminən 2500 manat qarşılığında həmin şəxslərə qaytarmışdır. Bundan sonra keçən 20-25 gün ərzində o, Ülviylə dəfələrlə əlaqə saxlayaraq sonuncuya gəlib 01 ədəd notbuku girovdan çıxartmasını bildirsə də, Ülvi həmin notbuku gəlib götürməditindən o notbuku satışa qoyaraq 570 manata Səfər Ağayev adlı şəxsə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, təxminən 2019-cu ilin deakabr ayının axırlarından Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən telefon mağazasını işlədir. Həmin telefon mağazasının içərisində lisenziya ilə lombardda fəaliyyət göstərir. Belə ki, müştərilər onların yanına öz qızıl-zinət və texnoloji avadanlıqlarını gətirərək girov qoyurlar və onlar da bunun qarşılığında müştərilərə faizlə pul verirlər. O, Təqsirləndirilən şəxs daha öncələr tanımamış və sonuncu ilə arasında əvvəllər hər hansı münasibət olmamışdır. 22.07.2020-ci il tarixdə Ülvi müştəri olaraq onların obyektinə daxil olub 01 ədəd “Dell İnc. Latitude 5400” markalı notbuk gətirərək girov qoyub pul götürmək istədiyini bildirmişdir. O da Ülviyə həmin 01 ədəd “Dell İnc. Latitude 5400” markalı notbuku girov qoyması qarşılığında ayda ona 90 manat ödəmək şərti ilə 450 manat pul verə biləcəyini bildirmişdir. Bundan sonra o, Ülviylə yazılı şəkildə müqavilə imzalamış və notbuku götürərək Ülviyə 450 manat pul vermişdir. 25.09.2020-ci il tarixdə yenidən Təqsirləndirilən şəxs mağazaya 01 ədəd “X23 5540” markalı notbuk gətirərək onuda girov qoymaq istədiyini bildirmişdir. Bu dəfə 01 ədəd “Dell İnc. Latitude 5540” markalı notbuku girov qoyması qarşılığında ayda ona 200 manat faiz ödəmək şərti ilə 1000 manat pul verməyə razılaşmış və onlar yenə də müqavilə bağlamışlar. Ülvi əvvəllər ona faizləri vaxtı-vaxtında ödəsə də, sonlarda gecikdirmələr yaranmağa başlamışdır. 07.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yanında onun tanımadığı 2 nəfər şəxslə birlikdə mağazaya gələrək verməli olduğu 2200 manata yaxın pulu verib 01 ədəd “Dell İnc. Latitude 5540” və 01 ədəd “Dell İnc. Latitude 5400” markalı notbukları girovdan çıxardaraq getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Raqif oğlu ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayının sonlarında o, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 50-57/68 ünvanında yerləşən 10 saylı binanın zirzəmisində yerləşən kompyuter avadanlıqları sexində işləyir. İşdə olan zaman Orxan adlı dostu yanında bir nəfər Ülvi adlı şəxslə onun yanına gəlmişlər. Söhbət əsnasında Ülvi ona əlində 09 ədəd “Dell” markalı dizüstü komputerlər olduğunu və həmin komputerləri lombarda girov qoyub pul götürdüyünü lakin götürdüyü pulların faizini ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. O, Ülvidən həmin komputerləri lombarddan götürmək üçün nə qədər pul lazım olduğunu soruşduqda Ülvi ona həmin komputerləri girovdan çıxartmaq üçün 5000 manat verəcəyini, 2000 manatı isə özünə verəcəyini bildirmişdir. O da Ülviyə hal-hazırda o qədər pulunun olmadığını, lakin Seyran adlı tanışıyla danışıb onlara kömək edə bilib-bilməyəcəyini soruşacağını bildirmişdir. Bundan sonra o, Seyranla danışıb sonuncuya ümumilikdə 7200 manat müqabilində 07 ədəd “Dell İnc. Latitude 5400” markalı, 02 ədəd isə “Dell İnc. Latitude 5540” markalı kompüterin olduğunu dedikdə Seyran ona problem olmadığını və həmin komputerləri götürə biləcəyini bildirmişdir. Səhəri gün o və Seyran Neftçilər Ticarət Mərkəzinin yaxınlığında görüşüb Ülvini gözləmişlər. Lakin Ülvinin gec gəldiyini görüb sonuncu ilə əlaqə saxladıqla Ülvi gələ bilməyəcəyini bildirib onlara Neftçilər Ticarət Mərkəzinin altındakı Lombard mağazasına girərək orada işliyən işçiyə Ülvinin komputerlərini girovdan çıxartmaq üçün gəldiklərini deməklərini bildirmişdir. Daha sonra onlar Ülvinin dediyi mağazaya girmişlər və həmin mağazada işləyən Cahid adlı şəxs 4 ədəd kompüteri onlara qaytarmışdır. Onlar da Cahidə təxminən 2450 manat pul vermişlər. Bundan sonra onlar oradan çıxmışlar və Ülvi gələrək onları “Qarant” lombard mağazasına aparmışdır. Orada Ülvi mağazanı işlədən şəxslə danışdıqdan sonra onlar həmin şəxsə 2550 manat ödəniş etmişlər və oradan 3 ədəd Dell markalı notbuku götürüb çıxmışlar. Bundan sonra onlar Ülvi ilə birlikdə həmin yerin yaxınlığında yerləşən “Lombard” yazılı mağazalardan birinə getmişlər və sonuncu içəriyə girərək satıcı ilə danışmağa başlamışdır. Bundan sonra Ülvi içəridən çıxaraq onlara içəri girib notbukları götürmələrini bildirmişdir və o da içəri girib həmin satıcıdan 2 ədəd “Dell” markalı notbuku götürüb sonuncuya təxminən 2200 manata yaxın pul vermişlər. Bundan sonra o, notbukları Seyrana vermiş, Seyranın isə həmin notbukları nə etdiyindən xəbəri olmamışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 147-149-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, təxminən 2 ilə yaxındır ki, “Qarant” lombard mağazasında işləyir və təxminən 1 ilə yaxındır ki, onlar Qara Qarayev 74 ünvanındakı obyektdə fəaliyyət göstərirlər. Belə ki, müştərilər onların yanına öz qızıl zinət və texnoloji avadanlıqlarını gətirərək girov qoyurlar və onlarda bunun qarşılığında həmin şəxslərə faizlə pul verirlər. O, Təqsirləndirilən şəxs tanımır və Ülviylə onun arasında əvvəllər hər hansı münasibət olmamışdır. 17.07.2020-ci il tarixdə Ülvi müştəri olaraq onun obyektinə daxil olaraq 01 ədəd X23 5400 markalı notbuk gətirib girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. O da Ülviyə mağazanın işçisi olaraq həmin 01 ədəd Dell İnc. Latitude 5400 markalı notbuku girov qoyması qarşılığın ayda ona 90 manat faiz ödəmək şərti ilə 450 manat pul verə biləcəyini bildirmişdir. Bundan sonra o Ülviylə yazılı şəkildə müqavilə imzalamış və notbuku götürərək Ülviyə 450 manat pul vermişdir. 23.07.2020-ci il tarixdə yenidən Təqsirləndirilən şəxs mağazaya 01 ədəd “X23 5400” markalı notbuk gətirərək onuda girov qoymaq istədiyini bildirmişdir. Bu dəfə də eyni ilə 01 ədəd “Dell İnc. Latitude 5400” markalı notbuku girov qoyması qarşılığında ayda ona 90 manat faiz ödəmək şərti ilə 450 manat pul verməyə razılaşmışlar və onlar yenə də müqavilə bağlamışlar. Həmin müddət ərzində Ülvi vaxtı-vaxtında gəlib faizləri ödəmişdir. 30.09.2020-ci il tarixdə Ülvi yenidən onun obyektinə daxil olaraq 01 ədəd “Dell İnc. Latitude 5540” markalı kompüteri girov qoymaq istədiyini bildirmişdir. O da komputerə baxış keçirdikdən sonra həmin komputerin qarşılığında ayda 113 manat faiz ödəmək şərti ilə 750 manat verəcəyini bildirmiş və onlar razılaşaraq bu barədə müqavilə bağlamışlar. Təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində Ülvi ona zəng edərək girov qoyduğu komputerləri götürmək istədiyini bildirmişdir. Onların telefonda danışığına əsasən 02 ədəd “Dell İnc. Latitude 5400” markalı və 01 ədəd “Dell İnc. Latitude 5540” markalı kompüteri 2500 manata qaytarmağa razılaşmışlar. Daha sonra Ülvi yanında Xəyyam adlı bir nəfər və adını bilmədiyi başqa bir şəxslə gələrək komputerləri girovdan çıxardacağını bildirmişdir və ona 2500 manat ödədikdən sonra o, 3 ədəd “Dell” markalı komputerləri saz və işlək vəziyyətdə Ülviyə qaytarmışdır. Bundan sonra Ülvi komputerləri girov qoyarkən bağladıqları müqaviləyə “təhvil aldım” yazararaq imzalayıb getmişdir. Ülvi notbukları girov qoyarkən ona həmin notbukların özünə məxsus olduğunu bildirdiyindən, həmçinin Ülvi ona işlədiyi yerin vəsiqəsini göstərdiyindən o, Ülvinin həmin notbukları oğurlayaraq əldə etməsindən şübhələnməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid7 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 157-159-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2020ci ilin dekabr ayının sonlarında o, işlədiyi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 50- 57/68 ünvanında yerləşən 10 saylı binanın zirzəmisində yerləşən kompyuter avadanlıqları sexində olan zaman tanıdığı Orxan adlı dostu yanında bir nəfər Ülvi adlı şəxslə onun yanına gəlmişlər. Söhbət əsnasında Ülvi ona əlində 09 ədəd “Dell” markalı dizüstü komputerlər olduğunu və həmin komputerləri lombarda girov qoyub pul götürdüyünü lakin götürdüyü pulların faizini ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. O, Ülvidən həmin komputerləri lombarddan götürmək üçün nə qədər pul lazım olduğunu soruşduqda Ülvi ona 5000 manat komputerləri girovdan çıxartmaq üçün verəcəyini, 2000 manatı isə özünə verəcəyini bildirmişdir. O da Ülviyə hal-hazırda o qədər pulunun olmadığını, lakin Seyran adlı tanışıyla danışıb onlara kömək edə bilib-bilməyəcəyini soruşacağını bildirmişdir. Bundan sonra o, Seyranla danışıb sonuncuya ümumilikdə 7200 manata 07 ədəd Dell İnc. Latitude 5400 markalı, 02 ədəd isə Dell İnc. Latitude 5540 markalı kompüterin olduğunu dedikdə Seyran ona problem olmadığını və həmin komputerləri götürə biləcəyini bildirmişdir. Həmin günün sabahı o və Seyran Neftçilər Ticarət Mərkəzinin yaxınlığında görüşüb Ülvini gözləmişlər. Lakin Ülvinin gec gəldiyini görüb sonuncu ilə əlaqə saxladıqla Ülvi gələ bilməyəcəyini bildirib onlara Neftçilər Ticarət Mərkəzinin altındakı Lombard mağazasına girərək orada işliyən işçiyə Ülvinin komputerlərini girovdan çıxartmaq üçün gəldiklərini deməklərini bildirmişdir. Daha sonra onlar Ülvinin dediyi mağazaya girmiş və həmin mağazada işləyən Cahid adlı şəxs 4 ədəd kompüteri onlara qaytarmışdır. Onlar da Cahidə təxminən 2450 manat pul vermişlər. Bundan sonra onlar oradan çıxmış və Ülvi gələrək onları “Qarant” lombard mağazasına aparmışdır. Orada Ülvi mağazanı işlədən şəxslə danışdıqdan sonra onlar həmin şəxsə 2550 manat ödəniş etmiş və oradan 3 ədəd Dell markalı notbuku götürüb çıxmışlar. Bundan sonra onlar Ülvi ilə birlikdə həmin yerin yaxınlığında yerləşən “Lombard” yazılı mağazalardan birinə getmiş və sonuncu içəriyə girərək satıcı ilə danışmağa başlamışdır. Bundan sonra Ülvi içəridən çıxaraq onlara içəri girib notbukları götürmələrini bildirmişdir və o da içəri girib həmin satıcıdan 2 ədəd Dell markalı notbuku götürüb sonuncuya təxminən 2200 manata yaxın pul vermişlər. Bundan sonra o, notbukları Seyrana vermiş, Seyranın isə həmin notbukları nə etdiyindən xəbəri olmamışdır. O, Ülvini dostu Orxan vasitəsilə tanımışdır. Orxan Ülvini onun yanına gətirərək sonuncunun lombardda kompüterlər qoyaraq pul götürdüyünü həmin faizlər çoxaldığından işinin çətinə düşdüyünü bildirib kömək etməyini istəmişdir. Bu səbəbdən o, Seyran vasitəsilə Ülvinin komputerlərini həmin lombardlardan götürmüşdür. Bütün notbukların ümumi məbləği olan 7200 manat pulu ona mağazaların qarşısında Seyran vermiş və o da notbukları götürdükdən sorna Seyrana vermişdir. O, notbukları almağı Seyrana demiş və həmin notbuklar Seyranın pulu ilə, onun vasitəsilər alınmışdır. Lakin Seyranla arasında hər hansı məbləğdə qazanc sövdələşməsi olmamışdır. Təqsirləndirilən şəxs onunla danışan zaman həmin notbukların oğurluq olması ilə bağlı heç bir məlumat verməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid8 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 161-163-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, Şahid7 5 ildən çoxdur ki, işi ilə bağlı tanımışdır. Təqsirləndirilən şəxs isə Xəyyam vasitəsilə tanımış, sonuncu ilə əvvəllər arasında hər hansı münasibət olmamışdır. Təxminən 2020-ci ilin dekabr ayında Xəyyam ona zəng edərək ümumilikdə 7200 manata 07 ədəd “Dell İnc. Latitude 5400” markalı, 02 ədəd isə “Dell İnc. Latitude 5540” markalı kompüterin olduğunu deyib onları alıb-ala bilməyəcəyini soruşmuşdur. O da Xəyyamdan həmin komputerlərin parametlərini soruşub öyrəndikdən sonra onları ala biləcəyini bildirmişdir. Həmin günün sabahı o və Xəyyam Neftçilər Ticarət Mərkəzinin yaxınlığında görüşüb Ülvini gözləmişlər. X20 gec gəldiyini görüb sonuncu ilə əlaqə saxlamış və Ülvi gələ bilməyəcəyini bildirib onlara Neftçilər Ticarət Mərkəzinin altındakı lombard mağazasına girərək orada işliyən işçiyə Ülvinin komputerlərini girovdan çıxartmaq üçün gəldiyimizi deməklərini bildirmişdir. Daha sonra onlar Ülvinin dediyi mağazaya girmiş, mağazanı işlədən Cahid adlı şəxs 4 ədəd kompüteri onlara qaytarmış və onlar da Cahidə təxminən 2450 manat pul vermişlər. Bundan sonra onlar oradan çıxmış və Ülvi gələrək onları “Qarant” lombard mağazasına aparmışdır. Orada Ülvi mağazanı işlədən şəxslə danışdıqdan sonra onlar 2550 manat ödəniş etmiş və oradan 3 ədəd Dell markalı notbuku götürüb çıxmışlar. Bundan sonra onlar Ülvi ilə birlikdə həmin yerin yaxınlığında yerləşən “Lombard” yazılı mağazalardan birinə getmiş və sonuncu içəriyə girərək satıcı ilə danışmağa başlamışdır. Bundan sonra Ülvi içəridən çıxaraq onlara içəri girib notbukları götürməklərini bildirmiş və Xəyyamda içəri girib həmin satıcıdan 2 ədəd Dell markalı notbuku götürüb sonuncuya təxminən 2200 manata yaxın pul vermişdir. Bundan sonra o, notbukları Xəyyamdan götürmüş və onları tanımadığı ayrı-ayrı şəxslərə satmışdır. Onun həmin notbukları satmağından uzun müddət keçdiyinə görə o notbukları kimə satdığını xatırlamamışdır. O, notbukları almaq üçün ümumilikdə 7200 manat pulu Xəyyama vermişdir. Çünki onun notbukları aldığı şəxslər Xəyyamın tanışı olmuşdur. Lakin Xəyyamla aralarında hər hansı məbləğdə qazanc sövdələşməsi olmamışdır. Nə Təqsirləndirilən şəxs, nə də Şahid7 ona həmin notbukların oğurluq olması ilə bağlı heç bir məlumat verməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid9 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 225-227-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, Səfəri bir ilə yaxındır ki tanıyır. Belə ki, Səfər Neftçilər metrostansiyası yaxınlığında mobil telefonların və komputerlərin alqı-satqısı ilə məşğuldur. 2021-ci ilin fevral ayının sonlarında o, Səfərlə telefonla danışan zaman sonuncudan satılıq notbukunun olub-olmamasını soruşmuşdur. Səfərdə ona əlində “Dell İnc.Laltitude 5400” markalı notbukun olduğunu bildirmişdir. O, daha sonra Səfərin mağazasına gedib həmin notbuka baxan zaman görmüşdür ki, həmin notbukun əlamətləri əsl o istədiyi kimidir. Bundan sonra o, Səfərlə qiyməti danışdıqda sonuncu ona həmin notbuku 630 manata satdığını bildirmişdir. O, Səfərə 630 manat pulu verərək həmin notbuku almışdır. O, həmin notbuku təxminən 10-15 gün işlətdikdən sonra ”Tap.az” və “Lalafo” online alış-veriş saytında 950 manata satışa qoymuşdur. Həmin elan saytlara yerləşdirildikdən bir müddət sonra Nəsib adlı şəxs saytdakı elandan onun nömrəsinə zəng edərək bir müddət danışdıqdan sonra həmin “Dell İnc. Laltitude 5400” markalı kompüteri Nəsibə 900 manata satmağa razılaşmışdır. Bundan sonra o, 20.03.2021-ci il tarixdə Nəsiblə “Nefçilər” metro stansiyasının yaxınlığında görüşüb orada sonuncuya notbukun işlək vəziyyətdə olduğunu göstərib 900 manat pul müqabilində həmin kompyuteri Nəsibə satmışdır. Bundan bir müddət sonra yəni 30.03.2021-ci il tarixdə 27-ci polis bölməsinin əməkdaşları elanda yerləşdiriyi nömrə vasitəsilə onunla əlaqə saxlayaraq onu polis bölməsinə dəvət etmişlər. Orada ona aydın olmuşdur ki, onun Səfərdən aldığı “Dell İnc. Laltitude 5400” markalı notbuk oğurluq yolu ilə ələ keçirilmiş komputerdir. Bundan sonra o polis bölməsində izahat verərək bildirmişdir ki, həmin kompüteri “Tap.az” və “Lalafo” saytında satışa qoyduğunu və həmin elan vasitəsilə Nəsib adlı şəxsə satmışdır. O, Səfəri daha öncədən tanıdığından sonuncunun oğurluq əşya satmasından heç vaxt şübhələnməmişdir. Həmçinin o, Səfərdən kompüteri alan zaman həmin kompyuterin oğurluq olması barədə Səfər ona heç bir söz deməmişdir. Bu barədə o polis bölməsində eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC-nin 23 dekabr 2020-ci il tarixli məktubundan və 24 noyabr 2020-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin istifadəsində olan kompüter avadanlıqlarından 7 ədəd “Dell İnc. Latitude 5400” model nout-buk tipli (alış qiyməti 2278 AZN) və 2 ədəd “Dell İnc. Latitude 5540” model nout-buk tipli (alış qiyməti 5225 AZN) kompüterlər, o cümlədən təxminən 100 ədəd HDMİ kabeli qeyri-müəyyən şəraitdə yoxa çıxmışdır. (i.v. 6-11) “Hadisə yerinə baxış barədə” 24.12.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşir. Bina 5 mərtəbədən ibarətdir. "xxxx" MMC-yə məxsus olan ofis binanın 2-ci mərtəbəsində yerləşir. Binanın ikinci mərtəbəsinə baxış zamanı məlum oldu ki, ofisin giriş qapısında sol hissədə kompüter avadanlıqlarının saxlanması üçün otaq yerləşir. Otağın qapısı boz rəngli dəmir üzlükdən ibarətdir. Protokol tərtib olunan zaman vətəndaş qeyd etmişdir ki, 6 ay müddətində qeyd olunan otaqdan 8 ədəd kompüter naməlum şəraitdə oğurlanmışdır. (i.v. 24-26) “Təqdim olunmuş əşyanın götürülməsi haqqında” 01 aprel 2021-ci il tarixli protokoldan görünür ki, toplanmış material üzrə X4 işlədiyi "xxxx" MMC-dən oğurlayıb Şahid5 işlətdiyi lombarda girov qoyaraq əvəzində pul götürdüyü 01 ədəd, 14 ekran ölçülü, 16 GB ramlı, 8-ci nəsil Core İ5 prosessorlu, “Dell İnc. Latitude 5400” markalı dizüstü kompüteri “Lalafo” online alış veriş səhifəsindən seçib 900 manat pul müqabilində Şahid9 almış X1 iş üşün sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. (i.v. 102) “İfadənin yerində yoxlanılması haqqında” 02 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Ü.Mehralıyev “Hyatt Tower 3”ün 2-ci mərtəbəsində yerləşən "xxxx" MMC-nin ofisini göstərib bildirmişdir ki, 17.07.2020-ci il tarixdən başlayaraq 30.09.2020-ci il tarixədək olan müddət ərzində işlərini gördükdən sonra saat 18 radələrində işdən çıxarkən onda da açarı olan şirkətin anbarına daxil olub oradan ümumilikdə 07 ədəd Dell İnc. Latitude 5400 markalı, 02 ədəd Dell İnc. Latitude 5540 markalı notbukları götürüb bel çantasında gizlədərək anbardan oğurlanmış və həmin kompüterləri Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən lonbardlara girov qoyaraq müxtəlif məbləğlərdə pullar götürüb şəxsi ehtiyacı üçün xərcləmişdir. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev kəsişməsi 74 ünvanında yerləşən lombard mağazasını göstərib bildirmişdir ki, o "xxxx" MMC-dən oğurladığı ümumilikdə 09 ədəd “Dell” markalı notbuklardan 05 ədəd “Dell İnc. Latitude 5400” markalı dizüstü kompüterləri Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən lombard mağazasını işlədən Cahid adlı şəxsə, 3 ədəd “Dell” markalı notbuku isə həmin mağazanın yanında yerləşən “Qarant” lombard mağazasını işlədən Orxan adlı şəxsə və 02 ədəd “Dell” markalı kompüteri isə orada yerləşən Oqtay adlı şəxsin işlətdiyi digər lombarda girov qoyaraq pul götürmüşdür. (i.v. 141-146) “Təqdim olunmuş əşyanın götürülməsi haqqında” 01 aprel 2021-ci il tarixli protokoldan görünür ki, X4 ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-dən oğurladığı “Dell” markalı kompüterləri girov qoyduğu Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən “Qarant” lombardda işləyən Şahid4 Bəhrəm oğlundan üzərində “X3 N **********” yazısı olan 019553, 019546 və 019703 nömrəli girov biletlərinin 03 ədəd surətini iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyi üçün götürülmüşdür. (i.v. 152-156) “Təqdim olunmuş əşyanın götürülməsi haqqında” 02 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən "xxxx" MMCdən “Dell” markalı komputerləri oğurlayaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospeki 74 ünvanında yerləşən lombardda girov qoymasına dair 20.07.2020-ci il tarixli 835952 nömrəli, 21.08.2020-ci il tarixli 836152 nömrəli, 03.09.2020-ci il tarixli 737311 nömrəli, 04.09.2020-ci il tarixli 737305 nömrəli “X12” vərəqələri və 20.07.2020-ci il tarixli, 834487 nömrəli, 21.08.2020-ci il tarixli 836301 nömrəli, 03.09.2020-ci il tarixli 736554 nömrəli və 04.09.2020-ci il tarixli 737248 nömrəli “Girov müqavilələrinin” surətləri 02.04.2021-ci il tarixdə tərəfimdən həmin lombardda işləyən Şahid5 götürülmüşdür. (i.v. 170-178) “Əşyanın tanınmaya təqdim edilməsi barədə” 03 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş “Dell 5400” markalı kompüterin onlara məxsus olduğunu və "xxxx" MMC-dən oğurlanan kompüterlərdən biri olduğunu bildirmişdir. (i.v. 207) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2020-ci il tarixli, 9/2082 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda, eləcədə köhnə işlənmiş və təzə vəziyyətdə kompüter avadanlıqlarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin hazırki işlənmiş vəziyyətdə, 17 iyul 2020ci il tarixdən 30 sentyabr 2020-ci il tarixədək olan müddət ərzində, respublika daxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: -təqdim edilən bir ədəd üzərində “Dell İn.Latitude 5400, 2020 markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş, gövdəsi qara rəngdə, 14 ekran ölçülü, 16 GM ramlı, 8-ci nəsil Core İ5 prosessorlu fərdi istifadə üçün nəzərdə tutulmuş “Dell” markalı Latitude 5400 modelli, veb kameralı netbook. Hazırda noutbukun gövdəsinin üzərində cızıqlar və zədələr müşahidə olundu, alt hissəsində rezin ayaqları yeyilib 1600,00 manat. -təqdim edilməyən bir ədəd 15 ekran ölçülü, 32 GB ramlı, 8-ci nəsil Core İ7 prosessorlu “Dell İnc. Latitude 5540” markalı dizüstü kompüter nərəzi hesablama yolu ilə 1500,00 manat Təqdim edilməyən bir ədəd iki metr uzunluğunda HDMİ naqil 2,00 manat. (i.v. 232- 235) “Təqdim olunmuş əşyanın götürülməsi haqqında” 26 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-dən “Dell” markalı komputerləri oğurlayaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospeki 74 ünvanında yerləşən adsız lombardda girov qoymasına dair 22.07.2020-ci il tarixli 023784 nömrəli, 25.09.2020-ci il tarixli 029391 nömrəli girov biletlərinin və Təqsirləndirilən şəxs məxsus “AA*******” seriyalı şəxsiyyət vəsiqəsinin surətləri 26.05.2021-ci il tarixdə müstəntiq tərəfindən həmin lombardda işləyən Şahid6 götürülmüşdür. (i.v. 252-255) “Sübutların qiymətləndirilməsi haqqında” 01 iyun 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 01 ədəd, 14 ekran ölçülü, 16 GB ramlı, 8-ci nəsil Core İ5 prosessorlu, “Dell İnc. Latitude 5400” markalı dizüstü kompüter iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospeki 74 ünvanında yerləşən “Qarant” lombarddan götürülmüş 019553, 019546 və 019703 nömrəli girov biletlərinin surətləri maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospeki 74 ünvanında yerləşən Şahid5 işlətdiyi lombarddan götürülmüş 20.07.2020-ci il tarixli 835952 nömrəli, 21.08.2020-ci il tarixli 836152 nömrəli, 03.09.2020ci il tarixli 737311 nömrəli, 04.09.2020-ci il tarixli 737305 nömrəli “X12” vərəqələri və 20.07.2020-ci il tarixli, 834487 nömrəli, 21.08.2020-ci il tarixli 836301 nömrəli, 03.09.2020ci il tarixli 736554 nömrəli və 04.09.2020-ci il tarixli 737248 nömrəli “Girov müqavilələrinin” surətləri iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospeki 74 ünvanında yerləşən adsız lombarddan götürülmüş 22.07.2020-ci il tarixli 023784 nömrəli, 25.09.2020-ci il tarixli 029391 nömrəli girov biletlərinin və Təqsirləndirilən şəxs məxsus “AA*******” seriyalı şəxsiyyət vəsiqəsinin surətləri iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilsin. təqsirləndirilən şəxslərin etiraf edici ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, şahid ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, maddi sübutu götürmə protokolları, əşyanın tanınmaya təqdim edilməsi protokolu məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08.05.2021-ci il tarixli, 9/2082 nömrəli rəyi, maddi sübutlar və digər istintaq hərəkətləri protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 266-283) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 08.06.2021-ci il tarixli qəbzdən görünür ki, 01.04.2021-ci il tarixli qərar əsasında "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmış Zərərçəkmiş şəxs cinayət işi üzrə maddi sübut sayılan işlədiyi şirkətə məxsus 01 ədəd “X23 5400” markalı dizüstü kompüteri işlək və saz vəziyyətdə Yasamal RPİ-nin İstintaq şöbəsindən təhvil almışdır. (i.v. 308) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X10 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxs Ülvi Mehralıyevin qismən etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs X10 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bildiyini göstərsə də, məhkəmə bu ifadələrə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X10 barəsində ittiham hökmü çıxarmağı və onlara Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 01 aprel 2021-ci il tarixli protokoldan görünür ki, X10 həmin tarixdə sat 17:50-də tutulmuşdur. (i.v. 127-128) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.04.2021-ci il tarixli 4(004)-168/2021 nömrəli qərarından görünür ki, X4 barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir. (i.v. 201-203) “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmə barədə” 03 aprel 2021-ci il tarixli qərardan görünür ki, X10 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (i.v. 204-205) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 26.05.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X10 əvvəllər məhkum olunmamışdır. (i.v. 246) "xxxx" MMC tərəfindən verilmiş 22 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, X10 tərəfindən "xxxx" MMC-dən oğurlanmış kompüter avadanlıqlarının dəyəri X10 tərəfindən şirkətə ödənilmişdir və onunla şirkət arasında barışıq əldə edilmişdir. X7 qarşı hər hansı idiia və ya pretenziyaları yoxdur. Məhkəmə, X4 zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin tam ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X4 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənlərə əsasən məhkəmə, təqsirləndirilən şəxs X7 münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş hüquqi şəxsə vurulmuş zərərin tam şəkildə ödənilməsini, təqsirini qismən etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X4 01 aprel 2021-ci il tarixdən 03 aprel 2021-ci il tarixədək olan şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən X4 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, X10 barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 75 (yetmiş beş) manat X2 dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd, 14 ekran ölçülü, 16 GB ramlı, 8-ci nəsil Core İ5 prosessorlu, “Dell İnc. Latitude 5400” markalı dizüstü kompyuter maddi sübut kimi tanınmış və saxlanılması üçün "xxxx" MMC-yə qaytarılmışdır. İş üzrə 019553, 019546 və 019703 nömrəli girov biletlərinin surətləri, 20.07.2020-ci il tarixli 835952 nömrəli, 21.08.2020-ci il tarixli 836152 nömrəli, 03.09.2020-ci il tarixli 737311 nömrəli, 04.09.2020ci il tarixli 737305 nömrəli “X12” vərəqələri və 20.07.2020-ci il tarixli, 834487 nömrəli, 21.08.2020-ci il tarixli 836301 nömrəli, 03.09.2020-ci il tarixli 736554 nömrəli və 04.09.2020-ci il tarixli 737248 nömrəli “Girov müqavilələrinin” surətləri, 22.07.2020-ci il tarixli 023784 nömrəli, 25.09.2020-ci il tarixli 029391 nömrəli girov biletlərinin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – X4 məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X11 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. X7 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 46 (qırx altı) saata görə 276 (iki yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X4 istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 01 aprel 2021-ci il tarixdən 03 aprel 2021-ci il tarixədək olan 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı 4 (dörd) gün ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir ay) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X4 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X10 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X7 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat X2 tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X6, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ**********0000003944, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd, 14 ekran ölçülü, 16 GB ramlı, 8-ci nəsil Core İ5 prosessorlu, “Dell İnc. Latitude 5400” markalı dizüstü kompyuter maddi sübut kimi tanınmış və saxlanılması üçün "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. İş üzrə 019553, 019546 və 019703 nömrəli girov biletlərinin surətləri, 20.07.2020-ci il tarixli 835952 nömrəli, 21.08.2020-ci il tarixli 836152 nömrəli, 03.09.2020-ci il tarixli 737311 nömrəli, 04.09.2020-ci il tarixli 737305 nömrəli “X12” vərəqələri və 20.07.2020-ci il tarixli, 834487 nömrəli, 21.08.2020-ci il tarixli 836301 nömrəli, 03.09.2020-ci il tarixli 736554 nömrəli və 04.09.2020-ci il tarixli 737248 nömrəli “Girov müqavilələrinin” surətləri, 22.07.2020-ci il tarixli 023784 nömrəli, 25.09.2020-ci il tarixli 029391 nömrəli girov biletlərinin surətləri cinayət işinin materiallarında saxlanılsın. X7 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 46 (qırx altı) saata görə 276 (iki yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesablaşma hesabına və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN- ********** hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-258/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-258/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver