Məhkəmə qərarları › İş №1(004)-258/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-258/2022

09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-258/2022 09.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etmə yəni, zərər çəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmə cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə intim münasibətdə olduğu tanışı Zərərçəkmiş şəxs çılpaq foto və video görüntülərini əldə etdikdən sonra 03 avqust 2021-ci il tarixdə ünvan 2 ünvanında yaşadığı evdə olarkən sonuncuya istifadəsində olan mobil telefonla zəng edib həmin görüntüləri sosial şəbəkələrdə yayacağını və valideyinlərinə göstərəcəyini bildirərək bunu etməməsi müqabilində ondan hədə-qorxu ilə 70 manat pul tələb edərək hədələmiş, Zərərçəkmiş şəxs yaşadığı ünvanın, eləcə də ailə üzvlərinin onun tanıması səbəbindən hədənin real olmasını, intim foto və video görüntülərinin yayılmasının, habelə onunla intim münasibətdə olmasının ailə üzvləri və digər şəxslərin biləcəyi təqdirdə rüsvay olmasına, ləkələnməsinə gətirib çıxaracağını dərk edərək həmin fotoşəkillərin və video görüntülərin yayılmaması üçün onunla danışıb 70 manat verilməsi müqabilində foto və video görüntülərin yayılmamasına razılaşdıqda vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs özünə məxsus "xxxx" kart hesabından onun “Azərtürk bank” kart hesabına 03 avqust 2021-ci il tarixdə saat 11:29-da göndərdiyi 70 manat, xx.xx.2021-ci il tarixdə göndərdiyi 40 manat, 08 sentyabr 2021-ci il tarixdə göndərdiyi 250 manat, 20 sentyabr 2021-ci il tarixdə göndərdiyi 15 manat, 22 sentyabr 2021-ci il tarixdə göndərdiyi 50 manat, 16 oktyabr 2021-ci il tarixdə göndərdiyi 10 manat, 09 noyabr 2021-ci il tarixdə göndərdiyi 100 manat, 17 noyabr 2021-ci il tarixdə göndərdiyi 100 manat və 21 noyabr 2021-ci il tarixdə göndərdiyi 100 manat olmaqla ümumilikdə 635 manat pulu hədə-qorxu ilə tələb edib almışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə təxminən 5-6 il bundan əvvəl internet vasitəsi ilə oyun oynayarkan tanış olmuşdur. Bundan sonra Lalə ona “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə mesaj yazmışdır. Bir müddət Lalə ilə “İnstagram” sosial şəbəkəsində danışdıqdan sonra onlar mobil telefon vasitəsi ilə danışmağa başlamışlar. Lalə ilə bir müddət telefonla danışdıqdan sonra münasibətləri sevgi münasibətlərinə çevrilmişdir. O Lalə ilə telefonun video görüntü funksiyası ilə dəfələrlə danışmışdır. Bir-birlərinə öz şəkillərini göndərmişlər. Lalə onun istəyi ilə ona yarıçılpaq şəkillərini və videosunu göndərmişdir. Lalə ilə münasibətləri dahada səmimiləşdəkdən sonra Lalədən bir necə dəfə borca pul istəmiş və aldığı borcu vaxtında qaytarmışdır. O Laləni yarıçılpaq şəkillərinin və videosunun yaymaqla hədələməmişdir. İttihamda qeyd edilən pulu o Lalədən borc məqsədi ilə almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə internet sosial şəbəkəsində oynadığı “Hayday” adlı oyun vasitəsi ilə tanış olmuşdur. Bundan sonra onlar “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazışmağa və mobil telefon vasitəsi ilə danışmağa başlamışlar. Bir müddət sonra onların aralarında sevgi münasibətləri yaranmışdır. Bundan sonra o Fərhada güvəndiyi üçün mobil telefon vasitəsi ilə ona öz yarıçılpaq şəkillərini və videogörüntülərini göndərmişdir. 2021-ci ilin avqust ayında Fərhad ona həmin fotoşəkilləri və videogörüntüləri yayacağını və ailə üzvülərinə göstərəcəyini bildirərək bunu etməməsi üçün ondan 70 manat pul istəmiş və ona hesab nömrəsini göndərmişdir. 03 avqust 2021-ci il tarixdə “Bir Bank” mobil tətbiqi vasitəsilə Fərhada 70 manat pul göndərmişdir. Bundan sonra Fərhad onu narahat etməmişdir. 09 avqust 2021-ci il tarixdə Fərhad ona yenidən yazaraq ondan ayrıldığı üçün qınamış və ondan təkrar olaraq 40 manat pul istəmişdir. O, da eyni qaydada Fərhada pul göndərmişdir. Sentyabr ayının əvvəllərində Fərhad ona məxsus mobil telefon nömrəsinə sosial şəbəkə vasitəsilə yazaraq onunla görüşməyəcəyi təqdirdə atası ilə görüşərək hər şeyi danışacağını bildirmişdir. O qorxduğu üçün taksi ilə Bakı şəhərinə getmişdir. Fərhad onu Binə qəsəbəsində qarşılamış və onlar taksi ilə Fərhadın Yasamal rayonundakı evinə getmişlər. Orada vaxt keçirdikdən sonra o Şirvan şəhərinə qayıtmışdır. 08 sentyabr 2021-ci il tarixdə Fərhad ona təkrar yazaraq hədə qorxu ilə 250 manat pul istəmişdir. O, həmin tarixdə yenə Fərhada 250 manat pul göndərmişdir. Bundan sonra dəqiq xatırlamadığı tarixdə Fərhada eyni qaydada 150 manat göndərmişdir. 20 sentyabr 2021-ci il tarixdə Fərhadın hədəsi ilə onun kartına 15 manat pulu, 22 sentyabr 2021-ci il tarixdə isə 50 manat pulu göndərmişdir. 16 oktyabr 2021-ci il tarixdə Fərhadın tələbi ilə eyni qaydada ona 10 manat pul göndərmişdir. 09 noyabr 2021-ci il tarixdə Fərhad ona təkrar yazıb hədələyərək ondan 100 manat pul istəmiş o isə Fərhadın kartına 20 manat yükləmişdir. 17 noyabr 2021-ci il tarixdə ona təkrar yazaraq 100 manat pul istəmiş, lakin o Fərhada 80 manat pul göndərmişdir. 19 noyabr 2021-ci il tarixdə Fərhad ona zəng etmək istəyərkən ***-***-**-** nömrəsi əvəzinə ***-***-**-** nömrəsinə zəng etmişdir. Həmin nömrə onun anasına məxsus olduğu üçün Fərhad onun anasını tanımışdır. 21 noyabr 2021-ci il tarixdə o mobil telefonun sondürmüş və Fərhad onun anasına zəng edib özünü təqdim edərək Lalə müəllimənin lazım olduğunu bildirmişdir. Anası da ona zəng edərək Fərhadın kim olduğunu soruşmuşdur. Bundan sonra dərhal Fərhada yazmış, Fərhad onu əlində olan fotoşəkil ilə rüsvay edəcəyini bildirərək ondan təkrarən 100 manat pul istəmişdir. O Fərhaddan anasına heçnə dememəsini xahiş etmiş Fərhad isə ona pulu atandan sonra baxacağını bildirmişdir. O, qorxduğu üçün təkrarən Fərhada 100 manat pul göndərmişdir. Bundan sonra o çıxış yolu tapa bilmədiyi üçün bütün olanları anasına danışmış və DİN-in 102 məlumat xidmətinə zəng edərək məlumat vermişlər. Fərhad ona hədə qorxu gələrək ondan cəmi 635 manat pul almışdır. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 22 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, 03 avqust 2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək olan müddətdə Bir Bank mobil tətbiqi vasitəsilə müxtəlif vaxtlarda ümumilikdə 635 manat pul vəsaiti 416974*****8676 hesabından 461386*****8755 hesabına keçirilmişdir. Həmçinin mobil telefona baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********22 GSM nömrəsindən “whatsApp” mobil tətbiqi ilə Zərərçəkmiş şəxs “pulu at, tez ol, maman papan mənə dəxli yoxdur, tel arxasından məni təhqir edir, məni yox qızını təhqir etsin, mənim dilimi boğazımın arcasından çıxaran anasından olmayıb, indi götürüb üzümə adboy eliyir” məzmunlu ismarıclar yazılmışdır. (i.v. 14-21) 24 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (i.v. 45-47) “Baxış keçirilməsi haqqında” 26 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş Zərərçəkmiş şəxs video görüntüsünü özündə əks etdirən 01 ədəd CD diskə tərəfimdən baxış keçirilmişdir. Baxışla müəyyən edilmişdir ki, 11 saniyəlik video görüntüdə Zərərçəkmiş şəxs qaranlıq otaqda çarpayıda gecə paltarında uzanmışdır. O əli ilə hər iki sinə nahiyəsinə sığal çəkir və daha sonra isə paltarı aşağı çəkərək öz sinə nahiyəsini nümayiş etdirir. (i.v. 95) “CD diskə baxış keçirilməsi barədə” 23 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, 2021 -ci ildə eləcədə də, xx.xx.2021-ci il tarixində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Rəhman qızının arasında dəfələrlə telefon danışığı olmuşdur. (i.v. 143) "xxxx" ASC tərəfindən təqdim edilmiş 10 fevral 2022-ci il tarixli çıxarışdan görünür ki, 03 avqust 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixə kimi müxtəlif vaxtlarda ümumilikdə 635 manat pul vəsaiti Zərərçəkmiş şəxs "xxxx" ASC tərəfindən verilmiş bank kartı ilə "Azər- Türk Bank” ASC tərəfindən verilmiş Təqsirləndirilən şəxs məxsus bank hesabına köçürmüşdür. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 14 fevral 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası şikayəti yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. (i.v. 184) “Sübutların qiymətləndirilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qərardan görünür ki, İş üzrə zərərçəkmiş şəxsin ifadəsi, Təqsirləndirilən şəxs mobil telefonundan götürülmüş iş üzrə mühüm əhəmiyyət kəsb edən video görüntüləri əks etdirən 01 ədəd CD disk özündə əks etdirdiyi məlumatların xüsusiyyətlərinə, həmçinin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan, maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 255-264) Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Rəhman qızına hədə-qorxu gələrək ondan pul istəmədiyini, Zərərçəkmiş şəxs aldığı pulu borca alması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 182.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 23 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:20 dəqiqədə tutulmuşdur. (i.v. 32) Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(032)-219/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətinmkan tədbiri seçilmişdir. (i.v. 79-81) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş şəxsdir. (i.v. 123-124) Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi X1 27 dekabr 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bəhram oğlu barəsində qonşular tərəfindən heç bir şikayət və narazılıq olmamış, müsbət xarakterizə olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmışdır. Cəza təyini zamanı nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmamış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 23 noyabr 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.3). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X4 və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-nin 41, 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 23 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar