Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-258/2025 19.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Müdafiəçilər: Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Sumqayıt Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, «Corat Bağları» yaşayış massivi, 2396/G nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.2-ci maddəsi ilə xx xxx 2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi, məhəllə № 06, 19/C saylı evdə qeydiyyatda olmaqla Sumqayıt şəhəri, «Corat Bağları» yaşayış massivi, nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 16 aprel 2023-cü il tarixdə gecə saat 04 radələrində ünvan 1 ünvanın qarşısına gəldikdən sonra aralarındaki rol bölgüsünə uyğun olaraq qrup üzvü Təqsirləndirilən şəxs1 ətrafı müşahidə etmək üçün kənarda gizlənmiş, digər şəxs isə ünvan 1 ünvanda yerləşən yaşayış binasının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus 2,050 manat dəyərində olan bir ədəd "Tufan 50" markalı, mühərrikinin həcmi 49 m3 olan, boz rəngli mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 2050 (iki min əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 27 aprel 2023-cü il tarixdə gecə saat 05 radələrində ünvan 2 ünvanın qarşısına gəldikdən sonra aralarındaki rol bölgüsünə uyğun olaraq qrup üzvü Təqsirləndirilən şəxs1 ətrafı müşahidə etmək üçün kənarda gizlənmiş, digər şəxs isə ünvan 3 ünvanda yerləşən yaşayış binasının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus 1.100 manat dəyərində olan bir ədəd "Minsk" markalı, mühərrikinin həcmi 49 m3 olan, tünd yaşıl rəngli mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1.100 (bir min bir yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 04 may 2023-cü il tarixdə gecə saat 01 radələrində ünvan 4 ünvanın qarşısına gəldikdən sonra aralarındaki rol bölgüsünə uyğun olaraq qrup üzvü Təqsirləndirilən şəxs1 ətrafı müşahidə etmək üçün kənarda gizlənmiş, digər şəxs isə ünvan 5 ünvanda yerləşən yaşayış binasının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus 2.050 manat dəyərində olan bir ədəd "Tufan 50” markalı, mühərrikinin həcmi 49 m3 olan, qırmızı rəngli mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 2.050 (iki min.əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 iyul 2023-cü ıl tarixdə axşam saat 22 radələrində ünvan 6 ünvanın qarşısından Zərərçəkmiş şəxs5 məxsus 2.000 manat dəyərində olan bir ədəd "Namlanvlini" markalı mopedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 2.000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 iyul 2023-cü il tarixdə axşam saat 22 radələrində ünvan 7 ünvanın qarşısından Zərərçəkmiş şəxs5 məxsus 2.000 manat dəyərində olan bir ədəd "Namlanvlini" markalı mopedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 2.000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında yaşayır. X3 onun tanışıdır. Dəqiq xatırlamadığı tarixdə Şamil onu öz yanında ünvan 1 ünvanın qarşısına aparmışdır. Binanın giriş blokunun qarşısında Şamil "Tufan M50" markalı mopedin olduğunu görmüş və ətrafda heç kimin olmamasından istifadə edərək həmin mopedi oğurlamışdır. Bundan sonra o, öz evinə qayıtmışdır. Bundan başqa Şamil birlikdə dəqiq xatırlamadığı tarixdə ünvan 3 ünvanından "Minsk" markalı moped oğurlayaraq onun yanına gətirmişdir. Onun həmin mopedin oğurluq olması barədə məlumatı olmamışdır. Şamil həmin mopedin ehtiyat hissələrini dəyişdirmişdir. Bundan başqa Şamil dəqiq xatırlamadığı tarixdə ünvan 9 ünvanın qarşısına gələrək binanın giriş blokunun qarşısından “Tufan M50" markalı mopedi oğurlayaraq yenə onun yanına gətirmişdir. Bundan əlavə Şamil onu "Torqovaya" kimi tanınan Bakı şəhəri, Səbail rayonu. Nizami küçəsinə apararaq həmin küçədə bir qədər gəzişdikdən sonra binanın həyətində "NMB" markalı mopedi oğurlamışdır. Onlar polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra oğurlanan mopedlər, həmçinin mopedlərin ehtiyat hissələri polis əməkdaşlarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 onun qonşusudur. Dəqiq xatırlamadığı tarixdə o, Anarla birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən mopedi oğurlamış, daha sonra isə dal-qabaq Sumqayıt şəhərinə gəlmişlər. Onlar oğurluq mopedi Anarın yaşadığı evin həyətində saxlamışlar və Anar oğurladıqları mopedin ehtiyat hissələri olan səsboğucu ilə sükanı söküb özünə götürmüşdür. Sonrakı gün onlar birlikdə oğurladıqları moped nasaz olduğu üçün ustaya aparmış və həmin ustaya mopedi təmir etdirmişdirlər. Daha sonra isə törətdiyi oğurluqlara görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş səxslərlə barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, "Corat bağları” massivi, nömrəsiz ünvanda yaşayır. Təqsirləndirilən şəxs1 onun yaşadığı məhlədən tanıdığı dostudur. Dəqiq xatırlamadığı tarixdə Pərviz ona Bakı şəhəri, Yasamal rayonu ərazisinə gedərək ona gəzməyi təklif etmiş, həmçinin özünə moped hədiyyə veriləcəyini bildirmişdir. O da Pərvizin təklifi ilə razılaşaraq etiraz etməmiş və bundan sonra özünə məxsus mopedlə Bakı şəhərinə gəlmişdir. Bundan sonra o, Pərvizlə birlikdə özünə məxsus mopedlə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən tanımadığı bir küçəyə gedərək bir mopedin qarşısında dayanmışdır. Pərviz ona gözləməyini demiş, o da irəlidə dayanaraq Pərvizi gözləməyə başlamışdır. Pərviz orada olan mopedi götürmüşdür. Bundan sonra o, öz motosikleti ilə yaşadığı Sumqayıt şəhərinə gəlmişdir. Daha sonra Pərviz ona mopedin səs boğucusu ilə sükanını vermişdir. Ertəsi gün həmin moped xarab olduğundan Pərviz gələrək onunla birlikdə mopedi ustaya aparmışdır. Daha sonra yaşadığı evə gəlmiş, bir gün sonra isə polis əməkdaşları onun evinə gələrək oğurluq cinayətində şübhəli olduğunu bildirərək onu Polis İdarəsinə gətirmişlər. Əlavə olaraq bildirmişdir ki, o Pərvizin həmin mopedi oğurlamasından sonuncunun mopedi götürdükdən sonra məlumatı olmuşdur. Əməlindən peşmandır. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərin ödənildiyini və onlarla barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, “Tufan M50” markalı mopedlə kuryer xidməti göstərmişdir. Dəqiq xatırlamadığı tarixdə mopedi yaşadığı binanın blokun qarşısında saxlayıb evə qalxmışdır. Səhərisi gün o, işə gedən zaman mopedi götürmək istəyərkən mopedin saxladığı yerdə olmadığını görmüşdür. O, mopedin oğurlandığını başa düşüb dərhal Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisə nəticəsində ona 2.050 manat məbləğində maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, “Minsk” markalı mopedlə kuryer kimi fəaliyyət göstərmişdir. 26 aprel 2023-cü il tarixdə o, idarə etdiyi mopedi yaşadığı binanın birinci blokun qarşısında saxlayaraq evə qalxmışdır. Səhərisi gün o, mopedinin oğurlandığını aşkar etmişdir. Bundan sonra o, gün ərzində yaxın ərazidə gəzib mopedini axtarmış, lakin o, mopedi tapa bilməmişdir. Növbəti gün o, Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona 1.100 manat məbləğdə maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, “Tufan M50” markalı mopedlə kuryer kimi fəaliyyət göstərmişdir. O, dəqiq xatırlamadığı tarixdə axşam saatlarında işdən qayıdandan sonra mopedi yaşadığı binanın blokun qarşısında saxlayaraq evə qalxmışdır. Səhərisi gün o, mopedin yerində olmadığı görüb onun oğurlandığını başa düşmüşdür. O, mopedin oğurlanması barədə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng vurub məlumat vermişdir. Mopedi alan vaxt onun dəyəri 2050 manat, endirimli qiyməti isə 1750 manat olmuşdur. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənilməməsinə baxmayaraq onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, “NNB 49” markalı mopedlə kuryer xidməti göstərmişdir. Mopedi həmişə saxlamışdır. Dəqiq xatırlamadığı tarixdə o, mopedi yaşadığı evin qarşısındakı həyətdə saxlayaraq evə qalxmışdır. Daha sonra o, həyətə endikdə mopedinin saxladığı yerdə olmadığını aşkar etmişdir. Bundan sonra o, mopedinin kiminsə tərəfindən oğurlandığını başa düşmüş və dərhal Azərbaycan Respublikası DİN-nin “102'' xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Hadisə baş verən zaman mopedin dəyəri 2.300 manat olduğundan, hadisə nəticəsində ona bu qədər məbləğdə maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, “Namlanvlini” markalı moped ona məxsusdur. Dəqiq xatırlamadığı tarixdə özünə məxsus olan “Namlanvlini” markalı mopedlə ünvan 11 ünvanda yerləşən tanışının yaşadığı evə qonaq gələrək mopedi həyətdə saxlamışdır. O, həmin gecə qonaq gəldiyi evdə qalmışdır. Səhərisi gün evdən çıxıb mopedini saxladığı yerə gələndə ona məxsus olan “Namlanvlini” markalı mopedin naməlum şəxslər tərəfindən oğurlanması ona məlum olmuşdur. Bundan sonra o, baş vermiş oğurluq hadisəsi barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət etmişdir. Baş vermiş həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2.000 manat məbləğində maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onlarla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 оğlu ifadəsində göstərmişdir ki, o, moped və motosikletlərin təmiri sexində usta kimi işləyir. Dəqiq xatırlamadığı tarixdə sonradan adının Pərviz olduğunu bildiyi bir nəfər şəxs onun işlədiyi sexə gələrək mopedini təmir etdirmək istədiyini bildirmişdir. Pərviz onun sexində olan zaman başqa bir nəfər şəxs də onun yanına “Zontes sport” markalı motosiklet gətirmişdir. Həmin vaxt Pərvizlə “Zontes sport” markalı motosikletin sahibi öz aralarında mopedlərini dəyişməklə bağlı razılığa gəlmişdirlər. Onlar mopedlərini dəyişdirdikdən sonra Pərviz “Zontes sport” markalı motosikleti təmir etmək məqsədilə ona vermiş, qarşılığında isə ona “Minsk” markalı mopedin ramasını və motorunu verəcəyini bildirmişdir. O, Pərvizdən rama ilə motorun sənədlərini istəmiş, Pərviz isə təmirdən sonra ona verəcəyini bildirmişdir. O, “Zontes sport” markalı mopedin motorunu təmir etmiş, Pərviz isə “Minsk” markalı mopedin raması ilə motorunu ona vermiş, sənədlərini isə sonra gətirəcəyini bildirmişdir. Daha sonra Pərviz “Zontes sport” markalı mopedi onun yanına gətirərək motoru yaxşı düzəltmədiyi üçün mopedi qaytarmaq istədiyini bildirmişdir. Bundan başqa onlar ona “Zontes sport” markalı mopedin əvəzində başqa mopedi verməyi təklif etmişlər. O da onların təklifi ilə razılaşaraq “Kuba X-boss” markalı mopedi Pərvizgilə verib, onlardan “Zontes sport" markalı mopedini götürmüşdür. Daha sonra polis əməkdaşları onun yanına gələrək Pərvizgilin moped oğurladıqlarını məlumat verdikdən sonra ona verilmiş ehtiyat hissələrinin oğurluq olduğu ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, musiqi müəlliməsidir. Zərərçəkmiş şəxs5 onun dostudur. Dəqiq xatırlamadığı tarixdə Amil özünə məxsus olan “Namlanvlini” markalı mopedlə onun yaşadığı evə gələrək mopedi yaşadığı ünvanın qarşısında saxlamışdır. Səhərisi gün isə o, evdə olan zaman Amil onun “Namlanvlini” markalı mopedinin naməlum şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Bundan sonra X7 gedərək oğurluq hadisəsi barədə polisə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 11 ünvanda yerləşən yaşayış binasının qarşısıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs5 həmin binanın qarşısını göstərərək, orada saxladığı özünə məxsus olan bir ədəd "Namlanvlini" markalı mopedinin oğurlandığını bildirmişdir. (Cild İ, i.v. 125- 127) “Götürmə haqqında” 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 oğurladıqları bir ədəd Zərərçəkmiş şəxs5 məxsus olan "Namlanvlini" markalı moped Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 12 ünvandakı həyətyanı sahəsində aşkar edilmişdir. (Cild İ, i.v. 132-135) “Əşyanın tanınması haqqında” 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 04 iyul 2024-cü il tarixli protokol əsasında götürülmüş bir ədəd “Namlanvlini” markalı mopedi ibtidai istintaq zamanı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sabiq müstəntiqi, polis mayoru X4 tərəfindən müvafiq qaydada Zərərçəkmiş şəxs5 tanınmaya təqdim etmiş və sonuncu həmin mopedi tanıyaraq oğurlanmış mopedin ona məxsus olduğunu bildirmişdir. (Cild İ, i.v. 190) “Əşyanın maddi sübut kimi tanınması və məsul saxlanca verilməsi haqqında” 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 04 iyul 2024-cü il tarixli protokol əsasında götürülmüş bir ədəd "Namlanvlini" markalı moped iş üzrə maddi sübut kimi tanınmış və məsul saxlanması üçün Zərərçəkmiş şəxs5 özünə təhvil verilmişdir. (Cild İ, i.v. 191) “İfadənin yerində yoxlanılması haqqında” 08 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 11 ünvanın qarşısından 03 iyul 2023-cü il tarixdə digər Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs5 məxsus olan bir ədəd “Namlanvlini” markalı mopedin oğurlandığı yeri əyani olaraq göstərmişdir. (Cild İ, i.v. 241-242) “İfadənin yerində yoxlanılması haqqında” 08 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 11 ünvanın qarşısından 03 iyul 2023-cü il tarixdə digər Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs5 məxsus olan bir ədəd “Namlanvlini” markalı mopedin oğurlandığı yeri əyani olaraq göstərmişdir. (Cild İ, i.v. 244-245) “Baxış keçirilməsi haqqında” 05 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 13 ünvanda yerləşən yaşayış binasının qarşısıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs4 həmin binanın qarşısını göstərərək, orada saxladığı özünə məxsus olan bir ədəd «NMB-49» markalı mopedin oğurlandığını bildirmişdir. (Cild İİ, i.v. 10-12) “Könüllü təqdim etmə haqqında” 07 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə X1 oğurladıqları bir ədəd qara rəngli, üzərində qırmızı rəngli zolaqları olan Zərərçəkmiş şəxs4 məxsus «NNB-49» markalı motosiklet Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 14 ünvandakı evin həyətyanı sahəsində aşkar edilmişdir. (Cild İİ, i.v. 20-21) 12 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə X3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı törətdikləri əməli qarşılıqlı olaraq etiraf edərək, ifadələrində göstərdiyi halları və xüsusatları təsdiq etmişdirlər. (Cild İİ, i.v. 77-78) “Baxış keçirilməsi haqqında” 10 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 15 ünvanında yerləşən 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsidir. (Cild İİ, i.v. 127-129) “Baxış keçirilməsi haqqında” 17 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 16 ünvanda yerləşən yaşayış binasının qarşısıdır. Baxışda iştirak edən zərarçəkmiş şəxs Zərərçəkmiş şəxs1 həmin binanın qarşısını göstərərək, orada saxladığı özünə məxsus olan bir ədəd «Tufan-50» markalı mopedin oğurlandığını bildirmişdir. (Cild İİ, i.v. 145-146) “Baxış keçirilməsi haqqında” 06 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 17 ünvanda yerləşən yaşayış binasının qarşısıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 həmin binanın qarşısını göstərərək, orada saxladığı özünə məxsus olan bir ədəd «Minsk» markalı mopedin oğurlandığını bildirmişdir. (Cild İİ, i.v. 157-158) “Baxış keçirilməsi haqqında” 04 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 18 ünvanda yerləşən yaşayış binasının qarşısıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 həmin binanın qarşısını göstərərək, orada saxladığı özünə məxsus olan bir ədəd «Tufan-50» markalı mopedin oğurlandığını bildirmişdir. (Cild İİ, i.v. 162-163) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2023-cü il tarixli 9/3713 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd “NNB 49” markalı motosikletin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2023-cü ilin may ayına olan tarixə orta bazar qiyməti nəzəri qaydada təxminən 1200.00 manat müəyyən olunur. (Cild İİİ, i.v. 56-58) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2023-cü il tarixli 9/5687 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd “NNB 49” markalı motosikletin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırki dövrə orta bazar qiyməti nəzəri qaydada təxminən 1700.00 manat müəyyən olunur. (Cild İİİ, i.v. 62-65) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X5 ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 avqust 2023-cü il tarixli, 2210 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər- hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 “İsterik tipli şəxsiyyət pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs1 qeyd edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs1 cinayət törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 halhazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild İİİ, i.v. 73-76) “Sübutların qiymətləndirilməsi haqqında” 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 04 iyul 2024-cü il tarixli protokol əsasında götürülmüş bir ədəd "Namlanvlini" markalı moped maddi sübut kimi tanınması və məsul saxlanması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs5 təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 05 may 2023-cü il tarixdə yaşadığı ünvan 19 ünvandan götürülmüş Zərərçəkmiş şəxs4 məxsus bir ədəd "NNB-49” markalı motosiklet maddi sübut kimi tanınmış və zərərçəkmiş Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalıdır. (Cild İV, i.v. 74-90) “Cinayət işinin ayrılması haqqında” 01 mart 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X3 ibtidai istintaqa dəvət edilməsinə baxmayaraq, hər hansı səbəb göstərmədən istintaqın çağırışına gəlmədiyi və bu səbəbdən hal-hazırda ona yeni ittiham elan edilməsi mümkün olmadığı üçün, 01 mart 2025-ci il tarixdə tərəfimdən təqsirləndirilən şəxs X3 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1. və 177.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. ( Cild İV, i.v. 93-94) Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf etməsi, yəni "Tufan M50" və "Minsk" markalı mopedlərin Şamil adlı şəxs tərəfindən oğurlanması və onun həmin mopedlərin oğurluq olmasından xəbərinin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Bundan əlavə Təqsirləndirilən şəxs2 həmin mopedin Pərviz tərəfindən oğurlandıqdan sonra onun bu barədə məlumatının olması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və təkrar törədildikdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 177.2.1 və 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 əməli CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 22:30 dəqiqədə tutulmuşdur. (Cild İ, i.v. 28-29) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-216/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 06 mart 2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 82-83) “Şübhəli şəxsin tutulması haqqında” 05 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 00:10 dəqiqədə tutulmuşdur. (Cild İ, i.v. 168) “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və sonuncu Yasamal RPİnin MSY-dən azad olunmuşdur. (Cild İ, i.v. 224-225) “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 iyul 2023-cü il tarixli qərardan görünür, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 230-231) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 14 iyul 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. (Cild İ, i.v. 239) “Şübhəli şəxsin tutulması haqqında” 10 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 14:00 dəqiqədə tutulmuşdur. (Cild İİ, i.v. 59) “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və sonuncu Səbail RPİ-nin MSY-dən azad olunmuşdur. (Cild İİ, i.v. 102-104) “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 iyul 2023-cü il tarixli qərardan görünür, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 111-112) “Şübhəli şəxsin tutulması haqqında” 07 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 19:00 dəqiqədə tutulmuşdur. (Cild İİ, i.v. 206- 207) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 09 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmişdir. (Cild İİİ, i.v. 1-2) “Təqsirləndirilən şəxsin İstintaq Təcridxanasından azad edilməsi və eyni zamanda barəsində qətimkan tədbiri seçilməsi haqqında” 06 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmişdir. (Cild İİİ, i.v. 246-248) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş zərər ödənilmişdir. Həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Onlarla barışmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş zərər ödənilmişdir. Həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Onlarla barışmışdır. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş zərər ödənilməmişdir. Həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Onlarla barışmışdır. Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş zərər ödənilmişdir. Həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Onlarla barışmışdır. Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərər ödənilmişdir. Həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Onlarla barışmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı 07 may 2023cü il tarixdən 09 may 2023-cü il tarixədək olan 02 (iki) gün, 10 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək olan 02 (iki) gün, 05 iyul 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək olan 02 (iki) gün və 06 mart 2024-cü il tarixdən 06 oktyabr 2024-cü il tarixədək olan 07 (yeddi) ay, cəmi 07 (yeddi) ay 06 (altı) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesabı ilə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 05 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 23:00 dəqiqədə tutulmuşdur. (Cild İ, i.v. 148) “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və sonuncu Yasamal RPİnin MSY-dən azad olunmuşdur. (Cild İ, i.v. 222-223) “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 iyul 2023-cü il tarixli qərardan görünür, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 226-227) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. (Cild İ, i.v. 238) Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərər ödənilmişdir. Həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Onlarla barışmışdır. Elektron Məhkəmə Sistemindən Çıxarışdan görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs2dur. Məhkəmə, Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və bir azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı 05 iyul 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək olan 02 (iki) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesabı ilə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə təyin edilmiş ekspertizalarının üzrə aparılmış tədqiqatların dəyəri olan 100 (bir yüz) manatdan 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Maddi sübut kimi tanınmış bir ədəd "Namlanvlini" markalı moped zərərçəkmiş Zərərçəkmiş şəxs5 və bir ədəd "NNB-49” markalı motosiklet zərərçəkmiş Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia məsrəfi yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu 07 may 2023-cü il tarixdən 09 may 2023-cü il tarixədək olan 02 (iki) gün, 10 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək olan 02 (iki) gün, 05 iyul 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək olan 02 (iki) gün və 06 mart 2024-cü il tarixdən 06 oktyabr 2024-cü il tarixədək olan 07 (yeddi) ay, cəmi 07 (yeddi) ay 06 (altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesablanmaqla, 01 (bir) il 02 (iki) ay 12 (on iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu 05 iyul 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək olan 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Maddi sübut kimi tanınmış bir ədəd "Namlanvlini" markalı moped zərərçəkmiş Zərərçəkmiş şəxs5 və bir ədəd "NNB-49” markalı motosiklet zərərçəkmiş Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 100 (bir yüz) manatdan 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-258/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-258/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver