Məhkəmə qərarları › İş №1(004)-259/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-259/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-259/2024 19.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 02 iyul 2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup yaratmış, qrupun üzvləri arasında əldə olunmuş ümumi razılaşma və niyyətə uyğun olaraq 17 dekabr 2023-cü il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanının qarşısında olarkən həmin yerdə əvvəllər tanımadıqları və heç bir münasibətlərinin olmadığı piyada şəkildə hərəkətdə olan Zərərçəkmiş şəxs guya onlara baxmasını bəhanə edib münaqişəli vəziyyət yaratmış, qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs mübahisə edib sonuncuya əl və ayaq zərbələri ilə vurması zamanı yaranmış qarışıqlıqdan istifadə edərək o, Təqsirləndirilən şəxs2 təlimatı ilə Zərərçəkmiş şəxs səkinin kənarında olan daşın üzərinə qoyduğu içərisində 4 manat dəyərində ***-***-**-** saylı GSM mobil nömrə ilə istifadə edilən 250 manat dəyərində “Realme 7” markalı “RMX 2111” modelli mobil telefon aparatını götürüb hadisə yerindən qaçaraq uzaqlaşmış, Zərərçəkmiş şəxs mobil telefonunu onlardan geri almaq istədikdə sonuncuya mane olmaq və əvvəllcədən aralarında olan cinayətkar niyyətlərini başa çatdırmaq, yəni taladıqları həmin mobil telefonun özlərində qalmasına və taladıqları əmlak üzərində istədikləri kimi sərəncam vermək üçün real imkan əldə edilməsinə nail olmaq məqsədi ilə qrupun digər üzvü Təqsirləndirilən şəxs2 bir dəfə ayaq zərbəsi ilə qəsdən Zərərçəkmiş şəxs sinə nahiyyəsindən vurub sonuncuya həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə fiziki ağrı yetirib hadisə yerindən qaçıb getməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 254 manat dəyərində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi razılaşma və niyyətə uyğun olaraq 17 dekabr 2023-cü il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanının qarşısında olarkən həmin yerdə əvvəllər tanımadıqları və heç bir münasibətlərinin olmadığı piyada şəkildə hərəkətdə olan Zərərçəkmiş şəxs guya onlara baxmasını bəhanə edib münaqişəli vəziyyət yaratmış, qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən o, Zərərçəkmiş şəxslə mübahisə edib sonuncunu əl və ayaq zərbələri ilə vurmuş, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə onun təlimatı ilə münaqişə zamanı yaranmış qarışıqlıqdan istifadə edərək Zərərçəkmiş şəxs səkinin kənarında olan daşın üzərinə qoyduğu içərisində 4 manat dəyərində ***-***-**-** saylı GSM mobil nömrə ilə istifadə edilən 250 manat dəyərində “Realme 7” markalı “RMX 2111” modelli mobil telefon aparatını götürüb hadisə yerindən qaçaraq uzaqlaşmış, Zərərçəkmiş şəxs mobil telefonunu onlardan geri almaq istədikdə sonuncuya mane olmaq və əvvəllcədən aralarında olan cinayətkar niyyətlərini başa çatdırmaq, yəni taladıqları həmin mobil telefonun özlərində qalmasına və taladıqları əmlak üzərində istədikləri kimi sərəncam vermək üçün real imkan əldə edilməsinə nail olmaq məqsədi ilə o, bir dəfə ayaq zərbəsi ilə qəsdən Zərərçəkmiş şəxs sinə nahiyyəsindən vurub sonuncuya həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə fiziki ağrı yetirib hadisə yerindən qaçıb getməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 254 manat dəyərində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun dostudur, onlar 17 saylı cəzaçəkmə müəsisəsində cəza çəkdikləri müddətdə tanış olmuşlar. Dəqiq xatırlamadığı tarixdə dostu Ceyhun ona zəng edərək “İnstagram” sosial şəbəkəsində tanış olduğu Aysun adlı qızla görüşməyə gedəcəyini bildirmiş və ona həmin görüşə birlikdə getməyi təklif etmişdir. O, Ceyhunun təklifi ilə razılaşaraq onunla birlikdə görüşə getmiş, lakin Ceyhun Aysun adlı qızla görüşə bilmədiyi üçün onlar getdikləri yerdən geri qayıdaraq “20 yanvar” metrostansiyası tərəfə gəlmişdirlər. Onlar orada Yasamal rayonu, Moskva prospekti 67 ünvanının qarşısında yerləşən köşkdən 2 ədəd üzərində “GO” yazısı olan spirlti içki almışdırlar. İçkiləri içdikdən sonra o Ceyhunla birlikdə səkinin kənarında dayanaraq söhbət etməyə başlamışdır. Həmin vaxt oradan keçən bir nəfər tanımadıqları şəxs Ceyhuna qarşı nalayiq ifadə işlətdiyi üçün onların arasında mübahisə yaranmışdır. Tanımadıqları həmin şəxs əlindəki telefonu səkinin üzərinə qoyaraq Ceyhuna yaxınlaşmış, Ceyhun isə həmin şəxs onu söydüyü üçün onu vurmuşdur. Bundan sonra həmin şəxs qaçaraq oradan uzaqlaşmış və o, səkinin üzərində həmin şəxsin telefonunun qaldığını görmüşdür. O, mübahisə etdikləri şəxsin telefonunu gəlib götürəcəyini düşündüyü üçün həmin telefonu götürüb əlində saxlayaraq gözləmiş, bir müddət sonra həmin şəxsin gəlmədiyini görüb köşkə yaxınlaşaraq bir az əvvəl mübahisə etdikləri şəxsin telefonunu unutması barədə köşkə məlumat vermişdir. Az sonra polis əməkdaşları gələrək onları saxlamış və polis şöbəsinə gətirmişdirlər. O, mübahisə etdikləri şəxsi tanımır, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və Yasamal RPİ-nin 29-cu Polis Şöbsinə aparılan zaman ona qarşı fiziki zor tətbiq olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun dostudur, onlar 17 saylı cəzaçəkmə müəsisəsində cəza çəkdikləri müddətdə tanış olmuşdurlar. Dəqiq xatırlamadığı tarixdə o, dostu Vüqarla görüşərək “20 yanvar” metrostansiyası tərəfə getmişdir. Onlar orada Yasamal rayonu, Moskva prospekti 67 ünvanının qarşısında yerləşən köşkdən 2 ədəd üzərində “GO” yazısı olan spirlti içki almışdırlar. İçkiləri içdikdən sonra o Vüqarla birlikdə səkinin kənarında dayanaraq söhbət etməyə başlamışdır. Həmin vaxt oradan keçən bir nəfər tanımadıqları şəxs ona qarşı nalayiq ifadə işlətdiyi üçün onların arasında mübahisə yaranmışdır. Tanımadıqları həmin şəxs əlindəki telefonu səkinin üzərinə qoyaraq ona yaxınlaşmış, o, isə həmin şəxs onu söydüyü üçün vurmuşdur. Bundan sonra həmin şəxs qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra Vüqar səkinin üzərində həmin şəxsin telefonunun qaldığını görmüş və həmin telefonu götürmüşdür. Az sonra polis əməkdaşları gələrək onları saxlamış və polis şöbəsinə aparmışlar. Hadisə vaxtı sərxoş vəziyyətdə olduğu üçün hadisənin necə baş verməsi ətraflı şəkildə yadında qalmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və Yasamal RPİ-nin 29-cu Polis Şöbsinə aparılan zaman ona qarşı fiziki zor tətbiq olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, dəqiq xatırlamadığı tarixdə axşam saat 22:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında hərəkət edən zaman iki nəfər tanımadığı şəxsin içkili vəziyyətdə yolun kənarında dayandığını görmüşdür. Həmin vaxt o, əlində olan mobil telefonu ilə məşğul olan zaman yolun kənarında dayanan şəxslərdən biri ona “nə baxırsan” deyə səslənmiş, o isə həmin şəxsə “sənə deyil, telefona baxıram” demişdir. Bundan sonra o, hərəkətə davam etmək istəmiş, lakin ona söz atan şəxs arxadan ona qarşı nalayiq formada ifadə işlətmişdir. Bundan sonra o, geriyə dönərək əlindəli mobil telefonu bordürün üzərində qoymuş və ona söz atan, sonradan adının Təqsirləndirilən şəxs2 olduğu ona məlum olan şəxsə yaxınlaşmışdır. Həmin vaxt yolun digər kənarında dayanan, adının sonradan Təqsirləndirilən şəxs1 olduğu ona məlum olan digər şəxs arxadan gəlib onu tutmuş, Təqsirləndirilən şəxs2 isə bundan istifadə edərək onu vurmağa başlamışdır. Bundan sonra Ceyhun onu vurmağa davam etmiş, onu arxadan tutan digər şəxs isə bordürün üzərinə qoyduğu telefonunu götürmüşdür. Daha sonra telefonunu götürən şəxs ona yaxınlaşaraq bir daha onu vurmuş və əlində ona məxsus telefonu ilə qaçmağa başlamışdır. Bir qədər getdikdən sonra telefonunu götürərək qaçan şəxs arxaya dönərək Ceyhuna “telefonu götürdüm, gəl” deyərək qışqırmışdır. Bundan sonra Ceyhun da həmin şəxsin arxasınca qaçaraq oradan uzaqlaşmışdır. O isə həmin şəxslərin ardınca telefonunu gətirməsini qışqırmış, həmin şəxslər isə onu eşitsələr də, ona məhəl qoymayaraq qaçıb uzaqlamışdırlar. Son olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 159-161-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən “Köşk”də satıcı kimi işləyir. xx.xx.2023-cü il tarixdə işdə olan zaman saat 23:30 radələrində köşkün yanında 3 nəfər şəxsin mübahisə etdiyinin səsini eşitmişdir. Köşkün qarşısına çıxan zaman həmin şəxslərin bir birilərini itələdiklərini görmüşdür. Bir az keçdikdən sonra mübahisə edən şəxslərdən biri səkinin üzərində olan mobil telefonu götürərək qaçdığını və digər mübahisə edən dostuna telefonu götürdüm qaçaq deyərək uzaqlaşmışdırlar. Telefonu oğurlanmış şəxs ona yaxınlaşaraq telefon istəyən zaman o onu tanımadığı üçün həmin şəxsə telefonu verməmişdir. Mübahisə edən digər şəxsdə oradan uzaqlaşdıqdan 5-10 dəqiqə sonra polis əməkdaşları yaxınlaşaraq soyğunçuluq hadisəsi olduğunu bildirmişdirlər. Daha sonra polis əməkdaşları “Köşk”ün qarşısında quraşdırlmış videomüşahidə kamerasına baxaraq hadisəni törətmiş şəxslərin getdiyi istiqamətdə hərəkət etişdirlər. Onu Yasamal RPİ-nin 29cu PŞ-ə dəvət edilən zaman orada mənə məlum olduki Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etmişdir.xx.xx.2023-cü il tarixdə saat 23:50 radələrində Yasamal rayonu, Moskva prospekti 67 ünvanında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında baş verən mübahisə nə səbəbə olmasını bilmir, o onların səsinə köşkün qarşısına çıxan zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi, bir birlərini itələdiklərini və sonra ona təpik atdığını görmüşdür. Mübahisə təxminən 2-3 dəqiqə çəkmişdir.Hadisədən 5-10 dəqiqə sonra polis əməkdaşları yaxınlaşaraq orada baş vermiş hadisənin videogörüntüsə baxdıqdan sonra polis əməkdaşları videogörüntünü diskə köçürmək lazım olduğunu bildirdiklə üçün həmin görüntüləri 01 ədəd CD diskə köçürülmüş vəziyyətdə istintaqa təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:50 radələrində Yasamal rayonu, Moskva prospekti 67 ünvanında ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə mübahisə edən zaman Təqsirləndirilən şəxs2 “telefon-telefon” qışqırdıqdan sonra Təqsirləndirilən şəxs1 telefonu səkinin üzərində götürərək uzaqlaşaraq Təqsirləndirilən şəxs2 telefonu götürdüm “gəl qaçaq” dediyini şahidi olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 telefonu geri istəyən zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs itələyib oradan qaçmışdırlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" ASC-nin qarşısıdır. (i.v. 9-13) “Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 müraciəti əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd göy rəngli, mobil telefona baxış keçirilmişdir. Baxış zamanı mobil telefonun “Realme 7” markalı, göy rəngli, üzərində hər hansı qırıq və çat olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd “Realme 7” markalı, göy rəngli mobil telefon iş üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. (i.v. 14) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 18 dekabr 2023-cü il tarixli 2/52883 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 orta dərəcəli sərxoşdur. (i.v. 18) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 18 dekabr 2023-cü il tarixli 2/52884 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 yüngül dərəcəli sərxoşdur. (i.v. 23) “İfadənin yerində yoxlanılması haqqında” 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılan zaman ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. (i.v. 44-47) “İfadənin yerində yoxlanılması haqqında” 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılan zaman ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. (i.v. 52-55) “Şəxsin tanınması haqqında” 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş 04 nəfər şəxsi nəzərdən keçirərək, qarşısında olan şəxslərdən soldan sağa doğru 4-cü şəxsi yəni Təqsirləndirilən şəxs2 əli ilə göstərib tanıyaraq, həmin şəxsin xx.xx.2023-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında ona qarşı soyğunçuluq cinayəti tördən şəxs olduğunu bildirmişdir. (i.v. 56-58) “Şəxsin tanınması haqqında” 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş 04 nəfər şəxsi nəzərdən keçirərək, qarşısında olan şəxslərdən soldan sağa doğru 1-cü şəxsi yəni Təqsirləndirilən şəxs1 əli ilə göstərib tanıyaraq, həmin şəxsin xx.xx.2023-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında ona qarşı soyğunçuluq cinayəti tördən şəxs olduğunu bildirmişdir. (i.v. 59-61) “Təqdim olunmuş sənədin götürülməsi haqqında” 19 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid təqdim etdiyi içərisində xx.xx.2023-cü il tarixdə 23:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanının qarşısında Zərərçəkmiş şəxs qarşı törədilmiş soyğunçuluq hadisəsinin video göüntüləri olan 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. (i.v. 152) “Videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 19 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 01 ədəd fayl vardır. Həmin fayl açıldıqda içərsində “WhatsApp Video 2023-12-18 at 09.26.29” adlı fayl olması müəyyən edilir. Həmin fayl Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanının qarşısında Şahid satıcı kimi işlədiyi köşkün qarşısında quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2023-cü il tarixdə həmin mağazanın giriş hissəsini bir istiqamətdə müşahidə edir. Videogörüntünün 00:25-ci saniyəsində köşkdə satıcı kimi işləyən Şahid köşkün qarşısnda piyada şəkildə gəzməsi müşahidə edilir. 00:50-ci saniyədə kənarda qaranlıq düşən istiqamətdə 1 nəfər şəxsin səkiyə söykənərək dayanması izlənilir. 01:11-ci saniyədə Zərərçəkmiş şəxs hərəkət etədər keçməsi irəlidə qaranlıq istiqamıətdə həmin şəxsin yanında dayanması və təkrar hərəkət etməsi görünür. 01:46-cı saniyədə qaranlıq istimqaətdə BahadurAbdullayevin 2 nəfər şəxslə müabhisə etməsi müşahidə edilir.Həmin vaxt Şahid köşkün giriş qapısının qarşısına çıxırar mübahisəni kənardan izləyir. Videogörüntünü 02:12-ci saniyəsində köşkün qarşısında süni işıqlandırılmış yerdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ayaq zərbəsi endirdikdən sonra qaranlıq istiqamətdən Təqsirləndirilən şəxs1 gələrək Zərərçəkmiş şəxs tutmaq istəməsi və daha sonra qaçmaqları müşahidə edilir. Videogörüntünü 02:25-ci saniyəsində Zərərçəkmiş şəxs sağ istiqamətdə qırmızı rəngli soyuducudan 1 ədəd sarı rəngli şirəni qaranlıq istiqamətdə qaçan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxasıyca atması müşahidə edildi. Bundan başqa təqdim olunmuş içərsində 01 ədəd video görüntü faylı olan CD diskdə iş üçün hər hansı bir əhəmiyyət kəsb edən hal müşahidə edilmir. (i.v. 160) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 yanvar 2024-cü il tarixli 9/9898 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilənmalların 2023cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 254,00 manat müəyyən edilir. O cümlədən: -01 ədəd Çin istehsalı, “RMX 2111” model, “Realme 7” markalı mobil telefonun komplekləşdirilməsinə aid olan aksesuarlarının olmaması, istifadə olması (üzərində istismar xarakterli cızıqlar, rəng qopuqları və sair) nəzərə alınmaqla - 250,00 manat. - 01 ədəd ***-***-**-** saylı GSM mobil nömrə - 4,00 manat. (i.v. 219-221) “Maddi sübut kimi tanınma haqqında” 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə 23:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanının qarşısında Zərərçəkmiş şəxs qarşı törədilmiş soyğunçuluq hadisəsi nəticəsində ələ keçirilmiş “Realme 7” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmışdır. (i.v. 223-224) “Sübutların qiymətləndirilməsi haqqında” 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, Cinayət işi üzrə əhəmiyyəti kəsb etdiyindən Şahid təqdim etdiyi içərisində xx.xx.2023-cü il tarixdə 23:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanının qarşısında Zərərçəkmiş şəxs qarşı törədilmiş soyğunçuluq hadisəsinin video göüntüləri olan 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. (i.v. 228-237) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd “Realme 7” markalı mobil telefonu təhvil almışdır. (i.v. 228-237) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta 13 radələrində Qaradağ rayonu Qobu qəsəbisində olan zaman 17 saylı cəzaçəkmə müəsisəsindən bir yerdə çəza çəkdiyi dostu Təqsirləndirilən şəxs1 zəng edərək Kürdəxanıda yaşayan Aysun adlı cinsi azlıqla görüşməyə və spirtli içki içmək üçün qonaq çağırmışdır. Təqsirləndirilən şəxs1 ilk əvvəl razı olmasada təkid etdiyi üçün Vüqar onunla razılaşmışdır. O “Whatsapp” mobil tətbiq vasitəsi ilə Vüqara konum ataraq onu Kürdəxanıya dəvət eləmişdir. O Qaradağ rayonu Qobu qəsəbəsindən taksiyə minərək Kürdəxanıya getmişdir. O ora çatan zaman Vüqar artıq onu gözləyirmiş. Onlar yaxınlıqda yerləşən marketdən 4 ədəd spirlti içki üzərində “GO” yazısı olan içki almışdırlar. Vüqarla birlikdə cinsi azlığın yaşadığı ünvana gedə gedə həmin içkiləri içmişdirlər. Evə daxil olduqdan bir neçə dəqiqə sonra çıxaraq Sumqayıta getməyi qərarə gəlmişdirlər. Kürdəxanıdan taksiyə minərək 20 yanvar metrostansiyasının yanına gəlmişdirlər. 20 yanvar metrostansiyasının yanına çatan zaman hava uje qaranlıq imiş. Yasamal rayonu, Moskva prospekti 67 ünvanının qarşısında yerləşən köşkdən əlavə olaraq 2 ədəd spirtli içki üzərində “GO” yazısı olan içki almışdırlar. İçkiləri içdikdən sonra orada səkinin kənarında Vüqarla birlikdə söhbət edirmişlər. İçkiləri bitdikdən sonra Sumqayıta geri qayıdaçaqmışlar. Bu vaxt orada 1 nəfər şəxs yanlarından keçən zaman nalayiq ifadə işlətdiyi üçün ona həmin sözü onlara deyib deməməsini dəqiqləşdirmək istəmişlər. Həmin şəxs geri çönərək nə dediklərini soruşduqda o onunla mübahisə etməyə başlaışdır. Mübahisə zamanı Vüqarda yaxınlaşaraq ona kömək etmək istəmişdir. Mübahisə zamanı həmin şəxslə aralaşan zaman səkinin üzərində göy rəngli telefon olduğunu görmüşdür. Bu vaxt Vüqara “telefon telefon” deyərək qışqırmışdır. Həmin vaxt Vüqar telefonu götürərək qaçmağa başlamışdırdı. O Vüqarın qaçmağını görüb onun arxasıyca qaçmışdır. Onlar birlikdə qaçaraq hadisə baş verən ərazidən uzaqlaşdıqdan sonra təxminən 15-20 dəqiqə sonra X4 gəzişməyə başlamışlar. Həmin vaxt spirtli içkinin təsirində olduqları üçün nə edəcəklərini bilməmişlər. Vüqarla birlikdə Yasamal Parkında polis əməkdaşları onları görüb Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə getməkləri təklif edilmişdir. Onlar polis əməkdaşlarında qaçmağa çalışsalarda polis əməkdaşları onları saxlayraq polis şöbəsinə gətirmişdir. O Zərərçəkmiş şəxs tanımır onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. O Zərərçəkmiş şəxs ilk dəfə idi görmüşdür. Vüqarla birlikdə Zərərçəkmiş şəxs ilə mübahisə edən zaman qarışılıq nəticəsində spirtli içkili olduğu üçün səkinin üzərində olan göy rəngli “Realme 7” markalı mobil telefonu görmüşdür, Vüqara telefon telefon deyə qışqırdıqdan sonra Vüqar səkinin üzərində olan göy rəngli “Realme 7” markalı mobil telefonu götürərək qaçmışıdr. O Vüqarın qaçdığını görüb onun arxasıyca getmişdir. Onların əvvəlcədən Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etmək fikri olmamışdır. O Təqsirləndirilən şəxs1 ilə birlikdə soyğunçuluq edərkən onları kimlərin görməsini bilmir. Orada heç kim onların qarşısını almağa çalışmamışdır. O və Təqsirləndirilən şəxs1 qaçan zaman arxalarıyca Zərərçəkmiş şəxs qışqırmağın eşitsədə onun arxalarıyca gəlməsini görməmişdir. Həmin hadisə zamanı əvvəlcədən razılaşmadığları üçün hadisə təsadüfən yarandığı üçün o həmin vaxt Zərərçəkmiş şəxs heç bir bədən xəsarəti yetirməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və Yasamal RPİ-nin 29-cu Polis Şöbsinə aparılan zaman ona qarşı hər hansı fiziki güç və ya təyziq göstərilməmişdir. (i.v. 117-119) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o xx.xx.2023-cü il tarixdə günorta 13 radələrində yaşadığı ünvan 4 ünvanında olan zaman 17 saylı cəzaçəkmə müəsisəsindən bir yerdə cəza çəkdiyi dostu Təqsirləndirilən şəxs2 zəng edərək Kürdəxanıda yaşayan Aysun adlı cinsi azlıqla görüşməyə və spirtli içki içmək üçün qonaq çağırmışdır. O ilk əvvəl razı olmasada Ceyhunun təkidi nəticəsində razılaşmışdır. Ceyhun ona “Whatsapp” mobil tətbiq vasitəsi ilə konum ataraq onu Kürdəxanıya dəvət eləmidir. Yaşadığı ünvan 4 ünvanından taksiyə minərək Ceyhunun göndərdiyi konuma getmişdir. Ceyhun təxminən 30 dəqiqə sonra atdığı konuma gəlmişdir. Onlar yaxınlıqda yerləşən marketdən 4 ədəd spirlti içki üzərində “GO” yazısı olan içki almışdırlar. Ceyhunla birlikdə cinsi azlığın yaşadığı ünvana gedə gedə həmin içkiləri içmişdirlər. Evə daxil olduqdan bir neçə dəqiqə sonra çıxaraq Sumqayıta getməyi qərarə gəlmişdirlər. Kürdəxanıdan taksiyə minərək 20 yanvar metrostansiyasının yanına gəlmişdirlər. 20 yanvar metrostansiyasının yanına çatan zaman hava uje qaranlıq imiş. Yasamal rayonu, Moskva prospekti 67 ünvanının qarşısında yerləşən köşkdən əlavə olaraq 2 ədəd spirlti içki üzərində “GO” yazısı olan içki almışdırlar. İçkiləri içdikdən sonra orada səkinin kənarında Ceyhunla birlikdə söhbət edirmişlər. İçkiləri bitdikdən sonra Sumqayıta geri qayıdaçaqlarmış. Bu vaxt orada 1 nəfər şəxs yanlarından keçən zaman nalayiq ifadə işlətdiyi üçün ona həmin sözü onlara deyib deməməsini dəqiqləşdirmək istəmişlər. Həmin şəxs geri çönərək nə dediklərini soruşmuş, Ceyhunla mübahisə etməyə başlamışlar. Mübahisə zamanı oda yaxınlaşaraq Ceyhuna kömək etmək istəmişdir. Mübahisə zamanı həmin şəxslə aralaşan zaman səkinin üzərində göy rəngli telefon olduğunu görmüşdür. Bu vaxt Ceyhun ona qışqıraraq “telefon telefon” dediyini eşitmişdir. Həmin vaxt telefonu götürərək qaçmağa başlamışdır. Ceyhunda onun arxasıyca qaçaraq gəlmişdir. Onlar birlikdə qaçaraq hadisə baş verən ərazidən uzaqlaşdıqdan sonra təxminən 15-20 dəqiqə sonra Yasamal parkında Ceyhunla gəzişməyə başlamışlar. Həmin vaxt spirtli içkinin təsirində olduğları üçün nə edəcəylərini bilmirmişlər. Ceyhunla birlikdə Yasamal parkında polis əməkdaşları onları görüb Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə getəylərini təklif eləmişlər. Onlar polis əməkdaşlarında qaçmağa çalışsalarda polis əməkdaşları saxlayraq polis şöbəsinə gətirmişdirlər.O Zərərçəkmiş şəxs tanımır onunla heç bir ədavətim və ya düşmənçiliyi olmamışdır. O Zərərçəkmiş şəxs ilk dəfə idi görürmüş. Ceyhunla birlikdə Zərərçəkmiş şəxs ilə mübahisə edən zaman qarışılıq nəticəsində spirtli içkili olduğu üçün səkinin üzərində olan göy rəngli “Realme 7” markalı mobil telefonu görmüşdür, Ceyhunun telefon telefon dediyini eşidib səkinin üzərində olan göy rəngli “Realme 7” markalı mobil telefonu götürərək qaçmışdır. Ceyhun onun qaçdığını görüb oda onun arxasıyca gəlmişdir. Onların əvvəlcədən Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etmək fikri olmamışdır. O Təqsirləndirilən şəxs2 birlikdə soyğunçuluq edərkən onları kimlərin görməsini bilmir. Orada heç kim onların qarşısını almağa çalışmamışdır. O və Təqsirləndirilən şəxs2 qaçan zaman arxalarıyca kiminsə gəlməsini görməmişdir. O həmin vaxt Zərərçəkmiş şəxs heç bir bədən xəsarəti yetirməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və Yasamal RPİ-nin 29-cu Polis Şöbsinə aparılan zaman ona qarşı hər hansı fiziki güç və ya təyziq göstərilməmişdir. (i.v. 129-131) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göyçay Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şahid yaşadığı ünvanda müyyən olunmadığından onun iştirakı təmin edilə bilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməməsini, yəni Zərərçəkmiş şəxs məxsus mobil telefonu sonuncuya münasibətdə aşkar şəkildə götürməmələri barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Həmin qərarada qeyd olunmuşdur ki, bir qrup şəxsin özgə əmlakını oğurlamaq barədə qabaqcadan razılığa gəldiyi hallarda birgə icraçılardan hər hansı biri əldə edilmiş razılıqdan kənara çıxaraq, soyğunçuluq və ya quldurluq kimi hüquqi qiymət verilən əməl törətmişsə, həmin şəxsin əməli müvafiq olaraq CM-nin 180 və ya 181-ci maddəsi ilə tövsif edilməlidir. CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 180.2.1 və 180.2.4-cü maddəsinə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 19:25-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 96-97) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)-988/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsetmənin əvvəli 18 dekabr 2023-cü il tarixdən başlanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 142- 143) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 159-160) Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.2-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər nəzərə alınmır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 92.0.3-cü maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 az ağır cinayət əməlinə görə Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 07 noyabr 2022-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs1 19 avqust 2020-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 92.0.3-cü maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Ağır cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmamışdır. Həmçinin CM-nin 18.4.2-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsini, onlarla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs1 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.3-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 18 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 74-75) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)-989/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsetmənin əvvəli 18 dekabr 2023-cü il tarixdən başlanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 144- 145) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Samux rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlığın cəzası verilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 il 06 ay azadlığın məhdudlaşdırlmasının qalan 02 il 04 ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə ilə əvəz olunub. Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. (i.v. 193-194) CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan 16 yanvar 2020-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsini, onlarla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs2 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 18 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut “Realme 7” markalı “RMX 2111” modelli mobil telefonun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul vəsaitinin 25 (iyirmi beş) manat hissəsi Təqsirləndirilən şəxs1 və 25 (iyirmi beş) manat hissəsi Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 180.2.1 və 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-nin 41, 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 18 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 18 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Realme 7” markalı “RMX 2111” modelli mobil telefonun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs1 və 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar