Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-26/2020 17.03.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 09 saylı vəkil bürosunun vəkili X3 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: xx.xx.1966-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işəməyən, ünvan 1 otaq 90 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə sonuncunun Etibar Hacıyev tərəfindən aldadılaraq 14000 manat pulunun ələ keçirməsi faktı üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğunda araşdırılan materiala cinayət işi başladacağına dair yalan vəd verib aldadaraq, xx xxxxxxxx 2016-cı il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 57 ünvanında yerləşən əvvəllər fəaliyyət göstərmiş şirniyyat dükanında Zərərçəkmiş şəxs1 1000 manat pul alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə - “SOCAR”a sürücü vəzifəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, xx xxxxxxx 2016-cı il tarixdə saat 15 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 140A saylı evin 90-cı mənzilində Zərərçəkmiş şəxs1 5500 manat pul alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə sonuncunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, ev 26, mənzil 15-də çıxarılması barədə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarının Baş İcra İdarəsində icrasının müvəqqəti dayandırılmasına kömək edəcəyinə dair yalandan vəd verib aldadaraq, xx xxxxxx 2017-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yaxınlığında Zərərçəkmiş şəxs1 1000 manat pul alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə sonuncunun Həsən Həsənov adlı şəxs tərəfindən ələ keçirildiyini bildirdiyi pulu tanışları vasitəsi ilə Həsən Həsənov adlı şəxsin yerini müəyyən edib qaytaracağına dair yalandan vəd verib aldadaraq, xx xxxx 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 6-da yerləşən “Ankara” restoranında Zərərçəkmiş şəxs2 1000 manat pul alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə sonuncunun əvvəllər işlədiyi Azərbaycan Dövlət Pedaqoji Universitetindən işdən çıxarılmağı ilə bağlı tanışları vasitəsi ilə məhkəmədə 50.000 manat təzminat ödənilməsinə dair qərar çıxartdıra biləcəyinə yalandan vəd verib aldadaraq, xx xxxx 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 6-da yerləşən “Ankara” restoranında Zərərçəkmiş şəxs2 5000 manat pul alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, ali təhsilli hüquqşünasdır, əvvəllər fərdi olaraq vətəndaşlara hüquqi yardım göstərməklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 2015-ci ildən tanıyır. Nemətin Etibar adlı şəxsin onun pulunu ələ keçirilməsi ilə bağlı şikayəti olmuşdur. Həmin işdə nümayəndə kimi iştirak etməyi Nemət ondan xahiş etmişdir. O, Nemətə razılıq verdikdən sonra işə başlamaq üçün Nemətdən 200 manat pul almış və Nemətlə müqavilə bağlayaraq etibarnamə əsasında Nəsimi Rayon Məhkəməsində həmin iş üzrə Nemətin nümayəndəsi kimi iştirak eləməyə başlamışdır. Həmin vaxt mənzilin sahibi Etibarın Nemətdən 14000 manat pul alması barədə onda telefon danışığının yazısı olduğu səbəbindən o, Nemətin adından ərizə ilə Nəsimi rayon prokuroruna həmin faktla əlaqədar cinayət işi başlanması üçün müraciət etmişdir. Bundan sonra cinayət işinin başlanması ilə əlaqədar Nemətin arvadı İlahə ilə birlikdə Nəsimi rayon prokurorluğunda olmuş və orada İlahənin yanında onlara deyilmişdir ki, bu iş mülki xarakterlidir, məhkəməyə müraciət etmək lazımdır. Hətta həmin vaxt İlahə prokurora hədə-qorxu gəldiyi üçün onları otaqdan çıxarmışlar. O, Nemətdən cinayət işi başlatmaq üçün pul almamışdır.Bundan sonra məhkəmə prosesinin gedişində Nemət ona maddi çətinliyi olduğunu, münasib işi olsa işləyib onun pulunu verə biləcəyini demiş, o da Nemətə işlə əlaqədar tanıdığı adamlarla danışıb deyəcəyini bildirmişdir. O, həmin məsələ ilə əlaqədar Səyyar adlı tanışı ilə danışmışdır. Belə ki, Səyyarın münasib tanışları olmuşdur. Səyyardan xəbər biləndən sonra Nemət ilə iş barəsində söhbət edərkən Nemət SOCAR-ın dənizdəki iş yerlərində işləmək istədiyini demişdir. O, bu barədə Səyyara dedikdə Səyyar 7000 manat pulun müqabilində Neməti istədiyi işə düzəlməsinə kömək edəcəyini bildirmişdir. O, işlə əlaqədar pulun məbləğini Nemətə dedikdə Nemət 5500 manatdan artıq pulunun olmadığını bildirmişdir. O, həmin məbləğ barədə Səyyar ilə razılaşdıqdan sonra xx xxxxxxx 2016-cı il tarixdə Nemət qaynanası Həqiqətlə onun yaşadığı Nərimanov rayonu F.X.Xoyski küçəsi ev 140a mənzil 90 ünvanına gəlmişlər. Onlar bir qədər oturduqdan sonra Nemətin “SOCAR”-da işə düzəlməsi ilə əlaqədar mənzilində ona 5500 manat pul vermişlər. O, həmin gün Səyyarla danışmış və öz evinin yaxınlığında görüşüb həmin puldan 3800 manatını Səyyara vermiş, pulun qalanını Nemətin işə çıxmaqla bağlı əmri veriləndən sonra verəcəkləri barədə razılaşmışlar. X6 arasında baş verənlərdən xəbəri olmamışdır. Belə ki, Nemətin özündən eşitmişdir ki, Nemət özü mütəmadi olaraq Səyyarla həmin işlə məşğul olan digər tanımadığı şəxslərlə özü görüşmüşdür. Lakin bir müddətdən sonra Səyyar ona zəng edib Nemət çağırılanda vaxtında gəlib-getmədiyini demişdir. O, özü necə bilirsə elə də etməyini, ya işini düzəltməyi, ya da pulunu qaytarmasını demişdir. Təxminən 2017-ci ilin avqust ayında Nemət arvadı İlahə ilə onun evinə gəlib səs-küy salaraq qızı Məlihəyə qarşı nalayiq hərəkətlər edib ünvanına söyüşlər söymüşlər. O, həmin məsələ ilə əlaqədar Nərimanov RPİ-nin 17-ci PB-nə müraciət etmişdir. Buna baxmayaraq o, Səyyarla əlaqə saxlayıb pulu qaytarmasını demişdir. 2017-ci ilin aprel ayının əvvəllərində Səyyar 3800 manat pulu gətirib ona qaytarmış və o, həmin pulu öz evinin yanında Nemətə vermişdir. Yerdə qalan 1700 manat pulu Nemətə məhkəmə işlərində etdiyi hüquqi yardımla əlaqədar əmək haqqı kimi özünə saxlamışdır. Həmin vaxt Nemət onunla razılaşmış və aralarında razılıq olmuşdur ki, Nərimanov RPİ-nin 17-ci PB-nə etdiyi şikayətini geri götürsün, buna görə də o, şikayətini geri götürmüşdür. Bundan başqa o, göstərmişdir ki, Nemətin və ailə üzvlərinin yaşadıqları mənzildən çıxarılması ilə bağlı Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmuşdur. Buna görə də o, Etibar Hacıyevdən 20000 manat pul tələbi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət eləmiş, məhkəmə prosesinin gedişində Nemətə aid mülki sənədlərdə imzaların saxta olması: ekspertiza rəyləri ilə təsdiq edildiyi üçün məhkəmə cəmi 10000 manatın Nemətə ödənilməsi ilə bağlı qətnamə çıxartmışdır. Həmin qətnamə xx.xx.2016-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsində də qüvvədə saxlanılmış, nəticədə mənzilin boşaldılması ilə bağlı icra işi başlamışdır. Nemətin arvadı İlahənin xəstəliyi ilə əlaqədar olaraq mənzildən çıxarılması məsələsi iki-üç ay müddətinə təxirə salınmışdır, ilkin ifadə verən zaman o, təziq altında olduğu üçün Nemətdən 1000 manat pul alıb icra işini gecikdirməsi üçün icra məmuru Şahid4 verdiyini demişdir. Əslində isə o, Nemətdən həmin məsələ ilə bağlı heç bir məbləğdə pul almamışdır. Bundan başqa o, bildirmişdir ki, Zərərçəkmiş şəxs2 2019-cu ilin fevral ayından tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs2 özü gəlib onu tapmışdır. Olqa, onun mobil telefonuna zəng edərək, Reyhan adlı qadından onun nömrəsini aldığını və məhkəmə məsələsində köməklik etməyini xahiş etmişdir. O da Olqaya köməklik edə biləcəyini və görüşməyi təklif etmişdir. O, Olqa ilə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayou ərazisində yerləşən “Mado” kafesində görüşmüşdür. Həmin vaxt Olqa ona Sabunçu rayon məhkəməsində ADPU-nun ona qarşı 100.000 manat təzminat ödənilməsi ilə bağlı məhkəmə prosesi getdiyini, bu işdə köməklik lazım olduğunu demişdir. X13 Həsənov adlı şəxsin ona qarşı dələduzluq etməsini, Sabunçu məhkəməsində gedən işinə köməklik edəcəyi adı ilə ondan 6300 manat pul almasını və aldatmasını bildirmişdir. O, Olqaya bu məsələlərdə köməkilk edəcəyini demişdir. Olqa onun Vəkillər Kollegiyasının üzvü olmadığını bilirmiş, Olqa ona məhkəmədə danışa bildiyini sadəcə köməklik lazım olmasını demişdir. O, Nərimanov rayonunda yerləşən 3 saylı notariat kontoruna gedib, orada Olqa ilə müqavilə bağlamışdır. Həmin vaxt o, Olqadan zəhmət haqqı kimi 1000 manat pul almışdır. O, pulu aldıqdan sonra Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Olqanın adından sənədlərlə müraciət etmişdir. Həmin sənədlərdə hazırda ondadır. Sabunçu Rayon Məhkəməsidə Olqanın xeyrinə qərar çıxarmış, belə ki, ekspetiza rəyi Olqanın əleyhinə olmasına baxmayaraq 100.000 manat təzminatın ödənilməsi rədd edilmişdir. Bundan sonra dəqiq xatırlamadığı tarixdə o, Olqa ilə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Ankara” restoranında görüşmüş və orada Olqadan əlavə 1000 manatda Həsən Həsənova qarşı şikayətini müdafiə etmək üçün almışdır. Bununla bağlı da Səbail RPİ-nə müraciət etmiş və qəbullarda olmuşdur. Bundan sonra dəqiq xatırlamadığı tarixdə Olqadan Bakı şəhəri Sabunçu rayonu. Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Ankara” restoranında 5000 manat da pul almışdır. Həmin puluda həm Sabunçu Rayon Məhkəməsində olan işlə bağlı həm də onların Səbail Rayon Məhkəməsində qarşılıqlı iddia tələblərinə görə məhkəmənin sonuna qədər gördüyü işlə bağlı almışdır. Bununla bağlıda işlər görmüşdür, lakin Səbail Rayon Məhkəməsində olan işləri uduzmuşdur. O, Olqadan başqa heç bir məbləğdə pul almamışdır. Həmçinin o, Nemətdən aldığı 55xx xxxxxxxx 3800 manatı geri qaytarmış qalan 1700 manat pulu Nemətin əmri verildikdən sonra Səyyara verəcəkmiş, lakin Nemətin həyat yoldaşı İlahənin onun qızı Məlihəyə qarşı etdiyi hərəkətindən sonra həmçinin 2015-ci il tarixdə hazırki vaxtadək Nemətə hüquqi yardımlar etməyinə baxmayaraq ona cəmi 200 manat pul verdiyi üçün, Nemətin pulundan 1700 manat pulu öz əmək haqqı kimi saxlamaq qərarına gəlmişdir. O, pulu alan vaxt bu barədə Nemətə heç bir şey deməmişdir. O sonradan bu qərara gəlmiş və bu barədə Nemətlə onur arasında razılaşma olmuşdur. Əvəzində Nemət ondan xahiş etmişdir ki, polisə etdiyi şikayətini geri götürsün. O, “SOCAR"-da işə düzəlməsi üçün verdiyi 5500 manat puldan 1700 manat pulu Nemətin razılığı ilə öz əmək haqqı kimi saxlamışdır. O, yalnız Səyyarı tanımış, Əli və Əşrəf adlı şəxsləri tanımamışdır. Səyyar özü ona tanışlarının çox olmasını və tanışlarının vasitəsi ilə istədiyi şəxsin münasib işlərə düzəlməsinə kömək edə biləcəyini bildirmişdir. Hər hansı bir cinayət törətmədiyi üçün barəsində bərahət hökmü çxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi ev 11, mənzil 18-də qeydiyyatda olsa da Bakı şəhəri, N.Nərimanov rayonu, K.Kazımzadə küçəsi ev 7A-da ailəsi ilə birlikdə yaşayır. O, 2012-ci ilin aprel-may aylarında Elza Məmmədova adlı şəxsdən Nəsimi rayonu, K.Səfərəliyev küçəsi, ev 26 mənzil 15 ünvanını 20000 manata satın almaq barədə razılığa gəlmişdir və bu məqsədlə Elza Məmmədovaya ilkin olaraq 6000 manat pul vermişdir. Az müddətdən sonra Elza rəhmətə getmiş və Elzanın oğlu Etibar Hacıyev ondan 14000 manat pul almışdır. Lakin sonradan Etibar ondan pul almadığını bildirib evi təhvil verməkdən imtina etmişdir. O, Etibardan şikayət eləməyə başlamışdır. Həmin işlə əlaqədar 2016-cı ilin yay aylarında vəkil axtaran zaman qaynanası Həqiqətə Xətai rayon prokurorluğunda Təqsirləndirilən şəxs məsələhət görmüşlər. Həqiqətə Nüşabənin əslən Naxçıvandan olmasını, tanınmış vəkil olduğunu demişlər. O, bir daha Həqiqətin dediklərini yoxlamaq üçün Vəkillər Kollegiyasına getmişdir. Orada Təqsirləndirilən şəxs adlı vəkil barəsində soruşduqda həqiqətən də elə bir vəkil olmasını demişlər. Belə ki, orada Təqsirləndirilən şəxs deməmiş, həqiqətən həmin vəkil kollegiyasında Təqsirləndirilən şəxs adlı vəkil olduğu üçün belə demişlər, onun ata adı fərqli olmuşdur. O, bunu sonradan öyrənmişdir. Bundan sonra qaynanası Həqiqətin iştirakı ilə Nüşabə ilə görüşmək qərarına gəlmişdir. xx xxxx 2016-cı il tarixdə Nərimanov rayonu, “N.Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən “Çuda peçka” şirniyyat mağazasında o, qaynanası Həqiqət, həyat yoldaşı İlahə Nüşabə ilə görüşmüşlər. Nüşabə özünü vəkil kimi təqdim edib, uzun müddət Naxçıvanda hakim işlədiyini bildirmişdir. Nüşabə hər işə 200 manata çıxdığını bildirib, bir dəfəlik 500 manat verməklərini təklif etmişdir. O, orada 500 manat pulu Nüşabəyə vermişdir. Pulu verdikdən sonra öz adından Nüşabəyə etibarnamə vermişdir. Həmin müddətdə onun yaşadığı mənzildən çıxarılmağı barədə artıq Ali Məhkəmə qərar qəbul etmişdir. Mənzilin sahibi Etibarın ondan 14000 manat pul alması barədə onda telefon danışığının yazısı olduğu səbəbindən Nüşabə ona onun adından ərizə ilə Nəsimi rayon prokuroruna müraciət edəcəyini və həmin faktla əlaqədar cinayət işi başladacağını demişdir. Təxminən 1 ay keçdikdən sonra o, cinayət işinin başlanıb-başlanılmamasını öyrənmək məqsədilə Nəsimi rayon prokurorluğuna getmişdir. Prokurorluğun dəftərxanasında onun müraciətimin mülki xatakterli olması barədə yazılı məktub vermişlər. Bundan sonra Nüşabə Nəsimi rayon prokurorluğunda tanışı olduğunu, cinayət işinin başlanılması barədə həmin şəxslə danışacağını demişdir. Bir müddət sonra Nüşabə ona cinayət işinin açılması üçün prokurorluqda ondan 1000 manat pul istədiklərini bildirmişdir. 2016-cı ilin avqust ayının ortalarından 2016-cı ilin sentyabr ayının sonlarınadək olan müddətdə (o, Nüşabəyə etibar etdiyi üçün həmin vaxt tarixə dəqiq fikir verməmiş,buna görə də dəqiq vaxt deyə bilmir) Nüşabə Nəsimi rayon prokurorluğu yaxınlığında yerləşən şirniyyat evində Etibar Hacıyevin onu aldadaraq 14000 manat pulunu ələ keçirməsi ilə əlaqədar yazmış olduğu ərizəyə Nəsimi rayon prokurorluğunda cinayət işi başlanılması üçün ondan 1000 manat pul almışdır. Bundan başqa 2016-cı ilin oktyabr ayının əvvəllərində Nəsimi Rayon Məhkəməsindən çıxan zaman Nüşabə ona “işi uduzmuşuq heyfslənməyə dəyməz, görürəm maddi imkanın yoxdur, “Socar” şirkətinə yığım var, mənim orada yaxınlarım işləyir, istəsən sənə iş tapmaqda kömək edə bilərəm” demişdir. O, Nüşabəyə traktor sürmək üçün sürücülük vəsiqəsi olduğunu, həm də traktor sürə də bildiyini demişdir. Bir müddət sonra Nüşabə ona zəng edərək, tanışları ilə danışdığını, iş üçün 8000 manat pul istədiklərini, iş alınarsa 1200-1500 manat arası əmək haqqı ala biləcəyini demişdir. O, Nüşabəyə o qədər pulu olmadığını və verə bilməyəcəyini bildirmişdir. Nüşabə də ona danışıb zəng edəcəyini deyib, bir müddət sonra zəng edərək, 7000 manata razı saldığını demiş, o isə yenə də Nüşabəyə həmin məbləğdə pulu tapa bilməyəcəyini demişdir. Səhəri gün Nüşabə zəng edib bildirmişdir ki, dediyi iş 6000 manata alınar. O, yenə də etiraz eləmişdir ki, imkanı çatmır. Nüşabə sonra əlaqə saxlayaraq onu öz qohumu kimi təqdim etdiyini və 5500 manata razı saldığını, bundan aşağı edə bilməyəcəyini demişdir. 2016-cı ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, “xxxxxxxxx" metrosunun çıxışında, “Nəbz" klinikasının qarşısında o, Nüşabə ilə görüşmüşdür. O, Nüşabəyə cəmi 2500 manat pulu olduğunu, qalan pulu işləyəndə əmək haqqından verə biləcəyini demişdir. Lakin Nüşabə onunla razılaşmamış və demişdir ki, pulu tam vermək lazımdır. Bundan sonra qalan pulu qardaşından borc olaraq götürüb xx.xx.2016-cı il tarixdə günorta saatlarında Nərimanov rayonu, “Aşkar" mehmanxanasının yanındakı Nüşabənin yaşadığı yataqxanaya qaynanası Həqiqətlə birlikdə getmiş və qaynanası Həqiqətin yanında Nüşabəyə 5500 manat pul vermişdir. O, Nüşabədən həmin pulu alması barədə yazılı kağız da almışdır. Orada Nüşabə onun yanında mobil telefonla zəng edib, kiminləsə danışmış və pulu götürdüyünü bildirmişdir. Bundan bir neçə gün sonra Əli adlı şəxs ona zəng edib özünü “Socar”da sahə rəisi kimi təqdim edərək, onun nömrəsini Nüşabənin verdiyini və görüşməyi təklif etmişdir. O, Əli adlı şəxslə “xxxxxxxxx" metrostansiyasının yaxınlığında, “Socar” idarəsinin qarşısında görüşmüşdür. Həmin vaxt Əli ona tanışlıq verib, onu tapşırdıqlarını, işini həll edəcəyini, narahat olmamağını demiş və onlar sağollaşmışlar. Bir müddət sonra Əli ona zəng edib “Qara Qarayev" matrostansiyasının yaxınlığında olan marketin qarşısına gəlməyini və işə qəbul ərizəsi yazmağını demişdir. O, Əli ilə Əlinin dediyi yerdə görüşmüşdür. Nahar vaxtı olduğu üçün Əli ona demişdir ki, “sənin ərizəni yazaq, sonra mən nahar eliyib idarəyə gedəcəm". O, “Socar"da traktor sürücüsü vəzifəsinə işə qəbulla bağlı ərizə yazmışdır. Əli də ərizəni götürüb ona nömrəsini köməkçisi Səyyara verəcəyini, Səyyarın yerdə qalan məsələrlə bağlı onunla əlaqə saxlayacağını demişdir. Bundan sonra Səyyar adlı şəxs onunla telefonla danışıb görüş təyin etmiş və onlar Səyyarla görüşmüşlər. Səyyar ona narahat olmamağı, işinin həll olunacağını demişdir. O, iş gecikdiyi üçün tez-tez Səyyara zəng etməyə başlamışdır. Səyyar ona Əşrəf adlı şəxsin nömrəsini verib demişdir ki, kadrlar şöbəsinin rəisidir, həmin nömrə ilə əlaqə saxlasın. O da Əşrəflə danışmağa başlamışdır. Əşrəf də ona sənədlərində problem olduğunu, sürücülük vəsiqəsinin saxta olmasını və əslini gətirib verməyini bildirmişdir. O da Əşrəf dediyi kimi, sürücülük vəsiqəsinin əslini gətirib Əşrəfə vermişdir. Təxminən 2017-ci ilin yay aylarında Əşrəf ona zəng edib əmri hazır olduğunu, gəlib sürücülük vəsiqəsinin əslini götürüb, orada işləyən qızların şirinliyini verməsini bildirmişdir. O, Əşrəflə Nərimanov rayonu, “Gənclik metrostansyasının” yaxınlığında görüşmüş və orada Əşrəfə əmrinin hazır olduğunu görə 30 manat pul vermişdir. Onlar birlikdə “Socar”ın binasına gedən vaxt Əşrəfə zəng gəlmiş və Əşrəf ona rəhbərlikdən zəng gəldiyini təcili idarəyə də getməli olduğunu, ona hazırlaşmağını tezliklə işə çıxacağını demişdir. O, uzun müddət gözləsə də heç bir xəbər olmadığını görüb, Əli, Əşrəf, Səyyar və Nüşabə ilə əlaqə saxlamışdır. Bir müddət sonra Əli və Əşrəf mobil telefonlarını bağlamışlar. Səyyar ilə Nüşabə isə onun pulunu qaytarmayıb hara şikayət edirsən et demişlər. Həmin gündən bu günə qədər onun nə işi həll olunub nə də işə görə verdiyi 5500 manat pulu geri ala bilməmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsi 2016cı ilin iyul ayında onun mənzildən çıxarılmağı barədə qərar qəbul etmişdir və qərar icraya yönəlmişdir. Bundan sonra ona Nəsimi rayon İcra Şöbəsində olan icraçı Tural zəng edərək, icra şöbəsinə çağırmışdır. O da Turalın yanına gedərək işlə bağlı söhbət etmişlər. O, Turala Etibara verdiyi pulla bağlı məhkəməyə müraciət edəcəyini deyib işin icrasını müvəqqəti dayandırmasını xahiş etmiş, Tural isə ona mümkün olmadığını demişdir. Bundan sonra o, Nüşabə ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Ədliyyə Nazirliyində Baş İcra İdarəsinə gedib orada icraçılara nəzarət şöbəsində Nəsimi icra şöbəsinin nəzarətçisi ilə danışmışlar. Həmin şəxs Nüşabə ilə söhbət etmiş, Nüşabə də Nəsimi Rayon Məhkəməsinə qərarın dayandırılması barədə vəsatət verəcəyini demişdir. Bir müddət sonra Nüşabə ona zəng edərək, Ədliyyə Nazirliyi ilə danışdığını və qərarının icrasının dayandırılması üçün 1000 manat pul istədiklərini demişdir. O, fikirləşmişdir ki, əgər mənzildən çıxarılarsa onsuz da kirayədə qalacaq buna görə yaşadığı evdə qalmaq sərfəli olduğundan Nüşabə ilə razılaşmışdır. xx xxxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixədək olan vaxtda dəqiq günü xatırlamadığı tarixdə saat 12 radələrində Nüşabə ilə Bakı şəhəri, Yasamal rayonu, Ədliyyə Nazirliyinin qarşısında görüşmüşdür. Nüşabə orada ona kamera olmuyan yerə çəkib 1000 manatı ondan alaraq həll edəcəyini demişdir. Bundan sonra Nüşabə Ədliyyə Nazirliyinin içərisinə keçmiş, o da orada qalmayıb şəxsi işlərinin arxasınca getmişdir. xx xxxxxx 2017-ci il tarixdə Nəsimi rayon icraçıları onun yaşadığı evdə olmayan zaman onun xəbəri olmadan məcburi qaydada evi boşaltmışlar. Buna görə də o, gedib icaraçılarla maraqlanan zaman ona məlum olmuşdur ki, Nüşabə həmin 1000 manat pulu heç kimə verməmişdir. Həmin pulu da o, Nüşabədən ala bilməmişdir.Bundan başqa Təqsirləndirilən şəxs dəfələrlə ona yaşadığı Nərimanov rayonununda baş vermiş ölüm işi ilə əlaqədar orada şahid olduğunu, Nərimanov rayon prokuroru və istintaq şöbəsinin rəsisinin tanışı olduğunu demişdir. O, Nüşabənin barəsində tədbir görülməyəcəyindən ehtiyat edib belə demişdir. Əslində isə o, 5500 manat pulu Nüşabənin yaşadığı, Nərimanov rayonundakı yataqxanada vermişdir. Səyyarın, yaxud da Nüşabənin ona 3800 manat pul qaytarması barədə deyilənlər yalandır. Təhqiqat zamanı Nüşabə demişdir ki, guya 3800 manat pulu Səyyara vermişdir. O, Səyyarla telefonda danışarkən bu barədə soruşmuş və Səyyar bildirmişdir ki, Nüşabə ona pul verməyib. Bundan başqa Nüşabəyə verilmiş 5500 manat puldan Nüşabənin zəhmət haqqı kimi 1700 manat pulu götürməsi barədə onun məlumatı yoxdur. Aralarında zəhmət haqqı kimi Nüşabəyə 1700 manat pul verəcəyi barədə razılıq olmamışdır. 2016-cı ilin avqust ayının ortalarından 2016-cı ilin sentyabr ayının sonlarınadək olan müddətdə Təqsirləndirilən şəxs Nəsimi rayon prokurorluğu yaxınlığında yerləşən şirniyyat evində Etibar Hacıyevin onu aldadaraq 20000 manat pulunu ələ keçirməsi ilə əlaqədar fakta görə Nəsimi rayon prokurorluğunda cinayət işi başlanılması üçün ondan 1000 manat pul almışdır. Nüşabə onu “xxxxx”-da işə düzəldəcəyinə yalandan vəd verib 5500 manat pulunu almışdır. xx xxxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixədək olan vaxtda Nüşababə Məmmədova Ədliyyə Nazirliyinin qarşısında yaşadığı mənzildən çıxarılmamağı barədə Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş qərarın Nəsimi rayon icra şöbəsi tərəfindən icrasının təxirə salınmasına kömək edəcəyinə yalandan vəd verib 1000 manat pul almışdır. Təqsirləndirilən şəxs demişdir ki, 1000 manat pulu İcra Şöbəsinin rəisinə verəcəkdir. xx xxxxxxx 2016-cı il tarixi Nüşabəyə pul verməsini dəqiq göstərmişdir çünki, həmin vaxt o, Nüşabən pulu verməyi barədə qəbz alıb tarixi qeyd etdirmişdir. Qalan pul verdiyi tarixləri isə mən heç vaxt dəqiq bildirməmişdir. Həmin tarixlərin nə üçün belə yazılmasını bilmir. Nüşabə ona həmin işlərin uzun proses olduğunu dediyi üçün o, Nüşabəyə inanmış və düşünmüşdür ki, həll olunacaq. Buna görə də, Nüşabə ondan pul istəyən zaman vermişdir. O, sonradan Nüşabənin onu aldatdığını bilmiş və mart ayından sonra Nüşabə barəsində şikayət etmişdir. məhkəmə gedişində də onun pulu ödənilməmişdir. Məhkəmədəki çıxışında ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən Azərbaycan Müəllimlər İnsitutunda işləmiş, 2016-cı ildə isə AMİ-u Azərbaycan Pedoqoji Universitetinə birləşdirilmiş və ona bir illik müqavilə bağlamaq təklif olunmuşdur. 1 ildən sonra isə yəni xx xxxxxxxx 2017-ci il tarixdə müsabiqə əsasında o, işdən qanunsuz olaraq kənarlaşdırılmışdır. O, həmin universitetdə psixologiya üzrə müəllimə işləyirmiş, psixologiya üzrə fəlsəfə doktorudosentdir. İşdən çıxdıqdan sonra Təhsil Nazirliyinə və kütləvi informasiya vasitələrinə- “minval.az” saytında universitetdə olan qanunsuzluqlarla bağlı müraciət etmişdir. Təxminən 6 ay sonra APU-nin rəhbəri onu Sabunçu Rayon Məhkəməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23- cü maddəsinə əsasən şərəf və ləyaqətinin alçaldılmasına görə 100.000 manat təzminat ödənilməsi üçün müraciət etmişdir. Həmin vaxt o, özünü vəkil kimi təqdim edən Həsən Həsənov adlı bir şəxslə müqavilə bağlamışdır. Nüşabə onun adından məhkəmələrə Həsən çıxmalı olmuş, buna görə Həsən ondan 6300 manat pul almışdır. Təxminən 1 il sonra o, özü məhkəməyə getmiş və Həsən heç bir məhkəmə prosesinə çıxmadığını və bütün sübutlar onun əleyhinə olmasını görmüşdür. Bu zaman o, Həsəni axtarmağa başlamış, lakin onunla görüşə bilməmiş və Həsən onun pulunu qaytarmamışdır. 2019-cu ilin fevral ayından o, şikayət etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə getmişdir. Orada onunla bir növbədə dayanıb qəbula girməyi gözləyən Reyhan adlı qadınla tanış olmuşdur. O, Reyhana öz problemlərini danışmış və Reyhan ona Təqsirləndirilən şəxs adlı yaxşı vəkil olduğunu və müqavilə bağlamağını məsləhət görmüşdür. O da Reyhandan Nüşabənin mobil nömrəsini almışdır. Həmin gün evə gəldikdən sonra o, Nüşabənin mobil nömrəsinə zəng edərək, danışmış və onlar birlikdə Bakı şəhəri, N.Nərimanov rayonu ərazisində yerləşən “Mado” kafesində görüşmək barədə razılaşmışlar. xx xxxxxx 2019-cu il tarixdə o, Nüşabə ilə “Mado" kafesində görüşmüşdür. Nüşabə özünü ona vəkil kimi təqdm etmişdir. O, Nüşabəyə Universitetlə arasında olan problemləri və Həsən Həsənov barəsində olan məsələləri danışmışdır. Nüşabədə ona problemləri həll edə biləcəyini deyib ona notariusda adına etibarnamə verməyini demişdir. Onlar birlikdə Nüşabə ilə Nərimanov rayonunda yerləşən 3 saylı notariat kontoruna gedib, orada müqavilə bağlamışlar. Həmin vaxt o, Nüşabəyə zəhmət haqqı kimi 1000 manat pul vermişdir. Nüşabə bunun müqabilində APU-nin rektoruna qarşı qarşılıqlı iddia irəli sürməli və hüquqlarını müdafiə etməli olmuşdur. Bundan sonra o, Nüşabə ilə mütəmadi danışırmış. Nüşabə ona problem olmadığını məktubları yazdığını onun işlərini həll edəcəyini deyirmiş. Nüşabə onunla danışan zaman Həsənin ondan aldığı pulları da qaytarılmasına köməklik edəcəyini demişdir. Nüşabə onun adından iddia ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. 2019-cu ilin mart ayında Nüşabə ilə danışan zaman Nüşabə ona məktubları göndərdiyini və görüşüb müzakirə etməyi təklif etmişidir. xx xxxx 2019-cu il tarixdə saat 18 radələrində Nüşabə ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 6-da yerləşən “Ankara” restoranında görüşmüşlər. Orada Nüşabə ona göndərdiyi məktubları göstərmişdir. Sonra ona Həsəni tapmaq üçün yüksək vəzifəli tanışları olduğunu və onlar vasitəsi ilə Həsənin olduğu yerini mobil telefonun lokasiyası vasitəsi ilə müəyyən edib pulları almaq mümkün olacağını demişdir. Buna görə də Nüşabə ondan bu işi görmək üçün 1000 manat pul istəmişdir. O da həmin vaxt üzərində pul olduğundan həmin restoranda 1000 manat pulu Nüşabəyə vermişdir. Nüşabədə pulu ondan alıb, problem olmayacağını bildirmişdir. Bu vaxt Nüşabə universitetlə bağlı APU-dən məhkəmə yolu ilə 50.000 manat təzminat alına biləcəyini demişdir. Nüşabə həmin iddianın təmin olunması üçün 5.000 manat pul verilməli olduğunu, general tanışının olmasını, həmin tanışının məhkəmədə onun işini tapşıracağını demiş, o da Nüşabə ilə razılaşıb verəcəyini bildirmişdir. xx xxxx 2019-cu il tarixdə Məhkəmənin qərarına əsasən, onun barəsində mənəvi ziyanla bağlı hissə təmin olunmasa da təkzib etməyinlə bağlı qərar çıxarılmışdır. Bu zaman o, Nüşabənin Vəkillər Kollegiyasının üzvü olmadığını, nümayəndə kimi işlərə çıxdığını bilmişdir. O, Nüşabədən bu barədə soruşduqda Nüşabə, ona kollegiya üzvü olmadığını bunun lazım olmadığını demişdir. xx xxxx 2019-cu il tarixdə saat 18 radələrində Nüşabə ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 6-da yerləşən “Ankara” restoranında görüşmüşlər. Bu zaman o, Nüşabəyə 5000 manat pulu da vermişdir. Nüşabə ona narahat olmamağı və tezliklə məsələləri həll edəcəyini demişdir. Nüşabə onun adından APU-dən 50.000 manat təzminat alınması üçün Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. xx xxxx 2019-cu il tarixdə Səbail Rayon Məhkəməsi onun iddiasının rədd edilməsi barədə qərar qəbul etmişdir. O, Nüşabədən nə üçün bu məsələnin həll olunmamasını soruşduqda Nüşabə ona narahat olmamağını Apellyasiya məhkəməsində bu işi həll edəcəyini demişdir. Nüşabə yenə də onun adından Apellyasiya məhkəməsinə müraciət etmiş, lakin xx xxxxxxx 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsi iddianı rədd edib, Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə salxamışdır. O, Nüşabə ilə danışıb verdiyi pulları geri tələb etməyə başlamış, lakin Nüşabə hər dəfə müxtəlif bəhanələr gətirərək onun pullarını qaytarmaqdan imtina etmişdir. Məhkəmədəki çıxışında ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qızı İlahənin həyat yoldaşıdır. O, hazırda qızı Mətanətin yanında yaşayır. 2012-ci ilin aprel-may aylarında Nemət evsiz olduğu üçün Elza Məmmədova adlı şəxsdən Nəsimi rayonu K.Səfərəliyev küçəsi, ev 26 mənzil 15 ünvanını 20000 manata satın almaq barədə razılığa gəlmişdir və bu məqsədlə 6000 manat pulu həmin Elza adlı qadına vermişdir. Bir müddət sonra Elza rəhmətə getmiş və Elzanın oğlu Etibar yerdə qalan 14000 manat pulu alıb vərəsəlik çıxaracağına söz vermişdir. Etibar Hacıyev 14000 manat pulu almış, lakin sonradan evi təhvil verməkdən imtina etmişdir. Odur ki, Nemət məcbur olub mülki qaydada Etibar Hacıyevdən şikayət etmişdir. Həmin vaxtlar təsadüfən həmin işlə əlaqədar bir hüquqşünas kimi özünü təqdim etmiş Təqsirləndirilən şəxs adlı qadınla tanış olmuşlar. Doğrusu Nüşabənin onlara heç bir köməyi olmamışdır. Çünki, dəfələrlə məhkəmə proseslərini uduzmuşlar. Son dəfə xatırlayır ki, məhkəmə prosesindən çıxarkən Nüşabə onun, qızı İlahənin yanında Nemətə təklif etmişdir ki, darıxmasın Neməti “SOCAR”-da işləyən yaxın tanışları var və onların vasitəsi ilə 8000 manat pulun müqabilində Neməti işə düzəldə bilər. Lakin həmin vaxt o qədər pulları olmamış, odur ki, maddi imkanları olmadığı üçün imtina etmişlər. Sonra da Nüşabə təklif etdiyi işi 6000 manata düzəldə bilər. Nemət onunla məsləhələşdikdən sonra razılaşmışlar ki, Nüşabə ilə təklif etdiyi həmin işlə əlaqədar görüşmüşlər. Qabaqcadan razılaşdıqları kimi, xx.xx.2016-cı il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, “xxxxxxxxx” prospektində yerləşən “Nəbz” klinikasının qarşısında o, Nemətlə bir yerdə Nüşabə ilə görüşmüşlər. Nüşabə ora tək gəlmiş, bir qədər sonra Nüşabə nə qədər pul düzəltdiklərini soruşduqda Nemət bildirmişdir ki, cəmi 5500 manat pul düzəltmişlər. Əvvəl Nüşabə razılaşmamış, lakin sonra pulu üzərində gəzdirdiyi çantasına qoymuş və getmək istəyərkən dəfələrlə məhkəmə çəkişmələrində sübut üçün yazılı sənədin vacib olduğunu xatırlayıb Nüşabəyə demişdir ki, getməmiş yazılı bir sənəd versin ki, 5500 manat pulu onlardan almışdır. Nüşabə əvvəl narazılıq etsə də sonradan metronun çıxacağında əlindəki çantasından bir vərəq çıxarıb Nemətdən 5500 manat pul alması barədə yazıb onlara vermiş və onlar ayrılmışlar. Həmin vaxtdan sonra Nüşabə vədinə əməl etməmiş, Nemət vəd verdiyi işi düzəldəcək Səyyar, Əli və sonradan Əşrəf adlı şəxslərin mobil telefon nömrələrini vermişdir. Dəfələrlə onun yanında Nemət həmin şəxslər ilə telefonla danışmış, hətta görüşmüşdür. Lakin sonda məlum olmuşdur ki, Nüşabə yalan vəd vermişdir. Sonradan Nüşabə bəhənə etmişdir ki, Nemətdən aldığı 5500 manat pulun bir hissəsini həmin şəxslərə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, o, hazırda “BakuNevs” internet xəbərlər saytında şöbə redaktoru işləyir, jurnalist fəaliyyəti ilə məşğul olur. ***-***-**-** mobil nömrəsini o, istifadə edir və Zərərçəkmiş şəxs1 o, əvvəllər tanımamışdır. Neməti dostu Şahid3 vasitəsi ilə tanımışdır. Belə ki, 2016-cı ilin oktyabr ayının sonlarında bir dəfə Səyyar ona zəng edib “münasib adam var, “xxxxx”-da işə düzəlmək istəyir” söyləmişdir. O, maraqlanacağını bildirmiş və imkan olarsa kömək edəcəyini demişdir. Belə ki, həmin vaxtlar onun qardaşı Mahir Rüstəmli “Futbol plyus” qəzetinin redaktoru işləmiş və hazırda da işləyirmiş. O, “AFFA” Futbol Federasiyasının sponsoru “xxxxx” olduğu üçün qardaşının “xxxxx”-da tanışıları olacağını və həmin işdə kömək edə biləcəyini fikirləşmişdir. Odur ki, o, Səyyar ilə dediyi şəxsə məxsus ***-***-**-** nömrəsininə zəng edib söhbət edəcəyi barədə razılaşmışdır. 2016-cı ilin oktyabr ayının sonlarında o, sonradan adını bildiyi həmin mobil nömrənin sahibi Zərərçəkmiş şəxs1 ilə danışıb “xxxxxxxxx” metrosu yaxınlığına görüş təyin etmişdir. Orada o, Nemət ilə görüşmüş və Səyyarın onun barəsində xahiş etdiyini və kömək edəcəyini bildirmişdir. Nemətə “xxxxx”-da işə düzəlmək üçün Dövlət X9 Resursları Departamentinin ünvanına ərizə yazmalı olduğunu bildirmişdir. Nemətlə metronun çıxışına düşmüş və birbaşa metronu girəcəyində Nemətə kağız üzərində ərizə yazdırıb götürmüşdür. Nemətə Səyyar ilə əlaqə saxlamasını, bir xəbər olarsa Səyyara deyəcəyəyini bildirmişdir. Həmin gündən sonra 2-3 dəfə Nemət işi ilə əlaqədar ona zəng etmiş və o, Nemətə işinin hələ alınmadığını bildirmişdir. Təxminən 20 gün keçdikdən sonra o, Səyyara zəng vurmuş və Nemətin işinin əmələ gəlmədiyini demişdir. Səyyarın həmin işlə əlaqədar Nüşabə adlı qadının vasitəsi ilə pul almasından xəbəri olmayıb, ümumiyyətlə o, Nüşabə adlı qadını tanımır və Nüşabə ilə heç bir əlaqəsi olmamışdır. O, Nemətlə bir dəfə “xxxxxxxxx” metrosu yaxınlığında görüşmüş və həmin vaxt Nemətin adından Dövlət X9 Resursları Departamentinə ünvanlanan ərizə almışdır. O, heç vaxt Nemətə “xxxxx”-da rəhbər vəzifədə işləməyi barədə deməmişdir. Nüşabə adlı qadını tanımır və Nüşabənin barəsində Nemətlə arasında hər hansı bir söhbət olmayıb. Nüşabənin “xxxxx"-da işə düzəldəcəyi ilə əlaqədar Nemətdən pul alması barədə məlumatı olmamışdır. Həmin işlə əlaqədar kimsə ona pul təklif etməmiş, o, dostu Səyyarın xahişinə görə Nemətə kömək etmək istəmişdir. Həmin vaxtlar Səyyar ilə bir yerdə olarkən Səyyar bir neçə dəfə onun mobil telefonundan Nemətə zəng edib danışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid4 ifadəsində göstərmişdir ki, hazırda o, Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Xətai rayonu İcra və Probasiya Şöbəsinin böyük icra məmuru vəzifəsində çalışır. Əvvəllər 2009-cu ildən 2018-ci il tarixinədək Nəsimi rayonu İcra Şöbəsində icra məmuru kimi çalışmışdır. xx.xx.2016-cı il tarixdə Zərərçəkmiş şəxs1 ailəsi ilə yaşdığı Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 26 saylı evin 15-ci mənzilindən çıxarılmaları barədə Bakı Apellyasiya Məhkəməsinin qərarı icraatına daxil olmuşdur. xx.xx.2016-cı il tarixdə sözü gedən qərarın icrasına başlanılması barədə tərəfindən qərar qəbul edilərək ünvana göndərilmişdir. Zərərçəkmiş şəxs1 ailəsi ilə qərarı könüllü qaydada təmin etmədikləri üçün onlara xəbərdarlıq göndərmiş ki, könüllü olaraq çıxmadıqları halda məcburi mənzildən çıxarılacaqlar. 2017-ci ilin yanvar ayının əvvəllərində icranın vaxtı təyin edilmişdir. İcra vaxtı Zərərçəkmiş şəxs1 ailəsi ilə mənzildə olmamışlar və şöbələrinə teleqram daxil olmuşdur ki, Zərərçəkmiş şəxs1 ailəsi ilə xəstəxanadadır. Odur ki, məcbur olub icranı bir müddət təxirə salmışlar. Təxminən həmin müddətdə Zərərçəkmiş şəxs1 yanında Təqsirləndirilən şəxs adlı nümayəndəsi ilə gəlib tələbkar tərəflə aralarında olan digər məhkəmə mübahisələrini səbəb gətirərək Bakı Apellyasiya Məhkəməsinin qərarının icra edilməməsini xahiş etmişlər, o, onlara bildirmişdir ki, məhkəmənin qərarı qanuni, qüvvəyə mindiyi üçün icra edilməlidir. Hətta yadındadır ki, onlar həmin məsələ ilə bağlı, məhkəmə qərarının icrasına möhlət verilməsi barədə Ədliyyə Nazirliyinə şikayət etmişlər. Nəhayət həmin qərar xx.xx.2017-ci il tarixdə məcburi qaydada icra edilmişdir. Təqsirləndirilən şəxs dedikləri tamamilə yalandır. Ümumiyyətlə Təqsirləndirilən şəxs, yaxud da nümayəndəsi olduğu Zərərçəkmiş şəxs1 ilə aralarında elə bir mövzuda söhbət olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma anasıdır. Zərərçəkmiş şəxs1 və arvadı X2 əvvəllər tanımamış, onlarla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs1 anası Nüşabənin yanına gələn zaman tanımışdır. xx xxxxxxx 2016-cı il tarixdə o, və anası Nüşabə yaşadıqları evdə olan zaman Nemət və qayınanası Həqiqət onların evə gəlmişlər. Onlar oturub söhbət edən zaman o da onlara çay gətirib vermişdir. O, orada söhbətdən görmüşdür ki, Nemət işə düzəlmək istəyir və bu işdə anası Nemətə tanışı Səyyar vasitəsi ilə köməklik edə biləcəyini demişdir. Həmin vaxt Nemət əlində olan paketdə pulu anasına vermişdir. Anası Nüşabə də mobil telefonla Səyyar adlı tanışına zəng etmiş və pulun onda olmasını gəlib götürməyini demişdir. Bir müddət sonra Səyyar onların evin yaxınlığına gəlmiş və o, anası ilə birlikdə həyətə düşüb pulu orada Səyyar vermişlər. Bundan sonra anası tez-tez Səyyarla əlaqə saxlayaraq iş barədə maraqlanmışdır. O, hərdən anasının Səyyarla telefonda əsəbiləşib danışmasını da görmüşdür. Təxminən 19-xx xxxxxx 2017-ci il tarixdə o, evdə tək olan zaman qapının möhkəm döyüldüyünü eşitmişdir. O, qapını açan zaman qapıda Nemətin arvadı İlahənin olmasını görmüşdür. İlahə onun yaxasından tutub içəri itəliyərək evə keçmiş və ucadan qışqıraraq “anan mənim pulumu qaytarmalıdı” demişlər. O, qorxduğu və utandığı üçün anası Nüşabənin mobil telefonuna zəng etmiş və İlahənin evdə olmasını demişdir. O, İlahəyə oturub gözləməsini demiş, lakin İlahə evdə gözləməyib həyətə düşmüşdür. O, İlahə ilə Nemətin həyətdə camaatı başına yığıb anası haqqında danışdıqlarını eşitmişdir. Onlar orada qalmayıb çıxıb getmişlər. Anası evə gəldikdən sonra o, hadisəni olduğu kimi anasına danışmışdır, anası da bu barədə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək, məlumat vermiş və ərizə ilə Nərimanov RPİ-nə müraciət etmişdir. Həmin məsələ ilə bağlı Nərimanov RPİ-nin 17-ci PB-də araşdırma aparılmışdır. Araşdırma gedən müddətdə Səyyar Nemətin pulunu gətirib anasına qaytarmış, anası da dərhal Nemətə zəng edərək gəlib pulunu götürməsini demişdir. Bir müddət sonra Nemət onların yaşadıqları evin yaxınlığına gəlmiş və o, anası Nüşabə ilə birlikdə Nemətlə görüşmüşlər. Orada anası Səyyarın anasına qaytardığı pulu Nemətə vermişdir. Nemət də anası göstərdiyi xidmətə görə həmin puldan götürüb vermiş və İlahə barədə şikayətini geri götürməsini xahiş etmişdir. Daha sonra isə anası Nüşabə həmin məsələ ilə bağlı şikayət etməmişdir. X10 yalnız Nemətə işə düzəlməsinə köməkik etmək üçün pul almışdır. Həmin pulu Səyyara vermiş, iş alınmadığı üçün isə Nemətin özünə geri qaytarmışdır. Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 2435 saylı rəyində göstərilmişdir ki, “Ekspertizaya təqdim edilmiş qəbzdəki “Mən X1 Nemət Qafar oğlundan 5.500 (beş min beş) yüz manat aldım, imza:...xx.xx.2016” yazıları və imza nümunə qismində təqdim olunmuş 02 vərəqədə olan yazılar və imzalarla öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur.” Məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2019-cu il tarixli, 22666 saylı rəyində göstərilmişdir ki, “Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətn hissələrində «Kİ» kimi işarə olunmuş diktorun səsi və nitqi - Zərərçəkmiş şəxs1 məxsusdur. Həmin danışıqlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 icra işi ilə əlaqədar digər şəxslərə vermək adı ilə pul alması öz əksini tapmışdır. Həmçinin həmin danışıqlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 işə düzəldilməsi ilə əlaqədar pul alması öz əksini tapmışdır. Həmçinin danışıqlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məhkəmə işi ilə əlaqədar hakim və ekspertizaya verilməsi üçün pul alması öz əksini tapmışdır. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onuntörətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə cinayətin xarakterini, dələduzluğun üsulunu, Ədliyyə Nazirliyinin icra qurumunun və ekspertiza mərkəzinin adının hallandırılması ilə əlaqədar, həmçinin hakimə vermək adı ilə əlaqədar etdiyi dələduzluğun Ədliyyə Nazirliyinin və məhkəmənin nüfuzuna xələl gətirən hərəkətlərlə əlaqədar olmasını, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməməsini, təqsirləndirilən şəxsin törpətdiyi əməlin ictimai təhlukəliliyini dərk etməməsi, onun dələduzluq əməli törətməsinin şahid, zərərçəkmiş, telefon danışıqları ilə təsdiq edilməsinə baxmayaraq səmimi olmamasını, zərərçəkmiş şəxsin şikayətçi olmasını təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə qeyd edilənləri təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə bu cür xarakterizə edilən təqsirləndirilən şəxsə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixli Bakı şəhəri 21 saylı notariat kontorunda reyestrdə 8İ-1950 sayla qeydə alınmış notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə təqsirləndirilən şəxsin qadın olmasını, zərərçəkənlərdən birinə dəymiş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs N.Y.Məmmədovxx.xx.2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün həbsdə qalmışdır. Maddi sübut kimi tanınmış 6 ədəd CD disk və 1 ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Belə ki, CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. İş üzrə mülki iddia,xüsusi müsadirə olunası əmlakyoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 28 gün (bir il on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı andan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 426 manat (dörd yüz iyirmi altı manat)Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 6 ədəd CD disk və 1 ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-26/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-26/2020
17.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver