Məhkəmə qərarları › İş №1(004)-26/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-26/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-26/2022 19.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş Muradova (Alovlu) Ülviyyə Niyaz qızının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı Muradova (Alovlu) Ülviyyə Niyaz qızının xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Muradova (Alovlu) Ülviyyə Niyaz qızı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs X5 23-26 iyul 2021-ci il tarixlərdə özünün "Facebook” sosial şəbəkəsindəki hesabı vasitəsi ilə onun barəsində aşağıdakı təhqiredici və böhtan məzmunlu paylaşımlar, şərhlər yazmışdır. Qeyd edilən yazıda o, nalayiq formada təhqir olunmuşdur. Bəxtiyar Hacıyev onu ləyaqətsiz, tərbiyəsiz, əxlaqsız, şərçi, şantajçı şəxs kimi ictimaiyyətə təqdim etmişdir. Bu təhqir və böhlanlardan o, mənəvi sarsıntı keçirmişdir. Bu təhqiredici yazılar və şərhlər "Facebook” sosial şəbəkəsində kütləvi formada yayımlanmışdır. X5 onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulan əməllərə görə cinayət məsuliyyətinə cəlb edilməyi barədə xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin şikayətdə Bəxtiyar Hacıyev yazışma ünvanını ünvan 2nra, məhkəməyə xüsusi ittiham qaydasında şikayətə əlavə təqdim etmiş və həmin şikayətdə də ünvan hissəsinə ünvan 3əbdən hazırkı şikayətə Bakı şəhəri Yasamal rayon Məhkəməsində ərazi aidiyyəti üzrə baxılmalıdır. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, şikayətə əlavə olaraq qeyd etmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs X5 23-31 iyul 2021-ci il tarixlərdə özünün “Facebook” sosial şəbəkəsindəki hesabı vasitəsi ilə onun barəsində xoş olmayan şərhlər və paylaşımlar yazmışdır. Qeyd edilən paylaşımlarda Ülviyyə Alovlunun adı yazılmasa da yazışmaların ardıcılığından görünür ki, Bəxtiyar Hacıyev qeyd edilən təhqir və böhtan məzmunlu ifadələrini məhz Ülviyyə Alovluya ünvanlamışdır. Həmin ifadələrdə böhtan da vardır. X8 Alovlunun guya hədə-qorxu ilə ondan pul tələb etməsi barədə məlumatları yayır. Həmin paylaşımlardan belə anlaşılır ki, X11 Hacıyevdən pul tələb edib və ona bildirib ki, sonuncu ona pul verməsə Ülviyyə Alovlu başqa insanlara işləyəcəkdir. X12 X4 adını çəkilən statusa cavab verməyi və “pula işləyən alovlu budur” şərhi yazması təhqirlərin məhz ona ünvanlandığını təsdiq edir. Bəxtiyar Hacıyev eyni zamanda şərhə onunla yazışmalarının əks oldunduğu fotoşəkil əlavə etmişdir. Həmin fotoşəkil saxtadır, orada qeyd olunan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, Bəxtiyar Hacıyev yazışmada özünün yazdıqlarını silmişdir. Bəxtiyar Hacıyev daha sonra paylaşımının şərh bölməsindəki birinci şərhdə onun profilini www.facebook.com/alovlu.ulviyya linkni yerləşdirmişdir. Buradan aydın olur ki, təhqir və böhtan dolu ifadələr onun barəsindədir. X7 İşlər Nazirinə ünvanladığı paylaşımda və daha sonra polisin barəsində tədbir görməyən küçə fahişəsi, hürən, polisi susduran şəxs kimi adlandırdığı şəxs kimi məhs Ülviyyə Alovlunu nəzərdə tutması, barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxsin başqa çıxışlarından açıq-aşkar görünür. Belə ki, Bəxtiyar Hacıyev özünün Yasamal Rayon Məhkəməsinə verdiyi şikayətində bildirmişdir ki, o Ülviyyə Alovlu barəsində polisə şikayət edib, lakin polis Ülviyyə Alovlunun barəsində tədbir görməmişdir. Bundan başqa, Bəxtiyar Hacıyevin 9 sentyabr 2021-ci il tarixdə Facebook sosial şəbəkəsində yayımladığı paylaşımda Ülviyyə Alovlu ilə nazir Vilayət Eyvazovun şəkillərini yanyana yerləşdirib və eyni mövzuda paylaşım etmişdir və polisin onun şikayətinə əsasən qəbul etdiyi qərara etirazını bildirmişdir. Qeyd edilən kütləvi çıxışlarda o nalayiq formada təhqir olunmuşdur. Bəxtiyar Hacıyev onu ləyaqətsiz, tərbiyəsiz, əxlaqsız, şərçi, şantajçı şəxs kimi ictimaiyyətə təqdim etmişdir. Bu təhqir və böhtanlardan o, mənəvi sarsıntı keçirmişdir. Bu təhqiredici yazılar və şərhlər “Facebook” sosial şəbəkəsində kütləvi formada yayımlanmışdır. 15.11.2021-ci il tarixdə hazırki iş üzrə məhkəmənin hazırlıq iclası keçirilmişdir. Təxminən saat 11.15-də hakim Rəşad Cavadzadə məhkəmənin hazırlıq iclasının qərarını elan etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Bəxtiyar Hacıyev hakimin qərarını dinlədikdən sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 saylı məhkəmə zalında demişdir ki, “Bu qərarla Yasamal Rayon Məhkəməsi sübut etdi ki, küçə fahişəsini müdafiə edir.” Bu kütləvi çıxışı ilə Bəxtiyar Hacıyev növbəti dəfə onu nalayiq formada təhqir etmişdir. Məhkəmə qərarını onun şikayətinə əsasən qəbul etmişdir və elan etmişdir bu səbəbdən şübhəsiz məhkəmə zalında olan bütün şəxslər Bəxtiyar Hacıyevin küçə fahişəsi təhqirinin ona ünvanlandığı məlumdur. Bundan başqa eyni ifadəni o onun ünvanına sosial şəbəkədəki paylaşımda da işlətmişdir. Həmin məhkəmə iclasında Bəxtiyar Hacıyev tələb etmişdir ki, “Facebook” sosial şəbəkəsindəki Bəxtiyar Hajiyev profilinin ona məxsus olduğunu sübut edim. Nəzərə almaq lazımdır ki, həmin profildə Bəxtiyar Hacıyevin təhsili, iş karyerası ilə ətraflı məlumatlar əks olunmuşdur və hətta həmin profildə Bəxtiyar Hacıyevin ona qarşı Yasamal Rayon Məhkəməsinə verdiyi xüsusi ittiham qaydasında şikayətinə baxılması ilə bağlı məhkəmə iclaslarının gedişatı haqqında məlumatları yerləşdirmişdir. Buradan açıq aşkar görünür ki, həmin profil məhz X3 məxsusdur. Belə ki, həmin səhifədə Bəxtiyar Hacıyev qeyd etmişdir ki, HCC-X9 şirkətində direktor işləyir, Harvard Universitetini bitirib. Eyni məlumatları özü haqqında X10 Rayon Məhkəməsinə də təqdim etmişdir. Həmin səhifə Bəxtiyar Hacıyev tərəfindən doğrulanmışdır və bu barədə qeyd edilən səhifədə xüsusi işarə vardır. Bu işarənin mahiyyəti ondan ibarətdir ki, həmin işarənin mövcudluğu onu təsdiq edir ki, səhifənin sahibi özünün şəxsiyyətini təsdiqlətmək üçün facebook.com saytına özünün şəxsi məlumatlarını təqdim edir və facebook.com onun şəxsiyyətini yoxladıqdan sonra təsdiqləyir. Bəxtiyar Hacıyev facebook sosial şəbəkəsində onun adından saxta Ulviyya Alovlu adlı hesab yaradaraq, özünün barəsində təhqiredici ifadələr yazmışdır. Məhkəmə iclasında iştirak etmiş xüsusi ittiham qaydasında şikayət vermiş Muradova (Alovlu) Ülviyyə Niyaz qızının nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətdə şikayətçinin məşğuliyyət növü, vəzifəsi göstərilməmişdir. Hansı ifadələrin təhqir, hansıların isə böhtan olması ilə bağlı bu günə qədər məhkəməyə məlumat verilməmişdir. Onun təsdiqlənmiş “Facebook” hesabından kənar yazılmış ifadələr də xüsusi ittiham qaydasında şikayətə əlavə edilmişdir. Onun təsdiqlənmiş “Facebook” hesabından yazılmış ifadələrin nə vaxt yazılması barədə şikayətdə heç bir tarix yoxdur, yalnız vaxt aralığı göstərilib ki, bunun da nə ilə sübut edilməsi göstərilmir. Xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş materialları araşdırıb tərəflərin izahatlarını nəzərə alıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə başlanılmış icraata (cinayət təqibinə) xitam verilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsində X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayəti olmuşdur və məhkəmə həmin şikayətin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə uyğun olaraq (şikayət vermiş şəxsin məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməməsi halına görə) icraata qəbul edilməsindən imtina etmişdir. Qeyd edilən həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 apellyasiya şikayəti verməmişdir və həmin qərar qanuni qüvvəsini almışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39cu maddəsində bir sıra hallar sadalanır ki, həmin hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bu hallardan biri də şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda yaranır. Belə ki, həmin Məcəllənin 39.1.6-cı maddəsinin tələbinə əsasən şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Eyni zamanda həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. Məhkəmə hesab edir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 1(044)-264/2021 saylı, 26.10.2021-ci il tarixli qərarı (həmin qərara əsasən cinayət təqibindən imtina edildiyini) nəzərə alınmalı və hazırda Yasamal Rayon Məhkəməsinin icraatında olan X2 eyni əsaslarla və eyni şəxsə qarşı vermiş olduğu xüsusi ittiham qaydasında şikayəti əsasında başlanmış cinayət təqibinə xitam verilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xüsusi ittiham qaydasına şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra X5 məhkəmənin 15 oktyabr 2021-ci il tarixli, 1(004)-402/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, X3 məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında verilmiş şikayətin materialları ilə tanış olmağa, vəsatətlər verməyə, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair Muradova (Alovlu) Ülviyyə Niyaz qızının xüsusi ittiham qaydasında şikayəti üzrə başlanılmış icraata (cinayət təqibinə) xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat pul köçürülsün. Qərardan elan olunduğu gündən 20 gün müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərar, ondan apellyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar