Məhkəmə qərarları › İş №1(004)-26/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-26/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-26/2024 19.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə böyük prokuroru X3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 nümayəndəsi X1, Zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1988-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, "xxxx" MMC-də direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2, 178.2.3, 178.2.4, 32,4,308.1 və 32.4,313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə qeyrisini təhrik etmiş, vəzifəli şəxsi informasiya resurslarına bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətməyə qeyrisini təhrik etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 14 oktyabr 2019-cu il tarixdə ********** nömrə (VÖEN) ilə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 2al rayonu, Yeni Yasamal qəsəbəsi – 1, ev 4, mənzil 27 olmaqla idarə, müəssisə və təşkilatlara mühasibatlıq xidmətlərinin göstərilməsindən ibarət sahibkarlıq fəaliyyətini həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən, təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olan Şahid5 ilə 2019-cu ilin noyabr ayında Bakı şəhəri ərazisində baş tutmuş görüşləri zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan ayrı-ayrı şəxslərin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsi ilə saxta sənədlər əsasında səyahət etmək üçün viza tələb olunan ölkələrə getməkdən ötrü viza alınması məqsədilə sənədləşdirmə işlərinin asanlıqla həyata keçirilməsinə köməklik göstərilməsi ilə bağlı sonuncuya müraciəti ilə əlaqədar, ayrı-ayrı şəxslərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləməklə aylıq əmək haqqı alması barədə bilə-bilə yalan məlumatları informasiya resursu hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil etdirmək qərarına gəlib, Şahid5 ilə razılaşmaqla sövdələşdikdən sonra, həmin ərəfədə Macarıstan Respublikasına getmək üçün vizalaşdırma prosesinin icra edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2019-cu ilin noyabr ayında Bakı şəhəri ərazisində özünə müraciət etmiş Şahid1 qeyd olunan məsələnin müsbət həll edilməsi müqabilində 5.000 (beş min) manat məbləğində pul vəsaiti tələb edib, həmin tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Qara Qarayev” stansiyasının yaxınlığında sonuncudan 5.000 (beş min) manat, eyni niyyətlə, 2019-cu ilin noyabr ayında övladı Şahid2 Macarıstan Respublikasına getməsi üçün vizalaşdırma prosesinin icra edilməsində köməklik göstərilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində özünə müraciət etmiş Şahid3 vahid niyyətlə 3.000 (üç min) manat məbləğində pul vəsaiti tələb edib, həmin tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, X9 küçəsi 134C ünvanında yerləşən Müştəri Xidmətləri Departamentinin qarşısında sonuncudan 3.000 (üç min) manat məbləğində pul vəsaitini alıb, bankda depozit hesabın açılması, sığorta, transfer və digər zəruri sənədləşdirmə xərclərinə sərf etdikdən sonra, cinayətdən xəbərsiz Şahid1 25 noyabr 2019-cu il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində guya 1.100 manat məbləğində aylıq vəzifə maaşı ilə baş mühasib vəzifəsinə və cinayətdən xəbərsiz Şahid3 25 noyabr 2019-cu il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində guya 800 manat məbləğində aylıq vəzifə maaşı ilə baş mühasib vəzifəsinə işə götürülmələrinə dair bilə-bilə yalan məlumatların həmin şəxsləri görmədən, iradə ifadələrini bilmədən və sonuncularla əmək münasibətləri ilə əlaqədar hər hansı məsələni aydınlaşdırmadan Şahid5 tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni özünü səlahiyyətli rəhbər şəxs kimi təqdim edib nüfuz qazanmaq, onun isə müvafiq məsələni həll etmək üçün mötəbər əlaqələrə malik olması barədə təsəvvür formalaşdırılmasına nail olmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, istifadəsində olan ********** nömrəli “ASAN imza” kartından istifadə etməklə 25 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 4 ünvanında yerləşən ofisində rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə özünü səlahiyyətli rəhbər şəxs kimi təqdim edib nüfuz qazanmaqda ehtiva olunan vahid şəxsi niyyətlə daxil edilməsinə, nəticədə cinayətdən xəbərsiz Şahid2 tərəfindən Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən 3 dekabr 2019-cu il tarixli LVA002635122 seriya-nömrəli və cinayətdən xəbərsiz Şahid1 tərəfindən Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən 3 dekabr 2019-cu il tarixli LVA002635123 seriya-nömrəli “Şengen” vizasının əldə edilməsinə nail olaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid5 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin əmək münasibətləri, əmək ehtiyatlarından istifadə və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və vahid şəxsi niyyətlə vəzifə saxtakarlığı törətməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, 23 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, X11 Baş İdarəsində ********** nömrə (VÖEN) ilə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 5ərilməsindən ibarət sahibkarlıq fəaliyyətini həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Macarıstan Respublikasına getmək üçün vizalaşdırma prosesinin icra edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin may ayında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan və Rüstəm Əliyev küçələrinin kəsişməsində yerləşən “Memar Əcəmi” stansiyasının yaxınlığındakı kafelərin birində özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 sözügedən məsələnin müsbət həll edilməsi istiqamətində zəruri tədbirlər görəcəyini aldatmaqla bildirib, sonuncuda üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcəyinə dair əminlik yaratmaqla, sənədləşdirmə üçün zəruri xərclərin ödənilməsi adı ilə 5.362 (beş min üç yüz altmış iki) manat məbləğində pul vəsaitinin verilməsinə dair Zərərçəkmiş şəxs2 razılığını aldıqdan sonra sövdələşərək, Zərərçəkmiş şəxs2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 676867******1115 PİN nömrəli plastik kart hesabından viza alınması üçün zəruri sənədləşdirmə xəclərinin ödənilməsi məqsədilə sonuncunun "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə **********00007 tranzaksiya nömrəsi üzrə ona 17 may 2021-ci il tarixdə göndərdiyi 51 manat, 18 may 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 140 manat, 19 may 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 35 manat, 20 may 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 187 manat, 21 may 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 83 manat, 24 may 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 19 manat, 25 may 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 219 manat, 26 may 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 443 manat, 27 may 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 420 manat, 3 iyun 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 154 manat, 4 iyun 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 33 manat, 7 iyun 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 85 manat, 14 iyun 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 350 manat, 16 iyun 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 84 manat, 17 iyun 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 319 manat, 18 iyun 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 28 manat, 22 iyun 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 100 manat, 23 iyun 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 100 manat, 29 iyun 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 140 manat, 30 iyun 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 350 manat, 6 iyul 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 150 manat, 13 iyul 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 50 manat, 16 iyul 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 400 manat, 23 iyul 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 120 manat, 26 iyul 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 18 manat, 27 iyul 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 48 manat, 28 iyul 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 70 manat, 3 avqust 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 94 manat, 10 avqust 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 40 manat, 11 avqust 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 100 manat, 13 avqust 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 250 manat, 17 avqust 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 100 manat, 24 avqust 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 20 manat, 25 avqust 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 240 manat, 26 avqust 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 155 manat, 31 avqust 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 100 manat, 1 sentyabr 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 9 manat, 7 sentyabr 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 42 manat və 24 sentyabr 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 16 manat olmaqla 2021-ci ilin may ayından sentyabr ayına qədər olan müddət ərzində ümumilikdə 5.362 (beş min üç yüz altmış iki) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib, Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatlardan nağdlaşdırmaqla və nağdsız hesablaşmalar aparmaqla şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 5.362 (beş min üç yüz altmış iki) manat pul vəsaitini sonuncuya xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Macarıstan Respublikasına getmək üçün vizalaşdırma prosesinin icra edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin avqust ayında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan və Rüstəm Əliyev küçələrinin kəsişməsində yerləşən “Memar Əcəmi” stansiyasının yaxınlığındakı kafelərin birində özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 sözügedən məsələnin müsbət həll edilməsi istiqamətində zəruri tədbirlər görəcəyini aldatmaqla bildirib, sonuncuda üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcəyinə dair əminlik yaratmaqla, sənədləşdirmə üçün zəruri xərclərin ödənilməsi adı ilə 3.256 (üç min iki yüz əlli altı) manat məbləğində pul vəsaitinin verilməsinə dair Zərərçəkmiş şəxs1 razılığını aldıqdan sonra sövdələşərək, sonuncunun tanışı Zərərçəkmiş şəxs2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 676867******1115 PİN nömrəli plastik kart hesabı vasitəsilə viza alınması üçün zəruri sənədləşdirmə xəclərinin ödənilməsi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə **********00007 tranzaksiya nömrəsi üzrə ona 24 avqust 2021-ci il tarixdə göndərdiyi 170 manat, 25 avqust 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 240 manat, 26 avqust 2021ci il tarixdə eyni məqsədlə göndərdiyi 155 manat, 31 avqust 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 154 manat, 2 sentyabr 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 597 manat, 7 sentyabr 2021-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 6 ünvanında yerləşən Nərimanov filialının qarşısında Zərərçəkmiş şəxs1la görüşüb sonuncunun eyni məqsədlə nağd formada verdiyi 90 manat, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 məxsus 676867******1115 PİN nömrəli plastik kart hesabı vasitəsilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə **********00007 tranzaksiya nömrəsi üzrə ona 27 sentyabr 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 30 manat, Zərərçəkmiş şəxs1 adına "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 526163******39690 nömrəli plastik kart hesabından "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə **********00007 tranzaksiya nömrəsi üzrə ona 8 sentyabr 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 100 manat, 14 sentyabr 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 200 manat, 19 sentyabr 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 90 manat, 20 sentyabr 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 505 manat, 21 sentyabr 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 60 manat, 4 oktyabr 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 30 manat, 5 oktyabr 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 505 manat, 25 oktyabr 2021-ci il tarixdə eyni məqsədlə göndərdiyi 9 manat və 27 oktyabr 2021-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ünvan 2al rayonu, X13 küçəsində yerləşən “İnşaatçılar” stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs1la görüşüb sonuncunun eyni məqsədlə nağd formada verdiyi 321 manat olmaqla 2021-ci ilin avqust ayından oktyabr ayına qədər olan müddət ərzində ümumilikdə 3.256 (üç min iki yüz əlli altı) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib, Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatlardan nağdlaşdırmaqla və nağdsız hesablaşmalar aparmaqla şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 3.256 (üç min iki yüz əlli altı) manat pul vəsaitini sonuncuya ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, turizm fəaliyyəti ilə məşgul olmaq məqsədi ilə 2018-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişdir. Müxtəlif şəxslərə turistik viza düzəldilməsi ilə məşğul olmuş və müntəzəm olaraq ayrı-ayrı şəxsləri müxtəlif ölkələrə göndərmişdir. 2019-cu ildə Şahid1 və Şahid2 xaricə göndərmək məqsədilə onlar üçün viza düzəltmiş və həmin şəxslər Latviya Respublikası ərazisinə getmək üçün yola düşsələr də, üzərilərində müəyyən sənədlər olmadığından Latviya Respublikasına çatdıqdan sonra sərhəd xidməti əməkdaşları onların ölkəyə daxil olmasına icazə verilməmiş və onlar geri qayıtmışdırlar. O, bu məqsədlə Vüsaldan 5.000 manat, Şahid2 anası Şahid3 isə 3.000 manat məbləğində pul vəsaiti almış və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra onun barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət olunmuşdur. Bundan başqa, o, Macarıstan Respublikasına getmək məqsədi ilə vizalaşdırma prosesinin icra edilməsində köməklik göstərilməsi ilə əlaqədar dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı kafelərin birində özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 sənədləşdirmə üçün zəruri xərclərin ödənilməsi adı ilə 5.362 manat məbləğində pul vəsaiti əldə etmiş, lakin viza düzəldə bilmədiyi üçün aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin Macarıstan Respublikasına getmək üçün vizalaşdırma prosesinin icra edilməsində köməklik göstərilməsi ilə əlaqədar dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı kafelərin birində ona müraciət etmiş Zərərçəkmiş şəxs1 sənədləşdirmə üçün zəruri xərclərin ödənilməsi adı ilə 3.256 manat məbləğində pul vəsaiti əldə etmiş, lakin viza düzəldə bilmədiyi üçün aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, Zərərçəkmiş şəxs2 dəymiş ziyandan 780 manat məbləğində pulu, Zərərçəkmiş şəxs1 isə dəymiş ziyandan 800 manat məbləğində pulu geri qaytarmışdır. Əməlindən peşmandır. Bundan əlavə o, Şahid1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 1.100 manat məbləğində aylıq vəzifə maaşı ilə baş mühasib vəzifəsinə və Şahid3 800 manat məbləğində aylıq vəzifə maaşı ilə baş mühasib vəzifəsinə işə götürülmələrinə dair bilə-bilə yalan məlumatların “ASAN imza” kartından istifadə etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün həmin cəmiyyətin direktoru Şahid5 vahid şəxsi niyyətlə vəzifə saxtakarlığı törətməyə təhrik etməmişdir. O, ümumiyyətlə vəzifəli şəxs olmamış və sənədləşmə işlərində möhürdən istifadə etməmişdir. O, Nurlanı tanımır və ondan yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan ayrı-ayrı şəxslərin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsi yolu ilə səyahət etmək üçün viza tələb olunan ölkələrə getməkdən ötrü viza alınması məqsədilə müxtəlif şəxslərdən pul vəsaitlərinin əldə edilməsinə köməklik göstərilməsini xahiş etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, əvvəlcə, Macarıstan Respublikasına, sonra isə X2 turist kimi getmək məqsədilə viza işində köməklik göstərməsi üçün dostlarının vasitəsilə Elmir adlı şəxslə tanış olmuş və onunla əlaqə saxlayaraq “Əcəmi” metrosunun yaxınlığında çayxanaların birində görüşmüşdür. Elmir ona özünə məxsus ofisinin olduğunu, lakin pandemiya ilə əlaqədar olaraq hazırda işləmədiyini bildirmiş, həmçinin ona, əvvəlcə, Macarıstan Respublikasına, sonra isə X2 turist kimi getmək viza düzəldəcəyinə dair söz vermişdir. Elmir ondan bu məqsədlə müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 5.362 manat məbləğində pul vəsaiti alsa da, ona viza düzəldilməsini təmin etməmişdir. Ona dəymiş ziyandan 780 manat məbləğində pul ödənilsə də, geri qalan məbləğ Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməmiş olaraq qalmışdır. Yekun olaraq ona dəymiş zərərin tam ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi X7 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 atasıdır. Zərərçəkmiş şəxs1 hal-hazırda işlə əlaqədar Almaniya Federativ Respublikasındadır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Macarıstan Respublikasına getməsi üçün viza düzəltmək məqsədlə ondan ümumilikdə 3.256 manat pul vəsaiti almışdır. Lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək oğlu Zərərçəkmiş şəxs1 viza düzəltməmiş və ondan aldığı pulu geri qaytarmamışdır. Yekun olaraq Zərərçəkmiş şəxs1 dəymiş zərərin tam ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X10 Xidmətinin Hüquq şöbəsinin baş məsləhətçisi Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 32.4,308.1 və 32.4,313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 30 mart 2022-ci il tarixli qərarla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. Əmək müqaviləsi bağlanıldıqdan sonra əmək müqaviləsi bildirişi işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilməlidir. Həmin informasiya sisteminə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəzarət olunur. Bəzi hallarda informasiya sisteminə məlumatlar elektron imza ilə daxil edilir. Bəzən isə vətəndaşların şəxsiyyət vəsiqəsi məlumatları ələ keçirilərək əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan ayrı-ayrı şəxslərin işləməsinə dair məlumatlar rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsi ilə saxta sənədlər əsasında rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilir. Cinayət işi üzrə verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid5 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin əmək münasibətləri, əmək ehtiyatlarından istifadə və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və vahid şəxsi niyyətlə vəzifə saxtakarlığı törətməyə sonuncunu təhrik etmiş, nəticədə Şahid1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində guya 1.100 manat məbləğində aylıq vəzifə maaşı ilə baş mühasib vəzifəsinə və Şahid3 sözügedən cəmiyyətdə guya 800 manat məbləğində aylıq vəzifə maaşı ilə baş mühasib vəzifəsinə işə götürülmələrinə dair bilə-bilə yalan məlumatların Şahid5 tərəfindən istifadəsində olan “ASAN imza” kartından istifadə etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilməsinə nail olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən bir neçə il "xxxx" MMC-də mühasib vəzifəsində işləmişdir. Onun işlədiyi şirkətin təsisiçisi və direktoru Şahid5 olmuşdur. "xxxx" MMC-ə əmək müqaviləsi əsasında işə götürülmüş, sonradan isə müqaviləsinə xitam verilmiş Şahid1, Şahid2 və Şahid3 tanımır. O, mühasib kimi Nurlanın göstərişi ilə şirkətə işçi kimi qəbul edib sonra işdən çıxarmış, lakin adları çəkilən şəxslərin hansı məqsədlə işə qəbul edildiyini bilməmişdir. O, Təqsirləndirilən şəxs tanımır və Şahid5 Təqsirləndirilən şəxs tanıyıb-tanımaması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin təsisçisi olmuşdur. O, adını xatırlamadığı tanışının xahişi ilə adlarının sonradan Şahid1 və Şahid3 olduğunu bildiyi şəxsləri işə götürmüşdür. Təqsirləndirilən şəxs tanımır və onunla aralarında sözügedən məsələ ilə bağlı danışıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, tikinti işi ilə məşğul olur. Dəqiq xatırlamadığı tarixdə təmir işi gördüyü restoranların birində Elvin adlı şəxslə tanış olmuşdur. Elvinlə söhbət zamanı o, Çexiyada yaşayan dostu Fəridin yanına gedib işləmək istədiyini, lakin oraya gedə bilmək üçün viza düzəldə bilmədiyini demiş, Elvin isə ona tanışı Elmir adlı şəxsin bu işdə kömək edəcəyini bildirərək onu Elmirlə tanış etmişdir. O, Elmirlə Nərimanov parkının yaxınlığında görüşmüş və Elmir ona viza düzəltməkdə kömək edəcəyini bildirərək ondan bu məqsədlə müxtəlif vaxtlarda hissəhissə olmaqla ümumilikdə 5.000 manat məbləğində pul vermişdir. Onun "xxxx" MMC-yə aylıq vəzifə maaşı 1.100 manat olmaqla baş mühasib vəzifəsinə necə təyin edilməsi barədə heç bir məlumatı olmamışdır. Şahid5 tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid3 onun anasıdır. O, Türkiyə Respublikasından qayıtdıqdan sonra işləmək məqsədilə xarici ölkəyə getməyi qərara almışdır. Bundan sonra viza almaq məqsədilə onun anası Şahid3 qohumlarının vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Aralarında olan danışıq zamanı Elmir onun xaricə getməsi üçün viza düzəldəcəyinə dair söz vermişdir. Elmir onun Almaniya Federativ Respublikasına getməsi üçün zəruri olan bütün sənədləri hazırlamış, o da dəqiq xatırlamadığı tarixdə H.Əliyev adına X6 Ukrayna Respublikası ərazisindən tranzit uçuşla Latviya Respublikasına getmək üçün yola düşmüşdür. Latviyaya çatdıqdan sonra sərhəd xidməti əməkdaşları sənədlər düzgün olmadığından onu qəbul etməmiş və ona ölkəyə daxil olmağa icazə verməmişlər. Bundan sonra o, Latviyadan Bakıya geri qayıtmışdır. Onun xaricə getməsi üçün viza düzəldilməsi işi ilə yalnız Təqsirləndirilən şəxs məşğul olmuşdur. Həmin məsələ ilə bağlı Təqsirləndirilən şəxs ilə onun anası Şahid3 əlaqə saxladığından onun anasının Elmirə hansı məbləğdə pul verməsi və anası Şahid3 "xxxx" MMC-yə aylıq vəzifə maaşı 800 manat olmaqla mühasib vəzifəsinə necə təyin edilməsi barədə məlumatı yoxdur. Şahid5 tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid2 onun oğludur. Oğlu Şahid2 Almaniya Federativ Respublikasına getmək istədiyindən o, oğluna viza düzəldilməsi məqsədilə Vüsal adlı qohumu vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Aralarında olan danışıq zamanı Elmir onun oğlunun xaricə getməsi üçün viza düzəldəcəyinə dair söz vermişdir. Elmir onun oğlu Şahid2 Almaniya Federativ Respublikasına getməsi üçün zəruri olan bütün sənədləri hazırlamış və ondan bunun müqabilində 3000 manat məbləğində pul almışdır. Buna baxmayaraq oğlu Şahid2 H.Əliyev adına X6 Ukrayna Respublikası ərazisindən tranzit uçuşla Latviya Respublikasına çatdıqdan sonra sərhəd xidməti əməkdaşları sənədlər düzgün olmadığından onun ölkəyə daxil olmasına icazə verilməmişdir. Bundan sonra oğlu Şahid2 Latviyadan Bakıya geri qayıtmışdır. İkinci dəfə Təqsirləndirilən şəxs yenidən onun oğlu Şahid2 heç bir məbləğ almadan xaricə göndərəcəyinə dair söz vermiş, lakin sonradan onun oğlunun kartından 100 manat məbləğində pul götürmüşdür. Təqsirləndirilən şəxs yenə də onun oğlunu xaricə göndərəcəyi ilə bağlı verdiyi vədə əməl etməmiş və onun ümumilikdə 3100 manat məbləğində pulunu ələ keçirmişdir. O, Elmir barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin sonradan şikayətindən imtina etmişdir. Ona Elmir tərəfindən heç bir məbləğdə pul ödənilməmişdir. Şahid5 tanımır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC-nin Zərərçəkmiş şəxs1 məxsus plastik kart hesabı üzrə təqdim etdiyi xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs1 adına "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 526163******39690 nömrəli plastik kart hesabından "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə **********00007 tranzaksiya nömrəsi üzrə Təqsirləndirilən şəxs 8 sentyabr 2021-ci il tarixdə 100 manat, 14 sentyabr 2021-ci il tarixdə 200 manat, 19 sentyabr 2021-ci il tarixdə 90 manat, 20 sentyabr 2021-ci il tarixdə 505 manat, 21 sentyabr 2021-ci il tarixdə 60 manat, 4 oktyabr 2021-ci il tarixdə 30 manat, 5 oktyabr 2021-ci il tarixdə 505 manat və 25 oktyabr 2021-ci il tarixdə 9 manat olmaqla qeyd olunan kart vasitəsilə ümumilikdə 1.499 manat məbləğində pul vəsaiti köçürülmüşdür. (Cild İ, i.v. 81-83) "xxxx" ASC-nin Zərərçəkmiş şəxs2 məxsus plastik kart hesabı üzrə təqdim etdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 676867******1115 PİN nömrəli plastik kart hesabı vasitəsilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə **********00007 tranzaksiya nömrəsi üzrə Təqsirləndirilən şəxs 24 avqust 2021-ci il tarixdə 170 manat, 25 avqust 2021-ci il tarixdə 240 manat, 26 avqust 2021-ci il tarixdə 155 manat, 31 avqust 2021-ci il tarixdə 154 manat, 2 sentyabr 2021-ci il tarixdə 597 manat, 27 sentyabr 2021-ci il tarixdə 30 manat olmaqla Zərərçəkmiş şəxs1 viza alınması üçün zəruri sənədləşdirmə xəclərinin ödənilməsi məqsədilə ümumilikdə 1.346 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa, Zərərçəkmiş şəxs2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 676867******1115 PİN nömrəli plastik kart hesabından "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə **********00007 tranzaksiya nömrəsi üzrə Təqsirləndirilən şəxs 17 may 2021-ci il tarixdə 51 manat, 18 may 2021-ci il tarixdə 140 manat, 19 may 2021-ci il tarixdə 35 manat, 20 may 2021-ci il tarixdə 187 manat, 21 may 2021-ci il tarixdə 83 manat, 24 may 2021-ci il tarixdə 19 manat, 25 may 2021-ci il tarixdə 219 manat, 26 may 2021-ci il tarixdə 443 manat, 27 may 2021-ci il tarixdə 420 manat, 3 iyun 2021-ci il tarixdə 154 manat, 4 iyun 2021-ci il tarixdə 33 manat, 7 iyun 2021-ci il tarixdə 85 manat, 14 iyun 2021-ci il tarixdə 350 manat, 16 iyun 2021-ci il tarixdə 84 manat, 17 iyun 2021-ci il tarixdə 319 manat, 18 iyun 2021-ci il tarixdə 28 manat, 22 iyun 2021-ci il tarixdə 100 manat, 23 iyun 2021-ci il tarixdə 100 manat, 29 iyun 2021-ci il tarixdə 140 manat, 30 iyun 2021-ci il tarixdə 350 manat, 6 iyul 2021-ci il tarixdə 150 manat, 13 iyul 2021-ci il tarixdə 50 manat, 16 iyul 2021-ci il tarixdə 400 manat, 23 iyul 2021-ci il tarixdə 120 manat, 26 iyul 2021-ci il tarixdə 18 manat, 27 iyul 2021-ci il tarixdə 48 manat, 28 iyul 2021-ci il tarixdə 70 manat, 3 avqust 2021-ci il tarixdə 94 manat, 10 avqust 2021-ci il tarixdə 40 manat, 11 avqust 2021-ci il tarixdə 100 manat, 13 avqust 2021-ci il tarixdə 250 manat, 17 avqust 2021-ci il tarixdə 100 manat, 24 avqust 2021-ci il tarixdə 20 manat, 25 avqust 2021-ci il tarixdə 240 manat, 26 avqust 2021-ci il tarixdə 155 manat, 31 avqust 2021-ci il tarixdə 100 manat, 1 sentyabr 2021-ci il tarixdə 9 manat, 7 sentyabr 2021-ci il tarixdə 42 manat və 24 sentyabr 2021-ci il tarixdə 16 manat olmaqla ümumilikdə 5.362 (beş min üç yüz altmış iki) manat məbləğində pul vəsaiti köçürülmüşdür. (Cild İ, i.v. 89-104) “Baxış keçirilməsi haqqında” 01 fevral 2022-ci il tarixli protokoldan görünür ki, diskdə “WhatsApp Audio 2021-12-13 at 14.54.11 (l).mp4”, “WhatsApp Audio 2021-12-13 at 14.54.1 l.mp4” və “WhatsApp Audio 2021-12-13 at 14.54.28.aac” adlı 03 fayldan ibarət səs yazıları mövcuddur. “WhatsApp Audio 2021-12-13 at 14.54.11 (l).mp4” faylındakı səs yazısı 04:40 dəqiqədən, “WhatsApp Audio 2021-12-13 at 14.54.11.mp4” faylındakı səs yazısı 11:48 dəqiqədən və “WhatsApp Audio 2021-12-13 at 14.54.28.aac” faylındakı səs yazısı 10:23 dəqiqədən ibarətdir. Hər üç səs yazısına qulaq asdıqda məlum olur ki, şəxslər bir-birilərinə Elmir və Vüsal deyə müraciət edirlər. Şəxslər arasında davam edən danışıqların əsas məzmunu ondan ibarətdir ki, Şahid1 Macarıstan Respublikasına getmək üçün Təqsirləndirilən şəxs hissə-hissə olmaqla ümumilikdə 5.000 (beş min) manat pul vermiş, lakin Şahid2lə birlikdə Latviya Respublikasının hava limanında sərhədi keçə bilməyərək geri qayıtmışdır. Buna görə də, o, Təqsirləndirilən şəxs 5.000 manat pulunu geri qaytarmağı tələb edir. Təqsirləndirilən şəxs isə tələb olunan pulu hal-hazırda qaytarmaq imkanının olmadığını, həmin pulların çox hissəsini otel, bilet, viza və digər işlərə xərclədiyini, özünə cəmi 500 manat pul qaldığını deyir. Buna baxmayaraq, Şahid1 israrla Təqsirləndirilən şəxs pulları geri qaytarmağı tələb edir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid1la razılaşaraq iki ay möhlət istəyir və iki ay ərzində 5.000 manat pulu hissə-hissə Şahid1 kart hesabına köçürəcəyinə vəd verir. Şahid1 isə cavabında iki ildən bəri Təqsirləndirilən şəxs onu aldatdığını, bu müddət ərzində heç bir vəsait ödəmədiyini və qısa zamanda pulları tam şəkildə qaytararsa, onun barəsində prokurorluğa etdiyi şikayəti geri götürəcəyini bildirir. (Cild İ, i.v. 111) “Baxış keçirilməsi haqqında” 02 fevral 2022-ci il tarixli protokoldan görünür ki, diskdə “AUD-20220126-WA0002.opus” və “AUD-20220126-WA0003.opus” adlı 2 fayldan ibarət səs yazıları və “7M7- 20220126-WA0004.ipz” adlı 1 fayldan ibarət “WhatsApp” yazışmaları mövcuddur. “AUD-20220126-WA0002.opus” faylındakı səs yazısı 00:38 dəqiqədən, “AUD- 20220126-WA0003.opus” faylındakı səs yazısı isə 01:23 dəqiqədən ibarətdir. Birinci səs yazısına qulaq asdıqda məlum olur ki, Anar adlı şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərib. İkinci səs yazısında isə heç bir şəxsin adı çəkilmir. “WhatsApp” yazışmalarına dair fayla daxil olduqda müəyyən edilir ki, yazışmaların üst hissəsində “Elmir vizit” sözləri yazılıb. “AUD-20220126-WA0002.ovus” səs yazısının stenoqramı aşağıdakı kimidir: - “Elmir, salam. Anardı. Necəsən? Nə var, nə yox? Elmir, alındı. Gözün aydın. Zorla birtəhər. Yəni bir güc bəlayla alındı. Vurdular peçatın. Heç nə. Gəlsin. Yəni xəbər edəcəm gələr. Özü yüz faiz gəlməlidir amma. Özü gəlməlidir. Özü gəlib götürməlidir. Özün də bilirsən də nətər güc bəlayla oldu? Yəni nə isə. Nə isə. Təbrik edirəm alındı. Mənim də özün bilirsən də, qonaqlığım səndədir. Oldu, qardaş. Cavab gözləyirəm”. “AUD-20220126:WA0003.ovus” səs yazısının stenoqramı aşağıdakı kimidir: - “Sabahın xeyir, brat. Necəsən? Nə var, nə yox? Zəng vurmuşdular mənə səfirlikdən. İş nömrəsinə zəng vurubdular. Götürən olmayıb. Mənim də bu əl telefon nömrəm iş nömrəsi kimi qeyd olunubdu da əl telefonum. Soruşdular ki, bəs bu adam sizin işçinizdir? Nəyə gedir ora? Dedim ki, qonaq çağırıbdılar bəs gedir. Bəs deyir qayıdasıdır? Birdən qayıtmaz! Dedim onu özündən soruşun. Belə zəng vurun soruşun problem yoxdur. Amma yəni biz bilən qayıdasıdır. Çünki burda işi var. Maaşı var. Bu qədər. Yəni 1.200 manat maaş yazmışdılar axı. Yəni dedim o qayıtmamaq söhbəti bunda inanmıram olsun. Hə bir az şeyi dedi. Adı nədi? Nəyisə soruşdu e. Yadımdan çıxdı. Hə bir də şey. Bir də şirkət elə bil finansıvı deyir buna dəstək olurmu zad? Dedim ki, şirkətin dəstək olmağına ehtiyac yoxdur. Özünün pulu var. Kartını yoxlayıbsız. Hər şeyi var da. Finansıvıy dəstək zad yoxdur. Belə lazım olsa problem yoxdur. Verə bilərik. Dedi hə yaxşı. Özü ilə onda əlaqə saxlayarıq”. “İMG-20220126-WA0004.ioe” faylında olan “WhatsApp” yazışmaları aşağıdakı kimidir: - “Sene 4 minə yaxın puldu Bəhruz sən çox asan mənə pislik edə bilersen Ama saxla bunu 1 ci gün et Bashqa senden heç nə istemirem Seni vallah çox yaxşı basha dushurem əsəbindən yerə göyə sığmırsan Ama mən sənə birinci gün pulu qaytarandan sonra göstərəcəm Sene düzələn senedleri Mən sözümü deim 5 ci gun Mənim vallah günahım seni gozdetmekdi bashqa şey deyil 2 günnən sene ne olacaq Ama meni tutacaqlar sən shikayet elesen”. (Cild İ, i.v. 112-114) 01 iyun 2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs2 Vaiqf oğlu ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İ, i.v. 265-269) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-278/2022 saylı hökmündən görünür ki, Şahid5 vəzifəli şəxs kimi qeyrisinin təhriki ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qeyrisinin təhriki ilə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, о, ləğv edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2019-cu il tarixli, **********826800 saylı çıxarışla dövlət qeydiyyatına alınmış, ********** nömrəli VÖEN verilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru vəzifəsində işləyərkən həmin Cəmiyyətin Nizamnaməsinə əsasən, Cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi, həmçinin Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edib onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış edib, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək (o cümlədən başqasına etibar etmək hüququ ilə), müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesabları açmaq və maliyyə- təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul edib, həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin, təkliflərin hazırlanmasını və digər səlahiyyətləri həyata keçirmək, o cümlədən, əmək müqavilələrini Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək, işçilərin icbari tibbi sığortası üzrə sığorta haqlarının “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vaxtında və tam həcmdə ödənilməsini təmin etmək, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 15 dekabr 1992-ci il tarixli, 405 nömrəli Qanununun 7-ci maddəsinə əsasən, işə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), habelə lazım gəldikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq, işçilərin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək, qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək, işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə (bağlaşmalara) müvafiq əmək şəraiti yaratmaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayında istintaqa məlum olmayan şəraitdə özünə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub tanışları olmaqla Macarıstan Respublikasına getmək üçün viza almaqdan ötrü sənədləşmə işlərini həyata keçirdiyi Şahid1 və eyni xüsusatla əlaqədar sənədləşmə işlərini həyata keçirdiyi Şahid2 anası Şahid3 ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan sonuncu və Şahid1 işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsini xahiş etməsi ilə əlaqədar, Təqsirləndirilən şəxs ilə razılaşmaqla sövdələşib, sonuncunun təhriki ilə özünü səlahiyyətli rəhbər şəxs kimi təqdim etmə və nüfuz qazanmaqda ehtiva olunan şəxsi niyyətlə 25 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 8 ünvanında yerləşən ofisində Şahid1 xx.xx.2019-cu il tarixdə rəhbəri olduğu "xxxx" MMC-də guya 1.100 manat məbləğdə aylıq vəzifə maaşı ilə baş mühasib vəzifəsinə və Şahid3 xx.xx.2019- cu il tarixdə rəhbəri olduğu həmin MMC-də guya 800 manat məbləğdə aylıq vəzifə maaşı ilə baş mühasib vəzifəsinə işə götürülmələrinə dair bilə-bilə yalan məlumatları həmin şəxsləri görmədən, onların iradə ifadəsini bilmədən və onlarla əmək münasibətləri ilə əlaqədar hər hansı məsələni aydınlaşdırmadan özünə məxsus ********** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil etməklə, vəzifəli şəxs qismində Təqsirləndirilən şəxs təhriki ilə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə dövlətin əmək münasibətləri, əmək ehtiyatlarından istifadə və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə Təqsirləndirilən şəxs təhriki ilə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş və iş materiallarına əlavə edilmiş 01 mart 2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin direktoru Şahid5dur. Həmin məktuba əlavə edilmiş sənəd qoşmasından görünür ki, şəxsiyyət vəsiqəsinin nömrəsi AA ******* olan Şahid1 vaxtamuzd, aylıq vəzifə maaşı 1.100 manat (min yüz) olmaqla xx.xx.2019- cu il tarixdə "xxxx" MMC-yə baş mühasib vəzifəsinə təyin edilərək xx.xx.2019cu il tarixdə həmin vəzifədən azad edilmiş, şəxsiyyət vəsiqəsinin nömrəsi AA ******* olan Şahid3 vaxtamuzd, aylıq vəzifə maaşı 800 manat (səkkiz yüz) olmaqla xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə mühasib vəzifəsinə təyin edilərək xx.xx.2019-cu il tarixdə həmin vəzifədən azad edilmişdir. Şahid5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmişdir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, Şahid5 Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, digər hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Həmin məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə, Şahid5 Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, digər hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3.000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla Şahid5 cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, digər hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5.000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. (Cild İİ, i.v. 2-18) Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Şahid1 "xxxx" MMC-də tutduğu vəzifədən azad edilmişdir. (Cild İİ, i.v. 34) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin rəhbərinin Şahid5 olduğu, "xxxx" MMC-nin rəhbərinin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. (Cild İİ, i.v. 151) “Sübutların qiymətləndirilməsi haqqında” 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, 12 iyun 2023-cü il tarixli qərarımla Şahid1 təqdim etdiyi 1 (bir) ədəd disk, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 (bir) ədəd disk, "xxxx" ASC-nin Zərərçəkmiş şəxs1 məxsus plastik kart hesabı üzrə təqdim etdiyi xx.xx.2022-ci il tarixli çıxarış, "xxxx" ASC-nin Zərərçəkmiş şəxs2 məxsus plastik kart hesabı üzrə təqdim etdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli çıxarışlar maddi sübut qismində tanınıb cinayət işinə əlavə edilmişdir. (Cild İİ, i.v. 39- 64) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünü Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 32.4,308.1 və 32.4,313-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu qeyd etməklə ifadələrində göstərmişdir ki, 23 aprel 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış, turizm xidmətlərinin göstərilməsindən ibarət sahibkarlıq fəaliyyətini həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru vəzifəsində işləyir. İdarə, müəssisə və təşkilatlara mühasibatlıq xidmətlərinin göstərilməsindən ibarət sahibkarlıq fəaliyyətini həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nurlanla 2019-cu ilin noyabr ayında Bakı şəhəri ərazisində baş tutmuş görüşləri zamanı sonuncudan yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan ayrı-ayrı şəxslərin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsi yolu ilə səyahət etmək üçün viza tələb olunan ölkələrə getməkdən ötrü viza alınması məqsədilə sənədləşdirmə işlərinin asanlıqla həyata keçirilərək bunun müqabilində maraqlı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərinin əldə edilməsinə köməklik göstərilməsini xahiş etmiş, Nurlanın razılığını aldıqdan sonra, həmin ərəfədə Macarıstan Respublikasına getmək üçün vizalaşdırma prosesinin icra edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2019-cu ilin noyabr ayında Bakı şəhəri ərazisində özünə müraciət etmiş Şahid1 qeyd olunan məsələnin müsbət həll edilməsi müqabilində 5.000 (beş min) manat məbləğində pul vəsaiti tələb edib, həmin vəsaiti hissə-hissə olmaqla sonuncu hissəsini Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Qara Qarayev” stansiyasının yaxınlığında almışdır. Bundan başqa, 2019-cu ilin noyabr ayında övladı Şahid2 Macarıstan Respublikasına getməsi üçün vizalaşdırma prosesinin icra edilməsində köməklik göstərilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində özünə müraciət etmiş Şahid3 3.000 (üç min) manat məbləğində pul vəsaiti tələb edib, həmin vəsaiti "xxxx"-ın Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən filialının qarşısında sonuncudan almış, həm Vüsaldan, həm də Gültəkindən aldığı pulları öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan sonra, Şahid1 25 noyabr 2019-cu il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 1.100 manat məbləğində aylıq vəzifə maaşı ilə baş mühasib vəzifəsinə və Şahid3 25 noyabr 2019-cu il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 800 manat məbləğində aylıq vəzifə maaşı ilə baş mühasib vəzifəsinə işə götürülmələrinə dair bilə-bilə yalan məlumatların Şahid5 tərəfindən istifadəsində olan ********** nömrəli “ASAN imza” kartından istifadə etməklə 25 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 4 ünvanında yerləşən ofisində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə, nəticədə Şahid2 tərəfindən Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən 3 dekabr 2019-cu il tarixli LVA002635122 seriya-nömrəli və Şahid1 tərəfindən Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən 3 dekabr 2019-cu il tarixli LVA002635123 seriya-nömrəli “Şengen” vizasının əldə edilməsinə nail olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs qismən etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs özünü 32.4,308.1 və 32.4,313-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilməmişdir. Məhkəmə onun Şahid2 və Şahid1 "xxxx" MMC-də işləmələrinə dair məlumatların verilməsinə ilə əlaqədar Şahid5 təhrik etməməsinə və Şahid5 ümumiyyətlə tanımamasına dair ifadələrə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 11 iyun 2015-ci il tarixli qərarının 36-cı bəndinin tövsiyyələrində göstərilir ki, «dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. İzah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4 maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs , eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4,308.1 və 32.4,313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.2-ci maddəsinə əsasən X4 müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməli; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə CM-in 76-cı maddəsinə əsasən, xx.xx.2017-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti bitmişdir. (Cild İ, i.v. 168) “Axtarışda olan şəxsin tutulması haqqında” 01 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. (i.v. 234-235) “Qətimkan tədbirinin seçilməsi haqqında” 01 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 270-272) “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 18 may 2013-cü il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxsdur. (Cild İİ, i.v. 31) Qazax Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qazax Mənzil İstismar Sahəsinə heç bir şikayət və narazılıq o cümlədən təqsirləndirici sənəd daxil olmamışdır. (Cild İİ, i.v. 38) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-26/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. (i.v. 86-91) Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs əvvəllər Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2018-ci il tarixdə sınaq müddəti bitmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ilk əməli xx.xx.2019-cu il tarixdə törətdiyindən CM-nın 83.3.3-cü maddələrinə əsasən onun məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının, CM-nin 32.4,308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs CM-in 32.4,313-cü maddəsində nəzərdə tututlmuş əməli törətməkdə təqsirli bilinməli və ona cəza təyin edilməməlidir. Belə ki, CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. CPM-nin 44.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış 12 iyun 2023-cü il tarixli qərarımla Şahid1 təqdim etdiyi 1 (bir) ədəd disk, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 (bir) ədəd disk, "xxxx" ASC-nin Zərərçəkmiş şəxs1 məxsus plastik kart hesabı üzrə təqdim etdiyi xx.xx.2022-ci il tarixli çıxarış, "xxxx" ASC-nin Zərərçəkmiş şəxs2 məxsus plastik kart hesabı üzrə təqdim etdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli çıxarışları cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,308.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 32.4,308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, qazancından dövlət nəfinə müəyyən məbləğdə pul tutulmaqla islah işləri cəzası və 178.2.2, 178.2.3, 178.2.4 maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli bundan əlavə CM-in 46.2-ci maddəsinə əsasən ona müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməli, 32.4,313-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli və ona cəza təyin edilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 iyun 2024-cü il tarixdə, yəni 01 (bir) gün, müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli həbs edildiyi gündən yəni 19 sentyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi, 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Prospekt” Vəkil Bürosunun hesabına və Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi, 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 308.1 və 32.4,313-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01(bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 32.4,308.1-ci maddəsi ilə 01(bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01(bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə islah işləri cəzası 01(bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 iyun 2024-cü il tarixdə, yəni 01 (bir) gün, müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin məcəllənin Məcəlləsinin 32.4,313-cü maddəsi ilə ona cəza təyin edilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 19 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Şahid1 təqdim etdiyi 1 (bir) ədəd disk, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 (bir) ədəd disk, "xxxx" ASC-nin Zərərçəkmiş şəxs1 məxsus plastik kart hesabı üzrə təqdim etdiyi xx.xx.2022-ci il tarixli çıxarış, "xxxx" ASC-nin Zərərçəkmiş şəxs2 məxsus plastik kart hesabı üzrə təqdim etdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi, 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Prospekt” Vəkil Bürosunun hesabına və Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi, 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi iləBakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar