Məhkəmə qərarları › İş №1(004)-26/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-26/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-26/2025 17.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1967-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs «Sosial Adaptasiyanın inkişafına yardım» İctimai Birliyi yaradaraq həmin birliyin təsisçisi və sədri vəzifəsində olduğu zaman tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə X1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında özünü Zərərçəkmiş şəxs1 işgüzar və nüfuzlu şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs1 oğlu X5 Hallar Nazirliyinə yanğınsöndürən vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 28 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 saylı notariat konturunda 5000 manat pul, 21 noyabr 2023-cü il tarixdə Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllədə yerləşən 53 saylı notariat ofisində 10000 (on min) manat pul vəsaitini alıb ələ keçirirək Zərərçəkmiş şəxs1 ümumilikdə 15000 manat yəni, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən «Sosial Adaptasiyanın inkişafına yardım» İctimai Birliyi yaradaraq həmin birliyin təsisçisi və sədri vəzifəsində olduğu zaman tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə özünü işgüzar və nüfuzlu şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs2 Hərbi Dəniz Qüvvələrinə müddətdən artıq xidmət edən əsgər kimi işə qəbul etdirəcəyini sonuncunun dostu Şahid1 vəd edib aldadaraq 27 yanvar 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli binanın zirzəmisində yerləşən «Black White» kafesində Şahid1 vasitəsi ilə 2500 (iki min beş yüz) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, Zərərçəkmiş şəxs1la bağlı qeyd edə bilər ki, 10 000 manat qarşılığında oğlunu Müdafiə Nazirliyində işə düzəltməli idi. Vaxt keçib, ancaq vədinə eməl edə bilməmişdir. Pulunu geri qaytaracaq. Cəzaçəkmə müəssisəsindən təzə çıxmışdır. Notariat kontorunda borc müqaviləsi şəklində pulu almışdır. Özünü iki epizod üzrə də tam təqsirli bilir. Əvvəlki məhkumluqları dələduzluq və silahla bağlı olub. Elxan ona 15 000 yox, 10 000 manat verib. Son olaraq ittiham aktını qəbul edir, 15000 və 2500 manatı almışdır. Mülki iddianı qəbul edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxsla 2022-ci ilin oktyabr ayında tanış olmuşdur. Vüqar Səfərəliyev onları tanış etmişdir. X2 notariusda ondan 5000 manat pul alıb. Noyabr ayında deyiblər ki, Şahid müəllimə hörmət olunmalıdır ki, iş düzəlsin. 5000 manat ziyan may ayında Vüqar Səfərəliyevin qardaşı tərəfindən ona qaytarılıb. Ortada qalır 10 000 manat. Ona dəyən ümumi ziyan 13000 manatdır. Çünki 10 000 manatı bankdan kreditlə götürmüşdür. 3000 manat faizlər təşkil edir. Hazırda Şahiddən şikayətçidir. Lakin zərəri ödəyərsə, bir zabit yoldaşı kimi onu bağışlayar və şikayətini geri götürər. Hazırda mülki iddianı müdafiə edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Zaqatala şəhərində qeydiyyatdadır və orada yaşayır. Quliyev Erkin adlı əsgər yoldaşı var. 2022-ci ilin oktyabr-noyabr aylarında ona işlə bağlı müraciət edib. Şahid müəllim əvvəllər hərbi dəniz qüvvələrində xidmət etdiyi üçün onun vasitəsi ilə işə düzələ biləcəyini və bunun üçün 2500 manat məbləğində pul lazım olduğunu deyib. O, bank kartını göndərib, o da pulu Təqsirləndirilən şəxs kart hesabına köçürdü. X7 göndərdiyi 2500 manat pulun hamısını Şahid bəyə verib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işə düzəltmə ilə bağlı vəd vermişdir. Pullar Şahidin özünə verilmişdir. Amma Təqsirləndirilən şəxs heç bir iş görməmişdir. Sabir işə təmin olunmaq üçün bu pulu vermişdir. Sabirdən 2500 manat pul almışdır. Dəqiq məbləğlər yadından çıxıb. İndiyə kimi pulu qaytarmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs cəbhə bölgəsində onun komandiri olub, kəşfiyyat briqadasının şöbə rəisi olmuşdur. O, da Şahidin əsgəri olmuşdur. Özü 1992-ci il Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Orada kəşfiyyat bölüyünün giziri olmuşdur. Cinayət işindən xəbəri olmamışdır. Konkret bir şey görməmişdir. Amma Təqsirləndirilən şəxsla çay içəndə Zərərçəkmiş şəxs1 gəldi. Onlar danışıb borc müqaviləsi bağladılar. Yəni borc müqaviləsinin bağlanmasına, borc pulun verilməsinə şahid olmuşam. Vüqar Səfərəliyev də onun tanışı olmuşdur. O da zərərçəkmişdən 5000 manat almışdır. Lakin 5000 manat Elxana qaytarılmışdır. Bu, 5000 manatın qaytarılması onun təşəbbüsü ilə olmuşdur. Vüqarın qardaşı Saleh Səfərəliyevə vəziyyəti danışdıqda o, dərhal Zərərçəkmiş şəxs1 kartına 5000 manat pulu göndərmişdir. Təqsirləndirilən şəxs pulu niyə aldığını bilmir. Özü borc müqaviləsi kimi şahid oldu. Lakin sonradan eşitdi ki, ortada işə düzəltmə söhbəti var imiş. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in xx.xx.2023-cü il tarixli, 3588 № saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs emosional vəziyyətinə görə hadisə vaxtı öz hərəkətlərinin mahiyyətini tam dərk etmək iqtidarında olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 8000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 8000 manat cərimə cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs ona təyin olunmuş 8000 manat cərimə məbləğindən bu günə qədər heç bir ödəniş etməmişdir. Beləliklə, şəxsin üzərində məhkəmənin hökmü ilə təyin edilmiş və hazıradək çəkilməmiş qalan 8000 manat məbləğində cərimə cəzası vardır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulmuş, bundan sonra Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti 3 ay, yəni 14 noyabr 2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən şübhəli şəxs qismində tutulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti 2 ay, yəni 14 aprel 2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da həmin müddətdə o, 1 il həbsdə qalmışdır. Beləliklə o, ibtidai istintaq dövründə 1 il həbsdə olmuşdur. Bundan əlavə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2024-cü il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Bundan əlavə cinayət işi üzrə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 qarşı törədilmiş dələduzluq cinayət əməli nəticəsində dəymiş 10000 manat pulun mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsinə dair mülki iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə hesab edir ki, həmin mülki iddia təmin edilməlidir. Belə ki, iş üzrə təsdiq edilir ki, Zərərçəkmiş şəxs1 qarşı törədilən dələduzluq əməli nəticəsində vurulmuş maddi ziyandan 10000 manat məbləğ zərəçəkmiş şəxsə hələ də qaytarılmadığı üçün, həmin məbləğ təqsirləndirilən şəxsdən tutulub, zərərçəkmiş şəxsə ödənilməlidir. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddiməsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 il (iki) 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 1 il müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-203/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 8.000 (səkkiz min) manat miqdarında cərimə cəzası ilə həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən tam birləşdirilməklə ona qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə və 8.000 (səkkiz min) manat miqdarında cərimə cəzası təyin edilisin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 8000 (səkkiz min) manat cərimə cəzası müstəqil icra olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 20 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 10.000,00 manat tutulub Zərərçəkmiş şəxs1 verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 260 (iki yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar