Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-260/2020 21.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1986-cı ildə Baki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı, ünvan 2 saylı ünvanda fəhlə kimi işləyən Zərərçəkmiş şəxs ilə əmisi Şahid2 ilə arasında zəhmət haqqını vermək üstündə yaranmış sözlə mübahisə zamanı, Zərərçəkmiş şəxs əmisinin yaxasından tutub silkələməsini görüb,onu uzaqlaşdırmaq məqsədi ilə qəsdən bir dəfə yumruqla Zərərçəkmiş şəxs sol göz nahiyəsindən vurmaqla sonuncuya sol gözün konyuktiva qişası altına total qansızma ilə müşayiət olunan sol gözaltı nahiyənin qançırı ilə müşaiyət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki,o Yasamal rayonu R.Tağıyev küçəsi ev 1 saylı ünvanda ailəsi ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində atası Sərvər və əmisi Səməndər yaşadığı evin həyətində olan artıq torpağı evin üstünə daşımaq üçün iki nəfər fəhlə çağırmışlar. Onlar gəldikdən sonra onların birinin adının Sahil, digərinin isə Abuzər olduğunu bilmişdir. Daha sonra onun işi olduğu üçün evdən gedərək 2-3 saata qayıtmışdır. O, qayıdan zaman Abuzərin getdiyini, Sahilin isə hələdə işlədiyini görmüşdür. Bir müddət keçdikdən sonra təxminən 17 radələrində evdə olarkən Sahillə əmisi Səməndərin yüksək səslə mübahisə etdiyini eşidərək onlara yaxınlaşmışdır. Yaxınlaşan zaman görmüşdür ki, Sahil işini yekunlaşdırdığı üçün pulunu tələb edərək getmək istədiyini bildirmiş, əmisi Səməndar isə Sahilin bu tələbinə cavab olaraq həyətdə olan daş parçalarını göstərib işi tam yekunlaşdırmadığını ona deyirdi. Səməndar ilə Sahilin söhbəti bir neçə dəqiqə davam etdikdən sonra Sahilin Səməndara kobud cavablar verdiyini eşidib əsəbləşərək, Sahilə arxa tərəfdən yaxınlaşıb sağ əli ilə onun boyun nahiyəsindən tutub sifətindən sol əlinin yumuruğu ilə bir dəfə vurmuşdur. Bundan sonra Sahil üzünü əli ilə tutaraq oradan uzaqlaşmışdır. Daha sonra əmisi Səməndar Sahilin arxası ilə gedərək ona zəhmət haqqı olan 50 manatdan əlavə yetirdiyi xəsarət nəticəsində ona dəymiş zərəri ödəmək məqsədi ilə 150 manat vermiş və Sahil oradan çıxıb getmişdir. Yekun olaraq o əməlindən peşman olduğunu və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək barışdığını bildirmiş, bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o fəhlə işləyir və adətən 3-cü mikrorayon dairəsinin yaxınlığında fəhlələrin toplaşdığı yerdə dayanaraq müştəri gözləyir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 13 radələrində 3-cü mikrorayon dairəsinin yaxınlığında tanışı Abuzərlə olan zaman 2 nəfər sonradan adlarını bildiyi Səməndər və Sərvər onlara yaxınlaşaraq yaşadıqları evin həyətində olan torpağı daşımaq lazım olduğunu və bu işin müqabilində ümumilikdə 50 manat pul verəcəyini bildirmişlər. O və tanışı Abuzər onların bu təklifi ilə razılaşıb Səməndərin avtomobilinə əyləşib Bakı şəhəri Yasamal rayonu Qanlı gölün yaxınlığında yerləşən həyət evinə getmişlər. Həmin ünvanda ev sahibi onlara işlərinin evin həyətində olan torpağı yeni tikilmiş evin üzərinə daşımaqdan ibarət olmasını bildirmişdir. Onlar görəcəkləri iş ilə tanış olduqdan sonra işə başlarayaq təxminən 4 saat sonra işlərini tamamilə bitirmişlər. Daha sonra Abuzərin təcili işi olduğu üçün pulu almadan çıxıb getmiş o isə işini bitirdiyinə görə ev yiyəsi Sərvər adlı şəxsə yaxınlaşaraq zəhmət haqqı olan 50 manat pulu istəmişdir. Bu zaman ev yiyəsi həyətdə dağınıq şəkildə olan daşları göstərərək onlarıda yığmalı olduğunu və əks təqdirdə zəhmət haqqı olan 50 manat pulu verməyəcəyini bildirmişdir. O, ev sahibinə aralarında olan razılığa görə torpağı yığmalı olduğunu daşlar barədə razılaşmanın olmadığını bildirmişdir. Bundan sonra Səməndərlə aralarında sözlə mübahisə yaranmış və Səməndər ondan kobud şəkildə çıxıb getməsini tələb edərək əlindən tutub sıxmaq istəmişdir. Daha sonra isə Həmzə arxadan ona yaxınlaşaraq bir əli ilə onun boyun nahiyəsindən tutaraq digər əli ilə onun sol gözündən qəfildən bir dəfə vurmuşdur. Bundan sonra o, heçnə demədən evdən çıxıb getmişdir. Evdən çıxdıqdan sonra Səməndər adlı şəxs onun arxası ilə gələrək zəhmət haqqı 50 manat pulu ona vermişdir. Həmin vaxt o xəsarətin yüngül olduğunu düşünüb polisə şikayət etməsədə evdə olan zaman güzgüdə sol gözünün şişərək qızardığını görüb, baş vermiş hadisə barəsində DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Məhkəmənin sualına cavab olaraq 150 manatın ona deyil Abuzərə verildiyini, Abuzər tərəfindən isə ona 125 manat verildiyini bildirmişdir. Son olaraq o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Qanlı gölün yaxınlığında yerləşən həyət evində olan tikinti işləri ilə əlaqədar fəhlə köməyinə ehtiyac olmuşdur. Bu səbəbdan həmin gün saat 13 radələrində qardaşı Səməndər ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu 3cü mikrorayon dairəsində, körpünün altında dayanan əvvəllər tanımadığı sonradan adlarının Sahil və Abuzər olduğunu bildiyi şəxslərə yaxınlaşıb yaşadığı evdə bir sıra fəhlə işləri gördürmək istədiyini bildirmişlər. Onun bu təklifi ilə razılaşaraq hər iki şəxs maşınına əyləşdikdən sonra onlar Bakı şəhəri Yasamal rayonu Qanlı gölün yaxınlığında yerləşən həyət evinə getmişlər. Evə gəldikdən sonra o, Sahil və Abuzərə 50 manat müqabilində evin həyətindən kənarda olan torpaq yığıntısını və bir qədər daş parçalarını evin üzərinə daşımalarını təklif etmiş və onları hər ikisi onun bu təklifi ilə razılaşaraq işə başlamışlar. Bir qədər sonra işin yekununa yaxın Abuzər işi olduğu üçün çıxıb getmiş, saat təxminən 17 radələrində Sahil əynini dəyişərək işi bitirdiyini və 50 manat pulunu alıb getmək istədiyini bildirmişdir. Bu zaman o və qardaşı Səməndər həyətə baxdıqda orada olan torpağın daşındığını lakin daş parçalarının orada qaldığını görmüşlər. O Sahilə daş parçalarını göstərərək işi tam görmədiyini bildirmiş, Sahil isə daşın daşınmağı barədə aralarında heç bir razılıq olmadığını, yalnız torpağın daşınması barədə razılaşdıqlarını bildirərək narazılıq etmişdir. Bundan sonra onların arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı qəfildən oğlu Həmzə Sahilə arxa tərəfdən yaxınlaşaraq onun üz nahiyəsindən əli ilə itələmişdir. Bu zaman Həmzənin əli Sahilin gözünə dəymişdir. Sahil bir az kənara çəkilmiş və başqa heçnə demədən yaşadığı evin həyətindən çıxıb getmişdir. Bundan sonra qardaşı Səməndər evdən çıxıb Sahil adlı şəxsin arxası ilə getmiş və onun zəhmət haqqı olan 50 manat pulunu vermişdir. Bir müddət sonra onun oğlu tərəfindən Sahilə yetirilmiş xəsarət nəticəsində dəymiş zərər üçün 150 manat vermişdir. Məhkəməiclasındaşahid qismində cəlb olunmuşŞahid2 ifadəsində bildirdi ki, qardaşı Şahid1 ilə analoji ifadə verərək onun dediklərini təstiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin“ Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 xx xxxxxx 2020-ci il tarixli, 46 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müaynəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol gözün konyuktiva qişası altına total qansızma ilə müşayiət olunan sol gözaltı nahiyənin qançırı küt əşyanın təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyələrin yumruqla vurulması nəticəsində əmələ gələ biıərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; (i.v. səh 10-11) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx xxxxxxxx 2020-ci il tarixli arayışından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v. səh 35) “Sübutların qiymətləndirilməsi və cinayət işinin nəticəsi haqqında” xx xxxxxxxx 2020ci il tarixli qərardan görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və X2 Yasamal rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 46 nömrəli rəyi sübut növü kimi qiymətləndirilmişdir.(i.v. səh 52- 57) “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. səh. 84) Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıb. Bu səbəbdən, sözü gedən işə xitam verilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Məmmədəkərim oğlu tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onlar artıq barışmışlar və Zərərçəkmiş şəxs qarşı heç bir şikayət və tətələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs, şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməli və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Qanuni nümayəndə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Qanuni nümayəndə məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Qanuni nümayəndə məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-260/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-260/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver