Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-260/2025 21.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən və Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yaşamış, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə 5 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdə saat 13:00 radələrində satış məqsədi olmadan Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,731 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik maddə - heroin qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 15:00 dəqiqədə isə Yasamal Rayon Polis idarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, 79 saylı ünvanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq, Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,731 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan dilini sərbəst başa düşür və danışa bilir, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Bu onda asıllıq yaratdığı üçün narkotik vasitədən istifadə etməyəndə dözülməz ağrıları yaranırdı. Son vaxtlar ağrıları çox olduqca o, müxtəlif yerlərdən narkotik vasitə tapıb qəbul etməyə çalışmışdır. Belə ki, o, 30 iyul 2024-cü il tarixdə saat 13 radələrində narkotik vasitə almaq üçün Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün narkotik maddə olan heroin kimi bildiyi bir ədəd bükümü alıb cibinə qoymuşdur. O, həmin narkotik maddəni cibində gizlədib təkbaşına piyada hərəkət etməyə başlamışdır. Həmin gün o, saat 15 radələrində piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin inzibati binasına getmişdir. O, üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynindəki qara rəngli şalvarının sağ yan cibində gizlətdiyi, içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxardıb masanın üstünə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik maddəni o, 30 iyul 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonunun «Kubinka» adlanan ərazisində üzdən tanıdığı lakin adı, soyadı, atasının adını bilmədiyi kişi cinsli şəxsdən cəmi 10 manat müqabilində aldığını bildirmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, heç vaxt mobil telefonu olmayıb və əldə etdiyi narkotik maddəni satış məqsədi ilə deyil, yalnız istifadə etməsi üçün özündə saxlamışdır. Törətdiyi əməldən peşmandır və yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, hal-hazırda Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin C/A üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs o, əvvəllər tanımamış, həmçinin onunla heç bir düşmənçiliyi, ədavəti və yaxud qohumluğu olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonunun ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin C/A üzrə digər əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və onun iştirakı ilə 30 iyul 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. O, 30 iyul 2024-cü il tarixdə saat 15:00 dəqiqədə əməliyyat qrupunun digər iştirakçısı Şahid2 İlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, 79 nömrəli ünvanın qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq, özlərini ona təqdim edib sonuncunun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanmasında və daşınması şübhəli olduğunu bildirib Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinin inzibati binasına getmişdir. Oradakı xidməti iş otaqların birində təhqiqatçı Natiq Abdullayev tərəfindən həmin şəxsə hüquqları izah olunmuş və vəkil kimi Bakı şəhəri, 22 saylı Vəkil Bürosundan X11 dəvət etmişlər. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri təqdim etmək təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında açılan zaman içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik maddə olan heroinə bənzər kütlə olması aşkar olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üstündə iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya, yaxud predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxslə digər iştirakçıların gözü qarşısında təqdim edilən heroinə bənzər kütlə olan gümüşü rəngli kağıza bükülmüş bir ədəd büküm təhqiqatçı Natiq Abdullayev tərəfindən içi boş olan zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bükümün içərisində olan narkotik maddənin konkret nə olması və onu haradan əldə etməsi soruşulduqda həmin şəxs bildirmişdir ki, bükümdə olan narkotik maddə heroindir və aşkar olunmuş narkotik maddəni 30 iyul 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonunun «Kubinka» deyilən ərazisində tanımadığı kişi cinsli şəxsdən 10 manata almış və yalnız özü üçün istifadə etmək məqsədi ilə üzərində saxlamaqla daşımışdır. O, əlavə olaraq qeyd etmişdir ki, X1 zaman sonuncuya qarşı heç bir təyziq göstərilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla saxlanması və istifadəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 1 ədəd bükülünü təqdim etmiş, həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan narkotik maddə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs siqaretin gümüşü rəngli kağızından ibarət bükümdə olan maddəni heroin kimi tanıdığı narkotik vasitə olduğunu, bu narkotik vasitəni 30 iyul 2024-cü il tarixdə saat 13:00 radələrində “kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata almış, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. 30 iyul 2024-cü il tarixdə saat 15:00-da polis əməkdaşları tərəfindən ünvan 6 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik maddəyə bənzər vasitə olan bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 170 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir (i.v 36-37). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024cü il tarixli, 3-16-16/2-6/3899 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 170”-li dairəvi möhür əksi, “şübhəli şəxs : Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,731 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.45-49). “Maddi sübut kimi tanınması haqqında” 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,731 qram narkotik maddə olan heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq qalmış bir ədəd zərfdə - 0,681 qram narkotik maddə olan heroinin saxlanılması üçün Yasamal Rayon Polis idarəsinin məsul saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (i.v. 82). “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 24 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X6 icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CPM-nin 85. və 236.1-ci maddələrinin tələblərini rəhbər tutub tərtib etmişdir həmin protokolu, Yasamal Rayon Polis İdarəsinin inzibati binasındakı 310 nömrəli xidməti iş otağında cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və möləbərliliyinə qiymət verilməsi məqsədi ilə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən daxil olmuş, CD-R formatındakı disk məlumatlarına baxış keçirmişdir. Baxış zamanı CD-R diskdə olan məlumatlara “HP” markalı kompyuterdən istifadə edilərək baxılacaqdır. Baxış zamanı müəyyən edilmişdir ki, həmin CD-R diskdə əks edilmiş görüntülər 30 iyul 2024-cü il tarixdə saat 15:50 dəqiqədə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal Rayon Polis İdarəsimi) 26-cı polis bölməsinin təhqiqatçısı, polis mayoru X2 əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən aydın görünür ki, təhqiqatçı X2 qarşısındakı masa arxasında sağ tərəfdən əyləşmiş şəxs, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun müdafiəçisi X12, sol tərəfdən əyləşmiş şəxs isə tərcüməçi X9r. Bununla yanaşı həmin xidməti otaqda olan masanın sol tərəfində əynində qısaqol tünd göy rəngli köynəklə qara rəngli cins şalvarı olan ayaq üstə dayanmış şəxs Təqsirləndirilən şəxsdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs sol və sağ tərəflərində dayanmış şəxslər - adları videoçəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin C/A üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 Möhöbbət oğlu və polis leytenantı Şahid2dur. Videoçəkilişin davamında təhqiqatçı X4, şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, həmçinin ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əlini əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə salaraq oradan gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm iştirakçılarla şübhəli şəxsin gözü qarşısında açılır və həmin bükümdə qəhvəyi rəngli, toz şəkilli maddənin olması müəyyən olunur. Təqsirləndirilən şəxs həmin maddəni «kokos» kimi tanıdığı narkotik maddə heroin olduğunu və həmin narkotik maddəni 30 iyul 2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən 10 manat pul müqabilində aldığını və satış məqsədi olmadan şəxsi istifadəsi üçün üzərində daşıyaraq 30 iyul 2024-cü il tarixdə saat 15:00 dəqiqədə polis əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, 79 nömrəli evin qarşısında saxlanıldığım bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında təhqiqatçı X4 tərəfindən qablaşdırılaraq içi boş zərfə qoyulur və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 170 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin və bununla bağlı tərtib edilmiş protokolun üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi X12, tərcüməçi X13 və iki nəfər polis əməkdaşı tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı protokolda qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı digər qeyri-qanuni əşya aşkar olunmamışdır (i.v. 87). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 sentyabr 2024-cü il tarixli, 6334 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 99-100). “Sübutların qiymətləndirilməsi haqqında” 19 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması və onun barəsində Yasamal rayon məhkəməsi tərəfindən 01 avqust 2024-cü il tarixdə seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, iş üzrə Azərbaycan Respublikasının CM-nin 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasın olmamasının nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs üzərində 30 iyul 2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntünü özündə əks-etdirən bir ədəd CD-R diskin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və həmin cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs özünün etirafedici ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında və videogörüntüyə baxış keçirilməsi haqqında protokollar, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübut, həmçinin digər istintaq sənədlərinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi naməlum mənbəni müəyyən etmək məqsədi ilə həmin cinayət işindən material ayrılması və araşdırma aparılması üçün Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə göndərilməsi, qəbul edilmiş qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 104-109). “Sübutların qiymətləndirilməsi haqqında” 11 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Yasamal rayon məhkəməsi tərəfindən 30 iyul 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilməsi, xx.xx.2024-cü il tarixdə Yasamal rayon məhkəməsi tərəfindən həbsdə saxlama müddətinin xx.xx.2024-cü il tarixədək uzadılması, həbsdə saxlama müddətinin 19 noyabr 2024-cü il tarixdə başa çatması, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, iş üzrə Azərbaycan Respublikasının CM-nin 234cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasın olmamasının nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs üzərində 30 iyul 2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntünü özündə əks-etdirən bir ədəd CD-R diskin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və həmin cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs özünün etirafedici ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında və videogörüntüyə baxış keçirilməsi haqqında protokollar, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərinin maddi sübut, həmçinin digər istintaq sənədlərinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi naməlum mənbəni müəyyən etmək məqsədi ilə həmin cinayət işindən material ayrılması və araşdırma aparılması üçün Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə göndərilməsi, qəbul edilmiş qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 191-199). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1). “Şübhəli şəxsin tutulması haqqında” 30 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdə saat 15:00-dan tutulmuş hesab edilmişdir (i.v. 26). “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 58). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-727/2024 saylı, 01 avqust 2024-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 15:00-dan hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 76-78). “İttiham aktı təsdiq edilmədən cinayət işinin əlavə istintaq aparılması üçün qaytarılması haqqında” 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Rüfət Mustafazadə tərəfindən ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş 26 oktyabr 2024-cü il tarixli ittiham aktı təsdiq edilməmiş və həmin cinayət işi əlavə ibtidai istintaq aparılması üçün Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinə qaytarılmışdır (i.v. 138-140). “İbtidai istintaq müddətinin uzadılması haqqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay, 5 ayadək, yəni 31 dekabr 2024-cü il tarixədək uzadılmışdır (i.v. 143-144). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-979/2024 saylı, 30 oktyabr 2024-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 19 noyabr 2024-cü il tarixədək uzadılmışdır (i.v. 147-149). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir (i.v. 151). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 68.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2, 177.2.3, 67.1, 66.5-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Səbail RPİ-də araşdırılması aparılan ********* nömrəli material icraatdadır (i.v. 153-157). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-54/2021 saylı, 02 mart 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 dekabr 2019-cu il tarixdən 22 dekabr 2019-cu il tarixədək tutulduğu 02 gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)-25/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır (i.v. 158-166). “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v. 171-172). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim olunanadək dayandırılmışdır (i.v. 174-175). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-265/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalından dərhal həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensıar Xidmətinin Bakı istintaq Təcridxanasına göndərilməsi hökm edilmişdir (i.v. 178-182). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 11 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 188-189). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2630/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 1 (009)-265/2024 saylı hökmünün dəyişdirilməsi və hökmün əsaslandırma hissəsindəki “Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində "həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına göndərilməli” sözlərinin çıxarılması, hökmün nəticə hissəsində olan “Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin” sözləri "Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın” sözləri ilə əvəz edilməsi, hökmün cəzaçəkmə müddətinin başlanğıcının müəyyən edilməsi hissəsinin dəyişdirilərək cəzaçəkmə müddətinin başlanğıcının 30 sentyabr 2024-cü il tarixdən hesablanması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin maddələri ilə müxtəlif vaxtlarda məhkum olunmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi, həmçinin həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, barəsində başqa cinayət işi üzrə istintaqın aparıldığı dövrdə yenidən cinayət əməlini törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini (əvvəllər AR CM-nin müxtəlif maddələri ilə dəfələrlə məhkum edilməsini, məhkumluğu ödənilmədən yenidən eyni cinayəti törətməsini), qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 1(009)-265/2024 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdən həbsdə olmasını nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəlinin həmin tarixdən hesablanmalı olması qənaətinə gəlir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-265/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-265/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-265/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-265/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəsisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan - 0,681 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “4 saylı” vəkil bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci ilədək sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 60 manat və xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat, cəmi 170 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “4 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-260/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-260/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver