Məhkəmə qərarları › İş №1(004)-261/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-261/2020

23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-261/2020 23.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsininprokuroru X1, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 saylı ünvanda qeydiyyatda olan və Suraxanı rayonu Yeni Günəşli qəs, Xəzər İnşaat, bina 7, mənzil 16-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə təxminən saat 01:30-da ünvan 2 saylı ünvanda yerləşən «Barrel» adlı restoranın plastik qapısının şüşəsini bədəni ilə basaraq sındırıb - binaya qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla ona məxsus olan dəyəri 70 manat olan bir ədəd «Dell» markalı notebook kompyuteri, daxilində 1 manat məbləğində dəmir qəpiklər olmuş dəyəri 120 manat olan bir ədəd elektrik şarj cihazını, hər biri 55 manat dəyərində olmaqla 2 ədəd cəmi 110 manal dəyərində «Olmeca Tequila» markalı tekilla içkisi, hər biri 45 manat dəyərində olmaqla 2 ədəd cəmi 90 manat dəyərində «Malibu Liqueur» markalı likör içkisi, hər biri 10 manat dəyərində olmaqla 6 ədəd cəmi 60 manat dəyərində «Yakor Vodka» markalı və hər biri 8 manat dəyərində olmaqla 5 ədəd cəmi 40 manat dəyərində «Qu quşu Vodka» markalı spirtli (araq) içkiləri, hər biri 5 manat dəyərində olmaqla 8 ədəd cəmi 40 manat dəyərində «Red Bull» markalı, hər biri 3 manat dəyərində olmaqla 4 ədəd cəmi 12 manat dəyərində «Hell» markalı və hər biri 3 manat dəyərində olmaqla 4 ədəd cəmi 12 manat dəyərində «Bizon» markalı enerji içkilərini, dəyəri 250 manat olan bir ədəd masa süfrəsini və dəyəri 5 manat olan bir ədəd «Bisset» markalı pencəyi, cəmi 810 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə təxminən saat 01:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində Dövlət Statistika Komitəsinin yaxınlığında yerləşən «Barrel» adlı restoranın qarşısından keçən zaman giriş qapısının plastik konstruksiyalı olduğunu görərək qərara gəlmiş ki, həmin qapını itələməklə açıb içərisinə daxil olsun və oradan pul oğurlasın. Həmin zaman o, tək olmuşdur. O, ətrafa nəzər salıb ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin restoranının giriş qapısını zərblə bədəninin sol tərəfi ilə itələmiş, lakin qapı açılmasa da, iki qat olan şüşələri sındığı üçün o, həmin şüşələrin ortasından yıxılmışdır restoranın içərisinə. Ayağa qalxdıqda o, sağ tərəfdən şalvarının qana bulaşdığını və sağ budunun aşağı nahiyyəsi kəsildiyi üçün dayanmadan qanın axdığını görmüşdür. O, qana məhəl qoymadan restoranın kassa aparatını axtarmış, lakin tapa bilməmişdir. Bundan sonra o, bar stoykadan əlinə keçən spirtli və enerji içkilərini, bir ədəd köhnə noutbuku götürərək qoymuşdur oradan tapdığı iri sellofan torbanın içərisinə. Sonra o, girişdən sağ tərəfdə bir yerdə olmuş elektrik şarj cihazını görüb götürmüş və bir ədəd masa süfrəsini də götürub torbanın içərisinə qoymuşdur. Bundan sonra o, qana bulaşmış əynində olmuş şalvarını əynindən çıxarıb döşəməyə atmış və əynindəki köynəyi çıxarıb qan axan ayağını sarımışdır ki, qan kəsilsin. Bundan sonra o, orada olan videokameraların beyin aparatını axtarsa da, tapa bilməmiş, ona görə də kameraların və «Vayfay» aparatının nəqillərini dartıb qırmışdır. Daha sonra o, giriş qapısının yanındakı asılqandan bir ədəd tünd boz rəngli «Bisset» markalı kişi pencəyini əyninə geyərək həmin restoranı tərk etmiş və piyada yaşadığı evə qayıtmışdır. Evdə qan axan yerinə yod tökərək qanı kəsdikdən sonra təxminən saat 06-07 radələrində o, evdən çıxaraq «Nizami» metro stansiyasının yaxınlığına gəlmiş və oğurladıqlarından iki ədəd bahalı spirtli içki butulkalarını və masa süfrəsini yoldan keçən tanımadığı orta yaşlarında olan kişiyə cəmi 45 manata satmışdır. Sonra o, həmin pulu evə çörək və digər ərzaq almağa xərcləmişdir. Oğurladığı digər spirtli və enerji içkilərini həyətdə gizlətdikdən sonra hissə-hissə çıxarıb atası ilə birlikdə içmişlər. Oğurladığı elektrik şarj cihazını isə o, yerə çırpıb plastik hissələrini qıraraq içərisində cəmi iki ədəd «50 qəpik» dəmir qəpiklərin olduğunu görərək götürmüş və həmin cihazı isə tullamışdır yaşadığı evin yaxınlığındakı zibil çənlərinə. Eyni zamanda, oğurladığı noutbuku da köhnə olduğuna görə sata bilmədiyi, həm də tutulmaqdan qorxduğu üçün sındırıb yararsız hala salıb hissələrini həmin zibilliyə atmışdır. Sonda həmin restorandan götürdüyü əşyalardan onda yalnız bir ədəd pencək qalmışdır ki, həmin pencəyin ciblərində pul və ya başqa qiymətli heç bir şey olmamış, həmin pencəyi də istintaq orqanına təhvil vermişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, zərərçəkənə vurduğu ziyanı tam ödədiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayının 01-dən 13-dək o, Bakı şəhəri, Yasamal rayonu, A.Şaq küçəsi, 245 saylı ünvanda yerləşən «Barrel» adlı restoranı icarəyə götürüb işlətməyə başlamış, lakin Azərbaycan Respublikasının ərazisində «Covid-19» pandemiyası səbəbindən xüsusi karantin rejimi ilə bağlı bütün restoranların, o cümlədən həmin restoranının da fəaliyyəti dayandırılmışdır. Ona görə də ara-sıra o, və ya inzibatçı Şahid restorana dəyib yoxlamışlar və hər şeyin qaydasında olduğuna əmin olmuşlar. Sonuncu dəfə o, xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində restorana baş çəkərək hər şeyin qaydasında olduğunu görərək çıxıb getmişdir. Həmin restoranın giriş qapısı şüşəli olsa da, həmin ərazi sıx yaşayış yeri olduğuna görə və üzbə-üz yerdə TŞ kameraları quraşdırıldığı üçün qapıda dəmir barmaqlıq və ya jalüz quraşdırmamışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 10:40-da o, evdə olduğu zaman Aydın ona zəng edərək xəbər vermiş ki, polisdən sonuncu ilə əlaqə saxlayıb restoranın giriş qapısının şüşəsinin sındırıldığı və içəridə qan izlərinin olduğunu bildirmişlər və təcili ora gəlməsini istəmişlər. O, da Aydına demişdir ki, təcili getsin, o, isə özü gedəcək. Beləliklə də, o, restorana gəldikdə görmüş ki, orada polis əməkdaşları yığışmış və aşkar etmişdir ki, plastikdən olan giriş qapısının şüşəsi sındırılmış və içəridə döşəmənin və digər əşyaların üzərində çoxlu qan ləkələri olmuşdur. Sonra Aydınla birlikdə restoranın içərisində olanları nəzərdən keçirmişlər və məlum olmuşdur ki, restoranından 70 manat dəyərində bir ədəd istifadə edilmiş köhnə olan «Dell» markalı notebook kompyuteri, 120 manat dəyərində bir ədəd elektrik şarj cihazı, ümumilikdə 300 manat dəyərində olmaqla iki ədəd 45 manat dəyərində «Malibu» markalı, iki ədəd 55 manat dəyərində «Olmeca» markalı spirtli içkilər, altı ədəd 10 manat dəyərində «Yakor» markalı və beş ədəd 8 manat dəyərində «Qu quşu» markalı araqlarlar, ümuilikdə 64 manat dəyərində olmaqla səkkiz ədəd 5 manat dəyərində «Red Bul» markalı, dörd ədəd 3 manat dəyərində «Hell» markalı və dörd ədəd 3 manat dəyərində «Bizon» markalı enerji içkilər, bir ədəd 250 manat dəyərində istifadə edilməmiş masa süfrəsi və bir ədəd 30 manat dəyərində «Bisset» markalı köhnə pencəyi oğurlanmaqla ona ümumilikdə 834 manat məbləğində maddi ziyan vurulmuşdur. Ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/3192 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara-göy rəngli üzərində «Bisset» yazıları olan çirklənmiş vəziyyətdə olmaqla, astarında sökük və zədələr olan kişi pencəyinin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 5.00 manat müəyyən edilir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 xx.xx.2020-ci il tarixli 462 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı aşkar edilmiş xəsarət - sağ budun kəsilmiş yarası iti uca və iti kənara malik olan əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə,zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsiilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsəcəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizəsinə əsasən ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasınıcəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Bununla da, o, hazırkı vaxtadək 04 ay 08 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi Yasamal RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Bisset” markalı pencək hökm qanuni qüvvəsini aldıqdan sonra zərər çəkən şəxs Zərərçəkmiş şəxs qaytarılmalı,01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasənhəbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 09 ay 14 gün (bir il doqquz ay on dörd gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi Yasamal RPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd “Bisset” markalı pencək hökm qanuni qüvvəsini aldıqdan sonra zərər çəkən şəxs Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X3 ödənilmək üçün 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxsna məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar