Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-261/2022 03.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxx 1994-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Birinci Aral kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx xxxxxxx 1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Şabran rayonu, Uzunboyad kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq 04.02.2022-ci il tarixdə saat 20:30-da 77 saylı marşurut üzrə hərəkətdə olan Daewo markalı **-HZ-*** dövlət nömrə nişanlı avtobusda olarkən arxadan sonuncu oturacaqda əyləşmiş əvvəllər tanımadıqları və heç bir münasibətlərinin olmadığı Zərərçəkmiş şəxs sağ əlində 01 ədəd “İphone 12 Pro Max” markalı, A2411 modelli, 128 GB yaddaş tutumlu 3300 manat dəyərində mobil telefonu gördükdə həmin telefonu açıq yolla talayıb əldə olunmuş gəliri aralarında bölmək üçün avtobusun növbəti dayanacaqda dayanmasını gözləmiş, avtobus sərnişinlərin düşüb-minməsindən ötrü Yasamal rayonu, M.Müşfiq 14 ünvanında yerləşən dayanacaqda dayandıqda öz cinayətkar niyyətlərinə həyata keçirmək üçün Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs yaxınlaşmış, bu vaxt özü Zərərçəkmiş şəxs əlində saxladığı 01 ədəd “iphone 12 Pro Max” markalı, A2411 modelli,128 GB yaddaş tutumlu mobil telefonu qəflətən əlindən alıb Təqsirləndirilən şəxs2lə birlikdə həmin yerdən qaçaraq uzaqlaşıb getməklə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 3300 manat dəyərində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq 04.02.2022-ci il tarixdə saat 20:30-da 77 saylı marşurut üzrə hərəkətdə olan Daewo markalı **-HZ-*** dövlət nömrə nişanlı avtobusda olarkən arxadan sonuncu oturacaqda əyləşmiş əvvəllər tanımadıqları və heç bir münasibətlərinin olmadığı Zərərçəkmiş şəxs sağ əlində 01 ədəd “İphone 12 Pro Max” markalı,A2411 modelli,128 GB yaddaş tutumlu 3300 manat dəyərində mobil telefonu gördükdə həmin telefonu açıq yolla talayıb əldə olunmuş gəliri aralarında bölmək üçün avtobusun növbəti dayanacaqda dayanmasını gözləmiş, avtobus sərnişinlərin düşübminməsindən ötrü Yasamal rayonu, M.Müşfiq 14 ünvanında yerləşən dayanacaqda dayandıqda öz cinayətkar niyyətlərinə həyata keçirmək üçün Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs yaxınlaşmış, bu vaxt Ə.İsrafılov Zərərçəkmiş şəxs əlində saxladığı 01 ədəd “İphone 12 Pro Max” markalı, A2411 modelli,128 GB yaddaş tutumlu mobil telefonu qəflətən əlindən alıb birlikdə həmin yerdən qaçaraq uzaqlaşıb getməklə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 3300 manat dəyərində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, ibtidai istintaq zamanı soyğunçuluğu Cəlillə birlikdə törətməsini qeyd etsə də, əslində belə olmamışdır. Çünki Cəlili bir neçə gün əvvəl tanımışdır, elə də münasibətləri olmamışdır. O özü tək bu əməli törətmişdir, Cəlilin bu əməldən xəbəri olmamışdır. Sadəcə onu polislər saxlayanda elə bilmişdir ki, polislər ilk əvvəl Cəlili tutduqlarından və Cəlil bu əməllə bağlı onun adını verdiyindən, buna görə də acıq çıxmaq üçün polislərə demişdir ki, cinayəti Cəlillə birlikdə törətmişlər. İstintaqa verdiyi ifadəsinin bu hissəsi, yəni cinayətin törədilməsində Cəlilin də iştirakı ilə bağlı hissə düzgün deyil, qalan hissəsi düzgündür. Belə ki, istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Cəlil ilə təxminən 10 gün əvvəl tanış olmuşdur. 04.02.2022-ci il tarixdə axşam saatlarında pulları olmadığı üçün bir yerdə yaşadığı Cəlil ilə birlikdə oğurluq etmək qərarına gəlmişlər. Bunun üçündə Səbail rayonu.İçərişəhər metrostansiyasının yaxınlığına getmişlər. Əvvəlcədən isə qarşılarına çıxan azyaşlı uşaq və ya qadının əlindən hər hansı dəyərli əşyanı götürüb qaçmağı planlamışlar.04.02.2022-ci il saat 20 radələrində İçərişəhər metrostansiyasının yaxınlığında yerləşən dayanacaqda bir nəfər təxminən 20 yaşlarında qızın 77 nömrəli xətt avtobusuna mindiyini görmüşlər və həmin qızın əlində olan telefonu götürüb qaçmaq üçün onun araxasınca həmin avtobusa minmişlər.Həmin qız avtobusun arxa tərəfində yerləşən oturacağın qarşısındakı oturacaqda, Cəlil ilə o, isə qızın əyləşdiyi oturacağın arxa tərəfində yerləşən oturacaqda əyləşmişlər. Avtobus bir neçə dayanacaq getdikdən sonra Yasamal rayonu, M.Müşfiq 14 ünvanmın yaxınlığında yerləşən dayanacaqa yaxınlaşan zaman telefonu qızın əlindən alaraq qaçmaq qərarına gəlmişlər.Avtobus dayanacağda saxlayarkən о ayağa duraraq qızın əlindən mobil telefonu alaraq qaçmış, daha sonra isə Cəlil onun arxasınca qaçmışdır. Onlar dayanacağdan uzaqlaşdıqdan sonra bir taksiyə əyləşmiş və götürdükləri mobil telefonu satmaq üçün Nəsimi rayonu 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən telefob mağazasına məxsus şəxsiyyət vəsiqəsini telefonla birlikdə mağazada olan satıcıya vermiş və satıcı qeydiyyat apardıqdan sonra mobil telefonu paketə qoyaraq onlarla birlikdə Nəsimi rayonu,3- cü mikrorayon dairəsi tərəfə pul götürmək üçün getmişlər. Deyilən yerə çatdıqda satıcı ilə görüşən bir nəfər şəxs telefonu ondan götürmüş və qarşılığında ona 300 manat pul vermişdir. Satıcı isə 300 manatı Cəlilin yanında ona vermişdir. Daha sonra onlar oradan uzaqlaşmış, əldə etdikləri 50 manatı birlikdə yemək yemiş, geri qalan 250 manatı Cəlil ehtiyacı olduğunu üçün özündə saxlamışdır. Qeyd edilənlərə əsasən həmin ifadəsinin Cəlillə birlikdə cinayət törətməsi hissəsi ilə razı deyildir, cinayəti özü tək törətmişdir, törətdiyi cinayət işi üzrə zərərçəkənin telefonunun qaytarılmasını, zərərçəkənin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə Nərimanov rayon məhkəməsi və 181.2.5-ci maddəsi ilə Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən məhkum olunmuşdur. 03 fevral 2022-ci il tarixdə səhər saatlarında kirayə ev axtarmaq üçün Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasına getmişdir.Orada kirayə ev axtararkən təsadüfən Ələddin adlı şəxslə tanış olmuş və qalmaq üçün kirayə ev axtardığını bildirmişdir. Qarşılığında isə Ələddin ona burada ev tapmağın çətin olacağını, ev tapanadək Nəsimi rayonu, Xutor deyilən evdə onunla birlikdə gündəlik evdə qala biləcəklərini demişdir. O, Ələddinlə razılaşdıqdan sonra birlikdə Xutor adlanan əraziyə gəlmiş və orada 1 günü 3 manata olan evdə qalmışlar. 04.02.2022-ci il tarixdə Ələddin ona birlikdə paltar almaq üçün 28 may metrostansiyasının yaxınlığında yerləşən paltar dükanına getməklərini xahiş etmişdir. O, Ələddinlə razılaşmış və paltar dükanına getmişlər. Lakin dükan bağlı olduğundan onlar biraz ayaqla gəzmək qərarına gəlmişlər.Səbail rayonu, İçərişəhər stansiaysının yaxınlığında olarkən Ələddin ona bugün Ramana qəsəbəsində yaşayan qardaşıgildə qalacağını demişdir. O, da həmin gün 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən qohumugildə qalacağını bildirmişdir. Buna görə də İçərişəhər metrostansiyasının yaxınlığında saat təxminən 20 radələrində 77 saylı xətt avtobusuna minmiş və arxada yerləşən oturacaqda əyləşmişlər. Əyləşdikdən sonra o, yorğun olduğu üçün biraz yatmaq qərarına gəlmişdir. Bir müddət sonra avtobusdan gələn səs-küyə görə yuxudan ayıldıqda Ələddinin avtobusun arxa qapısından düşərək qaçdığını görmüş və о da, yuxulu və həyəcanlı olduğundan Ələddinin arxasınca qaçmağa başlamışdır.Təxminən 200 metr qaçdıqdan sonra ara küçələrində birində əyləşmişlər. O, Ələddindən niyə belə hərəkət etdiyini soruşduqda, Ələddin avtobusda əyləşən xanımın əlindən telefonu almaq istədiyini, lakin buna nail olmayıb qaçaraq oradan uzaqlaşdığını bildirmişdir.Daha sonra onlar birlikdə taksiyə əyləşmiş və 20 yanvar metrostansiyasının yaxınlığında düşmüşlər.20 yanvar metrostansiyasının yaxınlığında yerləşən telefon dükanının qarşısından keçərkən Ələddin ona məxsus iphone 12 pro max markalı telefonu satmasını xahiş etdiyini bildirmişdir.Sonra o, telefon dükanının qarşısında gözləmiş və Ələddin telefon dükanına daxil olmuş və bir neçə dəqiqə sonra dükandan çıxaraq telefonu 300 manata satdığını.yaxınlıqda yerləşən kafelərin birində yemək yeyə biləcəklərini bildirmişdir. Kafedən çıxdıqdan sonra Ələddin ondan pulunun olmasını, ehtiyacı varsa verə biləcəyini soruşduqda o, heç nəyə ehtiyacı olmadığını bildirmiş və o, Ələddinlə sağollaşaraq evə getmişdir. 12 fevral 2022-ci il tarixdə 13 radələrində Koroğlu metrostansiyasının yaxınlığında iki nəfər özlərini polis əməkdaşı kimi təqdim edən şəxs onu 26-cı polis bölməsinə gətirmiş və bölmədə ona məlum olmuşdur ki, Ələddinin qardaşının telefonu kimi təqdim edib satdığı telefon əslində avtobusdakı qarşıda əyləşən xanımın telefonu olub. Göstərilənlərin nəzərə alınmasını, yeni ailə qurmasını, zərərçəkənin ziyanının qaytarılmasını, şikayət və tələbinini olmamasını nəzərə alaraq ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hal-hazırda göstərdiyi ünvanda yaşayır hal hazırda Seçenov adına Moskva Dövlət universitetində təhsil alır. 04 fevral 2022-cı il tarixdə o, saat təxminən 20 radələrində İçərişəhər metrostansiyasının yaxınlığında 77 saylı **-HZ-*** d.q.n. xətt avtobusuna minərkən dayanacaqda onun araxasında dayanmış iki nəfər şəxs də onunla birlikdə avtobusa minmişdir. O avtobusda arxa tərəfdə yerləşən oturacaqların birində əyləşmişdir. Həmin iki nəfər isə onun arxasında olan oturacaqda əyləşmişlər. Avtobus ünvan 2 ünvanda olan avtobus dayanacağında saxlayan zaman ondan arxa tərəfdə əyləşən iki nəfər şəxslərdən biri boyda balaca, saçı seyrək olan şəxs onun əlində saxladığı İphone “12 PRO MAX” markalı mobil telefonu əlidən alaraq avtobusun qapısının açıq olmasından istifadə edərək qaçmış.yanında olan boyda hündür.saçı gur və üzü saqqallı olan şəxs isə onun arxasınca avtobusun orta qapısından düşərək qaçmışdır. Həmin vaxt o.qaçan iki nəfər şəxsin arxasınca qışqırsa da onlar buna məhəl qoymayaraq birlikdə qaçaraq oradan uzaqlaşmışlar. O, həyəcanlı olduğundan və qorxduğundan həmin şəxslərin hansı tərəfə qaçdıqlarını görə bilməmişdir. Əlavə olaraq bildirmişdir ki.həmin şəxslərdən biri boyda balaca, saçı seyrək.digəri isə boyda hündür, saçı gur, üzü saqqallı təxminən 30 yaşlı şəxslər idi. Bundan sonra о, dərhal Yasamal RPİnin 26-cı PB-nə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki. ona məxsus açıq şəkildə talanmış iphone 12 pro max markalı mobil telefonun dəyəri 3300 manat olmuş, məhkəmə- əmtəəşünaslıq ekspertizasının 12.04.2022-ci il tarixli, 9/1453 nömrəli rəyində göstərilmiş qiymət ilə razı deyildir. Həmin şəxslər hazırda məhkəmədə təqsirləndirilən şəxslərdir, onları istintaq dövrü tanımışdır. Bir oğlan telefonu onun əlindən alıb qaçan kimi digər oğlan da onun dalınca həmin andı avtobusdan düşüb birlikdə qaçıb getmişlər. Onların birinin yatması, digərinin törətdiyi əməli görməməsi, cinayəti bir nəfərin törətməsi əsassızdır, ikisi də birlikdə törədiblər. Bundan əlavə hadisənin necə törədilməsi, bir oğlanın telefonu onun əlindən alıb qaçması ilə birlikdə digər oğlan da onun arxasıca qaçması, yəni əməli birlikdə törətmələri avtobusun kamerasına aydın düşmüşdür. Onun telefonu təzə olmuşdur, işlək vəziyyətdə idi, lakin sonradan telefonu ona qaytarılanda ekranı sınıq olub, işləmirdi, hazırda da işləmir, təmiri üçün ən azı 500 manat xərci vardır. Bununla belə şikayətçi deyil və hər hansı tələbi yoxdur, təqsirləndirilən şəxslərin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonu, Moskva pr.46 ünvanında yerləşən telefon dükanında 2013-cü ildən satıcı işləyir. Ehtiyac olduqda işlənmiş mobil telefonlar da alıb, təmir edib satırmış. 04.02.2022-ci il tarixdə saat təxminən 20 radələrində işlədiyi telefon dükanını baqlayıb evə getmək istəyərkən iki nəfər şəxs telefon dükanına daxil oldu və ona satılası telefonunun olduğunu bildirdilər.O, da telefonun hansı model olduğunu soruşduqda iki nəfər şəxsdən boyda balaca,saçı seyrək olanı iphone 12 pro max markalı mobil telefonu cibindən çıxararaq ona vermişdir.O, mobil telefonu sonradan admin Ələddin olduğunu bildiyi şəxsdən alıb xarici görünüşünə baxmağa başlamışdır.O Ələddindən telefonun qiymətini soruşduqda sonuncu mobil telefonu 600 manata sata biləcəyini bildirmişdir.O, Ələddinlə qiymətdə razılaşmadıqlarına görə Ələddin telefonu ondan almış və dükandan çıxıb getmişdirlər. Təxminən 5 dəqiqə sonra həmin iki nəfər şəxs təkrar о, işlədiyi dükana gəlmişdirlər.Təkrar Ələddin cibindən telefonu çıxarıb ona vermiş və qiymətdə razılaşmaqlarını istəmişlər.O Ələddin və sonradan adının Cəlil olduğunu bildiyi şəxsə həmin İphone 12 pro max markalı mobil telefonu 300 manata ala biləcəyini bildirmişdir. Ələddin və Cəlil isə əvvəlcə 600 manata satmaq istədiklərini bildirsələr də.sonda о, dediyi 300 manatla razılaşmışlar.Daha sonra isə Ələddin cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb ona vermiş və о sənədləşmə aparmağa başlamışdır.Sənədləşmə aparıb qurtardıqdan sonra о üzərində pul olmadığı üçün telefon dükanını bağlamış və Cəlil ilə biraz qabaq tərəfə Xəyal adlı dostundan pul götürmək üçün getmişlər.Xəyaldan 300 manat pul götürdükdən sonra Cəlillə birlikdə işlədiyi telefon dükanının qarşısına gəlmiş və о pulu sayaraq Ələddinə vermişdir.Ələddin və Cəlil ondan pulu aldıqdan sonra birlikdə onun yanından uzaqlaşmışlar. Cinayət işi materiallarında olan avtobusda quraşdırılmış kameranın qeydə aldığı və 1 ədəd DVD diskdəki videogörüntüdən görünür ki, bir oğlan avtobusun arxa tərəfindən irəliyə doğru qaçaraq avtobusun arxa qapısınddan duşub qaçır uzaqlaşır, sonra bir qız qaçaraq onun arxasıca avtobusdan düşmək istəyir, lakin ikinci oğlan avtobusun arxasından qapıya doğru qaçaraq qızı itələyib avtobusun həmin qapısından düşüb, o biri oğlanın arxasıca qaçır, uzaqlaşaraq kamera görüntülərindən itir. Qız avtobbusdan düşərək həmin iki oğlanın arxasıca qaçır, uzaqlaşır, bir müddət sonra qız geri qayıdır, avtobusda olan digər sərnişinlər telefonları ilə harasa zəng edirlər. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının 12 aprel 2022ci il tarixli, 9/1453 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, , tədqiqata təqdim edilmiş 01 ədəd “İphone 12 Pro Max” markalı, A2411 modelli, 128 GB yaddaş tutumlu mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadə olunduğu nəzərə alaraq, 2022-ci ilin fevral ayına orta bazar qiyməri təxminən 1500 manat müəyyən edilmişdir. Bununla da zərərçəkmişin ifadəsi, elan edilmiş şahidin ifadəsi, videogörüntüdə qeydə alınmış hərəkətlərlə təsdiq edilir ki, zərərçəkmiş qızın əlindən telefonun alınıb qaçılması əməlində təqsirləndirilən şəxslərin əlbirliyi təsdiq edilir. Təqsirləndirilən şəxs2 guya avtobusda yatması, Ələddinin avtobusda soygunçuluq etməsindən xəbəri olmaması barədə göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir, yalandır, özünü müdafiə xarakterli ifadədir. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərdən X4 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, digər Təqsirləndirilən şəxs1 isə özünü qismən təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadələrinə, zərərçəkmiş şəxsin və şahid ifadəsinə, avtobusun kamerasının qeydə aldığı videogörüntü, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.1-ci maddsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 180.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxslərə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.05.2013-cü il tarixli hökmü ilə CM-nin 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinib 09 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan əlavə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09.10.2015-ci il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinmiş və CM-nin 67.1-ci maddəsi qaydasında hökmlərin məcmusu üzrə ona qəti olaraq 06 il 10 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhhkəməsinin 27.08.2021-ci il tarixli qərarı ilə 11 ay 13 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Həmçinin belə olduğu təqdirdə CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bununla da hazırkı cinayəti, əvvəlki hökmlə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə, yəni şərti olaraq vaxtından əvvəl azad edildiyi cəza müddətində törətdiyi üçün və hazırkı cinayət qəsdən törədilən az ağır cinayət hesab edildiyi üçün CMnin 76.6.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əsasən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, zərərçəkmişə vurulmuş ziyan ödənilmişdir, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin cəzalandırılmasını istəmir. Məhkəmə təqsirləndirilən şəxslərin cavan olmasını, onlardan X1 törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxslərin cəzalandırılmasını istəməməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 münasibətdə yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs1 münasibətdə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq dövründə 14.02.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12.02.2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq dövründə 14.02.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12.02.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış cinayət hadisəsini əks etdirən videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, maddi sübut olan 1 ədəd “X9” markalı, A2411 modelli mobil telefon Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən hər birindən bərabər məbləğdə tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 76.6.3 və 67.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09.10.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 06 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay 13 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Həmin çəkilməmiş qalan cəza hazırkı hökmlə təyin olunan cəzaya qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 qəti olaraq 03 il (üç il) 08 ay (səkkiz ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 1 ədəd “X9” markalı, A2411 modelli, mobil telefon Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan, cinayət hadisəsini əks etdirən videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc olan 50 manata (əlli manat) görə hər bir təqsirləndirilən şəxsdən həmin məbləğin yarısı, yəni Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat və Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat məbləğdə pul tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi3 ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Kredo”vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo”vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-261/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-261/2022
03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver