Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-261/2023 03.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan yaşayış sahəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,702 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 12:45-də Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin inzaibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,702 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 15 ilə yaxındır ki, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir və bədənində ağrılar olan zaman narkotik vasitə hesab edilən heroin və ya psixotrop maddə hesab edilən metamfetamin qəbul edir. Hər dəfə narkotik vasitə və psixotrop maddəni ayrı-ayrı şəxslərdən alıb qəbul edir və həmin şəxsləri tanımır. Belə ki, tutulmamışdan əvvəl, yəni xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan yaşayış sahəsində üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat pul ödəyərək şəxsi istifadəsi üçün bir ədəd ağ kağıza bükülmüş psixotrop maddə olan metamfetamini almışdır. Həmin psixotrop maddəni bədənində ağrılar olan zaman istifadə etmək üçün əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş vəziyyətdə saxlamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə, saat 12:45-də yaşadığı ünvan 1 ünvanının yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. Daha sonra Yasamal RPİ-nin inzibati binasında olan otaqların birində olduğu zaman digər polis əməkdaşı ona yaxınlaşaraq Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş müstəntiqi Əli Məmmədov olduğunu, psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onun üzərinə axtarış və götürmə aparılacağını bildirib, ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o, da cavabında maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını və əgər mümkündürsə dövlət hesabına onun üçün vəkilin dəvət olunmasını bildirərək bu barədə ərizədə yazıb imzalamışdır. Bununla bağlı həmin baş təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri 22 saylı Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və o, həmin siyahıdan istənilən vəkil tərəfindən dövlət hesabına hüquqlarının müdafiə edilməsini xahiş etmişdir. Təxminən 30-40 dəqiqədən sonra oraya gəlmiş göstərilən büronun vəkili Xəyalə Babayevanı baş təhqiqatçı ona təqdim etmiş və o, da etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Bundan sonra isə təhqiqatçı Əli Məmmədov onu və vəkil Xəyalə Babayevanı, X1, eləcə də onu küçədə saxlamış həmin polis əməkdaşlarını Yasamal Rayon Polis İdarəsinin inzibati binasında yerləşən xidməti otağına dəvət edərək ilkin olaraq orada vəkil Xəyalə Babayevanın iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmış və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri vermişdir. Daha sonra isə baş təhqiqatçı Əli məmmədov videoçəkiliş aparılmaqla onun üstünə şəxsi axtarış keçirilməsinə başlayarkən ona təklif etmişdir ki, əgər üstündə qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə və ya psixotrop maddə varsa, onda könüllü çıxarıb təqdim etsin. O, da hər bir halda tutulduğundan ifşa olunacağını anladığı üçün məcbur olub özü boz rəngli idman şalvarının sağ yan cibində saxladığı yuxarıda göstərilən qaydada əldə etdiyi həmin, yəni bir ədəd ağ kağıza bükülmüş psixotrop maddə olan metamfetamini könüllü olaraq təqdim edərək bildirmişdir ki, onu xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Nəsimi rayonu ərazisində yerləşən "Kubinka” adlanan yaşayış sahəsində üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat pul ödəyərək şəxsi istifadəsi üçün almışdır. Həmin psixotrop maddəni bədənində ağrılar olan zaman istifadə etmək üçün əynindəki boz rəngli idman şalvarının sağ yan cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, 12:45-də yaşadığı ünvan 1 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmişdir. Daha sonra isə baş təhqiqatçı Əli Məmmədov təqdim etdiyi bir ədəd ağ kağıza bükülmüş bükümü açıb baxış keçirərkən psixotrop maddə olan metamfetaminə bənzər maddə olmasını aşkar etmişdir. Bundan sonra Yasamal Rayon Polis İdarəsinin Yasamal RPİnin TİQ-nin inspektoru, X2 onun üstünü axtarmış, lakin ondan heç bir digər qanunsuz əşya və ya predmetlər aşkar olunmamşdır. Həmçinin baş təhqiqatçı Əli Məmmədov onun və vəkili Xəyalə Babayevanın, eləcə də orada iştirak edən 3 nəfər polis əməkdaşının iştirakı ilə keçirilmiş şəxsi axtarışla psixotrop maddənin ondan aşkar olunub götürülməsi ilə əlaqədar müvafiq protokol tərtib etdiyi üçün o da həmin protokolu bütün iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Ondan aşkar olunmuş həmin büküm içindəki psixotrop maddə ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və möhürlənib bağlandığı üçün həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmişdir. Bundan əvvəl və ya bilavasitə xx.xx.2022-ci il tarixdə aldığı psixotrop maddəni satmaq niyyətində olmamışdır və bədənində ağrılar olduğuna görə yalnız öz istehlakı üçün də əldə edərək şalvarının cibində daşımışdır ki, ağrısı başladıqda onu istifadə edə bilsin. Həmin psixotrop maddəni ona satmış şəxsin adını və ya hər hansı bir anket məlumatlarını, eləcə də iş və ya yaşayış yerini və telefon nömrəsini bilmir, göstərilən bir ədəd kağız bükümündə psixotrop maddəni xx.xx.2022-ci il tarixdə alarkən yanında hər hansı bir digər şəxslər olmamışdır. Bundan əvvəl və ya bilavasitə xx.xx.2022-ci il tarixdə aldığı həmin psixotrop maddəni bədənində ağrılar olan zaman istifadə etmək üçün tamlıqla əynindəki boz rəngli idman şalvarının sağ yan cibində saxlamış və yuxarıda göstərilən qaydada Yasamal RPİ-nin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı tərəfindən təhvil verilmişdir. Törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, 22 noyabr 2022-ci il tarixdə xidmət etdiyi bölməyə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Yasamal rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 19-da qeydiyyatda olan və yaşayan İmanova X4 rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəlidir. Həmin məlumat haqqında dərhal onun tərəfindən raport əsasında Yasamal RPİ-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında və bölmənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkil Şahid1 ilə birlikdə Polis idarəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün, yəni 22 noyabr 2022-ci il tarixdə saat 12:45 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 4 ünvanın qarşısında dayandığını görüb ona yaxınlaşaraq özlərini təqdim edərək onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətən də o, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdır. Beləliklə də, onlar, Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək onlarla birlikdə Yasamal RPİ-nə getməyini təklif etmişlər, Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan Yasamal RPİ-nə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaxalanaraq Yasamal RPİ-nə gətirilməsi barədə tərəfindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru X7 həvalə olunmuşdur. Bununla bağlı, baş təhqiqatçı X10 RPİ-nin TŞ-də iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısından istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsini, lakin maddi vəziyyətinin ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanı olmadığını bildirərək dövlət hesabına cinayət prosesində onun hüquqlarının müdafiə olunması üçün dəvət olunmasını xahiş edərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı, baş təhqiqatçı Əli Məmmədov dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3 Yasamal RPİ-nə dəvət etmişdir. Bundan sonra isə baş təhqiqatçı Əli Məmmədov, Təqsirləndirilən şəxs dəvət olunmuş vəkil Xəyalə Babayevanı təqdim etmiş və o da, təqdim olunan vəkil Xəyalə Babayeva tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra, baş təhqiqatçı X12 İmanovanın şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmişdir. Sonra baş təhqiqatçı X12 İmanovanın şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edib ona hüquq və vəzifələrini izah edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını elan etmişdir, daha sonra isə onun üzərinə vəkilinin, eləcə də onun və əməliyyat müvəkkili Şahid1, qadın polis əməkdaşı Yasamal RPİ-nin Təhqiqat inspeksiya qrupunun inspektoru Şahid3 iştirakları ilə axtarış və götürmə keçirməyə başlamışdır. Baş təhqiqatçı Əli Məmmədov şəxsi axtarış və götürmə başlamazdan əvvəl saat 14:20-də şəxsi axtarışın aparılacağını bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı istintaq hərəkətinin «iphone» markalı mobil telefon vasitəsi ilə qeydə alınacağını elan etdimişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra təhqiqatçı Əli Məmmədov ona saxlanılarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah edilib-edilməsi, hər hansı bir vəsatət və ya etirazlarının olub-olmaması, özü barədə anket məlumatlarını bildirməsi təklif olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı heç bir vəsatət və etirazının olmadığını və özü barədə anket məlumatlarını bildirdikdən sonra baş təhqiqatçı Əli Məmmədov şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah edilməklə üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğunu bildirərək əynindəki boz rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, bundan sonra baş təhqiqatçı Əli Məmmədov tərəfindən ağ kağıza bükülmüş büküm açılaraq keçirilən baxış zamanı bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş təhqiqatçı Əli Məmmədov şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nədən ibarət olmasını, həmin maddənin harada, kimdən, hansı məqsədlə əldə etməsini soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümünün içərisində olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni "Kubinka" adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata öz şəxsi istifadəsi məqsədilə əldə edib üzərində saxladığını, üzərində başqa qanunsuz əşya saxlamamasını bildirmişdir. Bundan sonra Yasamal Rayon Polis İdarəsinin TİQ-nin inspektoru polis kapitanı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üstü axtarılmış, lakin Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya yə ya predmetlər aşkar olunmamışdır. Daha sonra baş təhqiqatçı X12 İmanovanın üzərindən aşkar edilmiş 01 ədəd ağ kağıza bükülmüş büküm içərisində olan maddə ilə birlikdə ağ rəngli boş zərfə yerləşdirilərək qablaşdırılacağı və DİN-nin 42 saylı zərflər üçün möhürlə möhürlənəcəyini və aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını bildirərək şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Xəyalə Babayevaya, həmçinin proses iştirakçılarına aparılan prosessual hərəkətlə bağlı vəsatət və etirazların olub-olması barədə sorğu edildikə proses iştirakçıları və şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Xəyalə Babayeva heç bir vəsatət və etirazının olmadığını bildirmişlər. Müdafiəçi Xəyalə Babayeva tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı bir formada təzyiq və zor göstərilib-göstərilməməsi barədə soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı bir formada təzyiq və zor göstərilmədiyini bildirmişdir, baş təhqiqatçı Əli Məmmədov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ kağıza bükülmüş büküm içərisində olan maddə ilə birlikdə ağ rəngli boş zərfə yerləşdirilərək qablaşdırılmış və həmin zərf DİN-nin 42 saylı zərflər üçün möhürü ilə möhürlənmişdir, həmin zərfin üzərinə Təqsirləndirilən şəxs və proses iştirakçıları tərəfindən, həmçinin onun tərəfindən imzalanmışdır. Daha sonra baş təhqiqatçı Əli Məmmədov içərisində büküm olan qablaşdırılmış və möhürlənmiş həmin zərf tərtib ediləcək protokola əlavə ediləcəyini, proses iştirakçılarına hər hansı bir vəsatət və etirazlarının olub olmaması soruşulduqda Təqsirləndirilən şəxs və müdafiəçi Xəyalə Babayeva, o, cümlədən onun və digər iştirakçılar tərəfindən heç bir etiraz və vəsatətlərinin olmadığı bildirilmişdir. Bundan sonra baş təhqiqatçı Əli Məmmədov şəxsi axtarış və götürmə hərəkətinin başa çatmasını elan etmişdir. Aparılmış şəxsi axtarışla Nisə İmanovdan aşkar olunub-götürülmüş həmin bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı baş təhqiqatçı Əli Məmmədov tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o, da həmin protokola imza etmişdir. Sonra isə Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddə ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəyə əsasən həmin bükümdə təmiz çəkisi 0,702 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olmaması müəyyən olunmuşdur. Beləliklə də, Təqsirləndirilən şəxs əməlində qanunsuz psixotrop maddə metamfetamini əldə etmə və saxlama cinayətin tərkibi olduğu üçün toplanmış material aidiyyəti üzrə Yasamal Rayon Polis idarəsinin istintaq Şöbəsinə göndərilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşqul olması barədə məlumat əldə olunmamışdır, yalnız onun narkomaniyaya qurşanmış şəxs olması müəyyən olmuşdur. Üzərindən aşkar olunmuş yuxarıda göstərilən psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs məhz öz istehlakı üçün qanunsuz əldə edərək üzərində saxlamışdır. Onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşqul olması və ya bilavasitə üzərindən aşkar olunmuş həmin narkotik vasitə hesab edilən psixotrop maddə metamfetamini hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş həmin psixotrop maddə metamfetaminin mənbəsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 23 noyabr 2022-ci il tarixli 6/6696 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində”... Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,702 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1725 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 3 dəfə CMnin 234.1-ci maddəsi ilə məhkum edilmişdir, belə ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, sonuncu dəfə isə Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 02 ay 11 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 1(004)-83/2023 saylı hökmündən görünür ki, İmanova X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)- 83/2023 saylı hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəlinin 22 dekabr 2022-ci il tarixdən hesablanması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Həmin hökm qanuni qüvvəsini almışdır. Bununla da Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli xx.xx.2022-ci il tarixdə törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 22 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun 24 noyabr 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Həmçinin iş materiallarına əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə o, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 01 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 02 ay (bir il iki ay) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 01 ay 28 gün (bir il bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündə müəyyən edilmiş xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həmin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,652 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-261/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-261/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver