Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-262/2021 09.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, Məhkəmə iclasının katibi: X8, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili: Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi və vəkili: Müdafiəçi iştirakı ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, X5 04 may 2021-ci il tarixdə "TV24az" YouTube internet kanalında çıxış edərkən və 05 may 2021-ci il tarixdə "XURAL TV" YouTube internet kanallarında müsahibə verərkən X11 oölunun ünvanına şərəf və ləyaqətini nalayiq formada alçaldan, nüfuzdan salan ifadələrdən istifadə etmişdir. Belə ki, 04 may 2021-ci il tarixdə "TV24az" YouTube internet kanalında yayımlanmış 8.50 dəqiqə davamlı çıxışında X1 Fikrət Vəli oğlunun ünvanına "Fırıldağçı", "Dələduz", "Oğru", "Cinayətkar" kimi ifadələr işlətmişdir. Bundan başqa 05 may 2021-ci il tarixdə "XURAL TV" YouTube internet kanalında yayımlanmış müsahibədə X1 Fikrət Vəli oğlunun ünvanına "onu bunu aldatmaqla məşğuldur" fikri və "Firildaqçı, "Dələduz", "Mahir fırıldaqçı", "Cinayətkar", "Oğru" kimi ifadələr işlətmişdir. X3 çıxışı və müsahibəsinin videogörüntüləri üzrə "imza Ekspertiza Mərkəzi" tərəfindən 07 iyun 2021-ci il tarixli 21/21 saylı mütəxəsis rəyi alınmış və rəyə əsasən aşağıdakılar müəyyən edilmişdir: 1. Ekspertizaya təqdim olunmuş, Sakin Ağayev kimi təqdim olunan şəxsin (X5) 04 may 2021-ci il taxidə "TV24az" YouTube internet kanalında yayımlanmış, 8.50 dəqiqə davamlı çıxışında X6 ünvanına söylədiyi "Firildaqçı", "Dələduz", "Oğru", "Cinayətkar" kimi ifadələr linqvistik təhlil baxımından təhqir olub, X6 şərəf və ləyaqətini nalayiq formada alçaldır, onun işgüzar nüfuzuna xələl gətirir. 2. Ekspertizaya təqdim olunmuş, Sakin Ağayev kimi təqdim olunan şəxsin (X5) "XURAL TV" YouTube internet kanalında X6 ünvanına söylədiyi onu bunu aldatmaqla məşğuldur" fikri və "Firildaqçı, "Dələduz", "Mahir fırıldaqçı", "Cinayətkar", "Oğru" kimi ifadələr linqvistik təhlil baxımından təhqir olub, X6 şərəf və ləyaqətini nalayiq formada alçaldır, onun işgüzar nüfuzuna xələl gətirir. Beləliklə, toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, X5 04 may 2021-ci il taxidə "TV24az" yayımlanmış çıxışında X6 ünvanına "Firildaqçı", "Dələduz", "Oğru", "Cinayətkar" kimi ifadələr və 05 may 2021-ci il tarixdə "XURAL TV" YouTube internet kanalında yayımlanmış müsahibədə X6 ünvanına "onu bunu aldatmaqla məşğuldur" fikri və "Firildaqçı, "Dələduz", "Mahir fırıldaqçı", "Cinayətkar", "Oğru" kimi ifadələr işlədərək onu təhqir etmiş, yəni kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. İşin faktiki hallarını və qanuni əsaslarını nəzərə alaraq hesab edirəm ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və törətdiyi cinayət nəticəsində mənə mənəvi ziyan vurmuşdur. X5 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi üçün kifayət qədər əsasların olmasını hesab edir. 26.01.1963-cü ildə Azərbaycan Respublikası, İsmayıllı rayonu, Təzəkənd kəndində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ed 4A, mənzil 41-də yaşayan X3 (şəxsiyyət xəsiqəsi AZE ********), (telefon 050 750-00-00) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verdiyi şikayəti məhkəmənin icraatına qəbul edərək məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X6 nümayəndəsi və vəkili Nümayəndə şikayətin icraata qəbul edilməsini və X4 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə şikayət vermiş şəxsin haqqında məlumatlar (doğulduğu il, məşğuliyyət növü və vəzifəsi) göstərilməmişdir. Halbuki, CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-262/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-262/2021
09.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver