Məhkəmə qərarları › İş №1(004)-262/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-262/2024

19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-262/2024 19.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs: xx.xx.1964-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “K.Fərəcova adına X2” tibb bacısı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs K.Fərəcova adına Elmi X5 tibb bacısı işləyən Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 Mənzil İnşaatı Dövlət Agentliyi vasitəsi ilə inşa edilən sosial evin alınmasında köməklik göstərməsinə dair ünvan 2 ünvanında X9 İnstitutunun həyətində özünə müraciəti ilə əlaqədar həmin görüşləri zamanı sonuncuya Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdən qanunvericiliklə nəzərdə tutulmuş halların mövcud olmadığı halda belə iş yoldaşı Şahid1 vasitəsilə 1 ədəd olmaqla 4 otaqlı, 96 m2 ölçüdə olan mənzilin ayrılmasını təmin etmək imkanına malik olduğunu yalandan bildirib qeyd olunan məsələnin müsbət həlli üçün sonuncu vasitəsi ilə həmin Agentliyin səlahiyyətli vəzifəli şəxsinə 14.000 (on dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra, 2020-ci ilin yanvar ayında ünvan 2 ünvanında X1rşısında Zərərçəkmiş şəxs1 9.000 (doqquz min) manat, eyni niyyətlə həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Gənclik Metrostansiyasının yaxınlığında Şahid1 vasitəsi ilə əlavə olaraq 5.000 (beş min) manat olmaqla cəmi 14.000 (on dörd min) manat pul vəsaitini alıb, həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Şahid1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 14.000 (on dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs3 Mənzil İnşaatı Dövlət Agentliyi vasitəsi ilə inşa edilən sosial evin alınmasında köməklik göstərməsinə dair ünvan 2 ünvanında X9 İnstitutunun həyətində özünə müraciəti ilə əlaqədar həmin görüşləri zamanı sonuncuya Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdən qanunvericiliklə nəzərdə tutulmuş halların mövcud olmadığı halda belə iş yoldaşı Şahid1 vasitəsilə 1 ədəd olmaqla 1 otaqlı, 74 m2 ölçüdə olan mənzilin ayrılmasını təmin etmək imkanına malik olduğunu yalandan bildirib ,qeyd olunan məsələnin müsbət həlli üçün sonuncu vasitəsi ilə həmin Agentliyin səlahiyyətli vəzifəli şəxsinə 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs3 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra, 2020-ci ilin yanvar ayında ünvan 2 ünvanında X1rşısında Zərərçəkmiş şəxs3 7.000 (yeddi min) manat pul vəsaitini alıb, qabaqcadan əlbir olduğu Şahid1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs2 Mənzil İnşaatı Dövlət Agentliyi vasitəsi ilə inşa edilən sosial evin alınmasında köməklik göstərməsinə dair ünvan 2 ünvanında X9 İnstitutunun həyətində özünə müraciəti ilə əlaqədar həmin görüşləri zamanı sonuncuya Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdən qanunvericiliklə nəzərdə tutulmuş halların mövcud olmadığı halda belə iş yoldaşı Şahid1 vasitəsilə 1 ədəd olmaqla 2 otaqlı, 96 m2 ölçüdə olan mənzilin ayrılmasını təmin etmək imkanına malik olduğunu yalandan bildirib qeyd olunan məsələnin müsbət həlli üçün sonuncu vasitəsi ilə həmin Agentliyin səlahiyyətli vəzifəli şəxsinə 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs2 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra, 2020-ci ilin yanvar ayında ünvan 2 ünvanında X1rşısında Zərərçəkmiş şəxs2 8.000 (səkkiz min) manat pul vəsaitini alıb, qabaqcadan əlbir olduğu Şahid1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs4 Mənzil İnşaatı Dövlət Agentliyi vasitəsi ilə inşa edilən sosial evin alınmasında köməklik göstərməsinə dair ünvan 2 ünvanında X9 İnstitutunun həyətində özünə müraciəti ilə əlaqədar həmin görüşləri zamanı sonuncuya Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdən qanunvericiliklə nəzərdə tutulmuş halların mövcud olmadığı halda belə iş yoldaşı Şahid1 vasitəsilə 1 ədəd olmaqla 2 otaqlı, 74 m2 ölçüdə olan mənzilin ayrılmasını təmin etmək imkanına malik olduğunu yalandan bildirib qeyd olunan məsələnin müsbət həlli üçün həmin Agentliyin səlahiyyətli vəzifəli şəxsinə 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs4 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra 2020-ci ilin yanvar ayında ünvan 2 ünvanında X1rşısında Zərərçəkmiş şəxs4 8.000 (səkkiz min) manat pul vəsaitini alıb, qabaqcadan əlbir olduğu Şahid1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Günayla onlar artıq 20 ildən çoxdur ki, biryerdə işləyirdilər, işçi kimi yaxşı işçi idi, müəyyən bir vaxt gəlmişdir ki, deyib o gözdən pensiya düzəldir, onun da gözü xəstə olduğu üçün deyib ki, hə, düzəlt istəyir, bu gətirib ona bir qız göstərib ki, o düzəldir onun üçün, düzəldib ona müəyyən məbləğdə pul verib, düzəldib, hər ay 250 manat ona pul verirmiş, sən demə bu yalandan imiş, ondan alır buna, bundan alır ona, ancaq onu da inandıran o oldu ki, onun ona qız göstərməyi də, dedi hə, gözü də xəstə, ona düşür onsuzda. Nə isə müəyyən vaxt keçmişdir, deyib ki, sosial evlər var, istəyirsən, deyib yox, onun ehtiyacı yoxdur, uşaqlarının evi var, nə isə bir-iki yerdə deyib ki, belə evlər, videosunu da çəkmişdi evlərin, aylıq bu qədər verirsən, o da bir-iki yerdə demiş, birdə görüb ki, bu xanımlar zəng edib ona ki, istəyir, deyib vallah o qarışmır, gəlin sizi tanış edim, özünüz danışın, suallarınızı verin, qane edirsə, pulunuzu verin. Elə olmuşdur ki, bunlar deyib razıyıq, demişdir bax, o sabah günahkar sayılmasın, deyib yox, sən tanış elə. Bunlar gəlmişlər, X3, əvvəl Təranə xanım ilə Günayın yoldaşı gəlmiş, Günayın heç burda iştirak etməyi düzgün deyil, çünki yoldaşı gətirib pulu. Gətirmişlər aparıb Günay ilə bunları tanış etmiş, çöldə öz haqq-hesablarını etmişlər, suallarını vermişlər, cavablarını almışlar, pullarını vermişlər Günaya. Sonra Emil ilə Könül gəlmiş, onları da yenə tanış etmişdir, özləri pullarını vermişdirlər. Onun günahı budur ki, bunları tanış etmişdir. Sonra heç birini görməmişdir, 5-6 ay ərzində bunlar Günay ilə əlaqədə olmuşlar, Günay bunları özü istiqamətləndirib, hara lazımdır, hardan getmək, o, bu adamları görməmişdir, ta ki, ora qədər ki, Günay özü aradan çıxmış bir momentdə. Onda bunlar hamısı başlamışlar belə. Neçə ildi də Günaydan yapışmışdılar, Günayın məhkəməsi gedirdi, Günayı tutandan sonra gəlib yapışıblar ondan ki, guya Günay deyib ki, pul ondadır. Ancaq belə baxanda o Günay kimi nə gəzməmişdir, nə kef etməmişdir, geyinirdi, keçinirdi, xərcləyirdi o pulları, onlar görürdülər ki, o pulları hara xərcləyir, işləyirdilər də bir yerdə. Günahı budur ki, o onları tanış eləmişdir. Ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, 60 yaşının olmasını nəzərə almasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Kənan adlı bir nəfər var idi, tanıdığı adam idi, o dedi ki, onun iş yoldaşı var, Sənubər xanımın oğlu, dedi onun anasının biryerdə işlədiyi xanım var, deyir onlara ev düzəldiblər, o da dedi gedək görüşək, gəlmişdirlər, Sənubər xanımın oğlu ilə görüşmüşdürlər Ümidlə, aparıb anasının yanına, orada danışmışlar, o da yoldaşını götürmüş, deyib qadındır, gedək bir özü də danışsın. Sənubər xanım da Günayı çağırmış, Günay gəlmiş, o da soruşub Günaydan bu necə olur, o da deyib qanuni şəkildə olur, deyib nə sənədlər lazımdı, sənədləri versin. Şəxsiyyət vəsiqəsi, evlilik haqqında şəhadətnaməni istəmişdir. Sənubər xanımdan soruşub ki, bu pulu birdən verərlər itər-batar. Sənubər xanım deyib ki, 12 ildir onlar biryerdə işləyirlər, narahat olmasınlar, o cavabdehdir, versinlər. 3 otaqlı ev deyib, 9.000 manat da verib o. Günay özü də deyib ki, heç kimə deməsinlər, o bunu özünə götürür. Pulu Sənubər xanımın yanında, xəstəxananın həyətində verdi. Sənubər xanım orada idi, pulu Günaya verdi, üstündən də onun nömrəsini götürdü, arabir yazışırdı, deyirdi filan gün Asan Xidmətə gedirik, orda imza çəkəcəksiniz, sonra üstündən 1 ay keçmişdi, 15 gün keçmişdi, yazdı ki, bəs 4 otaqlı var, birini o götürür, birini istəmirsiniz ki, o da fikirləşdi, dedi istəyir, dedi əlavə 5.000 manat mənlə tez görüşək verin, sistem bağlanır, onu verməliyik, o da dedi harda görüşək, dedi Gənclikdə görüşək, o da getdi Gənclikdə verdi, əlavə 5.000 manat. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2019-cu il yanvar ayının 11-i ya da 12-si idi, anası zəng edib, o işdə idi, özəl bağçada müəllimə köməkçisi kimi işləyirdi, onlarda telefon saatladır, girəndə verirlər, çıxanda götürürlər, günorta saatları idi, nahar vaxtı idi, anası zəng etdi. Onun anası xadiməçi işləyir, Şəhla xanım da orada həkimdir, onlar söhbət ediblər, Şəhla xanımın xalası qızı ilə dünən gecə qonaqlıqda olublar, Sənubər xanım Şəhla xanıma bildirib ki, Yasamal MİDA-ds evler var, ilkin ödəniş ilə evləri götürürsən, aylıq az düşür, aylıq az ödəyirsən, o oğlu üçün götürmək istəyir lakin pulu olmadığına görə götürə bilməmişdir, əgər pulu varsa o götürsün. Bunu Şəhla xanıma deyib. Onun da ailə vəziyyətini hamı bildiyi üçün səhər gəlib deyib ki, Günay çox əziyyət çəkir, ev götürmək istəyirdi, o da o evlər ilə maraqlanırmış deyə, belə bir ev var ilkin ödənişlə götürürsən. Anası ona zəng edib və deyib ki, onda nə qədər pul var, nə qədər yığmışdır, deyib onda 4000 manat var, deyib ki, kimdir bu, deyib Şəhla xanımın xalası qızıdır, deyib zəng et bibinə pul al, deyib ki, sistem bağlanır, bu dövlətin ildə bir dəfə keçirdiyi bir şeydir, təcili olaraq pulu çatdırmalısınız ki ilkin ödənişi asan xidmətdə sistemdən keçirək, sonra Asan xidmətə yaxınlaşıb dövlət rüsumu ödəyəcəklər, sizə sənədlər veriləcək və aybaay pullarını ödəyəcəklər. İlkin ödəniş bir otaqlıya 7000 manat istəyib, aylıq da 232 manat. Onlar öz aralarında danışırdılar, onun vaxtı olmadığına görə çox danışmamışdır. Axşam gəlib evə anası deyib xalasından pul tapıb, səhər o işdədir, yoldaşı evdə olur o gələr pulu verər, adları sistemdən keçər. Anası Sənubər xanımın nömrəsini verib ki, özləri nə lazımdır danışsınlar, Sənubər xanımdan öyrənsinlər. O Sənubər xanıma yazıb ki, o Şəhla xanımın tanışıdır, onlar səhər görüşməlidirlər, harada görüşsələr, necə olacaq deyib ki, OMD-nin heyətində görüşəcəklər, heçnə lazım deyil, bir dənə şəxsiyyət vəsiqəsi lazımdır. Deyib bəs Asan Xidmətə getmək? Deyib sistem bağlanır gedib Asan Xidmətdə növbə gözləmək vaxt çəkəcək və sistem bağlanacaq. Siz ilkin ödənişi verin, adam var o ilkin ödənişi sistemdən keçirəndən sonra sizi Asan Xidmətə onsuzda çağıracaqlar. Pulu Sənubər xanımın özünə vermiş, pulu verəndə Günay xanım orada idi. 7000 manat pul vermişdir. Yekunda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, onun yoldaşı anbarda fəhlə işləyirdi, Şahid2 oraya gəlib mal götürürdü, orada onun yoldaşının fəhləçiliyindən, cahilliyindən istifadə edib deyib ki, sən də kirayələrdə qalırsan belə bir ev var, onun anası baxır, qayda-qanunla götürmək olur, anası həkimdir deyib özlərini elə təqdim ediblər. Sonra sistem bağlanır, biraz tezləşdirmək lazımdır, pul tapa bilsə onun üçün ev götürərlər. Onlar danışandan sonra yoldaşı ona zəng edib ki, Ümid iş yoldaşı belə deyir, tanıdığı adamdır. O, inanmayıb, yoldaşı deyib ki öz anası xəstəxanada işləyir, dayanmadan deyirlər onlar etibarlı adamlardır. 3000 manat Ümidin özünə verib, əlinə, 5000 manat da o atasından istəyib, səhər deyiblər sistem bağlanır şəxsiyyət vəsiqəsi də götürüb getsinlər, anası orada qarşılayacaq. O onun anasını da tanımır, üzünü də görməmişdir. Gedib xəstəxananın qabağında bir yaşlı qadın durub, tanış olub, deyib odur. Sənubər, narahat olmasın, deyib adı Könüldü, deyib bəli, deyib ki, Ümid ona deyib, narahat olmasın, heç bir problem yoxdur, illərdir tanıdığı, 10 ildir işlədiyi bir qadındır, pulu siz ona verəcəksiniz, o aparıb ona verəcək. O, 5000 manat sayıb, xəstəxanada Sənubər xanıma vermişdir. 3000 manatı da gecə oğluna vermişdirlər. Toplam 8000 manat vermişdirlər. Sonra ona deyib ki, şəxsiyyət vəsiqəni təqdim etsin, Asan xidmətə gedəcəklər, o da deyib nə vaxt olacaq, deyib get, evə gedib çatan kimi SMS gələcək. SMS gələn kimi onlara gün təyin olunacaq, Asan xidmətə rüsum ödəyəcəklər, bir də deyib ki, ailə tərkibi haqqında arayış, yaşayış yerindən arayışları da gətirsin təqdim etsin, elə burda olacaq. O, həmin sənədləri də çatdırıb həmin gün, nə isə deyib 16:00-da sistem bağlanır. Aldandığını çox gec bildi. Sonra onu Sənubərin adamları deyib bir qrupa əlavə etdilər, orada Təranə xanım, Günay xanım bir də özü idi. Dedilər siz birinci gedəcəksiniz Asan Xidmətə. Asan Xidmətə getmədilər. Yekunda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, bacısının vasitəsi ilə Günayla tanış olmuşdur, Şəhla xanımın vasitəsi ilə, bacısı zəng edib ki, belə ev işi var. O da bilirdi ki, onun iki oğlu və biraz çətin vəziyyətdir. Həm də oğlu işləyə-işləyə pulu göndərib ki, ana ev ala bilərik mi? Bacısı da bunu bilirdi, ona zəng edib ki, Elvin ev götürmək istəyərsə, belə bir ev var. Bacısı deyib ki, onun da pulu çatmır, ona da köməklik etsin, deyib yaxşı. O, 28 may ərazisində işləyir, “Kapital Bank”-da idi pulu, gedib onu çıxardıb oradan, Sənubər xanıma zəng edib, elə bilib ki, ev düzələcək, deyib ki, ikinci oğlu üçün də ev götürür, deyib ki Hövsan ərazisində olacaq evlər, deyib Hövsan yox, bu tərəflərdə olsa onun üçün də götürə bilər, ikisinin də pulu ayrı-ayrı durmuşdu. O, gedib pulu götürüb, bacısının kürəkəni ilə, burda ən çox işi bacısı qızı Günay görüb, o, pul verib sponsorluq etmişdir, gedib xəstəxananın həyətində görüşmüşlər, iki xanım çıxıb, gəliblər, deyiblər Şəhla xanımın göndərdiyi adamlardırlar, deyib hə. Bəli, pulu özü verib. Pulu ikisi sayıblar, Günay və Sənubər. Yekunda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, belə bir şey var, Günay anasının iş yoldaşı idi, o da normal olaraq ətrafda evə ehtiyacı olanlara deyib ki, belə bir şey var. Orada da Samir adlı bir dost var imiş, o da maraqlanıb ki, istəyir. O da təqribi olaraq deyib ki, adam budur, gedin görüşün, danışın, öz aralarında razılaşsınlar. Emin də onun başqa iş yoldaşının dostu idi, o da şikayətini geri çəkmişdir. Samir qalıb, şikayətçi də yoldaşıdır, amma o onun üzünü görməmişdir, onlar da gedib görüşüblər, Günay bunlara söz verib ki, ev verəcək, Samir onunla əlaqə saxlayırdı, onlar narahat idilər, Günay xanımla danışıb ki, bu adamlar narahatdır, deyib ki, narahatdırsa problem yoxdur, pulu geri qaytara bilər. O da Samirin özü ilə danışıb, deyib ki, Günay pulu qaytara bilir, üstündən bir neçə saat keçəndən sonra Günay xanım ona səs atıb ki, Samirin yoldaşı-Könül deyib ki pul onundur, heç nəyə ehtiyac yoxdur, Günay öz işini görsün, pulu o vermişdir. Xeyr, özü onlardan pul almamış, onun bu işdə heç bir marağı yox idi. Xeyr, anası onlardan pul almayıb, pulu Günaya veriblər. Anasının Günaydan pul götürməsindən xəbəri yoxdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, istintaqda verdiyi ifadəyə əlavəsi yoxdur. Zərərçəkmiş şəxs1 9000 alınıb, ancaq ona 6000 çatıb. Digər şəxsdən 7000 alıblar, ona 5000 çatıb. Ona ev söz vermişdi. Ondan başqa pensiya işi ilə bağlı Sənubər və onun tanışlarına yetərincə pul vermişdir. İfadələrini eyni qaydada Ağır Cinayətlər Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində də qeyd etmişdir. Sənubərlə xəstəxanada birgə işləyirdilər. Sənubərin tanışının kartına o 5000 manat göndərmişdir. Sənubər pulların qayıtmayacağını bilirdi. Məqsədi oğlu ilə birgə pul qazanmaq olmuşdur. Özlərini təmizə çıxarmağa çalışırlar. O, etdiyi cinayəti etiraf edir, cəzasını da çəkir. Zərərçəkmiş şəxslər onla danışmayıblar, Sənubərin yanında pulu veriblər. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxslərin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-249/2022 nömrəli hökmü ilə Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmə əsasən, məhkəmə baxışı nəticəsində müəyyən edilmişdir ki, Şahid1 Təqsirləndirilən şəxs ilə əlbir olub törətdikləri cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 14.000 (on dörd min) manat, Zərərçəkmiş şəxs3 7.000 (yeddi min) manat, Zərərçəkmiş şəxs4 8.000 (səkkiz min) manat və Zərərçəkmiş şəxs2 8.000 (səkkiz min) manat maddi ziyan vurulmuşdur. Bundan əlavə cinayət işinin materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)- 649/2023 nömrəli qərarına əsasən, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilməklə həmin hökmdən Şahid1 barəsində CM-in 79.1-ci maddəsinin tətbiq olunmasına dair müddəalar çıxarılmış və Şahid1 barəsində CM-in 178.4-cü maddəsi ilə təyin edilən 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün dərhal məhkəmə iclasında həbs edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Onunla barışmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Onunla barışmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs Şahid1 Fərhad qızının məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, onlarla barışmasını, təqsirləndirilən şəxsin 60 yaşının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar