Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-263/2021 02.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 13 avqust 1995-ci ildə Neftçala rayonu Qoltuq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin təhqiqatçısı Çingiz Qurbanov tərəfindən tərtib edilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən təsdiq edilmiş 12 iyun 2021-ci il tarixli yekun protokol məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə birlikdə mahiyyəti üzrə baxılması üçün 23 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Yekun protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2021-ci il tarixdə saat 21:00 radələrində ünvan 3 ünvanında fərdi yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs açıq-saçıq geyimlər geyinməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs baş və qol nahiyələrindən əlinin iç hissəsi ilə vuraraq sonuncuya sol əlin İ barmağında hərəkət məhdudluğu ilə müşayiət olunan bu barmağın şişkinlik halında əzilməsi xəsarətini yetirib dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edib özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 4 ildir ki, evlidir. Birgə nikahdan 3 yaşlı bir qız övladları vardır. Əvvəllər həyat yoldaşı Zərərçəkmiş şəxs işləməsi və açıq-saçıq geyinməsi ilə bağlı aralarında tez-tez söz mübahisələri olmuşdur. 01.06.2021-ci il tarixdə saat 20:30 radələrində idarə etdiyi “Kia Rio” markalı, **- DX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həyat yoldaşı Zərərçəkmiş şəxs işdən evə gətirəndə ona açıq-saçıq geyinməsi ilə bağlı iradını bildirmiş və bir daha o tərzdə geyinməməsini tələb etmişdir. Lakin, Zərərçəkmiş şəxs onun iradını qəbul etməyib kobud şəkildə cavab vermişdir. Bununla da, aralarında mübahisə başlamışdır. Yaranmış mübahisə yaşadıqları evə gəldikdən sonra orada da davam etmişdir. Qısqanc biri olduğu üçün həyat yoldaşının açıq-saçıq geyinməsi onu həddindən artıq əsəbiləşdirmiş və o, mübahisə zamanı Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr söyləmişdir. Bununla sakitləşməyərək Zərərçəkmiş şəxs sol qol və üz nahiyəsindən əlinin iç hissəsi ilə vurmuşdur. Bundan sonra isə mübahisənin daha da kəskinləşməməsi üçün yaşadıqları evi tərk edib getmişdir. Təqsirləndirilən şəxs baş vermiş mübahisənin təxminən 10 dəqiqə davam etdiyini və mübahisə zamanı Zərərçəkmiş şəxs tərəfindən ona heç bir xəsarət yetirilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hazırda əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş zərəri tam olaraq ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı hazırda heç bir şikayətinin və tələbinin olmamasını bildirərək barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə başlanılmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş maddi zərəri ödədiyini bildirib məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 4 ildir evlidir, birgə nikahdan 3 yaşında bir qız övladları vardır və ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Əvvəllər onun işləməsi və açıq-saçıq geyinməsi ilə bağlı əri Vüqarla aralarında tez-tez söz mübahisələri olmuşdur. 01.06.2021-ci il tarixdə saat 20:30 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işdən evə qayıdarkən Təqsirləndirilən şəxs onun açıq-saçıq geyinməsini səbəb gətirərək, qısqanclıq zəminində onunla mübahisə etməyə başlamışdır. Təqsirləndirilən şəxs mübahisə edərkən uca səslə və kobud tərzdə danışmış, onun ünvanına nalayiq ifadələr söyləyərək təhqir etmişdir. Onlar həmin gün saat 21 radələrində evə çatdıqdan sonra da Təqsirləndirilən şəxs onunla başladığı mübahisəni davam etdirmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs baş və sol qol nahiyələrindən əlinin iç hissəsi ilə vuraraq ona xəsarət yetirmişdir. O, xəsarət aldığını düşündüyü üçün Təqsirləndirilən şəxs törətdiyi əmələ görə polisə müraciət edəcəyini bildirmiş və mübahisəyə son qoymasını tələb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mübahisəyə son qoyaraq yaşadıqları evi tərk edib getmişdir. Hadisənin səhəri günü, yəni 02.06.2021-ci il tarixdə isə o, ərizə ilə Yasamal RPİ-nin 26-cı PB-nə müraciət edib Təqsirləndirilən şəxs barəsində şikayətçi olmuşdur. Zərərçəkmiş şəxs baş vermiş mübahisənin təxminən 10 dəqiqə davam etdiyini və mübahisə zamanı onun tərəfindən Təqsirləndirilən şəxs heç bir xəsarət yetirilmədiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs əri Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin tam olaraq ödənildiyini, ərinə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, ona görə də sonuncu barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə başlanılmış cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Yasamal rayon şöbəsinin 03 iyun 2021-ci il tarixli 458 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sol əlin İ barmağında hərəkət məhdudluğu ilə müşayiət olunan, bu barmağın şişkinlik halında əzilməsi xəsarəti küt əşyanın təsirindən törənməklə qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 01 iyun 2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Yuxarıda qeyd olunan xəsarətləri Zərərçəkmiş şəxs yıxılması və özü-özünə yetirə bilməsi inkar olunur. (iş vər.: 14-16) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 11 may 2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hökmündən müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən hazırda Təqsirləndirilən şəxs üzərində məhkumluğu yoxdur. (iş vər.: 49-55) İş materiallarında olan 02 iyun 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan müəyyən edilir ki, hadisə yeri ünvan 4 ünvanıdır. (iş vər.: 5-6) Beləliklə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi şəxslərin özlərinin ifadələri ilə, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, ona vurulmuş zərəri tam olaraq ödəməsini nəzərə alaraq hesab edir ki, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39-40, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-263/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-263/2021
02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver