Məhkəmə qərarları › İş №1(004)-263/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-263/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-263/2022 23.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:10 Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, Məhkəmə iclasının katibi: X14, Xüsusi ittihamçı: X11, Xüsusi ittihamçının nümayəndəsi və vəkili: “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: X23, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Tibb Universitetinin müəllimi, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)57/2022 saylı hökmü ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında cəza çəkən X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X11 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəzanın yuxarı həddində cəza təyin edilməsi ilə bağlı hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, 1975-ci ildə Azərbaycan Xalq təsərrüfatı İnstitutunu bitirdikdən sonra, bir sıra icra strukturlarında məsul və rəhbər vəzifələrdə çalışmışdır. 1990-1991-ci illərdə Mingəçevir Şəhər İcraiyyə Komitəsinin sədr müavini, 1993-1996-cı illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, 1996-2005-ci illərdə icra başçısının birinci müavini, 2005-2019-cu illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında şöbə müdiri vəzifəsində işləmişdir. 11 iyul 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Xİİİ konfransında sədr və 18 may 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının İX konfransında sədr seçilmişdir. Dövlət qulluğu müşaviri olmaqla 2011ci ildə Azərbaycan Respublikası Prezidenti cənab X17 ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi qiyabi olaraq tanısa da, onunla heç bir yaxın münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Buna baxmayaraq X23 "YouTube” internet portalı üzərindən “RAMİZ GÖYÜŞOV, İNDİ GÖRDÜN DOVŞAN NECƏ OLUR? HƏRİF!" ƏLİ ƏLİYEV” başlığı ilə “Bumerang” internet tv kanalında 2021-ci ilin sentyabr ayında yayımlanan çıxışında barəsində təhqir məzmunlu fikirlər səsləndirməklə, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır (videogörüntünün istinad linki: https://www voutube.com/watch?v=9UvaDVkldMc). Belə ki, Əli Əliyev qeyd olunan çıxışında həqiqiliyi qanunla müəyyən edilmiş qaydada təsdiq olunmayan videogörüntülərə istinad etməklə 15 dəqiqə müddətində davam edən çıxışında barəsində "dovşan”, "qulaqlarını sallayan”, "hərif”, "masturband” kimi nüfuz aşağılayıcı və cəmiyyət arasında gözdən salan ifadələri dəfələrlə təkrarlamaqla, həmin ifadələri nalayiq formada şəxsinə aid etməklə, onun şərəf və ləyaqətini qəsdən alçaltmışdır. Əli Əliyevin həmin çıxışı internet informasiya ehtiyatında yayımlanmış və 21.500 nələrdən çox baxış sayı olmaqla kütləvi şəkildə yayılmışdır. Həmin videogörüntünün yayılması onun cəmiyyətdə olan nüfuzuna mənfi təsir göstərmiş, onu tanıyan insanların ona olan münasibətlərində və ünsiyyətində soyuqluğa səbəb olmuşdur. Bu səbəbdən o, uzun müddət əsəb gərginliyi, mənəvi iztirab və sarsıntı keçirmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Əli Əliyevin çıxışında istinad etdiyi və digər videogörüntülərlə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 182.3.1. 182.3.2. 272.2.1. 272.2.2-ci maddələri ilə cinayət işi başlanılmış və həmin iş üzrə beynəlxalq hüquqi prosedur tədbirlər davam etdirilməkdədir. Yəni bu xüsusatla Əli Əliyevin istinad etdiyi videogörüntülərin həqiqəti əks etdirməsi mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Daha sonra, xüsusi ittihamçı barəsində şikayət verilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan irəli sürdüyü ittihama dəqiqləşmə təqdim edərək qeyd etmişdir ki, Əli Əliyev 15 dəqiqə müddətində davam edən çıxışında onun barəsində “indi gördün Allah təala adamı necə dovşana döndərir”, “qulaqların iki metrə sallanıb sənin”, “indi gördün dövşan kimdir, hərif’ kimi cümlələr işlətməklə onun şərəf və ləyaqətini qəsdən alçaltmış, cəmiyyətdə olan nüfuzunu ləkələmişdir. Bundan başqa, 15 dəqiqə ərzində davam edən veriliş ərəfəsində Əli Əliyev müxtəlif mövzularla bağlı fikir bildirərkən, onun barəsində “masturband” sözündən istifadə etməklə, təkrar-təkrar şərəf və ləyaqətini alçaltmış, cəmiyyətdə olan nüfuzunu ləkələmişdir. Eyni zamanda 15 dəqiqə ərzində davam edən videogörüntüdə digər təhqir məzmunlu sözlər səsələndirilir və Əli Əliyevin çıxışı bütövlükdə götürüləndə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa yönəlmişdir. Həmin videogörüntünün yayılması onun cəmiyyətdə olan nüfuzuna mənfi təsir göstərmiş, onu tanıyan insanların ona olan münasibətlərində və ünsiyyətində soyuqluğa səbəb olmuşdur. Bu səbəbdən o, uzun müddət əsəb gərginliyi, mənəvi iztirab və sarsıntı keçirmişdir. Xüsusi ittihamçı Ramiz Göyüşov nümayəndəsi və vəkili Müdafiəçi1 vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməsini və onun 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X4 nümayəndəsi və vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavəni müdafiə edərək təqsirləndirilən şəxs X23 barəsində Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ittihamedici hökm çıxarılmasını və onun 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ona qarşı irəli sürülmüş xüsusi ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Vətəndaş və İnkişaf Partiyasının sədridir, əvvəllər prezident seçkilərində iştirak edib. Ramiz Göyüşovu əvvəllər heç vaxt şəxsən görməmişdir, aralarında heç bir danışıqları olmamışdır. O, sədrlik etdiyi partiyanın rəqibi partiyadan olmuşdur. Onu özünə opponent kimi qəbul edərək, gördüyü səhvinə fikir bildirmişdir. Bu isə siyasi həyatda normal bir davranışdır. Belə ki, Ramiz Göyüşov barəsində bildirdiyi fikirlərlə bağlı konkret video var, ictimaiyyətdə yayımlanıb. Həmin əxlaqsızlığına görə Ramiz Göyüşov YAP-ın Binəqədi rayon təşkilatının sədrliyi vəzifəsindən çıxarılmışdır. Gördüyü videodakı iş YAP tərəfindən qiymətləndirilmiş, onlar analiz edərək qərar qəbul etmişdir. Hansı ki, Ramiz Göyüşov onların partiyasından olmuşdur. Deməli, Ramiz Göyüşova qarşı irəli sürülmüş fikirlər mötəbər sübutlara əsaslanır. Guya DTX araşdırma aparır deməklə işi başqa tərəfə yönəltmək istəyir. Lakin nəzərə çatdırır ki, Ramiz Göyüşov YAP Binəqədi rayon təşkilatının sədri vəzifəsində işləmişdir və video da həmin onun xidməti otağında qeydə alınmışdır. Video yayılandan sonra həmin təşkilat rəhbərliyi buna hüquqi qiymət verərək müvafiq qərar əsasında Ramiz Göyüşovu işdən çıxarmış, bununla bağlı mətbuatda yayımlanmış bəyanatda isə təşkilatın özü Ramiz Göyüşov barəsində “əxlaqsız” ifadəsindən istifadə etmişdir. YAP-ın əxlaqsız sözü təhqirdir, lakin Ramiz Göyüşov onu özünə təhqir hesab etməmişdir. Qeyd olunan bəyanat xx.xx.2021-ci il tarixdə verilmiş və hal-hazıradək Ramiz Göyüşov həmin bəyanata etiraz etməmişdir. Deməli, özü də ona ünvanlanan sözlərlə razılaşmışdır. O da xx.xx.2021ci il tarixdə həmin görüntüylə bağlı fikrini bildirmişdir, lakin videonu hər hansı sosial şəbəkədə yaymamışdır. Hesab edir ki, YAP rəhbərliyi özü xidməti kabinetini daha yaxşı tanıyır və daha dəqiq informasiya ehtiyatlarına malikdir ki, öz təşkilat sədri barəsində onu əxlaqsız adlandırmaqla partiya sıralarından xaric etmişdir. Bundan əlavə qeyd edir ki, Ramiz Göyüşov barəsində işlətdiyi masturband sözü elmi termindir, onun videogörüntüdə əks etdirilmiş hərəkətləri masturbasiya prosesi adlanır, onu edən şəxs isə elmi kitabda masturband adlanır. Özü tibb müəllimi olduğundan həmin termindən istifadə etmişdir. Ramiz Göyüşova masturband deməsi mətbuatda yayımlanmış görüntü və yazılar, YAP-ın müvafiq qərarlarına əsaslanmaqla söylənilmişdir. Həmin söz təhqir hesab oluna bilməz. Hərif sözündə isə heç bir təhqiramiz fikir yoxdur, ədəbi sözdür. Dovşan sözünə gəldikdə isə o, elmi çalışmalarla məşğuldur, Ramiz Göyüşovun sədrlik etdiyi partiya təşkilatı isə onun həmin çalışmalarına qeyri-ciddi yanaşaraq, ələ salaraq onun dovşanla karikaturalarını internetdə paylaşmışdı. O da həmin hərəkətlərinə vurğu yaparaq ona doşan deyə müraciət etmişdir. Dovşan ifadəsi məcazdır və o, xüsusi ittihamçını dovşana oxşatmamışdır. Qulaqlarını sallayıb durmaq adlı frazeoloji birləşmə var, epitetdi, təhqir deyil. Onun dedikləri içərisində heç bir böhtan və ləyaqətə toxunan ifadə yoxdur. Bununla yanaşı bu işin icraata götürülməsini qanunsuz hesab edir. Siyasi fəaliyyətinə görə məhkəməyə verilmişdir. Lakin heç bir xəta törətməmişdir. İfadəsinin sonunda bildirmişdir ki, həbs olunmuş ilk partiya sədridir. Növbəti prezident seçkilərində iştirak hüququnun məhdudlaşdırılması üçün azadlığı məhdudlaşdırılmışdır. Fəaliyyəti dövründə etik normalara daim əməl etmişdir. Gördüyü videoya fikir bildirmişdir hansı ki həmin diskə məhkəmə iclasında da baxış keçirilmişdir. Fikir azadlığı hüququndan istifadə etdiyinə görə o və ailəsi siyası təzyiqlərə məruz qalmışdır. Halbuki o, rəqib partiyadan olmuş oppanenti kimi Ramiz Göyüşovun gördüyü səhvi ilə bağlı fikir bildirmişdir. Bu isə siyasi aləmdə normal davranışdır, siyası mübarizə üsuludur. Artıq barəsində xüsusi ittiham qaydasında olan 3-cü işdir ki, bu da onun siyasi fəaliyyətinin məhdudlaşdırılmasına yönəldilmişdir. Hesab edir ki, onun əməllərində hər hansı cinayətin tərkibi olmadığından ona bəraət verilməlidir. Həm məhkəmə hazırlıq iclasında, həm məhkəmə baxış iclasında, həm də məhkəmə istintaqı bitdikdən sonra çıxışlar dövrü məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.2, 38.4, 39.1.9, 41.7, 43.1.1 -ci maddələrində nəzərdə tutulmuş hallarla bağlı xüsusi ittiham tərəfinin diqqətinə çatdıraraq təklif etmişdir ki, hazırkı xüsusi ittiham qaydasında şikayət üzrə təqsirləndirilən şəxs X20 qarşı verilmiş ittihamdan imtina etmək hüquqları, şikayəti geri götürmək hüquqları vardır, lakin xüsusi ittiham tərəfi şikayətlərindən imtina etmədiklərini, şikayətlərini müdafiə etdiklərini bildirmişdirlər. Məlum olduğu kimi "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarının 12-ci bəndinə əsasən Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmə bununla bağlı qeyd edir ki, CPM-nin 37.2, 38.4, 39.1.9, 41.7, 43.1.1, 45.4-cü maddələrinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız xüsusi ittihamçının şikayəti əsasında həyata keçirilə bilir, həmçinin CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, X18 ona istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, X23 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə xüsusi ittiham qaydasında toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X23 tərəfindən xüsusi ittihamda qeyd olunan təhqir əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən xüsusi ittihamçının ifadəsi, məhkəmə iclasında tədqiq edilmiş videogörüntu, linqvistik ekspertizanın rəyi və digər iş materialları ilə təsdiq edilərək sübuta yetirilir (CPM 144-146). Belə ki, məhkəməyə təqdim edilmiş və xüsusi ittihamçı X11 tərəfindən xüsusi ittiham qaydasında şikayət elan edilərək göstərilmişdir ki, X18 xx.xx.2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Bumerang Media” youtube kanalında “RAMİZ GÖYÜŞOV, İNDİ GÖRDÜN DOVŞAN NECƏ OLUR? HƏRİF!" ƏLİ ƏLİYEV” başlığı ilə yayımlanan çıxışında onun barəsində “indi gördün Allah təala adamı necə dovşana döndərir”, “qulaqların iki metrə sallanıb sənin”, “indi gördün dövşan kimdir, hərif’ kimi cümlələr işlətməklə onun şərəf və ləyaqətini qəsdən alçaltmış, cəmiyyətdə olan nüfuzunu ləkələmişdir. Bundan başqa, 15 dəqiqə ərzində davam edən veriliş ərəfəsində Əli Əliyev müxtəlif mövzularla bağlı fikir bildirərkən, onun barəsində “masturband” sözündən istifadə etməklə, təkrar-təkrar şərəf və ləyaqətini alçaltmış, cəmiyyətdə olan nüfuzunu ləkələmişdir. Bundan əlavə, 15 dəqiqə ərzində davam edən videogörüntüdə digər təhqir məzmunlu sözlər səsələndirilir və Əli Əliyevin çıxışı bütövlükdə götürüləndə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa yönəlmişdir. Həmin videogörüntünün yayılması onun cəmiyyətdə olan nüfuzuna mənfi təsir göstərmiş, onu tanıyan insanların ona olan münasibətlərində və ünsiyyətində soyuqluğa səbəb olmuşdur. Bu səbəbdən o, uzun müddət əsəb gərginliyi, mənəvi iztirab və sarsıntı keçirmişdir, şərəf və ləyaqəti nalayiq formada alçaldıldığı üçün, hazırkı şikayətlə məhkəməyə müraciət edilmişdir. Hesab edir ki, X1 nümayiş etdirilmiş internet informasiya ehtiyatında oun barəsində işlətdiyi sözlər təhqir xarakterli sözlərdir, təqsirləndirilən şəxsin qəsdən onun barəsində təhqiramiz sözlərin (ifadələrin) işlədilməsi onun şərəf və ləyaqətinin nalayiq formada alçaldılması ilə nəticələnmişdir. Belə ki, onun şərəf və ləyaqətinin nalayiq formada alçaldılması ilə, onun şəxsiyyətinə mənfi qiymət verilməklə onu əhatə edən dostlarının, tanışlarının, qohumlarının və digər şəxslərin gözündə nüfuzdan salan hərəkətlərə yol vermişdir. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Xüsusi ittiham qaydasında şıkayətdə qeyd edilən təhqir xarakterli ifadələrin yer aldığı çıxışın Ə.N.Əliyev tərəfindən edilməsi açıq internet informasiya ehtiyatında yerləşdirilmiş https://www youtube.com/watch?v=9UvaDVkldMc səhifəsi vasitəsilə təsdiq edilir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X18 xüsusi ittihamçı barəsində istifadə etdiyi xüsusi ittihamda qedy edilən ifadələrin səsləndirildiyi videomateriala (Ə.Əliyevin sözügedən çıxışına) 22000-dən artıq şəxs tərəfindən baxılmışdır, onlardan 1500 izləyici həmin çıxışı bəyəndiyini qeyd etmişdir. Qeyd edilən bu hal həmin çıxışın kütləvi çıxış olmasını təsdiq edir. İttiham tərəfinin sübutu kimi təqdim edilən və məhkəmə iclasında tədqiq edilən “X18 xx.xx.2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Bumerang Media” youtube kanalında “RAMİZ GÖYÜŞOV, İNDİ GÖRDÜN DOVŞAN NECƏ OLUR? HƏRİF!" ƏLİ ƏLİYEV” başlığı ilə yayımlanan çıxışının səsli videogörüntüsünün qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən xüsusi ittiham qaydasında şikayətdə göstərilən ifadələrin X23 tərəfindən xüsusi ittihamçı Ramiz Göyüşov barəsində işlədilməsi öz təsdiqini tapmışdır. Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X18 müdafiəçiləri tərəfindən, onların vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, youtube kanalı vasitəsilə nümayiş etdirilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən görüntünün əvvəlində Ramiz Göyüşovun görüntüsü olan bir nəfər şəxsin intim hərəkətlərlə məşğul olduğu müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli 4/885 saylı məhkəmə-linqvistik ekspertizasının rəyindən görünür ki: - iş materiallarına əlavə edilmiş “X18 xx.xx.2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Bumerang Media” youtube kanalında “RAMİZ GÖYÜŞOV, İNDİ GÖRDÜN DOVŞAN NECƏ OLUR? HƏRİF!" ƏLİ ƏLİYEV” başlığı ilə yayımlanan çıxışında xüsusi ittihamçı X11 barəsində istifadə etdiyi ifadələrin, o cümlədən “indi gördün Allah təala adamı necə dovşana döndərir”, “qulaqların iki metrə sallanb sənin”, “indi gördün dovşan kimdir, hərif” cümlələri linqvistik baxımdan təhlil etdikdə xüsusi ittihamçı X4 şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatlar hesab olunur; - iş materiallarına əlavə edilmiş “X18 xx.xx.2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Bumerang Media” youtube kanalında “RAMİZ GÖYÜŞOV, İNDİ GÖRDÜN DOVŞAN NECƏ OLUR? HƏRİF!" ƏLİ ƏLİYEV” başlığı ilə yayımlanan çıxışında xüsusi ittihamçı X11 barəsində müxtəlif mövzularla baqlı fikir bildirərkən onun barəsində dəfələrlə “masturbant” sözündən istifadə etməsi linqvistik baxımdan yanaşdıqda R.Göyüşovun şərəf və ləyaqətinin nalayiq formada alçaldılmasına xidmət edən təhqir xarakterli sözdür; - iş materiallarında olan və ekspertizaya təqdim edilən DVD diskdə və flyaşa ümumi konteksdə yanaşmaqla çıxışda X4 şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatlardan istifadə edilmişdir; - ekspertizaya təqdim olunmuş materialda xüsusi ittihamçı X11 ilə bağlı neqativ məlumatın mövcudluğunu, məlumatda mənəvi normaların pozulmasına dair iddianın olmasını və bu fikirlərin təsdiq formasında təqdim edilməsini, eləcə də faktoloji səciyyə daşıyan bu məlumatların kütləvi şəkildə yayıldığını nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, linqvistik baxımdan yanaşdıqda təqdim olunmuş mətndə X11 ilə bağlı onun şərəf və ləyaqətini alçaltmağa xidmət edən məlumatlar mövcuddur. Tibbi ensiklopediyada olan məlumata əsasən “masturbasiya dedikdə (novolat. Masturbatio, latınca manus-əl və sturpo-murdarlamaq) orqazma nail olmaq üçün cinsiyyət orqanının süni qıcıqlanması” nəzərdə tutulur. İş materiallarının olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli) manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-58/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X23 Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib cəzasının əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablanmaqla 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-57/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək ona 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-58/2022 saylı hökmü ilə təyin edilmiş 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla X18 üzərində qəti olaraq 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən məlum olur ki, X18 məhkumluğu barədə məlumat mövcuddur. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X23 ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və xüsusi ittihamçının ifadələrinin, məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyinin, işdə olan videogörüntülərin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin X23 tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə əhatə olunaraq düzgün tövsüf olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub- olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsintəqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nəlayiq olması qiymətləndirilən anlayışıdır və onun məzmunu nəlayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına ümumibəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (doslarının, tanışlarının və s) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X23 xx.xx.2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Bumerang Media” youtube kanalında “RAMİZ GÖYÜŞOV, İNDİ GÖRDÜN DOVŞAN NECƏ OLUR? HƏRİF!" ƏLİ ƏLİYEV” başlığı ilə yayımlanan çıxışında xüsusi ittihamçı X11 barəsində “indi gördün Allah təala adamı necə dovşana döndərir”, “qulaqların iki metrə sallanıb sənin”, “indi gördün dovşan kimdir, hərif’ və “masturband” kimi ifadələri onun barəsində istifadə etmişdir. Təqsirləndirilən şəxs X23 xüsusi ittihamçı barəsində istifadə etdiyi yuxarıda qeyd edilən ifadələrin təhqir xarakterli ifadələr olmadığı bildirməklə qeyd etmişdir ki, “masturband” tibbi termin olan masturbasiya termininin qısaldılmış formasıdır, qulaqlarını sallayıb durmaq adlı frazeoloji birləşmə var, epitetdi, təhqir deyil, dovşan ifadəsi isə məcazdı, həmin ifadələri işlətməkdə şəxsi dovşana oxşatmamışdır. Ramiz Göyüşov barəsində internet informasiya resurslarında yayılan videogörüntünü gördüyü üçün onun barəsində “masturband” ifadəsini işlətmişdir, ona görə də bu ifadə onun barəsində təhqir hesab edilə bilməz. Xüsusi ittihamçi X11 təqsirlənditilən şəxsin yuxarıda qeyd olunun dəlillərinə münasibətdə bildirmişdir ki, Əli Əliyevin dəlilləri ilə razılaşmır və onun tərəfindən kütləvi nümayiş etdirilən çıxışda onun barəsində “indi gördün Allah təala adamı necə dovşana döndərir”, “qulaqların iki metrə sallanıb sənin”, “indi gördün dövşan kimdir, hərif’ və dəfələrlə “masturband” kimi ifadələrin işlədilməsini birmənalı olaraq özünün şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılması hesab edir. R.Göyüşov internet informasiya resurslarında olan, təqsirləndirilən şəxsin istinad etdiyi videogörüntüyə münasibətdə qeyd etmişdir ki, həmin videogörüntü montajdir, həqiqi deyildir, onu şantaj etmək məqsədi ilə hazirlanmışdır videogörüntudə olan kadrın əvvəlində olan şəxs odur, lakin ondan sonra gələn digər kadrlar saxtadır, montaj edilmişdir, ona aidiyyəti yoxdur. Həmin videogörüntünün həqiqiliyi təsdiq edilmədiyi halda, hətta həqiqi olduğu şərti olaraq qəbul edilsə belə yenə də bu halın mövcudluğu onun təqsirləndirilən şəxs tərəfindən təhqir olunması üçün əsas hesab edilə bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümümbəşəri prinsiplərə uygun olaraq məhkəmə, habelə ilk növbədə zərəçəkmiş şəxs yəni hazırki halda xüsusi ittihamçının özü tərəfindən müəyyən edilir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təhqiredici sözlərin və hərəkətlərin həqiqətə uyğun olub-olmamasının əməlin tövsüfünə heç bir təsiri yoxdur. Bu cinayət formal tərkibli cinayətdir və başqa şəxsin şərəf və ləyaqətini kütləvi informasiya vasitəsində nalayiq formada alçaldığı andan başa çatmış sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir və birbaşa hüquqi qüvvəyə malikdir. Ona görə də məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının yuxarıda sadalanan maddələrini rəhbər tutaraq hesab edir ki, müdafiə tərəfinin Ramiz Göyüçov barəsində məlum videonun internet informasiya sistemində movcud olmasına istinad etməsi, məhs bu səbəbdən onun barəsində “masturband” və digər ifadələrin işlədilməsi ilə bağlı gətirdiyi dəlilləri əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, Konstitusiyanın yuxarıda qeyd edilən maddəsinin məzmunundan irəli gələn göstərişdə birbaşa vurğulanır ki, “heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz” yəni bu maddənin məzmunu, məqsədi açıq-aydın və qəti şəkildə ifadə edilmişdir və həmin maddə hər hansi bir istisnaya imkan vermir. Həmçinin məhkəmə söz azadlığı və fikir azadlığı hüququ ilə bağlı məsələlərə də aşağıdakı qanunvericilik normaları baxımından da qiymət verərək hesab edir ki, X4 hazırkı xüsusi ittiham qaydasında şikayətindəki X18 onun barəsində səsləndirdiyi ifadələrlə bağlı, X18 hərəkətlərinə haqq qazandırıla bilmir və X18 bu əməlində cinayət məsuliyyətini aradan qaldıran hallar mövcud olmur. Belə ki, "İnsan Hüquqlarının və X10 Haqqında” Konvensiyanın "Fikri ifadə etmək azadlığı” ilə bağlı 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Həmin maddənin 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Həmin Konvensiyanın 8-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 4-cü bəndində də qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin "zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün "ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı "gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X9rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, §42). Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Konstitusiyanın 47-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Həmin maddənin İİ hissəsinə əsasən heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Həmin maddənin İİİ hissəsinə əsasən irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Konstitusiyanın 50-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Həmin maddənin İİ hissəsinə əsasən kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Sadalananlar baxımından nəzərə almaq lazımdır ki, xüsusi ittihamçı X11 hazırda təqaüddə olsa da uzun müddət müxtəlif dövlət orqanlarında və siyasi partiyada rəhbər vəzifələrdə işləmiş şəxsdir. O, həmçinin onu tanıyan digər şəxslər arasında müəyyən nüfuza malikdir, özünün ləyaqətinə hörmət hüququ vardır, cəmiyyət arasında şərəfini qorumaq hüququ vardır. Məhkəmə qeyd edir ki, X8 və ifadə azadlığı hüququ olsa da, bu hüquqdan istifadə qanuni qaydada olmalıdır, bu zaman məsuliyyətinə və öhdəliklərinə əməl etməlidir, digərlərinin hüququna xələl gətirməməlidir, xüsusən də başqa şəxsin şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməməlidir - X4 "İnsan Hüquqlarının və X10 Haqqında" Konvensiya ilə, Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquq və azadlıqlarını pozmamalıdır, yəni hazırkı halda X4 şərəf və ləyaqətini nalayiq formada alçaldan, onu nüfuzdan salan məlumatlar ifadə edilməsi ilə nəticələnən, yəni X18 məhz bu formada söz və ifadə azadlığı hüquqlarının həyata keçirməsinə haqq qazandırıla bilməz. Məhkəmə qeyd edir ki, Ali təhsil müəssisəsində müəllim işləyən, siyasi partiya rəhbəri olan bir şəxsin ittihamın əsasını təşkil edən məlum ifadələrin xüsusi ittihamçı barəsində geniş kütlə qarşısında istehzalı şəkildə bəyan etməsi təsadüfü, məqsədsiz və ya həmin ifadələrin cəmiyyət içərisində mənfi qarşılanacağını bilmədən istifadə edilməsini inandırıcı hesab etmir. Hətta xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X2 fəaliyyətlə məşğul olması, əqidə, siyasi və sosial mənsubiyyətinə görə ona güzəştlər və ya imtiyazlar verilə bilməz, bu əsaslara görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətdən də azad edilə bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin İİİ hissəsinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Həmin maddənin İV hissəsinə əsasən heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Həmçinin "İnsan Hüquqlarının və X10 Haqqında" Konvensiyanın "Ayrı-seçkiliyin qadağan olunması” ilə bağlı 14-cü maddəsində qeyd edilmişdir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, "İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Sadalananlardan da göründüyü kimi heç bir şəxsə siyasi fəaliyyətlə məşğul olması, əqidə, siyasi və sosial mənsubiyyətinə görə cinayət məsuliyyəti məsələlərində güzəştlər və ya imtiyazlar verilə bilməz, bu əsaslara görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətdən də azad edilə bilməz. Həmçinin qanunvericiliyə əsasən X11 şərəf və ləyaqətinin, nüfuzunun qorunmasını tələb etmək hüququ vardır. Həmçinin bununla bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Bundan əlavə nəzərə alınmalıdır ki, X4 şərəf və ləyaqəti, nüfuzu Cinayət Məcəlləsi ilə cinayətkar qəsdlərdən qorunur. Məhkəmə qeyd edir ki, hazırda cinayətin obyekti X4 şərəf və ləyaqəti olmuş, cinayətin obyektiv cəhəti X18 internet informasiya resurslarında sözügedən çıxışında “indi gördün Allah təala adamı necə dovşana döndərir”, “qulaqların iki metrə sallanıb sənin”, “indi gördün dövşan kimdir, hərif’ və “masturband” ifadələrin işlədilməsilə X4 şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltmış, X3 hərəkətləri edərkən X5 şərəf və ləyaqətini qəsdən alçaltmasını dərk etmişdir. Məhkəmə qeyd edir ki, şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olmaqla, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edir, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Hər kəsin nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti, etibarı başa düşülür. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X23 yuxarıda qeyd edilən kütləvi nümayiş etdirilmiş internet informasiya ehtiyatında xüsusi ittiham qaydasında şikayətdə qeyd edilmiş ifadələri işlətməsi ilə xüsusi ittihamçı X7 cəmiyyət qarşısında, o cümlədən qohumlarının, dostlarının və tanışlarının əhatəsində şərəf və ləyaqətini ləkələmiş, nüfuzdan salmaqla onun ağır psixoloji sarsıntı keçiməsinə səbəb olmuşdur. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda onu da nəzərə alır ki, təqsirləndirilən şəxs Əli Əliyevin sözügedən çıxışda Ramiz Göyüşov barəsində istifadə etdiyi məlum ifadələrin onun təhqir edilməsinə yönəlmədiyini, həmin ifadələrin xüsusi ittihamçı barəsində işlədilməsinin şəxsi təhqir etməsi mənasına gəlmədiyi ilə bağlı irəli sürülmüş dəlillər ilə bağlı məhkəmə qeyd edir ki, ilk növbədə xüsusi ittihamçı təqsirləndirilən şəxs tərəfindən ona qarşı istifadə olunmuş ifadələrin özünün şərəf və ləyaqətini nalayiq formada alçaldilması və təhqir olunması hesab edir. Digər tərəfdən hesab edir ki, Əli Əliyevin əxlaq normalarını aşmaqla etikadan kənar işlətdiyi həmin ifadələr onun mənəvi dəyərlərinə xələl gətirmişdir, bu ifadələri geniş kütlə qarşısında bilavasitə onun şəxsinə qarşı qəsdən istifadə etməsi cəmiyyət içində onun şəxsiyyətinə mənfi qiymət verilməsi ilə nəticələnmiş və onu yaxın əhatəsinin gözündə nüfuzdan salmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərərçəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Hazırki xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə təqsirləndirilən şəxsin söz və ifadələrin təhqir xarakterli olub-olmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən məhkəmə-linqvistik ekspertizası təyin edilmiş və həmin ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X18 xx.xx.2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Bumerang Media” youtube kanalında “RAMİZ GÖYÜŞOV, İNDİ GÖRDÜN DOVŞAN NECƏ OLUR? HƏRİF!" ƏLİ ƏLİYEV” başlığı ilə yayımlanan çıxışında xüsusi ittihamçı X11 barəsində istifadə etdiyi ifadələr o cümlədən “indi gördün Allah təala adamı necə dovşana döndərir”, “qulaqların iki metrə sallanb sənin”, “indi gördün dovşan kimdir, hərif” cümlələri xüsusi ittihamçının şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatlar hesab olunur, habelə xüsusi ittihamçı barəsində dəfələrlə “masturbant” sözündən istifadə etməsi şərəf və ləyaqətinin nalayiq formada alçaldılmasına xidmət edən təhqir xarakterli sözdür. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Beləliklə də məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı ilə öz təsdiqini tapmış və ona törətdiyi cinayət əməlinə görə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “08 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının müddəaları hazırkı xüsusi ittiham qaydasında şikayət üzrə işə münasibətdə tətbiq edilə bilməz. Belə ki, həmin Qərarın 14-cü bəndindən görünür ki, bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edildiyi qeyd edilir. Həmin Qərarın 8-ci bəndinə əsasən bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmır, başlanılmış cinayət təqibinə isə xitam verilir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 9-cu bəndinə əsasən Məhkəmələr: 9.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2. bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə: 9.2.1. bu Qərarın 1-ci, 3-cü və 6-cı hissələrində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2.2. bu Qərarın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2.3. bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.3. icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmır, başlanılmış cinayət təqibinə isə xitam verilir, məhkəmələr isə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, qəbul edilmiş amnistiya aktının tətbiqi dairəsinin genişləndirilməsi, həmin qərarda konkret göstəriş olmadığı halda digər hallara şamil edilməsi qanunvericiliyə zidd olduğundan, cinayət təqibinin yalnız iki növünə aid edildiyindən, cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraata aid edilməklə təhqiqat və ibtidai istintaq orqanlarına həvalə edildiyindən, amnistiya aktında məhkəmələrə münasibətdə amnistiya aktının tətbiqi dairəsi konkret müəyyən edildiyindən, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə aid edilmədiyindən həmin qərarın müddəaları hazırki iş üzrə nəzərə alına bilməz. Məhkəmə törədilən hazırkı cinayətə görə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini, cəzanın növünü və həddini müəyyən edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1 -ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8.1 -ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM- nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Avropa Məhkəməsi presedentlərində vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41¬42). Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35;X12rşı, § 57). Bu, kütləvi informasiya vasitələrini açıq-aşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir. Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumıniyaya qarşı (BP), § 115). Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin və qanunvericiliyin yuxarıdakı tələblərinə əməl edərək aşağıdakıları da nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Həmçinin CM-nin 59.1.12-ci maddəsində xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsin iradəsindən asılı olan cəzanı yüngülləşdirən hallardan, yəni zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəzərdə tutulsa da, məhkəmədə bu cür yüngülləşdirici hal müəyyən edilmədi. Xüsusi ittihamçı ilə barışıq əldə edilməklə bağlı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs tərəfindən hər hansı cəhd edilməsi mövcud olmamışdır. Bununla belə «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır.Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin xx.xx.1967-ci il təvəllüdlü olmaqla yaşını, iş materiallarına əsasən evli olmasını, himayəsində xx.xx.2004-cü il təvəllüdlü X15 adlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs X18 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə 30 ildən çox bir vaxt ərzində bir sıra məsul və rəhbər vəzifələrdə işləmiş, fəaliyyəti dövründə “Dövlət qulluğunda fərqlənməyə görə” medalla təltif edilmiş, cəmiyyət içərisində kifayət qədər tanınan 68 yaşlı xüsusi ittihamçı barədə sözügedən təhqiramiz ifadələrin qəsdən işlədilməsini, şərəf və ləyaqətinin nalayiq formada alçaldılmasını, nüfuzdan salınmasına yönəlmiş bu cür xarakterli və ictimai təhlükəli əməli törətmiş, təqsirkarın şəxsiyyəti, CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş yüngülləşdirici halların olmadığı, digər yüngülləşdirici hallar olan, yuxarıda qeyd edilən cəzanı ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla hazırkı iş üzrə təqsirləndirilən şəxsə münasibətdə Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə, ictimai işlər, islah işləri, azadlıqdan məhrum etmə cəzasından ibarət olan alternativ cəzalardan az ciddi cəza növləri cəzanın məqsədlərini təmin edə bilməz, məhz bu iş üzrə sosial ədalətin bərpası, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda ağlabatan hesab edilə bilməz. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasındakı alternativ cəzalardan, məhkəmə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərinə çatmanın mümkün olduğu qənaətinə gəlir. Yuxarıda qeyd edildiyi kimi, heç bir şəxsə siyasi fəaliyyətlə məşğul olması, əqidə, siyasi və sosial mənsubiyyətinə görə güzəştlər və ya imtiyazlar verilə bilməz, bu əsaslara görə qanunvericiliklə müəyyən edilmiş cinayət məsuliyyətindən və cəzadan da azad edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. İş materiallarından görünür ki, X18 hazırda törətdiyi əməl Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-57/2022 nömrəli hökmündən əvvəl törədildiyindən ona Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxs X18 barəsində “həbs” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, X18 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)- 57/2022 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı, cəzasının əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, təqsirləndirilən şəxs X16 250 (iki yüz əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “CD disk və 1 ədəd flaş disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1 -ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1. 1 -ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayət üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-57/2022 saylı hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzası ilə tamamilə toplanılsın və X18 üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X18 cəza çəkməsinin əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablansın. X23 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X23 barəsində “həbs” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X18 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-57/2022 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan 1 ədəd “CD disk və 1 ədəd flaş disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli manat) X16 tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar