Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-263/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Pedaqoq: X3, Müdafiəçilər Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2008-ci il ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.1-ci maddələri ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, xususi amansızlıqla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən “Kral” marketin qarşısında olan zaman yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü Şahid2 onun üzərinə tüpürməsini səbəb gətirib sonuncunun atası Zərərçəkmiş şəxs ləyaqətini alçaldan söyüş söydükdən sonra Zərərçəkmiş şəxs onun söyüşlərinə görə irad tutmasını cüzi səbəb kimi bəhanə edərək əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs uca səslə nalayiq sözlərlə təhqir edib özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozub, ətrafdakıların gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib xuliqanlıq edərək qəsdən yumruqla sifət nahiyəsindən iki dəfə zərbələr endirərək xuliqanlıq hərəkətlərini xususi qərəzli formada davam etdirib orada olan xx.xx.2018-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan oğlu Şahid2 və xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan qızı Şahid3 gözləri qarşısında həmin hərkətləri ilə sonuncuya əzab verdiyini dərk edərək qəsdən yumuruqla iki dəfə sifət nahiyəsindən zərbə endirərək burun və əng sümüklərinin sınıqları, sol göz yuvası nahiyəsinin qançırı ilə nəticələnən xəsarətlər yetirib xususi amansızlıqla, xuliqanlıq niyyəti ilə sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamığa az ağır xəsarət yetirərək xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 07 dekabr 2024-cü il tarixində o, nənəsigilə getmək məqsədilə yaşadığı evdən çıxaraq piyada Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsinə gəlib avtobus duracağında avtobusu gözləmişdir. Həmin vaxt onun yanında dostu da olmuşdur. Onlar birlikdə avtobusa minmək üçün “Bakı Kart”a pul ödəmək qərarına gəlmişlər. Həmin vaxt onların yanından keçən tanımadığı bir qadının qucağında olan uşağın əmziyi yerə düşdüyü görüb, həmin əmziyi götürüb xanıma təqdim etmişdir. Bu zaman oradan keçən bir oğlan uşağı onlara yaxınlaşaraq onun üstünə tüpürmüşdür. O da bu səbəblə uşağın yanında olan və atası olduğunu hesab etdiyi, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsə “uşağına tərbiyə ver” ifadəsini işlətmişdir. Bundan sonra həmin şəxs qışqıraraq onun üzərinə gəlmiş, o isə uşağın atasına “qışqırma, səsinin tonunu aşağı sal” demişdir. Lakin sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs onun üzərinə gəlməkdə davam edərək onun boğazından tutub söyüş söyərək itələmiş, bu zaman o geriyə çəkilmişdir. O, həmin vaxt özünümüdafiə etmək məqsədilə Zərərçəkmiş şəxs sağ əli ilə burun nahiyəsindən vurmuşdur. O, mübahisə zamanı Zərərçəkmiş şəxs ünvanına söyüş söyməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, dəqiq xatırlamadığı tarixdə ailə üzvləri ilə birlikdə taksi ilə “Bulvar” dəniz kənarı parkdan Yasamal rayonu, A.M.Şərifzadə gəlib, bazarlıq etmək məqsədi ilə həmin ünvanda yerləşən marketə daxil olmuşdurlar. Həmin vaxt onun 7 yaşlı oğlu Asif marketdən çıxmış, o isə böyük qızı Fidana qardaşının arxasınca getməyi tapşırmışdır. Daha sonra onun özü də marketdən çıxıb qızı və oğlunun yanında iki nəfər oğlanın dayandığını görmüşdür. Həmin vaxt o uşaqlarına onunla birlikdə getməyi təklif etmişdir. Lakin tanımadığı və adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs ona “peysər, uşağını yığışdır bizim üzərimizə tüpürür” demişdir. O, əlini həmin uşağın çiyninə qoyaraq “körpə uşaqdır, onun yerinə mən üzr istəyirəm” deyərək getmək istəmiş, lakin Röyal onun arxasından təpiklə vurmuşdur. Bu zaman o, Röyala “cəhənnəm ol, çıx get” demiş, Röyal da onun sifət nahiyəsindən bir dəfə yumuruqla vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Digər oğlan isə qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra hadisə yerinə təcili tibbi yardım gəlmiş və o, xəstəxanaya aparılmışdır. Xəstəxanada onun burnunun sındığı müəyyən edilmişdir. Əlavə olaraq bildirdi ki, qeyd etdiyi hadisə ətrafdan heç kimin diqqətini cəlb etməmişdir. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Dəqiq xatırlamadığı tarixdə ailə üzvləriylə bilrikdə “Bulvar” dəniz kənarı parkından geri qayıdan zaman evə ərzaq almaq məqsədilə marketə daxil olmuşlar. Marketdən alış-veriş etdikdən sonra onlar çölə çıxdıqları zaman oğlu Asif qaça-qaça onların yanına gələrək yerə tüpürdüyünü və Röyal adlı şəxsin ona tərbiyəsiz dediyini bildirmişdir. Bu zaman ondan irəlidə dayanan Zərərçəkmiş şəxs Röyaldan nə baş verdiyini soruşmuş, bundan sonra Röyal Vasifin ünvanında söyüş söymüşdür. Həmin söyüşdən sonra Vasif Röyala valideyni ilə danışacağını bildirərək dönüb getmək istəyərkən Röyal Vasifi üzündən vurmuş və sonuncun burnu qanamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun yeddi yaşı vardır. Zərərçəkmiş şəxs onun atası, Şahid3 onun bacısıdır. Dəqiq xatırlamadığı tarixdə ailə üzvləri ilə birlikdə mağazaya getmişlər. Bir müddət sonra o mağazadan çıxmış və onun arxası ilə bacısıda çıxmışdır. Bu zaman o, yerə tüpürmüş və qısa müddət sonra isə atası mağazadan çıxmışdır. Həmin vaxt yaxınlıqda dayanan, əvvəllər tanımadığı, sonradan adının Röyal olduğunu öyrəndiyi şəxs atasının ünvanına söyüş söyərək “oğlunu yığışdır” demişdir. Atası Röyala “uşaqdır, başa düşmür” deyərək dönüb getmək istəyən zaman Röyal atasına arxadan təpiklə vurmuşdur. Bundan sonra atası Zərərçəkmiş şəxs Röyala valideynləri ilə danışacağını bildirmiş, bu zaman Röyal atasının üzündən yumuruqla vurmuş və nəticədə atasının burnu qanamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atası, Şahid2 isə onun qardaşıdır. Təqsirləndirilən şəxs isə onun sinif yoldaşı olmuşdur. Röyalla aralarında əvvəldən ədavət olmuş, Röyal müxtəlif vaxtlarda ona sataşmışdır. Hadisənin baş verdiyi tarixdən 3 gün əvvəl Təqsirləndirilən şəxs onunla dava edəcəyini söyləmişdir. Dəqiq xatırlamadığı tarixdə o, atası, anası, xalası və qardaşı ilə birlikdə “Bulvar” dəniz kənarı parkından taksi ilə qayıdaraq Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən ərzaq dükanının qarşısına gəlmişlər. Həmin vaxt anası və xalası “Grandmarket” adlanan mağazaya, atası isə “Araz” adlanan mağazaya daxil olmuşlar. O və qardaşı Asif isə marketə girməyərək bayırda dayanmışdırlar. Bu zaman X12 adlı dostu ilə birlikdə onun və qardaşının dayandığı yerə yaxınlaşıb ona sataşmışlar. Bundan sonra Röyal ondan hansı məqsədlə ona baxdığını sorüşmuş, o isə cavab olaraq ona baxmadığını bildirmişdir. Həmin vaxt onun qardaşı Asif yerə tüpürməyə başlamış, Röyal isə ona “qardaşını yığışdır” demiş, o isə buna cavab olaraq işi ilə məşğul olmasını tövsiyə etmiş və qardaşının tüpürmədiyini bildirmişdir. Həmin vaxt atası Zərərçəkmiş şəxs marketdən çıxıb onlara yaxınlaşmış, bu zaman Röyal atasına “oğlunu yığışdır” demişdir. Atası Zərərçəkmiş şəxs isə Röyala oğlunun uşaq olduğunu, özünün oğlunu başa salacağını demiş Röyal isə söyüş söyməyə başlamışdır. Həmin vaxt Röyalın yanında olan Fərid adlı dostu Röyala onun atasını vurmağını təkid etmiş və Röyal da əlində olan boks əlcəyi ilə atasının üzündən vurmuşdur. Atası Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxılmış və dişindən qan açılmışdır. Daha sonra atası yıxıldığı yerdən qalxaraq Röyala valideynləri ilə danışacağını bildirmiş, Röyal isə atasını yenidən vuraraq qaçmışdır. Bundan sonra o, atası və anası Röyalın valideynləri ilə danışmaq məqsədilə Röyalın yaşadığı məhləyə gəldikləri zaman Röyal arxadan qaça-qaça gələrək atası Zərərçəkmiş şəxs arxadan və burun nahiyəsindən zərbə endirmişdir. Əlavə olaraq bildirdi ki, qeyd etdiyi hadisə ətrafdan heç kimin diqqətini cəlb etməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 100-102-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində, saat 11 radələrində ailə üzvləri ilə birlikdə “Bulvar” dənizkənarı parkına gəzintiyə getmişlər. Bir qədər bacısı, yeznəsi və bacısının uşaqları ilə gəzdikdən sonra evə qayıtmışlar. Yolda isə Yasamal rayonu, “Katus” deyilən yerin yaxınlığında yerləşən “Kral” marketinə daxil olmuşlar. Bir qədər alış-veriş etdikdən sonra, bacısı Tutu kassada olarkən Vasif adlı şəxsin oğlu Asifə bildirmişdir ki, çölə çıxsın və bacısı yanından uzaqlaşsın. Asif isə marketdə dolanaraq gözlədikdən sonra bacının yanında olan Vasifi və başında qız uşağını görmüşdür. Yeznəsi həmin vəziyyəti gördükdən sonra Vasifə yaxınlaşaraq “Kənara çəkil, uşağın atasının yanında dayanması düzgün deyil” deyə irad bildirmişdir. Bu zaman Vasif ona “baş göt oğlunu apar” demiş, ardından Röyal adlı şəxs gəlib yeznənin sinəsindən itələyərək onu təpiklə vurmuşdur. Sonra Röyal adlı şəxs tərəfindən yeznəyə ikinci dəfə də yumruqla zərbə endirilmişdir. Həmin vaxt Vasifin burnu qanamış və bu hadisələr şəxs tərəfindən öz gözləri ilə müşahidə edilmişdir. Daha sonra vəziyyət gərginləşdiyindən onlar hadisə yerindən uzaqlaşmış və Vasifi xəstəxanaya aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixində axşam saatlarında ailəsi ilə birlikdə Yasamal rayonu, “Kaktus” restoranının yaxınlığında yerləşən marketdən alış-veriş edib çıxan zaman kiçik oğlu 7 yaşlı Asif nadinclik edərək küçədə tüpürməyə başlamışdır. Bu zaman orada dayanan iki nəfər 16- 17 yaşlarında iki nəfər cavan oğlan oğlu Asifin tüpürməyinə irad bildirərək onu söyüb təhqir etməyə başladılar. O oğlunun azyaşlı olduğunu bildirərək üzrxahlıq etməyə başladıqda onlardan bir nəfər ona arxasından təpik vurmuşdur. O buna iradını bildirdikdə digər oğlan əli ilə onun üz-burun nahiyyəsinə sərt zərbə endirmişdir. Daha sonra onlar hadisə yerindən qaçaraq uzaqlaşmışlar. Böyük qızı Fidan həmin şəxsi tanıdığını, onunla eyni məktəbdə oxuduğunu və adının Röyal olduğunu bildirmişdir. Onun üz nahiyyəsinə vuran şəxs qızının dediyi Röyal adlı şəxsdir. O aldığı xəsarətə görə Ak.Mirqasımov adına RKX-na müraciət etmişdir. Burun nahiyyəsində xəsarət olduğu üçün məhkəmə tibbi ekspertizasından müayinədən keçirilməyimə köməklik göstərilməsini xahiş etmişdir. (i.v. 7) “Baxış keçirilməsi haqqında” 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, “Kaktus” restoranı yaxınlığındakı ərazidə “Grand Mart” mağazası və digər iaşə obyektlərinin qarşısıdır. (i.v. 9-11) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X9 canlı şəxsin ekspertizası haqqında 20 dekabr 2024-cü il tarixli 1206 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun və əng sümüklərinin sınıqları, sol göz yuvası nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulamsına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (i.v. 43) “Qətimkan tədbirinin seçilməsi barədə” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. (i.v. 94) “İfadənin yerində yoxlanılması haqqında” 10 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və sonuncu hadisənin baş verdiyi yeri göstərərək əyani şəkildə göstərmişdir. (i.v. 143-145) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkili Müdafiəçi tərəfindən təqdim edilmiş “CD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yanında bir oğlan ilə avtobus dayanacağında dayanmışlar. Bundan sonra Şahid3 onlar tərəfə gələrək aralı məsafədən onlara baxmağa başlamışdır. Bu zaman onların yanından keçən tanımadığı bir qadının qucağında olan uşağın əmziyi yerə düşmüş və Röyal həmin əmziyi götürüb xanıma təqdim etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs yanında oğlu Şahid2la birlikdə Röyal və onun dostunun yanında keçən zaman Asif Röyalın yanında dayanan dostunun üzərinə tüpürmüşdür. Daha sonra Röyal Vasifə nəsə demiş, lakin Vasif oğlu Asifin davranışına laqeyd yanaşaraq heçnə demişdir. Bundan sonra Vasif Röyala tərəf əlini uzadıb nesə demiş və onların aralarında sözlü mübahisə başlamışdır. Bu zaman Vasif Röyalın üzərinə gələrək əli ilə onun boğazından tutub onu itələməyə başlamışdır. Həmin an Röyalın yaninda olan dostu Vasifin qarşısını almağa çalışsada sonuncu Röyalın üzərinə getməkdə davam etmışdir. Bunan sonra Röyal əlində olan çantanı yerə ataraq əli ilə Vasifin sifət nahiyyəsindən yumruqla vurmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli 1(004)-263/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyinin, istintaq hərəkətlərinin protokollarının, video görüntünün və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 07 dekabr 2024-cü il tarixdə saat 16:00 radələrində baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm təhqiqat, həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm təhqiqat, həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən marketin qarşısında olan zaman Zərərçəkmiş şəxs yanında oğlu Şahid2la birlikdə Röyal və onun dostunun yanında keçən zaman Asif Röyalın yanında dayanan dostunun üzərinə tüpürmüşdür. Daha sonra Röyal Vasifə nəsə demiş, lakin həmin Vasif oğlu Asifin davranışına laqeyd yanaşaraq heçnə demişdir. Bundan sonra Vasif Röyala tərəf əlini uzadıb nesə demiş və onların aralarında sözlü mübahisə başlamışdır. Bu zaman Vasif Röyalın üzərinə gələrək əli ilə onun boğazından tutub onu itələməyə başlamışdır. Həmin an Röyalın yaninda olan dostu Vasifin qarşısını almağa çalışsada sonuncu əlini Röyalın üzərinə getməkdə davam etmışdir. Bunan sonra Röyal əlində olan çantanı yerə ataraq əli ilə Vasifin sifət nahiyyəsindən yumruqla varmuş, yəni mübahisə zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmışdır. Bundan əlavə məhkəmə iclasında zərərçəkmiş şəxs və şahid həmin hadisə ətrafdan heç kimin diqqətini cəlb etmədiyini bildirmişlər. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 07 dekabr 2024-cü il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu baxımdan məhkəmə hesab edir, Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, hadisəni özündə əks etdirən videogörüntü və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6.). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, “xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər olmamış, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. İş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisənin birbaşa görən şəxs kimi Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2 və Şahid3dır. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, hətta belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş Şahid1 və Şahid3 bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər şahid qismində dindirilmişdir. Həmin şəxslərin ifadələri məhkəmə istintaqı zamanı tədqiq olunmuş hadisənin real görüntülərini əsk etdirən video-görüntülərlə tam təkzib olunur və Təqsirləndirilən şəxs dedikləri ilə üst-üstə düşür. İttiham aktında göstərilən hadisənin törədilməsinə dair Zərərçəkmiş şəxs ziddiyətli ifadələri mövcuddur. Zərərçəkmiş şəxsin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. Zərərçəkmiş şəxs Yasamal RPİ-nin 28-ci PŞ-nə ünvanladığı 07 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixində axşam saatlarında ailəsi ilə birlikdə Yasamal rayonu, “Kaktus” restoranının yaxınlığında yerləşən marketdən alış-veriş edib çıxan zaman kiçik oğlu 7 yaşlı Asif nadinclik edərək küçədə tüpürməyə başlamışdır. Bu zaman orada dayanan iki nəfər 16-17 yaşlarında iki nəfər cavan oğlan oğlu Asifin tüpürməyinə irad bildirərək onu söyüb təhqir etməyə başladılar. O oğlunun azyaşlı olduğunu bildirərək üzrxahlıq etməyə başladıqda onlardan bir nəfər ona arxasından təpik vurmuşdur. O buna iradını bildirdikdə digər oğlan əli ilə onun üz-burun nahiyyəsinə sərt zərbə endirmişdir. Daha sonra onlar hadisə yerindən qaçaraq uzaqlaşmışlar. Böyük qızı Fidan həmin şəxsi tanıdığını, onunla eyni məktəbdə oxuduğunu və adının Röyal olduğunu bildirmişdir. Onun üz nahiyyəsinə vuran şəxs qızının dediyi Röyal adlı şəxsdir. O aldığı xəsarətə görə Ak.Mirqasımov adına RKX-na müraciət etmişdir. Burun nahiyyəsində xəsarət olduğu üçün məhkəmə tibbi ekspertizasından müayinədən keçirilməyimə köməklik göstərilməsini xahiş etmişdir. İstintaqın sonrakı mərhələsində, həmçinin, məhkəmə istintaqında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, onun iki övladı var. Böyük qızının 17 yaşı, kiçik oğlunun isə 7 yaşı vardır. Qızı Yasamal rayonu, 21 nömrəli orta məktəbin şagirdidir. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində övladları, yoldaşı və baldızıyla birlikdə “Bulvar” dəniz kənarı parka gəzməyə getmişdir. Axşama kimi həmin ərazidə gəzdikdən sonra evə qayıtmaq qərarına gəlmişdilər. Həmin gün saat təxminən 16 radəlrəində o, Yasamal rayonu, “Kaktus” restoranın yaxınlığında taksidən düşmüş və evə bazarlıq etmək üçün həmin ünvanda yerləşən marketə daxil olmuşdur. Bu zaman oğlu Asif, qızı Fidan, arvadı Tutu və baldızı Məsuma ilə birlikdə maqazinə daxil olmuşlar. Orada ev üçün lazım olan ərzaqları alan zaman oğlu Asif çölə çıxmışdır. Təxminən 4-5 dəqiqə sonra onlarda ərzaqları alıb çölə çıxmışlar. Bu zaman görmüşdür ki, iki nəfər cavan oğlan oğlu Asifin yanında dayanıb. O, onlara yaxınlaşıb oğluna onunla birlikdə getməyini bildirmişdir. Həmin uşaqlardan biri ona “peysər uşağıvı yığışdır bizim üzərimizə tüpürür” deyərək bildirmişdir. O, həmin uşağa “uşaqdı üzürlü sayın” deyərək getmək istəmişdir. O, oradan çıxıb getmək istəyərəkən sonradan adının Röyal kimi bildiyi şəxs onun arxa nahiyəsindən təpiklə zərbə endirmişdir. O, yenidən həmin şəxsə çıxıb getmələrini bildirmiş. Bu zaman qızı ona yaxınlaşmış və ona həmin şəxsi tanıdığını bildirmişdir. O, qızına anasının yanına getməsini bildirmişdir. O, üzünü onlara çevirmək istəyən zaman adını sonradan Röyal kimi bildiyi şəxs onun sifət nahiyəsindən bir dəfə yumuruqla zərbə endirmişdir. Həmin zərbədən o, yerə yıxılmışdır. Həmin şəxslə isə oradan qaçaraq uzaqlaşdılar. Çünki onun burnu və sifəti qan imiş. O, bir qədər sonra durub yerdə oturmuş və baldızı təcili tibbi yardıma zəng eləmiş və çağırmışdır. Onu Ak.Mirqasımov adına xəstəxanaya apamışlar. Verilmiş suallara cavab olaraq Röyal adlı şəxs onu iki dəfə zərbə endiryini, ilkin olaraq arxadan daha sonra isə sifətindən yumuruqla vurduğunu, yanında olan şəxsi tanımadığı şəxsin ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı ətrafda tanımadığı 3-4 nəfər olduğunu, hadisənin marketin qarşısında baş verdiyini, həmin zaman ailə üzvlərinin onun yanında olduğunu bildirmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs əvvəlki ərizəsi ilə ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi fərqli olmaqla ziddiyətlidir. Belə ki, ilkin ərizəsində Zərərçəkmiş şəxs bir nəfərin ona arxasından təpik vurduğunu, buna iradını bildirdikdə digər oğlanın əli ilə onun üz-burun nahiyyəsinə sərt zərbə endirdiyini, daha sonra onların hadisə yerindən qaçaraq uzaqlaşmalarını bildirmişdir. Halbuki, həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı ilkin ərizəsindən fərqli olaraq Zərərçəkmiş şəxs onu söyərək təhqir edən, onu arxasından təpiklə və üzündən yumruqla vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəmə iclasında və üzləşdirmə zamanı suallara cavab olaraq Təqsirləndirilən şəxs itələmədiyini və onu vurmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, şahidlərdən Şahid1 Zərərçəkmiş şəxs həyat yoldaşı, Şahid2 və Şahid3 uşaqları, X6 isə baldızıdır. Göründüyü kimi, hazırkı cinayət işi üzrə dindirilmiş həmin şahidlərin qərəzsizliyinə əsaslı və təkzibedilməz şübhələr vardır. İbtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1, Şahid2 və Şahid3 və X1 Vasif Şaduman oğlunun ifadəsinə uyğun ifadə verərək onun dediklərini təsdiq etmişdir. Həmçinin, yuxarıdakı ifadəlləri inandırıcılıq baxımından araşdırıldıqda görünür ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsusatlar daha inandırıcıdır. Belə ki, nəzəriyyədə real kriter və ya gerçək kriter olaraq adlandırılan inandırıcılıq kriterlərinin ən önəmlisi ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən, zərəçəkmiş şəxsin və ya şahidlərin hadisənin özünü ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs ifadəsində istinad etdiyi hadisə ilə bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış və bu hallar digər sübutlar, o cümlədən real hadisəni özündə əks etdirən videogörüntü ilə uğurlu şəkildə tamamlanmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində hadisəni ardıcıl və zidiyyətsiz canlandırmış, aydın və məntiqi ardıcıllıqla təsvir etmiş, uzun müddət keçməsinə baxmayaraq iş üzrə hadisənin mexanizmini xırda detalları ilə, yəni ilkin istintaqda vermiş olduğu kimi sadalaması daha çox Təqsirləndirilən şəxs hadisəni həqiqətə uyğun təsvir etməyə çalışdığından xəbər verir. Şahidlər Şahid1, Şahid2 və Şahid3 və X6 qohumluq, dostluq münsibətinin təsiri altında verməsini güman etməyə əsas verən hallar nəzərər çarpır. Şahidlərin Təqsirləndirilən şəxs ilə qərəzli münasibətinin olması onların videogörüntüdəki real hadisədən fərqli ifadəsi ilə aydındır və bu hal onların prosesin gedişində maraqlı olması anlamına gəlir. Lakin təkcə bu hələ onların ifadəsinin doğruluğunu sual altına almaq üçün yetərli deyil. Aşağıdakılar bu ifadənin qohumluq münasibətinin təsiri altında verilməsini güman etməyə əsas verən hallar kimi məhkəmənin nəzərinə çarpır. İfadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Zərərçəkmişin bəzən özlərinin leyhinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimalları daha ağırlıqlıdır. Belə ki, zərərçəkmiş təqsirləndirilənlə prosesdə qarşı tərəf olması, aralarında mənafelər toqquşması olması tərəfsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməli mənfəət təmini kimi səbəblərlə doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Beləliklə də, Zərərçəkmiş şəxs, Şahid1, Şahid2 və Şahid3 və X2 ifadələri hadisələri ayrıntılı şəkildə əks etdirməmiş, istintaq zamanı verikləri ifadələrlə real hadisə arasında uyğunsuzluq olmuşdur. Bu da onların ifadənin inandırıcılığına təsir göstərir. Ona görə də, onların ifadələri artıq mövcud olan digər sübutlarla bağdaşmayana qədər həqiqətdən uzaq qəbul edilməlidir. Keçərliliyi mübahisələndirilən və ya təsdiq edilməmiş ifadələr varsa, ortada qaranlıq bir nöqtə olduğu söylənilə bilir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilməsi aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq məhrumetmə hökmü qurula bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimali qənatə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Yüksək də olsa ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə dayalı olan hökm vermək anlamına gələr. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tədbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsasalı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Belə bir vəziyyətdə kifayət qədər ziddiyətli olan zərərçəkmiş şəxsin və onlarla yaxın münasibətdə olan və ziddiyətli ifadə verən şahidlər Şahid1, Şahid2 və Şahid3 və X2 ifadələri ittihamın əsasını təşkil edə bilməz və bu ifadə digər sübutlarla təsdiq edilməyərək təkzib edilir. Hadisənin real şəraitini əks etdirən video-görüntülərdən bir daha aydın olur ki, Zərərçəkmiş şəxs oğlu Royalın dostunun üzərinə tüpürür, bundan sonra onların arasında sözlü mübahisə baş verir. Zərərçəkmiş şəxs Röyal Mehdiyevin üzərinə gedib və əli ilə onun boğazından tutaraq itələyir. Həmin vaxt Röyalın dostu Vasifin bu hərəkətinin qarşısını almağa çalışır, lakin müsbət nəticə əldə edə bilmir. Beləliklə, xəsarətlərin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə digər sübutlar istintaq orqanı tərəfindən toplanılmamışdır. CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki, CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların birbiri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, hadisənin baş vermə şəraitini müəyyən etmək üçün zərəçəkmiş şəxsin, şahidlərin ifadələri ilə video görüntü ilə arasındakı zidiyyətlər, bundan başqa digər sübutların mövcud olmaması, beləliklə, həmin hadisənin məhz Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanması nəzərə alınaraq, Təqsirləndirilən şəxs xuliqanlıq etməsini təsdiq edən sübutlar kifayət etmir və ona qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifəyət qədər mötəbər sübutlar mövcud deyildir. Bununla da tərəflər arasında yaranmış mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə (təqsirləndirilən şəxsləüzərinə doğru yeriməsi, onun boğazından tutaraq itələməsi) olduğundan xuliqanlıq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Çünki xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyekinə görə ictimai qaydanın və ictimai təhlükəsizlik əleyhinə olan qaydaların pozulmasına yönəlməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydaya və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında olan münaqişə sonuncunun təhriki ilə onların arasında olan şəxsi münasibətlər zəminində olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X8 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə bir-birinə zidd olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin, şahidlərin və zərərçəkmişin ifadələrindən, həmin ifadələrdən zərərçəkmiş şəxsin ifadəsinin digər bir sübutlarla təsdiq edilmədiyi halda, ifadəni təsdiqləyən digər sübut olmadığı halda, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların, həmçinin müqayisəli təhlil aparılmalı digər sübutların məcmusu ilə təsdiq olunmadığı halda, həmin ifadələrdən birinə əhəmiyyət verilməsi, digərinə əhəmiyyət verilməməsi CPM-nin 33.4-cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qismində qətimkan tədbiri ləğv edilməlidir. Bir ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilsin. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli iclaslarında iştirak etdiyi, iş materilları ilə tanış olduğu və hazırki cinayət işi üzrə düzgün hüquqi qiymətin verilməsi üçün videogörüntünün əldə edilməsinə sərf etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci i tarixli iclaslarında iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 490 (dörd yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi, 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dərhal ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs, Şahid1, Şahid2 və Şahid3 və X2 yalan ifadə verməsi ilə bağlı hökmün təsviri əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilsin. Bir ədəd “CD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmənin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli iclaslarında iştirak etdiyi, iş materilları ilə tanış olduğu və hazırki cinayət işi üzrə düzgün hüquqi qiymətin verilməsi üçün videogörüntünün əldə edilməsinə sərf etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat və məhkəmənin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli iclaslarında iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 490 (dörd yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-263/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-263/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver